Məhkəmə qərarları › İş №1(043)-62/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-62/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-62/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2:- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 və X6 iştirakları ilə xx xxxxxxx 2020-ci il tarixdə X18 Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, xx.xx.1993-cü ildə Samux rayonu, Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Samux rayonu, Tatlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, xx xxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Samux rayonu, Tatlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham olunur ona görə ki, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi və tamah niyəti ilə xx.xx.2019-cu il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub oradan 90 manat dəyərində 1 ədəd Nokia markalı telefonu, 15 manat dəyərində bijuteriya qolbağını, 18 manat məbləğində qəpik və 3820 manat məbləğində kağız pul əskinazlarından ibarət pulu, ümumilikdə 3943 manat dəyərindəəmlakı gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham olunur ona görə ki, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi və tamah niyəti ilə xx.xx.2019-cu il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub oradan 90 manat dəyərində 1 ədəd Nokia markalı telefonu, 15 manat dəyərində bijuteriya qolbağını, 18 manat məbləğində qəpik və 3820 manat məbləğində kağız pul əskinazlarından ibarət pulu, ümumilikdə 3943 manat dəyərində əmlakı gizli yolla talayaraq oğurlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından onlara bəraət verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona qarşı istinad olunan əməlin törədilməsində özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. Onunla normal münasibətləri olmuşdur. xx.xx.2019-cu il tarixdə Novruzəli ilə həmkəndliləri Orxanın oğlunun kiçik toy məclisində olarkən Novruzəli ona oğurluq etməyi təklif etmişdir. Əvvəlcə razılaşmasa da sonradan onunla oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra Novruzəli ilə birlikdə oğurluq etmək istədikləri evə yaxınlaşaraq barının üzərindən evə bitişik olan dam örtüyünün üzərinəçıxıb, evin arxa tərəfində plastik aynanı açıb evin həyətinə daxil olaraq kilidin üzərində olan açarla qapını açıb içəri daxil olmuşlar. İçəri otağa daxil olduqdan sonra birlikdə otaqları axtarmışlar lakin heçnə tapmadıqlarıüçün yenidən yataq otağına qayıdıb yenidən axtarış apararkən paltar rəfinin içərisindən dəmir qabda xırda qəpik pullar olduğunu aşkar edib qabı götürüb özündə saxlamış, sonra otaqda olan çarpayının yanındakı balaca ölçülü rəfin üzərində markasını xatırlamadığı sadə telefon aşkar etmiş və Novruzəli həmin telefonu götürmüş, bundan sonra Novruzəli otaqda olan güzgünün siyirməsindən sep aşkar edib götürmüşdür. Otağın bəzi yerlərinə baxaraq pul və ya başqa dəyərli əşyalar tapa bilmədikləri üçün daxil olduqları yolla evdən çıxmışlar. Yaxınlıqda olan boş sahədə dəmir qabın içərisində olan xırda qəpik pulları ciblərinə doldurub qabı orada atmışdır. Telefon və boyunbağı isə Novruzəlidə qalmışdır. Yenidən toy şənliyinin keçirildiyi “Sərin” şadlıq sarayına qayıdıb toy məclisi sona yaxınlaşdığıüçün yaşadıqları evə getmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarında mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb Kəpəz rayon polis bölməsinə sonra isə Kəpəz rayon Polis İdarəsinə aparmışlar. Sorğu zamanı onlar etmiş olduqları oğurluğu etiraf etmiş və evdən oğurladıqları xırda qəpik pulları və digər əşyaları polis əməkdaşlarına təqdim etmişlər. Onlar həmin evdən 3820 manat pul oğurlamamışlar. Evin sahibi yalandan 3820 manatın oğurlandığını göstərmişdir. Onlardan şkayət olunduğu üçün anası evin sahibinə 2000 manat ödəmişdir ki, şikayətçi olmasın. Oğurluq etdikləri 18 manat qəpik pulun bir qismini taksiyə və siqaretə vermişlər, qalan 12 manat qəpik pulları, telefonu və bijuteriya boyunbağını polislər üzərlərinə baxış keçirərkən aşkar edib götürmüşlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona qarşı istinad olunan əməlin törədilməsində özünü qismən təqsirli bilərək Təqsirləndirilən şəxs1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında zərərçəkmişşəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə hadisə olan günü arvadı Göyçay rayonu Yekəxana kəndində müəllimə işlədiyi üçün onu yola salıb evə qayıdarkən içəri daxil olanda görmüşdür ki, ev dağınıq vəziyyətdədir. Evdən oğurluq olduğunu görüb qardaşına zəng etmiş, qardaşı polis gələnə kimi heç nəyəəl vurmamasını və onun gəlişinə qədər gözləməsini bildirmişdir. Qardaşı gəlib 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib evə baxış keçirərəkən, evdə nə olduğunu soruşduqda pencəyinin cibində 3820 manat olduğunu demişdir.Polislərə pencəyinin cibinə baxanda pulun olmadığını görmüşdür. Həmin pul bankdan götürdüyü 5000 manat pulun qalığı olmuşdur. Bankdan pulu o məqsədlə götürmüşdür ki, dövriyəyə buraxıb alver etsin. Özünün Samux rayonunda ferması olmaqla 60 baş xırda buynuzlu heyvanları var. Bazar günü bazara getmiş 2 baş erkək quzu alıb əynini dəyişib pulun qalanını iş paltarının cibinə qoymuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin, cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili işləyir.Təqsirləndirilən şəxsləri hadisəyə qədər tanımamışdır.xx.xx.2019-cu il tarixdə Gəncəşəhəri Natavan qəsəbəsi 1-ci küçə ev 10-da yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinin zəng mərkəzinə və Kəpəz RPİ-nəərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdə saat 15:00-dan 19:50-dək olan vaxt ərzində naməlum şəxsin ona məxsus yaşadığı evin plastik pəncərəsini küt alətlə açaraq içəri daxil olub oradan 3820 manat nağd pulunun oğurlamasını bildirmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən həmin oğurluqda şübhəli olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəmiryolu vağzalında saxlayıb Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları 1 ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd qızıl və gümüş olmayan sadə boyunbağını və 18 manat qəpik pulları oğurladıqlarını könüllü etiraf edərək təqdim etmişlər. Şahid Ş.Şıxəliyev əlavə olaraq göstərmişdir ki, hadisə yerinə baxış keçirilərkən «onun ərazisi olduğu üçün» oda iştirak etmişdir. Həmin vaxt şəkil çəkilmişdir, pulun haradan oğurlanmasını soruşduqda zərərçəkən demişdir ki, pencəyin cibindən oğurlanmışdır. Həmin vaxt o pencəyin cibinə baxanda pencəyin cibi düzəlmiş formada olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin, cinayət axtarışışöbəsinin əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsləri hadisəyə qədər tanımamışdır. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinin zəng mərkəzinə və Kəpəz RPİ-nə Gəncə şəhəri Türklər qəsəbəsində oğurluqla bağlı məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış zamanı isti izlərlə müəyyən olunmuşdur ki, oğurluq hadisəsini hazırki təqsirləndirilən şəxslər törətmişlər. Təqsirləndirilən şəxsləri polis idarəsinə gətirib üzərlərinə baxış keçirilərkən üzərlərindən baglamada qəpik pullar, telefon və 1 ədəd qızıl və gümüş olmayan sadə boyunbağı olmuşdur.Təqsirləndirilən şəxslər oğurluq zamanı həmin qəpik puldan vəəşyalardan başqa heç bir şey götürmədiklərini demişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin, cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsləri hadisəyə qədər tanımamışdır. Azərbaycan Respublikası DİN-nin 102 xidmətinin zəng mərkəzinə və Kəpəz RPİ-nə Gəncə şəhəri Türklər qəsəbəsində oğurluqla bağlı məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış zamanı müəyyən olunmuşdur ki, oğurluq hadisəsini hazırki təqsirləndirilən şəxslər törətmişlər. Təqsirləndirilən şəxsləri polis idarəsinə gətirib üzərlərinə baxış keçirilərkən üzərlərində baglamada qəpik pullar, telefon və 1 ədəd qızıl və gümüş olmayan sadə boyunbağı olmuşdur. Təqsirləndirilən şəxslər oğurluq zamanı həmin qəpik puldan vəəşyalardan başqa heç bir şey götürmədiklərini demişdirlər. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasını məhkəmə aşağıda şərh edilənlərlə əsaslandırır. İttiham aktında qeyd olunmuşdur ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi və tamah niyəti ilə xx.xx.2019-cu il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub oradan 90 manat dəyərində 1 ədəd Nokia markalı telefonu, 15 manat dəyərində bijuteriya qolbağını, 18 manat məbləğində qəpik və 3820 manat məbləğində kağız pul əskinazlarından ibarət pulu, ümumilikdə 3943 manat dəyərindəəmlakı gizli yolla talayaraq oğurlamışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: Arvadı Göyçay rayonu Yekəxana kəndində müəllimə işlədiyi üçün xx.xx.2019-cu il tarixdə, hadisə olan günü onu yola salıb evə qayıdarkən içəri daxil olanda görmüşdür ki, ev dağınıq vəziyyətdədir. Evdən oğurluq olduğunu görüb qardaşına zəng etmiş, qardaşı polis gələnə kimi heç nəyəəl vurmamasını və onun gəlişinə qədər gözləməsini bildirmişdir. Qardaşı gəlib 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib evə baxış keçirərəkən, evdə nə olduğunu soruşduqda pencəyinin cibində 3820 manat olduğunu demişdir. İbtidai istintaq zamanı isə zərərçəkən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 15 radələrində o, fermaya getmiş, saat 19:50də fermadan yaşadığı evə qayıtmış, evin həyətinin giriş qapısını açıb evin həyətinə, daha sonra isə yaşadığı evə daxil olmuş, evə daxil olduqda qonaq otağının və hər iki yataq otaqlarının dağıldığını görmüş, evin zalının irəli sağ tərəfində yerləşən yataq otağına daxil olmuş və paltar dolabının qapısını açıb içərisinə baxmış, dolabın içərisində olan gödəkçəsinin sağ yan cibinə baxdıqda cibinə qoyduğu 3820 manat pulunun yerində olmadığını görmüş, o, bundan sonra DİN-in 102 xidmətinə daha sonra isə Kəpəz rayon Polis İdarəsinə zəng edib bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmişşahid Gəncəşəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşıX9 ifadəsində göstərmişdir: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəmiryolu vağzalında saxlayıb Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus evdən oğurladıqları 1 ədəd “Nokia” markalı mobil telefonu, 1 ədəd qızıl və gümüş olmayan sadə boyunbağını və 18 manat qəpik pulları oğurladıqlarını könüllü etiraf edərək təqdim etmişlər. Hadisə yerinə baxış keçirilərkən onun ərazisi olduğu üçün oda iştirak etmişdir. Həmin vaxt şəkil çəkilmişdir, pulun haradan oğurlanmasını soruşduqda zərərçəkən demişdir ki, cibindən oğurlanmışdır. Həmin vaxt o pencəyin cibinə baxanda pencəyin cibi düzəlmiş formada olmuşdur. Cinayət tərkibinin olmadığını Məhkəmə aşağıda şərh edilənlərlə əsaslandırır. Belə ki, zərərçəkən şəxs ziddiyətli ifadələr verməklə ibtidai istintaq zamanı 3820 manat pulun gödəkçəsinin cibindən oğurlandığını, məhkəmə istintaqı zamanı isə pencəyinin cibindən oğurlandığını göstərmişdir. Bununla belə məhkəmə qeyd edir ki,ibtidai araşdırma orqanı yalnız zərərçəkmişşəxsin ifadəsinəəsaslanaraq, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişşəxsə məxsus mənzildən 3820 manat pulun oğurlanması qənaətinə gəlmişdir ki, məhkəmə hesab edir ki, bu sübut ittihamı təsdiq etmək üçün yetərli deyil. Halbu ki, həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqında təqsirləndirilən şəxslər ifadələrində mənzildən 3820 manat pul vəsaitini oğurlamadıqlarını bildirmişlər, eləcədə məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrindən və istintaq hərəkətlərinin protokolundan müəyyən olunur ki, hadisədən qısa müddət sonra təqsirləndrilən şəxslər polis əməkdaşı tərəfindən saxlanılarkən onların üzərindən yalnız fərdi yaşayış evindən taladıqları 1ədəd telefon, bijuteriya və qəpik pulların xərclənməmiş hissəsi aşkar olunmuş, onların üzərindən hər hansı bir məbləğdə kağız əskinazı ilə pul vəsaiti aşkar olunmamışdır. Bu isə məhkəməyə belə qənaətə gəlməyəəsas verir ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişşəxsə məxsus evdən 3820 manat pulun oğurlanması həqiqətə uyğun deyildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının vəİnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrəİnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, X3rşı iş üzrə qərarında qeyd etmişdirki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidirki, hansıki qanunamüvafiq, yəni qanuni yolla əldə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı işində qeyd etmişdirki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidirki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlərki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verilir. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənirı 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 139-cu-maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərini (maddə 139.0.3) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə şəxsin təqsirliliyini (maddə 139.0.4) cinayət-mühakimə icraatı zamanı sübut edilməli olan, yəni yalnız sübutlara əsasən müəyyən edilməli olan hallar sırasında göstərmişdir. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni vəəsaslı olmasını tələb edir. CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında əldə edilmiş sübutlara əsaslandıqda -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə -məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisipindən məlum olur ki, şəxsin təqsirli olmasına əsaslışübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrəəsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Məhkəmə hesab edir ki, sübutların həcmi vəümumiyyətlə işin həqiqi halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxslərin oğurluq cinayəti törətdiklərinəəsas vermir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddəöz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərəçatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isəöz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; (Kuznetsov və digərlərinin işləri üzrə xx xxxxxx 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə (əməldə cinayət tərkibi olmadıqda) təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, İnsan hüquqları üzrə Avropa Konvensiyasının prinsiplərinə, təqsirsizlik prezumpsiyasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmələri, onların əməllərində cinayət tərkibinin olması məhkəmə istintaqı zamanı təsdiq olunmadığından onlara verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir. Cinayət işinə əlavə olunmuş ekspert rəyindən görünür ki, 1 ədəd üzərində «Nokia» sözləri olan «210» modelli mobil telefon aparatının 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 15 manat, 1 ədəd qızıl-gümüş olmayan bijuteriya boyunbağının qiyməti nəzəri qaydada 3,0 manat müəyyən edilmişdir. Nəzərə alınsa ki, oğurlanmış 18 manat qəpik pul ilə qeyd olunan əşyaların dəyəri 36 manat təşkil edir və həmin məbləğə görə inzibati məsuliyyət yarandığıüçün hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2 maddəsinin tələbinəəsasən isə məhkəmə CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmüçıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə və“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görəTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dərhal ləğv edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62, 349 və 350-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilənlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası adından təqsirsiz elan edilsinlər və onlara bəraət verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dərhal ləğv edilsin. Qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində X18 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar