Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-4/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, dövlət ittihamçısı- dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, xx.xx.1986-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Daşkəsən şəhəri, T.İsmayılov küçəsi ev 37, mənzil 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Musazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində yeznəsi Zərərçəkmiş şəxs1 onun bacısı X2 ilə ər-arvad kimi yola getməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, Nizami prospektində yerləşən Mərkəzi Univermağın qarşısındakı istirahət parkında müəyyən edilməsi mümkün olmayan bıçağı silah qismində tətbiq edib yumruqla və bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq burun sümüyünün sınığı, sol təpə nahiyəsinin əzilmiş yarası, sol gözün alt qapağının qançırı, burun nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, təkrar olaraq xx.xx.2019-ci il tarixdə saat 20 radələrində tanışı Zərərçəkmiş şəxs2 ona düzgün salam verməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “Qafqaz” adlı kafenin qarşısında küçədə soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs əməlində qeyd olunan maddələr üzrə cinayət tərkibi vardır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Musazadə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 onun bacısı Xalidənin əridir. Məmmədlə bacısı Xalidə Musayevə təxminən 16 il evli olmuşlar. Bacısı Xalidə ilə Məmmədin ailələrində olan ziddiyətə görə boşanmaq qərarına gəlmişlər. Hadisədən təxminən 4 ay əvvəl arvadı Günay yeznəsi Məmməddən 100 manat borc pul almış, həmin ərəfələrdə onun da pula ehtiyacı yarandığı üçün o da, Məmməddən 25 manat borc pul almışdır. Onlar borc pul götürdükdən sonra arvadı Günayla Sumqayıt şəhərinə getmiş və orada yaşamışlar. xx.xx.2019-cu il tarixdə dayısı Nəriman vəfat etdiyi üçün o, arvadı Günayla Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında arvadı Günayı 11 nömrəli avtobusla Daşkəsən rayonuna yola salıb, dayısının yas yerinə getmək üçün Göygöl rayonuna getməyi qərara almışdır. Bu məqsədlə o, təxminən saat 17 radələrində univermağın qarşısında 20 nömrəli avtbobusa minmişdir. Həmin vaxt arxadan kimsə əli ilə ona toxunaraq onu çağırmış, geriyə gönərkən yeznəsi Məmmədin olduğunu görmüşdür. Bundan sonra onlar birlikdə avtobusdan düşmüş və söhbət edə-edə dayanacağın yaxınlığında yerləşən parka doğru gedərək orada daşın üzərində oturub söhbət etmişlər. Söhbət zamanı Məmməd ona atası Suliddinin yenə gəlib bacısını aparmasını demiş, o isə cavabında “sən bacımı şərləmisənki guya sənin qızılını oğurlayıb, niyə bacımla yola getmirsiniz...” deyə iradını bildirmişdir. Bu zaman Məmməd onu təhqir edərək yaxşı etdiyini bildirmiş və davamında onu və ailəsini təhqir etmişdir. Yeznəsinin təhqir etməsi onu bərk əsəbiləşdirmiş və o yeznəsinin üzünə 1 dəfə sillə ilə vurmuşdur. Bundan sonra Məmməd onun sinəsinə bir dəfə yumruqla və ayağına bir dəfə təpiklə zərbə endirmiş, o isə Məhəmmədin sinəsindən tutub yerə yıxmışdır. Yerə yıxdıqdan sonra başının orta nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən Məmmədin başından qan gəlmişdir. Bu zaman parkda olan şəxslər onların ətrafına toplaşmış və onları aralamışlar. Bundan sonra ətrafa toplaşmış şəxslər onların yenidən mübahisə etmələrinə imkan verməmişlər və o, yenidən avtobus dayanacağına gedib oradan Göygöl rayonuna getmişdir. Zərərçəkmiş şəxs2 isə təxminən 1 ildir ki tanımışdır. Məhəmmədəli ilə Gəncə şəhəri, Avtozavod dairəsində yerləşən fəhlə bazarında tanış olmuşdur. Məhəmmədəli ilə aralarında hər hansı bir ədavət və düşmənçili yoxdur. Onunla normal münasibətdə olmuşlar. xx.xx.2019-cu il tarixdə saat təxminən 19 radələrində o, tanışı Zaməddinə zəng edərək harada olmasını soruşduqda Zaməddin ona Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “Qafqaz” kafesində tanışları İbad və Arzu ilə yemək yediklərini bildirmişdir. O, Zaməddinin olduğu həmin kafeyə gedərək Zaməddin, İbad və Arzu ilə birlikdə yemək yemiş və 0.5 litr miqdarında spirtli içki araq içmişlər. Təxminən yarım saat sonra Məhəmmədəli tanımadığı bir nəfər şəxslə onların olduğu kafeyə gəlmişdir. Məhəmmədəli onların oturduqları masaya yaxınlaşaraq masada olan hərkəslə əl verib görüşsə də, onunla salamlaşmamışdır. O, bunun səbəbini Məhəmmədəlidən soruşduqda, Məhəmmədəli ona ancaq kişilərə salam verdiyini deyərək, onların yanından uzaqlaşıb yan masada yanında gəlmiş şəxslə birlikdə əyləşmişlər. Onlar yeməklərini bitirdikdən sonra Zaməddin, İbad və Arzu onunla sağollaşaraq kafedən çıxıb getmiş, o isə tək qaldığı üçün kafenin arxa tərəfində yerləşən həyətinə çıxaraq orada oturub yemək yeyən tanışları Şakir və Şahvələdlə görüşmüşdür. Onlar da, yeməyini bitirdiyi üçün Şakir ona Şahvələdi yola salıb qayıdacağını deyərək Şahvələdlə birlikdə kafenin çölünə çıxmış, o isə yenidən kafenin arxa həyətindən içəriyə daxil olaraq əvvəl oturduğu masada yenə də, tək əyləşmişdir. Həmin vaxt Məhəmmədəli və adını bilmədiyi tanışı da, yeməklərini bitirdiyi üçün oturduqları masadan qalxaraq kafeinin içərisi ilə çıxış qapısına doğru hərəkət etməyə başlamışlar. Məhəmmədəli onun oturduğu masanın yanından keçərkən əli ilə onun yanağından tutub sıxaraq “nətərsən ay kişi qırığı...” deyə bildirmiş, o isə Məhəmmədəliyə ətrafda digər şəxslərin olduğunu xəbərdarlıq edərək əlini çəkməsini bildirmişdir. Məhəmmədəli ona “əlimi çəkməsəm nə olar ay peysər...” deyə cavab vermiş, o isə Məhəmmədəliyə yenidən əlini çəkməsi barədə xəbərdarlıq etdikdə Məhəmmədəli ona söhbətlərini davam etdirmək üçün kafenin çölünə dəvət etmişdir. Bundan sonra o, yerindən duraraq əvvəlcə kafenin mətbəxinə getmiş, mətbəxdə stolun üzərində bir ədəd bıçağı görüb dərhal həmin bıçağı götürərək Məhəmmədəlinin arxası ilə kafenin çölünə çıxmışdır. O, çöldə Məhəmmədəlinin yanına yaxınlaşan kimi ilkin olaraq sözlə mübahisə etmiş, həmin vaxt küçədə olan Şakir də onların yanına gəlmişdir. Məhəmmədəli onu təhqir edərək sağ və sol əli ilə onun sinəsinə yumruq zərbəsi endirmiş, o isə sol əli ilə bir dəfə Məhəmmədəlinin sinəsindən yumruqla vurmuşdur. Bu zaman Şakir və Məhəmmədəlinin yanında gələn şəxs hərəsi onların birini tutaraq aralamağa çalışmışlar. Həmin vaxt Məhəmmədəli yenidən sağ ayağı ilə ona təpik atarkən o, geri çəkilmiş və Məhəmmədəli ayağı göydə olarkən sağ əlindəki bıçaqla onun sağ buduna bir dəfə zərbə endirmişdir. Bundan sonra Şakir və Məhəmmədəlinin yanında gələn şəxs onları aralamış və o, bıçağı da, özü ilə götürərək yaşadığı Daşkəsən rayonu, Kəmərqaya kəndində gedərək evdə bu barədə heç kəsə bir söz deməmişdir. Hadisə zamanı onların yanında Şakir, Məhəmmədəlinin tanışı olan adını bilmədiyi şəxs və Şahvələd olmuş, başqa heç kəs olmamışdır. Məhəmmədəli ilə əvvəllər münasibətləri normal olmuşdur. Onun Məhəmmədəlini vurmağına səbəb Məhəmmədəlinin onu təhqir etməsi olmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun arvadı X1 qardaşıdır. Təqsirləndirilən şəxslə əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxsin bacısı Xalidə ilə 15 ildir ki, ailəlidir. Arvadı Xalidə ilə aralarında əmlak mübahisəsi yarandığı üçün təxminən 2019-cu ilin sentyabr ayında Xalidə öz evindən atası evinə getmişdir. Təxminən 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs arvadı Günay Kərimova öz müalicə xərcləri üçün ondan 100 manat borc pul almış, bundan sonra həmin ərəfələrdə Təqsirləndirilən şəxs da, həmçinin ondan əlavə olaraq 25 manat borc almışdır. Təqsirləndirilən şəxs ona aldıqları borcu qısa zamanda qaytarmasını bildirsə də, verdiyi vədə əməl etməyərək onun borcunu qaytarmamış, onun zənglərinə cavab verməmişdir. Təxminən 2019-cu ilin oktyabr ayının əvvəlində o, Günaya zəng edərək xeyli müddət keçdiyini, nə üçün borcunu qaytarmadıqlarını bildirmiş, Günay isə ona 5-10 gün müddətində borclarını qaytaracaqlarını bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 16 radələrində işlərini bitirdikdən sonra Yeni Gəncə qəsəbəsində yerləşən “Ucuzluq” adlı paltar mağazasından geyim əşyaları alıb evinə qayıtmaq üçün 20 nömrəli sərnişin avtobusuna minmiş, avtobus univermağın qarşısındakı dayanacaqda dayananda o, qaynı Təqsirləndirilən şəxs da avtobusa mindiyini görmüşdür. O, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində olduğunu bildiyi üçün Gəncə şəhərində görüb təccüblənmiş və Təqsirləndirilən şəxsı avtobusun içərisində çağıraraq hal-əhval tutmuşdur. Onlar görüşdükdən sonra Təqsirləndirilən şəxs ona avtobusdan düşməyi təklif edərək onunla işi olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşıb avtobusdan yerə düşən kimi Təqsirləndirilən şəxs nalayiq ifadələrlə onu söymüş, söhbət edə-edə yaxınlıqdakı park istiqamətinə gedərək oturub söhbət etməyə başlayan kimi Təqsirləndirilən şəxs onun Sifət nahiyyəsindən vurmağa başlamışdır. Zərbənin təsirindən o, müvazinətini itirərək yerdə oturmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onun başından bıçağın dəstəyi ilə bir dəfə zərbə endirmiş, zərbələrin təsirindən onun başından və burnundan qan axmağa başlamışdır. Həmin vaxt parkda istirahət edən, həmçinin oradan keçən şəxslər səsə-küyə oraya toplaşmış və onları aralamışlar. Təqsirləndirilən şəxs ondan təxminən 5-6 metr aralandıqdan sonra yenidən əlindəki bıçaqla onun üzərinə qayıdaraq onu vurmaq istədikdə bu zaman orada olan təxminən 25-30 yaşlarında olan cavan oğlan təpiklə Təqsirləndirilən şəxs əlindən vurmuş və bıçaq Təqsirləndirilən şəxs əlindən çıxaraq oradakı otluğa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs oradan qaçaraq uzaqlaşmağa başlamış, o isə oradakı tanımadığı şəxslərin köməkliyi ilə Nizami RPİ-yə getmiş və orada baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və oranı müayinə etdikdən sonra müvafiq sənədləşmə aparmışlar. İstintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs onun cibindən 75 manat pul götürməsini göstərsə də həmin bulun sonradan onun evdəki şalvarının cibində olduğunun müəyyən olunmasını göstərərək, hazırda təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs təxminən bir ildir ki tanımış, onunla Gəncə şəhəri, Avtozavod dairəsində yerləşən fəhlə bazarında tanış olmuşdur. Təqsirləndirilən şəxsla normal münasibətdə olmuş, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 19 radələrində o, tanışı Şahid1la zəngləşərək Bayraq meydanının yaxınlığında görüşmüş və onlar birlikdə yemək üçün Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “Qafqaz” kafesinə getməyə qərara almışlar. Onlar həmin kafeyə gedib içəri daxil olduqda tanışı İbad, Zaməddin və Təqsirləndirilən şəxs da, orada birlikdə oturub yemək yediklərini görmüşdür. O, İbad, Zaməddin və Təqsirləndirilən şəxs masasına yaxınlaşaraq İbad və Zaməddinə salam vermiş, lakin Təqsirləndirilən şəxs salam vermişdir. Bundan sonra o, Arzu ilə onların masasının yanından keçərək digər masada əyləşmiş, Təqsirləndirilən şəxs isə arxası ilə söhbət edəcəyini demişdir. Bundan sonra onlar Arzu ilə yemək və 0.2 litr miqdarında spirtli içki olan araq sifariş edərək birlikdə yeyib-içmişlər. Təqsirləndirilən şəxsgilin masası isə yeməklərini bitirdikdən sonra İbad və Zaməddin çıxıb getmiş, Təqsirləndirilən şəxs isə masada tək qalmışdır. Bundan sonra onlar yeməklərini bitirərək hesabı ödəyib kafedən çıxmağa qərar vermişlər. Bundan sonra o, Arzu ilə kafenin çölünə çıxdıqda Təqsirləndirilən şəxs da, onun arxası ilə çölə çıxaraq ona yaxınlaşıb ona salam verməməsini irad bildirərək onun sinəsindən tutaraq köynəyini dartmış, həmin vaxt tanışları Şakir və Şahvələd də, onların yanına gələrək Arzu ilə birlikdə onları aralamağa çalışmışlar. O, içkili olduğu üçün Təqsirləndirilən şəxsı əli ilə itələyərək ondan əl çəkməsini bildirmiş, bu zaman Arzu ona Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən onun üzərinə gəlmiş və o, Təqsirləndirilən şəxs sağ əlində bıçaq olduğunu görmüşdür. O, özünü müdafiə etmək üçün sağ ayağı ilə Təqsirləndirilən şəxs təpik atdıqda Təqsirləndirilən şəxs geri çəkilmiş və ayağı boşa keçdiyi üçün sol tərəfə çevrilmişdir. Bu anda Təqsirləndirilən şəxs sağ əlindəki bıçaqla onun sağ bud nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bıçaq ona dəyən kimi Təqsirləndirilən şəxs ondan əl çəkməsi üçün o, yumruqla bir dəfə Təqsirləndirilən şəxs üz nahiyəsindən vurmuş, bundan sonra yanlarında olan şəxslərin köməkliyi ilə onları aralamışlar və Təqsirləndirilən şəxs çıxıb getmişdir. O, isə Arzu ilə birlikdə Gəncə şəhər 3 nömrəli TTY xəstəxanasına getmiş və həkimlər orada tibbi yardım göstərdikdən sonra o, evə getmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs2la zəngləşərək Bayraq meydanının yaxınlığında görüşmüş və onlar birlikdə yemək üçün Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “Qafqaz” kafesinə getməyə qərar vermişlər. Onlar həmin kafeyə gedib içəri daxil olduqda orada Məhəmmədəlinin tanışları İbad, Zaməddin və Təqsirləndirilən şəxs da, birlikdə oturub yemək yediklərini görmüşlər. Onlar İbad, Zaməddin və Təqsirləndirilən şəxs masasına yaxınlaşaraq onlara salam verib görüşmüşlər, Məhəmmədəli İbad və Zaməddinlə salamlaşıb öpüşsə də, Təqsirləndirilən şəxs salam verməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Məhəmmədəlidən nə üçün İbad və Zaməddinlə görüşdüyü kimi onunlada görüşməməsinin səbəbini soruşmuşdur. Məhəmmədəli isə Təqsirləndirilən şəxs cavabında salam verdiyini başqa nə etməli olduğunu demişdir. Bundan sonra onlar Məhəmmədəli ilə onların masasının yanından keçərək digər masada əyləşmiş, Təqsirləndirilən şəxs isə onların arxasınca Məhəmmədəliyə “səninlə söhbət edəcəm...” deyə bildirmişdir. Onlar Məhəmmədəli ilə yemək və 0.2 litr miqdarında spirtli içki olan araq sifariş edərək birlikdə yeyib-içmişlər. Təqsirləndirilən şəxsgilin masası yeməklərini bitirdikdən sonra İbad və Zaməddin çıxıb getmiş, Təqsirləndirilən şəxs isə masada tək qalmışdır. Bundan sonra onlar da, yeməyini bitirərək hesabı ödəyib kafedən çıxmağa qərar vermişlər. Məhəmmədəli Təqsirləndirilən şəxs oturduğu masanın yanından keçərkən əli ilə Təqsirləndirilən şəxs yanağından yüngül çimdikləyərək “kişisən, kişi kimi də salam vermişəm...” deyə bildirmiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir problemin olmadığını demişdir. Bundan sonra onlar kafenin çölünə çıxdıqda Təqsirləndirilən şəxs da, onların arxası ilə çölə çıxaraq Məhəmmədəliyə yaxınlaşıb sinəsindən tutaraq köynəyini dartmışdır. O, Təqsirləndirilən şəxsla Məhəmmədəlinin mübahisələrinin böyüməməsi üçün onları sakitləşdirməyə çalışmış, həmin vaxt tanışları Şakir və Şahvələd də, onların yanına gələrək onunla birlikdə onları aralamağa çalışmışlar. Məhəmmədəli Təqsirləndirilən şəxsı əli ilə itələyərək ondan əl çəkməsini bildirən zaman o, Təqsirləndirilən şəxs sağ əlində bıçaq olduğunu görmüş və dərhal bu barədə Məhəmmədəliyə xəbər verərək ehtiyatlı olmasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən Məhəmmədəlinin üzərinə gəlmiş, Təqsirləndirilən şəxs Məhəmmədəliyə yaxınlaşan zaman Məhəmmədəli sağ ayağı ilə Təqsirləndirilən şəxs təpik atdıqda Təqsirləndirilən şəxs geri çəkilmiş və ayağı boşa keçdiyi üçün sol tərəfə çevrilmişdir. Bu anda Təqsirləndirilən şəxs sağ əlindəki bıçaqla Məhəmmədəlinin sağ bud nahiyəsinə bir dəfə zərbə endirmiş, bıçaq Məhəmmədəliyə dəyən kimi o, özünü tarazlayaraq Təqsirləndirilən şəxs yumruqla bir dəfə üz nahiyəsindən vurmuşdur. Bundan sonra onlar Şakir və Şahvələdlə birlikdə onları aralamış və Təqsirləndirilən şəxs çıxıb getmişdir. O, dərhal Məhəmmədəliyə köməklik edərək onunla birlikdə Gəncə şəhər 3 nömrəli TTY xəstəxanasına getmiş və həkimlər orada Məhəmmədəliyə tibbi yardım göstərdikdən sonra onlar evə qayıtmışlar. Təqsirləndirilən şəxs Musazadə Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “Qafqaz” adlı kafenin qarşısında vurmuşdur. Təqsirləndirilən şəxs Musazadənin Zərərçəkmiş şəxs2 xəsarət yetirməyinin səbəbi Təqsirləndirilən şəxs, Məhəmmədəlinin onunla düzgün görüşməməyini bəhanə etməsi olmuşdur. Təqsirləndirilən şəxs əlindəki həmin bıçağı görmüş, həmin bıçağın dəstəyi qara və tiyəsi isə metal rəngində olan mətbəx bıçağı olmuşdur. Həmin vaxt hadisə baş verdiyi yerdə Şakir və Şahvələddən başqa küçədən tanımadığı şəxslər və yoldan avtomobillər keçmişdir. Həmin dava-dalaş təxminən 20 dəqiqə davam etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Musazadəni və Zərərçəkmiş şəxs2 fəhlə bazarından tanımışdır. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır və hər ikisi ilə normal münasibətdə olmuşlar.xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, B.Bağırov küçəsində yerləşən «Qafqaz» kafesinin arxa həyətində tanışı Şakirlə birlikdə yemək yeyərək spirtli içki qəbul etmişlər. Həmin vaxt yeyib-içməklərinin sonuna yaxın Təqsirləndirilən şəxs da kafenin arxa həyətinə keçərək onlara yaxınlaşıb görüşmüşdür. Şakirlə yeyib-içdikdən sonra Şakir onu yola salarkən kafenin yaxınlığında Şakirlə söhbət edərkən kafenin qarşısında səs küy eşidərək həmin yerə gəlmişlər və Məhəmmədəli ilə Təqsirləndirilən şəxs mübahisə etdiklərini görmüşdür. O, Şakirlə birlikdə Məhəmmədəli və Təqsirləndirilən şəxsı aralamışlar. Bundan sonra o, evinə getmiş, daha sonra nə baş verməsini bilməmişdir.Həmin vaxt orada içkili olduğu üçün başqa şəxslərin olub olmamasını xatırlamır. X7 Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində ələ edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, X7 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki,təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ilə Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən Avtozavod dairəsindəki fəhlə bazarında tanış olmuşdur. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 19 radələrində Gəncə şəhəri, B.Bağırov küçəsində yerləşən «Qafqaz» kafesinin arxa həyətində tanışı Şahvələdlə birlikdə yemək yeyərək spirtli içki qəbul etmişlər. Həmin vaxt yeyib-içməklərinin sonuna yaxın Təqsirləndirilən şəxs da kafenin icərisindən arxa həyətinə keçərək onların yanına gələrək görüşmüşdür. Bundan sonra Şahvələd durub getmək istədiyi üçün o, Şahvələdi yola salmışdır. Onlar həmin masadan duraraq Şahvələdlə birlikdə M.Bagırov küçəsində «Qafqaz» kafesinin yaxınlığında dayanaraq bir qədər söhbət etmişlər. Bu zaman onlar Məhəmmədəli ilə Təqsirləndirilən şəxs qarşılıqlı şəkildə mübahisə etdiklərini görmüşlər. Bundan sonra onlar gedib Məhəmmədəli və Təqsirləndirilən şəxsı aralamağa çalışmışlar. Məhəmmədəli Təqsirləndirilən şəxsı əli ilə itələyərək ondan əl çəkməsini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs sağ əlində bıçaq olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yenidən Məhəmmədəlinin üzərinə gəlmişdir. Təqsirləndirilən şəxs Məhəmmədəliyə yaxınlaşan zaman Məhəmmədəli sağ ayağı ilə Təqsirləndirilən şəxs təpik atdıqda Təqsirləndirilən şəxs geri çəkildiyi və ayağı boşa keçdiyi üçün sol tərəfə çevrilmişdir. Həmin anda Təqsirləndirilən şəxs əlindəki bıçaqla Məhəmmədəlinin sağ bud nahiyəsinə bir dəfə zərbə entirmişdir. Bıçaq Məhəmmədəliyə dəyən kimi o, özünü tarazlayaraq Təqsirləndirilən şəxs yumruqla bir dəfə üz nahiyəsindən vurmuşdur. Bundan sonra onları aralamışlar və Təqsirləndirilən şəxs çıxıb getmişdir. Məhəmmədəli isə Arzu ilə birlikdə Gəncə şəhər 3 nömrəli TTY xəstəxanasına getmişdir. Daha sonra nə baş verdiyini bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunan:-Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi Tədris» Birliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 1743 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər - burun sümüyünün sınığı, sol təpə nahiyəsinin əzilmiş yarası, sol gözün alt qapağının qançırı, burun nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. səh.99-100). Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2126 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. səh.213-215). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 46/47 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (i.v. səh.260-262) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Musazadə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. səh.54) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(043)-102/2019 nömrəli qərarından görünür ki, Musazadə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(095)-075/2013 nömrəli hökmünün surətindən görünür ki, Musazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v.səh.165-170) Azərabycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2013-cü il tarixli 1-1(102)-71/13 nömrəli qərarının surətindən görünür ki, Musazadə Təqsirləndirilən şəxs təyin olunmuş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilə endirilmişdir. (i.v.səh.171-175) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Musazadə Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərabycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən Gəncə Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilərək cəzası 03 ilə endirilmiş, xx.xx.2015-ci ildə cəza müddəti başa çatdığı üçün müəssisənin qeydiyyatdından çıxarılmışdır. (i.v.səh.163-164) Zərərçəkmiş şəxs2 Cələl oğlunun ibtidai istintaq zamanı verdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmasını və ona dəyən zərərin tam ödənilməsini göstərərək təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. (i.v.səh.257) Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(030)-12/2020 nömrəli hökmünün surətindən görünür ki, Musazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla ictimai təhlükəsizlik əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində yeznəsi Zərərçəkmiş şəxs1 onun bacısı X2 ilə ər-arvad kimi yola getməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, Nizami prospektində yerləşən Mərkəzi Univermağın qarşısındakı istirahət parkında müəyyən edilməsi mümkün olmayan bıçağı silah qismində tətbiq edib yumruqla və bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq burun sümüyünün sınığı, sol təpə nahiyəsinin əzilmiş yarası, sol gözün alt qapağının qançırı, burun nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, təkrar olaraq xx.xx.2019-ci il tarixdə saat 20 radələrində tanışı Zərərçəkmiş şəxs2 ona düzgün salam verməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “Qafqaz” adlı kafenin qarşısında küçədə soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi, habelə işdə olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, baxış protokolu, maddi sübut və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir.Bununla yanaşı məhkəmə qeyd edir ki, Musazadə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə CM-in 221.3-cü maddəsi həmin Məcəllənin 221.2.1-ci maddəsini əhatə etdiyindən ona CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən cinayət törətməsinə görə əvvəllər Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(095)-075/2013 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Musazadə Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Musazadə Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Musazadə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Bununla belə Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(030)-12/2020 nömrəli hökmü ilə Musazadə Təqsirləndirilən şəxs təyin olunmuş 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Musazadə Təqsirləndirilən şəxs oğlu təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı, xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 63 (altmış üç) manat ekspertiza xərci təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və diər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd şalvarın Zərərçəkmiş şəxs2 Gəlal oğluna qaytarılması nəzərə alınmalı, Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan cinyətin aləti kimi 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və hadisənin görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Musazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(030)-12/2020 nömrəli hökmü ilə Musazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə təyin olunmuş 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Musazadə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan cinyətin aləti kimi 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və hadisənin görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılsın. İş üzrə 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Musazadə Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Musazadə Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-4/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-4/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver