Məhkəmə qərarları › İş №1(043)-56/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-56/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-56/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə X11 Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx xxxxx 1983–cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər olan müddət ərzində keçmiş arvadı Zərərçəkmiş şəxs öz yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evini ona əmanət etməsindən istifadə edərək xx xxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində evin kilidli olan yataq otağının qapısını açarla açıb qanunsuz olaraq içəri daxil olaraq oradan 1 ədəd üzəri çoxlu sayda xırda brilyant qaşlarla örtülü olan 585 əyarında 5 qram çəkidə, 250 manat dəyərində qızıl üzüyü, 1 ədəd enli üzərində brilyant qaşlar olan 585 əyarında, 7 qram çəkidə, 350 manat dəyərində kalso qızıl üzüyü, 1 ədəd enli üzərində brilyant qaşlar olan 585 əyarında, 10 qram çəkidə, 500 manat dəyərində kalso qızıl üzüyü, 1 ədəd 585 əyarında, 11 qram çəkidə, 550 manat dəyərində zəncir formalı qızıl boyunbağını, 1 ədəd 585 əyarında, 6 qram çəkidə, 300 manat dəyərində zəncir formalı qızıl bilərziyi, 1 cüt 585 əyarında, 7 qram çəkidə, 350 manat dəyərində üzərində xırda brilyant qaşlar olan salxım formalı qızıl sırğanı gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 2300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, Zərərçəkmiş şəxs öz yaşadığı Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evini ona əmanət etməsindən istifadə edərək xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində evin kilidli olan yataq otağının qapısını açarla açıb qanunsuz olaraq içəri daxil olaraq oradan 1 dəst 585 əyarında, 16 qram çəkidə, 800 manat dəyərində qızıl komplekti ( 1 ədəd qızıl üzük və 1 cüt sırğa), 1 ədəd 585 əyarında, 12 qram çəkidə, 600 manat dəyərində üzərində “Gülüm” adlı qızıl klon olan qızıl boyunbağını, 1 ədəd 585 əyarında, 5 qram çəkidə, 300 manat dəyərində üzərində “Aşk” adlı qızıl klon olan qızıl boyunbağını, 1 ədəd 585 əyarında, 5 qram çəkidə, 250 manat dəyərində ensiz tək qaş qızıl üzüyü, 1 ədəd 585 əyarında, 6 qram çəkidə, 300 maant dəyərində ensiz tək qaş qızıl üzüyü, 1 ədəd üzərində sonsuzluq işarəsi olan 585 əyarında, 11 qram çəkidə, 550 manat dəyərində qızıl qolbağını, 1 ədəd 585 əyarında, 9 qram çəkidə, 450 manat dəyərində qandal formalı qızıl bilərziyi, 1 ədəd üzərində 585 əyarında, 6 qram çəkidə, 300 manat dəyərində qızıl boyunbağını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 3550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə qurmuşlar, birgə nikahlarından 2012-ci ildə Muhəmməd və 2013-cü ildə Sevgi adlı uşaqları anadan olmuşdur. Ailə qurdaqdan sonra qayınX6ya məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. 2015-ci ildə ailə münasibətləri pozulduğu üçün nikahları pozulmuş azyaşlı uşaqları analarınan yanında saxlanmış və ondan uşaqların saxlanması üçün aliment kəsilmişdir. Saidənin anası Türkiyədə yaşadığı üçün Saidə bir neçə dəfə Türkiyəyə gedibgəlmiş və onun razılığı ilə uşaqlarını da, aparıb-gətirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Saidə onu yaşadığı evə dəvət etmiş, onlar orada söhbətləri zamanı razılaşmışlar ki, Saidə alimentdən imtina edəcək, o da, öz növbəsində övladlarını Tükiyəyə aparmaq üçün bir dəfəlik razılıq verəcək. Onlar razılaşdıqdan sonra həmin gün müvafiq sənədləşməni aparmaq üçün Gəncə şəhər 1 saylı notariat kontoruna getmiş, lakin orada öyrənmişlər ki, uşaqların yaşı ilə əlaqədar sadəcə 2024-cü il tarixədək onun tərəfindən bir dəfəlik olaraq Türkiyəyə aparılmasına icazə verilə bilər. Saidə bununla razılaşdıqdan sonra o Saidənin övladlarını 2024-cü ilədək Türkiyəyə aparılmasına razılıq vermiş, Saidə isə alimentdən imtina ərizəsi yazmışdır. Orada müvafiq sənədləşmə aparıldıqdan sonra Saidə ona səhərisi gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə 1 həftəlik anasının yanına Türkiyəyə getməli olduğunu bildirərək onun Saidənin yaşadığı evdə övladlarının yanında qalmasını xahiş etmişdir. O, Saidənin təklifi ilə razılaşdıqdan sonra xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Saidə və övladlarının yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsinə getmişdir. Həmin ev 5 otaqdan ibarət olmuşdur. Saidə ona öz yataq otağını kilidləyib gedəcəyini, lakin otağın kilidinin işləmədiyini bildirərək, yataq otağının kilidini dəyişməyini xahiş etmiş, o da, Saidənin xahişini yerinə yetirərək həmin otağın kilidini dəyişmiş və kilidi dəyişən zaman Saidənin xəbəri olmadan açarlardan birini özünə götürüb digər açarları Saidəyə vermişdir. Saidə həmin otağı kilidlədikdən sonra kilidli otaq istisna olmaqla evin digər açarlarını ona təhvil vermişdir. Bundan əlavə Saidə 30 manat ona xərclik verərək Türkiyəyə getmişdir. Bundan sonra o övladlarını məktəbdən götürüb evə gətirmiş və onların qayğısına qalmışdır. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində uşaqları evdə yatan zaman qapısı bağlı olan yataq otağına baxmaq qərarına gəlmişdir. Saidədən xəlvət götürdüyü açarla yataq otağının qapısını açıb içəri daxil olaraq paltar dolabında olan çantanın içərisində qızıl qutularını görmüşdür. Qutuların içərisinə baxdıqda orada 5 ədəd qızıl üzüyün, 1 dəst komlektin (1 ədəd üzük və 1 cüt sırğa), 3 ədəd qızıl qolbağının, 4 ədəd qızıl boyunbağının, 1 cüt qızıl sırğanın olduğunu müəyyən etmişdir. O, həmişə Saidəyə maddi və mənəvi baxımdan dəstək olsa da, Saidə həmişə onun əziyətini yerdə qoymuş, buna görə də, Saidədən ona etdiklərinə görə heyif çıxmağı qərarlaşdırmışdır. Bu məqsədlə əvvəlcə qızılların bir qismini götürməyə qərar vermiş və oradan 3 ədəd qızıl üzük (iki ədəd enli üzərində qaşlar olan kalso üzük, bir ədəd üzərində çoxlu sayda xırda qaşlarla örtülü olan üzük), 1 ədəd zəncir formalı qızıl boyunbağı, 1 ədəd zəncir formalı qızıl qolbağını və 1 cüt salxım formasında qızıl sırğanı götürüb kağız salfetə bükərək cibində saxlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə uşaqlarını məktəbə qoyduqdan sonra Gəncə şəhər İcra idarəsinə gedərək Səidənin alimentdən imtina ərizəsini təqdim etmiş, lakin orada öyrənmişdit ki, həmin alimentdən imtina edilməsi üçün məhkəmə qərarı lazımdır. Bu xəbəri aldıqdan sonra o daha da, əsəbiləşərək bu vaxta qədər Saidəyə çəkdiyi xərclərin əvəzini çıxmağa qərar vermiş və evdən götürdüyü qızılları Gəncə şəhəri Univermağa apararaq orada həmin qızılları əvvəllər tanımadığı şəxsə oğurluq olmasını demədən özünə məxsus olduğunu bildirib şəxsiyyət vəsiqəsini təqdim etməklə 1400 manata satmışdır. Bundan sonra həmin pulun təxminən 80 manatını uşaqları üçün evə bazarlıq etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə səhər radələrində o yeni iş tapdığı üçün Saidə ilə danışaraq onun sabahı günü gəlib-gəlməyəcəyini soruşmuşdur. Lakin Saidə getməmişdən əvvəl ona çərşənbə gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə qayıdacağını bildirsə də, telefon danışığı zamanı cümə günü gələcəyini bildirmişdir. Sadiə ilə telefon danışığı zamanı yenə spirtli içki olan pivə qəbul etdiyi üçün yüngül sərxoş vəziyyətində olmuş, Saidənin Türkiyədən gec qayıtması və buna görə onun işə çıxa bilməməsinə əsəbiləşmiş, qərar vermişdir ki, yenə Saidədən qisas alsın. Bu məqsədlə həmin gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində yenidən Saidənin qızıllarını saxladığı yataq otağına daxil olaraq orada qalan 1 dəst qızıl komlekti (1 ədəd üzük və 1 cüt sırğa), 2 ədəd nazik tək qaş üzüyü, 1 ədəd üzərində “Gülüm” yazılı klon olan qızıl boyunbağını, 1 ədəd üzərində “Aşk” yazılı kolan olan qızıl boyunbağını, 1 ədəd üzərində sonsuzluq işarəsi olan qızıl qolbağını, 1 ədəd qandal formalı qızıl qolbağını, bundan əlavə üzərində “Ali, Muhammed, Saide, Sevgi” yazılı klon olan boyunbağını klondan qopardaraq həmin boyunbağını da, götürərək yenədə Gəncə şəhəri Univermağa apararaq əvvəl satdığı şəxsə şəxsiyyət vəsiqəsini təqdim etməklə 1650 manata satmışdır. Bundan sonra həmin pulu da, özündə saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə Saidə ilə telefonla danışığı zamanı Sadiənin həmin gün təxminən saat 21 radələrində evə çatacağını öyrənmiş və Saidə ilə qarşılaşmamaq üçün onun evə çatmasına 1 saat qalmış uşaqlarını evdə qoyub təxminən saat 20 radələrində evdən çıxmışdır. Bundan sonra Bakı şəhərinə gedərək Xırdalan rayonunda kirayə evə götürüb orada yaşamağa başlamış və həmin pulların hamısını Bakı şəhərində xərcləmişdir. O, əvvəlcə həmin qızılların hamsını oğurlamaq istəməmiş, məqsədi sadəcə həmin qızılların bir qismini götürmək olmuşdur. Bundan sonra o, təkrar oğurluq etməyə qərar vermiş, bu məqsədlə yenidən xx xxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində yerdə qalan qızılları götürmüşdür. Hazırda əməlindən peşman olduğunu bildirdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxsin barəsində məcburi gətimə qərarı qəbul edilmiş və onun Türkiyə Respublikasında olması səbəbindən məhkəmə iclasında iştirakının təmin edilməsi mümükün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq nikah bağlayıb ailə qurmuşdur. Həmin nikahdan onların 2012-ci il təvəllüdlü Muhemmed Rəsulov və 2013-cü il təvəllüdlü Sevgi Rəsulova adlı övladları doğulmuşdur. Əli ilə ailə münasibətləri qaydasında getmədiyi üçün onlar 2015-ci ildə Kəpəz Rayon Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmış və övladlarının hər ikisi onda qalmışdır. Həmçinin məhkəmə qərarı ilə Əlidən hər övladı üçün 60 manat aliment tutulmuşdur. X6 Türkiyə Respublikasında yaşamağa başladığı üçün o da, anası ilə birlikdə yaşamağa qərar vermiş, o hər dəfə Türkiyəyə gedərkən Əlinin razılığı olmadan övladlarını özü ilə apara bilməmişdir. Sonradan anası ilə qərar vermişlər ki, onlar bir dəfəlik olaraq Türkiyəyə yerləşsinlər və övladları da, orada təhsil alsın. Lakin bunun üçün Əlinin razılığı lazım olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə o Əlini öz yaşadığı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə dəvət etmiş, Əli də, onunla razılaşaraq Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən yaşadığı evinə gəlmişdir. Əli onun evinə gəldikdən sonra onunla söhbəti zamanı razılaşmışlar ki, o alimentdən imtina edəcək, Əli isə öz növbəsində onun övladlarını Türkiyəyə aparmağı üçün bir dəfəlik razılıq verəcək. Onlar razılaşdıqdan sonra həmin gün müvafiq sənədləşməni aparmaq üçün Gəncə şəhər 1 saylı notariat kontoruna getmiş, lakin orada öyrənmişlər ki, uşaqların yaşı ilə əlaqədar sadəcə 2024-cü il tarixədək onların Əli tərəfindən bir dəfəlik olaraq Türkiyəyə aparılmasına icazə verilə bilər. O, bununla razılaşdıqdan sonra Əli övladlarını 2024-cü ilədək Türkiyəyə aparılmasına razılıq vermiş, o isə öz növbəsində alimentdən imtina ərizəsi yazmışdır. Orada müvafiq sənədləşmə aparıldıqdan sonra o Əliyə səhərisi gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə 1 həftəlik anasının yanına Türkiyəyə getməli olduğunu bildirərək yaşadığı evdə övladlarının yanında qalmasını xahiş etmiş, həmçinin əlavə olaraq ona bütün xərclərini qarşılayacağını bildirmişdir. Əli onun təklifi ilə razılaşdıqdan sonra xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində onun evinə gəlmişdir. Evi 5 otaqdan ibarətdir. O, otaqların hamısının qapısını açıq qoysa da, yataq otaqlarından birinə öz şəxsi əşyalarını, həmçinin qızıl-zinyət əşyalarını qoyaraq qapısını kilidləməyə qərar vermişdir ki, Əli həmin otağa daxil ola bilməsin. O, əşyalarını yığdığı yataq otağının qapısını kilidləmək istəyərkən kilid işləməmiş, buna görə də, o Əlidən kilidi dəyişməsini xahiş etmiş və Əli onunla razılaşaraq yataq otağanın qapısına yeni kilid qoymuş və açarları ona vermişdir. O, Əlidən açarları sayına baxmadan götürərək çantasına qoymuş, Əliyə xərclik üçün 30 manat pul vermiş və Türkiyəyə getmişdir. Türkiyəyə getdikdən sonra Əli ilə telefonla əlaqə saxlamış və Əli ona hər şeyin qaydasında olduğunu bildirmişdir. Təxminən 30 oktyabr tarixində Əli ilə telefon danışığı zamanı Əli ona yeni iş götürdüyünü və tez qayıtmağını bildirmiş, o isə cavabında əvvəlcədən bir həftəlik gedəcəyini deyərək və xx xxxxxx 2019-cu il tarixində qayıdacağını bildirmişdir. Danışqları kimi xx xxxxxx 2019cu il tarixdə Türkiyə Respublikasından yola çıxmış və xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 01 radələrində yaşadığı evə çatmışdır. Evə çatdıqda o Əlini evdə görməmiş, bundan sonra uşaqları yatırdıqdan sonra kilidli qoyub getdiyi yataq otağına baxmağa qərar vermişdir. O, otağa daxil olduqda şkafda olan əl çantasının içərisinə qoyduğu 1 ədəd üzərində sonsuzluq işarəsi olan 585 əyarında, 11 qram çəkidə 530 manat dəyərində qızıl bilərziyin, 1 ədəd 585 əyarında, 9 qram çəkidə 443 manat dəyərində qandal formalı qızıl bilərziyin, 1 ədəd 585 əyarında, 6 qram çəkidə 295 manat dəyərində zəncir formalı qızıl bilərziyin, 1 ədəd 585 əyarında, 5 qram çəkidə ensiz 206 manat dəyərində tək qaş qızıl üzüyün, 1 ədəd 585 əyarında, 6 qram çəkidə ensiz 295 manat dəyərində tək qaş qızıl üzüyün, 1 ədəd üzəri çoxlu sayda xırda brilyant qaşlarla örtülü olan 585 əyarında 5 qram çəkidə 250 manat dəyərində qızıl üzüyün, 1 ədəd enli üzərində brilyant qaşlar olan 585 əyarında, 7 qram çəkidə 325 manat dəyərində kalso qızıl üzüyün, 1 ədəd enli üzərində brilyant qaşlar olan 585 əyarında, 10 qram çəkidə 472 manat dəyərində kalso qızıl üzüyün, 1 dəst 585 əyarında, 16 qram çəkidə 800 manat dəyərində qızıl komplektin ( 1 ədəd qızıl üzük və 1 cüt sırğa), 1 ədəd 585 əyarında, 11 qram çəkidə zəncir formalı 535 manat dəyərində qızıl boyunbağının, 1 ədəd 585 əyarında, 12 qram çəkidə üzərində “Gülüm” adlı qızıl klon olan 590 manat dəyərində qızıl boyunbağının, 1 ədəd 585 əyarında, 5 qram çəkidə üzərində “Aşk” adlı qızıl klon olan 250 manat dəyərində qızıl boyunbağının, 1 cüt 585 əyarında, 7 qram çəkidə üzərində xırda brilyant qaşlar olan salxım formalı 325 manat dəyərində qızıl sırğanın həmçinin 1 ədəd üzərində “Ali, Muhammed, Saide, Sevgi” adlı qızıl klonu olan boyunbağının klonu boyunbağıdan qopararaq 585 əyarında, 6 qram çəkidə 295 manat dəyərində qızıl boyunbağının yerində olmadığını müəyyən etmişdir. O, otaqları gəzsə də, həmin qızılları tapa bilməmiş, bu zaman anlamışdır ki, qızıllarını Əli oğurlamışdır. Buna görə də dərhal DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Onun Təqsirləndirilən şəxs hər hansı bir borcu və ya onunla hər hansı bir əmlak mübahisəsi olmamışdır. Oğurlanmış qızıl-zinyət əşyalarını o, Əlidən boşandıqdan sonra öz şəxsi vəsaiti hesabına almış və həmin qızıl-zinyət əşyaları ona məxsus olmuşdur. O, Təqsirləndirilən şəxs evin bütün otaqlarını əmanət etsə də, qızıl-zinyət əşyalarını qoyduğu yataq otağını kilidləyib getmiş və açarları da özü ilə aparmışdır. İlkin təhqiqat zamanı oğurlanmış qızıl-zinyət əşyalarının sayını və qiymətini tam dəqiq müəyyən etməmiş, istinaq zamanı oğurlanmış qızıl-zinyət əşyalarının növlərini dəqiq müəyyən etmiş, ona ümumilikdə 5611 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Mərkəzi Univermaqda qızıl alqı-satqısı ilə məşğul olur. Təxminən 2019-cu ilin oktyabr ayının sonlarında bir nəfər şəxs ona yaxınlaşaraq borcu olduğunu, pula ehtiyacı yarandığını buna görə də, evində olan qızıl-zinyət əşyalarını satmaq istədiyini bildirmiş, o həmin şəxsin satmaq istədiyi qızıl-zinyət əşyalarına əvvəlcə baxdıqda onların 585 əyarlı müxtəlif çeşiddə türk qızıl-zinyət əşyaları (sep, üzük, boyunbağı, qolbağı, sırğa) olduğunu, çəkisinin isə 30,5 qram olduğunu müəyyən etmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra ümumilikdə 1400 manat məbləğində razılaşmışlar və razlılaşdıqdan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, şəxsiyyət vəsiqəsinə baxan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs ona ləqəbinin “ağbablı” olduğunu, ev təmiri ustası işlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsqəsinin surətini çıxarmış və kağızın ağ yerinə aldığı qızılın qramını yəni, 30,5 rəqəmlərini yazmış, daha sonra Əli həmin rəqəmlərin altından “Əli-aqbabalı” sözlərini yazaraq imza etmişdir. Bundan sonra o Əliyə 1400 manat ödəniş etmiş və qızılları götürmüş, Əli isə pulu götürüb çıxıb getmişdir. O, həmin gün aldığı qızılları tanımadığı alıcılara pərakəndə şəkildə satmışdır. Bundan təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs yenidən onun yanıma gələrək borcunu tam ödəyə bilmədiyini, qalan qızılları da, satmaq istədiyini bildirmişdir. O, Əliyə qızılları yenə də, əvvəlki qaydada ala biləcəyini bildirmişdir. Əli buna heç bir etiraz etmədikdən sonra o Əlinin satmaq istədiyi qızıl-zinyət əşyalarına baxmış və onların 585 əyarlı müxtəlif çeşiddə türk qızılları (sep, üzük, boyunbağı, qolbağı, sırğa) olduğunu, çəkisinin isə 38,8 qram olduğu müəyyən etmişdir. O, həmin qızılların üzərində olan dəyəri olmayan şüşə qaşların çəkisini çıxdıqdan sonra ümumilikdə onunla 1650 manat məbləğində razılaşaraq Əlidən yenə də, şəxsiyyət vəsiqəsini tələb etmiş, Əli şəxsiyyət vəsiqəsini verdikdən sonra onun şəxsiyyət vəsqəsinin surətini çıxarmış və kağızın ağ yerinə Təqsirləndirilən şəxs öz xətti ilə kiril əlifbası ilə “Təqsirləndirilən şəxs, satdım 38,8 qram türk qızılları qaşlı və qaşsız, 1650 manat aldım” sözlərini yazaraq altından imza etmişdir. Bundan sonra o Əliyə 1650 manat ödəniş etmiş və qızılları götürmüş, Əli isə yenə də, pulları götürərək çıxıb getmişdir. O, yenə eyni qaydada həmin gün aldığı qızılları tanımadığı alıcılara pərakəndə şəkildə satmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Əlinin həmin qızıl-zinyət əşyalarını haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v 85-86) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v 49) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmş və o, Gəncə şəhər BPİ-nin MYS-dən azad edilmişdir. (i.v 80-81) İşdə olan 63 saylı Evlər Üçlüyü tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteritzə olunur (i.v.səh.117). X11 rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(043)-4349/2015 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında xx xxxx 2011-ci il tarixdə başlanmış nikahın pozulmuş, tərəflərin birgə nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş Muhəmməd və xx xxxx 2013-cü ildə anadan olmuş Sevgi anaları X2 yanında qalmış, Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il tarixdən etibarən azyaşlılar Muhamməd və Sevginin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin alınaraq X4 ödənilməsi qət edilmişdir. “xxxxxxxxxxx” Ekspertiza və Hüquq Şirkətinin xx xxxxxx 2020-ci il tarixli 155 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd üzəri çoxlu sayda xırda brilyant qaşlarla örtülü olan 585 əyarında 5 qram çəkidə qızıl üzük 250 manat, 1 ədəd enli üzərində brilyant qaşlar olan 585 əyarında, 7 qram çəkidə kalso qızıl üzük 350 manat, 1 ədəd enli üzərində brilyant qaşlar olan 585 əyarında, 10 qram çəkidə kalso qızıl üzük 500 manat, 1 ədəd 585 əyarında, 11 qram çəkidə zəncir formalı qızıl boyunbağı 550 manat, 1 ədəd 585 əyarında, 6 qram çəkidə zəncir formalı qızıl bilərzik 300 manat, 1 cüt 585 əyarında, 7 qram çəkidə üzərində xırda brilyant qaşlar olan salxım formalı qızıl sırğa 350 manat, 1 dəst 585 əyarında, 16 qram çəkidə qızıl komplekti ( 1 ədəd qızıl üzük və 1 cüt sırğa) 800 manat, 1 ədəd 585 əyarında, 12 qram çəkidə üzərində “Gülüm” adlı qızıl klon olan qızıl boyunbağı 600 manat, 1 ədəd 585 əyarında, 5 qram çəkidə üzərində “Aşk” adlı qızıl klon olan qızıl boyunbağı 300 manat, 1 ədəd 585 əyarında, 5 qram çəkidə ensiz tək qaş qızıl üzük 250 manat, 1 ədəd 585 əyarında, 6 qram çəkidə ensiz tək qaş qızıl üzük 300 manat, 1 ədəd üzərində sonsuzluq işarəsi olan 585 əyarında, 11 qram çəkidə qızıl bilərzik 550 manat, 1 ədəd 585 əyarında, 9 qram çəkidə qandal formalı qızıl bilərzik 450 manat, 1 ədəd üzərində 585 əyarında, 6 qram çəkidə qızıl boyunbağı 300 manat, cəmi 5850 manat müəyyən olunmuşdur. (i.v 119-124) Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsabət xarakterizə olunmasını, əməlindən səmimi peşiman olmasını, iki azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, iki azyaşlı uşağının olmasını onun islah olunmasına dəlalət edən hal hesab edib onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb, barəsində təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarəti daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 01 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd A4 kağız üzərində fotoşəkili əks olunan əşyalar hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 ( əlli) manat Təqsirləndirilən şəxs tutularaq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmün icrası X7 şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində X11 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. «Sədrlik edən Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar