Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-55/2019 31.05.2019 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərov Vüsal Suliddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Nikolay oğlunun, zərərçəkmiş şəxslər Bayramov Röyal Akif oğlunun, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi X3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7,Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakıilə, xx xxx 2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxxxx 1988-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək» haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxxx 2018-ci il tarixdə saat 18 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi «Mercedes- Benz-C457” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusla Bakı-Gəncə yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman “Nizami Gəncəvi” məqbərəsinin bərabərliyində yerləşən körpünün giriş hissəsində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq üçün sürətdən və hərəkət şəraitindən asılı düzgün ara məsafəsi seçməli olduğu halda, həmin tələblərə əməl etməyərək qarşısında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz E240” markalı **-CA-*** qeydiyyat nömrə nişanlı avtomobili arxa hissəsindən vurmuş, həmin avtomobil eyni yolda və istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan X-Trail” markalı **-EC-*** qeydiyyat nömrə nişanlı avtomobilə çırpılmış, daha sonra o, idarə etdiyi “Mercedes” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusla yolun kənarında dayanan X4 məxsus “Mercedes Benz” markalı **-FG-*** qeydiyyat nömrə nişanlı avtomobili vurmuş, zərbə nəticəsində sonuncu “Mercedes Benz” markalı **-FG-*** qeydiyyat nömrə nişanlı avtomobil, Şahid1 idarə etdiyi “Mercedes Benz C200” markalı **-DX-*** qeydiyyat nömrə nişanlı avtomobillə Bakı-Gəncə yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman “Nizami Gəncəvi” məqbərəsinin bərabərliyində yerləşən körpünün giriş hissəsində idarə etməni itirib yolun kənarındakı dəmir dayaqlara çırpılaraq orada olan arxa düşməklə yol-nəqliyyat hadisəsi törətdiyindən kömək məqsədi ilə həmin avtomobili yolun kənarından çıxarmaq üçün dayanan sürücü Zərərçəkmiş şəxs9 Kərim oğluna məxsus “QAZ 33021” yük markalı **-BK-*** qeydiyyat nömrə nişanlı avtomobilə çırpılıb onu aşırmış, nəticədə “Nissan X-Trail” markalı **-EC-*** qeydiyyat nömrə nişanlı avtomobilin həmin vaxt yolun kənarında dayanmış Zərərçəkmiş şəxs7 ehtiyatsızlıqdan dəyməsi nəticəsində sonuncuya sol incik sümüyünün sınıqları ilə müşayiət olunan sol baldır nahiyəsinin qançır-şişkinlik halında əzikləri, səthi yaraları, sıyrıqları, sol diz oynağı nahiyəsinin şişkinliyi ilə müşayiət olunan xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına və sonuncunun faktiki sahibi olduğu “Mercedes Benz” markalı **-FG-*** qeydiyyat nömrə nişanlı avtomobilə 9043 manat zərər vurulmasına, «Mercedes-Benz-C457” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusun yolun kənarında dayanmış Zərərçəkmiş şəxs11 vurması nəticəsində onun sağ bud, sağ baldır nahiyələrinin infeksiyalaşmış iri ölçülü hematomaları, başın ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan xəsarətlər yetirilməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, “Mercedes Benz” markalı **- FG-*** qeydiyyat nömrə nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs8 sol budun hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya aid, “Mercedes Benz” markalı **-CA-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağ baldır nahiyələrinin yumşaq toxumaların əzilməsi, hematoması, sol dirsək nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya aid xəsarət almasına və sonuncunun faktiki sahibi olduğu avtomobilə 8511 manat zərər vurulmasına, sonuncu avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs5 döş vəzinin və sol bud nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, Zərərçəkmiş şəxs4 sol baldır nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, səthi yarası, bel, sağ sağrı, hər iki bazu, sol diz nahiyələrinin qançırları, sağ diz nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, Zərərçəkmiş şəxs6 sağ baldır nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, Zərərçəkmiş şəxs3 sağ əl, sol baldır nahiyələrinin yumşaq toxumaların əzilməsi, hematoması, sağ diz nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, sürücü Zərərçəkmiş şəxs9 Kərim oğluna məxsus “QAZ 33021” yük markalı **-BK-*** qeydiyyat nömrə nişanlı avtomobilə 335 manat zərər vurulmasına, sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan X-Trail” markalı **-EC- *** qeydiyyat nömrə nişanlı avtomobilə 4042 manat zərər vurulmasına, Zərərçəkmiş şəxs10 məxsus “Mercedes Benz C457” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusa 7900 manat zərər vurulmasına və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1219 manat məbləğində zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad.143.1). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. (mad.145.1). Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxslərin, şahid qismində dindirilmiş şəxsin ifadəsini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs10 məxsus “Mercedes Benz” markalı, **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusu idarə etmişdir. Avtobusu idarə etmək üçün BCD kateqoriyalı sürücülük vəsiqəsi olsa da etibarnamə olmamışdır. İdarə etdiyi avtobusla sərnişin daşımaqla o, hər gün axşam saat 24 radələrində Gəncə şəhərindən Bakı şəhərinə, 13:30-da isə Bakı şəhərindən Gəncə şəhərinə hərəkət etmişdir. xx xxxxxxx 2018-ci il tarixdə saat 13:30-da idarə etdiyi “Mercedes-Benz” markalı, **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusla sərnişinlərlə dolu vəziyyətdə Gəncə şəhəri istiqamətində hərəkətə olarkən saat 18 radələrində Gəncə şəhərinin qala qapılarından şəhərə daxil olaraq saatda təxminən 70 km saat sürətlə idarə etmişdir. Nizami məqbərəsinin yaxınlığında yerləşən körpünün giriş hissəsinə çatmağına təxminən 300 metr qalmış idarə etdiyi avtobusun qarşısında metalik rəngli “Mercedes Benz E240” markalı **-CA-*** qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olmuşdur.Həmin avtomobillə onun idarə etdiyi avtobusun arasında təxminən 30 metr ara məsafəsi olmuşdur. Hava bir qədər qaraldığı üçün o, qarşı tərəfdə hərəkətdə olan və yolun kənarında dayanmış avtomobillərə fikir verməmişdir. Avtobusla hərəkətini davam edən zaman ön tərəfində hərəkətdə olan metalik rəngli “Mercedes Benz E240” markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobil qəfil tormoz etmiş və sonra tormozu buraxıb hərəktə başlamışdır. Bir qədər getdikdən sonra yenə qəflətən tormoz etmişdir. Bu zaman o, həmin avtomobilin tormoz etdiyini görüb o, da saatda 70 km saat sürətlə idarə etdiyi avtobusun tormoz əyləcini basmışdır. Avtobusun təkərləri sürüşdüyü üçün ön tərəfində hərəkətdə olan Mercedes markalı avtomobili arxa hissəsindən vurmuşdur. Bu zaman həmin Mercedes markalı avtomobil qarşı tərəfində hərəkətdə olan Nissan markalı avtomobilə çırpılmışdır. Vurduğu Mercedes markalı avtomobil sol istiqamətə, Nissan markalı avtomobil isə sağ istiqamətə, dəmir hasarlara çırpılmışdır. O, isə yolun ortasında avtobusu saxlamış və dərhal avtobusun salonuna daxil olub sərnişinlərin vəziyyəti ilə maraqlanmışdır. Avtobusda olan bütün sərnişinləri vəziyyəti yaxşı olmuş və sərnişinlər avtobusdan düşüb yol maşınları ilə getmişdilər. O, avtobusdan düşəndə yolun sağ tərəfində ağ rəngli “Mersedes E240” markalı **-FG-*** qeydiyyat nömrə nişanlı avtomobil, metalik rəngli “Mercedes C class 200” markalı **-DX-*** qeydiyyat nömrə nişanlı avtomobilin qəzaya uğramış vəziyyətdə, “QAZ 33021” yük markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin isə yolun sağına doğru aşmış vəziyyətdə olmasını görmüşdür. O, hadisə zamanı avtobusda olan sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə avtobusu yolun hərəkət hissəsində saxlamağa çalışmış və bu səbəbdən də kənarda digər avtomaşınlarla toqquşub toqquşmadığını dəqiq bilmir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və müayinə keçirmişlər. Sonra o, orada sərxoş olub olmamasının yoxlanması üçün sərxoşluq müayinəsindən keçirilmiş və ayıq olduğu məlum olmuşdur. Həmin vaxt hadisə yerinə təcili tibbi yardım avtomobili də gəlmişdir. O, avtobusu sərnişinlər ilə dolu vəziyyətdə saatda 70 km/saat sürətlə idarə etmişdir. Hazırda hərəkətindən peşiman olmaqla bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır. Özünə məxsus Mercedes Benz 240 markalı **-FG-*** qeydiyyat nömrə nişanlı avtomobili vardır. xx.xx.2018-ci il tarixdə saat 18 radələrində Gəncə şəhərində olan zaman dostu ona zəng edərək atası Hümbətin Gəncə Bakı yolunda Nizami məqbərəsinin yaxınlığında yolnəqliyyat hadisəsi törətdiyini bildirmişdir. İdarə etdiyi öz avtomobili ilə həyat yoldaşı ilə birgə hadisə olan yerə gedərək görmüşdür ki, Hümbət kişinin Mersedes markalı avtomobili Gəncə Bakı yolunun sağ kənarında arxa düşmüşdür. Həmin yerdə kömək üçün kənardan gələn çoxlu adamlar və dayanan avtomobillər olmuşdur. O, öz avtomobilini həmin yerdə dayanmış Qazel markalı avtomobilin arxa hissəsində saxlamışdır. Qazel markalı avtomaşın Mersedes markalı avtomobili qoşqu ilə çəkib çıxartmağa çalışmışdır. Həmin vaxt qəflətən sağ istiqamətdən gələn avtobus yolda olan avtomobillərlə toqquşmuş və sonra Nissan markalı avtomobili vurmuşdur. Həmin Nissan markalı avtomobil ona dəymişdir. O, zərbədən yıxılaraq xəsarət almışdır. Bədənində olan xəsarətlər maşının ona dəyməsi nəticəsində yaranmışdır. Sonra yaralı vəziyyətdə qalxaraq maşına tərəf gələrkən avtobusun onun da maşınımı vurduğunu görmüşdür. Hadisə yerinə toplaşmış tanımadığı adamlar kömək edərək həyat yoldaşını maşından çıxartmışlar və onları xəstəxanaya aparmışlar. Orada onlara ilk tibbi yardım göstərilmişdir. Hadisə zamanı az ağır xəsarət almaqla avtomobilinə 9043 manat zərər dəymişdir. Ona dəymiş zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində qanuni cəza təyin olunmasını xahiş etdi.. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qisminqdə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamışdır. özünə məxsus “Nissan X-Trail” markalı, **-EC-*** qeydiyat nömrə nişanlı avtomobili vardır. 14 oktyabr 2018-ci il tarixdə özünə məxsus “Nissan X-Trail” markalı, **-EC-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan rayonundan Gəncə şəhərinə gələrkən saat 18 radələrində Gəncə şəhərinin «Qala qapıların» dan şəhərə daxil olan zaman həmin yolda Nizami məqbərəsinin yaxınlığında yerləşən körpünün giriş hissəsinə çatmağına təxminən 500 metr qalmış görmüşdür ki, yolun sağ tərəfində təxminən 3-4 avtomobil dayanaraq xəbərdarlıq işıqlarını yandırmışdılar. O, diqqət yetirəndə görmüşdür ki, körpü tərəfdə yolun sağında avtomobil qəzası baş veribdir və bir neçə adamlar orada kömək edir. Ona görə idarə etdiyi avtomobilin sürətini 30 km/saata qədər endirmiş və yolun sağ tərəfi ilə hərəkət etmişdir. Hadisə yerinə çatmasına təxminən 10 metr qalmış avtomobilinin arxası ilə gələn avtomobil onun idarə etdiyi avtomobilin arxasına çırpılmış və onun avtomobili sağ istiqamətə çevrilərək yolun kənarında olan dəmir hasara çırpılmışdır. Həmin vaxt onun avtomobilinin arxasından isə Mercedes və avtobus keçib dayanmışdır. O, avtomobildən düşəndə görmüşdür ki, yolun kənarında olan yük maşını aşmış, ağ rəngli Mercedes markalı avtomobil, digər Mercedes və Nissan markalı avtomobillər, eyni zamanda Mercedes markalı avtobusda qəzaya uğramış vəziyyətdədir. O, hadisə yerində bilmişdir ki, Mercedes markalı avtobus yüksək surətlə gələrək zəncirvari qəza törətmiş və hadisə nəticəsində bir neçə şəxslər xəsarət almaqla avtomobillərə ziyan dəymişdir. Hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Hadisə yerinə təcili tibbi yardım gəlmiş və xəsarət alanlara yardım göstərmişdir. Həmin vaxt yolun sağ tərəfində «Mercedes c class» markalı avtomobil yoldan çıxaraq yolun kənarında olan çökəyə düşmüşdür və orada olan adamlar həmin avtomobili çıxarmağa çalışmışlar. Hadisə nəticəsində onun avtomobilinə 4042 manat zərər dəymişdir. Onun avtomobilinə dəyən zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qisminqdə dindirilmişZərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki,təqsirləndirilən şəxsi yol nəqliyyat hadisəsi ilə əlaqədar tanımışdır. xx.xx.2018-ci il tarixdə saat 18 radələrində nişanlısı Zərərçəkmiş şəxs7in idarə etdiyi Mersedes Benz markalı avtomaşınla şəhərdə olan zaman Hüseynə zəng gəlmiş və bildirmişlər ki, kimsə Gəncə Bakı yolunda Nizami məqbərəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi törədibdir. Ona görə Hüseyn onunla birgə hadisə olan yerə getmişdilər. Məlum olmuşdur ki, Mersedes markalı avtomobil Gəncə-Bakı yolunun sağ kənarında arxa düşmüşdür. Orada kömək üçün kənardan gələn çoxlu adamlar və dayanan avtomobillər olmuşdur. Hüseyn öz avtomobilini orada dayanan Qazel markalı avtomobilin arxa hissəsində saxlamışdır. Qazel markalı avtomaşın Mersedes markalı avtomobili qoşqu ilə çəkib çıxartmağa çalışırdı. Hüseyn maşından düşüb hadisə olan yerə tərəf getmişdir. O, isə maşında qalmışdır. Həmin vaxt qəflətən arxadan avtobus Hüseynin avtomobilinin arxa hissəsindən vurmuş və avtomobil zərbənin təsirindən yerində istiqamətini dəyişmişdir. Bir neçə dəqiqədən sonra Hüseyn və tanımadığı şəxslər onu avtomobilin içərisindən çıxarmışlar. Hadisə zamanı o, yüngül bədən xəsarəti almışdır. Onu xəstəxanaya aparmışlar, xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxsdən şikayəti olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi yol nəqliyyat hadisəsi ilə əlaqədar tanımışdır. xx.xx.2018-ci il tarixdə Bərdə rayonuna bacısının nəvəsinin ad gününə getmişdir. Ad günündə iştirak etdikdən sonra həmin gün tanımadığ jiquli markalı yol maşını ilə yaşadığı Göygöl rayonuna qayıdarkən təxminən saat 18 radələrində Nizami məqbərəsinin yaxınlığında körpüyə çatmamış 4-5 avtomobilin körpünün yanında dayandığını görmüşdür. Məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi baş verərək dayanaraq xəbərdarlıq işıqlarını yandırıblar. Diqqət yetirəndə görmüşdür ki, Mercedes markalı avtomobil yoldan çıxaraq yolun kənarında olan çökəyə düşübdür. İçərisində olduğu avtomobilin sürücüsü hadisəyə görə avtomobili yolun sağ tərəfində saxlayaraq hadisə baş verən yerə tərəf getmişdir. O, özüdə maşından düşüb baş vermiş yol nəqliyyat hadisəsinə baxarkən arxadan gələn ağ rəngli avtobus ön hissəsi ilə onu vurmuş o, yolun kənarında olan çökəkliyə düşmüşdür. Aldığı zərbədən huşunu itirərək yerə yıxılmışdır. Hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə onu xəstəxanaya aparmışlar orada ilkin tibbi yardım göstərildikdən sonra «Yeni Gəncə» tibb mərkəzinə əməliyyat etmişlər. Əməliyyat olunduqdan 3 gün sonra isə evə buraxmışlar. Hadisə zamanı ona az ağır bədən xəsarəti yetirilmişdir. Ona dəyən zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayəti olduğunu və ona qanuni cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs Bayramov Röyal Akif oğlu ifadəsində göstərdi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Gəncə-Samux Bölməsinin baş mütəxəssisi işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. xx xxxxxxx 2018-ci il tarixdə saat təxminən 18 radələrində Gəncə-Bakı yolunda, Gəncə şəhəri istiqamətində “Nizami Gəncəvi” məqbərəsinin bərabərliyində baş vermiş yolnqəliyyat hadisəsi nəticəsində Gəncə şəhər istiqamətində, Nizami məqbərəsinin bərabərliyində yerləşən körpünün giriş hissəsindəki yolun 16 p/m metal təhlükəsizlik səddi yararsız hala düşmüşdür. Həmin 16 p/m metal təhlükəsizlik səddi işlədiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır və hadisə nəticəsində işlədiyi agentliyə 1219.20 (bir min iki yüz on doqquz) manat (iyirmi) qəpik dəyərində maddi ziyan dəymişdir. Lakin yolda hərəkətdə olan avtomobillərin təhlükəsizliyini təmin edilməsi məqsədilə həmin metal sədd hadisənin sabahı günü Azərbaycan Avtomobil Yolların Dövlət Agentliyi tərəfindən təmir edilmiş, təmirə 1219.20 (bir min iki yüz on doqquz ) manat (iyirmi) qəpik məbləğində pul xərclənmişdir. Həmin dəymiş 1219.20 manat məbləğində ziyan hadisəni törətmiş sürücü tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayəti olmadığını, dəymiş zərərin ödənilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi törətdiyi “Mercedes Benz C457” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobus ona məxsusdur. Həmin avtobusu qohumu X1 adına qeydə aldıraraq özü etibarnamə əsasında idarə etmişdir. Sonradan səhhətində yaranan problemlə bağlı həmin avtobusu idarə edə bilmədiyi üçün Təqsirləndirilən şəxs özünə məxsus “Mercedes Benz C457 ” markalı **-RX-*** dövlət nömrə nişanlı avtobusa sürücü təyin etmişdir. Təqsirləndirilən şəxs BCD qateqoriyalı sürücülük vəsiqəsi olduğu üçün o avtobusu idarə edirdi. Avtobus Gəncə-Bakı və Bakı-Gəncə xətti üzrə sərnişinlərlə birgə hərəkətdə olan zaman avtobusu Salman İdarə edirdi. O, isə nəzarət etmək üçün onlarla birgə avtobusda gedib gəlmşdir. xx xxxxxxx 2018-ci il tarixdə həmişə olduğu kimi Bakı Beynəlxaq Avtovağzalında sərnişinləri avtobusda yerləşdirdikdən sonra onun işi olduğu üçün Salmanı avtovağzalda qoyub getmişdir. Həmin vaxt Salman avtobusu tək idarə etmiş, o, isə tanışları ilə birgə Gəncə şəhərinə gəlmişdir. Həmin günü təxminən saat 17 radələrində Gəncə şəhərində olmuşdur. Salmanın mobil telefonuna zəng edərək harda olduğunu soruşanda Salman bildirmişdir ki, Yevlax rayonu ərzisindən keçib gəlir. Salmanı qarşılamaq üçün Gəncə avtovağzalına getmiş, təxminən saat 18 radələrində Salman onun mobil nömrəsinə zəng edərək Bakı-Gəncə yolunda, Gəncə şəhəri istiqamətində, Nizami məqbərəsinin bərabərliyində yerləşən körpünün giriş hissəsində qəza törətdiyini demişdir. O, dərhal hadisə yerinə getmiş və orada ona məlum olmuşdur ki, Salman idarə etdiyi ona məxsus “Mercedes Benz C457 ” markalı **-RX-*** dövlət nömrə nişanlı avtobusu idarə edərkən diqqətsizliyi nəticəsində yol nəqliyyat hadisəsi törədərək əlavə 3 avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Mercedes Benz C457” markalı **-RX-*** dövlət nömrə nişanlı avtobusa 7900 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi zərər ödənilmədiyi üçün şikayətçi olduğunu və dəymiş maddi zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi X7 ifadəsində göstərmişdir ki, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2 oğlu,Zərərçəkmiş şəxs3 isə arvadıdır. Təqsirləndirilən şəxsi isə hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi tanımışdır. Oğlu Zərərçəkmiş şəxs2 Mercedes Benz markalı, **-CA-*** qeydiyyat nömrə nişanlı avtomobili var. xx xxxxxxx 2018-ci il tarixdə günorta saatlarında oğlu özünə məxsus “Mercedes Benz E-240” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhərindən Şəmkir şəhərinə gələrkən avtomobildə bacısı Zərərçəkmiş şəxs5, arvadı Zərərçəkmiş şəxs3 və qohumu Zərərçəkmiş şəxs4 olmuşlar. Oğlu Zərərçəkmiş şəxs2 həmin gün saat 18 radələrində Gəncə şəhərinin «Qala qapılarından» şəhərə daxil olaraq Nizami məqbərəsinin yaxınlığında yerləşən körpünün giriş hissəsinə çatmasına təxminən 300 metr qalmış yolun sağ tərəfində təxminən 3-4 avtomobil dayandığını görüb xəbərdarlıq işıqlarını yandıraraq saatda 20 km surətlə yolun sol tərəfi ilə hərəkətdə olarkən hadisə yerinə çatmağa təxminən 50 metr qalmış oğlunun avtomobilinin arxası ilə sürətlə gələn “Kasapoğlu” şirkətinə məxsus avtobus oğlunun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuş və oğlu idarə etməni itirib yolun sol tərəfində quraşdırılmış dəmir hasara dəyərək ön tərəfində hərəkətdə olan Nissan markalı avtomobilə çırpılmışdır. Avtomobildə olan sərnişinlərdən arvadı Zərərçəkmiş şəxs3, bacısı Zərərçəkmiş şəxs5, qohumu Zərərçəkmiş şəxs4 və oğlu Zərərçəkmiş şəxs2 isə yüngül bədən xəsarətləri almaqla avtomobilinə 8511 manat maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən oğlunun avtomobilinə dəymiş maddi zərər ödənilməmişdir. Şikayətlərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi X7 ilə eyni məzmunlu ifadə verərək təqsirləndirilən şəxsdən şikayətləri olmadığını bildirdilər. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 və qanuni nümayəndəsi Şəfa Həsənova və Zərərçəkmiş şəxs9 məhkəmə iclasına gəlmədikləri üçün istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İstintaq zamanı ifadə vermiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. Sonuncunun “Mercedes Benz E-240” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobili vardır. 14 oktyabr 2018-ci il tarixdə günorta saatlarında Pərvizə məxsus “Mercedes Benz E-240” markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərindən Şəmkir şəhərinə gəlmişdilər. O, həmin avrtomobildə arxa oturacaqda əyləşmişdir. Onlar təxminən saat 18 radələrində Gəncə şəhərinə gəlib çatmışlar və Gəncənin qala qapılarından şəhərə daxil olmuşdular. Həmin yolda olan Nizami Gəncəvinin məqbərəsinin yaxınlığında yerləşən körpünün giriş hissəsinə çatanda avtomobilin arxası ilə sürətlə gələn avtobus onların avtomobilini arxa hissəsindən vurmuş və içərisində olduqları avtomobil yolun sol tərəfində quraşdırılmış dəmir hasara dəymiş və ön tərəfdə gedən Nissan markalı avtomobilə çırpılmışdılar. Bundan sonra avtomobil fırlanaraq dayanmışdır. Kömək edib onları avtomobildən çıxartmışdırlar. Həmin vaxt o, xəsarət almışdır. Ona görə yoldan keçən tanımadıqları avtomobillərlə onlar 3 saylı təcili tibbi yardım xəstəxanasına gəlmişdilər. Orada onlara ilk tibbi yardım göstərilmiş və sonra yaşadıqları Şəmkir rayonuna getmişdilər. İstintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki,özünə məxsus “QAZ 33021” yük markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yük daşıyaraq ailəsini dolandırır. O, özünə məxsus yük avtomobilini BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 14 oktyabr 2018-ci il tarixdə saat təxminən 17:30-da özünə məxsus “QAZ 33021” yük markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yaşadığı Goranboy rayonu, Sarovlu kəndindən çıxıb Gəncə şəhərinə gəlmişdir. Təxminən saat 18 radələrində Gəncə şəhərinə gəlib çatmış və Gəncənin qala qapılarından şəhərə daxil olmuşdur. Həmin yolda olan Nizami Gəncəvinin məqbərəsinin yaxınlığında yerləşən körpünün giriş hissəsinə çatmasına təxminən 50 metr qalmış görmüşdür ki, yolun sağ tərəfində təxminən 4-5 avtomobil dayanaraq xəbərdarlıq işıqlarını yandırmışlar. O, diqqət yetirəndə görmüşdür ki, körpü tərəfdə yolun sağında Mercedes markalı avtomobil yoldan çıxaraq yolun kənarında olan çökəyə düşübdür. Orada olan tanımadığı camaat ona əl edərək onun idarə etdiyi avtomobili saxlatmışlar və xahiş etmişlər ki, həmin mercedes markalı avtomobili qoşqu vasitəsi ilə çıxarsın. O, idarə etdiyi yük maşınını həmin yolun kənarında olan çökəyə düşmüş avtomobilin arxa hissəsinə gətirmişdir. Sonra həmin avtomobili çəkmək üçün lazım olan kəndiri öz avtomobilinə bağlamış və gəlib avtomobilin sükanı arxasında əyləşmişdir. Maşının yanında olan digər adamlar isə kəndirin bir ucunu həmin Mercedes markalı avtomobilə bağlamağa çalışırdılar. Onun avtomobilinin arxa hissəsində isə ağ rəngli “Mercedes” markalı **-FG-*** dövlət nömrə nişanlı və digər avtomobillər dayanmışdılar. Həmin avtomobillərin sürücüləri də qəzaya uğramış avtomobilə kömək edirdilər. O avtomobili çəkib çıxaran zaman ip qırılmışdır. Maşından düşüb bir qədər ön tərəfə gələn zaman qəflətən bərkdən səs gəlmiş və onun yük maşınına nə isə çırpılmışdır. Bu zaman yük maşını sağ tərəfə aşmışdır. O, maşına diqqət yetirəndə görmüşdür ki, onun yük maşınının arxa hissəsində dayanmış ağ rəngli Mercedes markalı avtomobil onun yük maşınına çırpılaraq qəzaya uğramış vəziyyətdədir. Bundan başqa orada digər Mercedes və Nissan markalı avtomobillər, eyni zamanda Mercedes markalı avtobus da qəzaya uğramış vəziyyətdə olmuşdur. O, hadisə yerində bilmişdir ki, Mercedes markalı avtobus yüksək surətlə gələrək zəncirvari qəza törətmiş və hadisə nəticəsində avtomobillərə ziyan dəymişdir. Lakin hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X8 məxsus “Mercedes Benz C 200” markalı **-DX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. O, avtomobili idarə edən zaman Hümbət Camalov avtomobildə olmuşdur. 14 oktyabr 2018-ci il tarixdə saat təxminən 17 radələrində qohumu Hümbət Camalov ilə birlikdə H.Camalova məxsus avtomobillə Zazalı kəndindən Gəncə şəhərinə gəlmişlər. Həmin vaxt avtomobili o, saatda 60 km/saat sürətlə idarə etmişdir. Həmin yolda Nizami məqbərəsinin yaxınlığında yerləşən körpünün giriş hissəsinə çatmağa təxminən 20 metr qalmış yolun sağ tərəfindən qəflətən yolun hərəkət hissəsinə it çıxmışdır. O, həmin iti avtomobillə vurmamaq üçün avtomobili sağa çəkəndə idarə etməni itirmiş və yolun sağında olan dəmir hasarla divar arasında olan çökəkliyə düşüb dayanmışdır. Həmin vaxt onlar xəsarət almamışlar. Kənarda olan tanımadıqları adamlar onlara kömək etmək məqsədi ilə hadisə yerinə toplaşmışlar. Qazel markalı avtomobilin sürücüsü qoşqu ilə onlara məxsus avtomobili çıxartmaq istəyən zaman kəndir qırıldığı üçün avtomobili çıxarda bilməmişlər. Həmin vaxt kənardan gurultu səsi gəlmiş və dayanmış maşınların üstlərinə gəldiyini görüb oradan qaçmışlar. Uzaqdan gələn Mercedes markalı avtobus bir neçə maşını vurmuş, sonra orada dayanmış Hüseynin avtomobilini vurmuşdur və digər avtomobillərə çırpılaraq dayanmışdır. Hadisə nəticəsində orada olan digər avtomobillərə və tanımadığı adamlara ziyan dəymişdir. Lakin hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Onların avtomobilinə də həmin vaxt heç bir avtomobil dəyməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1512 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş vəzinin və sol bud nahiyyəsinin yumşaq toxumaların əzilməsi, hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. (cild 1, i.v. səh 105-107) Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1513 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol baldır nahiyyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, səthi yarası, bel, sağ sağrı, hər iki bazu, sol diz nahiyyələrinin qançırları, sağ diz nahiyyəsinin sıyrığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. (sild 1, i.v. səh 108-110) Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1514 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ baldır nahiyyəsinin yumşaq toxumaların əzilməsi, hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. (1 cild, i.v. səh. 111-113) Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1515 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əl, sol baldır nahiyyələrinin yumşaq toxumaların əzilməsi, hematoması, sağ diz nahiyyəsinin sıyrığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. (cild 1, i.v. səh 114-116) Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1516 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ baldır nahiyyələrinin yumşaq toxumaların əzilməsi, hematoması, sol dirsək nahiyyəsinin sıyrığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. (cild 1, i.v. səh 117-119) Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1519 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol budun hərəkət məhdudluğu ilə müşahidə olunan qançır-şişkinlik halında əziyi – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. (cild 1, i.v. səh 121-122). Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1520 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol incik sümüyünün sınıqları ilə müşaiyət olunan sol baldır nahiyyəsinin qançır-şişkinlik halında əzikləri, səthi yaraları, sıyrıqları, sol diz oynağı nahiyyəsinin şişkinliyi – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. (Cild 1, i.v. səh 124- 125) Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1547 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində xəsarətin obyektiv əlamətləri müəyyən edilməmişdir. (Cild 1, i.v. səh 127-128) Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli 1537 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs11 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bud, sağ baldır nahiyyələrinin infeksiyalaşmış iri ölçülü hematomaları, başın ənsə nahiyyəsinin dərialtı hematoması – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. (Cild1, i.v. səh 130-133) Məhkəməyədək icraat zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin məhkəmə ekpertizasının xx xxxxxxx 2018-ci il tarixli 27605 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən Mercedes Benz C457 markalı ** RX *** qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Baxışa təqdim olunmuş Mercedes Benz C457 markalı ** RX *** dövlər qeydiyyat nişanlı avtobusun sükan və tormoz sistemləri texniki cəhətdən saz vəziyyətdədir. (Cild 1, i.v. səh 34-140) Məhkəməyədək icraat zamanı: Gəncə şəhər Avtoservis müəssisəsindən alınmış rəydəngörünürki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzaya uğramış “Nissan X-Trail” markalı, ** EC *** qeydiyyat nömrənişanlı avtomobilə dəymiş maddi zərər 4042 (dörd min qırx iki) manat təşkil etmişdir. (Cild 1, i.v. səh 78) Gəncə şəhər Avtoservis müəssisəsindən alınmış rəydən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzaya uğramış QAZEL-33021 markalı, ** BK *** qeydiyyat nömrənişanlı avtomobilə dəymiş maddi zərər 335 (üç yüz otuz beş) manat təşkil etmişdir. (Cild 1, i.v. səh 79) Gəncə şəhər Avtoservis müəssisəsindən alınmış rəydən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzaya uğramış Mercedes Benz markalı ** FG *** qeydiyyat nömrənişanlı avtomobilə dəymiş maddi ziyan 9043 (doqquz min qırx üç) manat təşkil etmişdir. (Cild 1, i.v. səh 86-87) Şəmkir rayon Avtoservis müəssisəsindən alınmış rəydən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzaya uğramış Mercedes Benz E240 markalı, ** CA *** qeydiyyat nömrənişanlı avtomobilə dəymiş maddi zərər 8511 (səkkiz min beş yüz on bir) manat müəyyən edilmişdir. (Cild 1, i.v. səh 95) İstintaq zamanı Azərbaycan Avtomobil yolları Dövlət Agentliyindən daxil olmuş məktuba əsasən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinə 1219 (min iki yüz on doqquz manat 20 qəpik ) manat məbləğində maddi ziyan dəymişdir.(i.v. səh 163) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlər X12 Gəncə şəhər 9 saylı RQİŞ-in xx.xx.2018-ci il tarixli, 313-9584-1219 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AE-110810 saylı-BCD- kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. (Cild 1, i.v. səh 241) Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxxx 2018-ci il tarixli, 3461/2018 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. (Cild 1,i.v.səh 18) xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (Cild 1, i.v.səh.229) Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə saat 18 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi «Mercedes- Benz-C457” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusla Bakı-Gəncə yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman “Nizami Gəncəvi” məqbərəsinin bərabərliyində yerləşən körpünün giriş hissəsində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda,onunla toqquşmanın qarşısını almaq üçün sürətdən və hərəkət şəraitindən asılı düzgün ara məsafəsi seçməli olduğu halda, həmin tələblərə əməl etməyərək qarşısında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz E240” markalı **-CA-*** qeydiyyat nömrə nişanlı avtomobili arxa hissəsindən vurmuş, həmin avtomobil eyni yolda və istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan X-Trail” markalı **-EC-*** qeydiyyat nömrə nişanlı avtomobilə çırpılmış, daha sonra o, idarə etdiyi “Mercedes” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusla yolun kənarında dayanan X4 məxsus “Mercedes Benz” markalı **-FG-*** qeydiyyat nömrə nişanlı avtomobili vurmuş, zərbə nəticəsində sonuncu “Mercedes Benz” markalı **-FG-*** qeydiyyat nömrə nişanlı avtomobil, Şahid1 idarə etdiyi “Mercedes Benz C200” markalı **-DX-*** qeydiyyat nömrə nişanlı avtomobillə Bakı- Gəncə yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman “Nizami Gəncəvi” məqbərəsinin bərabərliyində yerləşən körpünün giriş hissəsində idarə etməni itirib yolun kənarındakı dəmir dayaqlara çırpılaraq orada olan arxa düşməklə yol-nəqliyyat hadisəsi törətdiyindən kömək məqsədi ilə həmin avtomobili yolun kənarından çıxarmaq üçün dayanan sürücü Zərərçəkmiş şəxs9 Kərim oğluna məxsus “QAZ 33021” yük markalı **-BK-*** qeydiyyat nömrə nişanlı avtomobilə çırpılıb onu aşırmış, nəticədə “Nissan X-Trail” markalı **-EC-*** qeydiyyat nömrə nişanlı avtomobilin həmin vaxt yolun kənarında dayanmış Zərərçəkmiş şəxs7 ehtiyatsızlıqdan dəyməsi nəticəsində sonuncuya sol incik sümüyünün sınıqları ilə müşayiət olunan sol baldır nahiyəsinin qançır-şişkinlik halında əzikləri, səthi yaraları, sıyrıqları, sol diz oynağı nahiyəsinin şişkinliyi ilə müşayiət olunan xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına və sonuncunun faktiki sahibi olduğu “Mercedes Benz” markalı **-FG-*** qeydiyyat nömrə nişanlı avtomobilə 9043 manat zərər vurulmasına, «Mercedes-Benz-C457” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusun yolun kənarında dayanmış Zərərçəkmiş şəxs11 vurması nəticəsində onun sağ bud, sağ baldır nahiyələrinin infeksiyalaşmış iri ölçülü hematomaları, başın ənsə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan xəsarətlər yetirilməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, “Mercedes Benz” markalı **- FG-*** qeydiyyat nömrə nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs8 sol budun hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya aid, “Mercedes Benz” markalı **-CA-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sağ baldır nahiyələrinin yumşaq toxumaların əzilməsi, hematoması, sol dirsək nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya aid xəsarət almasına və sonuncunun faktiki sahibi olduğu avtomobilə 8511 manat zərər vurulmasına, sonuncu avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs5 döş vəzinin və sol bud nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, Zərərçəkmiş şəxs4 sol baldır nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, səthi yarası, bel, sağ sağrı, hər iki bazu, sol diz nahiyələrinin qançırları, sağ diz nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, Zərərçəkmiş şəxs6 sağ baldır nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, Zərərçəkmiş şəxs3 sağ əl, sol baldır nahiyələrinin yumşaq toxumaların əzilməsi, hematoması, sağ diz nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, sürücü Zərərçəkmiş şəxs9 Kərim oğluna məxsus “QAZ 33021” yük markalı **-BK-*** qeydiyyat nömrə nişanlı avtomobilə 335 manat zərər vurulmasına, sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Nissan X-Trail” markalı **-EC- *** qeydiyyat nömrə nişanlı avtomobilə 4042 manat zərər vurulmasına, Zərərçəkmiş şəxs10 məxsus “Mercedes Benz C457” markalı **-RX-*** qeydiyyat nömrə nişanlı avtobusa 7900 manat zərər vurulmasına və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1219 manat məbləğində zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə yekun qərar çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» x xxxxxxx 2004-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 10-cu bəndində izah edilir ki, «yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir». Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini, ailəli olmasını, hərəkətindən səmimi peşiman olmasını Cinayət Məcəlləsinin 59.1.1 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğu üçün, cinayətin xarakteri, təqsirkarın şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla ona həmin cəza növü də təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi tətbiq edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsbarəsindəseçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə X5 ibtidai istintaq zamanı mülki iddiaçı qismində tanınsa da cinayət işində iddia ərizəsi olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 100 manat təşkil etmişdir. Həmin xərclərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 100 manat məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-55/2019
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-55/2019
31.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver