Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-49/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,müdafiəçilər-Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkilləri X3 və X1 iştirakları ilə, 25.04.2022-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Samux rayonu, Ziyadlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə kanalizasiya xəttinin quyusunun qapaqlarını oğurlamağa razılaşdıqdan sonra 17.11.2021-ci il tarixdə təxminən günorta saatlarında Gəncə şəhəri, Nizami rayonu Gülüstan qəsəbəsində yerləşən kanalizasiya xəttinin quyusunun 220 manat dəyərində 2 ədəd dəmir qapağını, həmin günü Gəncə şəhəri Kəpəz rayonu, S.Vurğun küçəsində yerləşən kanalizasiya xəttinin quyusunun 110 manat dəyərində 1 ədəd dəmir qapağını, 18.11.2021-ci il tarixdə gecə saatlarında Gəncə şəhəri, Bakı küçəsində yerləşən kanalizasiya xəttinin quyusunun 110 manat dəyərində 1 ədəd dəmir qapağını, ümumilikdə vahid niyyətlə Gəncə şəhər Su Kanal TSC-yə məxsus 4 ədəd 440 manat dəyərində kanalizasiya xəttinin quyusunun qapaqlarını gizli olaraq talamaqla oğurluq etmişlər. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı elan olunmuş ittiham üzrə özlərini tam təqsirli bildilər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib, hərəkətindən peşmançılıq hissi keçirdiyini bildirərək ifadəsində göstərdi ki, Gəncə şəhəri MKTİB-də dalandar işləmişdir. Təxminən bir ildir ki, özünə məxsus olan VAZ 21011 markalı **-CG-*** nömrə nişanlı avtomobili ilə fərdi şəkildə dəmir əşyalarının yığıb satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 oğlunu 3 il olarkı tanıyır. Belə ki, əvvəl metal qəbulunda işləyən zaman Pərvizlə tanış olmuşdr. Özü Pərvizə təklif etmişdir ki, onunla birlikdə metal yığıb satsınlar. Metalı əsasən Qazax-Ağstafa rayonları ərazisindən yığacaqdılar. Pərviz də onunla razılaşmış, lakin əllərində dəmir almaq üçün pul olmadığı üçün Pərvizlə qərara gəlmişdir ki, dəmir almaq üçün pul əldə etmək məqsədi ilə yollarda olan kanalizasiya qapaqlarını oğurlasınlar. Bundan sonra Pərvizlə birlikdə 17.11.2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsində olan iki ədəd kanalizasiya quyusunun qapağını oğurlamışlar.Bundan sonra Nizami hərbi komisarlığının yanında olan kanalizasiya quyusunun qapağını eyni qaydada avtomobilə qoyaraq oradan uzaqlaşmışlar. Sonra həmin qapaqları 18.11.2021-ci il tarixdə Gəncə şəhər Musayevin qarajı deyilən sexə aparıb 54 manata satmış, həmin pulu üç yerə bölmüşlər, 10 manat maşının xərcinə çıxmış, 22 manatı o götürmüş, 22 manatda Pərvizə çatmışdır. 21.11.2021-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gəlmişlər və onu Nizami RPİ-yə dəvət edərək izahatını almışlar. İzahatında ourluq törətdiklərini olduğu kimi etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəyən zərəri ödəməklə barışıq əldə etdiyini və əməlindən peşman olaraq bir daha belə hallara yol veməyəcəyini bildirdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 3 il olarkı tanıyır, belə ki, əvvəl metal qəbulunda işləyən zaman Vüsalla tanış olmuşdur. Vüsalın VAZ 21011 markalı **-CG-*** nömrə nişanlı avtomobili var və həmin avtomobillə metal yığıb məntəqələrə satmışdır. Vüsal özü ona təklif etmişdir ki, onunla birlikdə metal yığıb satsınlar. Metalı əsasən Qazax-Ağstafa rayonları ərazisindən yığmaq istəmişlər. Lakin əllərində dəmir almaq üçün pul olmamışdır. Həmin vaxt Vüsalla qərara gəlmişdir ki, dəmir almaq üçün pul əldə etmək məqsədi ilə yollarda olan kanalizasiya qapaqlarını oğurlasınlar. Bundan sonra Vüsalla birlikdə 17.11.2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsində olan iki ədəd kanalizasiya quyusunun qapağını oğurlamışlar. 18.11.2021-ci il tarixdə gecə saatlarında Vüsala birlikdə Gəncə şəhər Nizami rayon hərbi komisarlığının ətrafına getmişlər. Bundan sonra Nizami hərbi komisasrlığının yanında olan kanalizasiya qusunun qapağını eyni qaydada oğurlamışlar.Bundan sonra həmin quyu qapaqlarını 18.11.2021-ci il tarixdə Gəncə şəhər Musayevin qarajı deyilən sexə aparıb 54 manata satmışlar, həmin pulu üç yerə bölmüşlər, 10 manat maşının xərcinə çıxmışlar, 22 manatı o götürmüş, 22 manatda Vüsala satmışdır.Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə barışıq əldə etdiyini və əməlindən peşman olaraq bir daha belə hallara yol veməyəcəyini bildirdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhər “Su Kanal” Törəmə Səhmdar Cəmiyyətinin balansına məxsus kanalizasiya quyusunun 04 ədəd qapaqları 17.11.2021-ci il tarixdən 19.11.2021-ci İ il tarixə qədər olan müddət ərzində naməlum şəxslər tərəfindən oğurlanması məlum olmuşdur. Belə ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisindən 1 ədəd kanalizasiya quyusunun qapağı, Gəncə şəhər Nizami rayon hərbi Komisarlığının ətrafında olan 1 ədəd kanalizasiya quyusunun qapağı, Gəncə şəhər Bakı küçəsində olan kanalizasiya quyusunun qapağı və Gəncə şəhər Bakıxanov küçəsində olan kanalizasiya quyusunun qapağı oğurlanmışdır. Gəncə şəhər Su Kanal törəmə Səhmdar Cəmiyyətinə hər birinin dəyəri 110 manat olmaqla ümumilikdə 440 manat maddi ziyan dəymişdir. Sonradan bilmişlər ki, cəmiyyətə məxsus kanalizasiya quyularının qapaqlarını Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 oğlu və Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyadxanov küçəsi bina 4, mənzil 110-da qeydiyyatda olan, Samux rayonu Ziyadlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 oğurlamış, həmin şəxslər polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin kanalizasiya qapağının 01 ədədinin qiyməti 110 manatdır və həmin oğurluq hadisəsi nəticəsində cəmiyyətə 440 manat maddi zərər dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Bakıxanov küçəsi ev 27A-da yaşayır, özü heç bir yerdə işləmir. 17.11.2021-ci il tarixdə saat 11 radələrində şəxsi işləri ilə bağlı evdən çıxıb getmiş, saat 14 radələrində yaşadığı evə qayıdan zaman görmüşdür ki, evin qarşısında olan kanalizasiya quyusunun qapağı yerində yoxdur. Həmin kanalizasiya quyusunun qapağının oğurlanması barədə 21.11.2021-ci il tarixdə Nizami RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri ünvan 4 ünvanda yaşayır. 19.11.2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən küçəyə çıxan zaman görmüşdür ki, küçədəki kanalizasiya quyusunun qapağı yoxdur, həmin vaxt bu barədə DİN-nin 102 xidmətinə, daha sonra Nizami RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri köhnə Musayev qarajı deyilən yerdə yerləşən "xxxx" MMC-də anbardar işləyir. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 oğlunu əvvəllər tanımamış, Təqsirləndirilən şəxs1 isə tanıyır, bir neçə dəfə işlədiyi məntəqəyə metal gətirib satmışdır. Onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 18 noyabr 2021-ci il tarixdə gündüz saat 14 radələrində işlədiyi metal qəbulu məntəqəsində olan zaman göy rəngli VAZ 21011 markalı **-CG-*** nömrə nişanlı avtomobil işlədiyi məntəqəyə gəlmiş və avtomobildən əvvəllər tanıdığı Vüsal və yanında tanımadığı bir nəfər, adı sonradan ona məlum olan Pərviz adlı şəxs düşmüşlər. Sonra avtomobilin arxa salon yerindən 04 ədəd kanalizasiya quyusuna məxsus dəmir qapaqları 54 manata almışlar. 21 noyabr 2021-ci il tarixdə işlədiyi metal qəbul məntəqəsində olan zaman polis əməkdaşları məntəqəyə gəlmişlər və ona bildirmişlər ki, Vüsal adlı şəxsin 18 noyabr 2021ci il tarixdə günorta saatlarında satdığı kanalizasiya quyularının qapaqları oğurluqdur. O, həmin dəmir qapaqları polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları da həmin kanalizasiya quyularının 04 ədəd qapaqlarına baxış keçirərək götürmüşlər. Həmin kanalizasiya quyularının qapaqlarını alan zaman onların oğurluq olmasını bilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 21.01.2022-ci il tarixli 9/164 nömrəli rəyindən görünür ki, 4 ədəd yararlı vəziyyətdə olan kanalizasiya quyusunun qapaqlarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci il noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 320,00 (4 əd.x80 man) manat müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 22.02.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 26.12.2011-ci il tarixli hökmü ilə CM-nin 221.3, 66.5 və 68.2-ci maddələri ilə məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 13.03.2014-cü il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.09.2015-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə 6 ay müddətə azadlından məhrum etmə cəzasına məhkum edilmiş, 30.01.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in 22.02.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. 25.04.2022-ci il tarixli, 01-01/2-248 saylı zərərçəkmiş "xxxx" ASC-nin "xxxx" MMC-nin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəyən zərər tam ödənildiyi üçün heç bir şikayət və tələbləri yoxdur. Xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunurlar. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 25.11.2021-cı il tarixdə MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 25.11.2021-cı il tarixdə MSU-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə kanalizasiya xəttinin quyusunun qapaqlarını oğurlamağa razılaşdıqdan sonra 17.11.2021-ci il tarixdə təxminən günorta saatlarında Gəncə şəhəri, Nizami rayonu Gülüstan qəsəbəsində yerləşən kanalizasiya xəttinin quyusunun 220 manat dəyərində 2 ədəd dəmir qapağını, həmin günü Gəncə şəhəri Kəpəz rayonu, S.Vurğun küçəsində yerləşən kanalizasiya xəttinin quyusunun 110 manat dəyərində 1 ədəd dəmir qapağını, 18.11.2021-ci il tarixdə gecə saatlarında Gəncə şəhəri, Bakı küçəsində yerləşən kanalizasiya xəttinin quyusunun 110 manat dəyərində 1 ədəd dəmir qapağını, ümumilikdə vahid niyyətlə Gəncə şəhər Su Kanal TSC-yə məxsus 4 ədəd 440 manat dəyərində kanalizasiya xəttinin quyusunun qapaqlarını gizli olaraq talamaqla oğurluq etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən, onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmələrini, yaşayış yerindən müsbət xarakterizə olunmalarını, himayələrində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmələrini, onların islah olunmasına dəlalət edən hal hesab edib cəmiyyətdən təcrid olunmadan islah olunmalarını mümkün sayıb, barələrində təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduqları 2 gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 50 manat təşkil etmişdir. Həmin xərclərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 50 manat məhkəmə məsrəfi müştərək qaydada (ekspertiza xərci) tutulub ekspertiza mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 4 ədəd kanalizasiya qapağının zərərçəkmiş şəxsə qayatrılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadtrə edilməli əmlak yoxdur İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-49/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-49/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver