Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-43/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2004-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, yetkinlik yaşına çatmamış, məhkum olunmamış, işləməyən, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 ilə birlikdə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Gəncə şəhər, Kəpəz rayonu, H.Əliyev prospektində Gəncə Dövlət Universiteninin İİİ tədris korpusunun qarşı tərəfində avtobus dayanacağında yerləşən Zərərçəkmiş şəxs məxsus ticarət köşkünün aynasını əli ilə açıb, aynadan qanunsuz olaraq köşkə daxil olmaqla оradan hər birinin dəyəri 3.7 manat, ümumi dəyəri 37 manat olan 10 ədəd “Sobranie” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 119 manat olan 70 ədəd “Magna” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 102 manat olan 60 ədəd “Viceroy” markalı siqareti, hər birinin dəyəri 1.8 manat, ümumi dəyəri 108 manat 60 ədəd “Want” markalı siqareti, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 40 manat olan “West” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 34 manat olan 20 ədəd “Prima” markalı siqareti, hər birinin dəyəri 1.6 manat, ümumi dəyəri 64 manat olan 40 ədəd “Argo” markalı siqareti, hər birinin dəyəri 1.8 manat, ümumi dəyəri 36 manat olan 40 ədəd “Keno” markalı siqareti, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 60 manat olan 30 ədəd “Winchestr” markalı siqareti,hər bir bloku 31 manat olan 217 manat dəyərində 7 blok “Winston” markalı siqareti və kassada olan 40 manat nağd pulu, ümumilikdə 857 manat məbləğində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2004-cü ildə Ağstafa rayonunda doğulub, atalığı Pərviz Bədəlov, anası Qanuni nümayəndə, bacı və balaca qardaşı ilə birlikdə yaşayır, təhsil almayıb, əsasən küçələrdə təkər qaraltmaqla və digər xidmətlər göstərməklə pul qazanır. Mirəli Bukavazin onun qohumudur, yaşca ondan kiçikdir, 12 yaşı var və onların münasibəti yaxşıdır. Mirəli də onu kimi heç bir yerdə oxumur, küçələrdə təkər qaraltmaqla və digər xidmətlər göstərməklə pul qazanır. 2020-ci ilin sentyabr ayının əvvəllərində Mirəli ilə bir yerdə olarkən sonuncu təklif etmişdir ki, Gəncə şəhərinə gəlib burada fəhlə kimi iş tapıb işləsinlər. O da Mirəli ilə razılaşmış və birlikdə Gəncə şəhərinə gəlmişlər. Mirəlinin deməsinə görə, Gəncə şəhərində kirayə ev tapacaqmış və həmin evdə gecələyib pulunu qazanacaqları pulla ödəyəcəkmişlər. Həmin gün saat 20 radələrində Gəncə şəhərinə çatdıqdan sonra onlar birlikdə oyun salonuna gedib saat təxminən 01 radələrinə qədər orada oyun oynamışlar. Oyun salonundan çıxdıqdan sonra Mirəli köşklərdən oğurluq etməyi təklif etmişdir. O, da Mirəli ilə razılaşmış və Gəncə şəhəri H.Əliyev prospektində yerləşən köşkün kiçik pəncərəsini əlləri ilə itələyib açmışlar. Hər ikisi də həmin pəncərədən içəri daxil olmuş və hərəsinə 3-4 blok müxtəlif markalı siqaret götürərək mağazada olan sellofan torbanın içərisinə qoymuşlar. Həmin vaxt mağazada piştaxtanın üzərində təxminən 13-14 manat məbləğində kağız qutunun içərisində qəpik pullar da olmuşdur, o həmin qəpik pulları da götürmüş və birlikdə mağazadan çölə çıxıb taksi ilə birbaşa Tovuz rayonuna, oradan isə Ağstafa rayonuna bazara getmişlər. Onlar səhərə yaxın bazara çataraq oğurladıqları siqaretləri bazarda bir-bir satmağa başlamışlar. Əldə etdkləri pulu isə özlərinə xərcləmişlər. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhər H.Əliyev prospektində yerləşən Gəncə Dövlət Universitetinin İİİ tədris korpusunun qarşı tərəfindəki dayanacaqda yerləşən köşkü işlədir. Həmin köşkdə özünə məxsus siqaretləri və sərinlədici suları satır. Hər gün köşkü saat 09 radələrində açıb, axşam saat 20 radələrində bağlayıb yaşadığı evə gedir. xx xxxxxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində özünə məxsus köşkə açmaq istəyən zaman görmüşdür ki, köşkün satış üçün qarşı tərəfə açılan pəncərəsi açıqdır, başa düşmüşdür ki, kimsə həmin pəncərəni açıb köşkdən oğurluq edibdir. Bunun üçün də istifadəsində olan telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları işlədiyi köşkə yaxınlaşmış, ondan nə oğurlandığını soruşmuşlar. Polislər gələnə qədər köşkə daxil olub siqaretlərin və kassada olan qəpik pulların oğurlandığını bilmişdir. Polislər gələndən sonra bir daha dəqiqləşdirmişdir ki, köşkə daxil olmuş şəxslər ona məxsus hər birinin dəyəri 3.7 manat, ümumi dəyəri 37 manat olan 10 ədəd “Sobranie” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 119 manat olan 70 ədəd “Magna” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 102 manat olan 60 ədəd “Viceroy” markalı siqareti, hər birinin dəyəri 1.8 manat, ümumi dəyəri 108 manat 60 ədəd “Want” markalı siqareti, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 40 manat olan “West” markalı siqareti, hər birinin dəyəri 1.7 manat, ümumi dəyəri 34 manat olan 20 ədəd “Prima” markalı siqareti, hər birinin dəyəri 1.6 manat, ümumi dəyəri 64 manat olan 40 ədəd “Argo” markalı siqareti, hər birinin dəyəri 1.8 manat, ümumi dəyəri 36 manat olan 40 ədəd “Keno” markalı siqaretlərin, hər birinin dəyəri 2 manat, ümumi dəyəri 60 manat olan 30 ədəd “Winchestr” markalı siqareti, həri bir bloku 31 manat olan 217 manat dəyərində 7 blok “Winston” markalı siqareti və kassada olan 40 manat nağd pulu, ümumilikdə 857 manat məbləğində əmlakını oğurlayıblar. Təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq onu bağışlamışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 20\608R nömrəli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən vət. Zərərçəkmiş şəxs məxsus köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 12 ədəd yapışqan lent kəsiklərin üzərində olan 05 ədəd əl-barmaq və 09 ədəd ovuc izləri şəxsiyyətin eynişəldirilməsi üçün yaralıdırlar. 2. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri (daktiloskopik kartları) müqayisəli tədqiqat üçün yararlıdırlar. 3. Şəxsiyyətin eyniləşdirməsi üçün yarlı olan 09 ədəd ovuc izlərindən 02 ədədinin xx.xx.2004-cü ildə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu və sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. 4. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl barmaq və 07 ədəd ovuc izinin DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan o cümlədən Təqsirləndirilən şəxs əl barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayonu, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus köşkə qurlaşdırılmış müşahidə kamerasından xx.xx.2020-ci il tarixdə götürülmüş 1 ədəd DVD diskə baxış zamanı müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə saat 02:47-də iki nəfər yetkinlik yaşına çatmayan şəxs köşkün pəncərəsini əlləri ilə fiziki güc tətbiq etməklə itələyib açmaq istəyən zaman kənardan nəsə görüb uzaqlaşır və yenidən həmin pəncərəni əlləri ilə açıb ora daxil olurlar. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 02 radələrində oğurluq etdiyi Zərərçəkmiş şəxs məxsus Gəncə şəhər, H.Əliyev prospektində yerləşən Gəncə Dövlət Universitetinin İİİ tədris korpusunun qarşısında olan köşkü və köşkə daxil oduğu üsulu göstərmiş, bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərərk işə əlavə edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ilk dəfə cinayət törətməsi, yetkinlik yaşına çatmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 84.1-ci madəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərəkən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı onun həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, təhsilini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətinin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci yoxdur. İş materiallarına maddi sübut kimi əlavə edilmiş, hadisənini vidogörüntüləri əks olunmuş 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs göstərdiyi 10 saat hüquqi yardıma görə hər saat üçün 6 manat olmaqla 60 manat pul, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385 və 435-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Ağstafa rayonunun ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – hadisənin videogörüntüləri olan 1 ədəd disk iş materiallarında saxlanılsın. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərdiyi 10 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hər saat üçün 6 manat olmaqla 60 manat pul X1 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-43/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-43/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver