Məhkəmə qərarları › İş №1(043)-66/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-66/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-66/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 04,06,1994-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qurudərə kəndində pasport qeydiyyatında olmaqla ünvan 1 mənzil 5 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 29.12,2019-cu il tarixdə, saat 06 radələrində “xxxxxxxxx” X3 məxsus olan, Gəncə şəhəri, Atatürk prospekti 237, 116A ünvanında yerləşən “xxxxxxxxx” adlanan mağazanın giriş qapısının kilidini sındırıb qapını açaraq qanunsuz olaraq içəri daxil olub mağazanın içərisində olan və üzərində müxtəlif növ qida və qeyriqida malları düzülmüş piştaxtalardan hər birinin dəyəri 1,5 manat olan 2 ədəd “Star Plast” markalı plastik süzgəci, 8.49 manat dəyərində 1 qutu “My Horse” markalı oyuncaq setini, hər birinin dəyəri 2,99 manat olan 2 ədəd “Lol” markalı oyuncaq kuklanı, hər birinin dəyəri 2,15 manat olan “Ariel” markalı, avtomatik qurğular üçün istehsal edilmiş 2 qutu yuyucu tozu, 2,8 manat dəyərində, 200 qram çəkidə 1 qutu “Sərfəli” markalı seylon çayı, hər biri 0,35 litrlik və hər birinin dəyəri 3,19 manat olan 5 qutu “Elidor” markalı saç şampununu, içərisində 20 ədəd olan 8,49 manat dəyərində 1 qutu “Bella Perfecta” markalı qadın bezini, hər birinin dəyəri 0,75 manat olan 3 qutu “All day” markalı maye sabunu, hər birinin dəyəri 6,9 manat olan 0,5 litrlik 4 şüşə “Black Jack” markalı spirtli içkini, hər biri 70 qramlıq və hər birinin dəyəri 0,57 manat olan 6 qutu “Çiko” markalı günəbaxan tumunu, hər biri 0,25 litrlik və hər birinin dəyəri 0,8 manat olan 5 banka “X10 Tea” markalı spirtsiz içkini, hər biri 0,25 litrlik və hər birinin dəyəri 0,89 manat olan 5 banka “Horss” markalı spirtsiz enerji içkisini, hər biri 0,2 litrlik və hər birinin dəyəri 0,3 manat olan 5 qutu “One Star” markalı meyvə şirəsini, hər birinin dəyəri 2,4 manat olan və hər biri 0,25 litrlik 2 şüşə “Xan Kristal” markalı spirtli içkini, hər birinin dəyəri 1,15 manat olan 1 litrlik 2 qutu “Natura” markalı meyvə şirəsini, 1,45 manat dəyərində 1 litrlik 1 şüşə “Bizim Tarla” markalı meyvə kompotunu, hər biri 50 qram çəkidə və hər birinin içərisində 25 ədəd bağlama olan, ayrı-ayrılıqda hər qutusunun dəyəri 1,5 manat olan 2 qutu “Final” markalı qara çayı, 0,25 litrlik 0,7 manat dəyərində 1 banka “Hell” markalı spirtsiz enerji içkisini, hər biri 0,2 litrlik və hər birinin dəyəri 2,5 manat olan 2 qutu “Wash&Go” markalı saç şampununu, hər biri 50 qramlıq və hər birinin dəyəri 2,80 manat olan 2 qutu “Palette” markalı qadın saç boyasını, hər biri 50 qram çəkidə və hər birinin dəyəri 0,57 manat olan 2 qutu “All” markalı asetonu, hər birinin içərisində 3 ədəd olan və hər qutusu 3,70 manat dəyərində 2 qutu “Gilette Blue 3” markalı təraş bıçağını, hər biri 0,75 qram çəkidə və hər birinin dəyəri 1 manat olan 2 qutu “Aura” markalı əl kremini, 225 qram çəkidə və 2,49 manat dəyərində 1 qutu “Safeguard” markalı maye sabunu, hər birinin içərisində 20 ədəd olan və hər biri 1,49 manat dəyərində 2 qutu “Discreet” markalı qadın bezini, 7,4 manat dəyərində 1 qutu “Parlament” markalı ətir setini, hər biri 0,2 litrlik və hər birinin dəyəri 3,40 manat olan 2 qutu “Head&Shoulders” markalı saç şampununu, 0,5 litrlik 5,49 manat dəyərində 1 qutu “Head&Shoulders” markalı saç şampununu, 1,65 manat dəyərində 1 litrlik 1 qutu “Cappy” markalı meyvə şirəsini, hər birinin dəyəri 2,99 manat olan və hər biri 150 qramlıq 2 qutu “Rexona” markalı qolaltı spreyi, hər birinin dəyəri 3,59 manat olan və hər biri 150 qramlıq 21 qutu “Nivea” markalı qolaltı spreyi, hər birinin dəyəri 2,99 manat olan və hər biri 150 qramlıq 4 qutu “Emotion” markalı qolaltı spreyi, hər birinin dəyəri 3 manat olan 6 ədəd “Rosella” markalı büjiteriyanı, ümumi dəyəri 27 manat olan 3,514 kiloqram çəkidə “Konti Djek” markalı şokoladı, ümumi dəyəri 5,3 manat olan 0,440 qram çəkidə “X9” markalı şokoladı, ümumi dəyəri 1 manat olan 0,166 qram çəkidə “Krokant” markalı şokoladı, ümumi dəyəri 1,7 manat olan 0,234 qram “Ulker Albeni” markalı şokoladı, 500 qramlıq və 1,59 manat dəyərində 1 qutu “Moloçnaya Skazka” markalı qatı südü, 3,19 manat dəyərində və 220 qram çəkidə 1 banka “Shokki Mokki” markalı şokolad yağını, 660 qram çəkidə və 1,09 manat dəyərində 1 qutu “Azərşəkər” markalı kəllə qəndi, hər biri 270 qram çəkidə və hər birinin dəyəri 0,95 manat olan 2 qutu “Tristar” markalı halvanı, ümumi dəyəri 1,6 manat olan 0,554 qram çəkidə marmeladlı peçenyəni, hər biri 150 qram çəkidə və hər birinin dəyəri 4,9 manat olan 2 qutu kişniş toxumlu noğulu, hər biri 180 qram çəkidə və hər birinin dəyəri 1,1 manat olan 3 qutu “Chocobis” markalı peçenyeni, 500 qram çəkidə və 2,65 manat dəyərində 1 qutu İran xurmasını, içərisində 14 ədəd olan və hər qutusunun dəyəri 2,65 manat olan 2 qutu “X8” markalı ruleti, ümumilikdə isə zərərçəkmiş hüquqi şəxsin 329,18 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olsa da, uzun müddətdir ki, ünvan 2 mənzil 12 ünvanda yaşayır. Həmin mənzilin sahibi Minə adlı qadındır. O, Minənin mənzilində, təxminən 2 ay kirayədə yaşamışdır. O, Gəncə şəhərində fəaliyyət göstərən bir neçə çay evlərində ofisiant kimi çalışmışdır, hazırda isə heç bir yerdə işləmir. xx.xx.2019-cu il tarixdə pula ehtiyacı olduğu üçün kirayədə yaşadığı binanın yaxınlığında yerləşən “xxxxxxxxx” adlanan ərzaq mağazasından pul oğurlamaq qərarına gəlmişdir. Bunun üçün xx.xx.2019-cu il tarixdə, səhər saat 06 radələrində kirayədə yaşadığı mənzildən 1 ədəd çəkic və 1 ədəd dəmir parçası götürüb “xxxxxxxxx” ərzaq mağazasının qarşısına getmişdir. Həmin vaxt ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra dəmir parçasını mağazanın sol giriş qapısı ilə çərçivənin arasına salıb çəkiclə dəmirə təsir etmiş və qapı kiliddən açılmışdır. Bundan sonra mağazaya daxil olub, mağazada pullar qoyulan siyirməni açıb içərisinə baxıb ki, pul olsa götürsün, lakin pul tapa bilməmişdir. Ona görə də mağazada satılan ərzaq və qeyri-ərzaq mallarını oğurlamaq qərarına gəlmişdir. Bunun üçün kirayədə yaşadığı mənzilə qayıdıb mənzildən 2 ədəd əl torbası götürmüş və yenidən “xxxxxxxxx” ərzaq mağazasına qayıtmışdır. Mağazaya daxil olub piştaxtalarda olan ərzaq və qeyri-ərzaq mallarından əlinə keçəni torbalara doldurmuşdur. Oğurladığı malların içərisində şampunlar, saç boyaları, spirtli və spirtsiz içkilər, şokoladlar, oyuncaqlar və s. mallar olmuşdur. O, torbaları doldurub mağazadan çıxmış və kirayədə yaşadığı mənzilə getmişdir. Mənzildə tək yaşadığı üçün oğurladığı malları çarpayının üzərinə qoymuş, səhər açılanda aparıb satıb pul əldə etmək fikrində olmuşdur. Ancaq, daha sonra polis əməkdaşları gəlib ona oğurluqda şübhəli olduğunu bildirərək izahatını almışlar. Bundan sonra oğurladığı əşyaları könüllü olaraq polisə təqdim etmişdir. Mağazaya pul oğurlamaq məqsədilə daxil olmuş, ancaq, mağazada pul tapa bilmədiyi üçün oradan ərzaq və qeyri-ərzaq məhsulları oğurlamışdır. Oğurladığı bütün əşyaları da heç birinə toxunmadan polisə təqdim etmişdir. Hadisə vaxtı istifadə etdiyi çəkic və dəmir parçasını hadisədən sonra xatırlamadığı yerə tullamış və hazırda harada olduğunu bilmir. O, həmin mağazada videomüşahidə kamerası olduğunu bilmirmiş və oğurluq etmək barədə qərara gəldikdə bundan heç kimin xəbəri olmamış və oğurluğu tək planlaşdırıb həyata keçirmişdir. Oğurladığı malların kirayədə yaşadığı mənzildə olması barədə də heç kimin məlumatı olmamışdır, çünki həmin mənzildə tək yaşamışdır. Mağazanın içərisində olan yardımçı otaqda pul ola biləcəyini düşündüyü üçün həmin otağın pəncərəni sındırıb içəri daxil olmaq istəmiş, lakin qapını aça bilmədiyi üçün bu mümkün olmamışdır. Oğurladığı əşyaların hamısı sahibinə qaytarılmışdır, ilk dəfədir ki, cinayət əməli törədir, əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs “xxxxxxxxx” X2 nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən “xxxxxxxxx” MMC-də şöbə müdiri vəzifəsində çalışır. “xxxxxxxxx” MMC-nin Gəncə şəhərində bir neçə yerdə mağazaları fəaliyyət göstərir. Belə ki, həmin mağazalarda ərzaq və qeyri-qida məhsulları satılır. Həmin mağazalardan biri də Gəncə şəhəri, Atatürk propekti 237, 116 A ünvanında yerləşir. Mağazanın yerləşdiyi bina iki mərtəbəli olsa da, mağaza həmin binanın yalnız birinci mərtəbəsində fəaliyyət göstərir. Bununla yanaşı, mağazanın giriş qapıları kilidlənir, qapıdan əlavə dəmir jalüz çəkilir, həmçinin mağazanın həm çöl tərəfi, həm də daxili hissəsi videomüşahidə kameraları ilə təchiz edilmişdir. Həmin mağazada 4 nəfər işçi çalışır. xx.xx.2019-cu il tarixdə, saat 08 radələrində mağazada müdir müavini vəzifəsində çalışan X4 ona zəng edərək mağazadan oğurluq edildiyini bildirmiş, o isə dərhal mağazaya gedib hadisə yerinə baxmış və orada ona məlum olmuşdur ki, həqiqətən də mağazadan qapının kilidini sındırma yolu ilə içəri qanunsuz daxil olunaraq oğurluq edilmiş, bundan başqa, mağazanın içərisində kamera otağı kimi nəzərdə tutulan yardımçı otağın qapı şüşəsi sındırılmışdır. Belə ki, onlar mağazaya və videomüşahidə kamerasının qeydə aldığı görüntüyə ətraflı baxış keçirdikdə qadın cinsli naməlum şəxsin mağazadan hər birinin dəyəri 1,5 manat olan 2 ədəd “Star Plast” markalı plastik süzgəci, 8,49 manat dəyərində 1 qutu “My Horse” markalı oyuncaq setini, hər birinin dəyəri 2,99 manat olan 2 ədəd “Lol” markalı oyuncaq kuklanı, hər birinin dəyəri 2,15 manat olan “Ariel” markalı, avtomatik qurğular üçün istehsal edilmiş 2 qutu yuyucu tozu, 2,8 manat dəyərində, 200 qram çəkidə 1 qutu “Sərfəli” markalı seylon çayı, hər biri 0,35 litrlik və hər birinin dəyəri 3,19 manat olan 5 qutu “Elidor” markalı saç şampununu, 1 qutu, içərisində 20 ədəd olan 8,49 manat dəyərində “Bella Perfecta” markalı qadın pedini, hər birinin dəyəri 0,75 manat olan 3 qutu “All day” markalı maye sabunu, hər birinin dəyəri 6,9 manat olan 0,5 litrlik 4 şüşə “Black Jack” markalı spirtli içkini, hər birinin dəyəri 0,57 manat olan 6 qutu “Çiko” markalı günəbaxan tumunu, hər biri 0,25 litrlik və hər birinin dəyəri 0,8 manat olan 5 banka “X10 Tea” markalı spirtsiz içkini, hər biri 0,25 litrlik və hər birinin dəyəri 0,89 manat olan 5 banka “Horss” markalı spirtsiz enerji içkisini, hər biri 0,2 litrlik və hər birinin dəyəri 0,3 manat olan 5 qutu “One Star” markalı meyvə şirəsini, hər birinin dəyəri 2,4 manat olan və hər biri 0,25 litrlik 2 şüşə “Xan Kristal” markalı spirtli içkini, hər birinin dəyəri 1,15 manat olan 1 litrlik 2 qutu “Natura” markalı meyvə şirəsini, 1,45 manat dəyərində 1 litrlik 1 şüşə “Bizim Tarla” markalı meyvə kompotunu, hər biri 50 qram çəkidə və hər birinin içərisində 25 ədəd bağlama olan, ayrı-ayrılıqda hər birinin dəyəri 1,5 manat olan 2 qutu “Final” markalı qara çayı, 0,25 litrlik 0,7 manat dəyərində 1 banka “Hell” markalı spirtsiz enerji içkisini, hər biri 0,2 litrlik və hər birinin dəyəri 2,5 manat olan 2 qutu “Wash&Go” markalı saç şampununu, hər biri 50 qramlıq və hər birinin dəyəri 2,80 manat olan 2 qutu “Palette” markalı qadın saç boyasını, hər biri 50 qram çəkidə və hər birinin dəyəri 0,57 manat olan 2 qutu “All” markalı asetonu, hər birinin içərisində 3 ədəd olan və hər bir qutusu 3,70 manat dəyərində 2 qutu “Gilette Blue 3” markalı təraş bıçağını, hər biri 0,75 qram çəkidə və hər birinin dəyəri 1 manat olan 2 qutu “Aura” markalı əl kremini, 225 qram çəkidə və 2,49 manat dəyərində 1 qutu “Safeguard” markalı maye sabunu, hər birinin içərisində 20 ədəd olan və hər biri 1,49 manat dəyərində 2 qutu “Discreet” markalı qadın pedini, 7,4 manat dəyərində 1 qutu “Parlament” markalı ətir setini, hər biri 0,2 litrlik və hər birinin dəyəri 3,40 manat olan 2 qutu “Head&Shoulders” markalı saç şampununu, 0,5 litrlik 5,49 manat dəyərində 1 qutu “Head&Shoulders” markalı saç şampununu, 1,65 manat dəyərində 1 litrlik 1 qutu “Cappy” markalı meyvə şirəsini, hər birinin dəyəri 2,99 manat olan və hər biri 150 qramlıq 2 qutu “Rexona” markalı qolaltı spreyi, hər birinin dəyəri 3,59 manat olan və hər biri 150 qramlıq 21 qutu “Nivea” markalı qolaltı spreyi, hər birinin dəyəri 2,99 manat olan və hər biri 150 qramlıq 4 qutu “Emotion” markalı qolaltı spreyi, hər birinin dəyəri 3 manat olan 6 ədəd “Rosella” markalı büjiteriyanı, ümumi dəyəri 27 manat olan 3,514 kiloqram çəkidə “Konti Djek” markalı şokoladı, ümumi dəyəri 5,3 manat olan 0,440 qram çəkidə “ X9” markalı şokoladı, ümumi dəyəri 1 manat olan 0,166 qram çəkidə “Krokant” markalı şokoladı, ümumi dəyəri 1,7 manat olan 0,234 qram “Ulker Albeni” markalı şokoladı, 500 qramlıq və 1,59 manat dəyərində 1 qutu “Moloçnaya Skazka” markalı qatı südü, 3,19 manat dəyərində və 220 qram çəkidə 1 banka “Shokki Mokki” markalı şokolad yağını, 660 qram çəkidə və 1,09 manat dəyərində 1 qutu “Azərşəkər” markalı kəllə qəndi, hər biri 270 qram çəkidə və hər birinin dəyəri 0,95 manat olan 2 qutu “Tristar” markalı halvanı, ümumi dəyəri 1,6 manat olan 0,554 qram çəkidə marmeladlı peçenyəni, hər biri 150 qram çəkidə və hər birinin dəyəri 4,9 manat olan 2 qutu kişniş toxumlu noğulu, hər biri 180 qram çəkidə və hər birinin dəyəri 1,1 manat olan 3 qutu “Chocobis” markalı peçenyəni, 500 qram çəkidə və 2,65 manat dəyərində 1 qutu İran xurmasını, içərisində 14 ədəd olan və hər qutusunun dəyəri 2,65 manat olan 2 qutu “X8” markalı ruleti oğurladığını aşkar etmişlər. Hadisə nəticəsində yuxarıda qeyd edilən mallardan başqa hər hansı bir şey, o cümlədən pul oğurlanmamış, hadisə nəticəsində yuxarıda qeyd edilən malların ümumi qiyməti qədər “xxxxxxxxx” MMC-yə maddi ziyan dəymişdir. Bundan başqa, mağazanın qapı kilidinin və şüşənin sındırılması nəticəsində ayrıca 35 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs vurulmuş zərəri ödəmişdir, ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasına gəlməmiş şahidlərin ifadələri məhkəmə iclasında elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Atatürk prospekti 237, 116A ünvanında yerləşən “xxxxxxxxx” mağazasının müdir müavinidir. Mağaza hər gün saat 08-dən saat 22:00-dək fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə, saat 22:00-da mağaza bağlandıqdan sonra evinə getmiş, xx.xx.2019-cu il tarixdə, saat 08 radələrində isə mağazanı açmağa gedən zaman sol giriş qapısının kilidinin sındırılmış və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Mağazaya daxil olduqda içərinin dağınıq vəziyyətə salındığını, kamera otağının qapısının şüşəsinin sındırılmış vəziyyətdə olduğunu, mağazada malların isə əksik olduğunu aşkar etmişdir. Bu səbəbdən o, “xxxxxxxxx” MMC-nin şöbə müdiri Nümayəndə və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onun iştirakı ilə mağazaya baxış keçirilmişdir. Baxış zamanı spirtli içkilərin, ərzaq məhsullarının, müxtəlif şirniyyat məhsullarının, kosmetika və parfümeriya mallarının, qeyri-qida məhsullarının oğurlanması məlum olmuşdur. Daha sonra oğurlanan malların siyahısını tərtib etmiş və mağazaya, ümumilikdə təxminən 329 manat maddi ziyan dəydiyini müəyyənləşdirmişdir. Daha sonra araşdırma zamanı xahişi nəzərə alınaraq xarab ola biləcək malların bəziləri ona qaytarılmşdır. X4 ifadəsində, həmçinin bildirmişdir ki, araşdırma zamanı təqdim edilən siyahıda göstərilən qiymətlər qeyd edilən malların alış və ümumilikdə dəymiş maddi ziyanın real qiymətləridir. Mağazanın kamera otağı kimi nəzərdə tutulan otaqda hadisə vaxtı pul və digər qiymətli əşya olmamış, orada yalnız videomüşahidə kamerasının yaddaş cihazı və monitor olmuşdur. O və mağazanın işçiləri mağazaya daxil olan, satılan və qalan malların uçotunu dəqiq aparırlar. Hadisədən sonra mağazanın işçiləri ilə birlikdə mağazada qalan malların və satılan malların uçotunu aparmış və mağazadan konkret olaraq hansı növdə, çeşiddə, sayda, çəkidə,dəyərdə malların oğurlandığını müəyyən etmiş, ona müvafiq də siyahı tərtib etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Atatürk prospekti 237, bina 1, mənzil 12 ünvanda yerləşən mənzil ona məxsusdur. Təxminən 2 ay əvvəl Gəncə şəhəri, Atatürk prospekti 237, bina 1, mənzil 12-də olarkən qonşular ona bir nəfər qadının kirayə ev axtardığını bildirmiş, o da həmin qadınla, yəni adının Təqsirləndirilən şəxs olduğunu sonradan bildiyi şəxslə danışdıqdan sonra evini Əfsanəyə kirayə verməyə razılaşmışdır. O, Əfsanəyə evinin açarını verib kirayədə yaşaya biləcəyini bildirmiş və daha sonra oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs, təxminən 1 ay onun evində kirayədə yaşamışdır. O, Əfsanənin nə işlə məşğul olduğunu bilməmişdir. İşləriylə əlaqədar vaxtı olmadığı üçün də həmin evə gedib nəzarət edə bilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona məxsus həmin evdən çıxıb getmişdir. O, sonradan eşidib ki, Təqsirləndirilən şəxs onun evində yaşadığı müddət ərzində binalarının yaxınlığında yerləşən “xxxxxxxxx” ərzaq mağazasından ərzaq və qeyriərzaq məhsullarını oğurlayıb, həmin evə gətirmişdir. Onun bu barədə yalnız sonradan xəbəri olub. Mənzili konkret olaraq Əfsanənin özünə kirayəyə vermişdir və bildiyinə görə Əfsanə orada tək yaşamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ərizəsi əsasında, həmin vaxt kirayədə yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 237, bina 1, mənzil 12 ünvanına Kəpəz RPİ-nin TB-nin baş təhqiqatçısı Ə.Əlizadə tərəfindən baxış keçirilmiş və baxış zamanı təqsirləndirilən şəxsin “xxxxxxxxx” adlanan mağazadan oğurladığı qida və qeyri-qida malları götürülmüşdür. Baxış və götürmə zamanı çəkilmiş fotoşəkillər isə protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 mənzil 12 ünvandan götürülmüş müxtəlif çeşiddə qida və qeyri-qida məhsullarına baxış keçirilmiş, baxış zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi həmin malların “xxxxxxxxx” MMC-yə məxsus olduğunu və xx.xx.2019-cu il tarixdə hüquqi şəxsə məxsus olan mağazadan oğurlandığını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, “xxxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixdə oğurlanmış mallar hüquqi şəxsin nümayəndələrinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanması zamanı o, xx.xx.2019-cu il tarixdə, saat 06 radələrində oğurluq etdiyi “xxxxxxxxx” adlanan mağazanı, həmin mağazaya haradan və necə daxil olduğunu, mağazanın içərisində qida və qeyri-qida mallarını hansı piştaxtalardan götürməsini əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 1578 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş malların 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 329,60 manat müəyyən edilmişdir. İş materiallarında olan x xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdəki görüntülərdən məlum olur ki, həmin görüntülərdə Gəncə şəhəri Atatürk prospekti 237, 116A ünvanda yerləşən mağazanın içərisində olan bir nəfər qara geyimli şəxs əlində 1 ədəd yük torbası ilə mağazanın piştaxtalarında olan müxtəlif çeşidli malları həmin torbaya dolduraraq mağazanın qapısından çıxıb gedir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özü olmasını və mağazadan oğurluq etdiyini bildirmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması və məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını təqsirəndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin fikrincə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar, onların mahiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını aşağı həddə təyin etməyi mümkün edir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə edilməli əmlak müyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış “xxxxxxxxx” MMC-yə məxsus mağazadan oğurlanmış malların qanuni sahibinə qaytarılmasını məhkəmə nəzərə alır. Məhkəmə həm də iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 10 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 60 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar - 2 ədəd “Star Plast” markalı plastik süzgəc, 1 qutu “My Horse” markalı oyuncaq seti, 2 ədəd “Lol” markalı oyuncaq kukla, “Ariel” markalı, avtomatik qurğular üçün istehsal edilmiş 2 qutu yuyucu toz, 200 qram çəkidə 1 qutu “Sərfəli” markalı seylon çayı, hər biri 0,35 litrlik 5 qutu “Elidor” markalı saç şampunu, içərisində 20 ədəd olan 1 qutu “Bella Perfecta” markalı qadın bezi, 3 qutu “All day” markalı maye sabun, 0,5 litrlik 4 şüşə “Black Jack” markalı spirtli içki, hər biri 70 qramlıq 6 qutu “Çiko” markalı günəbaxan tumu, hər biri 0,25 litrlik 5 banka “X10 Tea” markalı spirtsiz içki, hər biri 0,25 litrlik 5 banka “Horss” markalı spirtsiz enerji içki, hər biri 0,2 litrlik 5 qutu “One Star” markalı meyvə şirəsi, hər biri 0,25 litrlik 2 şüşə “Xan Kristal” markalı spirtli içki, 1 litrlik 2 qutu “Natura” markalı meyvə şirəsi, 1 litrlik 1 şüşə “Bizim Tarla” markalı meyvə kompotu, hər biri 50 qram çəkidə və hər birinin içərisində 25 ədəd bağlama olan 2 qutu “Final” markalı qara çay, 0,25 litrlik 1 banka “Hell” markalı spirtsiz enerji içkisi, hər biri 0,2 litrlik 2 qutu “Wash&Go” markalı saç şampunu, hər biri 50 qramlıq 2 qutu “Palette” markalı qadın saç boyası, hər biri 50 qram çəkidə 2 qutu “All” markalı aseton, hər birinin içərisində 3 ədəd olan 2 qutu “Gilette Blue 3” markalı təraş bıçağı, hər biri 0,75 qram çəkidə 2 qutu “Aura” markalı əl kremi, 225 qram çəkidə 1 qutu “Safeguard” markalı maye sabun, hər birinin içərisində 20 ədəd olan 2 qutu “Discreet” markalı qadın bezi, 1 qutu “Parlament” markalı ətir seti, hər biri 0,2 litrlik 2 qutu “Head&Shoulders” markalı saç şampunu, 0,5 litrlik 1 qutu “Head&Shoulders” markalı saç şampunu, 1 litrlik 1 qutu “Cappy” markalı meyvə şirəsi, hər biri 150 qramlıq 2 qutu “Rexona” markalı qolaltı sprey, hər biri 150 qramlıq 21 qutu “Nivea” markalı qolaltı sprey, hər biri 150 qramlıq 4 qutu “Emotion” markalı qolaltı sprey, 6 ədəd “Rosella” markalı büjiteriya, 3,514 kiloqram çəkidə “Konti Djek” markalı şokolad, 0,440 qram çəkidə “X9” markalı şokolad, 0,166 qram çəkidə “Krokant” markalı şokolad, 0,234 qram “Ulker Albeni” markalı şokolad, 500 qramlıq 1 qutu “Moloçnaya Skazka” markalı qatı süd, 220 qram çəkidə 1 banka “Shokki Mokki” markalı şokolad yağı, 1,09 manat dəyərində 1 qutu “Azərşəkər” markalı kəllə qənd, hər biri 270 qram çəkidə 2 qutu “Tristar” markalı halva, 0,554 qram çəkidə marmeladlı peçenyə, hər biri 150 qram çəkidə 2 qutu kişniş toxumlu noğul, hər biri 180 qram çəkidə 3 qutu “Chocobis” markalı peçenyə, 500 qram çəkidə 1 qutu İran xurması, içərisində 14 ədəd olan 2 qutu “X8” markalı ruletin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına keçirilsin: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar