Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-50/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X4, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X7 iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Gəncə şəhəri Cavadxan qəsəbəsində qeydiyyat olan, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 1(044)-132/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,cəzasını çəkib qurtarmamış və 10.11.2020-ci il tarixdən 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda Gəncə şəhəri 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1970-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Gəncə şəhəri 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 25 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində yaşayan vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə saxladığı “Kamaz” markalı, **-BP-*** dövlət nömrə nişanlı yük avtomobilinin üzərində olan akkumlyatorun yerləşdiyi yerin qapağını vintaçanla açıb bir ədədinin dəyəri 300 manat olmaqla iki ədəd 600 manat dəyərində akkumlyatoru gizli olaraq talаyaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 25 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində yaşayan vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə saxladığı “Kamaz” markalı, **-BP-*** dövlət nömrə nişanlı yük avtomobilinin üzərində olan akkumlyatorun yerləşdiyi yerin qapağını vintaçanla açıb bir ədədinin dəyəri 300 manat olmaqla iki ədəd 600 manat dəyərində akkumlyatoru gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 oğurluq etməmişdən təxminən bir həftə əvvəl tanımışdır. Belə ki, hər ikisi fəhlə olduqları üçün eyni çayxanada oturan zaman Mehmanla münasibəti yaranmışdır. 25 oktyabr 2020-ci il tarixdə onun ad günü olmuşdur. Həmin gün saat 17 radələrində yaşadıqları ərazidə təsadüfən Təqsirləndirilən şəxs2 ilə rastlaşmış və Mehmana həmin gün ad günü olduğunu demişdir. Onlar ad günün qeyd etmək qərarına gəlmiş və onların evdə spirtli içki qəbul edərək ad gününü qeyd etmişlər. Həmin gün o, evdə tək olmuşdur. Yemək yeyib spirtli içki qəbul etdikdən sonra siqaretləri qurtarmış deyə 25 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Cavadxan qəsəbəsi ərazisində açıq market axtarmağa başlamışlar. Market axtaran zaman o, yaşadığı küçədə yaşayış evlərinin birinin qarşısında Kamaz markalı yük avtomobilinin küçədə dayandığını görmüşlər. Bu zaman həmin yük avtomobilinin akkumlyatorunu oğurlamaq qərarına gəlmiş və o, tək evə qayıdıb evdən vintaçanı götürüb gəlmiş, sonra ətrafa baxmış və ətrafda heç kimin olmadığı görmüş və vintaçanı Mehmana vermişdir. Mehman da həmin “Kamaz” markalı yük avtomobilinin akumulyator yerləşən qutusunu vintaçanla açmış və həmin akumulyatorların birinin qulplarından tutaraq Mehmanla köməkləşib yaşadığı evə gətirmişlər. Sonra geri qayıdaraq digər akumulyatorun da qulplarından tutaraq yaşadığı evə gətirmişlər. 26 oktyabr 2020-ci il tarixdə akumultyatoru satmaq üçün piyada Gəncə şəhəri N.Gəncəvi prospektində yerləşən “Musayevin Qarajı” adlanan yerə gəlib akumulyator satmaq istədiklərini bildirmişlər. Onlar da sənəd ilə gətirib sata biləcəklərini bildirmişlər. Buna görə onlar Gəncə şəhəri “əllər dairəsi”nin yanında dayanan nömrə nişanını xatırlamadığı “Vaz 2107” markalı avtomaşının sahibi olan tanımadıqları taksi sürücüsü ilə yaşadıqları evə getmiş, yaşadıqları evdən akumulyatorları götürərək Gəncə şəhəri “Musayevin qarjı” adlanan yerə gəlmiş, o, mərhum atası X1 vəsiqəsini təqdim edərək akumulyatorları ümumilikdə 111 manat pula satmışlar. Həmin pulu da birlikdə xərcləmişlər. Sonradan isə polis əməkdaşları onların oğurluq etdiklərini bilmiş və onlar da oğurluq etdiklərini etiraf etmişlər. Həmçinin bildirdi ki, törətdiyi əməldən peşman olmuş və zərərçəkmiş şəxə dəymiş ziyan onlar tərəfindən tam ödənilmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonunda qeydiyyatda olsa da bir müddət Gəncə şəhərində köhnə ət kombinatında yerləşən fərdi yaşayış evində bacısı Şəyistə Həsənovanın evində müvəqqəti olaraq yaşamış, lakin daimi olaraq yaşayış yeri Ağstafa şəhəri H.Arif küçəsi ev 3-dür. Təqsirləndirilən şəxs1 oğurluq etməmişdən təxminən bir həftə əvvəldən tanımışdır. Belə ki, hər ikisi fəhlə olduqları üçün eyni çayxanada oturan zaman Rəşadla münasibəti yaranmışdır. 25.10.2020-ci il tarixdə saat 17 radələrində o, Cavadxan qəsəbəsində fəhləliklə bağlı iş axtaran zaman çayxananın yaxınlığında Təqsirləndirilən şəxs1lə rastlaşmış və Rəşad ona ad günü olduğunu bildirmiş, o da Rəşada ad günü qeyd etməyi təklif etmiş və onlar birlikdə Rəşadın Cavadxan qəsəbəsinə yerləşən evinə getmişlər. Həmin vaxt Rəşad evdə tək qalmış və spirtli içki qəbul edərək ad gününü qeyd etmişlər. Sonra siqaretləri qurtardığı üçün 25 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Cavadxan qəsəbəsi ərazisində açıq market axtarmağa başlamışlar. Market axtaran zaman onlar Rəşadın yaşadığı küçədə yaşayış evlərinin birinin qarşısında “Kamaz” markalı yük avtomobilinin küçədə dayandığını görmüş, bu zaman həmin yük avtomobilinin akkumlyatorunu oğurlamaq qərarına gəlmiş və Rəşad tək evə qayıdıb evdən vintaçanı götürüb gəlmişdir. Sonra ətrafa baxmış və ətrafda heç kimin olmadığı görmüş və vintaçanı Rəşaddan götürüb həmin “Kamaz” markalı yük avtomobilinin akumulyator yerləşən qutusunu vintaçanla açmış və həmin akkumulyatorların birinin qulplarından tutaraq Rəşadla köməkləşib Rəşadın yaxınlıqdakı yaşadığı evə gətirmişlər. Sonra geri qayıdaraq digər akkumulyatorun da qulplarından tutaraq Rəşadın evinə aparmışlar. O da gecə Rəşadın evində qalmışdır. 26 oktyabr 2020-ci il tarixdə akumultyatoru satmaq üçün piyada Gəncə şəhəri N.Gəncəvi prospektində yerləşən “Musayevin Qarajı” adlanan yerə gəlib özlərinin yük avtomobili olduğunu, yeni akumlyator aldıqlarını və köhnələri də satmaq istədiklərini bildirmişlər. Onlar da sənəd ilə gətirib sata biləcəklərini bildirmiş, buna görə onlar Gəncə şəhəri “əllər dairəsi”nin yanında dayanan nömrə nişanını xatırlamadığı “Vaz 2107” markalı avtomaşının sahibi olan tanımadıqları taksi sürücüsü ilə Rəşadın yaşadığı evə getmişlər və akumulyatorları götürərək Gəncə şəhəri “Musayevin qarjı” adlanan yerə gəlmişlər. Rəşad mərhum atası X1 vəsiqəsini təqdim edərək akumulyatorları ümumilikdə 111 manat pula satmışlar. Həmin pulu da birlikdə xərcləmişlər. Sornadan isə polis əməkdaşları onların oğurluq etdiklərini bilmiş və onlar da oğurluq etdiklərini etiraf etmişlər. Həmçinin bildirdi ki, törətdiyi əməldən peşman olmuşdur və zərərçəkmiş şəxə dəymiş ziyan onlar tərəfindən ödənilmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. İşə baxılarkən Zərərçəkmiş şəxs məhkəməyə ərizə və 24.05.2021-ci il tarixdə teleqram ilə müraciət edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında barışıq əldə olunduğunu, zərər ona tam şəkildə ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, ifadəsi məhkəmə prosesi zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun “Kamaz” markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobili var və həmin avtomobili hər gün yaşadığı evin qarşısında küçədə saxlayır. 21.10.2020-ci il tarixdən avtomaşının qapının qarşısında saxlamışdır. Lakin hər gün o, avtomaşına nəzarət məqsədilə baxış keçirir. 26.10.2020-ci il tarixdə saat 13 radələrində o, avtomaşına baxan zaman avtomaşının iki ədəd hər biri 300 manat dəyərində olan akkumulyatorunun üzərindən sökülüb oğurlandığını bilmişdir. Lakin bu barədə polis idarəsinə ərizə ilə müraciət etməmişdir. O, özü dəmir sexlərini gəzərək öz akkumulyatorlarını axtarmışdır. Gəncə şəhəri “Musayevin qarajı” adlanan yerə gedən zaman o, öz akkumulyatorlarını orada tapmışdır. Akkumlyator alqı-satqısı ilə məşğul olan şəxsdən akkumulyatoru haradan aldığını soruşmuşdur. Həmin şəxs isə ona 26.10.2020-ci il tarixdə saat 11 radələrində iki nəfər şəxsin gəldiyini və akumulyatorları sürücülük vəsiqəsi vasitəsilə satqılarını bildirmişdir. Bundan sonra o, həmin yerin müşahidə kamerasına baxmış və akumulyatoru satmağa gələn şəxslərin VAZ 2107 markalı **-DF-*** dövlət nömrə nişanlı avtomaşınla gəldiklərini görmüşdür. Bundan sonra həmin taksi sürücüsünü Gəncə şəhəri “Əllərin dairəsi” adlana yerin yaxınlığında dayandığını görmüş, həmin taksi sürücüsündən akumulyatoru haradan götürərək gətirib satdığını soruşmuş, taksi sürücüsü isə iki nəfər şəxsin onu Gəncə şəhəri Cavadxan qəsəbəsində olan evlərdən birinə avtomaşını sürdürdüyünü və oradan akkumulyatoru götürərək Gəncə şəhəri Musayevin Qarajı adlanan yerə onlarda birlikdə gətirmələrini sifariş etdiyini bildirmişdir. Bundan sonra həmin taksi sürücüsü həmin şəxslərin ona evini göstərmişdir. O, oğurluq etmiş şəxslərin yerini müəyyən etdikdən sonra Kəpəz RPB-nə gələrək akkumlyatorunun oğurlanması barədə ərizə ilə müraciət etmiş və oğurluq etmiş şəxslərin evlərini müəyyən etdiyini bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə həmin evə gedib çatan zaman oğurluq etmiş şəxslər evin qapısından çıxanda polis əməkdaşları tərəfindən saxlanılaraq Kəpəz RPB-nə gətirilmişdir. Sonradan da onun akkumuluyatorunu oğurlayan şəxslər Təqsirləndirilən şəxs1 Murad oğlu və Təqsirləndirilən şəxs2 olduğu ona məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 4 ildir ki, “Rasimoğlu MMC”-də əlvan metalların qəbulu və satışı üzrə işləyir. Həmin yer Gəncə şəhər Nizami Gəncəvi prospektində yerləşən “Musayevin qarajı” deyilən ərazinin yanında yeləşir. 26.10.2020-ci il tarixdə təxminən saat 12 radələrində adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nömrə nişanını xatırlamadığı taksi avtomobili ilə onun yanına gəlmişlər. Rəşad və Mehman avtomobilin yük yerindən olan iki ədəd 190 amper gücündə akkumlyatoru göstərmiş və özlərinə məxsus yük avtomobilinin akkumluyatoru olduğunu və satdıqlarını demişdir. O isə akkumlyatora baxmış və bir kiloqramı 1 manat 40 qəpik olmaqla 111 (yüz on bir) manat pul verəcəyini demişdir. Rəşad və Mehman onunla razılaşmış və o, sənəd tələb edən zaman Rəşad atası X2 adına olan sürücülük vəsiqəsini göstərmiş, o da vəsiqənin fotoşəklini çəkmiş və vəsiqəni Rəşada qaytarmışdır. Bundan sonra onlara 111 manat pul vermiş və çxıb getmişlər. Sonradan isə Rəşadın və Mehmanın həmin akkumlyatorları oğurlamasını bilmiş və polis əməkdaşları gəlib protokol tərtib edərək akkumlyatorları ondan götürmüşlər. Həmin vaxt obyektdə kamera görüntüsü olsa da sonradan müddətlə əlaqədar görüntü pozulduğu üçün qalmamış, sonradan Kəpəz RPİ-də olan zaman həmin şəxsləri görmüş və həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını görüb, onları tanımışdır. Hazırda onun heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 27.10.2020-ci il tarixli, 859 nömrəli qərardan görünür ki, HK-1/547 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında 26.10.2020-ci il tarixli, 303 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Məhəmmədoğluna məxsus “Kamaz” markalı, **- BP-*** dövlət nömrə nişanlı yük avtomobilinə baxış keçirilən zaman üzərində olan akkumlyatorun yerləşdiyi yerin qapağı açılaraq bir ədədinin dəyəri 300 manat olmaqla iki ədəd akkumlyatoru gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 600 (altı yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq edilmişdir. “Zərərçəkmiş şəxs kimi tanıma” haqqında 27.10.2021-ci il tarixli, 862 nömrəli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs Məhəmməd oğluna maddi ziyan dəydiyi üçün iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. “Şübhəli şəxsi tutma” haqqında 27.10.2020-ci il tarixli, 1051 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsi tutma” haqqında 27.10.2020-ci il tarixli, 1062 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması” haqqında 29.10.2020-ci il tarixli, 887 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması” haqqında 29.10.2020-ci il tarixli, 890 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 29.10.2020-ci il tarixli, 893 nömrəli qərardan görünür ki, xx xxxxxx 1970-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu H. Arif küçəsi bina 13 ev 17-də qeydiyyatda olan və Gəncə şəhəri köhnə ət kombinatı ərazsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs2nm barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs2 Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 29.10.2020-ci il tarixli, 895 nömrəli qərardan görünür ki, xx xxxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri Cavadxan qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1nm barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs1 Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. “Baxış keçirmə və əşyanın götürülməsi” haqqında 26 oktybar 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Murad oğlu və Təqsirləndirilən şəxs2 satdığıiki ədəd akkumlyator Şahid1 tərəfindən təhqiqata təqdim edilmiş və iki ədəd akkumlyator protokol tərtib edilərək götürülmüşdür. Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi barədə 14 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş;Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin əlamətləri müəyyən edilmədiyindən həmin maddə ilə ittiham elan edilməmiş; alınmış ifadələr, baxış və götürmə protokolları, zərərçəkmiş və şahidlərin ifadələri və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmiş;Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli cinayətlərin residivi kimi qiymətləndirilməmiş;elan edilmiş ittihamda oğurlanmış akkumlyatorların dəyəri zərərçəkmiş şəxsin göstərdiyi 600 manat qiymətin əsas götürülməsi nəzərə alınmış; cinayət işi üzrə götürülmüş iki ədəd 190 amper gücündə olan akkumlyatorların maddi sübut kimi tanınması, iş üzrə maddi sübut sayılan iki ədəd 190 amper gücündə olan akkumlyatorlar təqsirləndirilən şəxslər, onların müdafiəçiləri və zərərçəkmiş şəxs istintaq materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün sahibinə verilməsi, qərarın surəti məlumat və nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserin 02.12.2020-ci il tarixli, 3642 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyat durmur. Gəncə şəhər Psixonevroloji Dispanserin 02.12.2020-ci il tarixli, 3643 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyat durmur. Gəncə şəhər Narkoloji Dispanserin 05.12.2020-ci il tarixli, 4051 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserin 05.12.2020-ci il tarixli, 4053 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 11.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X10 rayon Xalq Məhkəməsinin 16.11.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası 226-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 07.03.2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 10.12.1999-cu il tarixli Amnistiya qərarının 3-cü maddəsinə əsasən azad olunmuş, Ağstafa rayon Məhkəməsinin 07.10.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizinin dövlət nəfinə tutulmaqla 01 il müddətinə islha işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 11.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 15.07.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 28.12.2016-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 08 ay 19 gün cəzadan şərti olaraq vaxtından əvvəl şərti azad edilmiş, barəsində olan ba.qa bir cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunaraq iş baxılması üçün 08.09.2020-ci il tarixdı məhkəməyə göndərilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli, 1(043)-132/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29.05.2020-ci il tarixdən 31.05.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədiri seçilmiş və cəzasının əvvəli 10 noyabr 2020-ci il tarixdən hesbalanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 qanunvericiliyə uyğun olaraq məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etmədiyindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qərarı ilə bаrəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkаn tədbiri ilə əvəz edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdə tutularaq Gəncə şəhəri 2 saylı İstintaq təcridxanasına yerləşdirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhər Cavadxan qəsəbəsində yaşayan vətəndaş Zərərçəkmiş şəxs yaşadığı evin qarşısındakı küçədə saxladığı “Kamaz” markalı, **-BP-*** dövlət nömrə nişanlı yük avtomobilinin üzərində olan akkumlyatorun yerləşdiyi yerin qapağını vintaçanla açıb bir ədədinin dəyəri 300 manat olmaqla iki ədəd 600 manat dəyərində akkumlyatoru gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində ilə düzgün olaraq tövsif edilmiş və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən iş üzrə zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmiş, zərərçəkmiş şəxs ərizə verərək heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək peşmançılıq çəkməsini, vurduğu maddi ziyanı tam ödəməsini, zərəçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək peşmançılıq çəkməsini, vurduğu maddi ziyanı tam ödəməsini, zərəçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesаb edir ki, cəzаnın məqsədləri və cəzа təyin etmənin ümumi əsаslаrı bаxımındаn Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 аzаdlığın məhdudlаşdırılmаsı cəzаsı deyil, аzаdlıqdаn məhrum etmə cəzаsının təyin оlunmаsını əsаslаndırmаq mümkün deyil və bu, cinаyət qаnunvericiliyinin fundаmentаl prinsiplərindən оlаn ədаlət və humаnizm prinsiplərinə ziddir. Bu təqsirləndirilən şəxslərin əməllərində cəzаnı аğırlаşdırаn hаllаr yоxdur, cəzаnı yüngülləşdirən hаllаr isə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 58 və 59-cu mаddələrinin tələblərinə uyğun оlаrаq cəzа təyin edilən zаmаn nəzərə аlınmаlı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri mаddənin sаnksiyаsındа nəzərdə tutulаn yüngül cəzа növü оlаn azadlığın məhdudlaşdırılması cəzаsı təyin edilməlidir. Həmçinin məhkəmə təyin edilmiş cəzanın müddətini və növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunaraq məhkumluq həyatı yaşamasını,Təqsirləndirilən şəxs1 məhkum olunaraq cəza çəkməsini onların şəxsiyyətini xarakterinə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlandığı müddət daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1.-ci maddəsinə əsasəntəyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzası hesabı ilə hesablamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 1(044)-132/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzasıilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs1 bu iş üzrə 27 oktyabr 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin оlunmuş cəzаdаn çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzаsı saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 10 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs2 27 oktyabr 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 04 mart 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək bu iş üzrə qətimkan tədbiri qismində həbsdə saxlanıldığı 2 (iki) ay 22 (iyirmi iki) günün bir günü azadlığın məhdudlаşdırılmаsı cəzаsının iki günə bərаbər hesаblаnmаqlа təyin оlunmuş cəzаdаn çıxılmalı, Təqsirləndirilən şəxs2 üzərində qəti cəzаsı saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı andan hesablanmalı, Təqsirləndirilən şəxs2 оğlu bаrəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, bаrəsində bu hökm qanuni qüvvəyə minənədək “bаşqа yerə getməmək hаqqındа” iltizаm qətimkаn tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd akkumulyator hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat pul vəsaiti, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, təqsirləndirilən şəxslərə məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsinin hesabına müdafiəçilər X6 90 (doxsan) manat və X8 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib,1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1.-ci maddəsinə əsasən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzası hesabı ilə hesablamaqla müəyyən edilmiş 9 (doqquz) ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 1(044)-132/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs1 bu iş üzrə 27 oktyabr 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin оlunmuş cəzаdаn çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs2 27 oktyabr 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və 04 mart 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək bu iş üzrə qətimkan tədbiri qismində həbsdə saxlanıldığı 2 (iki) ay 22 (iyirmi iki) günün bir günü azadlığın məhdudlаşdırılmаsı cəzаsının iki gününə bərаbər hesаblаnmаqlа təyin оlunmuş cəzаdаn 5 (beş) ay 14 (on dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yeri ünvan 1 ünvanını axşam saat 20:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Ağstafa şəhəri, ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Ağstafa şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 оğlu bаrəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 оğlu bаrəsində bu hökm qanuni qüvvəyə minənədək bаşqа yerə getməmək hаqqındа iltizаm qətimkаn tədbiri seçilsin. İş üzrə maddi sübut iki ədəd akkumulyator hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat pul vəsaiti, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Təqsirləndirilən şəxslərəməhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsinin hesabına müdafiəçilər X6 90 (doxsan) manat və X8 90 (doxsan) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Rəşad Mustafayev