Məhkəmə qərarları › İş №1(043)-5/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-5/2020

13.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-5/2020 13.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Nikolay oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Oktay oğlunun,müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Oktay oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Oktay oğlu aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi xx xxx 2011 -ci il tarixdən başlayaraq xx xxxxxx 2002-cu il təvəllüdlü X3 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Qayıbova (Quliyeva) Şahnaz Vidadi qızına verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin xx xxx 2011 -ci il tarixli, 2(015)-376/11 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə əmrini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 3(043)-362/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxxxx 2018-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2018-ci il tarixədək 8831 (səkkiz min səkkiz yüz otuz bir) manat məbləğində alimenti ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməkdən yanınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Oktay oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Oktay oğlu ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Oktay oğlunun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Oktay oğlu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad.143.1). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. (mad.145.1). Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Oktay oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki,Qayıbova (Quliyeva) Şahnaz Vidadi qızı ilə 2000-ci ildə el adəti ilə ailə qurmaqla 2002-ci ilin sentyabr ayında nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından xx xxxxxx 2002-ci ildə Nəzrin və xx xxxxxxx 2007-ci ildə Gülər adlı uşaqları anadan olmuşdur. Ailədə olan narazılıqlar nəticəsində 2011-ci ildə ayrılmışlar. Ayrıldıqdan sonra Zərərçəkmiş şəxs aliment tələbi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxx 2011-ci il tarixli əmrinə əsasən xx xxx 2011-ci il tarixdən başlayaraq aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment kəsitlərək xx xxxxxx 2002-cu ildə anadan olmuş X3 və xx xxxxxxx 2007-ci ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Qayıbova (Quliyeva) Şahnaz Vidadi qızına verilməsi qət edilmişdir. Aliment kəsildikdən sonra sonra maddi durumu aşağı olduğundan və digər ailəsinə də baxmalı olduğu üçün aliment üzrə müəyyən edilmiş məbləği ödəməkdə çətinlik çəkdiyindən ödəyə bilməmişdir. Hazırda yığılmış aliment borcunu birdəfəlik ödəməyə maddi imkanı çatmır, yığılmış aliment borcunu az-az ödəməyə çalışacaqdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Oktay oğlu ilə 2000-ci ildə el adəti ilə ailə qurmaqla 2002-ci ilin sentyabr ayında nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından xx xxxxxx 2002-ci ildə Nəzrin və xx xxxxxxx 2007-ci ildə Gülər adlı uşaqları anadan olmuşdur.Ailə münasibətləri baş tutmadığından 2011-ci ildə ayrılmışlar. xx xxx 2011-ci il tarixdən başlayaraq uşaqları Nəzrinin və Gülərin yetkinlik yaşlarına çatana kimi Təqsirləndirilən şəxs Oktay oğlunun aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq onun xeyrinə verilməsi barədə Ağstafa Rayon Məhkəməsi xx xxx 2011-ci il tarixdə əmr çıxarmışdır. Məhkəmə əmri qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs hal-hazıradək aliment pulundan müxtəlif vaxtlarda cəmi 600 (altı yüz) manat ödəniş etmişdir. Bundan başqa hər hansı bir ödəniş etməkdən boyun qaçırmışdır. Borclunun maddi durumu yaxşı olmasına baxmayaraq öz övladlarının saxlanılmasında heç bir köməklik etmir. İcra məmurları Təqsirləndirilən şəxs aliment pulunun ödənilməsini tələb etmələrinə, həmçinin alimentin onun övladlarının saxlanılması üçün nəzərdə tutulmasını izah etsələr də o, müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən boyun qaçırmışdır. Maddi vəziyyəti ağır olduğu üçün uşaqlarını saxlamaqda çətinlik çəkir.Elə anlar olur ki, çörək almağa pulu olmur.Qohumlarının köməkliyi ilə uşaqlarını saxlayır. Borclunun alimenti ödəmədiyinə və qətnamənin icrasını təmin etmədiyinə görə barəsində ciddi cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli, 2(015)-376/11 nömrəli məhkəmə əmri üzrə icra işi onun icraatında olmuşdur. Məhkəmə əmrinə əsasən Təqsirləndirilən şəxs Oktay oğlunun aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi xx xxx 2011-ci il tarixdən başlayaraq xx xxxxxx 2002-cu il təvəllüdlü X3 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Qayıbova (Quliyeva) Şahnaz Vidadi qızma verilməsi qət edilmişdir. Borcluya tələbin könüllü icrasını təmin etməsi barədə qərar və bildiriş göndərilməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə əmri üzrə yığılmış aliment borcunun ödənilməsindən yayınmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara əmlakının və digər növdə gəlirlərinin olub olmaması barədə sorğular göndərilmiş və dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilsə də, o, alimenti və yığılmış borcun ödənilməsindən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs barəsində xx xxx 2018-ci il tarixdə inzibati protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmənin xx xxx 2018-ci il tarixli, qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra borclu Təqsirləndirilən şəxs alimentin ödənilməsi üçün yenidən müddət verilsə də ödəniş etməkdən yayınaraq bundan sonra da heç bir ödəniş etməmişdir. Borclunun qeyd olunan icra sənədi üzrə xx xxxxxx 2018-ci il tarixədək 8831 (səkkiz min səkkiz yüz otuz bir) manat aliment borcu yığılmışdır. Borclu Təqsirləndirilən şəxs Oktay oğlu qeyd olunan qətnamənin icrasından qərəzli olaraq boyun qaçırdığından müvafiq sənədlər toplanaraq Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli, 2(015)-376/11 nömrəli məhkəmə əmri üzrə icra vərəqəsi böyük icra məmuru Şahid2 icraatında olmuşdur. Məhkəmə əmrinə əsasən Təqsirləndirilən şəxs Oktay oğlunun aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi xx xxx 2011-ci il tarixdən başlayaraq xx xxxxxx 2002- cu il təvəllüdlü X3 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Qayıbova (Quliyeva) Şahnaz Vidadi qızına verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə əmrinə əsasən böyük icra məmuru Şahid2 tərəfindən borcluya qətnamənin icrasını təmin etməsi üçün vaxt verilməsinə baxmayaraq aliment borcundan heç bir ödəniş aparmadığndan məsuliyyət barədə xəbərdar edilmişdir.Lakin borclu icra sənədini icra etməkdən yayınmışdır. İşdə olan Ağstafa Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli, 2(043)-376/2011 nömrəli əmrindən görünür ki, borclu Təqsirləndirilən şəxs Oktay oğlunun aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi xx xxx 2011-ci ildən başlayaraq tutulub xx xxxxxx 2002-ci ildə anadan olmuş X3 və xx xxxxxxx 2007-ci ildə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X2 verilməsi qət edilmişdir.(i.v.səh.10) Kəpəz Rayon İcra Şöbəsinin icraata başlama haqqında xx xxxx 2011-ci il tarixli, 2(015)-376/11 nömrəli qərarından görünür ki, iş üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs Oktay oğluna icranı 10 gün müddətində könüllü təmin etməsi təklif olunmuşdur. (i.v. səh.12) Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(043)-244/2018 nömrəli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs Oktay oğlunun icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.( i.v. səh.25) Tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs Oktay oğluna Ağstafa Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli, 2(015)-376/2011 nömrəli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. (i.v. səh.13) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarından çıxarışdan görünür ki, xx xxx 2011-ci il tarixli, 2(015)-376/2011 nömrəli icra sənədini icra etmədiyi üçün Təqsirləndirilən şəxs Oktayoğlu İXM-in 528.1-ci maddəsi ilə 25 gün müddətə inzibati qaydada həbs edilmişdir. (i.v. səh.31) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, arayışından görünür ki, Təqsirləndirilən şəxs Oktayoğlu HDQ Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin V bəndi ilə təqsrili bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya qərarının 1.3-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. (i.v. səh.69) Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlu xx xxxx 2019-cu ildə tutulmuşdur. (i.v. səh.82) Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx xxxx 2019-cu il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlu xx xxxx 2019-cu il tarixdə MSY-dən azad edilmiş, həmin günü barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. səh.104) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlunun barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlu xx xxxxxxx 2019-cu il tarixdə tutulmuşdur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla ədalət mühakiməsi əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Oktay oğlu aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi xx xxx 2011 -ci il tarixdən başlayaraq xx xxxxxx 2002-cu il təvəllüdlü X3 və xx xxxxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Qayıbova (Quliyeva) Şahnaz Vidadi qızına verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin xx xxx 2011 -ci il tarixli, 2(015)- 376/11 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə əmrini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 3(043)-362/2018 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxxxx 2018-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2018-ci il tarixədək 8831 (səkkiz min səkkiz yüz otuz bir) manat məbləğində alimenti ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirməklə, həmin məhkəmə aktında nəzərdə tutulmuş tələbi qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Oktayoğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cimaddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Oktayoğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Oktayoğlunun barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanunlara əməl edilməsi ruhunda islah olunmamasını nəzərə alaraq istinad olunan maddə üzrə ona cəza növü kimi azadlıqdan məhrum etmə ilə bağlı cəzanın tətbiqini zəruri sayır. Təqsirləndirilən şəxs Oktay oğlunun ibtidai istintaq zamanı tutulduğu 2 gün nəzərə alınmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Oktayoğlunun törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərəəsasənvə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Oktay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 2(iki) gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təyin edilmiş cəzasının əvvəli xx xxxxxxx 2019-cu il il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Oktay oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar