Məhkəmə qərarları › İş №1(043)-57/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-57/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-57/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Eminbəyli küçəsi, ev 65-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində günü dəqiq məlum olmayan vaxtlarda Zərərçəkmiş şəxs məxsus kirayəçi kimi yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq 2 ədəd hər birinin dəyəri 80 manat olmaqla ümumilikdə 160 manat dəyərində od samovarını, 2 ədəd hər birinin dəyəri 140 manat olmaqla ümumilikdə 280 manat dəyərində “Galaksi” markalı elektrikli samovarı, 5 ədəd hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə 500 manat dəyərində “Galaksi” markalı qazanları, 2 ədəd hər birinin dəyəri 110 manat olmaqla ümumilikdə 220 manat dəyərində mis paxlava məcməyilərini, 1 ədəd 150 manat dəyərində iran sobasını, 3 ədəd hər birinin dəyəri 120 manat olmaqla ümumilikdə 360 manat dəyərində “Galaksi” markalı tozsoranları, 1 ədəd 130 manat dəyərində “Galaksi” markalı tosteri, 3 ədəd hər birinin dəyəri 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində “Galaksi” markalı sapılcaları, 10 dəst hər bir dəsti 200 manat olmaqla ümumilikdə 2000 manat dəyərində keramika qabqacaqları, 3 ədəd hər birinin dəyəri 60 manat olmaqla ümumilikdə 180 manat dəyərində “Tefal” markalı ütüləri, 2 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində “FMS” markalı fitli qazanları, 1 dəst 220 manat dəyərində “FMS” markalı qazanları, 1 ədəd eni 0,75 metr uzunluğu 0,80 metr ölçüdə 2100 manat dəyərində “Arçelik” markalı soyuducunu, 1 ədəd 300 manat dəyərində “Samsung” markalı qaz sobasını, 1 ədəd 650 manat dəyərində 8 kq-lıq “Arçelik” markalı paltaryuyan maşını, 1 ədəd 300 manat dəyərində 72 sm diaqonallı Samsung markalı televizoru, 1 ədəd 140 manat dəyərində televizor altlığını, 1 ədəd 25 manat dəyərində “Supermax” markalı peyk tunerini, 1 ədəd 45 manat dəyərində “TP-link” markalı internet modemini, 2 ədəd hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində “Panasonic” markalı ev telefonlarını, 3 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində 3 metr enində 5 metr uzunluğunda xalçaları, 1 ədəd 200 manat dəyərində 1,5 metr enində 8 metr uzunluğunda kilimi, 1 ədəd 120 manat dəyərində 32 litrlik “Aksaray” markalı su qızdırıcısını, 1 ədəd 110 manat dəyərində ütü stolunu, 1 ədəd 100 manat dəyərində 2 metr enində 2,20 metr uzunluğunda quş tükündən döşəyi, 20 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 100 manat dəyərində əl dəsmallarını, 40 ədəd hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 80 manat dəyərində çay dəsmallarını, 15 ədəd hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 225 manat dəyərində hamam dəsmallarını, 5 ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 250 manat dəyərində 1,80 metr enində 2,20 metr uzunluğunda stol örtüklərini, 5 ədəd hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 125 manat dəyərində 0,8 metr enində 1,5 metr uzunluğunda jurnal masası örtüklərini, 1 ədəd 100 manat dəyərində 2,4 metr enində 2,5 metr uzunluğunda yun yataq örtüyünü, 3 ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində divan örtüklərini, 1 ədəd 800 manat dəyərində 2,2 metr enində 3 metr uzunluğunda pərdəni, 1 ədəd 400 manat dəyərində 1 metr enində 2,2 metr uzunluğunda çarpayını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 11540 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildə Şahid3 ilə qeyri-rəsmi olaraq evlənmiş, həmin nikahdan iki uşaqları doğulmuşdur. 2020-ci ilin yanvar ayında kirayə ev axtarmağa başlamış, həmin ərəfələrdə piyada ünvan 2 ünvanının darvazasının üzərində evin kirayə verilməsi ilə bağlı elan yerləşdirildiyini görüb elanda qeyd olunan nörmə ilə əlaqə saxlamış və ev sahibi Zaur adlı şəxslə aylıq 150 manat qarşılığında razılaşmışlar. Bundan sonra o, gedib həmin evə baxmış, ev 3 otaqdan ibarət həyət evi olmuş və içərisində əşyalar olmuşdur. Evi bəyəndikdən sonra ailəsilə birlikdə həmin yerdə yaşamağa qərar vermişdir. Bundan sonra arvadı Dilarə övladları ilə birlikdə həmin evə gəlmiş, ev sahibi Zaur və anası Humay adlı qadın evi onlara təhvil vermişlər. 2020-ci ilin aprel-may aylarında işində problem yarandığına görə o, kirayə haqqını ödəyə bilməmişdir. Buna görə də, ev sahibi Humay adlı qadın xx.xx.2020-ci il tarixdə onlardan evi boşaltmalarını istəmişdir. Onlar isə yeni kirayə ev tapmaları vaxt tələb etdiyinə görə onlar Humaya xx.xx.2020-ci il tarixdə evi boşaldacaqlarını demişlər. Bundan sonra o, qərara gəlmişdir ki, yeni kirayə ev tapana kimi Dilarə öz anasıgilə geri qayıtsın. Bu məqsədlə təxminən xx xxxx 2020-ci il tarixdə Dilarə evin açarlarını ona verərək övladları ilə birlikdə ata evinə getmişlər. Dilarəgil getdikdən sonra o, tək evdə qalmış, həmin vaxt işi olmadığına görə maddi baxımdan sıxıntı çəkmiş və necə qazanc əldə edəcəyi barədə düşünməyə başlamışdır. Bundan sonra evin zirzəmisini və otaqlarını gəzib nəzər yetirərək qərara gəlmişdir ki, evdəki əşyaları yığaraq satıb qazanc əldə etsin. Bu məqsədlə əvvəlcə evə ətraflı nəzər yetirmiş və görmüşdür ki, evin zirzəmisində 2 ədəd od samovarı, 2 ədəd elektriklə işləyən samovar, 2 ədəd məcməyi, 3 ədəd tozsoran, 5 ədəd tək-tək qazanlar, soba, qab-qacaqlar, qazan dəstləri, tavalar, 3 ədəd ütü, evin mətbəxində soyuducu, paltaryuyan maşın, qaz sobası, evin qonaq otağında, televizor, krosna aparatı, döşəmədə və divara söykənili vəziyyətdə ümumilikdə 4 ədəd xalçalar, WİFİ modem, 2 ədəd ev telefonu, evin yataq otağında isə 1 ədəd ütü stolu, şifonerdə müxtəlif növ dəsmallar və digər əşyaların olduğunu müəyyən etmiş və həmin əşyaları satmağa qərar vermişdir. Həmin əşyaların hamsını bir dəfəyə sata bilməyəcəyindən, əşyaları hissə-hissə satmağı qərarlaşdırmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdək olan müddət ərzində o, evdə olan əşyaları hissə-hissə tanımadığı şəxslərə satmışdır. Bütün əşyaları satıb qurtardıqdan sonra ev sahiblərinin hər an gələcəyini düşünərək evin qapılarını kilidləyərək çıxıb getmişdir. Arvadı Dilarəyə isə narahat olmamasını, evi əşyaları ilə birlikdə təhvil verdiyini demişdir. Əldə etdiyi həmin qazancını isə öz ehtiyacları üçün xərcləmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərərin tamamilə ödənildiyini bildirdi və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, həmin evi kirayə verərək oradan əldə etdiyi qazancla öz gündəlik tələbatlarını ödəyir. 2020-ci ilin yanvar ayında evdə kirayəçi olmadığı üçün darvazanın üzərinə evin kirayə verilməsi ilə əlaqədar elan yerləşdirmiş və əlaqə nömrəsi kimi oğlu Zaurun nömrəsini yazmışlar. Həmin elanın yerləşdirilməsindən təxminən 3-4 gün sonra bir nəfər şəxs oğlu Zaura zəng edərək evi kirayə götürmək istədiyini bildirmişdir. Bundan sonra Zaur evə gedərək həmin şəxslə görüşmüş, bir qədər sonra Zaur yaşadıqları evə geri qayıdaraq həmin şəxslə görüşdüyünü, adının Pərviz olduğunu, ayılıq 150 manat qarşılığında ailəsilə birlikdə kirayəçi kimi onların evində yaşamaq istədiklərini bildirmişdir. O, bununla razılaşdıqdan sonra oğlu Zaurla birlikdə həmin evi təhvil vermək üçün ünvan 3 ünvanına getmişdir. Orada öyrənmişdir ki, Pərviz arvadı Dilarə və iki azyaşlı övladları ilə birlikdə onun evində yaşayacaqlar. Bundan sonra o, evi içərisindəki əşyalarla birlikdə Pərvizgilə təhvil verərək çıxıb getmişdir. Daha sonrakı aylarda isə Pərvizgil kirayə haqqını ödəyərək evdə yaşamışlar. 2020-ci ilin aprel-may aylarından etibarən onlar kirayə haqqını vaxtında ödəyə bilmədikləri üçün o, qərar vermişdir, Pərvizgili evdən çıxarsın. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə evə gedərək bu barədə Dilarəyə bildirdikdə Dilarə ondan yeni ev tapana kimi möhlət istəyərək, evi xx xxxx 2020-ci il tarixdə boşaldacaqlarını demiş, o da, bununla razılaşmışdır. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək onlar Pərvizə zəng edərək evi təhvil götürmək istəsələr də, Pərvizin nömrəsinə zəng çatmadığı üçün əlaqə saxlaya bilməmişlər. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində qonşuluqlarında yaşayan Şöhrət oğlu Zaura zəng edərək evin suyunun açıq qaldığını demiş, Zaur isə Şöhrətə kirayəçilərin evdə olduğunu, suyun necə açıq qala biləcəyini soruşduqda X10 təxminən 3-4 gün əvvəl əşyalarını yığaraq çıxıb getdiklərini demişdir. Onlar Pərvizin evin açarını təhvil vermədən getməsinə narahat qalaraq dərhal oğlu Zaurla birlikdə kirayə verdikləri evə getmişlər. Küçədə Şöhrətdən vəziyyəti soruşduqda Şöhrət ona Pərvizin təxminən 3-4 gün əvvəl “Qaz” markalı yük avtomobilinə əşyaları yığaraq çıxıb getdiyini demişdir. Bundan sonra onlar evin darvazasını yoxladıqda bağlı olduğunu və evdə heç kəsin olmadığını görmüş, oğlu Zaur qonşuları Şöhrətdən nərdivan alaraq evin həyətinə nərdivanla daxil olub darvazanı açmış və onlar həyətə daxil olmuşlar. Həyətə daxil olduqda evin giriş qapısının da, kilidli olduğunu, sadəcə, mətbəxin pəncərəsinin açıq olduğunu görmüşlər. Oğlu Zaur mətbəxin pəncərəsindən içəri daxil olaraq otaqlara baxdıqda içərisində olan əşyaların da, yerində olmadığını müəyyən etmiş və anlamışlar ki Pərviz və Dilarə evin içərisindəki əşyaları oğurlayıb qapıları kilidləyərək açarı onlara təhvil vermədən çıxıb gediblər. Bundan sonra o, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Bir qədər sonra polis əməkdaşları gələrək müvafiq sənədləşməni aparmış, polis əməkdaşları müvafiq sənədləşməni aparıdıqdan sonra o, evin zirzəməsinə və otaqlarına ətraflı baxış keçirmiş və öyrənmişdir ki, həmin şəxslər onun evinin zirzəmisindən 2 ədəd hər birinin dəyəri 80 manat olmaqla ümumilikdə 160 manat dəyərində od samovarını, 2 ədəd hər birinin dəyəri 140 manat olmaqla ümumilikdə 280 manat dəyərində “Galaksi” markalı elektrikli samovarını, 5 ədəd hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə 500 manat dəyərində “Galaksi” markalı qazanları, 2 ədəd hər birinin dəyəri 110 manat olmaqla ümumilikdə 220 manat dəyərində mis paxlava məcməyilərini, 1 ədəd 150 manat dəyərində iran sobasını, 3 ədəd hər birinin dəyəri 120 manat olmaqla ümumilikdə 360 manat dəyərində “Galaksi” markalı tozsoranları, 1 ədəd 130 manat dəyərində “Galaksi” markalı tosteri, 3 ədəd hər birinin dəyəri 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində “Galaksi” markalı sapılcaları, 10 dəst hər bir dəsti 200 manat olmaqla ümumilikdə 2000 manat dəyərində keramika qab-qacaqları, 3 ədəd hər birinin dəyəri 60 manat olmaqla ümumilikdə 180 manat dəyərində Tefal markalı ütüləri, 2 ədəd hər biri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində “FMS” markalı fitli qazanları, 1 dəst 220 manat dəyərində “FMS” markalı qazanları, evin çöl tərəfinə quraşdırılmış 1 ədəd 32 litrlik “Aksaray” markalı su qızdırıcısını, evin mətbəxindən 1 ədəd 75x80 sm ölçüdə 2100 manat dəyərində soyuducunu, 1 ədəd 300 manat dəyərində Samsung markalı qaz sobasını, 1 ədəd 650 manat dəyərində 8 kq-lıq Arçelik markalı paltaryuyan maşını, evin qonaq otağından 1 ədəd 300 manat dəyərində 72 sm diaqonallı Samsung markalı televizoru, 1 ədəd 140 manat dəyərində televizor altlığını, 1 ədəd 25 manat dəyərində Supermax maraklı peyk tunerini, 1 ədəd 45 manat dəyərində “TP-link” markalı internet modemini, 2 ədəd hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində “Panasonic” markalı ev telefonlarını, 3 ədəd hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində 3x5 m ölçüdə xalçaları, 1 ədəd 200 manat dəyərində 8x1,5 m ölçüdə kilimi, evin yataq otağında olan 1 ədəd 110 manat dəyərində ütü stolunu, 1 ədəd 100 manat dəyərində 2x2,20 m ölçüdə quş tükündən döşəyi, yataq otağında olan paltar şkafına qoyduğum 20 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumilikdə 100 manat dəyərində əl dəsmallarını, 40 ədəd hər birinin dəyəri 2 manat olmaqla ümumilikdə 80 manat dəyərində çay dəsmalını, 15 ədəd hər birinin dəyəri 15 manat olmaqla ümumilikdə 225 manat dəyərində hamam dəsmallarını, 5 ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 250 manat dəyərində 1,80x2,20 m ölçüdə stol örtüklərini, 5 ədəd hər birinin dəyəri 25 manat olmaqla ümumilikdə 125 manat dəyərində 0,8x1,5 m ölçüdə jurnal masası örtüklərini, 1 ədəd 100 manat dəyərində 2,4x2,5 m ölçüdə yun yataq örtüyünü, 3 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində divan örtüklərini, yataq otağının pəncərəsinə asılmış 1 ədəd 800 manat dəyərində 2,2x3 m ölçüdə pərdəni, uşaq otağında olan 1 ədəd 400 manat dəyərində 2,2x1 m ölçüdə çarpayını oğurlayaraq ümumilikdə ona 11540 manat məbləğində maddi ziyan vurmuşlar. Hal-hazırda ona vurulmuş maddi ziyan ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları bir daha təsdiq edərək, onunla eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq evlənmiş, həmin nikahdan iki övladları doğulmuşdur. 2019-cu ilin dekabr ayında o, Nizami Rayon Məhkəməsinin qərarı ilə Pərvizdən rəsmi olaraq boşanmış, övladları isə onun himayəsində qalaraq ata evində yaşamışlar. Boşandıqdan sonra valideynləri Pərvizin onlara gəlməsinə narazılıq etmiş və Pərviz onlarla rahat vaxt keçirdə bilməmişdir. Buna görə də, onlar qərar vermişlər ki, kirayə evə çıxsınlar və Pərviz rahatlıqla gəlib onlarla birlikdə yaşasın. Bu məqsədlə Pərviz 2020ci ilin yanvar ayında kirayə ev axtarmağa başlamış, bir neçə gün sonra Pərviz ona ünvan 3 ünvanında içərisində əşyalarla birlikdə aylıq 150 manat qarşılığında kirayə ev tapdığını demişdir. Bundan sonra onlar şəxsi əşyalarını götürərək həmin evə gedib yerləşmişlər. Ev 3 otaqdan ibarət həyət evi olmuş və içərisində əşyalar olmuşdur. Bundan sonra onlar həmin evdə kirayəçi kimi yaşamağa başlamşlar. Bu müddət ərzində isə Pərviz evə tez-tez gəlib-gedir, onlara baş çəkmişdir. 2020-ci ilin aprel-may aylarında koronavirus pandemiyası ilə əlaqədar olaraq iş yerləri bağlanmış və buna görə də, onlar kirayə haqqını ödəyə bilməmiş, ev sahibi Humay adlı qadın xx.xx.2020-ci il tarixdə onlardan evi boşaltmalarını istəmişdir. Onun şəxsi əşyalarını boşaltmaq üçün vaxt lazım olduğuna görə Pərviz Humaygilə evi xx.xx.2020-ci il tarixdə boşaldacaqlarını demişdir. Lakin o, xx.xx.2020-ci il tarixdə özünə məxsus şəxsi əşyalarını yığaraq övladları ilə birlikdə evdən çıxmış, həmin vaxt evdəki əşyalar da, içərisində olmuşdur. O, evdən çıxarkən açarı Pərvizə vermişdir ki, ev sahibinə təhvil versin. Pərviz isə ona ev sahibi ilə təhvil-təslim edəcəyini demişdir. O, açarı Pərvizə verdikdən sonra övladları ilə birlikə yenidən ata evinə qayıtmış, lakin daha sonrasında o, öyrənmişdir ki, Pərvizi polis əməkdaşları tutub. O, bunun səbəbini öyrəndikdə isə ona məlum olmuşdur ki, o, Pərvizə evin açarını təhvil verdikdən sonra, Pərviz onun xəbəri olmadan evin zirzəmisində, mətbəxində, qonaq otağında və yataq otaqlarında olan əşyaları yığıb satmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd etdiyi əşyalar o, evdə kirayəçi kimi yaşayarkən evdə olmuş və o xx.xx.2020-ci il tarixdə evi Pərvizə təhvil verərkən həmin əşyalar yerində qalmışdır. Lakin daha sonrasında öyrənmişdir ki, Pərviz həmin əşyaları satmışdır. Onların məqsədi həmin evi kirayəyə götürərək içərisindəki əşyaları istifadə etməklə orada yaşamaq olmuşdur. O, Pərvizin həmin əşyaları satmaq fikrinin olmasını bilməmiş, bu barədə Pərvizlə hər hansı bir razılaşması olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda, yəni ünvan 3 ünvanında fərdi yaşayış evi olsa da, Humay həmin evdə yaşamamış və oranı kirayəyə vermişdir. Təxminən 2020-ci ilin yanvar ayından etibarən Humay ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini Pərviz adlı şəxsə kirayə vermiş və Pərviz ailəsilə birlikdə həmin ünvanda yaşamağa başlamışdır. Təxminən 2020-ci ilin iyun ayının ortalarında o, küçədə olarkən 1 ədəd “Qaz” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili Pərvizingilin həyətinə girmiş, o, küçədən həyətə boylanmış və həmin avtomobilə əşya yığıldıqdan sonra çıxıb getmişdir. Həmin vaxtdan bir neçə gün sonra o, yenidən küçədə olarkən bu dəfə digər bir “Qaz” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili Pərvizgilin həyətinə girmiş və yenidən əşya yığaraq çıxıb getmişdir. O, elə zənn etmişdir ki, Pərviz evdən köçür və buna görə də, özünə məxsus əşyalarını yığır. Təxminən xx.xx.2020-ci il tarixdə öz evinin həyətində olarkən Humaygilin evinin həyətində su səsi eşidərək Pərvizin evdən köçərkən suyu açıq qoyub getdiyini zənn etmiş və bu məqsədlə Humayın oğlu Zaura zəng edərək evlərinin suyunun açıq qalmasını demişdir. Zaur isə kirayəçilərin evdə olduğunu, suyun necə açıq qala biləcəyini soruşduqda, o, Zaura Pərvizin təxminən 3-4 gün əvvəl əşyalarını yığaraq evdən köçdüyünü, evdə heç kəsin olmadığını demişdir. Bir qədər sonra Zaur anası Humayla evə gəlmiş evin darvazasının kilidli olduğunu və evdə heç kəsin olmadığını görmüşlər. O, öz evindən nərdivanı gətirib Zaura vermiş və Zaur nərdivanla darvazanı aşaraq həyətə daxil olub arxadan darvazanı açmış, bundan sonra Humay da, həyətə daxil olmuş, onlar evin giriş qapısını yoxlasalar da, onun da, kilidli olmasını, sadəcə mətbəxin pəncərəsinin açıq olmasını görmüşlər. Zaur pəncərədən evə daxil olub otaqlara baxdıqdan sonra çölə çıxaraq anası Humaya Pərvizin evin əşyalarını oğurlayaraq apardığını demiş, bundan sonra Humay DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmış və o çıxıb öz evinə getmişdir. “Qaz” markalı yük avtomobili 1-ci dəfə həyətə daxil olarkən o, sürücünü, Pərvizi və digər bir nəfər təxminən 35-40 yaşlarında kişini görmüşdür. “Qaz” markalı yük avtomobili sonrakı gün 2-ci dəfə həyətə daxil olarkən o, sürücünü və Pərvizi görmüş, başqa heç kəsi görməmişdir. Qaz markalı avtomobilin yük yeri evin qapısı tərəfdə olduğundan, avtomobilə hansı yüklərin yığıldığını dəqiq görə bilməmişdir. Həmçinin həmin avtomobil yükü yığıb küçəyə çıxdıqda isə yük yeri çadırla örtülü olduğundan o, içərini də, görə bilməmişdir. Pərvizin avtomobilə Humaya məxsus əşyaları yığmasını bilməmiş, öz əşyalarını avtomobilə yükləyərək həmin evdən köçdüyünü zənn etmişdir. Buna görə də, Pərvizin qarşısını almaq üçün hər hansı bir tədbir görməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X2 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, təxminən 2020-ci ilin iyun ayının əvvəllərində o, bazarda olarkən əvvəllər tanıdığı Pərviz adlı şəxs “VAZ 2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə oradan keçərkən onu görüb avtomobili saxlamışdır. Pərviz onunla görüşdükdən sonra Pərvizdən həmin yerdə nə etməsini soruşduqda Pərviz ona evini təmir etdirdiyini, buna görə də, evdə olan köhnə əşyaları ehtiyacı olmadığı üçün satdığını demişdir. O, Pərvizdən nə satmasını soruşduqda Pərviz xalça və su qızdırıcısı satdığını deyərək avtomobilin baqaj hissəsinə gəlmiş, o da, Pərvizlə bərabər avtomobilin baqaj hissəsinə yaxınlaşdıqda orada bükülmüş vəziyyətdə bir hissəsi baqajdan çölə çıxmış xalça və 1 ədəd 32 litr həcmində “Aksaray” markalı su qızdırıcısını görmüşdür. Pərviz xalçalardan birini açaraq ona göstərib almaq istəyibistəmədiyini soruşmuş, həmin vaxt evində olan su qızdırıcısı nasaz işlədiyinə görə Pərvizə xalçalara ehtiyacı olmadığını, ancaq su qızdırıcısını ala biləcəyini demişdir. Bundan sonra o, Pərvizdən həmin su qızıdırıcısını 15 manat qarşılığında almış və Pərviz taksiyə oturaraq çıxıb getmiş, o isə həmin su qızıdırıcısını götürərək yaşadığı evə gəlmişdir. Daha sonra polis əməkdaşları onun işlədiyi yerə gəldikdə o, Pərvizin ona satdığı su qızdırıcısının oğurluq olmasını bilmişdir. Təqsirləndirilən şəxs əvvəllər onunla eyni ərazidə yaşamış və Pərvizi oradan tanımış, lakin daha sonra Pərviz ona məlum olmayan başqa yerə köçərək orada yaşamışdır. O, Pərvizin ona satdığı 1 ədəd 32 litr həcmində “Aksaray” markalı su qızdırıcısının oğurluq olmasını bilməmişdir. O, Pərvizin gəldiyi “VAZ 2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin baqajında əlavə olaraq bükülmüş vəziyyətdə xalçalar görmüş, Pərviz ona sadəcə xalçalardan birini göstərdiyi üçün həmin xalçaların dəqiq sayını bilməmişdir. VAZ 2106” markalı taksinin sürücüsü təxminən 40-45 yaşlarında arıq kişi olmuş, həmin şəxs sadəcə avtomobildə oturaraq Pərvizi gözləmiş, əşyanı satmaq üçün hər hansı bir hərəkət etməmişdir. Təqsirləndirilən şəxs ona əlavə hər hansı bir əşya satmamışdır. O, əvvəlcədən Təqsirləndirilən şəxs 1 ədəd 32 litr həcmində “Aksaray” markalı su qızdırıcısını alcağı ilə bağlı hər hansı bir vəd verməmişdir. Pərvizin həmin su qızdırıcısını satacağını əvvəlcədən bilməmiş, bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində törədilmiş oğurluq hadisəsi ilə bağlı istintaq zamanı verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılmış və o, şübhəli şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani şəkildə göstərərək ifadəsini təsdiq etmişdir. “Götürümə aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şahid X2 təqdim etdiyi 1 ədəd 32 litr həcmində “Aksaray” markalı su qızdırıcısı götürülmüş, təqdimetmə zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. “Baxış aparılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şahid X1 götürülmüş 1 ədəd 32 litr həcmində “Aksaray” markalı su qızdırıcısına Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs həmin əşyanın ona məxsus olduğunu və Pərviz adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir. Baxış zamanı müvafiq protokol tərtib edilərək çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan şahid X5 təqdim edilən şəxsləri nəzərdən keçirib soldan sağa 2-ci yerdə dayanmış Təqsirləndirilən şəxs tanıyıb göstərərək bildirdi ki, həmin şəxs onlara məxsus ünvan 3-də kirayəçi kimi yaşamış və daha sonra evin əşyalarını oğurlamış şəxsdir. “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanınma zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 3-cü yerdə qoyulmuş Təqsirləndirilən şəxs şəkilini tanıyıb göstərərək bildirdi ki, həmin şəxs 2020-ci ilin yanvar ayında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini kirayə verdiyi və daha sonra 2020-ci ilin iyun ayında həmin evin əşyalarını oğurlamış Pərviz adlı şəxsdir. “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanınma zamanı şahid X6 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 1-ci yerdə qoyulmuş Təqsirləndirilən şəxs şəkilini tanıyıb göstərərək bildirdi ki, həmin şəxs xx xxxx 2020-ci il tarixdə ona 1 ədəd 32 litr həcmində “Aksaray” markalı su qızdırıcısını satmış Pərviz adlı şəxsdir. “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanınma zamanı Şahid4 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 2-ci yerdə qoyulmuş Təqsirləndirilən şəxs şəkilini tanıyıb göstərərək bildirdi ki, həmin şəxs ünvan 3 ünvanında 2020-ci ilin yanvar ayından etibarən kirayəçi kimi yaşamış, 2020-ci ilin iyun ayının ortalarında isə evdə olan əşyaları “Qaz” markalı yük avtomobilinə yükləmiş Pərviz adlı şəxsdir. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, X2 istintaqa təqdim etdiyi 1 ədəd 32 litr həcmində “Aksaray” markalı su qızdırıcısı Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin əşyaları tanıyıb göstərərək bildirmişdir ki, həmin su qızdırıcısı xx.xx.2020-ci il tarixdə kirayəçi kimi yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən oğurlayaraq tanışı Fatma adlı qadına satdığı su qızdırıcısıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 660 nömrəli rəyindən görünür ki, 2020-ci ilin iyun ayına mövcud olan bazar qiyməti ilə ümumi şərti hesablama yolu ilə təxminən 1 ədəd kömür samovarı 80 manat, 1 ədəd İran sobası 100 manat, 1 ədəd Tefal markalı ütü 42 manat, 1 ədəd “Arçelik” markalı 8 kq-lıq paltaryuyan 455 manat, 1 ədəd 72 ekranlı “Samsung” markalı televizor 280 manat, 1 ədəd televizor altlığı 140 manat, 1 ədəd “Supermax” markalı peyk tuneri 25 manat, 1 ədəd “TP link” markalı internet modemi 35 manat, 1 ədəd “Panasonic” markalı ev telefonu 30 manat, 3x5 m. ölçüdə 1 ədəd xalça 150 manat, 8x1,5 m. ölçüdə 160 manat, 1 ədəd 32 litr həcmində Aksaray markalı su qızdırıcısı 118 manat, 1 ədəd ütü masası 77 manat, 2x2.20m ölçüdə quş tükündən döşək 100 manat, 1 ədəd əl dəsmalı 5 manat, 1 ədəd çay dəsmalı 2 manat, 1 ədəd hamam dəsmalı 15 manat, 1 ədəd 2,4x2,5m ölçüdə yun örtük 100 manat, 1 ədəd divan örtüyünün dəyəri isə 50 manat müəyyən edilmişdir. Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli əməliyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi əmlakı satdığı şəxslərin dairəsi, oğurluq yolu ilə əldə edilmiş əmlakı qabaqcadan alacağı barədə hər hansı bir şəxsin vəd verməsi, ona qeyd olunan cinayətlərin törədilməsində kiminsə köməklik göstərməsi və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi, hadisə yerini əhatə edən müşahidə kameralarının olması müəyyən edilməmişdir. Həmçinin tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs oğurluq etdikdən sonra əşyaları yükləyərək apardığı avtomobillərin sürücülərinin şəxsiyyətini, bundan əlavə oğurlanmış əşyaların yerini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, X2 təqdim etdiyi 1 ədəd 32 litr həcmində “Aksaray” markalı su qızdırıcı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, şahid X1 götürülmüş 1 ədəd “Aksaray” markalı su qızdırıcısını Zərərçəkmiş şəxs qaytarılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəmə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş maddivə mənəvi zərəri tam ödəmişdir. Buna görə də onlar barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaqları vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx xxxxxxx 2020-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3 və 126.1-ci maddələri təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 01 il 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, o, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 06 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə hərəkət etməklə müxtəlif vaxtlarda zərər çəkmiş şəxsə məxsus dəyəri xeyli miqdar təşkil edən əşyaları gizli olaraq talaması məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməsi və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olması isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və qərar icra olunması üçün Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə göndərilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx xxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq 2 saylı İstintaq Təcridxanasına köçürülməsi üçün Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin maddənin tələbinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və onun əməlində cinayətin residivi olduğundan, o, hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Aksaray” markalı su qızdırıcısının zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri olan 56 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X9 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “Aksaray” markalı su qızdırıcısının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE **********0002088501, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) gündən 20 gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar