Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-48/2021 07.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, Gəncə şəhəri, Bakı küçəsi ev 73A-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, H.Əliyev prospekti ev 265də qeydiyyatda olan, Gəncə şəhəri, H.Əliyev prospekti ev 20, mənzil 46-da yaşamış, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(043)- 29/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 02.10.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri H.Əliyev propekti 42a ünvanında yerləşən köşkün giriş qapısında olan asma qıfılı əlində olan vintaçanla açıb oraya qanunsuz daxil olaraq köşkün piştaxtalarında bir ədədi 3.20 manat olan 35 ədəd, ümumi dəyəri 112 manat olan “vinston” markalı, bir ədədi 3.60 manat olan 40 ədəd ümumi dəyəri 144 manat olan “sobranie” markalı, bir ədədi 3,40 manat olan 36 ədəd ümumi dəyəri 122.40 manat olan “kent” markalı, bir ədədi 2.40 manat olan 30 ədəd ümumi dəyəri 72 manat olan “vinçestr” markalı, bir ədədi 1.60 manat olan 20 ədəd ümumi dəyəri 32 manat olan “palmali” markalı, bir ədədi 1.80 manat olan 85 ədəd ümumi dəyəri 153 manat olan “Waqna” markalı, bir ədədi 1.80 manat olan 40 ədəd ümumi dəyəri 72 manat olan “Wikeroy” markalı, bir ədədi 1.60 manat olan 40 ədəd ümumi dəyəri 64 manat olan “Arqo qalın” markalı, bir ədədi 1.80 manat olan 45 ədəd ümumi dəyəri 81 manat olan “Arqo nazik” markalı, 6 manat olan 33 ədəd ümumi dəyəri 198 manat olan “sobranie uzun” markalı, ümumi dəyəri 1050 manat 40 qəpik olan siqaretləri və kassada olan 70 manat nəğd pul olmaqla, zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1120,40 manat (min yüz iyirmi manat qırx qəpik) dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 02.10.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri H.Əliyev propekti 42a ünvanında yerləşən köşkün giriş qapısında olan asma qıfılı vintaçanla açıb oraya qanunsuz daxil olaraq köşkün piştaxtalarında bir ədədi 3.20 manat olan 35 ədəd, ümumi dəyəri 112 manat olan “vinston” markalı, bir ədədi 3.60 manat olan 40 ədəd ümumi dəyəri 144 manat olan “sobranie” markalı, bir ədədi 3,40 manat olan 36 ədəd ümumi dəyəri 122.40 manat olan “kent” markalı, bir ədədi 2.40 manat olan 30 ədəd ümumi dəyəri 72 manat olan “vinçestr” markalı, bir ədədi 1.60 manat olan 20 ədəd ümumi dəyəri 32 manat olan “palmali” markalı, bir ədədi 1.80 manat olan 85 ədəd ümumi dəyəri 153 manat olan “Waqna” markalı, bir ədədi 1.80 manat olan 40 ədəd ümumi dəyəri 72 manat olan “Wikeroy” markalı, bir ədədi 1.60 manat olan 40 ədəd ümumi dəyəri 64 manat olan “Arqo qalın” markalı, bir ədədi 1.80 manat olan 45 ədəd ümumi dəyəri 81 manat olan “Arqo nazik” markalı, 6 manat olan 33 ədəd ümumi dəyəri 198 manat olan “sobranie uzun” markalı, ümumi dəyəri 1050 manat 40 qəpik olan siqaretləri və kassada olan 70 manat nəğd pul olmaqla, zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1120,40 manat (min yüz iyirmi manat qırx qəpik) dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 01 oktyabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində dostu Sərvanla, Gəncə şəhəri X4 yaxınlığında görüşmüşdür. Aralarında yaranmış söhbət zamanı o, Sərvana dəmir yolu vağzalından bir qədər yuxarıda H.Əliyev prospektində köşk olduğunu, həmin köşkün kamerasının olmadığını, oradan muxtəlif növ siqaretləri oğurlaya biləcəklərini demişdir. Sərvan da onunla razılaşmış və onlar həmin gün köşkün yanından keçmiş və o, Sərvana köşkü göstərmişdir. Bundan sonra onlar gecə yarısı görüşüb köşkdən oğurluq etməyi planlaşdırmışlar. 02.10.2020-ci il tarixə keçən gecə saat 01 radələrində Sərvanla köşkün yanında görüşmüşdür. O, evdən özü ilə vintaçan gətirmiş və vintaçanla köşkün giriş qapısının üst qıfılını açmışdır. Sərvan isə o, qapını açana kimi kimsə gəlsə ona xəbər etsin deyə kənarda dayanmışdır. O, qapını açandan sonra hər ikisi köşkün içərisinə daxil olmuş və köşkün içərisində siqaretlər olan piştaxtadan 60 ədəd müxtəlif markalı siqaretləri götürüb sellofan torbalara yığmışlar. Köşdən başqa heç nə götürməmişlər. Sonra köşkdən çıxıb hər ikisi qaçaraq yaxınlıqda olan yaşayış binalarının arasına tərəf getmişlər. O, həmin siqretləri Bakı küçəsində yerləşən evinə aparmışdır. 02.10.2020-ci il tarixdə saat 10 radələrində siqaretləri götürüb Sərvanla yaşadığı küçədə görüşmüş, orada həmin siqaretlərdən “Rotmans” markalı 2 qutu siqaretin birini o, digərini isə Sərvan özünə götürmüşdür. Bundan sonra 02.10.2020-ci il tarixdə saat 11 radələrində oğurladıqları siqaretlərin yerdə qalan hissəsinin hamısını 120 manata satmışlar. Həmin puldan onun və Sərvanın payına hərəsinə 55 manat pul düşmüşdür. Yerdə qalan 10 manat pulu isə taksiyə xərclədikləri pula çıxmışlar. Sonradan polis əməkdaşları onu Kəpəz RPİ-nə dəvət etmiş və o da Sərvanla birlikdə siqaretləri oğurlamağını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 01 oktyabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində dostu Fazillə Gəncə şəhəri X4 yaxınlığında görüşmüşlər. Aralarında yaranmış söhbət zamanı Fazil ona dəmir yolu vağzalından bir qədər yuxarıda H.Əliyev prospektində köşk olduğunu, həmin köşkün kamerasının olmadığını, oradan muxtəlif növ siqaretləri oğurlaya biləcəklərini demişdir. O, da Fazillə razılaşmış və onlar həmin gün köşkün yanından keçmiş və Fazil köşkü göstərmişdir. Bundan sonra onlar gecə yarısı görüşüb köşkdən oğurluq etməyi planlaşdırmışlar. 02 oktyabr 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Fazillə köşkün yanında görüşmüşlər. Fazil evdən özü ilə vintaçan gətirmiş və əlindəki vintaçanla köşkün giriş qapısının üst qıfılını açmışdır. O isə Fazil qapını açana kimi kimsə gəlsə xəbər etsin deyə gözləmişdir. Fazil köşkün qapısını açandan sonra hər ikisi köşkün içərisinə daxil olmuş və köşkün içərisində siqaretlər olan piştaxtadan 60 ədəd müxtəlif markalı siqaretləri götürüb sellofan torbalara yığmışlar. Köşkdən pul və ya digər hər hansı əşya götürməmişlər. Sonra köşkdən çıxıb hər ikisi qaçaraq yaxınlıqda olan yaşayış binalarının arasına tərəf getmişlər. O, həmin siqretləri Fazilin evinə aparmış və Fazil evində gizlətmişdir. 02 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində siqaretləri götürüb küçədə görüşmüşlər. Orada həmin siqaretlərdən “Rotmans” markalı 2 qutu siqaretin birini o, digərini isə Fazil özünə götürmüş, sonra 02 oktyabr 2020-ci il tarixdə səhər saatlarında oğurladıqları siqaretlərin yerdə qalan hissəsini 120 manata satmışlar. Həmin puldan onun və Fazilin payına hərəsinə 55 manat pul düşmüşdür. Yerdə qalan 10 manat pulu isə taksiyə xərclədikləri pula çıxmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Gəncə şəhəri H.Əliyev prospekti 42a ünvanında yerləşən köşkdə muxtəlif növ tütün məmulatları, enerji içkiləri, qazlı içkilər və digər məhsulların satışı ilə məşğul olur. Həmin köşkü hər gün saat 08:00-da açır və axşam 20:00-da bağlayıb evinə gedir. 02.10.2020-ci il tarixdə saat 08 radələrində köşkü açmaq üçün ora getmiş və bu zaman köşkün qapısının açıq olduğunu görmüşdür. Sonra içəri daxil olmuş və köşkdə olan bir ədədi 3.20 manat olan 35 ədəd, ümumi dəyəri 112 manat olan “vinston” markalı, bir ədədi 3.60 manat olan 40 ədəd ümumi dəyəri 144 manat olan “sobranie” markalı, bir ədədi 3,40 manat olan 36 ədəd ümumi dəyəri 122.40 manat olan “kent” markalı, bir ədədi 2.40 manat olan 30 ədəd ümumi dəyəri 72 manat olan “vinçestr” markalı, bir ədədi 1.60 manat olan 20 ədəd ümumi dəyəri 32 manat olan “palmali” markalı, bir ədədi 1.80 manat olan 85 ədəd ümumi dəyəri 153 manat olan “Waqna” markalı, bir ədədi 1.80 manat olan 40 ədəd ümumi dəyəri 72 manat olan “Wikeroy” markalı, bir ədədi 1.60 manat olan 40 ədəd ümumi dəyəri 64 manat olan “Arqo qalın” markalı, bir ədədi 1.80 manat olan 45 ədəd ümumi dəyəri 81 manat olan “Arqo nazik” markalı, 6 manat olan 33 ədəd ümumi dəyəri 198 manat olan “sobranie uzun” markalı siqaretləri, ümumilikdə 1050 manat 40 qəpik dəyərində siqaret və kassada olan 70 manat nəğd pulun naməlum şəxslər tərəfindən oğurlandığı məlum olmuşdur. Bundan sonra o, bu barədə polisə məlumat vermişdir və polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən köşkdə mustəlif növ xırdavat əşyaları və tütün məmulatları satmaqla məşğul olur. 02 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində Fazil və Sərvan adlı şəxslər onun yanına gəlmişdir. Fazil əlində olan sellofandakı muxtəlif növ siqaretləri ona göstərmiş və bir nəfərin ona borcu olduğunu, həmin şəxsin mağazası olduğunu və pul əvəzinə siqaretləri verdiyini və siqaretləri satdığını bildirmişdir. O, da siqaretlər olan selofana baxmış və çoxlu sayda muxtəlif növ siqaretlər olduğunu görmüşdür. O da siqaretləri hesablamış və 120 manat pul elədiyini demişdir. Fazil və Sərvan da onunla razılaşmışdır. O, 120 manat pulu Fazilə və Sərvana verib siqaretləri satmaq üçün vitrinə düzmüşdür. Bir neçə gün sonra isə həmin siqaretlərin oğurluq olması ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan Gəncə şəhəri, H.Əliyev prospekti 42A ünvanda olan köşkə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. “Baxış və götürmə aparılması haqqında” 15 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid təqdim etdiyi müxtəlif növ siqaretlərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş siqaretlərdən 4 ədəd West Compact (brilliant White), 5 ədəd West Compact (silver), 4 ədəd West Compact (deep blue), 3 ədəd Kingston (king size) 2 qızılı – 1 qara rəng (qalın), 1 ədəd Winchester (blue) qalın, 1 ədəd İmperial Classic (silver) nazik, 1 ədəd İmperial Classic (blue) nazik, 6 ədəd Argo (king size) qalın 4 göy – 2 qırmızı rəng, 1 ədəd Fine (special blend) (ultimate), 2 ədəd Fine (special blend) (sunset), 2 ədəd Vegas (silver american blend), 3 ədəd Prima (deluxe qalın), 2 ədəd Winchester (blue) nazik, 1 ədəd Winchester (silver) qalın, 1 ədəd Magna (silver), 3 ədəd Davidoff (reach), 5 ədəd Kingston (nano slim) nazik siqaretlərdir. Qeyd edilən siqaretlər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən fotoşəkilləri çəkilərək götürülmüşdür. “İfadənin yerində yoxlanılması haqqında” 05 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 dekabr 2020-ci il tarixli 9/5344 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif markalı siqaretlərin 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir. Belə ki, “Sobranie” markalı siqaret bir ədədi 3.7 manat, “Vinston” markalı siqaret bir ədədi 3.3 manat, “Kent-8” markalı siqaret bir ədədi 3.5 manat, “Kent-4” markalı siqaret bir ədədi 3.5 manat, “Kent-1” markalı siqaret bir ədədi 3.5 manat, “Pallmall-” markalı siqaret bir ədədi 1.7 manat, “Winchester” markalı siqaret bir ədədi 2.5 manat, “West” markalı siqaret bir ədədi 2.8 manat, “Rothmans” markalı siqaret bir ədədi 2.4 manat, “Viceroy” markalı siqaret bir ədədi 1.8 manat, “LD” markalı siqaret bir ədədi 2.7 manat, “NZ” markalı siqaret bir ədədi 2.2 manat, “Want” markalı siqaret bir ədədi 1.6 manat, “Classik” markalı siqaret bir ədədi 2 manat, “Keno” markalı siqaret bir ədədi 1.6 manat, “Prima” markalı siqaret bir ədədi 1.5 manat, “Veqas” markalı siqaret bir ədədi 1.5 manat, “Naşa prima” markalı siqaret bir ədədi 1.5 manat, “More” markalı siqaret bir ədədi 1.5 manat, “Arqo” markalı siqaret bir ədədi 1.6 manat təşkil edir. Beləliklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən müxtəlif markalı siqaretlərin 2020-ci ilin oktyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 49.90 manat müəyyən edilir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid təqdim etdiyi müxtəlif adda 45 ədəd siqaretlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 16.12.2020-ci il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 20.06.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.07.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 21.09.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.04.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28.03.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.12.2018-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluqları ödənilmiş olsa da, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 28.03.2018-ci il tarixli hökmü üzrə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 16.12.2020-ci il tarixli tələbnamədən və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun üzərinə digər vəzifələrlə yanaşı narkomaniyadan məcburi müalicə keçmək vəzifəsi qoyulmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-99/2021 saylı, 24.06.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(043)-107/2020 saylı hökmü məhkum Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti artırılaraq 2 il 6 ay həddində müəyyən edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 25.01.2020-ci il tarixdən 27.01.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Gəncə şəhəri Nizami rayon Məhkəməsini 26.02.2020-ci il tarixli 1(044)-46/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 03.02.2021ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin onlara isnad olunan əməli törətmələri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində oğurlanmış siqaretlərin hamısı təqdim edilmədiyindən və həmin rəydə olan qiymətlər orta bazar qiyməti ilə göstərilsə də, həmin qiymətlər təxmini xarakter daşıyır. Ona görə də təqsirləndirilən şəxslər tərəfindən oğurlanmış siqaretlərin qiymətləri zərər çəkmiş şəxsin göstərdiyi qiymətlər əsasında müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxsə məxsus köşkdən ittihamda göstərilən sayda siqaret və pul oğurlamamaları barədə verdiyi ifadələrinə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla, yəni zərərçəkmiş şəxslərin ifadələri, baxış və götürmə protokolları, eləcə də cinayət işi materiallarına əlavə edilmiş digər sənədlərlə tam təkzib edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə qəsdən cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətməsini onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə Təqsirləndirilən şəxs2 həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətlərini yüngülləşdirən hal olsa da, məsuliyyəti ağırlaşdıran hal kimi əməlində cinayətin residivi olması və CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, barələrində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, digər Təqsirləndirilən şəxs1 isə cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 03.10.2020-ci il tarixdən 05.10.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı iki gün müddət CM-in 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-29/2021 saylı, 28.04.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki hökmlə təyin ediləcək cəza Azərbaycan Respublikası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-29/2021 saylı, 28.04.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 28.04.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan müxtəlif markalı 45 ədəd siqaretlərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-99/2021 saylı, 24.06.2021-ci il tarixli qərarına əsasən təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 03.10.2020-ci il tarixdən 05.10.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-29/2021 saylı, 28.04.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış müxtəlif markalı 45 ədəd siqaretlərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-48/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-48/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver