Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-6/2021 12.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və X2 iştirakı ilə, xx xxxx 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkum edilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 1-ci döngə, ev 21A-da qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi ev 6, mənzil 4-də qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq məhkəmə müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanında yerləşən “Aşpava” kişi salonununa giriş qapısının kilidini açmaqla salona qanunsuz daxil olaraq solunun içərisindən sonuncuya məxsus olan 1 ədəd 200 manat dəyərində 24-lük “Otympia Classic TT916 sport” markalı velosipedi, şkafın dolabından 1 ədəd 15 manat dəyərində saçqırxan maşını və 150 manat məbləğində nağd pulunu ümumilikdə 365 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlədiyi Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsində yerləşən "Abad” ticarət mərkəzinin nəznində olan "Nur market” adlı mağazanın qapısını sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq oradan 1 qutusu 3 manat olan 42 qutu 126 manat dəyərində Kent 1 markalı nazik siqaretləri, 1 qutusu 3 manat olan 50 qutu 150 manat dəyərində Kent 4 markalı nazik siqaretləri, 1 qutusu 3 manat olan 20 qutu 60 manat dəyərində Kent 4 markalı qalın siqaretləri, 1 qutusu 3 manat olan 10 qutu 30 manat dəyərində Kent 8 markalı qalın siqaretləri, 1 qutusu 2,80 manat olan 15 qutu 42 manat dəyərində Vinston markalı nazik siqaretləri, 1 qutusu 1,80 manat olan 10 qutu 18 manat dəyərində Vest markalı qalın siqaretləri, 1 qutusu 1,80 manat olan 20 qutu 36 manat dəyərində Vest markalı kompakt siqaretləri, 1 qutusu 1,60 manat olan 35 qutu 56 manat dəyərində Klassik markalı siqaretləri, 1 qutusu 1,40 manat olan 25 qutu 35 manat dəyərində Prima markalı siqaretləri, 1 qutusu 1,50 manat olan 15 qutu 22,5 manat dəyərində Agro markalı nazik siqaretləri, 1 qutusu 1,50 manat olan 6 qutu 9 manat dəyərində Agro markalı qalın siqaretləri, 1 qutusu 1,60 manat olan 20 qutu 32 manat dəyərində Viceroy markalı siqaretləri, 1 qutusu 2 manat olan 10 qutu 20 manat dəyərində Rontmans markalı siqaretləri, 1 qutusu 1,40 manat olan 10 qutu 14 manat dəyərində Palmal markalı siqaretləri, 1 qutusu 2 manat olan 5 qutu 10 manat dəyərində LD markalı nazik siqaretləri, 1 qutusu 2 manat olan 10 qutu 20 manat dəyərində LD markalı kompakt siqaretləri, 1 qutusu 1,20 manat olan 15 qutu 18 manat dəyərində Magna markalı nazik siqaretləri, 1 qutusu 1,20 manat olan 10 qutu 12 manat dəyərində Magna markalı kompakt və nazik siqaretləri, 1 qutusu 1,20 manat olan 10 qutu 12 manat dəyərində Vant markalı nazik siqaretləri, 1 qutusu 1,20 manat olan 5 qutu 6 manat dəyərində Vant markalı qalın siqaretləri, 1 qutusu 1 manat olan 20 qutu 20 manat dəyərində Bakı markalı siqaretləri, 1 qutusu 1 manat olan 20 qutu 20 manat dəyərində Azəri markalı siqaretləri, 90 manat məbləğində nağd pulunu ümumilikdə 858 manat 50 qəpik dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddətdə dəqiq günü istintaqa məlum olmayan tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 mənzil 1 ünvanında yerləşən yaşayış evinə hasarından aşaraq evin həyətinə qanunsuz daxil olub üzü həyət tərəfə baxan nəfəslikdən evin içərisinə qanunsuz daxil olaraq oradan 1 dəst 45 manat dəyərində “Karaca” markalı yataq dəstini, 1 ədəd 80 manat dəyərində “Karaca” markalı qaşıq-çəngəl-bıçaq dəstini, 1 dəstinin dəyəri 70 manat olan 2 dəst 140 manat dəyərində “Madam Coco” markalı yataq dəstini, 1 ədəd 50 manat dəyərində “Battega Home” markalı yataq örtüyünü, 1 dəst 65 manat dəyərində “Battega Home” markalı yataq dəstini, 1 ədədinin dəyəri 20 manat olan 4 ədəd 80 manat dəyərində 70x140 sm ölçülü “Madam Coco” markalı hamam dəsmallarını, 1 ədədinin dəyəri 30 manat olan 2 ədəd 60 manat dəyərində “Karaca” markalı hamam dəsmallarını, 1 ədədinin dəyəri 5 manat olan 4 ədəd 20 manat dəyərində əl-üz dəsmallarını, 1 ədəd 25 manat dəyərində İtalya istehsalı olan sadə ağ pastel dəstini, 1 ədəd 25 manat dəyərində İtalya istehsalı olan güllü ağ pastel dəstini, 1 ədəd 15 manat dəyərində dəsmal dəstini, 1 ədəd 40 manat dəyərində hamam xalatını, 1 ədəd 3 manat dəyərində ağ rəngli dəsmal dəstini, 1 ədəd 50 manat dəyərində “Boch” markalı ət çəkən maşını, 1 ədəd 15 manat dəyərində “Vitek” markalı mikseri, 1 ədəd 15 manat dəyərində “Panasonic” markalı blenderi, 1 ədəd 20 manat dəyərində “Boch”markalı qəhvəüyüdəni, 1 ədəd 25 manat dəyərində çaynik dəstini, 1 ədəd 15 manat dəyərində “Madam coco” markalı saxlama qabını, 1 ədəd 20 manat dəyərində bıçaq dəstini, 1 ədəd 80 manat dəyərində Paul Andrev markalı kişi paltosunu, 1 ədəd 150 manat dəyərində dəri qadın gödəkçəsini, 1700 manat dəyərində müxtəlif markalı və çeşidli uşaq geyimlərini, 1 ədəd 25 manat dəyərində “TAO” markalı qırmızı rəngli uşaq gödəkçəsini, 1ədəd 15 manat dəyərində Tuc markalı ağ rəngli uşaq üçün qısaqol koftanı, 1 ədəd 30 manat dəyərində Dolce Gabbana markalı uşaq ayaqqasını, 1 ədəd 25 manat dəyərində çəhrayı rəngli uşaq ayaqqasını, 1 ədəd 15 manat dəyərində üzərində canavar şəkli olan ağ rəngli uzunqol koftanı, 1 ədəd 15 manat dəyərində çəhrayı rəngli “İ next” markalı uşaq donunu, 1 ədəd 25 manat dəyərində “Monalisa” markalı uşaq paltar dəstini, 1 ədəd 10 manat dəyərində ağ-qara zolaqlı yataq örtüyünü, 1 ədəd 25 manat dəyərində “Simonetta” markalı ağ rəngli uşaq donunu, 1 ədəd 35 manat dəyərində krem rəngli uşaq gödəkçəsini, 1 ədəd 150 manat dəyərində Rusif markalı akumlyator direli götürərək evin həyətinə yığmışlar, daha sonra evin zirzəmisinə evdən tapdığı açardan istifadə etməklə qanunsuz daxil olaraq oradan 1 ədəd 150 manat dəyərində elektrik taxta mişarı, 1 ədəd 100 manat dəyərində Rusif markalı böyük ölçülü dreli, 1 ədəd 50 manat dəyərində kiçik laqonda aparatını, 10 manat dəyərində elektirik yuvası olan naqili, evin həyətindən 1 ədəd 60 manat dəyərində inşaat arabasını ümumilikdə 3478 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixə keçən gecə Gəncə şəhər, Kəpəz rayonu, V.Xuluflu küçəsi “Qrand Qafqaz” ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs4 icarəyə götürüb işlətdiyi “Mənsumə” dini əşyalar satılan mağazanın qarşısına getmiş, Təqsirləndirilən şəxs2 mağazanın qarşısında dayanaraq ətrafı müşahidə etmiş, o, mağazanın pəncərəsini açaraq mağazaya qanunsuz daxil olub oradan 1 ədədinin dəyəri 25 manat olan 4 ədəd 100 manat dəyərində gümüş materialdan olan qolbağıları, 1 ədəd 350 manat dəyərində “Maxtor” markalı 160 GB-lik video müşahidə kamerasının divyarını, 1800 manat məbləğində nağd pulu, ümumilikdə 2250 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddətdə dəqiq günü istintaqa məlum olmayan tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 mənzil 1 ünvanında yerləşən yaşayış evinə hasarından aşaraq evin həyətinə qanunsuz daxil olub üzü həyət tərəfə baxan nəfəslikdən evin içərisinə qanunsuz daxil olaraq oradan 1 dəst 45 manat dəyərində “Karaca” markalı yataq dəstini, 1 ədəd 80 manat dəyərində “Karaca” markalı qaşıq-çəngəl-bıçaq dəstini, 1 dəstinin dəyəri 70 manat olan 2 dəst 140 manat dəyərində “Madam Coco” markalı yataq dəstini, 1 ədəd 50 manat dəyərində “Battega Home” markalı yataq örtüyünü, 1 dəst 65 manat dəyərində “Battega Home” markalı yataq dəstini, 1 ədədinin dəyəri 20 manat olan 4 ədəd 80 manat dəyərində 70x140 sm ölçülü “Madam Coco” markalı hamam dəsmallarını, 1 ədədinin dəyəri 30 manat olan 2 ədəd 60 manat dəyərində “Karaca” markalı hamam dəsmallarını, 1 ədədinin dəyəri 5 manat olan 4 ədəd 20 manat dəyərində əl-üz dəsmallarını, 1 ədəd 25 manat dəyərində İtalya istehsalı olan sadə ağ pastel dəstini, 1 ədəd 25 manat dəyərində İtalya istehsalı olan güllü ağ pastel dəstini, 1 ədəd 15 manat dəyərində dəsmal dəstini, 1 ədəd 40 manat dəyərində hamam xalatını, 1 ədəd 3 manat dəyərində ağ rəngli dəsmal dəstini, 1 ədəd 50 manat dəyərində “Boch” markalı ət çəkən maşını, 1 ədəd 15 manat dəyərində “Vitek” markalı mikseri, 1 ədəd 15 manat dəyərində “Panasonic” markalı blenderi, 1 ədəd 20 manat dəyərində “Boch”markalı qəhvəüyüdəni, 1 ədəd 25 manat dəyərində çaynik dəstini, 1 ədəd 15 manat dəyərində “Madam coco” markalı saxlama qabını, 1 ədəd 20 manat dəyərində bıçaq dəstini, 1 ədəd 80 manat dəyərində Paul Andrev markalı kişi paltosunu, 1 ədəd 150 manat dəyərində dəri qadın gödəkçəsini, 1700 manat dəyərində müxtəlif markalı və çeşidli uşaq geyimlərini, 1 ədəd 25 manat dəyərində “TAO” markalı qırmızı rəngli uşaq gödəkçəsini, 1ədəd 15 manat dəyərində Tuc Tuc markalı ağ rəngli uşaq üçün qısaqol koftanı, 1 ədəd 30 manat dəyərində Dolce Gabbana markalı uşaq ayaqqasını, 1 ədəd 25 manat dəyərində çəhrayı rəngli uşaq ayaqqasını, 1 ədəd 15 manat dəyərində üzərində canavar şəkli olan ağ rəngli uzunqol koftanı, 1 ədəd 15 manat dəyərində çəhrayı rəngli “İ next” markalı uşaq donunu, 1 ədəd 25 manat dəyərində “Monalisa” markalı uşaq paltar dəstini, 1 ədəd 10 manat dəyərində ağ-qara zolaqlı yataq örtüyünü, 1 ədəd 25 manat dəyərində “Simonetta” markalı ağ rəngli uşaq donunu, 1 ədəd 35 manat dəyərində krem rəngli uşaq gödəkçəsini, 1 ədəd 150 manat dəyərində Rusif markalı akumlyator direli götürərək evin həyətinə yığmışlar, daha sonra evin zirzəmisinə Təqsirləndirilən şəxs1 evdən tapdığı açardan istifadə etməklə qanunsuz daxil olaraq oradan 1 ədəd 150 manat dəyərində elektrik taxta mişarı, 1 ədəd 100 manat dəyərində Rusif markalı böyük ölçülü dreli, 1 ədəd 50 manat dəyərində kiçik laqonda aparatını, 10 manat dəyərində elektirik yuvası olan naqili, evin həyətindən 1 ədəd 60 manat dəyərində inşaat arabasını ümumilikdə 3478 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixə keçən gecə Gəncə şəhər, Kəpəz rayonu, V.Xuluflu küçəsi “Qrand Qafqaz” ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs4 icarəyə götürüb işlətdiyi “Mənsumə” dini əşyalar satılan mağazanın qarşısına getmiş, o, mağazanın qarşısında dayanaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 mağazanın pəncərəsini açaraq mağazaya qanunsuz daxil olub oradan 1 ədədinin dəyəri 25 manat olan 4 ədəd 100 manat dəyərində gümüş materialdan olan qolbağıları, 1 ədəd 350 manat dəyərində “Maxtor” markalı 160 GB-lik video müşahidə kamerasının divyarını, 1800 manat məbləğində nağd pulu, ümumilikdə 2250 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı elan olunmuş ittiham üzrə özlərini tam təqsirli bildilər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, pula ehtiyacı olduğu üçün xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Dubay bazarında Nur market adlanan mağazanın giriş qapısından qıfılın kilidini sındırıb mağazaya daxil olmuşdur. Mağazadan 70 manat kağız pul və 20 manata yaxın qəpik pulları və müxtəlif markalı siqaretləri oğurlayıb həmin günü Abbas Səhhət xəstəxanası tərəfdə olan “Rza” market mağazanı işlədən Səbuhi adlı tanışına siqaretləri çörək payladığı mağazalardan borcun əvəzinə aldığını bildirərək Səbuhiyə 100 manata satmışdır. Bundan sonra o, xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhər Şeyxzamanov küçəsində gecə gəzən zaman orada olan kişi salonunun qapısının yanında velosipedi görmüş, o, həmin velosipedi oğurlamaq qərarına gəlmişdir. Qapının kilidini açıb salonun içərisinə daxil olmuş, salondakı şkafların siyirmələrini axtarmağa başlamış, salondakı siyirmələrdən birinin içərisindən 150 manat pul və bir ədəd saç kəsən aparatı götürdükdən sonra çıxıb qapının yanında olan velosipedi götürüb sürüb getmişdir. 150 manat pulu öz ehtiyaclarına sərf etmiş və saç kəsən maşınıda heç kimə sata bilməyəcəyi üçün zibilliyə atmışdır. Velosipedi isə yaşadığı evdə saxlamışdır. Həmin velosipedi istintaqa təqdim etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etmişdir. Usub onun tanışı Təqsirləndirilən şəxs2 qonşusu olmuşdur. 2019-cu ilin oktyabr ayının dəqiq gününü xatırlamadığı tarixdə Hüseyn ona qonşusu Usubgilin evində heç kim olmadığını bildirmişdir. Hüseyn ona həmin evə girib oradan oğurluq etməyi təklif etmiş, o da Hüseyn ilə razılaşmış, Hüseyn ona bu təklifi edəndən təxminən 10-15 gün sonra o, Hüseynlə bir yerdə olanda Usubun evinə girib oğurluq etmək fikrinə düşmüşdür. Usub Hüseyngilin qonşusu olduğu üçün Hüseyn Usubgilin evdə olmadıqlarını bildirmiş, Hüseyn ona Usub və ailə üzvlərinin Bakı şəhərində yaşadıqlarını demişdir.Onlar 2019-cu ilin tarixi dəqiq yadında qalmadığı gün təxminən saat 04 radələrində Usubgilin evinin qarşısına gəlmiş, həmin ev Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin inzibati binasının qarşısında yerləşir.Evin darvazası və betondan hasarı olduğu üçün divarın üstünə çıxıb oradan Hüseyn ilə evin həyətinə daxil olmuş, evin həyətinə daxil olduqdan sonra evin içərisinə girmək üçün qapıları yoxlamış, qapıların ikisi də bağlı olmuşdur. Evin həyətində olan stullardan birini götürüb ayağının altına qoymuş və həmin açıq olan nəfəslikdən içəri daxil olmuşdur. Hüseyn isə onu həyətdə gözləmiş, evin yataq otağına daxil olmuş, yataq oatğında olan paltar şkafından uşaq paltarını, yataq dəstlərini, hamam və əl üz dəsmallarını, kişi paltosunu götürüb pəncərədən Hüseynə vermiş, sonra o, evin digər otağında olan şkafın sürməsindən açar tapmış, həmin açarla evin qapısını açmışdır. Bundan sonra Hüseyndə evə daxil olmuş, sonra giriş qapısının sağ tərəfində olan kiçik otaqdan ət çəkən maşın, düyü üyüdən, kofe üyüdən, blender, çəngəl bıçaq dəstləri, batareya ilə işləyən direl, çaynik dəsti və digər əşyaları Hüseyn ilə bir yerdə oğurlayıb evdən çıxıb tapdığı açarlardan biri ilə zirzəminin qapısını açmış, zirzəmidən 1 ədəd direli, 1 ədəd elektrik taxta mişarı, 1 ədəd laqonda aparatını, elektirik yuvası olan naqili oğurlamışlar. Bundan sonra 2019-cu ilin noyabr ayının dəqiq gününü xatırlamadığı vaxtda Hüseynlə Gəncə şəhəri “Qrand Qafqaz” ticarət mərkəzində dini dükandan kassadan 14 bağlama 1 manatlıq pul əskinazı, 340 manat qarışıq pul əskinazları olan nəğd pul, 4 ədəd gümüş bilərzik və müşahidə kamerasının mərkəzini oğurlamışdır. Həmin puldan 900 manatını Hüseynə vermiş, 900 manatını isə özü götürmüşdür. Gümüş bilərziklərdən üçünü özünə götürmüş, birini isə Hüseynə vermişdir. Müşahidə kamerasının mərkəzini isə Gəncə çayına atmışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri ödədiyini bildirərək əməlindən peşiman olduğunu bildirdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. İntiqamla yaxın münasibəti olmuş, aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs3 ilə qonşuluqda yaşamış, YZərərçəkmiş şəxs3lə də heç bir düşmənçilik və ədavəti olmamışdır. İntiqamla o, demək olar ki, qonşu küçələrdə yaşamış, İntiqam tez-tez onların yaşadığı küçəyə gəlibgetmişdir. Yusubun yaşadığı evdə çox vaxt yaşayış olmamış, evlərinin işığı yanmamışdır. İntiqam həmişə ondan həmin evin yiyəsinin harada olmasını soruşmuş, o da ilin çox vaxtı Bakı şəhərində yaşamasını demişdir. İntiqamın təkidi ilə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 2019-cu ilin oktyabr ayında intiqam evə daxil olaraq dəmir barmaqlıqların arasından keçə biləcək həcmdə olan paltarları, yataq dəstlərini, dəsmalları və bir ədəd akumllyatoru olan dreli dəmir barmaqlıqların arası ilə ona ötürmüş, o da evin darvazasının qarşısına sərdiyi postelin üzərinə həmin əşyaları yığmış, daha sonra İntiqam evin şkaflarının birinin içərisindən evin bütün qapılarının açarlarının bir yerə yığıldığı açar toplusunu tapmışdır. İntiqam evin giriş qapısını açmış, o da evin içərisinə daxil olmuşdur. İntiqam evin kolidoruna topa halında müxtəlif əşyalar yığmış, həmin əşyaların içərisində postel və yataq dəstləri, qaşıq, çəngəl, bıçaq dəstləri, hamam dəsmalları, əl-üz dəsmalları, hamam xalatı, ət çəkən maşın, mikser, blender, qəhvəüyüdən, çaynik dəsti, saxlama qabı, bıçaq dəsti, 1 ədəd kişi paltosu, dəri qadın gödəkçəsi, müxtəlif markalı və çeşidli uşaq geyimləri olmuşdur. Onlar köməkləşərək həmin əşyaları evin həyətinə yığmışlar. Daha sonra evdən çıxmışlar. İntiqam evdən götürdüyü topa açarlardan biri ilə zirzəminin qapısını açmış, onlar həmin zirzəmidən 1 ədəd direl, 1 ədəd elektrik taxta mişarı, 1 ədəd laqonda aparatı, elektirik yuvası olan naqili oğurlayaraq oğurladıqları bütün əşyaları evin həyətindəki arabaya yığıb evin darvazasını arxadan açaraq əşyaları İntiqamın yaşadığı evin arxa həyətinə boşaltmışlar. İntiqamın sellofan torbanın içərisində olan uşaq paltlarını və 1 ədəd kişi paltosunu istifadə etmək üçün götürmüş, arabanı çaya atmışdır. O həmin əşyalardan heç bir şey götürməmişdir. Səhərisi gün saat 12 radələrində o, İntiqamla yaşadığı evdə görüşmüş, əşyaları satmaq üçün taksi sifariş edib, həmin əşyaları pula ehtiyacları olduğu üçün satdıqlarını bildirmişlər. Dubay bazarında həmin əşyaları 830 manata sataraq İntiqamla həmin pulları bir yerdə xərcləmişlər.Bundan sonra o, 2019-cu ilin noyabr ayında İntiqamla birlikdə X7 ticarət mərkəzində yerləşən dini avadanlıqlar satılan mağazadan oğurluq etmək qərarına gəlmişlər. İntiqam mağazanın pəncərəsini özü ilə gətirdiyi vintaçandan istifadə etməklə aralayıb açmış, pəncərə aşağıya tərəf açılmışdır.İntiqam pəncərədən içəri düşmüş, o, kənarda gözləyib ətrafı müşahidə etmişdir. Təxminən İntiqam 20 dəqiqə sonra pəncərədən çölə çıxmış və pəncərəni örtmüşdür. Onlar hasardan aşıb ticarət mərkəzindən çıxmış, İntiqam 1800 manat pul, 4 ədəd gümüş bilərzik və təhlükəsizlik kamerasının yaddaşını götürmüşdür. Kameranın yaddaşını çaya atmış, 1 ədəd bilərziyi ona vermiş, digər bilərzikləri özü götürmüşdür. Pulun 900 manatını ona vermiş, 900 manatını İntiqam özü götürmüşdür. O, pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 1 ədəd bilərzik onda olmuş, istintiqa təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri ödədiyini göstərərək əməlindən peşiman olduğunu bildirdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla Gəncə şəhəri V.Xuluflu küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzində “Mənsumə” mağazasını işlədir. Hər gün mağazanı səhər saat 09 radələrində açmış, axşam saat 18 radələrində bağlamışdır. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində mağaya daxil olan zaman pəncərəsinin açıq olmasını, pəncərənin altına yığdığı əşyalarının mağazaya aşmasını görmüşdür. O, mağazanın kassasına baxış keçmrərkən kassada olan 1800 manat pulun yerində olmadığını görmüşdür. Bundan başqa mağazaya nəzər yetirən zaman kassanın yanında olan 1 ədəd 350 manat dəyərində video müşahidə kamerasının “Maxtor” markalı 160 GB-lik divarının, vitrində olan 4 ədəd hər birinin dəyəri 40 manat olan zərcirvari gümüş birlərziklərinin oğurlanmasını görmüşdür. Ona ümumilikdə oğurluq nəticəsində 2310 manat maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək, onlara dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirərək, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Şeyxzamanov küçəsi bina 10 mənzil 2-də yerləşən Aspava kişi salonunu Şahid2 ilə birlikdə icarə əsasında işlədirərək həmin salonda bərbər olaraq fəaliyyət göstərmiş, həmin obyektin açarları o və Elvində olmuş, həmçinin İbrahim Quliyev adlı şəxs onunla həmin salonda işləmiş, lakin İbrahim Quliyev adlı şəxs, hal-hazırda onunla işləməmiş və Qazaxıstan Respublikasında olmuş, xx.xx.2019-cu il tarixdə həmin işlədiyi salondan təxminən 23 radələrində çıxmış və qapını kilidlə bağlamış, təxminən saat 00:30 radələrində isə salona qayıdaraq gündəlik olaraq yemək gətirdiyi qabı götürüb yenidən salonun qapısını bağlamış və evə getmiş, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində işlədiyi Aspava salonuna gəlmiş, bu zaman iş yoldaşı Şahid2 salonda olmuş, o, salona daxil olaraq ləvazimatlarını səliqəyə salmaq üçün öz bölməsinə yaxınlaşmış, o, ətrafa göz gəzdirdikdə onun salonda saxladığı bir ədəd 24 ölçülü velosipedinin yerində olmadığını görmüş, o, iş yoldaşı Elvindən bu barədə soruşduqda Elvin də səhər 10 radələrində salona gəldiyini və Elvin gələn zamanda velosipedin orda olmadığını bildirmiş, həmçinin ona velosipedi ilə evə getdiyini zənn etdiyini demiş, o, bölməni axtaran zaman həmçinin 1 ədəd saç 400 manat dəyərində kəsən maşınının yerində olmadığını görmüş, həmçinin şkafın bölməsinə baxmış və orada olan 150 manat pulunun da götürülməsini aşkar etmiş, bu zaman ona işlədiyi Aspava salonundan oğurluq olması məlum olmuş, naməlum şəxslər salona daxil olaraq ona məxsus 400 manat dəyərində 1 ədəd göy-ağ rəngli velosipedini, 1 ədəd 400 manat dəyərində sarı rəngli saç kəsən maşınını və şkafdan 150 manat pulunu oğurlamış, bundan sonra o, DİN-in 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermiş, xx.xx.2019-cu il tarixdə 23 radələrində salondan çıxan zaman ona məxsus velosiped, saç kəsən maşınım və 150 manat nağd pulum salonda olmuş, yenidən 00:30 radələrində salona qayıdıb yemək qabını götürüb yenidən salonun qapısını kilidlə bağlayıb oradan çıxmış bu zaman isə əşyaların yerində olub-olmamasına fikir verməmiş, həmin günün sabahı isə xx.xx.2019-cu il tarixdə salona qayıdan zaman təxminən saat 14 radələrində ona məxsus velosiped, saç kəsən maşın və 150 manat nəğd pulumun oğurlanmasını aşkar etmiş, işlədikləri Aspava salonundan oğurluq olması ilə əlaqədər ona məxsus 1 ədəd 400 manat dəyərində velosiped, 1 ədəd 400 manat dəyərində saç kəsən maşın və 150 manat nəğd pul oğurlanmış və ümumilikdə ona 950 ( doqquz yüz əlli manat) maddi ziyan dəymiş, ona məxsus əmlakın oğurlanması ilə əlaqədar şübhələndiyi hər hansı bir şəxs və ya şəxslər olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ünvan 3 qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamış, o, Gəncə şəhər “Abad” ticarət mərkəzində yəni “Dubay bazarı” deyilən yerdə icarə əsasında “Nur market” adlı ərzaq və digər məsullar satılan mağazanı işlətmiş, mağazada o, özü işləmiş, həftənin bütün günü, yəni hər gün saat 06 radələrində mağazanı açıb işə başlamış, axşam saat 19 radələrinədək fəaliyyət göstərmiş, o, mağazanı asma qıfılla eyni zamanda qapının açar kilidi ilə bağlamış, xx xxxxx 2019-cu il tarixdə o, həmişəki qaydada gəlib mağazanın qapısını açaraq işinə başlamış, axşam saat 19 radələrində isə qapını bağlayaraq evinə getmiş, xx xxxxx 2019-cu il tarixdə saat təxminən 06 radələrində mağazaya gələn zaman qapı aralı vəziyyətə olduğunu, qıfılın sındırıldığını görmüş, buna görə də polisə məlumat vermişdir. Kəpəz rayon polis idarəsinin əməkdaşları gəlmiş, o, bu barədə ərizə vermiş, mağazaya nəzər yetirəndə isə mağazadan ona məxsus dəqiq sayını bilmədiyi ümumi dəyəri 800 manat olan 42 ədəd 3 manat dəyərində Kent 1 markalı nazik, 50 ədəd 3 manat dəyərində Kent 4 markalı nazik, 20 ədəd 3 manat dəyərində Kent 4 markalı qalın, 10 ədəd 3 manat dəyərində Kent 8 markalı qalın, 15 ədəd 2,80 manat dəyərində Vinston markalı nazik, 10 ədəd 1,70 manat dəyərində Vest markalı qalın, 20 ədəd 1,90 manat dəyərində Vest markalı kompakt, 35 ədəd 1,60 manat dəyərində Klassik markalı, 25 ədəd 1,40 manat dəyərində Prima markalı, 15 ədəd 1,40 manat dəyərində Agro markalı nazik, 6 ədəd 1,20 manat dəyərində Agro markalı qalın, 20 ədəd 1,90 manat dəyərində Viceroy markalı, 10 ədəd 1,90 manat dəyərində Rontmans markalı, 10 ədəd 1.90 manat dəyərində Pal-mal markalı, 5 ədəd 2,40 manat dəyərində LD markalı nazik, 10 ədəd 2,20 manat dəyərində LD markalı kompakt, 15 ədəd 1,60 manat dəyərində Magna markalı nazik, 10 ədəd 1,40 manat dəyərində Magna markalı kompakt və nazik, 10 ədəd 1,50 manat dəyərində Vant markalı nazik, 5 ədəd 1,40 manat dəyərində Vant markalı qalın, 20 ədəd 1,20 manat dəyərində Bakı markalı, 20 ədəd 1,20 manat dəyərində Azəri markalı siqaretlər, bundan başqa mağazada olan dolabın siyirməsindən 70 manat kağız, 20 manat xırda qəpik pullar oğurlandığını məlum etmiş, sonradan ona həmin mağazadan Təqsirləndirilən şəxs1 adında şəxsin oğurluq etməsi məlum olmuş, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla hər hansı bir ədavəti olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, mütəmadi olaraq işlə və müalicəsi ilə əlaqədər olaraq Bakı şəhərində qalmışdır. Onlar Bakı şəhərində olan zaman təxminən 23-29 oktyabr tarixlərində oğrular tərəfindən evə basqın edilmiş 6830 (altı min səkkiz yüz otuz) AZN dəyərində müxtəlif yeni məişət əşyaları, cehizlik mallar, uşaq və qadın paltarları, elektrik iş alətləri oğurlanmışdır. O, 15 sentyabrdan 30 oktyabra qədər müalicə və əməliyyatı ilə əlaqədər olaraq Gəncə şəhərində olmamış, 30 oktyabrda yaşadığı evə qayıtdıqda evdə oğurluq olduğunu görmüş və bu barədə 102 xidmətinə məlumat vermişdir. Onun yaşadığı evin təhlükəsizlik kamerası xx xxxxxxx 2019-cu il tarixə kimi işlək vəziyyətdə olmuş, həmin müddət ərzində heç bir hadisə baş verməmiş, lakin xx xxxxxxx 2019-cu il tarixdə işıq sayğacında pul qurtardığından işıqlar keçmiş və kamera işləməmişdir. Oğrular hamamın kiçik pəncərəsini sındıraraq evə daxil olmuş, evdə olan əşyaları aparmışlar. Ona məxsus evdən 300 manat dəyərində “Karaca” markalı pastel dəsti, 600 manat dəyərində “Karaca markalı” qaşıq çəngəl, bıçaq dəsti, hər birinin dəyəri 150 manat olan 2 ədəd ümumi dəyəri 300 manat olan “Madam Coco” markalı pastel dəsti, 300 manat dəyərində “Battega Home” markalı yataq örtüyü, 150 manat dəyərində “Battega Home” markalı yataq dəsti, hər birinin dəyəru 30 manat olan 4 ədəd 70x140 sm ölçülü ümumi dəyəri 120 manat “Madam Coco” markalı hamam dəsmalı, hər birinin dəyəri 30 manat olan 2 ədəd ümumi dəyəri 60 manat olan “Karaca” markalı hamam dəsmalı, ümumi dəyəri 70 manat olan 4 ədəd əl-üz dəsmalı, 250 manat dəyərində İtalya istehsalı olan sadə ağ pastel dəsti, 250 manat dəyərində İtalya istehsalı olan güllü ağ pastel dəsti, 100 manat dəyərində dəsmal dəsti, 100 manat dəyərində hamam xalatı, 150 manat dəyərində ağ rəngli dəsmal dəsti, 360 manat dəyərində “Boch” markalı ət çəkən maşın, 120 manat dəyərində “Vitek” markalı mikser, 100 manat dəyərində “Panasonic” markalı blender, 80 manat dəyərində “Boch”markalı qəhvəüyüdən, 100 manat dəyərində çaynik dəsti, 30 manat dəyərində “Madam coco” markalı saxlama qabı, 100 manat dəyərində bıçaq dəsti, 300 manat dəyərində Paul Andrev markalı kişi paltosu, 150 manat dəyərində dəri qadın gödəkçəsi, 2000 manat dəyərində müxtəlif markalı və çeşidli uşaq geyimləri, 1 ədəd 150 manat dəyərində Rusif markalı akumlyator direli, evin zirzəmisindən 150 manat dəyərində elektrik taxta mişarı, 1 ədəd 100 manat dəyərində Rusif markalı böyük ölçülü dreli, 50 manat dəyərində kiçik laqonda aparatı, 10 manat dəyərində elektirik yuvası olan naqili, 60 manat dəyərində inşaat arabası, ümumilikdə 6830 manat dəyərində əmlakı oğurlanmışdır. Oğurluq edilməsində şübhələndiyi hər hansı şəxs olmamışdır. Yaşadığı evdən 2000 manat dəyərində uşaq paltarlarının oğurlanmasını bildirmiş, istintaq zamanı ona təqdim edilmiş 1 ədəd “TAO” markalı qırmızı rəngli uşaq gödəkçəsinin, 1ədəd Tuc Tuc markalı ağ rəngli uşaq üçün qısaqol koftasının, 1 ədəd Dolce Gabbana markalı uşaq ayaqqasının, 1 ədəd çəhrayı rəngli uşaq ayaqqasının, 1 ədəd üzərində canavar şəkli olan ağ rəngli uzunqol koftasının, 1 ədəd Gucci markalı ağ rəngli uşaq ayaqqasının, 1 ədəd çəhrayı rəngli “İ next” markalı uşaq donunun, 1 ədəd “Monalisa” markalı uşaq paltar dəstinin, 1 ədəd “Simonetta” markalı ağ rəngli uşaq donunun, 1 ədəd krem rəngli uşaq gödəkçəsinin onun yaşadığı evdən oğurlanmış uşaq paltaları olmasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Şeyxzamanov küçəsi bina 10 mənzil 2-də yerləşən Aspava kişi salonunu Zərərçəkmiş şəxs1 ilə birlikdə icarə əsasında işlədərək həmin salonda saç ustası kimi fəaliyyət göstərir.Həmin obyektin açarları onda və Elvində olmuşdur.xx.xx.2019-cu il tarixdə səhər saat 10 radələrində işə gəlmişdir. Həmin vaxt qapı kilidli olmuşdur. O, qapını açarla açıb salona daxil olmuşdur. O, içəri daxil olanda Elvinin velosipedi yerində olmamışdır. Elvinin velosipedlə evə getdiyini düşünmüş, o, öz bərbər ləvazimatlarını yerinə düzüb səliqəyə salmışdır.Günorta təxminən saat 14 radələrində Elvində işlədiyi salona gəlmişdir. Elvin velosipedinin yerində olmadığını gördükdə ondan velosipedinin harada olduğunu və onun görüb-görmədiyini soruşmuşdur. O, Elvinə səhər saat 10 radələrində salona gələrək qapını açıb içəri daxil olduğunu və bu zaman velosipedin salonda olmadığını bildirmişdir. Elvin velosipedi salonda qoyub çıxdığını demiş və bundan sonra öz bölməsinə yaxınlaşıb ləvazimatlarının yerində olub-olmamasını yoxlamış, bu zaman Elvinə məxsus saç kəsən maşınının və həmçinin şkafın siyirməsində olan 150 manat pulununda yerində olmadığını aşkar etmişdir.Bundan sonra Elvin DİN-in qaynar xəttinə zəng edərək bu barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Rza” market adlanan marketi icarə əsasında işlətmişdir. Təqsirləndirilən şəxs1 onun mağazasına gəlib-getməsi ilə bağlı tanımışdır. İntiqamın çörək zavodunda işlədiyini bilmiş, İntiqam çörək zavodunun avtomobili ilə mağazalara çörək paylamışdır. xx xxxxx 2019-cu il tarixdə İntiqam mobil telefon vasitəsi ilə onunla əlaqə saxlamış və ona çörək verdiyi mağzalardan hansınınsa İntiqama verdiyi çörəyin pulunun əvəzinə siqaretlər verməsini bildirmişdir. İntiqam ona uçotu bağlamalı olduğunu deyərək onda olan siqaretləri bir yerdən almasını xahiş etmişdir. O, İntiqama siqaretləri mağazaya gətirməsini, baxaraq götürəcəyini bildirmişdir. İntiqam mağazaya gəlmiş və əlində böyük bir torba olmuşdur. Mağazada siqaretləri torbadan boşaltmış, o, siqaretlərə baxmış və İntiqama bu siqaretlərə ümumilikdə 100 manat verəcəyini demişdir. İntiqam onunla razılaşmış və o, həmin gün İntiqama ilkin olaraq 60 manat vermiş və yerdə qalan 40 manatı sonra verəcəyini demişdir. Bundan bir gün sonra yəni xx xxxxx 2019-cu il tarixdə İntiqam gəlib mağazada ondan 40 manat pulu alıb getmişdir. Bundan bir neçə gün sonra Kəpəz rayon polis idarəsinin əməkdaşları mağazaya gələrək İntiqamın ona satdığı siqretlərin oğurluq siqaretlər olduğunu bildirmişlər. Həmin siqaretlərdən onda 20 qutu siqaret qalmış və o, həmin siqaretləri Kəpəz rayon polis idarəsində təqdim etmişdir. Kəpəz rayon polis idarəsində təqdim etdiyi 20 qutu siqaretlərin markaları “West”, “Viceroy”, “Winston” və digər markalı siqaretlər olmuş, hazırda həmin siqretlərin dəqiq hansı sayda olmasını xatırlamamışdır. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 14274 nömrəli rəyindən görünür ki, 2019-cu ilin aprel ayına olan orta bazar qiymətləri Kent 1 markalı nazik siqaretin 1 qutusu 3 manat 42 qutusu 126 manat, Kent 4 markalı nazik siqaretin 1 qutusu 3 manat 50 qutusu 150 manat, Kent 4 markalı qalın siqaretin 1 qutusu 3 manat 20 qutusu 60 manat , Kent 8 markalı qalın siqaretin 1 qutusu 3 manat 10 qutusu 30 manat, Vinston markalı nazik siqaretin 1 qutusu 2,80 manat 15 qutusu 42 manat, Vest markalı qalın siqaretin 1 qutusu 1,80 manat 10 qutusu 18 manat, Vest markalı kompakt siqaretin 1 qutusu 1,80 manat 20 qutusu 36 manat, Klassik markalı siqaretin 1 qutusu 1,60 manat 35 qutusu 56 manat, Prima markalı siqaretin 1 qutusu 1,40 manat 25 qutusu 35 manat, Agro markalı nazik siqaretin 1 qutusu 1,50 manat 15 qutusu 22,5 manat, Agro markalı qalın siqaretin 1 qutusu 1,50 manat 6 qutusu 9 manat, Viceroy markalı siqaretin 1 qutusu 1,60 manat 20 qutusu 32 manat, Rontmans markalı siqaretin 1 qutusu 2 manat 10 qutusu 20 manat, Pal-mal markalı siqaretin 1 qutusu 1,40 manat 10 qutusu 14 manat, LD markalı nazik siqaretin 1 qutusu 2 manat 5 qutusu 10 manat, LD markalı kompakt siqaretin 1 qutusu 2 manat 10 qutusu 20 manat, Magna markalı nazik siqaretin 1 qutusu 1,20 manat 15 qutusu 18 manat, Magna markalı kompakt və nazik siqaretin 1 qutusu 1,20 manat 10 qutusu 12 manat, Vant markalı nazik siqaretin 1 qutusu 1,20 manat 10 qutusu 12 manat, Vant markalı qalın siqaretin 1 qutusu 1,20 manat 5 qutusu 6 manat, Bakı markalı siqaretin 1 qutusu 1 manat 20 qutusu 20 manat, Azəri markalı siqaretin 1 qutusu 1 manat 20 qutusu 20 manat dəyərində, yuxarıda göstərilən siqaretlərin ümumi dəyərinin 768,50 manat dəyərindədir. 2019-cu ilin yanvar ayına olan orta bazar qiymətləri 1 ədəd 24-lük “Otympia Classic TT916 sport” markalı velosiped 200 manat dəyərində və 1 ədəd saçqırxan maşın 15 manat dəyərindədir. (cild 02, i.v.3-4) “xxxx” Ekspertiza və Hüquq Şirkəti MMC tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, 1 dəst “Karaca” markalı yataq dəsti 45 manat dəyərində, 2 dəst Madam Coco” markalı yataq dəsti 140 manat dəyərində, 1 ədəd “Karaca markalı” qaşıq, çəngəl, bıçaq dəsti 80 manat dəyərində, 1 ədəd “Battega Home” markalı yataq örtüyü 50 manat dəyərində, 1 ədəd “Battega Home” markalı yataq dəsti 65 manat dəyərində, 4 ədəd 70x140 sm ölçülü “Madam Coco” markalı hamam dəsmalı 80 manat dəyərində, 4 ədəd əl-üz dəsmalı 20 manat dəyərində, İtalya istehsalı olan sadə ağ pastel dəsti 25 manat dəyərində, İtalya istehsalı olan güllü ağ pastel dəsti 25 manat dəyərində, 1 ədəd dəsmal dəsti 15 manat dəyərində, 1 ədəd hamam xalatı 40 manat dəyərində, 1 ədəd ağ rəngli dəsmal dəsti 3 manat dəyərində, 1 ədəd “Boch” markalı ət çəkən maşın 50 manat dəyərində, 1 ədəd “Vitek” markalı mikser 15 manat dəyərində, 1 ədəd “Panasonic” markalı blender 15 manat dəyərində, 1 ədəd “Boch”markalı qəhvəüyüdən 20 manat dəyərində, 1 ədəd çaynik dəsti 25 manat dəyərində, 1 ədəd “Madam coco” markalı saxlama qabı 15 manat dəyərində, 1 ədəd bıçaq dəsti 20 manat dəyərində, 1 ədəd Paul Andrev markalı kişi paltosu 80 manat dəyərində, 1 ədəd “TAO” qırmızı rəngli uşaq gödəkçəsi 25 manat dəyərində, 1 ədəd Tuc Tuc markalı ağ rəngli uşaq üçün qısaqol kofta 15 manat dəyərində, 1 ədəd Dolce Gabbana markalı uşaq ayaqqası 30 manat dəyərində, 1 ədəd çəhrayı rəngli uşaq ayaqqası 25 manat dəyərində, 1 ədəd çəhrayı rəngli “İ next” markalı uşaq donu 15 manat dəyərində, 1 ədəd “monalisa” markalı uşaq paltar dəsti 25 manat dəyərində, 1 ədəd ağqara zolaqlı yataq örtüyü 10 manat dəyərində, 1 ədəd “Simonetta” markalı ağ rəngli uşaq donu 25 manat dəyərində, 1 ədəd krem rəngli uşaq gödəkçəsi 35 manat dəyərində, 4 ədəd gümüş materialdan olan qolbaq 100 manat dəyərindədir. 1 ədəd “Maxtor” markalı 160 GB-lıq videomüşahidə kamerasının divyarının əmtəə-keyfiyyət göstəriciləri kifayət etmədiyi üçün qiymətləndirmə aparılmamışdır. (cild 02, i.v.162-164) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. (cild 02, i.v.40-41) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-in xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. (cild 02, i.v.102-103) Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edilmiş ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəyən zərər tam ödənildiyi üçün heç bir şikayətləri və tələbləri yoxdur. Gəncə şəhər Evlər Üçlüyü tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 02, i.v.156) AZ-İİİ 847977 nömrəli doğum haqqında şəşhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı vardır. Gəncə şəhər Evlər Üçlüyü tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 02, i.v.158) Beləliklə, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxslərə istinad olunan oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla mülkiyyət əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən, onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, dəymiş zərəri tam ödəməklə zərərçəkmiş şəxlərlə barışıq əldə etməsini, əməlindən peşiman olmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə zərərçəkmiş şəxlərlə barışıq əldə etməsini, özünü qınaq obyektinə çevirərək bir daha belə hallara yol verməyəcəyini bildirib əməlindən peşiman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətlərini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə vurduqları zərəri ödəmələrini, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamasını onların islah olunmalarına dəlalət edən hal hesab edib onların cəmiyyətdən təcrid olunmadan islah olunmalarını mümkün sayıb, barələrində təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cəzanı çəkmələrinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirlən şəxslərin hər ikisinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş üzrə 100 manat ekspertiza xərcləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 yaşadığı evdən oğurlanmış 1 ədəd Paul AndreW markalı kişi paltosu, 1 ədəd “TAO” qırmızı rəngli uşaq gödəkçəsi, 1ədəd Tuc Tuc markalı ağ rəngli uşaq üçün qısaqol kofta, 1 ədəd Dolce Gabbana markalı uşaq ayaqqası, 1 ədəd çəhrayı rəngli uşaq ayaqqası, 1 ədəd üzərində canavar şəkli olan ağ rəngli uzunqol kofta, 1 ədəd Gucci markalı ağ rəngli uşaq ayaqqabısı, 1 ədəd çəhrayı rəngli “İ next” markalı uşaq donu, 1 ədəd “monalisa” markalı uşaq paltar dəsti, 1 ədəd ağ-qara zolaqlı yataq örtüyü, 1 ədəd “Simonetta” markalı ağ rəngli uşaq donu, 1 ədəd krem rəngli uşaq gödəkçəsi Zərərçəkmiş şəxs3 qaytarılması, 1 ədəd 24-lük “Otympia Classic TT916 sport” markalı velosipedin Zərərçəkmiş şəxs1 qaydarılması nəzərə alınmalıdır. Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 qutu Kent 4 markalı qalın siqaret, 2 qutu Klassik markalı nəzik siqaret, 2 qutu Palmall markalı qalın siqaret, 1 qutu LD kompakt markalı siqaret, 1 qutu Vest markalı qalın siqaret, 1 qutu Vant markalı qalın siqaret, 3 qutu Bakı markalı siqaret, 2 qutu Azəri markalı siqaret, 1 qutu Magna markalı kompakt nazik siqaret, 1 qutu Viceroy markalı siqaret, 3 qutu Agro markalı qalın siqaret, 2 qutu Prima markalı siqaret, Məsumə mağazasından oğurlanmış Zərərçəkmiş şəxs4 məxsus 4 ədəd bilərzik hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 qutu Kent 4 markalı qalın siqaret, 2 qutu Klassik markalı nəzik siqaret, 2 qutu Palmall markalı qalın siqaret, 1 qutu LD kompakt markalı siqaret, 1 qutu Vest markalı qalın siqaret, 1 qutu Vant markalı qalı siqaret, 3 qutu Bakı markalı siqaret, 2 qutu Azəri markalı siqaret, 1 qutu Magna markalı kompakt nazik siqaret, 1 qutu Viceroy markalı siqaret, 3 qutu Agro markalı qalın siqaret, 2 qutu Prima markalı siqaret, Məsumə mağazasından oğurlanmış Zərərçəkmiş şəxs4 məxsus 4 ədəd bilərzik hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılsın. İş üzrə 100 manat məbləğində ekspertiza xərcinin 50 manatı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq “xxxx” Ekspertiza və Hüquq Şirkəti MMC-in hesabına və 50 manatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-6/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-6/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver