Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-6/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.2, 177.2.3 və 221.3-cüi maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N ETDİ : Təqsirləndirilən şəxs 22 dekabr 2019-cu il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı yer olan Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 1 saylı yaşayış binasının qarşısında X2 ona 5 manat məbləğində pul borcu olduğu üçün sonuncunu həmin yerə çağırıb əsassız mübahisə yaradaraq ətrafdakı insanları özlərinə cəlb etməklə ətrafda olan şəxslərə məhəl qoymayıb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müşayiət olunan hərəkətlər edərək üzərində gəzdirdiyi istintaq zamanı müəyyən edilməmiş bıçağı silah qismində tətbiq edib Elşad Məmmədəliyevin sol bilək hissəsinə qəsdən zərbə vuraraq mil sinirinin zədələnməsi ilə müşayiət edilən, sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurub qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa o, 31 iyul 2020-ci il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, A1 saylı binanın giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək dəhlizinə qanunsuz daxil olaraq həmin binanın 3-cü mərtəbəsinin dəhlizindən Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 350 manat dəyərində “Tourrein” markalı 26-lıq velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 31 iyul 2020-ci il tarixdə gecə saat 02 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, A1 saylı binanın giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək dəhlizinə qanunsuz daxil olaraq həmin binanın 4-cü mərtəbəsinin dəhlizindən Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 260 manat dəyərində “Mondishi” markalı 26-lıq velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 19 avqust 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, E1 saylı binanın giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək dəhlizinə qanunsuz daxil olaraq həmin binanın 9-cu mərtəbəsinin dəhlizindən Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 225 manat dəyərində “Adidas” markalı 26-lıq velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 avqust 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 19L saylı binanın giriş qapısının açıq vəziyyətdə olmasından istifadə edərək dəhlizinə qanunsuz daxil olaraq həmin binanın 7-ci mərtəbəsinin dəhlizindən Zərərçəkmiş şəxs2 Müseyib oğluna məxsus 1 ədəd 220 manat dəyərində “Falcon Camino” markalı 26-lıq velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 25 avqust 2020-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin qapısının açıq vəziyyətdə olmasından istifadə edərək həyətinə qanunsuz daxil olaraq həmin evin həyətindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 300 manat dəyərində Migeer markalı 26-lıq velosipedi gizli olaraq talamaqla oğurlu etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar eləcə də cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla bağlı göstərmişdir ki, o, müharibədə iştirak etdiyindən onda yaddaş pozğunluğu baş vermiş, ona görə də törədilmiş əməllərlə bağlı heçnə xatırlamır. Buna görə də məhkəmə iclasında təqsirləndirilən şəxsin ibitdai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq olunmuşdur. Təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, 04.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayından Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən yeni tikili çox mərtəbəli binalardan velosiped oğurlamağa başlamış, oğurladığı velosipedləri yaşayış binalarının dəhlizlərindən gecə saatlarında götürmüş, oğurluğa həmişə tək getmişdir. Oğurluq edən zaman yalnız binaların dəhlizlərində nəzarətsiz olan velosipedləri oğurlayıb aparmış, 2020-ci ilin iyul ayında gecə saat 02 radələrində o, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, Hərbi şəhərcikdə olan 9 mərtəbəli binanın blokunun qapısının açıq olmasından istifadə edərək dəhlizə daxil olmuş, həmin blokda olan 9 mərtəbəni də axtarmış, 3-cü və 4-cü mərtəbədə 2 ədəd 26-lıq velosiped görmüşdür. O, həmin velosipedləri əli ilə sürərək aşağıya endirmiş, oğurladığı 2 ədəd 26lıq velosipedi əli ilə sürərək bir neçə saat müddətində yaşadığı ev tərəf gətirmiş, səhəri gün həmin velosipedləri “Baza” adlanan bazar ərazisində səyyar şəkildə tanımadığı şəxslərə işlənmiş vəziyyətdə ucuz qiymətə satmışdır. 2020-ci ilin avqust ayının ortalarında gecə saat 03 radələrində yenidən həmin Hərbi şəhərciyə getmiş, o, binanın bloklarından birinə daxil olmuş, 9 mərtəbəli binanın bütün mərtəbələrini axtarmış, 9-cu mərtəbədə bir ədəd “Adidas” markalı velosiped olmasını aşkar etmiş, həmin velosipedi liftdən istifadə edərək aşağı düşürmüş, həmin “Adidas” markalı velosipedi sürərək yaşadıqları evə gəlmişdir. Səhəri gün 1 ədəd velosipedi “Baza” adlanan bazar ərazisində tanımadığı şəxsə işlənmiş vəziyyətdə ucuz qiymətə satmışdır. 2020-ci ilin avqust ayının sonlarında gecə saat 03 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Hərbi şəhərcikdə olan 9 mərtəbəli yaşayış binalarından birinin blokuna daxil olmuş, blokun 7-ci mərtəbəsinin dəhlizində ağ-göy rəngli “Falcon” markalı 26-lıq velosipedi görmüş və oğurlayaraq liftlə aşağı düşmüşdür. Həmin velosipedi sürərək yaşadığı evin yaxınlığına gəlmiş və evdə heçkimin olmamasından istifadə edərək evin eyvanına qoymuşdur. Səhəri gün saat 11 radələrində o, Sadıllı qəsəbəsi ərazisində gəzən zaman fərdi yaşayış evinin boz rəngli darvazasının açıq olmasını, darvazanın yanında həyət hissəsində bir ədəd narıncı rəngli “Migeer” markalı 26-lıq velosiped olmasını görmüş, küçədə və həyətdə heç kimin olmamasını görmüş, darvazanın yanına yaxınlaşaraq həyətə daxil olmuş və velosipedi darvazanın yanında götürərək sürüb uzaqlaşmışdır. O, həmin velosipedi də yaşadığı evin eyvanında saxlamış, o, müştəri tapa bilmədiyi üçün həmin velosipedləri sata bilməmişdir. 02.09.2020-ci il tarixdə yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və velosipedləri oğurladığını etiraf etmişdir. Yaşadığı evin eyvanına qoyduğu 1 ədəd Migeer markalı və 1 ədəd Falcon markalı velosipedləri gətirərək təqdim etmişdir. Oğurluq etməsi barədə kimsənin məlumatı olmamış, oğurluq əməlini tək törətmişdir. O, başqa cinayət əməlləri törətməmişdir. Oğurladığı velosipedləri satdığı şəxslərin həmin velosipedlərin oğurluq nəticəsində əldə etməsi barədə heç bir söz deməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hazırkı cinayət işinə birləşdirilmiş HK-1/2223 nömrəli material üzrə izahatı alınarkən göstərmişdir ki, X3 təxminən 5-6 aydır ki, tanımış, Elşad onun yaşadığı binanın yaxınlığında yaşamış və onun Elşadla tanışlığı elə yaranmışdır. Onun Elşadla arasında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. O, Elşadla tanış olandan sonra 2019-cu ilin dekabr aylarında Elşad pula ehtiyacının olduğunu bildirib ondan 10 manat pul borc almışdır. Daha sonra o, Elşaddan borcunu istədikdə hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Beləcə onların arasında olan münasibətlər ədavətə çevrilmiş və o, Elşadla dəfələrlə mobil telefon vasitəsilə, həmçinin üz-üzə mübahisə etmiş, hətta bir-biri ilə əlabəyaxa olmuşlar. 22.12.2019-cu il tarixdə dostları Super ləqəbli Samir və Heydar adlı şəxslərlə birlikdə Elşad Məmmədəliyevin yaşadığı binanın yaxınlığından keçərkən Elşadı görmüş, həmin vaxt Elşadın yanında bir-iki nəfər də tanımadığı şəxslər olmuşdur. Həmin şəxslər Elşadla birlikdə dayanmışdır. O, Elşada yaxınlaşıb nə üçün ona olan 10 manat borcunu vermədiyini soruşmuş, Elşad isə onunla kobud danışmağa başlamış, həmin vaxt onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elşad onun sinə nahiyəsindən tutmuş, həmin vaxt Elşadın əlində açılıb-bağlanan qara rəngli cib bıçağı olmuş və həmin bıçaq açıq vəziyyətdə olmuşdur. Elşad bir əlində bıçaq digər əli ilə onun sinə nahiyəsindən tutarkən o, yumruq zərbəsi ilə onun sifət nahiyəsinə bir dəfə vurmuş və Elşad həmin zərbədən yerə yıxılmış, Elşad yerdə olarkən təpik zərbəsi ilə onu vurmağa çalışmış və ayağa qalxmaq istədikdə o, cibində olan və əl ilə açılıb bağlanan qara rəngli cib bıçağını çıxarıb Elşadın sol qol nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt orada olan şəxslər onları aralamış və o qaçıb getmişdir. X8 yaşadığı Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 1 saylı yaşayış binasının qarşısında baş verib və təxminən 2 dəqiqə davam etmiş, hadisə zamanı orada yalnız o, Elşad, habelə onun və Elşadın yanında olan şəxslər olmuşdur. Elşad onunla kobud danışmış, onun sinəsindən tutmuş və üzərinə bıçaq çıxarmışdır. O da belə olan halda yumruqla vurmuş, Elşad yerə yıxılmışdır. Yerdə olarkən ona ayaq zərbələri atdığı üçün də bıçaqla sol qol nahiyəsindən bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda yekun ittiham elan edildikdən sonra 19.04.2021-ci il tarixdə dindirilərkən velosipedləri oğurlamasını, eləcə də 1 ədəd Falcon markalı və 1 ədəd Migeer markalı velosipedləri təqdim etməsini, habelə Elşad adlı şəxslə münasibəti olmasını və Elşada bıçaqla vuraraq xəsarət yetirməsi ilə bağlı heç bir şey xatırlamamasını bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin yay aylarında ailə üzvləri ilə birlikdə sürmək üçün 220 manat dəyərində 26-lıq Falcon markalı, göy rəngli velosiped almışdır. Həmin velosipedi hərdən özü, mütəmadi olaraq isə oğlu X1. Oğlu həmin velosipedi adətən mənzillərinin yerləşdiyi 7-ci mərtəbənin dəhlizində saxlamışdır. 24.08.2020-ci il tarixdə saat 22 radələrində oğlu Müseyib velosipedi yenə də 7-ci mərtəbədə binanın dəhlizində saxlayaraq evə gəlmişdir. 25.08.2020-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı mənzildən çıxan zaman velosipedin dəhlizdə olmadığını görmüşdür. Ailə üzvləri ilə birlikdə velosipedi axtarsa da müəyyən edə bilməmişdir. O, dərhal 102 xidmətinə zəng edərək velosipedin oğurlanması barədə məlumat vermişdir. İşləri olduğu üçün Gəncə şəhərindən kənar əraziyə getmişdir. Daha sonra polis əməkdaşları gələrək həyat yoldaşı X6 əlavə olaraq ərizə almış və hadisə yerinə baxış keçirilmişdir. Hadisə 24.08.2020-ci il tarixdə saat təxminən 22 radələrindən 25.05.2020-ci il tarixdə saat 11 radələrinədək olan müddətdə ünvan 3 ünvanında yerləşən binanın 7-ci mərtəbəsinin dəhlizində baş vermişdir. Ona ümumilikdə 220 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailələrinin istifadə etməsi üçün 1 ədəd 350 manat dəyərində 26-lıq “Tourrein” markalı, yaşıl rəngli velosiped almışdır. Gündəlik olaraq həmin velosipedi oğlu Coşqun sürmüş və sürdükdən sonra mütəmadi olaraq evlərinin yerləşdiyi 3-cü mərtəbənin dəhlizində saxlamışdır. 30.07.2020-ci il tarixdə axşam radələrində oğlu Coşqun velosipedi sürdükdən sonra yenə də binanın dəhlizdə saxlayaraq evə gəlmişdir. 31.08.2020-ci il tarixdə saat təxminən 08 radələrində o, yaşadıqları mənzildən çıxan zaman velosipedin dəhlizdə olmadığını görmüşdür. O, tələsdiyi üçün işə getmiş, həyat yoldaşı və oğlu velosipedi axtarsa da tapa bilməmiş və bu barədə ona məlumat vermişlər. O, 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra Nizami rayon polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Yoldaşı Gülnarə tərəfindən ərizə ilə müraciət edilmiş və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə 30.07.2020-ci il tarixdən 31.07.2020-ci il tarixə keçən gecə ünvan 4 ünvanında yerləşən binanın 3-cü mərtəbəsinin dəhlizində baş vermişdir. Ona ümumilikdə 350 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilmiş və o, təqsirləndirilən şəxsi bağışlamışdır. Ona görə hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin fevral ayında ailə üzvləri ilə birlikdə sürmək üçün 260 manat dəyərində 26-lıq “Mondishi” markalı velosiped almışdır. Həmin velosipedi özü hərdən, oğlu Pünhan isə mütəmadi olaraq sürmüşdür. Oğlu həmin velosipedi evlərinin yerləşdiyi mərtəbənin dəhlizində saxlamışdır. 30.07.2020-ci il tarixdə saat 18 radələrində oğlu Pünhan velosipedi yenə də binanın dəhlizdə saxlayaraq evə gəlmişdir. 30.07.2020-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı ünvandan çıxan zaman velosipedin dəhlizdə olmadığını görmüşdür. O, oğlunun dostlarından kiminsə velosipedi sürmək üçün götürməsini zənn etdiyi üçün əhəmiyyət verməmişdir. Səhəri gün ailə üzvləri ilə birlikdə velosipedi axtarsa da müəyyən edə bilməmişdir. O, dərhal 102 xidmətinə zəng edərək velosipedin oğurlanması barədə məlumat vermiş və daha sonra Nizami rayon polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə 30.07.2020-ci il tarixdə saat təxminən 18 radələrindən 30.07.2020-ci il tarixdə saat 22 radələrinədək olan müddətdə ünvan 5 ünvanında yerləşən binanın dəhlizində baş vermişdir. Ona ümumilikdə 260 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilmiş və o, təqsirləndirilən şəxslə barışmışdır. Ona görə hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, təxminən 1 ildən çox müddətdir ki, tanımışdır. O, Davudu yaşadıqları binanın yaxınlığında çox olduğu üçün tanımış, əvvəllər Davudla arasında heç bir ədavət və düşmənçliyi olmamışdır. 2019-cu ilin dekabr ayında Davud ondan borc pul istəmiş və o, Davuda 27 manat borc vermişdir. Bir müddət sonra o, Davuddan borcunu aldıqda əlavə olaraq da 5 manat borc pul almış, bundan sonra Davud ondan borcunu istəməyə başlamışdır. Onun pulu olmadığı üçün isə o, əlinə pul düşən kimi pulunu qaytaracağını demişdir. Daha sonra Davud onunla dəfələrlə 5 manata görə telefonda mübahisə etməyə başlamışdır. Onların arasında sözlə bir neçə dəfə mübahisə olmuşdur. Hətta bir-birini təhqir etmişlər. Belə ki, Davud ona kimisə həbs etdirdiyini demiş, o isə Davudun ünvanına nalayiq söyüş söymüşdür. Davud isə həmin söyüşə görə onu vuracağını bildirmişdir. 22.12.2019-cu il tarixdə, saat 21 radələrində o, evdə olarkən Davud ona zəng edərək harada olduğunu soruşmuş, o isə evdə olduğunu bildirmiş, bu zaman Davud onunla görüşmək istədiyini, binalarının yanında olduğunu demişdir. O, yaşadığı evdən binalarının qarşısına düşmüş və binanın baş tərəfində Davudla görüşmüş, həmin vaxt Davudun yanında Samir və Heydar adlı şəxslər də olmuşdur. Həmin vaxt o, Samirlə söhbət etmək üçün bir qədər kənara çəkilmişdir. Davud isə onun arxa tərəfindən yaxınlaşıb qəflətən bıçaqla sol qol nahiyəsinə bir dəfə zərbə vurmuş və qaçıb getmişdir. Orada olan Samir və Heydar isə ona kömək göstərmişlər, qolunun qanının axmaması üçün ovalamışlar. Daha sonra isə o, polisə şikayət etmişdir. Onun üzərində nə bıçaq olmuş, nə də ki, Davudun sinə nahiyəsindən tutmuşdur. Davud onu arxa tərəfi çevrili olduğu halda qolundan bıçaqla vurmuş, hadisə isə təxminən 1-2 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilmiş və o, təqsirləndirilən şəxsi bağışlamışdır. Ona görə hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Elşad oğlunun məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmadığından cinayət proesesi tərəflərinin razılığı ilə onların ibtidai istintaqda verdikləri ifadələr elan və tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində bildirmişdir ki, o, 11.07.2020-ci il tarixdə özünə 225 manat dəyərində 26-lıq “Adidas” markalı velosiped almışdır. O, gündəlik olaraq həmin velosipedi sürdükdən evinin yerləşdiyi 9-cu mərtəbənin dəhlizində saxlamışdır. 18.08.2020-ci il tarixdə saat 23 radələrində velosipedi sürdükdən yenə də binanın dəhlizdə saxlayaraq evə gəlmişdir. 19.08.2020-ci il tarixdə saat təxminən 07 radələrində yaşadığı ünvandan çıxan zaman velosipedin dəhlizdə olmadığını görmüş, o, tələsdiyi üçün işə getmiş və icaz alaraq yaşadığı evə qayıtdıqdan sonra dərhal 102 xidmətinə zəng edərək velosipedin oğurlanması barədə məlumat vermiş və daha polisə ərizə ilə müraciət etmişdir. Hadisə 18.08.2020-ci il tarixdə saat təxminən 23 radələrindən 19.08.2020-ci il tarixdə saat 07 radələrinədək olan müddətdə ünvan 6 ünvanında yerləşən binanın 9-cu mərtəbəsinin dəhlizində baş vermişdir. Ona ümumilikdə 225 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilmiş və o, təqsirləndirilən şəxsi bağışlamışdır. Ona görə hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 Elşad oğlu oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin avqust ayının əvvəllərində ailə üzvləri ilə birlikdə sürmək üçün 300 manat dəyərində 26-lıq “Migeer” markalı, narıncı rəngli velosiped almışdır. 25.08.2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı ünvandan çıxıb şəhərin mərkəzinə öz işlərinin həlli üçün getmiş, gedən zaman qapını bağlamayaraq biraz aralı qoymuşdur. Həmin gün saat təxminən 12 radələrində evə qayıtdıqda qapının yanında olan velosipedin yerində olmamasını aşkar etmiş, ilk öncə oğlu götürdüyünü zənn etmiş, lakin evə daxil olduqda o, görmüşdür ki, ailə üzvləri evdədirlər. O, velosipedin harda olmasını soruşduqda qapının yanında olmasını demişlər. O, evdən gedən zaman həqiqətəndə velosiped evin həyətində darvazanın yanında olmuşdur. O, evin həyətini və küçəni çıxıb axtarsa da velosipedi tapmamışdır. Ona naməlum şəxs qapının açıq vəziyyətdə olmasından istifadə edib velosipedi darvazanın yanından götürərək oğurlamışdır. Hadisə 25.08.2020-ci il tarixdə saat təxminən 10 radələrindən 12 radələrinədək olan müddətdə ünvan 7 ünvanında yerləşən evin həyətində baş vermişdir. Ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək bildirmişdir, hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənilmiş və o, təqsirləndirilən şəxsi bağışlamışdır. Ona görə hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhərindən Təqsirləndirilən şəxs və “Super” ləqəbli Samiri tanımış, onlarla aralarında səmimi dostluq münasibətləri olmuşdur. 22.12.2019-cu il tarixdə, axşam saatlarında Gəncə şəhərində olarkən Samirin idarə etdiyi “VAZ 2106” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı göy rəngli avtomobillə Davud və Samirlə birlikdə şəhərin ərazisində, daha dəqiq A.Ziyadxanov küçəsində olarkən 4 saylı binanın yaxınlığında Davud Samirə avtomobili dayandırıb orada gözləməsini demişdir. Davudun özü isə onların yanından uzaqlaşıb yaşayış binasına tərəf getmiş, avtomobildə gözləyərkən binanın yaxınlığında Davudun kimləsə dalaşmasını görmüşlər. Ona görə də Samirlə birlikdə avtomobildən düşüb Davudun yanma getmiş və oraya çatdıqda adının Elşad olduğunu sonradan bildiyi şəxsin sol qol nahiyəsində bıçaq xəsarəti olmasını, Davudun isə qaçıb getməsini görmüşdür. Onlar həmin şəxsə köməklik göstərmiş və Samirlə birlikdə oradan çıxıb getmişlər. Hadisə qısa vaxt ərzində davam etmiş və hadisə yerinə sonradan başqa tanımadıqları şəxslər toplaşmışlar. Davud ona və Samirə əvvəlcədən Elşadı bıçaqla vurmaq fikri olması barədə heçnə deməmişdir. Hadisə yerində olan zaman Elşad Məmmədəliyevin əlində hər hansı kəsici alət görməmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 19 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Hərbi şəhərcikdə yerləşən E1 nömrəli binanın 9-cu mərtəbəsində yaşayan Zərərçəkmiş şəxs3 22365 manata satın aldığı “Adidas” markalı velospedi mənzilinin yanındakı dəhlizin divarına söykəyərək evə getdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2020-ci il tarixli qərardan və protokoldan, həmçinin 04 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 sentyabr 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş baxış və götürmə haqqında 02 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, 02 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Sadıllı qəsəbəsi, V.Tutayuq küçəsindən oğurladığı velosipedi Kəpəz RPİ-nin inzibati binasında təqdim etmişdir. Velosiped “Migeer” markalı, 26-lıq, qara və narıncı rəngdədir. İş materiallarına əlavə edilmiş 02 sentyabr 2020-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli üzərinə göy rəngli naxış və hərflərlə “Falcon” yazılmış velosipedin oturacağı qara rənglidir, dəri materiallındandır. Velosipedin üzərində həmçinin, qara rəngli hərflərlə “Camino” sözləri yazılmışdır. Götürmə zamanı Təqsirləndirilən şəxs qeyd olunan velosipedi Gəncə şəhəri yeni Gəncə qəsəbəsində Hərbi şəhərcikdə olan binaların birinin dəhlizindən oğurladığını bildirmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 03.09.2020-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqdim edilmiş 1 ədəd Falcon markalı 26-lıq velosipedin yaşadığı evdən oğurlanmış velosiped olmasını, həmin velosipedin markası və xüsusiyyətləri ifadəsində göstərdiyi evindən oğurlanmış velosped ilə marka və xüsusiyyətlərinə görə eynilik təşkil etməsini, həmin velosipedə heç bir zərər yetirilməməsini bildirmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 03.09.2020-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim edilmiş 1 ədəd Migeer markalı 26-lıq velosipedin yaşadığı evdən oğurlanmış velosiped olmasını, həmin velosipedin markası və xüsusiyyətləri ifadəsində göstərdiyi evindən oğurlanmış velosped ilə marka və xüsusiyyətlərinə görə eynilik təşkil etməsini, həmin velosipedə heç bir zərər yetirilməməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 05 noyabr 2020-ci il tarixli, 526 nömrəli rəyində göstərilmişdir ki, 2020-ci ilin iyul ayına olan orta bazar qiymətləri 1 ədəd “Mondishi” markalı velosiped 270 manat, 1 ədəd “Tourrein” markalı velosiped 280 manat, 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti 1 ədəd “Adidas” markalı velosiped 390 manat, 2020-ci ilin avqust ayına olan orta bazar qiymətləri 1 ədəd “Falcon Camino” markalı velosiped 280 manat, 1 ədəd “Migeer” markalı velosiped 280 manat dəyərindədir. Ekspertiza tədqiqatına təqdim olunan idman velosipedlərin işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə ümumi orta bazar qiyməti 1500 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5 15 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-mil sinirinin zədələnməsi ilə müşayiət olunan, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarasıdeşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətiqərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.12.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb ola sağlamlığa az ağır zərər vurmaya aid edilir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” barədə 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də istintaq edilən ********* nömrəli cnayət işi üzrəəməl Azərbaycan Respublikası CM-nin 127.2.3, 177.2.2, 177.2.3 və 221.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycn Respublikası CM-nin 127.2.3, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə yenidın ittiham elan edilmiş, zərərçəkmiş şəxslərin ifadələrində göstərilən məbləğlərə uyğun olaraq 1ədəd “Mondisi” markalı velosiped 260 manat, 1 ədəd “Tourrein” markalı velosiped 350 manat, 1 ədəd “adidas” markalı velosiped 225 manat, 1 ədəd “falcon Camino” markalı velosiped 220 manat, 1 ədəd “Migeer” markalı velosiped 300 manat dəyərində qiymətləndirilmiş, Götürülmüş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Falcon” markalı 26-lıq velosiped və 1 ədəd “Migeer” markalı 26-lıq velosiped öz xüsusiyyətinə, əlamətlərinə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmasına, təqsirləndirilən və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olduqdan sonra zərərçəkmiş şəxslərə saxlanca verilməsinə qərar verilmişdir. “Respublika Psixiatriya Xəstəxanası”nın 16 mart 2021-ci il tarixli 2170 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicəyə qəbul olunmuşdur. Hazırda həmin xəstəxanada müalicəsi davam edir. Diaqnoz: “Posstravmatik stress pozuntusu, retroqrad amneziya” “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 27 mart 2021-ci il tarixli, 631 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs döyüşlər zamanı keçirdiyi stressin gecikmiş nəticəsi kimi posttravmatik stress pozuntusu yaranmışdır. Təqsirləndirilən şəxs hal-hazırda posttravmatik stress pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və hərəkətlərini idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 28 avqust 2021-ci il tarixli, 1933 nömrəli təkrar məhkəmə psixiatrik ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs döyüşlər zamanı keçirdiyi stressin “gecikmiş nəticəsi” kimi posttravmatik stress pozuntusu yaranmışdır. Təqsirləndirilən şəxs hazırdsa posttravmatik stress pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan “posttravmatik stress pozuntusu” psixotik əlamətlər müşayiət olunmadığından həmin psixi pozuntu onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktikji xarakterini, ictimati təhlükəliliyini dırk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və hərəkətlərini idarə etmək iqtidarındadır, avud İsmayılovun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda psixi vəziyyətinə görə məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs oluna qeyd edilən “posttravmatik stress pozuntusunun ambulator şəraitdə mülaicəsi və müşahidəsi məsləhət görülür. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 1(043)- 65/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdu tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-42/2022 saylı 24 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə ona Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 1(043)-65/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay hissəsini çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.2, 177.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllərinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi son ifadəsində və məhkəmə iclasında baş vermiş hadisələri xatırlamadığını bildirmiş, faktiki olaraq ifadə verməkdən imtina etmişdir. İlkin və təkrar məhkəmə-psixiatrik ekspertiza rəylərindən təqsirləndirilən şəxsin həm cinayət əməllərini törətdiyi zaman, həm də hazırda anlaqlı olması, yəni törədilmiş əməllərin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinin olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ilkin izahatında və ilkin dindirilməsi zamanı ifadəsində törətdiyi cinayət əməllərini etiraf etmiş, sonrakı ifadələrində isə həmin əməlləri törətməsini inkar etməmiş, yalnız heç bir şey xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar və dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri həmin əməllərin təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi barədə qəti nəticəyə gəlməyə imkan verir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyalarının hududlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28 aprel 2021-ci il tarixli arayışından və 27 mart 2021-ci il tarixli 11510 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, N saylı hərbi hissədə ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs 10.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Diaqnoz: mülayim dərəcədə ifadə olunmuş posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyət pozğunluğu, QKBT-nin dayanıqlı qalıq əlamətləri. Posttravmatik stres pozğunluğu, retroqrad amneziya diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi dövrdə özünü bacarıqlı, nizam-intizamlı, məsuliyyətli bir hərbi qulluqçu kimi göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsi və onlarla barışıq əldə etməsi, eləcə də onun Vətən Müharibəsinin iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir və onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs isnad olunan Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdrılması və azadlıqdan məhrumetmə, 177.2.2 və 177.2.3-cü maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə, 221.3-cü maddənin sanskiyasında isə yalnız azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törtədiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəliliiyi, cinayət əməllərinin törədilməsi halları və şəraiti nəzər alınmaqla həmin cinayət əməllərinə görə müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası aşağı hədlərdə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş və onların heç birinə görə məhkum olunmamış, cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Cinayətlərin məcmusuna daxil olan cinayətlər az ağır cinayətlərdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə uyğun olaraq cəzaların qismən toplanılması yolu ilə cinayətləri məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət əməllərini törətdikdən sonra Vətən Müharibəsində iştirak etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almasını, döyüş zamanı aldığı xəsarətdən və keçirdiyi stress pozuntusuna görə səhhətinin pisləşməsini, eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Buna görə də ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar olan 1 ədəd “Falcon” markalı velosiped və 1 ədəd “Migeer” markalı velosipedin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmədə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul Müdafiəçi ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 177.2.2. və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilsin və ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar 1 ədəd “Falcon” markalı velosipedin və 1 ədəd “Migeer” markalı velosipedin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat pul Müdafiəçi ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-6/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-6/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver