Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-65/2021 29.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 mənzil 424 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi : Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə xx.xx.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda xx.xx.2020-ci il tarixdə saat 16 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Göygöl rayonu, Qızılca kəndi ərazisində, Göygöl rayonu, H.Əliyev prospekti 7, Mexaniki zavodun ərazisində, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi ərazilərində, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 16 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri. Ş.İ.Xətai prospekti, Gəncə şəhəri, Şahsevənlər küçəsi 157, Gəncə şəhəri, Atatürk prospekti 236, Gəncə şəhəri, H.Əliyev prospekti 95, Gəncə şəhəri, D.Qorqud küçəsi 38 saylı bina, ünvan 3 ünvanın yerləşdiyi ərazilərdə, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri. Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, A.Cəmil küçəsi 1, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155, Gəncə şəlıəri, R.Qasımov küçəsi 2 dalan ev 20, Gəncə şəhəri, H.Əliyev prospekti 95, Gəncə şəhəri, Ş. İ.Xətai prospekti 62 ünvanlarının yerləşdiyi ərazilərdə, xx.xx.2020-ci il tarixdə saat 17:29 radələrində yaşadığı Gəncə şəhəri. Məhsətiqəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu ərazilərində, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, Gəncə küçəsi, Kəpəz mehmanxanası, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155 ünvanlarının yerləşdiyi ərazilərdə, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Samux rayonu, Kolayır kəndi, Samux rayonu, Ziyadlı kəndi, Gəncə şəhəri. X5, Gəncə şəhəri. A.Səhhət küçəsi, ünvan 6 ünvanlarının yerləşdiyi ərazilərdə olmaqla, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı Gəncə şəhəri. Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, T.Arani küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında qardaşı Şahid3 ilə görüşüb 20 manat borc pul alıb təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirııs infeksiyasmın yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsiriəndirilən şəxs Təqsirləndirilən şəxsnun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, M.Hacıyev küçəsi ev 15, mənzil 424-də qeydiyyatdadır, lakin Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır. 2020-ci ilin noyabr ayının təxminən 12-də onun bədənində halsızlıq olduğundan, burnu tutulduğundan yoxlanmaq üçün Gəncə şəhər 6 saylı poliklinikaya gedib ‘Covid-19” virusu ilə bağlı test vermiş və həmin poliklinikada şəxsi anket məlumatlarını bildirmişdir. xx.xx.2020-ci il tarixdə, səhər saatlarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “İTS.GOV.AZ”-dan analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxmağı ilə bağlı mesaj gəlmişdir. Həmin mesajın mətnində qeyd edilirdi ki, yaşayış yerini tərk etməsin, əgər karantin rejimini pozsa inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Həmin mesajı alarkən o evdə olmuş və mesajda qeyd edilən tələblərə əməl edərək evdə qalmış, yəni heç yerə getməmişdir. Həmin gün Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən adı yadında qalmayan həkim zəng edərək səhhətini soruşmuş, o isə səhhətinin normal olduğunu bildirmişdir. Ertəsi gün həmin həkim yenə onun mobil telefonuna zəng edərək səhhətini bir daha maraqlanmışdır. Həmin gün Gəncə şəhər 5 saylı poliklinikanın sahə həkimi Xoraman həkim onun mobil telefonuna zəng edərək səhhətini soruşmuş və hansı dərmanlardan istifadə etdiyini maraqlanmışdır. O, isə immunitet gücləndirən dərmanlardan istifadə etdiyini bildirmişdir. Adlarını qeyd etdiyi hər iki həkim ona evdən çıxmamağı ciddi şəkildə ona tapşırmışlar. O, isə evdə qalıb müalicə almışdır. Eyni zamanda virusa yoluxmağı ilə bağlı evi və həyəti spirt, xlor ilə dezinfeksiya eləmişdir. Lakin pulu qurtardığı üçün qardaşı Xaliqdən pul almaq üçün xx.xx.2021 -ci il tarixdə səhər saat 09 radələrində Xaliqə zəng edərək 20 manat borca pul istəmişdir. Xaliq isə borc verə biləcəyini deyib "Gold İmperial” şadlıq sarayının yaxınlığına gəlməyini demişdir. O, saat 09;30-da evdən çıxıb həmin yerə gəlmiş və qardaşı Xaliqlə görüşüb 20 manat pulu ondan götürmüşdür. O, qardaşı ilə görüşən zaman tibbi maskadan istifadə etmiş və sosial məsafəni qorumuşdur. O, pulu götürüb evə qayıdan zaman yolda polis əməkdaşı ona zəng edib harada olmağını soruşmuşdur. O, isə yaşadığı evə qayıtdığını bildirmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları onun yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 21-ci küçədə yerləşən evlərinə gəlmişlər. Onunla şifahi söhbət aparıb video çəkiliş etmişlər və evdən bir daha çıxmamağını demişlər. O da, həmin tələblərə riayət edəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə isə onun mobil telefonuna “İTS.GOV.AZ”-dan yenə mesaj gəlmiş və həmin mesajda qeyd edilmişdir ki, qeyd edilən virusla bağlı özünütəcrid müddəti bitmişdir. Bundan sonra o sərbəst şəkildə istədiyi yerə gedib gəlmişdir. Onda korona virus olmadığını düşünərək 2021-ci ilin noyabr ayının 17-də, 18-də, 20-də, 21-də, 23-də 24-də müxtəlif saatlarda Gəncə şəhəri ərazisinə, Göygöl rayonu ərazisinə və Samux rayonu ərazisinə gedib gəlmişdir. Həmin vaxt tibbi maskadan istifadə etmişdir. Heç kimlə yaxın təmasda olmamışdır. O, özünü normal hiss etdiyi üçün koronavirus yox qrip olduğunu düşünüb yaşadığı evi tibbi maskadan istifadə etməklə bir neçə dəfə tərk edərək işlərinin arxasınca getmişdir. Qardaşı Xaliq onun virusa yoluxduğunu bilməmişdir. O, qardaşı ilə görüşən zaman maskada olmuş və sosial məsafəni qoruduğu üçün Xaliq heç bir halda koronavirusa yoluxmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıdır. Nahidə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır və ailə vəziyyəti yaxşı olmadığından lazım olanda Nahidəvə köməklik edir. xx.xx.2021 -ci il tarixdə səhər saatlarında Nahidə ona zəng edərək 20 manat borca pul istəmişdir. O, isə Nahidəyə borca pul verə biləcəyini deyib “Gold İmperial” şadlıq sarayının yaxınlığına, “Metallurq” stadionunun aşağı hissəsinə gəlməyini demişdir. Təxminən yarım saatdan sonra o Nahidə ilə həmin yerdə görüşmüşdür. Həmin vaxt həm Nahidə, həmdə o tibbi maska taxmışdır. O, Nahidənin ondan istədiyi 20 manat borc pulu Nahidəyə vermiş və yaşadığı evə qayıtmışdır. O, sonradan bilmişdir ki, Nahidə koronavirusa yoluxubdur və yaşadığı evi tərk etdiyi üçün evə polis əməkdaşları gəlmişdir. O, Nahidə ilə görüşən zaman onun koronavirusa yoluxduğunu bilməmişdir. O, Nahidə ilə görüşüb pul verən zaman tibbi maskadan istifadə etdiyi üçün ona virus keçməmiş və onun səhhətində heç bir virus simptomları olmamışdır. O, həmin vaxtdan bu günə kimi özünü yaxşı hiss etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Gəncə şəhəri, Məhsəti qəsəbəsinin polis sahə rəisi işləyir. Polis sahə rəisinin vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin elmək məqsədi ilə hal-hazırda ölkədə də yayılmış “Covid-19’ virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş, və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə onlar tərəfindən nəzarət həyata keçirilir. Bununla bağlı X3 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. xx.xx.2020-ci il tarixdə “Covid-19” virusunun daşıyıcısı Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib digər şəxslərlə ünsiyyətdə olaraq onları virusa yoluxdurma təhlükəsi yaratması ilə bağlı məlumat alıb xidməti ərazidə, yəni Gəncə şəhəri. Məhsəti qəsəbəsi, 21-ci küçədə yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı o, Nahidədən harada olmasım soruşduqda Nahidə bildirmişdir ki, şəhər istiqamətindən gəlib yaşadığı evə çatır. Bir qədər sonra qeyd edilən ünvana gedilərək videoçəkiliş aparmaqla orada aşkar etdikləri “Covid-19” virus daşıyıcısı Təqsirləndirilən şəxs ilə sosial məsafə gözləməklə profilaktiki söhbət edərək yaşadığı evdə qalmasını, yaşadığı evi tərk etməməsini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ilə görüşüb profilaktiki söhbət aparan zaman Nahidə tibbi maskada olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Gəncə şəhər 5 nömrəli poliklinikanın sahə həkimi vəzifəsində çalışır. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gündür. Əldə edilən tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edirlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, Gəncə şəhəri, M.Hacıyev küçəsi bina 15. mənzil 424-də qeydiyyatda olan, Gəncə şəhəri. Məhsəti qəsəbəsi, 21-ci küçədə yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığı və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin adı poliklinikanın ilkin müraciət edənlərin qeydiyyatı jurnalına qeyd olunmuş və adına ambulator xəstənin tibbi kartası açılmışdır. Həmin jurnal və ambulator xəstənin tibbi kartasına baxış keçirilə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə istifadəsində olan 055-682-01 -54 saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstəyə arbitrol həblərinin, azitramisin dərman vasitələrini qəbul etməsi tövsiyyə ilmiş, eyni zamanda 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq edilmiş və 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon ıqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni xx.xx.2020-ci il rixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Bundan əlavə Təqsirləndirilən şəxs “Covid-19” virusu aşkar edilmiş və xx.xx.2020-ci il tarixdə bu barədə onun özünə məlumat verilmişdir. 14 günlük müalicə müddətini də nəzərə almaqla xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilmişdir. İlk 14 gün xəstəliyin inkubasiya dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda inamalıdır. Ona görə ki. həmin müddət ərzində xəstəliyin yayılması labüddür. Cinayət işinin materiallarnda olan və məhkəmə iclasında tədqiq olunan:- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzinin xx.xx.2021-ci il tarixli, 235 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, M.Hacıyev küçəsi ev15, mənzil 424-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə “COVİD-19” infeksifasına görə müayinəsinin nəticəsinin pozitiv olması qeyd edilmişdir. ( i.v.səh 48). “İlkin müraciət edənlərin qeydiyyatı jurnalından” görünür ki, 1978-ci il təvəllüdlü, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 680-ci sırada qeydiyyata alınmışdır. ( i.v.səh 22-24). Azərbaycan Respublikası Səhiyyə Nazirli Gəncə şəhər 5 nömrəli poliklinika tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, forma 025/U nömrəli Ambulator xəstənin tibbi kartasından görünür ki, Təqsirləndirilən şəxs xəstəliyinin simptomlarına əsasən ona COVİD-19 diaqnozu qoyulmuşdur. ( i.v.səh 25). Ambulator kartaya əlavə edilmiş “telefon danışıqlarının” qeydiyyatndan görünür ki, ona ev şəraitində müalicə alması və evdən çölə çıxmaması barədə xəbərdarlıq edilmişdir. ( i.v.səh 27). İş materialında olan bir ədəd DVD diskdəki videogörüntüyə baxış keçirilməsi haqqında potokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində bir ədəd fayl mövcuddur. Həmin görüntüdə Gəncə şəhəri, M.Hacıyev küçəsi bina 15, mənzil 424-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 21-ci küçədə yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, “Metallurq” stadionunun yaxınlığında yaşayan Xaliq adlı qardaşı ilə görüşmək üçün yaşadığı evdən çıxmasını bildirməsi görünmüşdür. İş materialında olan bir ədəd "CD" diskdə olan yazıya baxış keçirilməsi haqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21- i küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Göygöl rayonu, Qızılcı kəndi ərazisində, Göygöl rayonu, H.Əliyev prospekti 7, Mexaniki zavodun ərazisində, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi ərazilərində, 8.11.2020-ci il tarixdə saat 13 radələrindən 16 radələriııədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri. Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi mşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, Gəncə şəhəri, Şahsevənlər küçəsi 157, Gəncə şəhəri, Atatürk prospekti 236, Gəncə qəhəri, H.Əliyev prospekti 95, Gəncə şəhəri, D.Qorqud küçəsi 38 saylı bina, ünvan 7 ünvanın yerləşdiyi ərazilərdə, 20.11,2020-ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21- ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, A.Cəmil küçəsi 1, Gəııcə şəhəri, Ş.İ.Xətai prospekti 155, Gəncə şəhəri, R.Qasımov küçəsi 2 dalan ev 20, Gəncə şəhəri, H.Əliyev prospekti 95, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62 ünvanlarının yerləşdiyi ərazilərdə, xx.xx.2020-ci il tarixdə saat 17:29 radələrində yaşadığı Gəncə şəhəri. Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu ərazilərində, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, Gəncə küçəsi, Kəpəz mehmanxanası, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155 ünvanlarının yerləşdiyi ərazilərdə, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Samux rayonu, Kolayır kəndi, Samux rayonu, Ziyadlı kəndi, Gəncə şəhəri, X5, Gəncə şəhəri, A.Səhhət küçəsi, ünvan 6 ünvanlarının yerləşdiyi ərazilərdə olmuş və xx.xx.2020- ci il tarixdə, saat 09:30 radələrində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib digər yerlərə getmişdir. ( i.v.səh 44-45). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. ( i.v. səh.37). İbtidai istintaq zamanı əldə olunmuş “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X2 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından görünür ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD-19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. ( i.v.səh 28-33). Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə xx.xx.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda xx.xx.2020-ci il tarixdə saat 16 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Göygöl rayonu, Qızılca kəndi ərazisində, Göygöl rayonu, H.Əliyev prospekti 7, Mexaniki zavodun ərazisində, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi ərazilərində, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 16 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri. Ş.İ.Xətai prospekti, Gəncə şəhəri, Şahsevənlər küçəsi 157, Gəncə şəhəri, Atatürk prospekti 236, Gəncə şəhəri, H.Əliyev prospekti 95, Gəncə şəhəri, D.Qorqud küçəsi 38 saylı bina, ünvan 3 ünvanın yerləşdiyi ərazilərdə, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri. Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, A.Cəmil küçəsi 1, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155, Gəncə şəlıəri, R.Qasımov küçəsi 2 dalan ev 20, Gəncə şəhəri, H.Əliyev prospekti 95, Gəncə şəhəri, Ş. İ.Xətai prospekti 62 ünvanlarının yerləşdiyi ərazilərdə, xx.xx.2020-ci il tarixdə saat 17:29 radələrində yaşadığı Gəncə şəhəri. Məhsətiqəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Göygöl rayonu, Quşqara kəndi, Gəncə-Şəmkir yolu ərazilərində, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, Gəncə küçəsi, Kəpəz mehmanxanası, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155 ünvanlarının yerləşdiyi ərazilərdə, xx.xx.2020-ci il tarixdə saat 10 radələrindən 18 radələrinədək olan müddət ərzində yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Samux rayonu, Kolayır kəndi, Samux rayonu, Ziyadlı kəndi, Gəncə şəhəri. X5, Gəncə şəhəri. A.Səhhət küçəsi, ünvan 6 ünvanlarının yerləşdiyi ərazilərdə olmaqla, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində yaşadığı Gəncə şəhəri. Məhsəti qəsəbəsi, 21-ci küçədə yerləşən fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, T.Arani küçəsində yerləşən “Metallurq” stadionunun yaxınlığında qardaşı Şahid3 ilə görüşüb 20 manat borc pul alıb təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır cinayət» olmaqla həyat və sağlamlıq əleyhinə olan cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsnun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsnun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxsnun barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. (mad.346.1.21, 353.4.10) İş üzrə məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə video görüntünü və telefon məlumatlarını özündə əks etdirən -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə , hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. İş üzrə video görüntünü və telefon məlumatlarını özündə əks etdirən -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-65/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-65/2021
29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver