Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-38/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1999-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına dair cinayət əməlini törətmişdir. Belə ki, o, 03.08.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 04.08.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə bağlı əlavə tədbirlər barədə 22 iyul 2021-ci il tarixli 220 nömrəli qərarı təsdiq edilmiş xüsusi karantin rejiminə əməl etməyərək, həmin müddəti evdə keçirməli olduğu halda 05.08.2021-ci il tarixdə saat 12 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 16 saat 16 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mkr (14/4) ünvanına, 10.08.2021-ci il tarixdə saat 16 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu, Gəncə şəhəri Şəmkir şossesi 01, Gəncə şəhəri, YGGG-nin yardımçı kombinatın ərazisi, Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi, 2-ci mkr (14/4), Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, H.Mahmudquluzadə küçəsi, Ulduz kafesi, Gəncə şəhəri, Şahsevənlər küçəsi 153, Aztelekom İB, Gəncə TQK-nin ATS 54, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı, Gəncə şəhəri Şəddadilər küçəsi, Gəncə şəhəri Nizami küçəsi ev 150 ünvanlarına, 11.08.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 61-ci il tarixdə saat 22 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu, Gəncə şəhəri, Şahsevənlər küçəsi 153, Gəncə şəhəri, ünvan 8 ünvanlarına, 17.08.2021-ci il tarixdə saat 22 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 9 ünvanını tərk edib, ünvan 10 tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə (Sportzal), ünvan 11 ünvanlarına, 19.08.2021-ci il tarixdə saat 00 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 9 ünvanını tərk edib, ünvan 12nda, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə (Sportzal), Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, N.Nərimanov küçəsi 135, Gəncə şəhəri, Lyuks Otel, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, Kəpəz rayonu, N.Narimanov prospekti, Azturqaz massivi binasının şərq hissəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi 20A, Gəncə şəhəri, H.Əliyev prospekti 121, Gəncə şəhəri, Yevlax şossesi 15, Samux rayonu, Alıuşağı kəndi, Goranboy rayonu, Dəliməmmədli kəndi, Goranboy rayonu, Borsunlu kəndi, Goranboy rayonu, Həzirəhmədli kəndi, Goranboy rayonu, Səmədabad kəndi, Yevlax rayonu, Yaldili kəndi, Yevlax dəmiryolu stansiyası, Mingəçevir şəhəri, C.Əliyev küçəsi, Yevlax rayonu, Yuxari Qarxun kəndi, Yevlax rayonu, Tanrıqulular kəndi, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi 2A, ünvan 14 Mingəşevir şəhəri, Təbriz küçəsi, döngə 1, ünvanlarında olmaqla yaşadığı ünvan 15tmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, o, 2021ci ilin avqust ayının əvvəllərində qrip olduğundan, hərarəti qalxdığından və özünü narahat hiss etdiyindən Gəncə şəhəri Abbas Səhət adına xəstəxanada “COVİD-19” virusunun müəyyən edilməsi məqsədilə 03 avqust 2021-ci il tarixdə test vermişdir. Testi ondan yaxma vasitəsilə götürmüşlər. Həmin testin nəticəsi 04 avqust 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə mesaj vasitəsilə gəlmiş, o, test verməmişdən əvvəl özünü bir az nasaz hiss etsə də, hər hansı ciddi ağrıları, halsızlığı və hərarəti olmamışdır. Onun həmin müddəti evdə keçirməli olduğu halda 05.08.2021-ci il tarixdə saat 12 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 16 saat 16 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mkr (14/4) ünvanına, 10.08.2021-ci il tarixdə saat 16 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu, Gəncə şəhəri Şəmkir şossesi 01, Gəncə şəhəri, YGGG-nin yardımçı kombinatın ərazisi, Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi, 2-ci mkr (14/4), Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, H.Mahmudquluzadə küçəsi, Ulduz kafesi, Gəncə şəhəri, Şahsevənlər küçəsi 153, Aztelekom İB, Gəncə TQK-nin ATS 54, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı, Gəncə şəhəri Şəddadilər küçəsi, Gəncə şəhəri, Nizami küçəsi, ev 150 ünvanlarına, 11.08.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 61-ci il tarixdə saat 22 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu, Gəncə şəhəri, Şahsevənlər küçəsi 153, Gəncə şəhəri, ünvan 8 ünvanlarına, 17.08.2021-ci il tarixdə saat 22 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 9 ünvanını tərk edib, ünvan 18 tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə (Sportzal), ünvan 11 ünvanlarına, 19.08.2021-ci il tarixdə saat 00 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 9 ünvanını tərk edib, ünvan 12nda, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə (Sportzal), Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, N.Nərimanov küçəsi 135, Gəncə şəhəri, Lyuks Otel, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, Azturqaz massivi binasının şərq hissəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi 20A, Gəncə şəhəri, H.Əliyev prospekti 121, Gəncə şəhəri, Yevlax şossesi 15, Samux rayonu, Alıuşağı kəndi, Goranboy rayonu, Dəliməmmədli kəndi, Goranboy rayonu, Borsunlu kəndi, Goranboy rayonu, Həzirəhmədli kəndi, Goranboy rayonu, Səmədabad kəndi, Yevlax rayonu, Yaldili kəndi, Yevlax dys, Mingəçevir şəhəri, C.Əliyev küçəsi, Yevlax rayonu, Yuxari Qarxun kəndi, Yevlax rayonu, Tanrıqulular kəndi, Mingəçevir şəhəri, Camil Əliyev küçəsi 2A, ünvan 14 ünvan 14 ünvanlarında olmaqla yaşadığı ünvan 20ıtmışdır. Hazırda əməlindən peşiman olmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə onlar tərəfindən nəzarət həyata keçirilir. Bununla bağlı Daxili İşlər orqanlarının əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 11.08.2021-ci il tarixdə onlar tərəfindən 04.08.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan ünvan 9-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 44 saylı uşaq baxçasının yanına getdiyi müəyyən edilmişdir. Bundan sonra həmin gün o, Gəncə şəhər Kəpəz RPB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Gəncə şəhər Yeni Gəncə qəsəbəsi 44 saylı uşaq baxçasının yanına gedən zaman Təqsirləndirilən şəxs orda olmasını aşkar etmişlər. Həmin şəxsə yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmiş, həmin şəxsi Kəpəz RPİ-nin Növbətçi Hissəsinə məxsus “ Fiat-Dobla “ markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evə aparmış, bundan sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz rayon Ailə Sağlamlıq mərkəzində sahə həkimi vəzifəsində çalışır. İxtisasca terapevtdir. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin dərman paketinin içərisində “Vitamin C”, “Maqnezium”, “Sink”, “L-selenometionin”, “Vitamin D3” və “Parasetamol” dərman preparatları yerləşir. Həmin xəstəliyin yayılma dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalı olduğunu müəyyən etmişlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən Ailə Sağlamlıq Mərkəzinin sakini, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. 04.08.2021-ci il tarixdə həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmış, bundan sonra Təqsirləndirilən şəxs ilə istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq xəstənin ilkin olaraq səhhəti ilə maraqlanmış, bundan sonra həmin xəstəyə evinə dərman paketinin göndəriləcəyini bildirərək yaşayış yerini tərk etməməli olması, əgər yaşayış yerini tərk edərsə digər şəxsləri də, koronavirus xəstələyinə yoluxduracağını bildirmişdir. Təqsirləndirilən şəxs ilə telefon danışıqlarından sonra Şəbnəmin evinə onlar tərəfindən dərman paketi göndərilmiş, həmin dərman paketi göndərildikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılaraq dərman preparatlarından hansı qaydada istifadə etməli olduğunu bildirmiş, bundan sonra 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni 19.08.2021-ci il tarixdə səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Təqsirləndirilən şəxs “Covid-19” virusu aşkar edilmiş və 04.08.2021-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən bu barədə Şəbnəmin özünə məlumat verilmiş həmin tarixdən də, koronavirus xəstəsi hesab edilərək ona karantin rejimi tətbiq edillmişdir. Onların tərəfindən aparılan 14 günlük müalicə müddətini də, nəzərə almaqla 19.08.2021-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilmişdir. İlk 14 gün xəstəliyin yayılma dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. Hal-hazırkı hadisə üzrə də, Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməməli və ev şəraitində müalicə almalı idi. Şəbnəm 04.08.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməklə koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Koronavirus xəstəliyinə yoluxan şəxsin sağlamlıq vəziyyətindən və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ağciyərlərdə pataloji dəyişiklilər aşkar edilə də bilər, aşkar edilməyə də, bilər. Həmin xəstəliyə yoluxan şəxsin ağciyərlərdə pataloji dəyişiklilərin olub-olmamasından asılı olmayaraq ilk 14 gün inkubasiya dövrü olduğu üçün həmin dövr ərzində digər şəxslərlə ünsiyyətdə olması xəstəliyinin yayılması üçün real təhlükə yaradır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Göygöl şəhəri Aydın Hacıyev küçəsi ev 126-da yaşayır. Təqsirləndirilən şəxs nəvəsidir. Nəvəsi Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayonu 3-cü mkr ev 49, mənzil 17-də tək yaşayır, vaxtı və imkanı olanda nəvəsini ziyarət edir. 2021-ci ilin avqust ayında nəvəsi Təqsirləndirilən şəxs “COVİD-19” infeksiyasına tutulmuşdur. O, nəvəsinin “COVİD-19” infeksiyasına tutulmasını eşitdikdən sonra onunla görüşməmiş və telefon vasitəsi ilə danışmamış, belə ki, o özü telefon işlətmir. Nəvəsi Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin oktyabr ayında görmüş, həmin vaxtı Gəncə şəhərinə gəlmiş və onunla Gəncə şəhərində görüşmüş, görüşən zaman Şəbnəm ona demişdir ki, 2021-ci ilin avqust ayının 3-də özünü narahat hiss etdiyi üçün Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanasında analiz vermiş və avqust ayın 4-də onun telefonuna “COVİD-19” infeksiyasına yoluxması ilə bağlı sms gəlmiş, sms gəldikdən sonra 11.08.2021-ci il tarixədək yaşadığı evi tərk etməmiş, lakin 11.08.2021-ci il tarixdə ərzaq və hava almaq üçün yaşadığı evi tərk edərək Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 44 saylı uşaq baxçasının yanına getmiş, həmin vaxtı polis əməkdaşları onu saxlayaraq yaşadığı evə qaytarmışlar və həmin gündən barəsində polis idarəsində araşdırma aparılmışdır. O, 03.08.2021-ci il tarixdən 18.08.2021-ci il tarixə olan müddət ərzində nəvəsi Təqsirləndirilən şəxs ilə görüşməmiş, belə ki, o, Göygöl rayonunda yaşayır, nəvəsi Şəbnəmlə 2021-ci ilin oktyabr ayında görüşmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 şahid X2 göstərdiklərinə uyğun ifadə verdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Telefona baxış keçirilməsi barədə” 18 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, “e-Təbib” mobil tətbiqindən edilmiş çıxarışa əsasən Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə “COVİD-19” analizi vermiş və 04.08.2021-ci il tarixdə verdiyi analizdə “COVİD-19” virusu aşkar edilmişdir. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən verilmiş 04 oktyabr 2021-ci il tarixli, 6041 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək olan müddət ərzində karantin rejimində olmuşdur. “Sənədə baxış keçirilməsi haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 1 ədəd “Ambulator xəstənin tibbi karta”ya baxış keçirilmiş baxış zamanı tibbi kartanın 1-ci vərəqində müəyyən olunmuşdur ki, tibbi kitabça 04.08.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1999-cu təvəllüdülü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunması qeyd olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə 04.08.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ilk günlər özünü halsız hiss etmiş, iyibilmə və dadbilməsi itmiş, növbəti günlərdə isə deməsinə görə özünü yaxşı hiss etmiş, müalicəsi davam etmiş, 19.08.2021-ci il tarixdə isə karantin müddəti bitdiyi üçün sərbəst hərəkət edə bilər. “Koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X4 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş təlimatdan müəyyən edilir ki, Koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X11 Sindromu (X9 Syndrome Coronavirus - MERS-CoV) ve X7 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. “Diskə baxış keçirilməsi barədə” 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının gündəlik olaraq X3 xidməti vasitəsilə yaşayış yerini tərk edən xəstələrin qeydiyyatı siyahısı əsasında Təqsirləndirilən şəxs Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 44 saylı uşaq baxçasının yaxınlığındaq çəkilmiş, törədilmiş cinayət hadisələrinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk istintaqa təqdim edilmiş, həmin “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə saat 12:00 radələrində Gəncə şəhər Yeni Gəncə qəsəbəsi 44 saylı uşaq baxçasının yaxınlığına gəldiyini və həmin vaxt Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılır. Saxlanıldıqdan sonra xüsusi geyimdə olan iki nəfər polis əməkdaşı onunla məsafə saxlayaraq COVİD-19 xəstəsi olmasına baxmayaraq yaşadığı evi tərk etdiyinə görə həmin şəxsi saxladıqlarını və həmin şəxsin törətdiyi əməlin qanunsuz olduğunu ona izah edirlər. Həmin polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə tərk edərək COVİD-19 infeksiyasının yayılması təhlükəsini yaratdığını xatırladaraq onu xəbərdar edirlər. Sorğu zamanı Təqsirləndirilən şəxs COVİD-19 xəstəliyinə yoluxduğu vaxtdan hal-hazırda polis əməkdaşları tərəfindən saxlanıldığı ana qədər yaşadığı evi tərk etmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs Polis əməkdaşlarının müşayiəti ilə Kəpəz RPİ-nin Növbətçi hissəsninə məxsus “Fiat Doblo “ markalı, **-AP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşdirilərək yaşadığı ünvana aparılmışdır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə ünsiyyətdə olması müəyyən edilməmişdir. Bununla da, görüntü bitir. “Baxış keçirilməsi haqqında” 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqları zamanı əldə edilmiş anten dairələrinə dair məlumatların olduğu bir ədəd “DVD” disk istintaqa təqdim edilmiş, həmin “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrinin yerdəyişməsinin anten dairəsi müəyyən edilmişdir. Həmin yerdəyişmə üzrə anten dairəsinə baxış keçirən zaman 04.08.2021-ci il tarixdən 19.08.2021-ci il tarixədək olan müddət ərzində əhatə dairəsi əks olunmuşdur. 05.08.2021-ci il tarixdə saat 12 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, Kəpəz rayonu, Xəqani küçəsi ünvanına, 09.08.2021-ci il tarixdə saat 16 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 21 ünvanını tərk edib, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mkr (14/4) ünvanına, 10.08.2021-ci il tarixdə saat 16 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu, Gəncə şəhəri Şəmkir şossesi 01, Gəncə şəhəri, YGGG-nin yardımçı kombinatın ərazisi, Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi, 2-ci mkr (14/4), Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, H.Mahmudquluzadə küçəsi, Ulduz kafesi, Gəncə şəhəri, Şahsevənlər küçəsi 153, Aztelekom İB, Gəncə TQK-nin ATS 54, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, avtodayanacağın şimalı, Gəncə şəhəri Şəddadilər küçəsi, Gəncə şəhəri Nizami küçəsi ev 150 ünvanlarına, 16.08.2021-ci il tarixdə saat 22 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu, Gəncə şəhəri, Şahsevənlər küçəsi 153, Gəncə şəhəri, ünvan 22 ünvanlarına, 17.08.2021-ci il tarixdə saat 22 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 18 tarixdə saat 00 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə (Sportzal), ünvan 11 ünvanlarına, 19.08.2021-ci il tarixdə saat 00 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Vaqif küçəsi 104-104 a ünvanında, Gəncə şəhəri, N.Nərimanov prospekti, 10-cu döngə (Sportzal), Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, N.Nərimanov küçəsi 135, Gəncə şəhəri, Lyuks Otel, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, Azturqaz massivi binasının şərq hissasi, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi 20A, Gəncə şəhəri, H.Əliyev prospekti 121, Gəncə şəhəri, Yevlax şossesi 15, Samux rayonu, Alıuşağı kəndi, Goranboy rayonu, Dəliməmmədli kəndi, Goranboy rayonu, Borsunlu kəndi, Goranboy rayonu, Həzirəhmədli kəndi, Goranboy rayonu, Səmədabad kəndi, Yevlax rayonu, Yaldili kəndi, Yevlax dys, Mingəçevir şəhəri, C.Əliyev küçəsi , Yevlax rayonu, Yuxarı Qarxun kandi, Yevlax rayonu, Tanrıqulular kəndi, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi 2A, ünvan 14 Mingəşevir şəhəri, Təbriz küçəsi, döngə 1, ünvanlarında olması müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 03.11.2021-ci il tarixli “Baxış aparılması haqqında” protokol əsasında 1 ədəd DVD markalı diskə baxış keçirilmiş və cinayət işinə əlavə edilmiş içərsində +**********686 nömrəsi ilə bağlı məlumatlar əks olunmuş 1 ədəd DVD markalı diskin Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur, yəni +**********686 mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu bir ədəd “DVD” disk və hadisə baş verən anda çəkilmiş, törədilmiş cinayət hadisələrinin görünülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli həyat və sağlamlıq əleyhinə olan (xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması cinayət əməlidir) cinayətdir. Həmin maddənin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gəncliyini və qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 21.09.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Gəncə şəhər MKTİB-nin 6 nömrəli XS-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü nizam-intizamlı aparır, qonşularla yaxşı münasibətdə olur, qonşuların yığıncaq və tədbirlərdə yaxından iştirak edir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxsnun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmin Məcəllənin 132.0.4-cü maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərərçəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan, bir ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işində saxlanmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə ekspertiza xərci,mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyilşdirilməsin. İş üzrə maddi sübut olan, bir ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işində saxlanılsın. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (bir yüz səksən) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-38/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-38/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver