Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-59/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Daşkəsən şəhəri, H.Əliyev prospekti 24 ünvanda qeydiyyatda olmaqla ünvan 2 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y ƏN E T D İ: Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 əlilliklə bağlı pensiya düzəltdirəcəyini yalan vəd edərək Zərərçəkmiş şəxs1 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə görməyi vəd etdiyi işin müqabilində 2019-cu ilin may ayında, günü dəqiq məlum olmayan ayrı-ayrı tarixlərdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 məxsus Tərtər rayonu, Seydimli kəndindəki fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 2500 manat, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, 4-cü döngədə yerləşən özünün yaşadığı 12 saylı fərdi yaşayış evində isə 500 manat nağd pulunu ələ keçirib zərərçəkmiş şəxsə 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar qohumu Zərərçəkmiş şəxs2 Gəncə şəhərində hərbi hissələrdən birinə mülki işçi qismində işə düzəldəcəyini yalan vəd edərək Zərərçəkmiş şəxs2 inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə görməyi vəd etdiyi işin müqabilində 2019-cu ilin iyun ayında, günü dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində “Əllərin dairəsi” kimi tanınan yerdə sonuncunun 1000 manat nağd pulunu ələ keçirib dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, 4-cü döngə, ev 12 ünvanında ailə üzvləri ilə birgə yaşayır və heç bir yerdə işləmir. X8 rayonundan olduğu üçün onun Tərtər rayonu ilə bağlılığı var. Belə ki, qaynı, qayınanası və qayınatası hal-hazırda Tərtər rayonunun Seydimli kəndində yaşayırlar. Həmin kənddə yaşayan Zərərçəkmiş şəxs2 qaynatası İlyasın əmisi nəvəsidir. O, Qurbanı 11 ildir ki, tanıyır. Həmçinin Qurban qayınatasıgilin qonşusudur. 2019-cu ilin may ayında Tərtər rayonunda toy məclisində olarkən qohumu Zərərçəkmiş şəxs2 ona Əsəd adlı bir dostunun qolunda şikəstlik olduğunu bildirib xalası Mətanətin DSMF-də işləyən qudasının vasitəsi ilə Əsədə əlillik dərəcəsi təyin etdirməsini xahiş etmişdir. O özü bu barədə Qurbana demişdir ki, xalasının qudası DSMF-də işləyir və adı Fəridədir. Qurbanın arvadı Afətə pensiya düzəltməklə bağlı Qurbanla aralarında danışıqları olmuş və həmin vaxt o, Fəridənin DSMF-də işlədiyini və Fəridə ilə özünün tanışlığı olduğu üçün sonuncunun vasitəsi ilə Afətə pensiya düzəltdirə biləcəyini demişdir. Lakin, Qurbanla danışıqları baş tutmadığı üçün həmin məsələ alınmamışdır. O, toy məclisində Qurbanın təklifinə xalası ilə bu barədə danışıb xəbər verəcəyini demişdir. Bir neçə gün sonra Qurbana zəng edərək Tərtər rayonuna gələcəyini bildirmiş və Qurbangilin evlərinə gedib orada Əsəd adlı şəxslə görüşmüşdür. Həmin vaxt o, Əsədə qolundakı şikəstliklə bağlı 6 ay sonra əlillik dərəcəsi və pensiya verilməsinə görə 3000 manat pul lazım olduğunu bildirdikdə Əsəd onunla razılaşaraq 5-10 gün ərzində həmin pulu düzəldib verəcəyini demişdir. Bundan sonra o, Gəncə şəhərinə qayıtmışdır. Bir neçə gün sonra onun istəyi ilə Qurban “whatsapp” əlaqə vasitəsi ilə öz mobil telefonundan onun mobil telefonuna Əsədin qolundakı şikəstliklə bağlı hərbi xidmətdən azad edilməsinə dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətindən verilən sənədin şəklini göndərmişdir. Bir neçə gün sonra isə o, Qurbangilin evlərinə yenidən getmişdir. Orada Əsədlə görüşmüş və Əsəd ona qolundakı şikəstliyə görə pensiya düzəltməsi üçün 2450 mana pul vermişdir. Həmin pul ona verilərkən Qurban və ailə üzvləri də orada olmuşdur. Həmin vaxt Əsəd ona geri qalan 550 manatı da tez bir zamanda hazır edib verəcəyini bildirmişdir. Bir neçə ay sonra Əsəd və Qurban onun yaşadığı Gəncə şəhərindəki evinə gəlmiş və Əsəd onun evində ona 550 manat pul vermişdir. Həmin pul Əsədlə danışdığı 3000 manat pulun geri qalanı imiş. Əsəd Gəncə şəhərində olarkən o, Əsədə qolundakı şikəstliklə bağlı pensiya düzəltməyin mümkün olmadığını, yalnız vərəm xəstəliyi ilə bağlı pensiya düzələ biləcəyini, lakin belə olan halda Əsədin nə sürücülük vəsiqəsi ala biləcəyini, nə də bankdan kredit götürə biləcəyini demişdir. Həmin vaxt Əsəd buna razı olmamış və verdiyi pulu geri tələb etmişdir. O isə pulu Fəridə adlı həkimdən alıb qaytaracağını demişdir. Bundan sonra Əsəd və Qurban birlikdə çıxıb getmişlər. Bundan bir müddət sonra Əsəd və atası Vəlşad onun yaşadığı evə gələrək ondan 3000 manat pulu tələb etmişlər. O isə Fəridə həkimlə danışdığını, pulları qaytaracağını bildirmişdir. Bundan sonra Əsəd və atası bir neçə dəfə də onun evinə gəlsələr də, o, Əsədin pulunu qaytarmamışdır. Daha sonra, yəni 2020-ci ilin avqust ayında özünü Mirata kimi təqdim edən şəxs ona zəng edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşı olduğunu və Zərərçəkmiş şəxs2 şikayəti üzrə ona zəng etdiyini, pulu geri qaytarmaq lazım olduğunu bildirmişdir. O, isə Gəncə şəhərində Mirata ləqəbli həmin şəxsə zərərin əvəzi qismində 1800 manat pul ödəmişdir. Daha sonra isə aralarında olan danışığa əsasən, Tərtər rayonunda Mirata adlı həmin şəxslə görüşüb Qurbangilin evlərinə getmiş və orada Mirata Qurbangilin izahatlarını almışdır. 2020-ci ilin sentyabr ayında isə 575 manat pulu zərərin əvəzi kimi Gəncə şəhərində Mirataya vermişdir. Hazırda Əsədə 525 manat verəcəyi var. Qurbanla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır, hazırda da yoxdur. Əsədi isə Qurbanın vasitəsi ilə 2019-cu ilin may ayından tanıyır. Əsədlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır və hazırda da yoxdur. Şahid5 İlyas oğlunu isə 2009-cu ildə ailə həyatı qurarkən tanımışdır. Belə ki, Zamik əri Aqilin qardaşıdır və Tərtər rayonu, Seydimli kəndində yaşayır. Zamik ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır, hazırda da yoxdur. Şahid1 isə əvvəllər tanımamışdır. Sonradan Qalibin, qaynı Zamikin arvadının qohumu olduğunu bilmişdir. Qaliblə aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmayıb, hazırda da yoxdur. Mirata ləqəbli Şahid6 isə 2019-cu ilin avqust ayından tanıyır. Belə ki, həmin vaxt Şahid6 ona zəng edərək özünün DİN-in BMCMİ-nin əməkdaşı olduğunu və Qurbanın şikayəti üzrə araşdırma apardığını bildirmişdir. O, Fikrəti həmin məsələ ilə bağlı tanımışdır, aralarnda heç bir münasibət olmamışdır və hazırda da yoxdur. Zərərçəkmiş şəxs1, ümumilikdə 3000 manat pul almışdır və həmin pulun 2450 manatını ilk dəfə 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs2 yaşadığı Tərtər rayonu, Seydimli kəndindəki evində, 550 manatını isə 2019-cu ilin sentyabr ayında yaşadığı, ünvan 4 ünvanında almışdır. Həmin pulları Əsədlə danışdığı kimi 3000 manat pul müqabilində Əsədə əlillik dərəcəsi və pensiya təyin etdirmək üçün almış, həmin pulu DSMF-də işləyən Fəridə adlı həkimə vermiş, lakin sonradan pulu geri ala bilməmişdir. Qurban isə ona, ümumiyyətlə, pul verməmişdir. Əksinə, o, özü Əsəddən aldığı pulun 100 manatını Qurbana vermişdir. Belə ki, Qurbanın özü həmin 100 manat pulu ona verdiyi işin əvəzi kimi istəmişdir. Qurban onun barəsində əsassız şikayət edir ki, guya ona 1000 manat verib. Belə ki, Qurban onunla telefonda danışarkən başına oyun açacağını, ondan artıqlaması ilə pul alacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 2019-cu ilin yay aylarında taksi ilə onunla birlikdə gedib Gəncə şəhərində yerləşən “Əllərin dairəsi” adlanan ərazinin yaxınlığında kimdənsə 1000 manat pul almamışdır. Qurbanın bu barədə dedikləri yalandır, düşünür ki, sonuncu ona şər atır. O, həm Qurbana, həm də Əsədə pulu almazdan əvvəl həmin pulun Bakı şəhərində DSMF-də çalışan Fəridə adlı həkimə veriləcəyini, Fəridənin Əsədə pensiya düzəldəcəyini demişdir. Lakin həmin Fəridə adlı şəxsin hazırda harada yaşadığını və işlədiyini, habelə soyadını və atasının adını bilmir. Əsədə verilməli olan 3000 manat pulu almaq üçün qaynı Zamik və Əsəd birlikdə Gəncə şəhərinə, onun evinə gəlmişlər. 2375 manat pulu Fikrəti DTX-nın və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi bildiyi üçün zərərin əvəzi qismində ödəmişdir. Həmin pulu Fikrətə verərkən yanlarında heç kim olmamışdır. Fikrət onu aldatmış, özünü DTX əməkdaşı kimi təqdim etmişdir. O da Fikrətə inanıb zərərin əvəzi kimi Fikrətə 2375 manat pul vermişdir. Zərərçəkmiş şəxslərdən Qurbana heç bir verəcəyi yoxdur, Qurbandan heç bir pul almamışdır. Əsədin pulunu isə qaytarması üçün Fikrətə vermişdir, Əsədə 500 manatdan bir qədər artıq borcu qalmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,Tərtər rayonunun Seydimli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fəhləlik etməklə pul qazanıb ailəsini saxlayır. Sağ qolunda sonradan şikəstlik yaranmışdır. Uşaqlıqdan tanıdığı Zərərçəkmiş şəxs2 onun həmkəndlisi və tanışıdır. Qurbanla münasibətləri həmişə yaxşı olmuşdur və hal-hazırda da aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. 2019-cu ilin aprel-may aylarında Qurban ona Samirə adlı tanışının onun qoluna görə əlillik dərəcəsi alıb pensiya düzəldə biləcəyini demişdir. Həmin vaxt Samirə və Qurbanın bir-birilərini haradan tanıdıqları və nə kimi münasibətləri olduğu ona məlum olmamışdır. O, Qurbanın təklifini xoş qarşılayaraq qoluna görə aylıq pensiya alıb ailəsini saxlamaq ilə bağlı marağı yaranmışdır. Bunun üçün Qurbandan onu Samirə ilə tanış etməsini xahiş etmiş, bir neçə gün sonra Qurban ona zəng edərək Samirənin Tərtər rayonuna gəldiyini bildirib Qurbanın evinə gəlməyini istəmişdir. O, Qurbanın yaşadığı evə getdikdə orada Qurban və onun ailə üzvləri, eləcə də ilk dəfə gördüyü orta yaşlı, saçı bir qədər ağarmış qadın olmuşdur. Qurban onu həmin qadınla tanış edərək adının Samirə olduğunu bildirmişdir. Söhbət əsnasında Samirə özünün Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon yerli şöbəsinin əməkdaşı kimi təqdim etdikdə o, Samirənin həqiqətən dövlət işçisi olduğuna inanmışdır. Danışıq zamanı Samirə onun qoluna baxıb əlillik dərəcəsi təyin etdirə biləcəyini vurğulayaraq bunun üçün 3000 (üç min) manat pul verməli olduğunu bildirmişdir. Belə ki, Samirə 6 ay sonra pensiya ala biləcəyini deyərək pensiyanın məbləğini qeyd etməmişdir. O, Samirə ilə razılaşıb 3000 manat pulu 5-10 günə düzəldə biləcəyini deyərək evinə qayıtmışdır. Bundan bir neçə gün sonra Samirənin istəyi ilə qolundakı şikəstliklə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon yerli Şöbəsindən ona təqdim edilən sənədin şəklini çəkmiş, Qurbanın mobil telefonu ilə “whatsapp” sosial əlaqə vasitəsi ilə Samirəyə göndərmişdir. Təxminən on gün sonra Samirə Tərtər rayonuna gəlmişdir. O, satdığı, özünə məxsus qızılların pulunu, qayınatası və atasından aldığı borc pulları düzəltdərək 2500 (iki min beş yüz) manat pulla Qurbanın yaşadığı evə getmişdir. Həmin vaxt Qurbanın evində yenə ailə üzvləri, Qurbanın özü və Samirə olmuşdur. O, Qurbanın özünün və ailə üzvlərinin yanında 2500 manatı Samirəyə verərək qalan 500 manatı da tez bir zamanda düzəldib verəcəyini bildirmişdir. Samirə həmin vaxt ondan qolundakı şikəstliklə bağlı hərbi xidmətdən azad olduğu ilə bağlı sənədənin olub-olmadığını soruşduqda o, Samirəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon yerli Şöbəsindən ona təqdim edilən sənədin əslini gətirib vermişdir. Həmçinin həmin gün Samirənin istəyi ilə onun adından işlər görməsi üçün Samirəyə Tərtər rayonu ərazisində olan notariusda etibarnamə vermişdir. Samirə ona həmin 2500 manatı aparıb əlillik dərəcəsi düzəldəcək həkimlərə verməli olduğunu deyərək ondan 500 manatı da tez bir zamanda düzəltməyini istəmişdir. Samirə 500 manatı tez bir zamanda düzəldə bilməsə özündən 500 manat pul qoyub 3000 manatı tez bir zamanda qeyd edilən həkimlərə verə biləcəyini demişdir. O isə buna ehtiyac olmadığını, tez bir zamanda 500 manatı da düzəldəcəyini bildirərək evinə qayıtmışdır. Bundan sonra özünə məxsus 1 baş iribuynuzlu dananı 550 manata sataraq həmin 500 manatı əldə etmişdir. Həmin ərəfədə Samirə Qurbanın mobil telefonu ilə onunla danışaraq qolundakı şikəstliklə bağlı ona əlillik dərəcəsi və pensiya düzəldə bilmədiyini deyərək əgər razı olarsa həkim kimi çalışan xalasının həkim olan qudası vasitəsi ilə vərəm xəstəliyi ilə bağlı ona pensiya düzəldə biləcəyini bildirmişdir. Samirə həmçinin vərəmlə bağlı pensiya düzəldilməsinin 4000 manata başa gəldiyini və hər ay 200-300 manat pensiya almalı olduğunu demişdir. O isə artıq 2500 manatı Samirəyə verdiyi üçün qeyd edilən xəstəliklə bağlı pensiya düzəltməsinə razılıq vermişdir. Samirə ona verməli olduğu 500 manatı Gəncə şəhərinə gətirib verməsini, qalan 1000 manatı da pensiya kartını alarkən kartın içərisində olacaq 3-4 aylıq pensiya pulundan verməsini istəmişdir. O, Samirə ilə razılaşmışdır. Bir həftə sonra, yəni təxminən 2019-cu ilin may ayında, dəqiq xatırlamadığı gündə Qurban ilə birgə Gəncə şəhərinə - Samirənin yaşadığı Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə getmişdir. Həmin vaxt evdə Samirə, azyaşlı uşaqları və qoca bir arvad olmuşdur. Onlar axşam saatlarında Samirənin evinə çatdıqları üçün gecəni orada qalası olmuşlar. Həmin gün Samirəyə danışdıqları 500 manatı Qurbanın yanında verərkən, Samirə vərəmlə bağlı pensiya düzəldəcəyi üçün ona vermiş olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon yerli Şöbəsindən ona təqdim edilən sənədin əslini geri qaytarmışdır. Ertəsi gün Qurban ilə birgə Tərtər rayonuna qayıtmışdır. Təxminən 1 ay sonra Samirə Qurbanın vasitəsi ilə onu pensiya ilə bağlı qan analizi vermək üçün Gəncə şəhərinə çağırmışdır. O, Gəncə şəhərini yaxşı tanımadığına görə Qurbanla birgə 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı gündə Gəncə şəhərinə - Samirənin evinə getmişdir. Samirə onları X2 aparmış, xəstəxanada ondan tanımadığı tibb bacıları qan nümunəsi götürmüşlər. Həmin vaxt Qurban da yanlarında olmuşdur. Bundan 20 gün sonra Samirə onun mobil telefonuna zəng edərək yenidən qan analizi vermək üçün onu Gəncə şəhərinə çağırdıqda ertəsi gün o, təkcə Gəncə şəhərinə gəlmiş və birbaşa Beynəlxalq Xəstəxananın qarşısına getmişdir. Bir qədər sonra Samirə də oraya gəlmiş və yenə eyni qaydada ondan tibb bacıları qan nümunəsi götürmüşlər. Həmin gün Samirə işinin düzəlməkdə olduğunu və 15-20 gün sonra onu çağırıb tibbi-komissiyadan keçirəcəyini bildirmişdir. O, həmin gün Tərtər rayonuna qayıtmışdır. Bundan 10-15 gün sonra, yəni 2019-cu ilin sonlarında Samirə ona zəng edərək onun həmkəndlisi olan qaynı Zamiklə birlikdə Gəncə şəhərinə gəlməli olduğunu bildirmişdir. Belə ki, Samirə ona Zamikin Rusiya Federasiyasında olan əri Aqilə pensiya düzəltmək üçün Aqilin yerinə qan verməli olduğunu bildirmişdir. O, bu barədə Zamiklə danışdıqda Zamik qeyd edilən məsələdən xəbərinin olmadığını bildirmiş, lakin onunla Gəncə şəhərinə getməyi qəbul etmişdir. Onlar birlikdə Gəncə şəhərinə gəlmiş və Samirənin evinə getmişlər. həmin vaxt Samirə taksi avtomobili çağırmış, onları Şəmkir rayonuna aparmış və orada tanımadığı, təyinatını bilmədiyi binanın yanında dayandırmış özü həmin binaya daxil olmuşdur. O, həmin binada onun işinə görə həkimlə görüşməli olduğunu demişdir. O, Zamiklə birgə Samirəni gözləmişdir. Bir qədər sonra geri qayıdan Samirə heç bir söz demədən Gəncə şəhərinə qayıtmalı olduqlarını demişdir. Yolda Samirə özünün mobil telefonu ilə kiməsə zəng edərək xalası olduğunu dediyi həmin şəxslə telefonu səsucaldana qoyub danışmışdır. Samirənin danışdığı şəxsin orta yaşlı bir qadına xas səsi olmuşdur. Samirə ona vərəm xəstəliyinin ağır formada yazılacağını və buna görə sürücülük vəsiqəsi ala bilməyəcəyi, kredit götürə bilməyəcəyini dedikdə o, narazılığını bildirmişdir. Həmin vaxt Samirə taksi avtomobilini Gəncə şəhərinə tanımadığı bir xəstəxananın qarşısına sürdürmüş və həmin xəstəxanada olan tanımadığı həkimə 1000 manatı verməli olduğunu deyərək ondan həmin pulu istəmişdir. O isə narazılğını bildirərək 1000 manatı verməkdən imtina etmiş və Samirəyə vermiş olduğu 3000 manat pulu geri istəmişdir. Bundan sonra Zamiklə birlikdə Samirənin evinə getmişlər. Orada Samirə ona 3000 manat pulu xalasının Şəmkir rayonunda həkim işləyən Fəridə adlı qadına verdiyini və pulu alıb ona qaytaracağını bildirmişdir. O, Samirə ilə razılaşaraq Tərtər rayonuna qayıtmışdır. Daha sonra Samirə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmişdir. Samirə ona nə vəsiqə göstərmiş, nə də baş həkiminin adını çəkmişdir. O, Samirənin Fəridə adlı şəxsin adını yalandan çəkdiyi onu aldadaraq pulunu özü ələ keçirdiyi qənaətindədir. O, pulları qolundakı şikəstliyə görə ona əlillik dərəcəsi alıb pensiya təyin etdirməsi üçün Samirəyə vermiş, ancaq Samirə onu aldadaraq etibarından sui-istifadə etməklə ona qarşı dələduzluq etmişdir.Samirənin adını çəkdiyi şəxsləri tanımır. Samirə yalnız 2019-cu ilin sonlarında, Gəncə şəhərində olarkən, yəni 1000 manatı ondan istəyərkən Samirəyə etiraz edib pulunu geri tələb etdikdə 3000 manat pulunun xalasının qudası Fəridə adlı həkimdə olmasını bildirmişdir. Onadək o, Fəridə adını eşitməmiş, bununla belə, Samirə ona heç vaxt xalasının adını, xalasının və qudasının soyadını, ata adlarını, konkret olaraq hansı xəstəxanada həkim kimi çalışdıqlarını bildirməmişdir. O, sadəcə Fəridə adlı şəxsin Şəmkir rayonunda həkim kimi çalışdığını bilir. Həmin vaxt o, kənarda dayanmış, Samirə özü qeydiyyat yerinə yaxınlaşıb, tibb bacısı ilə nə isə danışmış və sonradan onu çağırıb heç bir söz demədən ondan qan nümunəsi götürmüşdülər. O, 2019-cu ilin yay aylarında X1 uzaq qohumu olduğunu, birbirilərini uzun illərdir ki, tanıdıqlarını eşitmişdir. Qurban sadəcə olaraq Samirəni onunla tanış etmişdir. Bütün vədləri verən, eləcə də pulunu alan Samirədir. Qurbana hər hansı məbləğdə pul çatmamışdır. Bu barədə məlumatı olmamışdır, daha doğrusu, o, Qurbanın Samirəyə pul verməsinin şahidi olmamışdır. Samirə ondan aldığı puldan ona pul qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Əksinə təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək onun pulunu qaytarmayacağını, hara istəyirsə şikayət edə biləcəyini demişdir. Ona görə də təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş qaydada ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Tərtər rayonunun Seydimli kənində ailə üzvləri ilə birlikdə yaşayır. Uşaqlıqdan tanıdığı Zərərçəkmiş şəxs1 Vəlişad oğlu onun həmkəndlisidir. Əsədlə münasibətləri həmişə yaxşı olmuşdur və hazırda da aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Arvadının xəstəliyi ilə əlaqədar, qohumu - yəni atasının əmisi oğlunun gəlini Samirə adlı qadın 2 il əvvəl onların evində olarkən arvadına xalasının qudası Fəridə adlı həkimin vasitəsi ilə pensiya düzəldə biləcəyini demişdir. Bunun üçün Samirə 1500 manat pul lazım olduğunu dedikdə buna imkanı çatmadığı üçün həmin təklifi rədd etmişdir. Samirə uzaq qohum olduğundan ara-sıra kəndlərinə gəlib-getmişdir. Belə ki, Samirənin qayınatası İlyas ilə onlar qapı qonşusudur. Samirə ara-sıra qayınatasıgilə gəlmişdir. O, Samirəni qohum-əqrəbadan eşitdiyinə görə Dövlət Sosial Müdafiə Fondunun işçisi kimi tanımış, lakin konkret olaraq harada və hansı vəzifədə çalışdığını bilməmişdir. 2019-cu ilin aprel-may aylarında Əsədlə söhbət əsnasında Əsəd qolunda sonradan yaranmış şikəstliyə görə pensiya ala bilməməsindən gileylənərkən o, Əsədə DSMF-də çalışan və pensiya düzəltməklə məşğul olan Samirə adlı tanışının olduğunu və Samirənin ona pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Əsəd onun təklifini xoş qarşılayaraq Samirə ilə tanış etməsini xahiş etmişdir. Bundan sonra o, Samirəyə məsələni danışaraq gəlib Əsədlə görüşməsini istəmişdir. Samirə bir neçə gün sonra onların evinə gəlmişdir. O, Əsədə zəng edərək Samirənin onlarda olmasını bildirib evlərinə gəlməsini istəmişdir. Bir qədər sonra Əsəd onların evinə gəlmiş və o, Əsədi Samirə ilə tanış edərək pensiya düzəldəcək şəxs olduğunu bildirmişdir. Əsəd Samirədən harada çalışdığını soruşduqda Samirə Daşkəsən rayonunda DSMF-də çalışdığını bildirmişdir. O, həmin vaxt Əsədə Samirənin qonşuları İlyasın gəlini olmasını deməmişdir. Danışıq zamanı Samirə Əsədə 3000 (üç min) manat pul verməli olduğunu bildirmişdir. Belə ki, Samirə həmin pul müqabilində 6 ay sonra Əsədin pensiya ala biləcəyini deyərək pensiyanın məbləğini qeyd etməmişdir. Əsəd Samirə ilə razılaşaraq qeyd edilən 3000 manat pulu 5-10 günə düzəldə biləcəyini demiş və sağollaşıb evinə qayıtmışdır. Bundan bir neçə gün sonra Samirə ona zəng edərək Əsədin qolundakı şikəstliklə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon yerli Şöbəsindən ona təqdim edilən sənədin şəklini istəmişdir. O, bu barədə Əsədə dedikdə Əsəd həmin sənədin şəklini çəkib onun mobil telefonu ilə “whatsapp” sosial əlaqə vasitəsi ilə Samirəyə göndərmişdir. Bundan təxminən on gün sonra Samirə Tərtər rayonuna gəldikdə o, bu barədə Əsədə məlumat vermiş və Əsəd onların evinə gəlmişdir. Həmin vaxt Əsəd onun və ailə üzvlərinin yanında 2500 manatı Samirəyə vermişdir. O, yalnız həmin vaxt Əsədə Samirənin onun atasının əmisioğlu İlyasın gəlini olduğunu demişdir. Əsəd Samirəyə qalan 500 manatı da tez bir zamanda düzəldib verəcəyini bildirmişdir. Həmin gün Əsəd Samirənin istəyi ilə qolundakı şikəstliklə bağlı hərbi xidmətdən azad olunması barədə sənədinin əslini gətirib Samirəyə vermişdir. Bundan sonra Əsəd Samirənin istəyi ilə Əsədin adından işlər görməsi üçün Samirəyə Tərtər rayonu ərazisində olan notariusda etibarnamə vermişdir. Samirə həmin 2500 manatı aparıb əlillik dərəcəsi düzəldəcək həkimlərə verməli olduğunu deyərək Əsəddən 500 manatı da tez bir zamanda düzəltməsini istəmişdir. Samirə həmçinin 500 manatı tez bir zamanda düzəldə bilməyəcəksə özündən 500 manat pul qoyub 3000 manatı tez bir zamanda qeyd edilən həkimlərə verə biləcəyini dedikdə Əsəd buna ehtiyac olmadığını, tez bir zamanda 500 manatı da düzəldəcəyini bildirmişdir. Bundan sonra o, bildiyi qədər Əsəd özünə məxsus iribuynuzlu ev heyvanı olan dananı 500 manata sataraq həmin pulu düzəltmişdir. Həmin ərəfədə Samirə ona zəng edərək Əsədlə telefonla danışmış və Əsədin qolundakı şikəstliklə bağlı ona əlillik dərəcəsi və pensiya düzəldə bilmədiyini, əgər razı olarsa həkim kimi çalışan xalasının həkim olan qudası vasitəsi ilə vərəm xəstəliyi ilə bağlı ona pensiya düzəldə biləcəyini demişdir. Samirə həmçinin qoluna görə pensiya 3000 manata alınırdısa, vərəmlə bağlı pensiyanın 4000 manata başa gəldiyini və ikinci halda Əsədin hər ay 200-300 manat pensiya alacağını bildirmişdir. Əsəd isə artıq 2500 manatı Samirəyə verdiyi üçün qeyd edilən xəstəliklə bağlı pensiya düzəltməsinə razılaşmışdır. Samirə telefonda Əsədə verməli olduğu 500 manatı Gəncə şəhərinə gətirərək verməsini, qalan 1000 manatı da pensiya kartını alarkən kartın içərisində olacaq 3-4 aylıq pensiya pulundan verməsini bildirmişdir. Əsəd bu barədə Samirə ilə razılaşmışdır. O, Əsədlə birgə bir həftə sonra, yəni təxminən 2019-cu ilin may ayında, dəqiq xatırlamadığı gündə Gəncə şəhərinə - Samirənin yaşadığı Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə getmişdir. Həmin vaxt evdə Samirə, azyaşlı uşaqları və qoca bir arvad olmuşdur. Həmin gün axşam saatlarında Samirənin evinə çatdıqları üçün gecəni orada qalası olmuşlar. Həmin gün Əsəd Samirənin evində onun yanında Samirəyə 500 manatı vermişdir. Həmin vaxt Samirə artıq vərəmlə bağlı pensiya düzəldəcəyi üçün Əsədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon yerli Şöbəsindən təqdim edilən sənədin əslini geri qaytarmışdır. Ertəsi gün o, Əsədlə birlikdə Tərtər rayonuna qayıtmışdır. Bundan təxminən 1 ay sonra Samirə ona zəng edərək Əsədi qan vermək üçün Gəncə şəhərinə çağırmışdır. 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Əsəd ilə birlikdə qeyd edilən məsələ ilə bağlı Gəncə şəhərinə - Samirənin evinə getmişdir. Oradan isə Samirə onları X2 aparmış, xəstəxanada Əsəddən tibb bacıları qan nümunəsi götürmüşlər. Həmin vaxt o da Əsədin yanında olmuşdur. Bundan sonra bildiyi qədər Samirə Əsədi bir neçə dəfə də qan vermək üçün Gəncə şəhərinə çağırmış və həmin səfərləri o, Əsədlə birlikdə Gəncə şəhərinə getmişdir. O, bildiyi qədər Əsəd tanışı Samirənin qohumu Zamiklə birlikdə də Gəncə şəhərinə getmişdir. Daha sonra Samirənin Əsədi aldadaraq dələduzluq etdiyini və bu günədək Əsədin pulunu qaytarmadığını öyrənmişdir. O, bu halı bildikdən sonra dəfələrlə Samirəyə zəng etmiş, onu da pis vəziyyətdə qoymasını bildirdikdə Samirə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu Fəridə adlı həkimə verdiyini və ondan alıb qaytaracağını bildirmişdir. Samirə Gəncə şəhərində yerləşən hərbi hissəyə onu mülki işçi kimi işə düzəldəcəyini vəd edərək 2019-cu ilin iyun ayında, dəqiq xatırlamadığı gündə onun 1000 manat pulunu ələ keçirmişdir. Həmin 1000 manat pulu həmkəndlisi Qalib Gəncə şəhərində yerləşən, “Əllərin dairəsi” adlanan ərazidə ona vermişdir. O da Qalibdən aldığı həmin pulu Samirəyə vermişdir. Belə ki, həmin vaxt o, həmin əraziyə Samirə ilə birlikdə taksi avtomobili ilə getmiş və Qalibdən pulu götürərək dərhal Samirəyə vermişdir. Samirənin onu düzəldəcəyi işlə bağlı kiminləsə tanış edəcəyi üçün Gəncə şəhərinə gətirmişdir. Lakin Samirə onu heç kimlə tanış etməyərək müxtəlif bəhanələr gətirmişdir. O, Samirənin DSMF-də çalışdığını eşitsə də, bu barədə dəqiq bir məlumatı yoxdur. Samirənin onları aldatmayacağını güman edərək köməklik xatirinə Əsədə bu barədə bildirmişdir. Sonradan Samirə onu da aldatmış və 1000 manat pulunu ələ keçirmişdir. O, Samirənin dələduz olmasını bilməmiş, Samirənin özü ona boyundan asılan vizitkart və bir neçə dəqiq bilmədiyi vəsiqə göstərərək Daşkəsən rayonunda DSMF-nin işçisi olduğunu demiş və onu inandırmışdır. Hazırda isə Samirə yalan danışır və pulunu qaytarmamaq üçün özünü müdafiə edir. Samirə onun 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O, Samirənin dediyi şəxsləri tanımır və onları heç vaxt görməmişdir. Samirə Əsədin pensiya işini Şəmkir rayonunda çalışan Fəridə həkim vasitəsilə düzəldəcəyini və pulu da Fəridəyə verəcəyini bildirmişdir. Həmin vaxt o, kənarda dayanmış, Samirə özü qeydiyyat yerinə yaxınlaşmış, tibb bacısı ilə nə isə danışmış və sonradan Əsədi çağırıb onlara heç bir söz demədən ondan qan nümunəsi götürmüşdür. Samirə ona heç bir manat da pul verməmişdir. Əsəd ona 2450 manat deyil, 2500 manat bir, 500 manat da bir pul vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin əvəzi ödənilməmişdir, əksinə təqsirləndirilən şəxslə telefon danışıqları zamanı Samirə onu təhqir edərək pulunu qaytarmayacağını bildirmiş, ona hədə qorxu gəlmişdir. Buna görə də Samirəyə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Tərtər rayonunun Seydimli kəndində yerləşən evdə ailə üzvləri ilə birgə yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 onun oğludur. Təqsirləndirilən şəxs isə əmisinin oğlu İlyasın gəlinidir. 2019-cu ilin may ayında yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs oraya gəlmiş,həmin vaxt həmkəndlisi Əsəd də onların evində olmuşdur. Həmin vaxt Əsəd pensiya düzətməsi üçün Samirəyə 2500 manat pul vermişdir. Bundan başqa, oğlu X6 işə düzəltməsini xahiş etdiyi üçün Samirə Qurbandan bunun müqabilində 1500 manat pul istəmişdir. Oğlu həmin məsələ ilə bağlı Gəncə şəhərində olarkən ona zəng edərək Gəncə şəhərinə 1000 manat pul göndərməyini istəmişdir. O, həmin pulu güc-bəla ilə düzəldib Qalib adlı taksi sürücüsü vasitəsi ilə Gəncə şəhərinə göndərmişdir. Həmin pulu göndərməkdə məqsədi pulun Samirəyə çatması və bunun müqabilində Samirənin oğlunu işə düzəltməsi olmuşdur. Həmin pulu oğluna çatdırması üçün arvadı Fəridə və gəlini Afət taksi sürücüsü olan Qalibə vermişlər. Lakin Samirə vədinə əməl etməyib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır, hazırda da yoxdur. Əsəd ilk dəfə 2500 manat pulu onun evində Samirəyə vermiş, sonradan geri qalan 500 manatın da Gəncə şəhərində Samirəyə verildiyini öyrənmişdir. Samirə həkim işləyən xalasının DSMFdə çalışan Fəridə adlı qudası vasitəsi ilə pensiya düzəldəcəyini bildirmiş və pulu da həmin şəxsə verəcəyi adı ilə almışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Qurban onun oğludur. Təqsirləndirilən şəxs onun əri Əlifin əmisi oğlu İlyasın gəlinidir. 2019-cıı ilin may ayında yaşadıqları evdə olarkən Təqsirləndirilən şəxs onların yaşadığı evə gəlmiş, həmin vaxt kəndçiləri Əsəd də onların evində olmuşdur. Həmin vaxt Əsəd pensiya düzəltməsi üçün Samirəyə onların evində 2500 manat pul vermiş, bundan başqa, oğlu Qurban Samirədən onun işə düzəltməsini xahiş etdiyi üçün Samirə ondan bunun müqabilində 1500 manat pul istəmişdir. Oğlu Qurban həmin məsələ ilə bağlı Gəncə şəhərində olarkən onlara zəng edərək 1000 manat pul göndərmələrini bildirmiş, həmin pulu güc-bəla ilə düzəldib Qalib adlı taksi sürücüsü vasitəsi ilə Gəncə şəhərinə göndərmişlər. Həmin pulu göndərməkdə məqsədləri pulun Samirəyə çatması və bunun müqabilində Samirənin oğlunu işə düzəltməsi olmuşdur. Lakin, Samirə öz vədinə əməl etməyib pulu ələ keçirmiş, oğlunu işə düzəltməyib onları aldatmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 əridir. Təqsirləndirilən şəxs qayınatası Əlifin əmisioğlunun gəlinidir. 2019-cıı ilin may ayında yaşadıqları evdə olarkən Təqsirləndirilən şəxs onların yaşadığı evə gəlmiş, həmin vaxt kəndçiləri Əsəd də onların evində olmuşdur. Həmin vaxt Əsəd pensiya düzəltməsi üçün Samirəyə onların evində 2500 manat pul vermiş, bundan başqa, əri Qurban Samirədən onun işə düzəltməsini xahiş etdiyi üçün Samirə ondan bunun müqabilində 1500 manat pul istəmişdir. Əri Qurban həmin məsələ ilə bağlı Gəncə şəhərində olarkən onlara zəng edərək 1000 manat pul göndərmələrini bildirmiş, həmin pulu güc-bəla ilə düzəldib Qalib adlı taksi sürücüsü vasitəsi ilə Gəncə şəhərinə göndərmişlər. Həmin pulu göndərməkdə məqsədləri pulun Samirəyə çatması və bunun müqabilində Samirənin ərini işə düzəltməsi olmuşdur. Lakin, Samirə öz vədinə əməl etməyib onları aldatmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Tərtər rayonu, Seydimli kəndində Su-Kanal İdarəsinin işçisidir. Təqsirləndirilən şəxs qardaşı Aqilin arvadıdır. Aqil Rusiya Federasiyasında olduğundan Samirə və övladları Gəncə şəhərində yaşayırlar. Samirə heç yerdə işləmir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun həmkəndlisidr. Onları uzun illərdir ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilik münasibətləri yoxdur. Həmçinin Zərərçəkmiş şəxs2 onunla qohumdur. Samirə hərdənbir Tərtər rayonu, Seydimli kəndində yaşadığı evə gəlib-gedirmiş. Lakin çoxdandır ki, Samirə həmin kəndə gəlmirmiş. 2019-cu ilin payız aylarında Qurban söhbət əsnasında Əsədin Samirənin vasitəsilə özünə əlillik dərəcəsi və təqaüd düzəltdirdiyini demişdir. Bunun üçün Əsəd, Samirəyə 3000 manat pul vermişdir. O, Qurbanın bu sözünə inanmamışdır. Belə ki, Samirənin heç bir yerdə işləmədiyini bilirmiş. Ona görə də, onun əlillik dərəcəsi düzəltməsi inandırıcı gəlməmiş, sonradan bu barədə Əsəddən soruşanda Əsəd ona Samirəyə verdiyi pulu geri aldığını və təqaüd düzəltdirməkdən imtina etdiyini demişdir. O isə Əsədin onu aldatmaq üçün belə dediyini fikirləşmişdir. Belə ki, Samirə Əsədə bu məsələ barədə heç kimin, o cümlədən onun və qayınatasının bilməməsini tapşırmışdır. Qeyd etdiyi situasiya təxminən 2019-cu ilin payız aylarında baş vermişdir. 2019-cu ilin noyabr ayında Samirə ona zəng edərək Aqilə pensiya düzəltdiyini, bunun üçün onun Rusiyada olan qardaşı Aqilin əvəzinə Gəncə şəhərində qan analizi verməli olduğunu demişdir. Samirə həmçinin Əsədə də pensiya düzəltdiyini, bunun üçün Əsədin də Gəncə şəhərinə gəlməli olduğunu, lakin Əsəd Gəncə şəhərini tanımadığı üçün onun da Əsədlə birgə Gəncəyə gəlməyini xahiş etmişdir. O, razılaşdıqdan bir neçə gün sonra Əsədlə birgə Gəncə şəhərinə yola düşmüşlər. Əsəddən nə üçün əvvəl onu aldatdığını, Samirədən pulunu geri almasını bildirdiyini soruşduqda bunu Samirənin istədiyini bildirmişdir. Gəncə şəhərinə çatdıqda Samirənin istəyi ilə Gəncə şəhər 3 saylı TTYX-yə getmişlər. Samirə onlarla görüşüb onları xəstaxanaya aparmış və orada Samirə kiminləsə söhbət edib onlara heç bir açıqlama vermədən Şəmkir rayonuna getməli olduqlarınıbildirmişdir. Tanımadığı taksi avtomobili ilə Şəmkir rayonuna getmişlər. Orada xatırlamadığı bir xəstəxananın qarşısında dayanmışlar. Samirə taksidən düşüb təkcə xəstəxananın həyətinə daxil olub bir neçə dəqiqə sonra geri qayıdaraq taksiyə əyləşmişdir. Onlar yenidən Gəncə şəhərində 3 saylı TTYX-yə qayıtmalı olmuşlar. Samirə Gəncə şəhərində 3 saylı TTYX-yə daxil olub yenə kiminləsə söhbət etmiş və geri qayıdıb Əsədə pensiya məsələsinin düzəldiyini, lakin Əsədin nə kredit, nə də sürücülük vəsiqəsi ala bilməyəcəyini demişdir. Əsəd isə öz narazılığını bildirib Samirədən pulunu, yəni 3000 manatı geri tələb etmişdir. Samirə isə sonra bu barədə danışacaqlarını bildirmişdir. Sonra Samirənin evinə getmişlər. Orada Samirə 3000 manat pulu Fəridə adlı həkimə verdiyini və geri qaytaracağını demişdir. O, Əsədlə birgə Tərtər rayonuna qayıtmışlar. Samirənin heç bir yerdə çalışmadığını bildiyindən əlillik dərəcəsi təyin etmək səlahiyyətində olmadığına əmin olmuşdur. Əsəd ona Samirədən pulunu geri aldığını desə də, bir müddət sonra bunun yalan olduğunun üstü açılmışdır. Gəncə şəhərinə qan verməyə gəldikdə Samirə bir nəfər Fəridə adlı həkimin vasitəsi ilə bunu həll edəcəyini bildirdiyi üçün həmin həkim kimdirsə bunu edə biləcəyini düşünüb Əsədə Samirənin əlillik dərəcəsi təyin etmək səlahiyyətində olmadığı barədə heç nə deməmişdir. Əsəd Samirəyə onun yanında pul verməmişdir. Qardaşı Aqil sağlamdır. Aqillə uzun müddətdir danışmadığından Aqilin bu işlərdən xəbəri olub-olmadığını bilmir. Samirə Gəncə şəhərinə gəlib Aqilin yerinə qan verməli olduğunu dedikdə məsələnin dərinliyinə getmədən Samirə ilə razılaşmışdır. Buna baxmayaraq, heç kimin yerinə qan analizi verməmişdir. Fəridə adlı həkimi və Samirənin xalasını tanımır, görməmişdir. Sadəcə sonradan Samirənin həmin həkimin vasitəsi ilə əlillik təyin etdirəcəyini bilmişdir. Fikrət və Mirata adlı şəxsləri tanımır. Zərərçəkmiş şəxs2, Samirəyə 1000 manat pul verməsi məsələsindən xəbərdardır. Bunu ona Qurban demişdir. Ancaq özü bunun şahidi olmamışdır. Qurbanın dələduzluqda əlinin olub-olmamasını, yəni Samirənin dələduzluq edəcəyini əvvəlcədən bilib-bilməməsini deyə bilməz. Samirənin əlillik düzəltmək iqtidarında olmadığını bilsə də, kiminsə vasitəsilə düzəldə biləcəyini düşünmüş, ona görə də, özü də Samirəyə inanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, özünə məxsus, VAZ 21015 minik markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs2 həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır, hal-hazırda da yoxdur. İki il əvvələdək Tərtər rayonu, Seydimli kəndində yaşamışdır, son iki ildir ki, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış yaşayış evinə köçmüşdür. Ona görə də, Qurbanın anası Fəridəni və həyat yoldaşını tanıyır. 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığım tarixdə Tərtər rayonunun mərkəzində idarə etdiyi avtomobillə olarkən Qurbanın anası Fəridəni və həyat yoldaşını görmüşdür. Olara yaxınlaşaraq nə köməklik lazım olduğunu soruşduqda Fəridə ona Qurbana pul və torba göndərməli olduğunu demişdir. Gəncə şəhərinə müştəri aparmalı olduğundan Fəridəyə pulu və torbanı Qurbana çatdıra biləcəyini demişdir. Fəridədən müxtəlif əskinaslardan ibarət 1000 manat pulu və içərisində nə olduğunu bilmədiyi 1 ədəd bazar torbasını götürüb Qurbanla mobil telefonla danışaraq Gəncə şəhərinə yola düşmüşdür. Gəncə şəhərinə gətirdiyi müştərilərin ikisini şəhərin girişində olan avtovağzalda düşürdükdən sonra Gəncə şəhərinə daxil olub “Əllərin dairəsi” adlanan ərazisinin yaxınlığında Qurbanla görüşərək Qurbana həmin 1000 manatı və torbanı vermişdir. Həmin vaxt Qurban oraya VAZ 2107 markalı, ağ rəngli, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobili ilə gəlmişdir. Taksinin içərisində tanımadığı sürücüdən başqa iki ildir tanıdığı, qardaşının qızının əri Zamikin qardaşının arvadı Təqsirləndirilən şəxs olmuşdur. O, Qurbana 1000 manat pulu verərkən Samirə də orada olmuşdur. Samirənin orada olmaması barədə dedikləri yalandır. O, Samirəni, Samirə də onu yaxşı tanıyır və dəfələrlə kənddə bir-birilərini görmüşlər. Bundan sonra o, Tərtər rayonuna qayıtmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində, ünvanını dəqiq bilmədiyi evdə kirayədə yaşamış, hazırda başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyinə görə Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayından tanıyır. Belə ki, 2020-ci ilin xatrılamadığı vaxtında yolda Qurbanla tanış olmuşdur. X5rşı Mübarizə İdarəsində işlədiyini demişdir. Qurban isə ona problemi olduğunu, Samirə adlı şəxsin onun pulunu alıb mənimsədiyini bildirmiş və köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, Samirə ilə əlaqə saxlayıb Gəncə şəhərində görüşmüş, özünü İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Daha sonra Samirə ilə aralarında yaxın münasibət olmuşdur. Samirənin Tərtər rayonundan olan bir nəfər şəxsin 3000 manat pulunu alaraq həmin şəxsə pensiya düzəldəcəyini vəd etdiyini öyrənmişdir. Sonradan həmin məsələ baş tutmadığından Samirədən həmin pulu tələb etdiklərini öyrənmişdir. Pulu qaytarmadığı üçün Samirəni çox sıxışdırdıqlarını görüb 2020-ci ilin sentyabrında Samirə ilə birgə Qurbanın Tərtər rayonunda olan evinə getmişlər. Orada özünü dövlət işçisi kimi təqdim edib şikayətləri əsasında araşdırma apardığını, Samirənin pulu qaytarması üçün vaxt vermələrini istəmiş, həmin vaxt Qurbangilin izahatını almışdır. Samirə ilə aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Samirə ilə aralarında yaxın münasibət olduğundan və Qurbangilin Samirəni çox sıxışdırdığını görüb onu qorumağa çalışmışdır. Samirə ona Qurbana və ya Əsədə qaytarması üçün pul verməmişdir. Samirə ona müəyyən məbləğdə pul versə də bu pulun Qurbanın işinə aidiyyəti olmamışdır. Samirə pensiya düzəltmək üçün həmin pulu alarkən Samirəni tanımamış, həmin hadisəyə şahid olmamışdır. Əsədi tanımır və heç vaxt görməmişdir. Qurbanı isə qeyd edilən məsələ ilə bağlı tanıyır və aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Qurbanın Samirəyə 1000 manat pul verməsi barədə heç bir məlumatı yoxdur. Onun ləqəbi Mirata olduğu üçün bir çox şəxs, o cümlədən Samirə ona “Mirata” deyə müraciət etmişdir. İş materiallarında olan bir ədəd CD diskə baxış keçirilmiş və müəyən edilmişdir ki, həmin CD diskdə üç ədəd səs faylı mövcuddur. “AUD20201022-WA0000” səs faylında bir nəfər qadın Əsəd adlı şəxsə müraciət edərək özünün və xalasının Fəridə adlı həkimlə, sonuncunun isə Bakı şəhərində baş həkimlə danışdığını, ayın 28-i günü onun pulunun çatacağını, əgər həmin vaxta pul çatmasa onun gəlib Qurbanın evində necə ki, pulunu almışdır, 5000 pul sayıb verəcəyini, Qurbanı və başqa şəxsləri bu işə qarışdırmamasını xahiş edir. “AUD20201022 WA0001” səs faylında bir nəfər qadın Qurbana müraciət edərək nə bilirsə etməsini, heç kəsdən qorxmadığını və evdən qaçmadığını bildirir. “AUD20201022 WA0002” səs faylında bir nəfər qadın Qurbana müraciət edərək pulun 1200 manatının qaytarılması üçün ona təklif edildiyini, lakin pulu götürmədiyini, 3000 manatı bütövlükdə alıb qaytaracağını, Qurbanın onun başına oyun açdığı kimi digərinin başına da oyun açdığını düşündüyünü bildirərək ardınca təhqiramiz ifadələrlə gedib nə istəyirlərsə edə biləcəklərini deyir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin səslərin ona məxsus olduğunu və onun tərəfindən zərərçəkmiş şəxslərə ünvanlandığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə vəəldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmişəməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu iləözgəəmlakınıələ keçirmə və ya əmlak hüquqlarınıəldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakıələ keçirərkən və ya əmlak hüquqlarıəldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakıələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 heç bir pul almaması barədə ifadəsi Zərərçəkmiş şəxs2 ilə yanaşı şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid1 ifadələri ilə təkzib olunur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunu guya Fəridə adlı həkimə verməsi ilə bağlı ifadəsi ibtidai istintaq zamanı araşdırılmış, verilmiş əməliyyat tapşırığı nəticəsində Təqsirləndirilən şəxs ilə hər hansı tanışlıq və qohumluq əlaqələri olan və Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tabe qurumlarda çalışan Fəridə və Mətanət adlı şəxslərin olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında da təqsirləndirilən şəxs adını çəkdiyi şəxslərin soyadı, ata adı, hansı qurumda və vəzifədə çalışmaları barədə məlumat verə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs dələduzluq cinayətinin törədilməsi üçün qeyd edilən adları özündən uydurmuşdur. Təqsirləndirilən şəxs Vahid qızının Zərərçəkmiş şəxs1 aldığı pulun bir qismini qaytarmaq məqsədilə Şahid6 verməsi barədə verdiyi ifadə isə Şahid6 ifadəsi ilə təkzib olunur. Beləliklə, məhkəmə iclasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ona pensiya düzəldəcəyinə və Zərərçəkmiş şəxs2 işə düzəldəcəyinə yalandan vəd verərək aldadıb onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə hər iki zərər çəkmiş şəxsə maddi ziyan vurması tam təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən heç birinə vurulmuş ziyanın heç bir hissəsini ödəməmişdir. Həmçinin, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında barışıq əldə olunamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnun barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Şəxsiyyəti təsdiq edən sənədərin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Aqil Abbasovla evliliyindən 22.03.2004-cü il təvəllüdlü Abbasova Məhəbbət, 15.05.2011-ci il təvəllüdlü Abbasova Firuzə, 19.02.2012-ci il təvəllüdlü Abbasov Hüseyn və 22.03.2014-cü il təvəllüdlü Abbasov Hikmət adlı dörd uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsnun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxslərə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmədiyini, təqsirləndirilən şəxsin öz əməlinə tənqidi münasibət bəsləməməsini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ digər cəzalardan birinin təyin edilməsi, eləcə də cəzanın şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət olmamaqla təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğun deyildir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini ədalətli və qanuni hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, həmin cəza sanksiya çərçivəsində aşağı həddə təyin edilməlidir. İş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 1(004)-59/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında qətimkan” tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdə saat 12 radələrində könüllü olaraq özünü Kəpəz RPİ-nə təqdim etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcidxanasına köçürülməsi üçün Gəncə şəhər BPi-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 11.03.2021-ci il tarixdə həbs edilərək məhkəmənin hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcidxanasına daxil olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-59/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbyacan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs qızının həbsdə (ev dustaqlığında) saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmalıdır. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs qızı dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı başlananadək iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu zərərin əvəzi qismində 1000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək tələb olunan məbləğin Zərərçəkmiş şəxs2 şəxsi mülahizələrinə söykəndiyini, onun Qurbana borcu olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli olaraq törətdiyi hüquqazidd əməl nəticəsində Zərərçəkmiş şəxs2 1000 manat məbləğində pul alması öz təsdiqini tapdığından mülki iddia təmin edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə (ev dustaqlığında) saxanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 1000 (bir min) manat pul alınaraq Zərərçəkmiş şəxs2 verilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-59/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-59/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver