Məhkəmə qərarları › İş №1(043)-41/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-41/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-41/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-də növbə rəisi işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, F.Əmirov küçəsi, ev 36, mənzil 43-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21.01.2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ilə birgə yaşadığı ünvan 1 ünvanında olarkən, aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşərək əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq ona ağırlıq dərəcələrinə görə “hər iki bazu, sol bud nahiyyələrinin qançırları, sol bazu nahiyyəsinin sıyrıqları” kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, “sağ kürəküstü, sol bud nahiyyələrinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilmələri” sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhərində yaşayır. Zərərçəkmiş şəxs ilə 2019-cu ildə qeyri-rəsmi ailə həyatı qurmuş, birgə nigahdan 1 övladları var. Arvadı Gülnur ilə son vaxtlar aralarında mübahisələr yaranmışdır. Təxminən 2021-ci ilin dekabr ayında Gülnur onun başqa qadınlarla mobil telefon vasitəsilə danışdığını bilib ondan küsmüş, evdən çıxaraq anası evinə getmişdir. Sonra Gülnur özü ondan xahiş edərək onu geri qaytarmağını istəmişdir. O da Gülnurun anası evinə gedərək öz yaşadıqları evə geri gətirmişdir. 21.01.2022-ci il tairxdə saat 10 radələrinə o, evdə yatan zaman arvadı Gülnur onun mobil telefonunu ondan xəbərsiz götürərək içərisindəkilərə baxaraq, təkrar onun başqa qadınlarla danışdığını aşkar etdiyinə görə anidən qışqırmışdır. O da qorxaraq yuxudan oyanmış və yuxudan oyanan kimi Gülnur onunla kobud rəftar edərək qışqırmağa başlamışdır. O da Gülnurun onun telefonunu icazəsiz götürməyinə əsəbləşmiş və onun sifətinə, bədəninə yumruq və təpik zərbələri vurmuşdur. Daha sonra isə ayağa qalxaraq əl və ayaq zərbələri ilə Gülnurun bədəninin müxətlif nahiyələrinə vurmuşdur. Gülnuru döydükdən sonra evdən çıxıb getmişdir. Evə qayıtdıqda Gülnurun evdən çıxıb anası evinə getdiyini öyrənmişdir. Baş verən hadisəyə görə çox peşmandır. Hal-hazırda Gülnur ilə barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ildə qeyri-rəsmi ailə həyatı qurmuş, birgə nigahdan 1 övladları var. Əri Təqsirləndirilən şəxs ilə son vaxtlar aralarında mübahisələr yaranır. İbrahim mütəmadi olaraq digər qadınlarla danışdığı üçün aralarında mübahisələri yaranır. 21.01.2022-ci il tarixdə yaşadığı evdə olan zaman saat 10 radələrində əri İbrahimin mobil telefonunda başqa qadınların yazışma və şəkillərini aşkar etmişdir. İbrahim də onun mobil telefonun icazəsi götürdüyünə görə əsəbləşərək onun burun nahiyyəsindən vurmuş daha sonra isə bədəninin müxətlif nahiyələrinə təpik zərbələri vurmuşdur. Daha sonra İbrahim əl və ayaq zərbələri ilə onun kürəyindən və ayağından vurmağa başlamışdır. İbrahim onu döydükdən sonra onu evdən qovmuşdur. O da əşyalarını yığaraq anasının yaşadığı Gəncə şəhəri Depo qəsəbəsində yeləşən evə gəlmişdir. 24.01.2022-ci il tarixdə Kəpəz RPİ-nə gələrək əri İbrahimin onu döyməsi barədə ərizə ilə müraciət etmişdir. İbrahim onu döyən zaman evdə başqa şəxslər olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Gəncə şəhər МТЕ və PA şöbəsinin 24 yanvar 2022-ci il tarixli, 121 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ kürəküstü, sol bud nahiyyələrinin yumşaq toxumalarının qançır- şişkinlik halında əzilmələri, hər iki bazu, sol bud nahiyyələrinin qançırları, sol bazu nahiyyəsinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hisəssində göstərilən tarixdə, yəni 21.01.2022-ci il tarixdə əmələ gələ bilərlər. Ağırlıq dərəcələrinə görə sağ kürəküstü, sol bud nahiyyələrinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilmələri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "yüngül" zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 351-722 İ-3222 saylı 02.02.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qarşılıqlı surətdə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxsnın məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icrааtа xitаm verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar