Məhkəmə qərarları › İş №1(043)-52/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-52/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-52/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mkr, ev 15, mənzil 52-də qeydiyyatda olan, Gəncə şəhəri, Xalça zavodunun yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə xx xxxxxxxx 1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk pr-ti, 237, ev 3, mənzil 93-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 190 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yarımtikili evin yaxınlığına gəlib küçədə gözləyərək kənar şəxslərin gələcəyi zaman xəbər verəcəyini öhdəsinə götürüb gözətçilik etmiş, Təqsirləndirilən şəxs2 isə evin hasarında keçib nəfəslik hissəsindən zirzəmiyə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 şəxsi mükliyyətində olan 15 ədəd italiya istehsallı hündürlüyü təxminən 70-80 sm-lik, bir seksiyası 13 manat olmaqla standart formalı 10 seksiyalı və 4 ədəd hündürlüyü 1,40 sm-lik bir seksiyası 72 manat olmaqla 8 seksiyalı istilik radiatorlarını, dəyəri 100 manat olan 3 metr uzunluğunda mis kondisioner borusunu, ümumilikdə 4354 manat dəyərində əmlakını gizli talayaraq zərərçəkmişə ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 04 radələrində Gəncə şəhəri, 3-cü mkr, bina 19, mənzil 30-da yaşayan Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Gəncə şəhəri, 3-cü mkr, 12 saylı binanın qarşısında yerləşən “Seyidoğlu” marketin sol yan şüşəsini sındırıb yftqtıqə vfçşd hdaraq oradan 4 blok, yəni hər birinin dəyəri 3 manat olan 40 ədəd “Kent” markalı, 4 blok, yəni hər birinin dəyəri 2 manat 80 qəpik olan 40 ədəd “Vinston” markalı, 4 blok, yəni hər birinin dəyəri 1 manat 60 qəpik olan 40 ədəd “Classik” markalı, 2 blok, yəni hər birinin dəyəri 1 manat 40 qəpik olan 20 ədəd “More” markalı, 4 blok, yəni hər birinin dəyəri 1 manat 40 qəpik olan 40 ədəd “Argo” markalı, 3 blok, yəni hər birinin dəyəri 1 manat 40 qəpik olan 30 ədəd “Prima” markalı, 2 blok, yəni hər birinin dəyəri 1 manat 90 qəpik olan 20 ədəd “Viceroy” markalı, 6 blok, yəni hər birinin dəyəri 1 manat 90 qəpik olan 60 ədəd “Vinchester” markalı, 3 blok, yəni hər birinin dəyəri 1 manat 90 qəpik olan 30 ədəd “Pallmall” markalı, ümumilikdə 631 manat dəyərində siqaretləri, 4 qutu yəni hər birində 12 ədəd olmaqla bir ədədi 6 manat olan 48 ədəd ümumi dəyəri 288 manat olan “ Xan” markalı araq, bir ədədi 1 manat olan 96 ədəd, ümumi dəyəri 96 manat olan “Hell” enerji içkisi, bir qutu 48 manat dəyərində çipsim markalı cipsi, 20 manat dəyərində 1 qutu “Nur” markalı salfetka, hər biri 1 manat olmaqla 30 ədəd, ümumi dəyəri 30 manat olan “Nova” markalı qab şampunu, hər birinin dəyəri 1 manat 50 qəpik olan 100 ədəd, ümumi dəyəri 150 manat olan “Xırdalan” markalı pivə, bir ədədi 2 manat olan 5 qutu, ümumi dəyəri 10 manat olan yerfındığı, kiloqramı 7 manat 50 qəpik olan iki kiloqram ümumilikdə 15 manat dəyərində saçaqlı pendir, kilosu 10 manat olan iki kilo, yəni 20 manat dəyərində “Servalat” kolbasası, hər birinin dəyəri 2 manat olan, 100 qramlıq 35 ədəd, ümumi dəyəri 70 manat olan “Beta” markalı çay, 1 ədəd 40 manat dəyərində televizor bloku, hər birinin dəyəri 20 qəpik olan 30 ədəd, ümumilikdə 6 manat dəyərində tik-tak noğulu, hər biri 1 manat olan 24 ədəd, ümumi dəyəri 24 manat olan “Burn” enerji içkisi, hər birinin dəyəri 2 manat 50 qəpik olan 18 ədəd ümumi dəyəri 45 manat olan “Ariel” markalı paraşok, hər birinin dəyəri 3 manat olan iki ədəd 6 manat dəyərində “İpək” və hər birinin dəyəri 4 manat 50 qəpik olan iki ədəd ümumi dəyəri 9 manat olan “Head Shoulders” markalı şampunları, ümumilikdə 1508 manat dəyərində əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 190 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 məxsus yarımtikili evin yaxınlığına gəlib Təqsirləndirilən şəxs1 üzərinə gözətçilik etmək öhdəliyi qoyaraq hasardan keçməklə nəfəslik hissəsindən zirzəmiyə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 şəxsi mükliyyətində olan 15 ədəd italiya istehsallı hündürlüyü təxminən 70-80 sm-lik, bir seksiyası 13 manat olmaqla standart formalı 10 seksiyalı və 4 ədəd hündürlüyü 1,40 sm-lik bir seksiyası 72 manat olmaqla 8 seksiyalı istilik radiatorlarını, dəyəri 100 manat olan 3 metr uzunluğunda mis kondisioner borusunu, ümumilikdə 4354 manat dəyərində əmlakını gizli yolla talayaraq zərərçəkmişə ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətməsi özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ittham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən Xalça zavodunun yataqxanasında kirayədə yaşayır. Ailə üzvləri isə ünvan 2 ünvanında yaşayırlar. O, əsəb xəstəsidir, daim müalicə alır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, buna görə dolana bilmir. Arabir ailə üzvləri ona köməklik edib ona pul verirlər. Təqsirləndirilən şəxs2 Atatürk prospekti 237 saylı binada kirayədə qalandan tanıyır. 2019-cu ilin təxminən fevral ayında dəqiq tarixi yadında qalmayan vaxtda gecə saat 01 radələrində yaşadığı binanın qarşısına gələn zaman orada Əli ilə görüşmüşdür. O, həmin vaxt araq içib gəlmiş və bir qədər sərxoş olmuşdur. Onlar söhbət əsasında imkansızlıqdan, pulsuzluqdan danışan zaman o, Əliyə təklif etmişdir ki, gedib qarşılarına kimsəsiz ev çıxsa oğurluq etsinlər. Onlar birgə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən küçə ilə gedən zaman küçədə ikimərtəbəli yarımtikili ev olduğunu və evdə olmadığını görmüş və evdən oğurluq etmək qərarına gəlmişlər. O, Əliyə ayağı ağrıdığı üçün hasardan keçə bilməyəcəyini deyib çöldə dayanacağını, kimsə gəlsə xəbər edəcəyini demişdir. Sonra Əli hasardan keçib evin həyətinə daxil olmuşdur. O, küçədə təxminən 15-20 dəqiqə gözlədikdən sonra Əli içəridən gətirib hasardan ona istilik radiatorlarını vermiş, o, da həmin radiatorları küçədə yerə yığmışdır. Həmin istilik radiatorları 10 seksiyalı olmaqla 10 ədəd olmuşdur. Həmin istilik radiatorlarından bir ədədi isə əvvəlkilərə nisbətən daha uzun istilik radiatoru olmuşdur. Həmin istilik radiatorlarını yığdıqdan sonra Əli içəridən aliminium kondisioner borusu da vermişdir. Sonra özü də çölə çıxmışdır. Həmin borunu və istilik radiatorlarını qucaqlarında hissə-hissə gətirib Əlinin yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 237 saylı binanın arxa hissəsinə yerə yığmışlar və üzərini karton kağız ilə örtmüşlər. Razılaşmışlar ki, səhər saat 9-da orada görüşsünlər. Sonra Əli çıxıb getmişdir. O, isə gedib mağazadan araq alıb içmiş və sərxoş olduğu üçün səhərə qədər binanın yaxınlığında gəzmişdir. Səhər saat 9-da həmin oğurladıqları istilik radiatorlarını yığdıqları yerdə Əli ilə görüşmüşlər. Əli bildirmişdir ki, radiatorların üzərində olan latun dəmir boltları açsınlar ki, satmaq asan olsun. Onlar birgə həmin dəmir boltları açmışlar. Sonra Əli gedib sürdüyü mopedi gətirmiş və mopeddə olan çəkiclə həmin radiatorları başlamışlar əzməyə ki, təzə olması bilinməsin. Həmin istilik radiatorları əzdikdən sonra mopedin üzərinə yığmışlar və Əli mopedi sürüb təkbaşına “Musayevin qarajı” deyilən yerə getmişdir. O, isə “Şəfa” aptekin yaxınlığında gözləmişdir. Təxminən 40 dəqiqədən sonra Əli gəlmiş və bildirmişdir ki, həmin radiatorları 110 manata “Musayevin qarajı” deyilən yerdə əlvan metal qəbulu məntəqəsində işləyən Eldəniz adlı şəxsə satıbdır. Onlar həmin 110 manat pulu öz aralarında iki yerə bölmüşlər və ona 55 manat pul çatmışdır. Sonra o, pulu götürüb Əlidən ayrılmış və yaşadığı evə getmişdir. Həmin 55 manat pulu isə şəxsi tələbatlarına xərcləmişdir. Həmin vaxtdan bir qədər keçəndən sonra o, 3-cü mkr-da yerləşən “Seyidoğlu” marketə müştəri kimi gedib həmin mağazadan nisyə olaraq 14 manat dəyərində müxəlif ərzaq əşyaları götürmüşdür. Mağazanın sahibi Zərərçəkmiş şəxs1 ondan pulunu istəmişdir, o, isə Rövşənə pulunun olmadığını demiş və bildirmişdir ki, həmin pulu qaytaracaqdır. Lakin Rövşən onun qardaşı Tacəddin Qarayevə onun Rövşənə borcunun olduğunu deyib həmin pulu qardaşından istəmişdir və Tacəddin də həmin pulu Rövşənə verdiyi üçün o, Rövşənin hərəkətlərindən əsəbləşmişdir. xx.xx.2019-cu il tarixdə o, 200 qram spirtli içki olan araq içmiş və buna görə də sərxoş vəziyyətdə olmuşdur. O, sərxoş olan vaxt Rövşənin onun qardaşından onun pulunu istəməsi yadına düşdüyü üçün qərara gəlmişdir ki, Rövşənə məxsus həmin mağazadan oğurluq etsin. Buna görə xx.xx.2019-cu il tarixdə gecə saat 04 radələrində o, tək həmin mağazanın qarşısına gəlmiş və ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra, mağazanın giriş qapısında olan asma qıfılı özü ilə gətirdiyi dəmir boru ilə sındırmağa çalışmışdır. Lakin həmin qıfılı sındıra bilmədiyi üçün mağazanın sağ tərəfinə keçib oradakı pəncərənin qarşısına gəlmişdir. Həmin vaxt mağazanın qeyd edilən pəncərəsinin qarşısında ağ rəngli VAZ-2106 markalı, nömrə nişanını xatırlamadığı avtomobil olmuşdur. O, əlində olan dəmir boru parçası ilə pəncərənin şüşəsini hissəhissə sındırmış və sındırdığı şüşə parçalarını da özünə xəsarət yetirməmək üçün kənara daşıyıb yığmışdır. Şüşəni sındırdıqdan sonra pəncərənin qarşısında olan kartonu əli ilə itələyib pəncərədən mağzanın içərisinə daxil olmuşdur. İçəri daxil olduqdan sonra mağzanın içərisində divara söykədilmiş vəziyyətdə torba görmüşdür. O, həmin torbanı götürdükdən sonra içərisində olan sellofan torbaları boşaltmış və vitrində olan müxtəlif markalı siqaretlərin hamısını həmin torbaya doldurmuşdur. Bundan sonra mağazada kassanın yaxınlığında yerdə olan iki qutu böyük Hell içkisini götürüb həmin torbaya qoymuşdur. Sonra həmin yerdən bir qutu 500 qramlıq “Xan” araqlarını götürmüşdür. Sonra vitrin soyuducusuna yaxınlaşıb oradan iki ədəd orta qalınlıqda olan kolbasa, həmin soyuducudan kolbasaların yanından 4 bükümdə olan saçaq pendir, kassanın yanından təxminən 5-6 ədəd “Tik-Tak” adlanan konfetləri götürmüşdür. Daha sonra mağazaya girdiyi pəncərəyə yaxınlaşmış və pəncərənin yaxınlığında olan rəfdən sellofan torbanın içərisində olan salfetləri götürmüşdür və mağazadan çıxmışdır. O, pəncərədən çölə çıxan vaxt orada olan avtomobilin siqnalizasiya sistemi işə düşmüş və o, buna görə mağazadan oğurladığı əşyaları götürüb qaranlıq yerə çəkilmişdir. O, bir qədər orada gözləyib heç kəsin gəlmədiyindən əmin olduqdan sonra çıxıb getmişdir. Həmin mağazadan oğurladığı əşyaların bir qismini özü istifadə etmişdir. Bir qismini isə tanımadığı kasıb adamlara vermişdir. Özündə qalanları isə istintaqa təqdim etmişdir. Qeyd edilən evdən və mağazadan oğurluq etməmişdən qabaq ətrafa nəzər salıb heç kimin olmadığından əmin olduqdan sonra evdən və mağazadan oğurluq etmiş, ona görə də onu heç kim görməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərəçəkmiş şəxslərə dəymiş ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilmir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri ərazisindən və küçələrdən tullantı metal məmulatları yığır, küçə sakinlərindən ucuz qiymətə metal alıb aparıb əlvan metal qəbulu məntəqələrinə satır. İmaməddini bir neçə müddətdir ki, yaşadığı ərazidən tanıyır. 2019-cu ilin təxminən iyun ayının ortalarında dəqiq tarixi yadında qalmayan gündə gecə saat 01 radələrində yaşadığı binanın qarşısında dayanan zaman İmaməddin gəlmiş və araq içdiyi üçün sərxoş vəziyyətdə olmudur. Söhbət əsasında imkansızlıqdan, pulsuzluqdan danışan zaman İmaməddin ona təklif etmişdir ki, gedib qarşılarına kimsəsiz ev çıxsa oğurluq edərlər. Onlar birgə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən küçə ilə gedən zaman küçədə ikimərtəbəli yarımtikili ev olduğunu və evdə yaşayış olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişlər. İmaməddin ona ayağı ağrıdığı üçün hasardan keçə bilməyəcəyini, ona görə də çöldə dayanacağını, kimsə gəlsə xəbər edəcəyini demişdir. O, evin hasarının yanına tökülmüş qumun üzərinə çıxıb oradan hasardan keçməklə evin həyətinə daxil olmuşdur. Evin həyətində hissə hissə qazılmış yerlər olmuşdur. O, evin zirzəmisinin qapısına yaxınlaşanda görmüş ki, qapı bağlıdır. Zirzəminin nəfəsliyindən baxanda zirzəmidə istilik radiatorları olduğunu görmüşdür. Həmin radiatorların bir qismi qutularında olduğu üçün təzə olduqlarını fikirləşmişdir. Zirzəminin nəfəsliyində olan dəmir barmaqlığı yerdən götürdüyü dəmir parçası ilə aralayb yerə salmış və oradan zirzəmiyə daxil olmuşdur. Orada 10 ədəd 10 seksiyalı istilik radiatorları və bir ədəd uzun istilik radiatoru olmuşdur. O, həmin istilik radiatorlarını zirzəminin nəfəsliyindən evin həyətinə yığmışdır. Sonra zirzəmidən çıxıb istilik radiatorlarını hasardan küçəyə tullamışdır. İmaməddin isə orada bir yerə yığmışdır. Sonra evin həyətində ikinci mərtəbədən çıxıb yerə sallanan kondisionerin borusunu görmüş və mis olduğu üçün həmin borunu əli çatan hissəyə qədər, yəni təxminən 2 metr uzunluğunda hissəsini qırıb götürmüş və hasardan küçəyə çıxmışdır. Sonra həmin borunu və istilik radiatorlarını İmaməddinlə birlikdə qucaqlarında hissə-hissə gətirib onun yaşadığı binanın arxa hissəsində yerə yığmış və üzərini karton kağız ilə örtmüşlər. Sonra isə hərəsi öz yaşadığı evə getmişdir. Səhəri gün səhər saat 9 radələrində həmin oğurladıqları istilik radiatorlarını yığdıqları yerdə İmaməddinlə görüşmüşdürlər. İmaməddin ona bildirmişdir ki, həmin əşyaları aparıb satsın. O, isə radiatorların üzərində olan latun dəmir boltları açmağı təklif etmişdir ki, radiatorları satmaq asan olsun. Onlar birgə həmin dəmir boltları açdıqdan sonra o, gedib sürdüyü mopedi gətirmiş və mopeddə olan çəkiclə həmin radiatorları təzə olduğunun bilinməməsi üçün əzmişlər. İstilik radiatorlarını əzdikdən sonra mopedin üzərinə yığmışlar və o, mopedi sürüb “Musayevin qarajı ” deyilən yerə getmiş və orada əlvan metal qəbulu məntəqəsində işləyən Eldəniz adlı şəxsə istilik radiatorlarını göstərib satdığını demişdir. O, həmişə Eldənizə dəmir satdığı üçün onu tanıyırlar və heç bir sənəd almadan həmin istilik radiatorlarını ondan 110 manata almışlar. İstilik radiatorlarını ondan alan zaman onları haradan əldə etdiyini soruşmuşdurlar. O, isə həmin istilik radiatorlarını belə əşyalar satılan yerin yanında olan zibillikdən yararsız halda yığıb götürdüyünü bildirmişdir. O, həmin 110 manat pulu götürüb İmaməddinin onu gözldiyi “Dədə-Baba” adlı çayxanaya getmiş və orada İmaməddin ilə görüşmüşdür, 110 manat pulu orada İmaməddinə vermişdir. İmaməddin isə həmin pulu 2 yerə bölmüş və ona 55 manat pul vermişdir. Sonra o, pulu götürüb yaşadığı evə gəlmişdir. Həmin 55 manat pulu isə şəxsi tələbatlarına xərcləmişdir. Bundan başqa qeyd edilən evdən oğurluq etməmişdən qabaq ətrafa nəzər salıb heç kimin olmadığından əmin olduqdan sonra evdən oğurluq etmiş, ona görə də onları heç kim görməmişdir. Eyni zamanda istilik radiatorlarını əlvan metal qəbulu məntəqəsində satan zaman oğurluq olduğunu deməmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 3-cü mkr-da yerləşən “Seyidoğlu” marketi Ramin Haqverdiyev adlı şəxsdən icarə əsasında götürüb ərzaq məhsullarının satışı ilə məşğul olur. O, hər gün səhər saat 8 radələrində gəlib markerti acır. Gün ərzində marketdə olmaqla axşam saat 23 radələrində marketi bağlayıb gedir. xx.xx.2019-cu il tarixdə yenə o, yay olduğu üçün axşam saat 00:05 radələrində marketi bağlayıb evinə getmişdir. xx.xx.2019-cu il tarixdə səhər saat 08 radələrində marketə gələn zaman mağazanın şüşəsinin sındırıldığını görmüşdür. O, dərhal qapını açıb içəri daxil olmuş və görmüşdür ki, mağazanın içərisi dağıdılmışdır və çoxlu sayda malları yoxdur. O, dəqiq yoxlama aparmış və bundan sonra ona məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə saat 00:05-dən saat 08-dək olan müddətdə naməlum şəxs ona məxsus icarə əsasında işlətdiyi Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən Seyidoğlu Marketin şüşəsini sındırmaq yolu ilə marketə daxil olub 4 blok yəni hər birinin dəyəri 3 manat olan 40 ədəd “Kent” markalı, 4 blok, yəni hər birinin dəyəri 2 manat 80 qəpik olan 40 ədəd “Vinston” markalı, 4 blok, yəni hər birinin dəyəri 1 manat 60 qəpik olan 40 ədəd “Classik” markalı, 2 blok, yəni hər birinin dəyəri 1 manat 40 qəpik olan 20 ədəd “More” markalı, 4 blok, yəni hər birinin dəyəri 1 manat 40 qəpik olan 40 ədəd “Argo” markalı, 3 blok, yəni hər birinin dəyəri 1 manat 40 qəpik olan 30 ədəd “Prima” markalı, 2 blok, yəni hər birinin dəyəri 1 manat 90 qəpik olan 20 ədəd “Viceroy” markalı, 6 blok, yəni hər birinin dəyəri 1 manat 90 qəpik olan 60 ədəd “Vinchester” markalı, 3 blok, yəni hər birinin dəyəri 1 manat 90 qəpik olan 30 ədəd “Pallmall” markalı, ümumilikdə 631 manat dəyərində siqaretləri, 4 qutu yəni hər birində 12 ədəd olmaqla bir ədədi 6 manat olan 48 ədəd ümumi dəyəri 272 manat olan “ Xan” markalı araq, bir ədədi 1 manat olan 96 ədəd, ümumi dəyəri 96 manat olan “Hell” enerji içkisi, bir qutu 48 manat dəyərində çipsim markalı cipsi, 20 manat dəyərində 1 qutu “Nur” markalı salfet, hər biri 1 manat olmaqla 30 ədəd, ümumi dəyəri 30 manat olan “Nova” markalı qab şampunu, hər birinin dəyəri 1 manat 50 qəpik olan 100 ədəd, ümumi dəyəri 150 manat olan “Xırdalan” markalı pivə, bir ədədi 2 manat olan 5 qutu, ümumi dəyəri 10 manat olan yerfındığı, kiloqramı 7 manat 50 qəpik olan iki kiloqram ümumilikdə 15 manat dəyərində saçaqlı pendir, kilosu 10 manat olan iki kilo, yəni 20 manat dəyərində “Servalat” kolbasası, hər birinin dəyəri 2 manat olan, 100 qramlıq 35 ədəd, ümumi dəyəri 70 manat olan “Beta” markalı çay, 1 ədəd 40 manat dəyərində televizor bloku, hər birinin dəyəri 20 qəpik olan 30 ədəd, ümumilikdə 6 manat dəyərində tik-tak noğulu, hər biri 1 manat olan 24 ədəd, ümumi dəyəri 24 manat olan “Burn” enerji içkisi, hər birinin dəyəri 2 manat 50 qəpik olan 18 ədəd ümumi dəyəri 45 manat olan “Ariel” markalı paraşok, hər birinin dəyəri 3 manat olan iki ədəd 6 manat dəyərində “İpək” və hər birinin dəyəri 4 manat 50 qəpik olan iki ədəd ümumi dəyəri 9 manat olan “Head Shoulders” markalı şampunlar oğurlanmışdır. Ümumilikdə mağazadan ona məxsus 1508 manat dəyərində əmlakı oğurlanmışdır. O, sonradan bilmiş ki, mağazadan oğurlanmış ona məxsus əşyaları Təqsirləndirilən şəxs1 oğurlamışdır. Zərərçəkmiş şəxs, məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs1 şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 190 ünvanda yerləşən 6 sot torpaq sahəsini ev tikdirmək məqsədi ilə 2013-cü ildə almışdır. Həmin torpaq sahəsində 2016-cı ildən ev tikdirməyə başlamışdır. Həmin evə mütammadi olaraq baş çəkmiş və evin tikilməsinə nəzarət etmişdir. Evin tikilməsi başa çatmaq üzrə olarkən evin istilik sistemlərini qaydasına salmaq qərarına gəlmişdir. Təxminən 2019-cu ilin fevral ayının əvvəlində o, İtaliya istehsalı olan hündürlüyü təxminın 70-80 sm-lik bir seksiyası 13 manat olmaqla standart formalı 10 seksiyalı 15 ədəd və hündürlüyü 1,40 sm-lik bir seksiyası 72 manat olmaqla 8 seksiyalı 4 ədəd istilik radiatorlarını, ümumilikdə 4522 manat dəyərində istilik radiatorlarını alıb gətirərək evin zirzəmisinə yığmışdır. Evdə isə təmir işləri davam etdirilirdi. Hətta evə kondisioner də quraşdırılmışdır. O, xx.xx.2019-cu il tarixdə təmir etdirdiyi evə gəlib baş çəkmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə o, təmir etdirdiyi evinə baş çəkməyə gələndə evin zirzəmisinin pəncərəsində olan dəmir barmaqlığın sökülərək yerə atıldığını görmüşdür. Zirzəmiyə daxil olanda 2019-cu ilin fevral ayının əvvələrində 4522 manata aldığı təzə halda olan istilik radiatorlarının orada olmadığını aşkar etmişdir. Zirzəmidən çıxıb evin üzərinə baxanda isə evdə quraşdırılmış kondisionerin təxminən 3 metr uzunluğunda olan borusunun çöl tərəfdən kəsilərək götürüldüyünü görmüşdür. Həmin borunun qiyməti isə təxminən 100 manat dəyərindədir. O, evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş və Gəncə şəhəri Kəpəz RPİ-yə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 4622 manat maddi ziyan dəymişdir. Lakin təqsirləndirilən şəxslər ona vurduqları ziyanı ödəməyə nəinki cəhd etməmiş, heç buna görə ondan üzrxahlıq belə etməmişdir. Buna görə də hazırda onlardan şikayətçidir və həmin şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında Şahid ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin dolanışıq məqsədilə Gəncə şəhəri “Musayevin qarajı” deyilən yerin yaxınlığında yerləşən metal qəbulu məntəqəsində işləyir. Onun əsas işi gətirilən metalları tərəzidə çəkib dəyərini hesablayıb müştəriyə bildirməkdən ibarətdir. Daha sonra gətirilən metalı haradan əldə etdiklərini, oğurluq olub-olmamasını soruşur. Əgər hər-hansı bir mənfi hal yoxdursa həmin metalı qəbul edib pulunu verir. Təqsirləndirilən şəxs2 çoxtandır ki, tanıyır. Əli idarə etdiyi mopedlə şəhər ərazisində tullantı metalları yığıb gətiirib onlara satırdı. 2019-cu ilin təxminən iyul ayının ortalarında, tarixi dəqiq yadında qalmayan gündə, səhər saatlarında işlədiyi metal qəbulu məntəqəsində olan vaxt Əli idarə etdiyi mopedlə məntəqəyə gəlmişdir. Mopedin yük yerində əzilmiş halda yararsız istilik radiatorları olduğuunu görmüşdür. Əli həmin radiatorları satdığını deyən zaman o, həmin radiatorları haradan götürdüyünü soruşmuşdur. Əli isə həmin əzilmiş istilik radiatorlarını onların satıldığı mağazanın yanında olan zibillikdən yararsız halda yığıb götürdüyünü bildirmişdir. O, Əlini tanıdığı tanıdığı üçün sonuncuya inanıb gətirdiyi metalları tərəzidə çəkib qiymətini hesablamış və 110 manat pulu Əliyə vermişdir. Əli isə heç bir şey demədən onunla sağollaşıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 satdığı metalı, yəni yararsız olan istilik radiatorlarını satan zaman həmin radiatorların oğurluq olmasını və özlərinin yararsız hala saldığını deməmişdir. Sadəcə olaraq Əlini tanıdığı üçün etibar edib həmin metalı sonuncudan almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Seyidoğlu” marketdən oğurluq edilməsi faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 190 ünvanda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan evdən oğurluq edilməsi faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Seyidoğlu” marketdən oğurladığı əşyalardan evində saxladığı əşyaları təqdim etmişdir.Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27864 nömrəli, xx xxxxxx 2019-cu il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların 2019-cu ilin iyul ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi hesablanır: 6 ədəd “Classic” markalı siqaret- bir ədədi 1.5, ümumi 9 manat. 5 ədəd “More” markalı siqaret- bir ədədi 1.5, ümumi 7,5 manat. 5 ədəd “Argo” markalı siqaret- bir ədədi 1.5, ümumi 7,5 manat. 1 ədəd “Prima” markalı siqaret- bir ədədi 1.4, ümumi 1,4 manat. 1 ədəd “Viceroy” markalı siqaret- bir ədədi 1.5, ümumi 1,5 manat. 1 ədəd “Vinchester” markalı siqareti- bir ədədi 1.5, ümumi 1,5 manat. 9 ədəd “Pall Mall” markalı siqareti- bir ədədi 1.5, ümumi 13,5 manat. 3 ədəd qabda “Kaduqa” konfetləri- bir ədədi 0.5, ümumi 1,5 manat. 1 ədəd “İpek” şampunu- bir ədədi 3.8, ümumi 3,8 manat. 1 ədəd “Head-Sholders” şampunu- bir ədədi 4.5, ümumi 4,5 manat. 1 ədəd “Nova” qabyuyan şampunu- bir ədədi 1.5, ümumi 1,5 manat. 8 ədəd “Nur” salfetləri- bir ədədi 0.6, ümumi 4,8 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in X1 xx.xx.2019-cu il tarixli 011-10794-1219 nömrəli məktubundan məlum olur ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən, Zərərçəkmiş şəxs1 işlətdiyi “Seyidoğlu” marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs1 sol əlinin baş barmağı vasitəsi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Seyidoğlu” marketdən etdiyi oğurluqla bağlı vermiş olduğu ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları yerində əyani surətdə göstərərək təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 190 ünvanda yerləşən, Zərərçəkmiş şəxs2 məxsus evdən etdikləri oğurluqla bağlı vermiş olduğu ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları yerində əyani surətdə göstərərək təsdiq etmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdə X3 şəhəri, Lyublinkski rayon məhkəməsi tərəfindən Rusiya Federasiyası CM-in 161-ci maddəsinin, 2-ci hissəsinin Q bəndi ilə 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məktubda göstərilmişdir ki, X3 şəhər Lyublinski rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə onların şəxsiyyətini səciyyələndirən halları, törətdikləri cinayət əməllərinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ayrılıqda, həm də Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1 ayrılıqda törətdiyi cinayət əməlinə görə Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Bununla belə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə münasibətini, onun cinayətdən sonrakı davranışını, o cümlədən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın, yəni azadlığın məhdudlaşdırılması cəzasının verilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddə qarışıq cəza nəzəriyyəsini müəyyən edir və həmin maddənin tələbinə görə, cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, təqsirləndirilən şəxsin cinayəti törətdikdən sonrakı davranışını, o cümlədən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs2 da təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli şübhəli şəxsi tutma protokolundan və xx xxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə tutulduğu iki gün müddət ona təyin olunan cəzadan çıxılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - 6 ədəd “Classic” markalı, 5 ədəd “More” markalı, 5 ədəd “ARGO” markalı, 1 ədəd “Prima” markalı, 1 ədəd “Viceroy” markalı, 1 ədəd “Vinchester” markalı, 9 ədəd “Pall Mall” markalı siqaretlər, 3 ədəd qabda “Raduqa” konfetləri, 1 ədəd “İpək” və 1 ədəd “Head & Shoulders” şampunları, 1 ədəd “Nova” qabyuyan şampunu, 8 ədəd “Nur” salfetlərinin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 tutulduğu iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalından həbsə alınsın. İş üzrə maddi sübutlar - 6 ədəd “Classic” markalı, 5 ədəd “More” markalı, 5 ədəd “ARGO” markalı, 1 ədəd “Prima” markalı, 1 ədəd “Viceroy” markalı, 1 ədəd “Vinchester” markalı, 9 ədəd “Pall Mall” markalı siqaretlər, 3 ədəd qabda “Raduqa” konfetləri, 1 ədəd “İpək” və 1 ədəd “Head & Shoulders” şampunları, 1 ədəd “Nova” qabyuyan şampunu və 8 ədəd “Nur” salfetlərinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına keçirilsin: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar