Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-47/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 15A-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ümumi təyinatlı 1 ədəd ov bıçağını qanunsuz olaraq əldə edib xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində üzərində gəzdirərkən Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Depo Ucuzluq” adlanan mağazanın içərisində özünü şübhəli apardığı üçün həmin ərazidə xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfərləri - polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 tərəfindən qeyd edilən mağazanın içərisində saxlanılaraq şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və Növbətçi Hissəyə təhvil verilərkən Nizami RPİ-nin məsul növbətçisi, polis mayoru Şahid4 tərəfindən üzəri yoxlanıldıqda həmin bıçaq əynindəki qara rəngli şalvarın arxa cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Daewoo” markalı, “Nexia” model taksi avtomobilinə müştəri qismində əyləşib avtomobili Gəncə şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 23 saylı yaşayış binasının qarşısına sürdürərək müştəri görüntüsü yaratdıqdan sonra Zərərçəkmiş şəxs ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək niyyəti ilə zəng etmək üçün telefona ehtiyacının olmasını, zəng etdikdən sonra qaytaracağını bildirərək inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 549 manat dəyərində “Huawei” markalı, “Honor 9X” model mobil telefonu, həmin telefonun 10 manat dəyərində 1 ədəd qoruyucu arxalığını, 5 manat dəyərində 1 ədəd qoruyucu üzlüyünü, içərisində olan 15 manat dəyərində 32 giqabayt həcmdə 1 ədəd yaddaş kartını, 5 manat dəyərində “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəni və 5 manat dəyərində “Narmobile” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəni, ümumilikdə isə zərərçəkmiş şəxsin 589 manat dəyərində əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş zərəri tam həcmdə ödədiyinə və onunla barışdığına görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilmiş və məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə həmin hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 228.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin sentyabr ayında, dəqiq xatırlamadığı tarixdə yaşadığı küçədə yerdən 1 ədəd dəstəyi qəhvəyi rəngli, kəsici hissəsi isə gümüşü rəngli, əl ilə açılıb bağlanan bıçaq tapıb həmin bıçağı yerdən götürərək xoşuna gəldiyi üçün meyvə kəsmək məqsədi ilə şalvarının cibinə qoymuşdur. Həmin gün, saat 19 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Depo Ucuzluq” adlanan mağazanın qarşısında olarkən həmin bıçaq əynindəki qara rəngli şalvarın arxa cibində imiş. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şəxsiyyətini təsdiq edən sənədi xahiş etmişlər. Həmin vaxt onun üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığına görə polis əməkdaşları onu PPX avtomobili ilə Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparıb Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi Hissədə isə əynindəki şalvarın arxa cibindən həmin bıçaq aşkar olunaraq baxış keçirilməklə ondan götürülmüşdür. Həmin vaxt fotoşəkillər də çəkilmiş və o, tərtib edilmiş sənədləri oxuyub imza etmişdir. İzahat verdikdən sonra isə sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, daxili işlər orqanlarında və tutduğu vəzifədə 2019-cu ildən xidmət edir, polis kiçik serjantı xüsusi rütbəsini daşıyır. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Depo Ucuzluq” adlanan mağazanın qarşısında xidmət apararkən mağazanın müdiri Surxay adlı şəxs mağazanın içərisində bir nəfər şəxsi onlara göstərərək mağazada özünü şübhəli aparmasını bildirmişdir. O və xidmət yoldaşı Şahid2 də həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmişlər. Qeyd edilən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığını bildirmişdir. Ona görə həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət etmiş və özləri ilə birlikdə PPX avtomobili ilə Nizami RPİ-nin inzibati binasına aparmışlar. Onlar özünü Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxsi Növbətçi Hissəyə təhvil vermiş və polis serjantı Şahid2 bu barədə raport yazmışdır. Növbətçi Hissədə məsul növbətçi Şahid4 tərəfindən onların da iştirakı ilə Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən Eşqin əynində olan qara rəngli şalvarın arxa cibindən dəstəyi qəhvəyi rəngli, kəsici hissəsi gümüşü rəngli, əl ilə açılıb bağlanan bir ədəd bıçaq çıxarıb təqdim etmişdir. Həmin faktla bağlı məsul növbətçi tərəfindən akt tərtib edilmiş, bundan sonra onlar öz xidmətlərini davam etdirmək üçün getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində eyni xüsusatları göstərərək Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, daxili işlər orqanlarında 2005-ci ildən, tutduğu vəzifədə isə 2014-cu ildən xidmət edir, polis mayoru xüsusi rütbəsini daşıyır. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nin məsul növbətçisi olarkən saat 18 radələrində Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 əvvəllər tanımadığı bir nəfər şəxsi Nizami RPİ-nin növbətçi hissəsinə gətirib həmin şəxsin özünü şübhəli aparmasını, üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olmadığını bildirmişdir. Polis nəfəri Şahid2 qeyd edilən şəxsin gətirilməsi ilə bağlı Nizami RPİ-nin rəisi, polis polkovniki Samir Həsənova raportla müraciət etmişdir. O, həmin şəxsin şəxsiyyətini müəyyən edən zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Təqsirləndirilən şəxsdur. Növbətçi Hissədə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmaması barədə tərəfindən sual verilərkən isə Eşqin əynində olan şalvarın arxa cibindən dəstəyi qəhvəyi rəngli, kəsici hissəsi gümüşü rəngli, əl ilə açılıb bağlanan 1 ədəd bıçaq çıxarıb təqdim etmişdir. Bundan sonra həmin bıçaq Təqsirləndirilən şəxs özü tərəfindən Nizami RPİ-nin Təhqiqat Bölməsinə təqdim edilmişdir. O, qeyd edilən bıçağın aşkar edilməsi ilə bağlı akt tərtib etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan və xx.xx.2020-ci il tarixli “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi faktı ilə bağlı ilkin araşdırma zamanı ümumi uzunluğu 26 sm, tiyəsinin uzunluğu 12 sm, eni 1.5 sm, dəstəyinin uzunluğu isə 14 sm olan metal gövdəli, taxta qundaqlı bıçaq Təqsirləndirilən şəxs götürülmüş və bununla bağlı akt tərtib edilmiş, sonradan qeyd edilən bıçaq Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis mayoru Elçin Cahangirova təqdim edildiyindən eyni tarixli baxış və götürmə haqqında protokola əsasən, götürülərək qablaşdırılmışdır. Baxış və götürmə zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 16/658 saylı məhkəmə-soyuq silah ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Ekspertiza tədqiqatının dəyəri 31,50 manat olmuşdur. Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyətinin Gəncə şəhər Ovçu- Dayaq Məntəqəsindən alınan xx.xx.2020-ci il tarixli, 89 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ovçular və balıqçılar cəmiyyətində qeydiyyatdan keçməmişdir və həmin cəmiyyətin üzvü deyildir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli–Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 331.2, 330.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Fizuli Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib hökmlərin məcmusu qaydasında 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tibli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün Təqsirləndirilən şəxs müəssisənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış kasteti (beşbarmaq) qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi mümkün edir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan, soyuq silah hesab edilən 1 ədəd bıçaq xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən tutulmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 10 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 60 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan, soyuq silah hesab edilən 1 ədəd bıçaq xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Ekspertiza tədqiqatının haqqı olan 31,50 (otuz bir tam yüzdə əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-47/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-47/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver