Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-54/2021 15.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunu qəsdən itələyib verə yıxaraq sol əlin V barmağının qəlpəli yeridəyişmiş sınığı ilə nəticələnən həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən “az ağır zərər vurmaya” aid bədən xəsarəti yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə səhər saatlarında şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə zamanı Orxanı itələyərək yerə yıxmış, həmin vaxt Orxanın sol əlinin barmağı sınmışdır. Hazırda hərəkətindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışdığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu ilə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı Emil onu itələyərək yerə yıxmış həmin vaxt onun sol əlinin barmağı sınmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx xxx 2020-ci il tarixdə, saat 10 radələrində, aralarında baş vermiş münaqişə zamanı Orxanla Emil bir-birlərinin sinəsindən tutmuşlar. Orxanla Emil bir qədər bir-birilərinin sinəsindən tutduqdan sonra Orxan Emilin sinəsini buraxıb dayanmasını demişdir. Həmin vaxt Emil sərt şəkildə Orxanı itələmiş. Orxan yerə yıxılmış və əlindən xəsarət almışdır.Baş vermiş dava-dalaş təxminən 3-4 dəqiqəyə yaxın davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və X3 Şahid1 ilə eyni məzmunda ifadə verdilər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2»nin xx.xx.2020-ci il tarixli, 680 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- sol əlin V barmağının qəlpəli yerdəyişmiş sınığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa "Az Ağır" zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyi üçün heç bir şikayəti və tələbi olmadığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72,73.1,73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1-cimaddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri ərizədən görünür ki, barışdıqları üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344-347, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-54/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-54/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver