Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-50/2020 28.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nikolay oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux şəhəri, M.Ə.Sabir küçəsi, ev 47-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində idarə etdiyi, “VAZ - 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinin Heydər Əliyev prospekti ilə “Dəmiryol vağzalı”istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” AR Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolun sağından sol tərəfinə keçən piyadanı avtomobilin qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirini etiraf etdi və göstərdi ki, xx xxxxxx 2019-cu ildə, saat 14 radələrində Gəncə şəhərinin Heydər Əliyev prospekti ilə “Dəmiryol vağzalı” istiqamətində hərəkətdə olarkən 20 saylı orta məktəbin qarşısındakı piyada keçidi ilə adını sonradan bildiyi Zərərçəkmiş şəxsn qızının yolun sağından soluna keçdiyini görüb avtomobilin əyləcini sıxsa da, avtomobili saxlaya bilməmiş və qabaq hissəsi ilə piyadanı vurmuşdur. Nəticədə piyada asfalt örtüyünə düşmüşdür. Dərhal avtomobildən enib Zərərçəkmiş şəxs yolun kənarına qoymuş, öz avtomobili yararsız hala düşdüyündən başqa bir avtomobillə piyadanı X1 aparmışdır. Orada Zərərçəkmiş şəxs öldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs olanlara görə peşmançılıq çəkib təəssüfləndiyini bildirdi. O, həmçinin zərər çəkmiş şəxsin hüquqi varisinə vurduğu maddi və mənəvi zərərin əvəzini mümkün qədər ödəmək istədiyini qeyd edərək bunun üçün ona şərait yaradılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayəti törətməsi zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və ekspert rəyləri ilə də sübut olunur. Belə ki, zərər çəkmiş şəxsin hüquqi varisi X4 ifadə verərək bildirdi ki, xx xxxxxx 2019-cu ildə, saat 15 radələrində mobil telefonuna zəng edən nəvəsi və nəvəsinin müəllimi qızı Şəbnəmi maşın vurduğunu, ağır vəziyyətdə 3 saylı TTYX-na aparıldığını demişdir. Bundan sonra həmin xəstəxanaya getdikdə qızının öldüyünü öyrənmişdir. Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2019-cu il tarixdə, saat 14 radələrində Gəncə şəhər BPİ-nin növbətçi hissəsindən daxil olan məlumat əsasında ekipaj yoldaşı Şahid2la birgə Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən 20 saylı məktəbin qarşısına getmişlər. Oraya çatan zaman “VAZ-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs adlı şəxsi avtomobillə vurduğu və Raminin Şəbnəmi xəstəxanaya apardığı məlum olmuşdur. Şahid Qasımov X5 Mürşüd Sabir oğlu ilə eyni məzmunlu ifadə verib onun dediklərini təsdiq etdi. İş materiallarına: 61-65 saylı vərəqlərdə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 107 nömrəli ekspert rəyindən görünür ki, mərhumZərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - ənsə sümüyünün kəllə əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə qansızma, sol gicgah-ənsə nahiyəsinin əzilmiş yarası, başın yumşaq toxumalarına sol gicgah-ənsə nahiyəsinə uyğun hissədə qansızma, sol İİ-İİİ-V-Vİ-Vİİ qabırğaların məməxətti üzrə, sağ İİ-İİİ-İV qabırğaların ön qoltuqaltı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin cırılması, sol bud, sol baldır sümüklərinin açıq, sağ baldır sümüklərinin isə qapalı sınığı, hər iki kürək, sol əlin arxa səthinin, sol sağrı nahiyəsinin, sağ ayaq pəncəsinin üst səthinin sıyrıqları, sol bud nahiyəsinin qançırı, sağ əlin İİ barmağının arxa səthinin yarası həyatidir, - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxsnun ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn ənsə sümüyünün kəllə əsnasına doğru uzanan xətti formalı sınığı və baş beyinə qansızma olmuşdur. Ətraf mühitin şəraitini və meyit əlamətlərini nəzərə alaraq ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 2-4 saatdır. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gəlmələri istisna edilmir. Mərhum Zərərçəkmiş şəxsnunmeyitindən götürülmüş qanının məhkəmə-kimyəvi təhqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. 52-53 saylı vərəqlərdə əlavə olunmuş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 336 nömrəli rəyindən görünür ki, “VAZ -21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərin riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 19 saylı vərəqdə əlavə olunmuş AC № 683860 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2028-ci il tarixədək qüvvədə olan, BC dərəcəli sürücülük vəsiqəsi vardır. 13 saylı vərəqdə əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2019-cu il tarixli, 4437/2019 nömrəli tibbi müayinə aktından isə görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman ayıq vəziyyətdə olmuşdur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Əməlindən səmimi peşmançılıq çəkib təəssüf hissi keçirməsi, təqsirini etiraf etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəymiş zərərin aradan qaldırılmasına cəhd etməsi, himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Bundan başqa, cinayət işinin materiallarına 100 saylı vərəqdə əlavə olunmuş tələbnamədən və 104 saylı vərəqdə əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl məhkum olunmamışdır, eyni zamanda, yaşadığı yer üzrə müsbət səciyyələndirilir və ictimaiyyət arasında hörmət qazanmışdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə ona bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən aşağı həddə təyin edilməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə cəzanın həddi ilə bağlı qərarını əsaslandırarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbini də nəzərə alır. Belə ki, həmin maddəyə əsasən, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal olduqda, yəni təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstəməklə onun həyat və sağlamlığına dəyən zərəri azaldarsa, əgər onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında daha ciddi cəzanın son həddi altı il azadlıqdan məhrum etmə cəzasıdır. Zərər çəkmiş şəxs hadisədən dərhal sonra öldüyündən onun həyat və sağlamlığına vurulmuş zərərin azaldılması artıq mümkün olmasa da, məhkəmə təqsirləndirilən şəxsin hadisədən sonra zərər çəkmişə yardım etmək istəyini və real cəhdini xüsusilə nəzərə alır. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, digər cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın səmərəliliyini və məqsədə uyğunluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəzanın müddətini yuxarı həddə nisbətən aşağı həddə təyin etməyi qərara alır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə uyğun olaraq Gəncə şəhər DYPŞ-də saxlanılan “VAZ-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil bu hökmü qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, hadisənin videogörüntüsü olan bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə aşağıdakı hesaba keçirilsin: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə maddi sübut – Gəncə şəhər DYPŞ-də saxlanılan “VAZ-21074” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxsa qaytarılsın. İş üzrə maddi sübut – hadisənin videogörüntüsü olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Əgər həmin müddətdə apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə bu hökm qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №1(043)-50/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-50/2020
28.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver