Məhkəmə qərarları › İş №1(043)-55/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-55/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-55/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı ildə Gədəbəy rayonunun Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Parakənd kəndində pasport qeydiyyatında olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu, Aliminium Bağ evi yaşayış massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Aliminium Bağ evi yaşayış sahəsinin Təzə Məhəllələr ərazisində yaşadığı evin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əyləşdikləri masanın üzərində olan bıçaqla sonuncunun döş qəfəsinin sağ yarısına qəsdən bir zərbə endirib həmin nahiyənin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuş, həmin vaxt onun bu hərəkətlərinin qarşısını almaq üçün araya duran Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əlindəki bıçağı ayağı ilə vurub salmaq istəyərkən Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 ayağının sağ baldır nahiyəsinin kəsilmiş yarası qismində sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər, şahid ifadələri və ekspert rəyləri ilə məhkəmə istintaqında tam sübut yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək, ibtidai istintaqda və məhkəmə iclasında ilkin olaraq verdiyi ifadələrini təkzib edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan yerdə yaşayır. 2005-ci ildə X5 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 azyaşlı uşaqları vardır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək ailəsini dolandırır. Hadisə ilə bağlı bildirir, təxminən keçən ilin yay ayı, karantin dövrü olmuş, işıqlar söndüyündən öz evinin qarşısına küçəyə stol qoymuş, o, Kamil və Ayaz oturub ilkin olaraq domino oynamışlar, sonra isə kart oyununa keçmişlər. Niyaməddin və Daşqın da onların yanında dayanıb onların oyun oynamaqlarına baxmışlar. Ramiz və Elzamin onlardan bir az aralıda Ramizinin çayçısına yaxın yerdə dayanıb söhbət etmişlər. Stolun üstündə pivə butulkaları, limon, bıçaq, boşqabın içərisində saçaqlı pendir və 3 ədəd çay stəkanı olmuşdur. Evi yaxın olduğu üçün qabaq stolunu, bıçağı və stəkanları o öz evindən gətirmişdir. Karantin vaxtı olduğu üçün vaxlarının çox hissəsini küçədə oyun oynamaqla keçirmişlər. Onlar kart oyununu uduzanın piyvə alacağı ilə razılaşıb oynamışlar. Kamil və Ayaz təxminən 4-5 butulka pivə içmiş, o, içki içən olmadığı üçün ancaq tərkibində spirtli içki olmayan, enerji içkisi içmişdir. Bu zaman Ayaza zəng gəlmiş, Ayaz əsəbi formada kimləsə telefonda pulla bağlı mübahisə etmişdir. Yoldaşı xərçəng xəstəliyindən əziyyət çəkdiyindən ilk vaxtlar onu müalicə etdirmək üçün Ayazdan 500 manat borc almışdır, lakin vəd verdiyi vaxtda Ayaza həmin pulu qaytarmağı mümkün olmamışdır. Ayaz da telefonla danışıb qurtardıqdan sonra əsəbləşərək ona “Niyə borcunu vermirsən, sən var-yoxunu s..d..imdən ötəri mən, hansısa var-yoxu s..d..imə görə söz eşitməliyəm?” demişdir. Sonradan ona “Kişi deyilsən, ağzından söz çıxıb, dediyin vaxtda verərdin pulumu ki, bu günkü gündə mənə kimsə zəng vurub pul istəməzdi” demişdir. Ayaz onun çətin vaxtında əlindən tutduğu üçün, həmçinin içkili olduğunu başa düşdüyündən Ayaza “Utanmırsan, bu qədər adamın içində mənə bu nə sözdü deyirsən?, axı biz qoşuyuq” demişdir. Ayaz isə “Düz deyirəm, səndən ötrü sözmü eşitməliyəm? Söyüləsi varyoxa söyüş söyərlər” demişdir. Həmin vaxt onların mübahisələrini eşdən Elzamin və Ramiz yaxınlaşaraq, Ayaza “Bu nə səs-küydür salmısız, Ruslana bu nə sözdür deyirsən” deyə irad tutmuşlar. Bu zaman Elzamin və Ramiz Ayazın içkili olduğundan nə danışığını bilmədiyini və mübahisənin uzanacağını hiss edib, Ayazı evlərinə yola salmışlar. Həmin vaxt orada o, Kamil, Elzamin, Ramiz, Niyaməddin və Daşqın qalmışlar. O, əsəblərini cilovlaya bilməyərək öz-özünə deyinməyə başlamış, öz-özünə “Ayaz utanmırmı ki, camaatın içində mənim var-yoxuma söyür, düz eləmədi, adamın-adama borcu olar da” demişdir. Bu zaman onun belə çox deyinməyinə Kamil reaksiya verərək, içkili vəziyyətdə “Düz edib söyür, camaatın pulunu verərdin, ağzından söz çıxmışdı pulu qaytaracaqsan, qaytarardın, o da indi pis vəziyyətdə qalmazdı” demişdir. O da Kamilə karantin vaxtı olması səbəbindən işi-gücü olmadığını, ona görə də pulu qaytara bilmədiyini, yaxın vaxtlarda Ayazın pulunu verəcəyini bildirmişdir. Bundan sonra Kamil ona içkili olduğu üçün əsəbləşərək “Var-yoxu s..il..li adamın elə var-yoxu da s..il..lidir, kişisən ağzından söz çıxmışdı verərdin pulu” demiş, Ayazın dediklərini təsdiqləməyə və onun üstünə gəlməyə başlamışdır. Bu zaman Kamilə “Sən mənə nə demək istəyirsən?” demiş və aralarında mübahisə yaranmış, bu zaman stolun üstündə olan bıçağı götürüb onu qorxutmaq istəyən zaman bilməyərəkdən bıçaqla xəsarət yetirmişdir. Kamil bu zaman qışqırmağa başlamış, stolun başında olan şəxslər onları ayırmağa çalışmış, Ramiz onun əlindən bıçağı atması üçün təpiklə vurmaq istəyərkən Ramiz də xəsarət alaraq yaralanmışdır. Onun Kamili və Ramizi bıçaqla vurmaq niyyəti olmamışdır. Kamil hadisə vaxtı ona söyüş söydüyündən, Ayazın dediklərini təsdiq etdiyindən və onu qonşuların içində alçatdığından onu qorxutmaq üçün belə bir hərəkət etmişdir. Bundan sonra onlar xəstəxanaya getmişlər və sonradan Kamilin və Ramizin vəziyyətinin yaxşı olmasını öyrənmişdir. Əlavə olaraq bildirir ki, o, Kamilin arxasınca söyüş söyməmiş və heç bir artıq hərəkət edərək səs-küy salmamışdır. Məhkəmədən əməlinin CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslərlə barışması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda və məhkəmə iclasında ilkin olaraq verdiyi ifadələrini təkzib edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan ərazisində yaşayır. Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır, o qonşuluqda yaşayır, qonşuların evləri bir birinə çox yaxındır. İndiyədək onunla düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə ilə bağlı bildirir ki, təxminən keçən ilin yay ayı, karantin dövrü olmuş, Ruslan evlərinə yaxın yerdə stol qoymuş, o, Ayaz və Ruslan oturub domino oynamışlar, sonra isə kart oyununa keçmişlər. Niyaməddin və Daşqın da onların yanında dayanıb onların oyun oynamaqlarına baxmışlar. Ramiz və Elzamin onlardan bir az aralıda çayçıya yaxın yerdə dayanıb söhbət etmişlər. Stolun üstündə pivə butulkaları, limon, bıçaq, boşqabın içərisində saçaqlı pendir və 3 ədəd çay stəkanı olmuşdur. Qabaq stolu, bıçağı və stəkanları Ruslan öz evi yaxın olduğu üçün evindən gətirmişdir. Karantin vaxtları olduğu üçün günün çox hissəsini küçədə oyun oynamaqla keçirmişlər. Onlar kart oyununu uduzanın piyvə alacağı ilə razılaşmaqla oynamışlar. Onunla Ayaz təxminən 4-5 butulka piyvə içmişlər, Ruslan isə içki içən olmadığı üçün ancaq tərkibində spirtli içki olmayan, enerji içkisi içmişdir. Bu zaman Ayaza zəng gəlmiş, o, əsəbi formada kimləsə telefonda pulla bağlı mübahisə etmişdir. Ruslanın yoldaşı ağrıyan zaman Ayazdan 500 manat borc almış, lakin dediyi vaxtda Ayaza həmin pulu qaytarmamışdır. Ayaz da əsəbləşərək Ruslana “Niyə borcunu vermirsən, sən var-yoxunu s..d..imdən ötəri mən, hansısa var-yoxu s..d..imə görə görə söz eşitməliyəm” demişdir. Sonradan Ruslana “Kişi deyilsən, ağzından söz çıxıb, dediyin vaxtda verərdin pulumu ki, bu günkü gündə mənə kimsə zəng vurub pul istəməzdi” demişdir. Ruslan Ayaza “Utanmırsan, bu qədər adamın içində mənə bu nə sözdü deyirsən?, axı biz qonşuyuq” demişdir. Ayaz isə Ruslana “Düz deyirəm, səndən ötrü sözmü eşitməliyəm? Söyüləsi var-yoxa söyüş söyərlər” demişdir. Həmin vaxt bunların mübahisəsinə Elzamin və Ramiz yaxınlaşaraq, Ayaza “Ruslana bu nə sözdür deyirsən” demişlər. Bu zaman Ayazın içkili vəziyyətdə nə danışdığını bilmədiyini görüb, mübahisənin uzanacağını hiss edib Ayazı evlərinə yola salmışlar. Həmin vaxt orada o, Ruslan, Ramiz, Niyaməddin və Daşqın qalmışdır. Ruslan öz-özünə deyinməyə başlamış, “Ayaz utanmırmı ki, camaatın içində mənim var-yoxuma söyür, düz elemədi, adamın-adama borcu olar da” demişdir. Bu zaman o, Ruslanın belə çox deyinməsinə reaksiya vermiş, ona “Düz edib söyür, camaatın pulunu verərdin, ağzından söz çıxmışdı ki, pulu qaytaracaqsan, qaytarardın, o da indi pis vəziyyətdə qalmazdı”. Ruslan da karantin olduğu üçün işləyə bilmədiyini, ona görə də borcunu qaytara bilmədiyini, yaxın vaxtlarda borcunu qaytaracağını bildirmişdir. Bundan sonra o, əsəbləşmiş, Ruslana “Var-yoxu s..il..li adamın elə var-yoxu da s..il..lidir, kişisən ağzından söz çıxmışdı verərdin pulu” demişdir. Eyni ilə Ayazın dediklərini təsdiqləmişdir. Ruslan ona “Sən mənə nə demək isdiyirsən?” demiş, stolun üstündə olan bıçağı götürərək onu vurmuşdur. Stolun başında olan şəxslər onları ayırmış, Ramiz Ruslanın əlindən bıçağı vurub salmaq istəyərkən o da xəsarət almışdır. Ruslan onun arxasınca söyüş söyməmiş, heç bir artıq hərəkət etməmiş, məsələ beləcə yekunlaşmışdır. O, hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda və məhkəmə iclasında ilkin olaraq verdiyi ifadələrini təkzib edərək ifadəsində bildirdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan ərazisində yaşayır. Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır, onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxsla düşmənçiliyi və ədavəti olmamışdır. O, yaşadığı yerə yaxın olan ərazidə təxminən bir il yarımdan artıq müddətdir ki, kiçik obyekt işlədir. Əvvəllər həmin obyekti kompyüter salonu kimi istifadə etsə də, daha sonra işləməmişdir. Odur ki, obyekti dəyişərək orada pivə, su, siqaret və digər əşyalar satmışdır. Hadisə ilə bağlı bildirir ki, təxminən keçən ilin yay ayı olmuş, həmin vaxt karantin dövrünə düşmüş, axşam vaxtı işıqlar da sönmüşdür. Onun çayçısına yaxın yerdə Ruslan stol qoymuş, Ayaz, Kamil, Ruslan, Daşqın və Niyaməddin birlikdə həmin stolda əyləşmişlər. Ayaz, Kamil və Ruslan domino oynamışlar, sonra isə kart oyununa keçmişlər. Niyaməddin və Daşqın da onların yanında dayanıb onların oyun oynamaqlarına baxmışlar. O da həmin vaxtı Elzaminlə birlikdə onun obyektinin yanında durub söhbət etmişlər. Ayaz və Kamil pivə içmiş, Ruslanın qarşısında enerji içkisi “Bizon” olmuşdur. Stolun üstündə limon, limon bıçağı, saçaqlı pendir və butulkada pivə olmuşdur. Onlar kart oynununu uduzanın pivə alacağı barədə razılaşmışlar. Sonra Ayazın səsi gəlmiş, Ayaza kimsə zəng edib, borcunu istəmişdir. O, Ruslanın yoldaşı ağrıyan zaman Ayazdan 500-600 manat borc aldığını, lakin dediyi vaxtda Ayaza həmin pulu qaytarmadığını bilmişdir. Ayaz da əsəbləşərək Ruslana “Niyə borcunu vermirsən, sən var-yoxunu s..d..imdən ötəri mən, hansısa var-yoxu s..d..imə görə söz eşitməliyəm” demişdir. Sonradan Ruslana “Kişi deyilsən, ağzından söz çıxıb, dediyin vaxtda verərdin pulumu ki, bu günkü gündə mənə kimsə zəng vurub pul istəməzdi” demişdir. Ruslan Ayaza “Utanmırsan, bu qədər adamın içində mənə bu nə sözdü deyirsən?, axı biz qoşuyuq” demişdir. Ayaz isə Ruslana “Düz deyirəm, səndən ötrü sözmü eşitməliyəm? Söyüləsi var-yoxa söyüş söyərlər” demişdir. Həmin vaxt Elzaminlə o Ruslangilə yaxınlaşmış, Ayaza “Ayıbdır küçədə Ruslana bu nə sözdür deyirsən” demiş, Ayazın içkili olduğunu, nə danışığını bilmədiyini görmüş, Ayazı evlərinə yola salmışlar. Həmin vaxt orada o, Kamil, Ruslan, Niyaməddin və Daşqın qalmışdır. Ruslan öz-özünə deyinməyə başlamış, “Ayaz utanmırmı ki, camaatın içində mənim var-yoxuma söyür, düz elemədi, adamın-adama borcu olar da” demişdir. Bu zaman Kamil Ruslanın belə çox deyinməsinə reaksiya vermiş, ona “Düz edib söyür, camaatın pulunu verərdin, ağzından söz çıxmışdı ki, pulu qaytaracaqsan, qaytarardın, o da indi pis vəziyyətdə qalmazdı” demişdir. Ruslan da karantin olduğu üçün işləyə bilmədiyini, ona görə də borcunu qaytara bilmədiyini, yaxın vaxtlarda borcunu qaytaracağını bildirmişdir. Bundan sonra Kamil əsəbi halda Ruslana “Var-yoxu s..il..li adamın elə var-yoxu da s..il..lidir, kişisən ağzından söz çıxmışdı verərdin pulu”. Kamil Ayazın dediklərini dönə-dönə təkrar etdikdə, Ruslan ona “Sən mənə nə demək istəyirsən?” demiş, elə stolun üstündə olan bıçaqla Kamilə xəsarət yetirmişdir. Sonra Elzamin onları ayıran zaman o, Ruslanın əlindən bıçağı atması üçün təpiklə onun əlinə vurmaq istəyən zaman bıçaq onun ayağına girmiş, xəsarət alaraq yerə yıxılmışdır. Ruslan Kamilin arxasınca söyüş söyməmiş və heç bir artıq hərəkət etməmişdir, məsələ beləcə yekunlaşmışdır. O, hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, uşaqlıqdan valideynləri ilə birlikdə Gəncə şəhərinə, hazırki yaşadıqları yerə köçmüş, elə o vaxtdan ailəsi birlikdə Gəncə şəhəri, Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan yerdə yaşamışdır. Gədəbəy rayon sakinləri olan Ruslanı, Kamili və Ramizi tanıyır, heç biri ilə qohumluğu, ədavəti yoxdur, hamısı ilə münasibətləri normaldır. Hadisə ilə bağlı bildirir ki, təxminən keçən ilin yay ayı, karantin dövrü olmuş, işıqlar da söndüyündən Ruslan evlərinə yaxın yerdə stol qoymuş, Kamil, Ayaz və Ruslan oturub domino oynamışlar, sonra isə kart oyununa keçmişlər. Daşqınla o oynamamış, oyun oynayanlara baxmışlar. Ayazla Kamil pivə içmişlər, Ruslan isə “Bizon” içmişdir. Stolun üstündə limon, limon bıçağı, saçaqlı pendir və butulkada pivə olmuşdur. Kart oynunu isə uduzanın pivə alacağı ilə razılaşmışlar. Kimdənsə Ayaza zəng gəlmiş, həmin şəxs telefonda Ayazdan borcunu istəmişdir. Ayaz da telefonla danışıb qurtardıqdan sonra əsəbləşərək Ruslandan niyə borcunu vermədiyini soruşmuş, Ruslanın var-yoxuna nalayiq formada söyüş söymüşdür. Ruslan isə Ayaza dediyi sözləri irad tutmuş, bu qədər insanın içində onun var-yoxuna söyüş söyməsinə görə pis olmuşdur. Ayaz isə Ruslana “Düz deyirəm, səndən ötrü sözmü eşitməliyəm? Söyüləsi var-yoxa söyüş söyərlər” demişdir. Həmin vaxt onların mübahisəsinə Elzamin və Ramiz yaxınlaşmış, Ayaza dediyi sözlərə görə irad tutmuşlar. Ayazı evlərinə yola salmışlar. Həmin vaxt orada o, Kamil, Ruslan, Ramiz, Daşqın və Elzamin olmuşdur. Ruslan Ayazın ona dediklərindən təsirlənərək özözünə deyinməyə başlamışdır. Bu zaman Kamil Ruslanın belə çox deyinməsinə reaksiya vermiş, ona “Düz edib söyür, camaatın pulunu verərdin, ağzından söz çıxmışdı ki, pulu qaytaracaqsan, qaytarardın, o da indi pis vəziyyətdə qalmazdı”. Ruslan da karantin olduğu üçün işləyə bilmədiyini, ona görə də borcunu qaytara bilmədiyini, yaxın vaxtlarda borcunu qaytaracağını bildirmişdir. Bundan sonra Kamil əsəbi halda Ruslana “Var-yoxu s..il..li adamın elə var-yoxu da s..il..lidir, kişisən ağzından söz çıxmışdı verərdin pulu” demişdir. Kamil Ayazın dediklərini dönə-dönə təkrar etdikdə, Ruslan ona “Sən mənə nə demək istəyirsən?” demiş, elə stolun üstündə olna bıçaqla Kamilə xəsarət yetirmişdir. X10 ayırmışlar, Ramiz də Ruslanın əlindən bıçağı atması üçün təpiklə onun əlinə vurmaq istəyən zaman xəsarət almışdır. Ruslan Kamilin arxasınca söyüş söyməmiş və heç bir artıq hərəkət etməmişdir, məsələ beləcə yekunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan yerdə yaşayır. Gədəbəy rayon sakinləri olan Ruslanı, Kamili və Ramizi tanıyır, heç biri ilə qohumluğu, ədavəti yoxdur, hamısı ilə münasibətləri normaldır. Rəsmi olaraq heç bir yerdə işləmir, Gəncə şəhərində Comərd qəssab türbəsinin yanında göy-göyərti əkib-becərməklə ailəsini dolandırır. Hadisə ilə bağlı bildirir ki, onların evlərinin hamısı bir birinə çox yaxındır, burdakı şəxslər də hər biri bir-birinə qonşudurlar. Təxminən keçən ilin yay ayı olmuş, karantin vaxtı axşam işıqlar sönmüşdür. Öz evinə yaxın yerdə Ruslan stol qoymuş, Ayaz, Kamil, Ruslan və Niyaməddin birlikdə həmin stolda əyləşmişlər, O həmin vaxt özünə məxsus evin qarşısında durmuş, sonradan gəlib oyun oynamalarına baxmışdır. Ayaz, Kamil və Ruslan domino oynamışlar. Sonradan isə kart oyununa keçmişlər. Nə Niyaməddin, nə də o oyun oynamamışlar. Stolun üstündə pivə olmuş, Ayazla Kamil pivə içmişlər, lakin Ruslanın qarşısında enerji içkisi “Bizon” olmuşdur, o spirtli içki içən olmamışdır. Daha sonra stolun üstündə limon, limon bıçağı, saçaqlı pendir və butulkada pivə olmuşdur. Kart oynunu isə uduzanın pivə alacağı ilə razılaşmışlar. Ayaz telefonda kiminləsə danışmışdır. O əvvəldən Ruslanın Ayazdan borc aldığını, lakin dediyi vaxtda Ayaza həmin pulu qaytarmadığını bilmişdir. Ayaza kimsə zəng edib, borcunu istəmişdir. Ayaz da əsəbləşərək Ruslana “Niyə borcunu vermirsən, sən var-yoxunu s..d..imdən ötəri mən, hansısa var-yoxu s..d..imə görə söz eşitməliyəm” demişdir. Sonradan Ruslana “kişi deyilsən, ağzından söz çıxıb, dediyin vaxtda verərdin pulumu ki, bu günkü gündə mənə kimsə zəng vurub pul istəməzdi” demişdir. Ruslan Ayaza “Utanmırsan, bu qədər adamın içində mənə bu nə sözdü deyirsən?, axı biz qonşuyuq” demişdir. Ayaz isə Ruslana “Düz deyirəm, səndən ötrü sözmü eşitməliyəm? Söyüləsi var-yoxa söyüş söyərlər” demişdir. Həmin vaxt onların mübahisəsinə Elzamin və Ramiz yaxınlaşmış, Ayaza “Ayıbdır küçədə Ruslana bu nə sözdür deyirsən?” demişlər. Ayazın içkili olduğunu, nə danışdığını bilmədiyini görmüşlər və Ayazı evlərinə yola salmışlar. Həmin vaxt orada o, Kamil, Ruslan, Ramiz, Niyaməddin və Elzamin olmuşdur. Ruslan öz-özünə deyinməyə başlamış, “Ayaz utanmırmı ki, camaatın içində mənim var-yoxuma söyür, düz elemədi, adamın-adama borcu olar da” demişdir. Bu zaman Kamil Ruslanın belə çox deyinməsinə reaksiya vermiş, ona “Düz edib söyür, camaatın pulunu verərdin, ağzından söz çıxmışdı ki, pulu qaytaracaqsan, qaytarardın, o da indi pis vəziyyətdə qalmazdı”. Ruslan da karantin olduğu üçün işləyə bilmədiyini, ona görə də borcunu qaytara bilmədiyini, yaxın vaxtlarda borcunu qaytaracağını bildirmişdir. Bundan sonra Kamil əsəbi halda Ruslana “Var-yoxu s..il..li adamın elə var-yoxu da s..il..lidir, kişisən ağzından söz çıxmışdı verərdin pulu” demişdir. Kamil Ayazın dediklərini dönə-dönə təkrar etdikdə, Ruslan ona “Sən mənə nə demək istəyirsən?” demiş, elə stolun üstündə olna bıçaqla Kamilə xəsarət yetirmişdir. X10 ayırmışlar, Ramiz də Ruslanın əlindən bıçağı atması üçün təpiklə onun əlinə vurmaq istəyən zaman xəsarət almışdır. Ruslan Kamilin arxasınca söyüş söyməmiş və heç bir artıq hərəkət etməmişdir, məsələ beləcə yekunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan yerdə yaşayır. Gədəbəy rayon sakinləri olan Ruslanı, Kamili və Ramizi tanıyır, heç biri ilə qohumluğu, ədavəti yoxdur, hamısı ilə münasibətləri normaldır. Rəsmi olaraq heç bir yerdə işləmir. Hadisə ilə bağlı bildirir ki, təxminən saat 20-21 radələrində işıqlar söndüyündən məhlədə ağacları sulayarkən səs-küy eşitmiş, küçədə camaatın toplaşmasını gömüşdür. Nə olduğunu soruşduqda Ruslanın Kamil və Ramizlə dalaşdığını, sonuncuları xəstəxanaya apardıqlarını bildirmişlər. Hadisə ilə bağlı o heç nə görməmiş, Ruslanla Kamilin və Ramizin arasında baş verən mübahisənin necə yaranmasını, Kamilin və Ramizin kim tərəfindən bıçaqlanmasını, kimlərin dalaşmasının şahidi olmamışdır. Ruslangilin qumar oynaması haqqında da heç bir məlumatı olmamışdır. İbtidai istintaqda ifadə verərəkən hazırda qeyd etdiklərini bildirsə də ifadəsi düzgün qeyd edilməmişdir, İzahatını isə oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, uşaqlıqdan valideynləri ilə birlikdə Gəncə şəhərinə, hazırki yaşadıqları yerə köçmüş, elə o vaxtdan ailəsi birlikdə Gəncə şəhəri, Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan yerdə yaşamışdır. Gədəbəy rayon sakinləri olan Ruslanı, Kamili və Ramizi tanıyır, heç biri ilə qohumluğu, ədavəti yoxdur, hamısı ilə münasibətləri normaldır. Onlarla qoşuluqda yaşayır. O rəsmi olaraq heç bir yerdə işləmir, arada düşəndə özünün avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanır. Hadisə ilə bağlı bildirir ki, həmin vaxt bütün məhlələrin işıqları sönmüşdür. Xatırlamadığı saatda səs-küy yaranmasını eşitmiş, küçədə camaatın toplaşmasını görmüşdür. Nə olduğunu soruşduqda isə Ruslanın Kamil və Ramizlə dalaşdığını bildirmişlər. O dərhal Ramiz və Kamilin xəstəxanaya aparılmasına köməklik etmiş, Ramizə məxsus avtomobilli Tacir adlı uşaq idarə etmiş, ön oturacaqda Ramiz yaralı vəziyyətdə oturmuş, arxada isə o Kamili arxa oturacaqda uzadaraq xəstəxanaya getmişlər. Hadisə ilə bağlı o heç nə görməmiş, Ruslanla Kamilin və Ramizin arasında baş verən mübahisənin necə yaranmasını, Kamilin və Ramizin kim tərəfindən bıçaqlanmasını, kimlərin dalaşmasının şahidi olmamışdır. Qumar söhbəti haqqında da heç bir məlumatı olmamışdır. Küçə qaranlıq olmuş, orada kimlərin olduğunu bilməmişdir. Hadisədən əvvəl isə küçədə Ramizi, Kamili, Ruslanı və tanımadığı başqa şəxsləri görmüş, Kamillə Ruslanın arasında inciklik olmasını hiss etmiş, onlardan bu barədə soruşdurda isə ona heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqda və məhkəmə iclasında ilkin olaraq verdiyi ifadələrini təkzib edərək ifadəsində bildirdi ki, o, uşaqlıqdan valideynləri ilə birlikdə Gəncə şəhərinə, hazırki yaşadıqları yerə köçmüş, elə o vaxtdan ailəsi birlikdə Gəncə şəhəri, Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan yerdə yaşyır. Gədəbəy rayon sakinləri olan Ruslanı, Kamili və Ramizi tanıyır, heç biri ilə qohumluğu, ədavəti yoxdur, hamısı ilə münasibətləri normaldır. Evlərin hamısı bir birinə çox yaxındır, burdakı şəxslərin də hər biri bir-birinə qonşudurlar. Təxminən hadisədən 2-3 ay qabaq Ruslanın yoldaşı ağrıyan zaman ondan 500 manat borc pul almışdır. Onun da Gədəbəydən tanıdığı Vüqar adlı şəxsə pul borcu olmuşdur. Həmin vaxt o, Kamil, Ruslan və Niyaməddin oturub ilkin olaraq domino oynamışlar, sonra isə kart oyununa keçmişlər. Ramiz və Elzamin onlardan bir az aralıda çayçıya yaxın yerdə dayanıb söhbət etmişlər. Stolun üstündə piyvə butulkaları, limon, bıçaq, boşqabın içərisində saçaqlı pendir və 3 ədəd çay stəkanı olmuşdur. Qabaq stolu, bıçağı və stəkanları Ruslan öz evi yaxın olduğu üçün evindən gətirmişdir. Karantin vaxtları olduğu üçün günün çox hissəsini beləcə küçədə oyun oynamaqla keçirmişlər. Onlar kart oyununu uduzanın piyvə alacağı şərti ilə oynamışlar. Təxminən onunla Ayaz 3-4 butulka pivə içmişlər, lakin Ruslan içki içən olmadığı üçün tərkibində spirtli içki olmayan, enerji içkisi içmişdir. Həmin vaxt ona zəng gəlmiş, zəng də onun uduzduğu vaxta təsadüf etmişdir. Borclu olduğu şəxs ona zəng etmiş, öz pulunu ondan acıqlı formada, ona nalayiq ifadələr işlədərək istəmiş, pulun tez çatdırmağını tələb etmişdir. Həmin şəxsin ona dedikləri sözlərinə əsəbləşərək, Ruslana “Niyə borcunu vermirsən, sən var-yoxunu s..d..imdən ötəri mən, hansısa var-yoxu s..d..imə görə söz eşitməliyəm” demişdir. Sonradan Ruslana “Kişi deyilsən, ağzından söz çıxıb, dediyin vaxtda verərdin pulumu ki, bu günkü gündə mənə kimsə zəng vurub pul istəməzdi” demişdir. Ruslan ona “Utanmırsan, bu qədər adamın içində mənə bu nə sözdü deyirsən?, axı biz qonşuyuq” demişdir. O isə Ruslana “Düz deyirəm, səndən ötrü sözmü eşitməliyəm? Söyüləsi var-yoxa söyüş söyərlər” demişdir. O, içkili olduğundan mübahisəni davam etdirdikdə Ramiz və Elzamin onlara yaxınlaşmış, onu evə yola salmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri Aliminium Bağ evi yaşayış massivinin Təzə məhəllələr adlanan yerdə yaşayır. Fərdi əməklə məşğul olur. Gədəbəy rayon sakinləri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıyır, onlarla ədavəti yoxdur, hamısı ilə münasibətlərim normaldır. Onların evlərinin hamısı bir birinə çox yaxındır, burdakı şəxslərin də hər biri bir-birinə qonşudurlar. Hadisə ilə bağlı bildirir ki, təxminən keçən ilin yay ayı olmuş, karantin vaxt axşam işıqların sönmüşdür. Öz evinə yaxın yerdə Ruslan stol qoymuş, Ayaz, Kamil, Ruslan və Niyaməddin birlikdə həmin stolda əyləşmişdilər. Sonra Daşqın da ora gəlmişdir. O, həmin vaxt Ramizlə birlikdə Ramizin obyektinin yanında durub söhbət etmişlər. Ayaz, Kamil və Ruslan domino oynamış, sonradan isə kart oyununa keçmişlər. Kart oyununu uduzanın pivə alacağı ilə razılaşıb ounamışlar. Daşqın da, Niyaməddin də onların yanlarında olmasına baxmayaraq oynamamışlar. Stolun üstündə pivə olmuş, Kamillə Ayaz piyvə içmiş, Ruslan “Bizon” içmişdir. Stolun üstündə limon, limon bıçağı, saçaqlı pendir və butulkada pivə olmuşdur. Ayazın səsini eşitmiş, səs-küyə onlara yaxınlaşmışdır. Ruslanın yoldaşı ağrıyan zaman Ayazdan 500-600 manat borc aldığını, lakin dediyi vaxtda Ayaza həmin pulu qaytarmadığından məlumatı olmuşdur. Ayaza kimsə zəng edib, borcunu istəmişdir. Ayaz da əsəbləşərək Ruslana “Niyə borcunu vermirsən, sən var-yoxunu s..d..imdən ötəri mən, hansısa var-yoxu s..d..imə görə söz eşitməliyəm” demişdir. Sonradan Ruslana “Kişi deyilsən, ağzından söz çıxıb, dediyin vaxtda verərdin pulumu ki, bu günkü gündə mənə kimsə zəng vurub pul istəməzdi” demişdir. Ruslan Ayaza “Utanmırsan, bu qədər adamın içində mənə bu nə sözdü deyirsən?, axı biz qonşuyuq” demişdir. Ayaz isə Ruslana “Düz deyirəm, səndən ötrü sözmü eşitməliyəm? Söyüləsi varyoxa söyüş söyərlər” demişdir. Həmin vaxt onların mübahisəsinə Elzamin və Ramiz yaxınlaşmış, Ayaza “Ayıbdır küçədə Ruslana bu nə sözdür deyirsən?” demişlər. Ayazın içkili olduğunu, nə danışdığını bilmədiyini görmüşlər və Ayazı evlərinə yola salmışalr. Həmin vaxt onların mübahisəsinə o da Ramiz də müdaxiə edib Ayazın dediklərinə görə irad tutmuşlar. Ayaz içkili olduğundan onu evlərinə yola salmışlar. Həmin vaxt orada o, Kamil, Ruslan, Ramiz, Niyaməddin və Daşqın qalmışdır. Ruslan öz-özünə deyinməyə başlamış, “Ayaz utanmırmı ki, camaatın içində mənim var yoxuma söyür, düz elemədi, adamın-adama borcu olar da” demişdir. Bu zaman Kamil Ruslanın belə çox deyinməsinə reaksiya vermiş, ona “Düz edib söyür, camaatın pulunu verərdin, ağzından söz çıxmışdı ki, pulu qaytaracaqsan, qaytarardın, o da indi pis vəziyyətdə qalmazdı” demişdir. Ruslan da karantin olduğu üçün işləyə bilmədiyini, ona görə də borcunu qaytara bilmədiyini, yaxın vaxtlarda borcunu qaytaracağını bildirmişdir. Bundan sonra Kamil əsəbi halda Ruslana “Var-yoxu s..il..li adamın elə var-yoxu da s..il..lidir, kişisən ağzından söz çıxmışdı verərdin pulu” demişdir. Kamil Ayazın dediklərini dönə-dönə təkrar etdikdə, Ruslan ona “Sən mənə nə demək isəyirsən?” demiş, elə stolun üstündə olan bıçaqla Kamilə xəsarət yetirmişdir. Onlar dalaşanları ayırmışdır. Ramiz Ruslanın əlindən bıçağı yerə salması üçün təpiklə onun əlinə vurmaq istəyən zaman o da yüngül xəsarət alaraq yaralanmışdır. Ruslan Kamilin arxasınca söyüş söyməmiş və heç bir artıq hərəkət etməmişdir, məsələ beləcə yekunlaşmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi vəzifəsində işləyir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ittiham aktında qeyd etdikləri izahatlarından fərqli ifadələr verməsini onların bir-biri ilə yaxın münasibətdə olmaları, təqsirləndirilən şəxsə kömək etmək məqsədi güdmələri ilə əlaqələndirərək, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, habelə şahidlərin ibtidai istintaqda sərbəst ifadə vermələrini, ifadələrini sərbəst imza etdiklərini, onlara qarşı hər hansı təzyiqin və təsirin olmadığını vurğulayaraq hadisə ilə bağlı bildirmişdir ki, mübahisəyə Zərərçəkmiş şəxs1 işlətdiyi çayxanada qumar oynamaları və təqsirləndirilən şəxsin digər şəxslərə qumar borcunun qalması səbəb olmuşdur. Belə ki, Ayaz adlı şəxs təqsirləndirilən şəxsdən öz pulunu tələb etmişdir, sonradan Ayazla təqsirləndirilən şəxs arasında mübahisə yaranmağa başlamışdır. Belə ki, saat 17 radələrində Ayazla Ruslan arasında mübahisə olmuş, sonradan axşam saat 21 radələrində zərərçəkmiş şəxslərdən biri Kamil, Ayaz getdikdən sonra Ruslanın Ayazın arxasınca danışmasına iradını bildirmiş, bu səbəbdə də onunla da mübahisəsi yaranmışdır. Kamil Ayazı müdafiə etmiş, onun dediklərini təsdiqləmişdir. Ruslan Kamilə “Anqırma, yavaş danış” demiş, Kamil də Ruslana “Anqıran vlideyinindir” demiş, Ruslanın anası vəfat etdiyindən söz Ruslana pis təsir göstərmiş, dəmir yığdığı yerdən bıçaq götürərək həm Kamilə, həm də Ramizə heç bir səbəb olmadan xəsarət yetirmişdir. Aralarında qumar oynamaları, mübahisənin yaranmasına isə qumar borcunun səbəb olması istər təqsirləndirilən şəxsin, istərsə də zərərçəkmiş şəxlərin ifadələrində qeyd edilmişdir. Hadisənin məhz qumar borcundan qaynaqlanması ilə bağlı cəlb qərarında və ittiham aktında qeyd edilməsinə isə lüzum bilməmişdir. Həmin cinayət işi fakta görə 21 sentyabr 2020-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə başlanmış, sonradan 20 noyabr 2020-ci il tarixli qərarla CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. Beləliklə aparılmış istintaqla müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Aliminium Bağ evi yaşayış sahəsinin Təzə Məhəllələr ərazisində yaşadığı evin yaxınlığında tanışı Zərərçəkmiş şəxs1 işlətdiyi kompüter salonunun qarşısında qonşusu Zərərçəkmiş şəxs2 onun ünvanına nalayiq ifadə işlətməsini bəhanə edib hər hansı bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edən hərəkətlərə yol verərək özü ilə gətirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan soyuq silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəsdən yüngül zərər vurmuşdir. İş materiallarına əlavə edilmiş: Hadisə yerinə baxış protokolundan göstərilmişdir ki, hadisə yeri Gəncə şəhəri, Kəpəz rayonu, köhnə Ət Kombinatının ərazisi komputer salonunun qarşısıdır. Təqsirləndirilən şəxs tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şəxsi münasibətlər zəminində bətxət bıçağı ilə vuraraq hər ikisinə xəsarət yetirmiş, Zərərçəkmiş şəxs2 qaçan zaman əlində olan mətbəx bıçağını onun arxası ilə atmasını bildirdi. Hadisə yerinə baxış zamanı hadisə yerində qan izləri aşkar edilsə də hadisənin törədildiyi bıçaq həmin yerdə aşkar edilməmişdir. Ətrafda zibil tullantıları, presə vurulmuş ot, otun üzərində isə göy rəngli salafan olmuş, açıq sahədə əraziyə baxış keçirilmiş, hadisənin baş verdiyi ərazinin və onun yaxınlığında Təqsirləndirilən şəxs bıçağı atdığı ərazini müşayiət edən video müşahidə kamerası aşkar edilmədi. Təqsirləndirilən şəxs hadisədən əvvəl qumar oynadığı yer birmərtəbəli otaqdır, otağın içərisində stol, sutl və kompüter avadanlıqları vardır, hadisə yerinin Conon markalı fotoaparatla fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir, hadisə yerindən hər hansı bir əşya götürülməmişdir. Məhkəmə-Tibb Ekspertiza və X2 Gəncə şəhər şöbəsindən alınmış 25.07.2020-ci il tarixli 1090 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ baldır nahiyyəsinin kəsilmiş yarası – kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.07.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-Tibb Ekspertiza və X2 23.07.2020-ci il tarixli 1071 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – döş qəfəsinin sağ yarısının bir ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.07.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olansağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X1 alınmış arayışlarda Təqsirləndirilən şəxs hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamış, məhkumluğu barədə hər hansı bir məlumat yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə təqdim edilmiş notarial qaydda təsdiq edilmiş ərizələrindən görünür ki, aralarında baş vermiş münaqişə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən onlara yüngül bədən xəsarəti yetirilmişdir. Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkdiyindən onu bağışlamışlar. Onların Təqsirləndirilən şəxs qarşı heç bir şiakyəti və tələbləri yoxdur, gələcəkdə də olmayacaq. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Aliminium Bağ evi yaşayış sahəsinin Təzə Məhəllələr ərazisində yaşadığı evin yaxınlığında tanışı Zərərçəkmiş şəxs1 işlətdiyi kompüter salonunun qarşısında qonşusu Zərərçəkmiş şəxs2 ilə sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsini bəhanə edib hər hansı bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edən hərəkətlərə yol verərək özü ilə gətirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan soyuq silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 döş qəfəsinin sağ yarasına qəsdən bir zərbə endirərək həmin vaxt onun bu hərəkətlərinin qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 qarşı müqavimət göstərməklə bıçaqla sonuncunun sağ baldır nahiyəsinə bir zərbə vuraraq Zərərçəkmiş şəxs2 döş qəfəsinin sağ yarısının daxilə keçməyən kəsilmiş-deşilmiş yarası ilə, Zərərçəkmiş şəxs1 isə sağ baldır nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən hər ikisinin sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurması ilə müşayiət edilən qərəzli xuliqanlıq əməli kimi tövsif olunmuşdur. Məhkəmə, yuxarıda sadalan sübutlara isnad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, xuliqanlıq əməli onu nəzərdə tutur ki, bu niyyətlə hərəkət edən şəxsin davranışı konkret səbəblə bağlı olmamalı, həmin şəxsin özü haqqında, şəxsiyyətinin və şəxsi keyfiyyətlərinin müstəsnalığı barədə həddən artıq şişirdilmiş yanaşmalarından, düşüncələrindən qaynaqlanmalıdır. Xuliqanlıq niyyəti ilə davranan şəxsi belə davranışa təhrik edən, itələyən onun özündən müştəbehliyi, özünə qarşı müstəsna yanaşma ilə bağlı tələbatlarıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, habelə hadisənin bilavasitə şahidləri olmuş Elzamin Abbasovun, Şahid9, Şahid2 və Şahid1 məhkəmə istintaqında verdikləri və bir-birini tamamlayan ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Aliminium Bağ evi yaşayış sahəsinin Təzə Məhəllələr ərazisində yaşadığı evin yaxınlığında stol qoymuş, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Şahid9 oturub əvvəlcə domino oynamışlar, sonra isə kart oyununa keçmişlər. Şahid1 və Şahid2 da onların yanında dayanıb onların oyun oynamaqlarına baxmışlar. Onlar kart oyununu uduzanın pvə alacağı ilə razılaşıb oynamışlar. Zərərçəkmiş şəxs1 və Elzamin Abbasov onlardan bir az aralıda çayçıya yaxın yerdə dayanıb söhbət etmişlər. Stolun üstündə pivə butulkaları, limon, bıçaq, boşqabın içərisində saçaqlı pendir və çay stəkanı olmuşdur. Evi yaxın olduğu üçün qabaq stolunu, bıçağı və stəkanları Təqsirləndirilən şəxs öz evindən gətirmişdir. Zərərçəkmiş şəxs2 və Şahid9 pivə içmiş, Təqsirləndirilən şəxs isə tərkibində spirtli içki olmayan enerji içkisi içmişdir. Bu zaman Şahid9 zəng gəlmiş, Şahid9 əsəbi formada kimləsə telefonda pulla bağlı mübahisə etmişdir. Təqsirləndirilən şəxs Şahid9 borc aldığından və vəd verdiyi vaxtda Şahid9 həmin pulu qaytarmadığından Şahid9 telefonla danışıb qurtardıqdan sonra əsəbləşərək Təqsirləndirilən şəxs “Niyə borcunu vermirsən, sən var-yoxunu s..d..imdən ötəri mən, hansısa var-yoxu s..d..imə görə söz eşitməliyəm” demişdir. Sonradan ona “Kişi deyilsən, ağzından söz çıxıb, dediyin vaxtda verərdin pulumu ki, bu günkü gündə mənə kimsə zəng vurub pul istəməzdi” demişdir. Təqsirləndirilən şəxs Şahid9 “Utanmırsan, bu qədər adamın içində mənə bu nə sözdü deyirsən?, axı biz qoşuyuq” demişdir. Şahid9 isə “Düz deyirəm, səndən ötrü sözmü eşitməliyəm? Söyüləsi var-yoxa söyüş söyərlər” demişdir. Həmin vaxt mübahisəni eşidən Elzamin Abbasov və Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq, Şahid9 Təqsirləndirilən şəxs söylədiklərinə görə irad tutmuş, mübahisənin uzanacağını görüb Şahid9 evlərinə yola salmışlar. Orada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Elzamin Abbasov, Zərərçəkmiş şəxs1, Şahid1 və Şahid2 qalmışlar. Təqsirləndirilən şəxs əsəblərini cilovlaya bilməyərək öz-özünə deyinməyə başlamış, öz-özünə “Ayaz utanmırmı ki, camaatın içində mənim varyoxuma söyür, düz eləmədi, adamın-adama borcu olar da” demişdir. Bu zaman onun belə çox deyinməyinə Zərərçəkmiş şəxs2 reaksiya verərək, içkili vəziyyətdə “Düz edib söyür, camaatın pulunu verərdin, ağzından söz çıxmışdı pulu qaytaracaqsan, qaytarardın, o da indi pis vəziyyətdə qalmazdı” demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 karantin vaxtı olması səbəbindən işi-gücü olmadığını, ona görə də pulu qaytara bilmədiyini, yaxın vaxtlarda Şahid9 pulunu verəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 əsəbi halda Təqsirləndirilən şəxs “Var-yoxu s..il..li adamın elə var-yoxu da s..il..lidir, kişisən ağzından söz çıxmışdı verərdin pulu” demiş, Şahid9 dediklərini təsdiqləmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “Sən mənə nə demək istəyirsən?” demiş, əyləşdikləri stolun üstündə olan bıçağı götürüb sonuncuya xəsarət yetirmişdir. Orada olan şəxslər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 sakitləşdirməyə çalışmış, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əlindəki bıçağı ayağı ilə vurub salmaq istəyərkən Təqsirləndirilən şəxs bıçaqla ona da xəsərət yetirmişdir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ictimai yer olan Gəncə şəhəri, Kəpəz rayonu, Aliminium Bağ evi yaşayış sahəsinin Təzə Məhəllələr ərazisində yaşadığı evin yaxınlığında tanışı Zərərçəkmiş şəxs1 işlətdiyi kompyüter salonunun qarşısında hər hansı bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edən hərəkətlər edərək vurması kimi qiymətləndirməsinə tənqidi yanaşır. Belə ki, tədqiq edilmiş sübutlardan hadisənin məhz Zərərçəkmiş şəxs1 işlətdiyi kompyüter salonunun qarşısında deyil, həmin kompyüter salonunun, habelə Təqsirləndirilən şəxs öz evinin yaxınlığında baş verməsi öz təsdiqini tapmışdır. Bundan başqa müəyyən edilmişdir ki, hadisə saat 21 radələrində havanın qaranlıq olduğu, işıqların isə sönmüş olduğu bir vaxta baş vermişdir. Həmin tarixdə isə ölkə ərazisində karantin rejimi tətbiq edilmişdir. Hadisə yerində isə yalnız uzun illərdir qonşuluqda yaşayan, Təqsirləndirilən şəxs mütəmadi olaraq görüşdüyü, ünsiyyətdə olduğu bir neçə şəxs olmuş, yəni Zərərçəkmiş şəxs2, Elzamin Abbasov, Zərərçəkmiş şəxs1, Şahid1 və Şahid2 olmuşdur. Həmin şəxslərdən başqa hadisə yerində və yaxud ətrafda kiminsə olması müəyyən edilməmişdir. Bundan başqa hadisə yerinə baxış protokolundan, habelə həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri şəhərdən uzaq kənar məhlə evlərinin yerləşdiyi, habelə açıq sahədən ibarət yer olmuşdur. Belə olan halada Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, onun hərəkətlərində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq olmamışdır. Təqsirləndirilən şəxs ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmə cəhdləri, habelə özünü ətrafdakılara qarşı qoyma istəyi, özünün müstəsna şəxsiyyət olması istəyi kimi cəhdlərinin olması barədə ittiham tərəfin mövqeyi inandırıcı hesab oluna bilməz. Digər tərəfdən ittiham aktında ümumi sözlərdən istifadə edilərək Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi qeyd edilsə də bu hərəkətlərin nədə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 bıçaqla vurması səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin Zərərçəkmiş şəxs2 təşəbbüsü ilə başlandığını, məhz onun təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etməsindən sonra təqsirləndirilən şəxsdə yaranmış qəzəb hissi ilə sonuncunun bu hadisəni törətdiyini göstərir. Həmçinin məhkəmə iclasında dindirilmiş cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq X7 işin bu halını təsdiq edərək ifadəsində göstərmişdir ki, mübahisəyə iş üzrə tərəflərin qumar oynamaları və təqsirləndirilən şəxsin digər şəxslərə qumar borcunun qalması səbəb olduğunu, Ayaz adlı şəxs təqsirləndirilən şəxsdən öz pulunu tələb etdiyini, Ayazla təqsirləndirilən şəxs arasında mübahisə yarandığını, saat 17 radələrində Ayazla Ruslan arasında mübahisə olduğunu, sonradan axşam saat 21 radələrində zərərçəkmiş şəxslərdən biri Kamil, Ayaz getdikdən sonra Ruslanın Ayazın arxasınca danışmasına iradını bildirdiyini, bu səbəbdən də onunla da mübahisəsi yarandığını, Kamil Ayazı müdafiə etdiyini, onun dediklərini təsdiqlədiyini, Ruslan Kamilə “Anqırma, yavaş danış” dediyini, Kamil də Ruslana “Anqıran vlideyinindir” dediyini, Ruslanın anası vəfat etdiyindən söz Ruslana pis təsir göstərdiyini, onların arasında mübahisənin qumar oynamaları nəticəsində yaranmış qumar borcunun səbəb olmasını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 qarşı kini, qəzəbi, nifrəti, düşmənçiliyi, ədavəti olmamış, hadisələrin təsadüfü axarı zəminində ona xəsarət yetirməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin davranışı konkret səbəbdən- Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etməsindən sonrakı münasibətlər zəminində anidən formalaşan şəraitdən qaynaqlanmasıdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Baxılan cinayət işi üzrə əməlin xuliqanlıq cinayəti kimi tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mənasına görə xuliqanlıq ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmaqla onun qəsd etdiyi əsas obyekt qismində ictimai qayda çıxış edir. İctimai qayda dedikdə isə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər isə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. İctimai qaydanı pozan belə hərəkətlər edən şəxsin məqsədi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün sanki müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri ilə zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakını məhv edəcəyi və ya zədələyəcəyini qabaqcadan görür, bunu arzu edir, hərəkətləri ilə bu məqsədə doğru gedir. Xuliqanlığın subyektiv cəhətinin zəruri elementi və mütləq şərti bu cinayətin motivi, yəni onda bu cinayəti törətmək qətiyyəti yaradan hisslərdir. Bilərəkdən heç bir əsaslı səbəb olmadan özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, belə ədəbsizliyin qarşısını almağa cəhd edənlərdən qisas almaq istəyi belə iyrənc hisslərdəndir. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurundan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalılıq, təkəbbür, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeydlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin səciyyəvi cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münasibətlər zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında da bölüşür. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarında qeyd edir ki, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxslərlə şəxsi münasibətlər zəminində və Zərərçəkmiş şəxs2 onu nalayiq ifadələrlə təhqir etməsinə görə formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir. Bu zəmində baş vermiş davadalaş zamanı ictimai qayda pozulmuş olsa belə bu hal xuliqanlıq kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri bıçaqla vuraraq onların sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam şəkildə sübuta yetirildiyindən təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-ci maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışlar. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkаn tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar