Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-64/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 09.01.2021-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında nikahdan kənar qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı yumuruq və ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq sonuncuya burnun nahiyəsinin və üst dodağın qançır-şişkinliklə müşahidə olunan əzilməsi, sol gözaltı nahiyəsinin, sağ bazu və sağ bud nahiyələrinin qançırı-kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Ayşənlə nikahdan kənar qeyri rəsmi ər-arvad münasibətində olmuşdur. Son bir neçə ay ərzində Ayşən onun sözlərinə məhəl qoymamış və ondan ayrılmaq istəmişdir. Buna görə də Ayşənlə aralarında bir neçə dəfə narazılıq yaranmışdır. 09.01.2021-ci il tarixdə saat 14 radələrində Ayşənin yaşadığı evə getmiş və həmin vaxt Ayşənlə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşmiş, əl zərbələri ilə Ayşənin baş və sifət nahiyəsinə bir neçə dəfə vurmuş və Ayşənin yaşadığı evdən çıxıb getmişdir. Sonradan Ayşənin onun barəsində şikayət etdiyini bilmişdir. Etdiyi əməldən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır. Elyarla nikahdan kənar qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar. Təxminən 2 aydır ki, Elyardan ayrılmaq istəsə də Elyar ondan əl çəkmir və onu narahat edərək döymüşdür. Lakin o, Elyardan şikayət etməmişdir. 09.01.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman Elyar yaşadığı evin qapısını döyüb onu narahat etmişdir. Lakin o, qapını açmaq istəməmişdir. Sonra qapını açmış və Elyardan nə istədiyini soruşmuşdur. Həmin vaxt Elyar yaşadığı evə daxil olaraq onunla mübahisə etmişdir. Həmin mübahisə zamanı Elyar əl və ayaq zərbələri ilə onun sifət və bədəninin müxtəlif nahiyələrinə vurub onu döymüşdür. Sonra Elyar yaşadığı evdən çıxıb getmişdir. Həmin vaxt evdə Elyar və ondan başqa heç kim olmamışdır. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını,ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 canlı şəxsin ekspertizasının 18.01.2021-ci il tarixli, 52 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun nahiyəsinin və üst dodağın qançırşişkinliklə müşahidə olunan əzilməsi, sol gözaltı nahiyənin, sağ bazu və sağ bud nahiyələrinin qançırı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 09.01.2021-ci il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri MKTİB-nin 26.01.2021-ci il tarixli arayışından görünür ki,Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxs cinayət işinin icraatına xitam verilməsinə razıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş 26.01.2021-ci il tarixli, 268 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 21.01.2021-ci il tarixli, 301 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 27.01.2021-ci il tarixli 351-436Ə-3221 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhər Nizami rayon Məhkəməsinin 1(007)-45/2019 saylı, 28.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 7(044)-55/2019 saylı, 23.05.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin 1(007)-45/2019 saylı hökmü ilə təyin olunmuş 1(bir) il 05 ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 1 (bir) il 04 (dörd) ay 13 (on üç) günü, 8 (səkkiz) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi qərara alınmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərarı ilə 1 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş və 29 yanvar 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 09.01.2021-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında nikahdan kənar qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı yumuruq və ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq sonuncuya burun nahiyəsinin və üst dodağın qançır-şişkinliklə müşahidə olunan əzilməsi, sol gözaltı nahiyəsinin, sağ bazu və sağ bud nahiyələrinin qançırı-kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 1(043)-64/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkаn tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-64/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-64/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver