Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-47/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Gəncə şəhəri F.Əmirov küçəsi ev 24, mənzil 67-də qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan-2 qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 97,03 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, qurudulmuş marixuananın 95 qramını yaşadığı evdə, 2,03 qramını isə üzərində saxlamaqla daşımış, 18 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər BPİ-nin NBM-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan 2 qəsəbəsində yaxınlığında saxlanılıb ünvan 1 ünvanda yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,03 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan 2 qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərən zaman həmin evin girişində yerləşən dolabdan 1 ədəd şüşə balonda şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 95 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan 2 qəsəbəsində olan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində kibrit qutusunda narkotik vasitə olan marixuana saxlamış, orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə polis əməkdaşları ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O, həmin şəxslərlə birlikdə Gəncə şəhər BPİ-nə gəlmişdir. Bundan sonra vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd kibrit qutusunun içərisində olan marixuananı təqdim etmişdir. O, üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu və həmçinin yaşadığı evdə də narkotik vasitə olan marixuana saxladığını etiraf etmişdir. Bundan sonra yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan 2 qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zaman həmin evin həyət darvazasından içəri daxil olduqdan sonra evin girişində olan dolabdan 1 ədəd şüşə qabda marixauana götürülmüş və polis əməkdaşları həmin kütləyə baxış keçirmişlər. O, yaşadığı evdən aşkar olunan kütlənin də marixuana olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin yay aylarında yaşadığı evin həyətində çətənə kolunu əkib becərdikdən sonra qurudub şüşə qaba yığaraq saxladığını və arada bir üzərindən götürərək istifadə etdiyini bildirmişdir. O, həmin narkotik vasitədən heç kimə nə verməmiş, nədə ki satmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat daxil olmuşdur. Bundan sonra 18.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə və yaşadığı evə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan 2 qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhər BPİ-nin NMB-nin kiçik inspektoru Şahid2 ilə birlikdə həmin qəsəbəyə getmişdir. Həmin vaxt saat 22 radələrində Təqsirləndirilən şəxs yerini müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan etmiş, daha sonra Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda spesifik kəskin iyli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuş, həmin kütlə kibrit qutusunda elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılaraq ağzı möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin marixuana olduğunu, özünə məxsus olmasını və həmin narkotik 2021-ci ilin yay aylarında yaşadığı Gəncə şəhəri, Natəvan 2 qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində əkib becərib qurutduğunu, qalanını isə şüşə qabda yaşadığı evdə saxladığını, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonun Natəvan 2 qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin darvazasından içəri daxil olduqdan sonra evin girişində olan dolabdan 1 ədəd şüşə qabda yaşıl rəngli marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilərək şüşə qabla birlikdə çəkisi 455 qram gəlmiş və zərfdə qablaşdırılaraq ağzı möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətində həmin narkotik vasitəni əkib becərdiyi və qurudaraq saxladığı yerə baxış keçirilmiş və həmin yerdən hər hansı çətənə kolu və ya digər qanunsuz bitki aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 18.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun onun üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 5(043)-23/2022 saylı, 31.01.2022-ci il tarixli qərarına əsasən Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş 18.09.2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarın Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair hissəsinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmiş, onun yaşadığı ünvan 3 ünvana baxış keçirilməsi barədə keçirilmiş əməliyyat tədbiri zamanı qanun pozuntusunun aşkar olunmaması müəyyən edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmazdan əvvəl üzərində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu təqdim edərək həmin qutunun içərisində marixuanaya oxşar kütlə olduğunu bildirmişdir. Sonra kütləyə baxış keçirilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Yaşayış evinə baxış keçirilməsi haqqında” 18 sentyabr 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natavan-2 qəsəbəsində yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs razılığı əsasında videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin giriş hissəsində kiçik həcmli rəfin içərisində olan şüşə qabda qurutduğu marixuana olduğunu bildirmiş və həmin şüşə qabı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində çətənə kolunu becərib və qurutduğu yeri göstərmişdir. Şüşə qabda olan qurudulmuş, yaşıl rəngli ilk baxışdan marixuanaya oxşar kütlə baxış keçirildikdən sonra tamlığı pozulmaması üçün şüşə qabla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 455 qram olması müəyyən edilmişdir. Sonra kütlə zərfə qoyulduqdan sonra üzəri yazılmış, yazı uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və zərfin ağzı möhürlənərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 19 sentyabr 2021-ci il tarixli, 16/984 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş” sözləri olan kağız paketdəki, bir ədəd kibrit qutusunda, təmiz çəkisi 2,03 qram olan maddə üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlə sözləri və imzalar olan kağız paketdəki bir ədəd şüşə balonda təmiz çəkisi 95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın yuxarı hədinin 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 01 dekabr 2021-ci il tarixli, 1454 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatqısı ilə məşğul olması, narkotik vasitədən kiməsə verməsi, həmçinin onun üstündən aşkar edilmiş narkotik vasitəni kimdən əldə etməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş marixuanadan ekspertizadan sonra qalıq qalmış (təmiz çəkiləri 2,01 qram və 94,98 qram) marixuana və Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. 09 noyabr 2021-ci il tarixli, 5753 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə 30.09.1996-cı ildən Həşiş narkoman diaqnozu ilə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08.11.2021-ci il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Sonuncu dəfə o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 18.01.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin 09.01.2019-cu il tarixli qərarı ilə cəzanın 3 ay 13 gün hissəsi vaxtından əvvəl şərti azad edilmiş, cəzanın müddəti 21.04.2019-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu hökm üzrə də məhkumluğu ödənilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 50-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. “Şübhəli şəxsi tutma haqqında” 18 sentyabr 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 20 sentyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20.09.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətmkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Bundan başqa, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxsin 18.09.2021-ci il tarixdən 20.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan və Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 2,01 qram və 94,98 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18.09.2021-ci il tarixdən 20.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi 2,01 qram və 94,98 qram qurudulmuş marixuana məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-47/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-47/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver