Məhkəmə qərarları › İş №1(043)-40/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-40/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-40/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması və 28.08.2021-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “Panda” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda, ümumi təmiz çəkisi 0.288 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törədilməsində ittiham olunduğu cinayət hadisəsi Gəncə şəhəri, Nizami rayonu ərazisində törədilmişdir. Belə ki, ittiham aktından və cinayət işinə əlavə edilmiş sənədlərdən göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş və şəxsi axtarış zamanı narkotik vasitə olan heroin onun üzərindən aşkar edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin başa çatdığı yer Gəncə Şəhər Baş Polis İdarəsinin inizibati binasıdır. Cinayətin başa çatdığı yer Gəncə şəhərinin Nizami rayonunun ərazisində yerləşdiyi üçün cinayət işinə müvafiq olaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu, 300.1.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar