Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-45/2020 03.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə x1 Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi Həsənova Gövhərşah İzzət qızının və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-ci ildə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum, Gəncə şəhəri, Məhsəti küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 30.09.2019-cu il tarixdə saat 21 radələrində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində “Sərfəli” adlanan marketin qarşısında tanışı Zərərçəkmiş şəxs onun ünvanına söyüş söyüb təhqir etdiyi üçün şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxslə mübahisə edib bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə, daha sonra isə açılıb qatlanan cib bıçağı ilə bir neçə dəfə vuraraq sonuncuya sağ 1-ci və 2-ci barmaqlar arası nahiyənin və sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 30 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində o, yaşadığı Məhsəti qəsəbəsində Nicat adlı şəxsin işlətdiyi marketə siqaret almağa getmişdir. Həmin marketə tanışı Cümşüddə gəlmişdir. Onlar hər ikisi işsiz olduqlarına görə siqareti Nicatdan xahiş edib nisyə almışlar. Həmin vaxt onlar dayanıb Nicatla söhbət etmişlər. Söhbət edərkən Teymur adlı qəsəbə sakini gəlib çıxmışdır. Teymurla tanışlıqları olduğu üçün o, Teymura salam vermişdir. Bu vaxt Teymur ondan tələb etmişdir ki, ona siqaret alsın. O da Teymura özünün mağazaya borclu olduğunu və siqareti nisyə aldığını demiş və Teymurdan soruşmuşdur ki, nə üçün Teymura siqaret almalıdır. Teymur da ona kinayəli şəkildə siqaret almağının onun borcu olduğunu demişdir. O, Teymurdan aralaşıb getmək istəyərkən Teymur onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu vaxt tanışı Cümşüd araya girmişdir ki, o, Teymuru vurmasın. Teymur onun ünvanına nalayiq sözlər işlətdikdə o, Teymurun üzərinə gedib sonuncunu vurmaq istəmişdir. Cümşüd isə onları aralaşdırmaq istəyərkən Teymur Cümşüdündə ünvanına nalayiq söyüşlər söymüşdür. Bu vaxt Cümşüd onu buraxıb Teymurun üzərinə getmiş. Onlar hər ikisi Teymuru itələyib sonuncunu mağazadan bayıra çıxartmışlar ki, mağazaya ziyan dəyməsin. Bayıra çıxdıqda Teymuru yumruq və təpiklə vuraraq sonuncunu döymüşlər. Onlar Teymuru yumruq və təpiklə döyərkən Teymur onların ünvanına söyüş söyməyə davam etmişdir. Təxminən 1-2 dəqiqə onlar Teymuru vurduqdan sonra sonuncunu buraxmışlar. Teymurdan aralaşıb qaranlıq küçə ilə gedərkən o, Teymurun onların arxasınca gəldiyini görmüşdür. Onlar Teymuru döydükləri yerdə ayağa qalxıb belinin arxa sağ hissəsində kəmərinə keçirdiyi açılıb qatlanan bıçağı çıxarıb Cümşüdün üzərinə getmişdir. O, həmin vaxt Cümşüdə xəbərdarlıq etmişdir ki, Teymur Cümşüdün arxasınca gəlir. Bu vaxt Cümşüd yerdən daş götürüb Teymura tərəf atmışdır. Daş Teymurun sinəsinə dəydiyi üçün Teymur yerə yıxılmışdır. O, həmin vaxt Teymura yaxınlaşıb Teymurun əlindən bıçağı almışdır. Teymur bıçağı buraxmaq istəmədiyi üçün o, bıçağı dartmış və iki dəfə həmin bıçaqla Teymurun arxa nahiyəsindən sağ tərəfdən yumşaq yerindən Teymura xəsarət yetirmişdir. Bundan sonra bıçağı da özü ilə götürüb aparmışdır. Kəpəz rayon Polis İdarəsində o, həmin bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Hadisə zamanı Teymuru yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Teymurun arxa sağ hissəsinin yumşaq yerində olan bıçaq xəsarətlərini o, Teymura yetirmişdir. Başında olan xəsarətləri isə əsasən Cümşüd yetirmişdir. Sağ 1-ci və 2-ci barmaqlar arası nahiyənin deşilmiş-kəsilmiş yarasını isə ola bilsin ki, o, Teymurun əlindən bıçağı alarkən yetirilmişdir. Qalan xəsarətləri isə Teymura Cümşüd yetirmişdir. O, Teymurun bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurmuşdur. Lakin həmin vaxt Teymurun hansı xəsarətləri aldığını dəqiq bilməmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, orada ondan, Cümşüddən, Teymurdan və Nicatdan başqa heç kim olmamışdır. Hadisə çox davam etmədiyi üçün ətrafdan həmin yerə yığışan olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona heç bir şikayət və tələbi yoxdur. Bundan əlavəTəqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını və bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini, bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığınınona aydın olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,Emin adlı şəxsi təxminən 5 ildən artıqdır ki, tanıyır, eyni qəsəbədə yaşayırlar. Cümşüd adlı şəxsi isə əvvəllər tanımamışdır. 30 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində Nicat adlı şəxsin işlətdiyi ərzaq mağazasına siqaret almaq üçün getmişdir. Mağazada satıcıya, yəni Nicata yaxınlaşıb ondan 1 qutu siqaret almışdır. Həmin vaxt Emin ona da siqaret almasını bildirmişdir. Eminin ona təxminən 4 manat borcu olduğu üçün təklif etmişdir ki, ona bir qutu siqaret alsın və aralarında olan borc bağlansın. Bu söhbət səbəbindən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə edərkən Nicat onları mağazadan bayıra çıxarmışdır. Bayırda Eminlə mübahisə edərkən Eminin yanında olan Cümşüd adlı şəxs onun əynində olan köynəyini başına keçirmiş, bundan sonra onu yumruq və təpiklə vurmağa başlamışlar. Həmin vaxt sərxoş olduğu və zərbələrin təsirindən huşunu itirdiyi üçün bundan sonra nə baş verdiyini dəqiq xatırlamamışdır. Hadisə mağazanın içərisində Emin və o bir-birindən siqaret almağı tələb etdikləri üçün yaranmışdır. Daha sonra Emin və onunla birlikdə olan Cümşüd adlı şəxs onu mağazanın yerləşdiyi küçədə yumruq və təpiklə vuraraq döymüşlər. Həmin vaxt sərxoş olduğu üçün Emin və Cümşüdə söyüş söydüyünü dəqiq xatırlamır. Ola bilsin ki, aralarında olan mübahisə zamanı onlara söymüşdür. Lakin Emin və Cümşüdlə heç bir düşmənçilik və ədavəti olmamışdır. Hadisə zamanı onu kimlərin vurduğunu dəqiq görməmiş, həmin vaxt Cümşüd əynində olan köynəyi başına keçirdiyi üçün ətrafı görə bilməmişdir. Zənnincə ona bıçağı Emin vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, hadisə zamanı ona dəymiş maddi və mənəvi zərərin də tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib,Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəməyədək ibtidai istinaq dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq, təqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda Gəncə şəhəri Məhsəti qəsəbəsində atası x4 məxsus ərzaq mağazasını işlədir. 30.09.2019-cu il tarixdə saat təxminən 21:30 radələrində adını Emin kimi bildiyi Məhsəti qəsəbə sakini adının sonradan Cümşüd olduğunu bildiyi şəxslə birlikdə mağazaya gəlmişlər. Emin və Cümşüd onunla salamlaşdıqdan sonra Emin ondan 1 qutu siqaret istəmişdir. Bu vaxt adının sonradan Teymur olduğunu bildiyi şəxs sərxoş vəziyyətdə mağazaya daxil olmuşdur. Teymurun sərxoş olduğu yerişindən və danışığından dərhal hiss olunmuşdur. Teymur mağazaya daxil olduqdan sonra Emin adlı şəxsə siqaret almasını demişdir. Emin isə Teymurdan nə üçün siqaret almalı olduğunu soruşmuşdur. x6 borclu olduğunu və bu səbəbdən siqaret almalı olduğunu demişdir. Emin isə Teymura borcu olmadığını bildirmişdir. Bu zaman Eminlə Teymurun arasında sözlə mübahisə baş vermişdir. Emin Teymurla mübahisə edərkən Cümşüd adlı şəxs Eminlə Teymuru sakitləşdirmək istəmişdir. Mübahsə zamanı Teymur Eminin və Cümşüdün ünvanına nalayiq söyüşlər söymüşdür. Emin və Cümşüd Teymuru bu vaxt vurmağa başlamışdır. O, Emini, Teymuru və Cümşüdü mağazadan bayıra çıxarmışdır. Dava dalaş zamanı Emin və sonuncunun yanında olan şəxs Teymuru yumruq və ayaq zərbələri ilə vuraraq döymüşlər. Dava dalaş bundan sonra mağazanın qarşısında davam etmişdir. Hadisə zamanı Teymuru Emin və Cümşüd əlləri və ayaqları ilə vuraraq döymüşlər. O, həmin vaxt Teymuru kimin bıçaqla vurduğunu görməmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin vaxt orada ondan, Emindən, Teymurdan və Cümşüddən başqa heç kim olmamış, hadisə çox davam etmədiyi üçün ətrafdan həmin yerə yığışan olmamışdır. Məhkəməyədək ibtidai istinaq dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq, təqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, halhazırda heç bir yerdə işləmirəm. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onunla aralarında hər hansı düşmənçilik və ədavət yoxdur. 30 sentyabr 2019-cu il tarixdə saat 21 radələrində o, tanışı olan Təqsirləndirilən şəxslə birlikdə Gəncə şəhəri Sevinc qəsəbəsində yerləşən “Sərfəli” adlanan marketə nisyə siqaret almağa getmişlər. Onlar marketə daxil olub Nicat adlı əvvəlcədən tanıdıqları şəxsə yaxınlaşmış və ondan nisyə siqaret istəmişlər. Nicat onlara siqaret vermək istəyərkən adının sonradan Teymur olduğunu bildiyi şəxs gəlib çıxmışdır. Teymur Eminə yaxınlaşıb ona siqaret almasını bildirmişdir. Emin də Teymura özünün siqareti nisyə aldığını, pulunun olmadığını demişdir. Bu vaxt Teymur Eminə “sənin mənə borcun var ona görə də mənə siqaret almalısan” demişdir. Emin yenə də Teymura pulunun olmadığını demişdir. Bu vaxt Teymur Eminin üzərinə gedib onu vurmaq istəmişdir. Araya girib Teymuru kənara çəkmişlər. Həmin vaxt Teymur Eminin və onun ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. O və Emin həmin vaxt Teymuru sinəsindən tutub itələmiş və onu mağazadan bayıra çıxarmışlar. Əvvəlcə Emin sonra isə o Teymurun sinəsindən, sifətindən və bədəninin müxtəlif yerlərindən yumruq və təpiklə vuraraq onu yerə yıxmışlar. Həmin vaxt Teymur yerdə onları söyməyə davam etmişdir. Teymur onları söyməyi davam etdirdiyi üçün durmadan yumruq və təpiklə vurmuşlar. Mağaza sahibi Nicat isə kənardan dayanıb onlara baxmış, heç bir müdaxilə etməmişdir. Onlar təxminən 4-5 dəqiqə Teymuru yerdə döydükdən sonra onu buraxmış və digər küçə istiqamətində getmişlər. Bu vaxt Teymur əlini belinin sağ tərəfinə aparıb bıçağı əlinə götürmüşdür. Teymur onun arxası ilə gəlib vurmaq istəmişdir. Emin həmin vaxt ona xəbərdarlıq etmiş, o yerdən daş götürüb Teymura tərəf atmışdır. Həmin daş Teymurun sinəsinə dəymişdir. Teymur daş ona dəydikdə yerə yıxılmışdır. Həmin vaxt Emin Teymurun əlindən bıçağı alıb götürmüşdür. Bundan sonra ondan aralaşıb çıxıb getmişlər. Məhkəməyədək ibtidai istinaq dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq, təqiq edilmiş Şahid3 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-birliyi Gəncə şəhər şöbəsi məhkəmə tibbi ekspertizasının 01.10.2019-cu il tarixli 1566 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ 1-ci və 2-ci barmaqlar arası nahiyənin və sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları-deşici kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol qaş nahiyəsinin səthi yarası, hər iki gözün alt qapaqlarının qançırları, sol kürəküstü və qarın nahiyələrinin sıyrıqları isə - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə x3 Regional Bölməsinin məhkəmə balistik ekspertizasının 06 dekabr 2019-cu il tarixli 685 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 06.11.2019-cu il tarixli tələbnamədən görünür ki, 26.07.2017-ci il tarixli Gəncə şəhər Kəpəz rayon məhkəməsinin hökmü ilə 4100 manat cərimə cəzasına məhkum edilmiş, 21.12.2018-ci il tarixli Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 9 ay islah işləri cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Probasiya Şöbəsi tərəfindən göndərilmiş 25.12.2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-99/17 saylı, 26.07.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 4600 manat cərimə cəzasına məhkum edilmiş, həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində 4100 manat cərimə cəzası saxlanmışdir. Təqsirləndirilən şəxs cəriməni ödəməkdən yayındığı üçün 4100 manat cərimə cəzası Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-167/18 saylı, 21.12.2018-ci il tarixli qərarı ilə aylıq qazancından hər ay 10% dövlət nəfinə pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan 09 ay müddətinə islah işləri cəzasını bu günə qədər çəkməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)- 26/2020 saylı 11.02.2020-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-167/18 saylı, 21.12.2018-ci il tarixli qərarı ilə aylıq qazancından hər ay 10% dövlət nəfinə pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzası 4 ay 3 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxscinayət işinin icraatına xitam verilməsinə razıdır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxslə mübahisə edib bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə, daha sonra isə açılıb qatlanan cib bıçağı ilə bir neçə dəfə vuraraq sonuncuya sağ 1-ci və 2-ci barmaqlar arası nahiyənin və sağ sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmış, Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş videоçəkilişə dаir birədəd bir ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayətişiüzrəmaddisübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilmiş 1 ədəd umumi təyinatlı açılıb qatlanan turist bıçağı qərar qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. Məhkəmə xərci qismindən ekspertiza tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat Dövlət Büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Həsənova Gövhərşah İzzət qızı tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 5 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Həsənova Gövhərşah İzzət qızının işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mаddi sübut videоçəkilişə dаir birədəd CD diskcinаyət işinin mаteriаllаrındа sаxlаnılsın. Cinayətişiüzrəmaddisübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilmiş 1 ədəd umumi təyinatlı açılıb qatlanan turist bıçağı qərar qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmişşəxs Zərərçəkmiş şəxsqaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi Həsənova Gövhərşah İzzət qızına dövlət büdcəsinin hesabına 30 (otuz) manatməbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Məhkəmə xərci qismindən ekspertiza tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : im Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(043)-45/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-45/2020
03.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver