Məhkəmə qərarları › İş №1(043)-45/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-45/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-45/2021 12.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 2-ci döngə, ev 7-də qeydiyyatda olmaqla Gəncə şəhəri, H.Araslı küçəsi, ev 62 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 17:10-da Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən Gəncə şəhər 36 nömrəli tam orta məktəbin qarşısında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli polietilen bükümdə, təmiz çəkisi 50 (əlli) qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriəndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadəsini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Avtoqəza nəticəsində alt çənə sümüyü qırıldığına görə təxminən 6-7 aydır ki, şiddətli baş ağrıları olanda narkotik vasitə marixuanadan istifadə edir. xx xxxxxx 2020-ci il saat 18 radələrində Yevlax şəhərində olarkən bir nəfər tanımadığı şəxsin telefon vasitəsi ilə narkotik vasitə olan marixuana barəsində danışdığını eşidərək həmin şəxsə yaxınlaşıb narkotik vasitə qəbul etdiyini bildirərək həmin şəxsdən ona marixuana təşkil etməsini xahiş etmişdir. Qeyd edilən şəxs isə ətrafa bir qədər boylandıqdan sonra onu bir qədər kənara aparıb cibindən sellofan büküm çıxararaq ona göstərmiş və həmin kütləni sata biləcəyini demişdir. O, həmin kütləyə baxış keçirərək qoxusundan marixuana olduğuna tam əmin olduqdan sonra qiymətini soruşmuş, həmin şəxs isə qeyd edilən marixuananı 300 manata satmaq istədiyini bildirmişdir. O, qeyd edilən şəxsə üzərində 110 manat pulunun olduğunu və kütləni 100 manata almaq istədiyini bildirdikdə, həmin şəxs 100 manat pulu ondan qəbul edərək marixuananı ona vermişdir. Bundan sonra o, tanımadığı şəxsin avtomobili ilə Gəncə şəhərinə, yaşadığı evə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixə qədər o, marixuananın bir hissəsindən üç dəfə istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən 36 nömrəli məktəbin qarşısında olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə həmin şöbəyə getmiş, şöbənin binasında iş otağında müdafiəçinin iştirakı ilə üzərində axtarış aparılacağı ona izah olunaraq, üzərində olan əşyaların təqdim olunmasını təklif etmişlər.O, əynindəki gödəkçəsinin cibində olan həmin sellofan bükümü təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Hərəkətindən olduqca peşman olduğunu bildirdi. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələrni də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Şahidlərdən Şahid2 və Şahid3 məhkəməyə teleqram verərək, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri, H.Araslı küçəsi, ev 62-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olması barədə aldıqları əməliyyat məlumatına əsasən, tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun üçün ilk öncə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında tərəflərindən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:10-da Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən 36 nömrəli tam orta məktəbin qarşısında müəyyən edilərək saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özləri ilə birlikdə Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirmiş və orada sonuncu təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onların, eləcə də müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ilk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan torbacıq təqdim edərək həmin torbacığm içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kütləyə baxış keçirilərkən sellofan torbacığm içərisindəki kütlənin kəskin spesifik qoxuya malik, yaşıl rəngli, narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi 50 qramdan bir qədər artıq təşkil etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də başqa narkotik vasitəyə bənzər kütlə, habelə qanunla dövriyyəsi qadağan edilmiş digər predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitəyə bənzər həmin kütlə 01 ədəd kağız paketin içərisində qablaşdırılmış, qablaşdırmanm üzəri möhürlənmiş və qeydlər aparılaraq imzalarla təsdiq edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni Yevlax şəhəri ərazisində yerləşən dairənin və “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhəri, H.Araslı küçəsi, ev 62-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olması barədə aldıqları əməliyyat məlumatına əsasən, tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun üçün ilk öncə əməliyyat müvəkkili polis mayoru Şahid2 tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında o, DİN-in BNMİ-in CBRŞ-in əməliyyai müvəkkili polis mayoru X3 və DİN-in BNMİ-in QBRŞ-in əməkdaşları tərəflərindən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:10-da Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən 36 nömrəli tam orta məktəbin qarşısında müəyyən edilərək saxlanılmışdır. Onlar onu özləri ilə birlikdə DİN-in BNMİ-in QBRŞ-nin inzibati binasına gətirmişlər və orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onların, eləcə də müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən videoqeydiyyat aparılaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ilk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan torbacıq təqdim edərək həmin torbacığm içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kütləyə baxış keçirilərkən sellofan torbacığm içərisindəki kütlənin kəskin spesifik qoxuya malik, yaşıl rəngli, narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi 50 qramdan bir qədər artıq təşkil etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də başqa narkotik vasitəyə bənzər kütlə, habelə qanunla dövriyyəsi qadağan edilmiş digər predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitəyə bənzər həmin kütlə 01 ədəd kağız paketin içərisində qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmiş və qeydlər aparılaraq imzalarla təsdiq edilmişdir. İlkin dindirmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni Yevlax şəhəri ərazisində yerləşən dairənin və “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 16/780 nömrəli məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində olan “………şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə” yazı və imzalar olan bir ədəd kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 50 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. ( i.v.səh.42-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1018 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcbiri müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. ( i.v.səh. 87). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v. səh.86). Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:10-da tutulmuşdur. (İ.v. səh.20-21) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında xx xxxxxx 2020-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ.v. səh.66-67) Gəncə şəhəri Nizami rayonu Evlər Üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ.v. səh.82) AZE18784628 nömrəli və AZE 18784627 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. (İ.v. səh.84-85) Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 17:10-da Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən Gəncə şəhər 36 nömrəli tam orta məktəbin qarşısında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli polietilen bükümdə, təmiz çəkisi 50 (əlli) qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşiman olmasını himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci ci il tarixədək tutulduğu iki gün nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan- tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 49.8 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 26 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 49.8 qram çəkidə narkotik vasitə olan marixuana, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 ( otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası Gəncə Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar