Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-65/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X8 şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıması və 10.01.2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən X1rşısında saxlanılıb Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd polietilen kəsiyi bükümlərində olmaqla, ayrı-ayrılıqda 2 ədəd siqaret kağızı bükümlərində, ümumi təmiz çəkisi 1.462 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu vaxtdan təxminən bir ay əvvəl narkotik vasitə olan heroindən burnuna nəfəs almaq yolu ilə istifadə etmişdir. 10.01.2020ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində olarkən 14 saylı binanın yaxınlığında yerdə bir ədəd gümüşü rəngli, bükülü şəkildə siqaret kağızı görüb yerdən götürmüş və açıb içərisində nə olduğuna baxdıqda həmin bükülünün içərisində bir ədəd də gümüşü rəngli siqaret kağızı, eləcə də 3 ədəd sellofan bükülü olduğunu aşkar etmişdir. Yerdən tapdığı həmin bükülünün içərisində olan siqaret kağızını açıb içərisinə baxdıqda isə içərisində tünd rəngli narkotik vasitə olan heroinə oxşar kütlə olduğunu müəyyən etmişdir. Bundan sonra digər 3 ədəd sellofan bükülünün birini açıb içərisinə baxdıqda onun da içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğunu müəyyən etmişdir. O, həmin narkotik vasitəni istifadə etmək üçün tez əynində olan qara rəngli şalvarın sol yan cibinə qoyub gizlətmişdir. Bundan sonra isə oradan uzaqlaşıb şəhərdə işləri ilə məşğul olmuşdur. Arada isə imkan tapıb həmin narkotik vasitədən istifadə etmişdir. Həmin gün saat 18 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Beynəlxalq xəstəxana”nın qarşısında olarkən iki nəfər tanımadığı polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu, ona görə də birlikdə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə onlarla getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Kəpəz rayon Polis İdarəsinə getmiş, orada ona müdafiəçi təyin edilməklə müdafiəçinin, eləcə də onu saxlayan polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmişdir. Üzərinə baxış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən həmin gün yerdən tapdığı və içərisində narkotik vasitə heroin olan siqaret kağızları aşkar edilmişdir. Həmin siqaret kağızları açılaraq içərisindəki narkotik vasitələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, nə narkotik vasitə satışı ilə məşğul olur, nə də həmin narkotik vasitəni satış məqsədilə özündə saxlamışdır. O, üzərində narkotik vasitə olması barədə heç kimə bir söz deməmişdir. İndiyədək cəmi 2-3 xatırlamadığı şəxslərdən pul müqabilində narkotik vasitə əldə etmiş, həmin şəxslərlə isə təsadüfən tanış olmuşdur. Məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-m əməliyyat müvəkkili vəzufəsində işləyir. 10.01.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-m əməliyyat müvəkkili Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs tərəflərindən 10.01.2020-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən X1rşısında saxlanılaraq Kəpəz RPİ-yə aparılmışdır. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd siqaret kağızı bükümlərində narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Kəpəz RPİ-nin CAŞ-m əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o da, şahid Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10.01.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Kəpəz RPİ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış zamanı onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd siqaret kağızında bükümlər aşkar edilir. Bundan sonra onun əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd polietilen kəsiyi bükümü aşkar edilir. İlk öncə siqaret kağızlarında olan həmin bükümlərdən biri açılır və içərisində iki ədəd polietilen kəsiyinə bükülmüş kütlələr aşkar edilir. Bundan sonra digər siqaret kağızında olan bükülü açılır. Onun içərisində tünd qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik kütlə aşkar edilir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələrin narkotik vasitə olan heroin olduğunu, həmin gün Gülüstan qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilir. İlk öncə içərisində 2 ədəd polietilen kəsiyi bükümləri olan siqaret kağızındakı bükümlər çəkilir və ümumi çəkisi 2.1 qram təşkil edir. Bundan sonra isə içərisində toz halında kütlə olan 1 ədəd siqaret kağızı bükümü elektron tərəzidə çəkilir və onun çəkisi 0.5 qram təşkil edir. 10 yanvar 2020-ci il “cinayət törətməkdə şübhələnilən şəxsin tutulması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2020-ci il tarixli, 24 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş...” sözləri yazılmış kağız paketdəki bir ədəd gümüşü rəngli kağız bükümündə, bir ədəd gümüşü rəngli falqadakı iki ədəd polietilen kəsiklərində ayrı-ayrılıqda təmiz çəkiləri-0.206 qram, 0.655 qram, 0.601 qram, ümumi təmiz çəkisi 1.462 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin kağız paketdə olan bir ədəd gümüşü rəngli falqada olan digər bir ədəd polietilen kəsiyi bükümündəki pambıq kəsiyində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 18 fevral 2020-ci il tarixli, 61 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə edib, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. 12 yanvar 2020-ci il tarixli, 16 nömrəli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. 12 yanvar 2020-ci il tarixli, 17 nömrəli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında qərardan görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Gəncə şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat birliyi 06 saylı Mənzil İstismar Sahəsinin 15 sentyabr 2020-ci il tarixli, 224 nömrəli arayışından görünür ki, X6 şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, bina 54, mənzil 2-də yaşayır. 25 yanvar 2020-ci il tarixli, 120-1872-1220 nömrəli “əməliyyat tapşırığı”na cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan və necə əldə etməsini, hansı məqsədlə üzərində daşımasını, narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, narkotik vasitələrin qanunsuz dövriyyəsində bir qrup şəxs təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Səhiyyə Nazirliyi Gəncə şəhəri İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanserinin 18 fevral 2020-ci il tarixli, 1041 nömrəli arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhəri Psixonevroloji Dispanserin 18 fevral 2020-ci il tarixli, 1154 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. 16 yanvar 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1990-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, deməsinə görə məhkum olunmamış, Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54A, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı yerdə müsbət xarakterizə olunur. 17 yanvar 2020-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır. 19 fevral 2020-ci il tarixli, 39 nömrəli “Sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, ********* saylı cinayət işi üzrə 12.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs konkret olaraq digər şəxs(lər)-dən narkotik vasitə əldə etməsi faktı ilə bağlı cinayət işi başlanması rədd edilmiş və bu barədə material ayrılmışdır. Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı ********* saylı cinayət işindən ayrıca cinayət işi ayrılmamışdır. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməli cinayətin residivi kimi qiymətləndirilməmiş, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə əsasən, məhkəmə-kimyəvi ekspertizasının 11.01.2020-ci il tarixli tədqiqatından qalıq qalmış 1.312 qram narkotik vasitə olan heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinin istintaqı başa çatdıqda təqsirləndirilən şəxs, eləcə də onun müdafiəçisi tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, istintaq hərəkətləri protokolları, içərisində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk, habelə cinayət işinə əlavə olunmuş digər sənədlər sübut növü kimi tanınıb qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəriərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2020-ci il tarixdən 12 yanvar 2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı,bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə proflatiki qeydiyyataalınmalıdır, iş üzrə maddi sübut kimi tanınan –Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,312 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2020-ci il tarixdən 12 yanvar 2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəriərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrənarkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,312 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi dövlət büdcəsinin hesabına 90 (doxsan) manatməbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-65/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-65/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver