Məhkəmə qərarları › İş №1(043)-44/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-44/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-44/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də sürücü vəzifəsində işləyən, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi ev 49da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində “xxxx” ASCyə məxsus İsuzu-Boqdan markalı, ** AE *** dövlət qeydiyyat nişanlı, 2 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunu sürücülük hüququ olmaqla idarə edib, Gəncə şəhəri, Abdulla Sur küçəsində hərəkətdə olarkən “13” saylı tam orta məktəbin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozmaqla, yəni sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək sərnişin Zərərçəkmiş şəxs avtobusa tam minməsini gözləmədən və avtobusun qapılarını bağlamadan hərəkətə başlayıb ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs yerə yıxaraq sonuncuya sağ bazu sümüyünün qapalı, qəlpəli sınığı, alın nahiyəsinin yarası, sol diz nahiyəsinin sıyrığı ilə müşahidə edilən xəsarətlər yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildən sürücülük vəsiqəsi almış və elə həmin ildən avtomobil idarə edir. 2009-cu ildə imtahan verdikdən sonra “D” kateqoriyası sürücülük vəsiqəsinə əlavə olunmuş, hal-hazırda “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2020-ci il tarixdən Gəncə şəhərində “xxxx ASC”-də sürücü kimi işə başlamış, xx.xx.2020-ci il tarixədək həmin ASC-yə məxsus “İsuzu Bogdan avtobus“ markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə “2 nömrəli” marşrut xətti üzrə sürücü işləmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 05:45 radələrində Ş.İ.Xətai prospektində yerləşən avtobus qarajında “İsuzu Bogdan”markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun texniki cəhətdən sazlığı yoxlandıqdan və özü tibbi müayinədən keçdikdən sonra avtobusu qarajdan götürərək təmizləyib saat 06:06 dan marşrut üzrə hərəkətə başlamış, saat 09:09-da “Qırmızı-Kənd”dən çıxaraq şəhər istiqamətində hərəkət etmişdir. Saat 09:15 radələrində Abdulla Sur küçəsində yerləşən 13 saylı tam orta məktəbin qarşısındakı dayanacaqda avtobusu dayandırmış, məktəbin qarşısında yerləşən dayanacaqda dayanan zaman bir neçə sərnişin avtobusa mindikdən sonra adı sonradan ona məlum olan sonuncu sərnişin Zərərçəkmiş şəxs avtobusa mindiyini görməmiş və buna görə də sərnişinin avtobusa tam minməsini gözləmədən, həmçinin avtobusun qapısını bağlamadan avtobusu hərəkət etdirmiş və nəticədə adını sonradan bildiyi sərnişin Zərərçəkmiş şəxs avtobusdan yıxılaraq xəsarət almışdır. Bundan sonra isə Ə.Əliyev prospekti ilə hərəkətdə olarkən “Neon” firmasına çatmamış polis əməkdaşı onun idarə etdiyi avtobusu saxladaraq ondan ad soyadını soruşub, telefon nömrəsini götürərək 13 saylı məktəbin qarşısında sərnişin avobusa minərkən sərnişin avtobusa tam minmədən qapısı açıq vəziyyətdə idarə etdiyi “İsuzu Bogdan” markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı 2 nömrəli sərnişin avtobusunu hərəkət etdirdiyi üçün sərnişinin avtobusdan yıxılaraq xəsarət aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona yaxınlaşaraq hadisə törətdiyini bildirmiş və izahat vermək üçün BPİ-nə dəvət etmişdir. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəmiş, bundan sonra isə idarə etdiyi “İsuzu Bogdan” markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusa və hadisə yerinə baxış keçirilmiş və o, protokola imza etmişdir. Hadisənin baş verməsinə səbəb saat 09:15 radələrində Abdulla Sur küçəsində yerləşən 13 saylı tam orta məktəbin qarşısındakı dayanacaqda idarə etdiyi avtobusu saxlayan zaman bir neçə sərnişinin avtobusa mindikdən sonra adı sonradan ona məlum olan sonuncu sərnişin Zərərçəkmiş şəxs avtobusa mindiyini görməməsi, buna görə də sərnişin Zərərçəkmiş şəxs avtobusa tam minməsini gözləmədən, həmçinin avtobusun qapısını bağlamadan avtobusu hərəkət etdirməsi olmuş və nəticədə sərnişin Zərərçəkmiş şəxs avtobusdan yıxılaraq xəsarət almışdır. Zərərçəkmiş şəxs onun ehtiyatsızlığı ucbatından, yəni onun avtobusa minməsini görmədiyi üçün avtobusu hərəkət etdirməsi səbəbindən yıxılaraq xəsarət almış, həmçinin Zərərçəkmiş şəxs yerə yıxılıb xəsarət alan zaman da o, sonuncunun yerə yıxıldığını görməmiş, buna görə də hərəkətini davam etdirmiş, o, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən zərər yetirməmişdir. Hazırda əməlindən səmimi peşimandır, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurulmuş ziyanı tam ödəmiş, zərəçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmadığını dair notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı evdən çıxaraq 13 nömrəli məktəbin qarşısına getmiş, oradan 2 saylı sərnişin avtobusuna minib şəhər mərkəzinə getmək istəmiş, 13 nömrəli məktəbin qarşısında dayanacaqda olarkən ** AE *** dövlət qeydiyyat nişanlı 2 saylı sərnişin avtobusu dayanacaqda dayanmış, ondan qarşıda olan tanımadığı sərnişinlər avtobusa minmiş, o, isə avtobus dayanıqlı vəziyyətdə və avtobusun qapıları açıq olarkən avtobusun arxa qapısından minmək üçün avtobusa yaxınlaşmış, avtobusun arxa qapısında olan tutacaqdan əli ilə tutub avtobusa minmək istəyərkən avtobusun pilləkənində olan zaman avtobusun sürücüsü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Mirazhid oğlu onun avtobusa tam minməsini gözləmədən və avtobusun qapılarını bağlamadan açıq vəziyyətdə avtobusu hərəkətə gətirmiş, nəticədə o, müvazinətini itirərək avtobusun arxa qapısının pilləkənindən yerə yıxılıb sağ qolundan xəsarət almış, sürücü həmin vaxt dayanmadan onun yerdə olduğu halda gözləməyib getmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, bu barədə notarial qaydada təsdiqlənmiş ərizə də vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 39-46 saylı iş vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolla müəyyən olunmuşdur ki, hadisə yeri Gəncə şəhəri, Abdulla Sur küçəsində 13 saylı məktəbin qarşısında yerləşir, sürücülərin hərəkəti üçün maneəsizdir. Yolda eniş yoxuş və maillilik yoxdur. Hadisə baş verən zaman yol yaş vəziyyətdə olmuşdur. Hadisə baş verən yerdə yolun asfalt örtüyünün eni 7.5 metrdir, yol iki istiqamətdə hərəkət üçün nəzərdə tutulmuşdur. Yolun hərəkət hissələri heç bir xətlə ayrılmamışdır. Piyadanın yıxıldığı yer ilə səki arasında məsafə 0.5 metr olmuşdur. 34-38 saylı iş vərəqələrində olan “avtomobilə baxış keçirilməsi haqqında” protokolla müəyyən olunmuşdur ki, ** AE *** dövlət qeydiyyat nişanlı İsuzu-Boqdan markalı avtobusa baxış keçirilmiş və avtobusda hər hansı zədə və sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir iz aşkar edilməmişdir. 52 saylı iş vərəqəsində olan baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri Gəncə şəhər təhlükəsizlik kameralarında qeydə alınaraq DVD diskə köçürülmüş video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, götürülmüş bir ədəd DVD diskdə qeydə alınmış görüntülər Gəncə şəhər BPİ-nin TŞX-nin kamerası tərəfindən qeydə alınmışdır və üç fayldan ibarətdir. Birinci görüntünün müddəti 29 saniyədir. Görüntüdəki hadisə xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:14 radələrində baş verir. Görüntüdən görünür ki, yaşıl rəngli İsuzu-boqdan markalı ** AE *** dövlət qeydiyyat nişanlı 2 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarında bir neçə saniyə dayanır və yenidən hərəkətə başlayır. İkinci görüntünün müddəti 17 saniyədir. Görüntüdəki hadisə xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:16 radələrində baş verir. Görüntüdən görünür ki, yaşıl rəngli İsuzu-boqdan markalı ** AE *** dövlət qeydiyyat nişanlı 2 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarında dayanır. Üçüncü görüntünün müddəti 41 saniyədir. Görüntüdəki hadisə xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:17 radələrində baş verir. Görüntüdən görünür ki, yaşıl rəngli İsuzu-boqdan markalı 2 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarında dayanır və sərnişinlər avtobusa minir. Görüntünün 13-cü saniyəsində sərnişin avtobusa mindikdə avtobusun sürücüsü sərnişinin avtobusa tam minməsini gözləmədən və qapıları bağlamadan hərəkətə başladığı üçün sərnişin yerə yıxılır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kamerada görünən yaşıl rəngli İsuzuboqdan markalı ** AE *** dövlət qeydiyyat nişanlı 2 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsünün özü olduğunu və Gəncə şəhəri, Abdulla Sur küçəsində 13 saylı tam orta məktəbin qarşısında dayanan zaman sərnişinin avtobusa mindiyini görmədiyi üçün avtobusu qapısı açıq vəziyyətdə hərəkət etdirdiyini və nəticədə sərnişinin yıxılaraq xəsarət aldığını bildirmişdir. 13 saylı iş vərəqəsində olan Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx xxxxxxxx 2020-ci il tarixli 1596/2019 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. 59-62 saylı iş vərəqələrində olan Məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020ci il tarixli 1394 saylı rəyi ilə müəyyən olunmuşdur ki: 1.Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bazu sümüyünün qapalı, qəlpəli sınığı, alın nahiyəsinin yarası, sol diz nahiyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. 2.Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. 63-66 saylı iş vərəqələrində olan məhkəmə yol nəqliyyat hadisələri ekspertinin xx xxxxxx 2020-ci il tarixli 8/1794 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki: 1.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən İsuzu Boqdan markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Sərnişin yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən, yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir. 83 saylı iş vərəqəsində olan BDYPİ-nin Gəncə RQİ və TBŞ-nin xx.xx.2020-ci il tarixli 313-5125-1220 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 10 il müddətinə etibarlı olan “BCD” kateqoriyalı AC seriyalı 657198 saylı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququndan məhrum edilməmişdir. Təqsirləndirilən şəxs həmin sürücülük vəsiqəsinə əsasən avtobus idarə etmək hüququ vardır. “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Belə ki, Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmış, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirli bilinməli və cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir (CPM-132). Eyni zamanda qəbul ediləcək qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisənin təsviri olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 358 və 384-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin qeyd hissəsinə əsasən cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olubolmamasına hüquqi qiymət verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə maddi sübut yol-nəqliyyat hadisənin təsviri olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs оğluna məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 84 (səksən dörd) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar