Məhkəmə qərarları › İş №1(043)-66/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-66/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-66/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhər MKİTB-də bağban işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 02.04.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 04.04.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 06.04.2021-ci il tarixdə saat 09 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, Dəmiryolu vağzalı, Gəncə şəhəri, H.Əliyev prospekti 121 ərazilərinə, 07.04.2021-ci il tarixdə saat 10 radələrindən 18 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi) ərazisinə, 08.04.2021-ci il tarixdə saat 11 radələrindən 13 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi), Gəncə şəhəri, 4-cü mikrorayon, ev 15 ərazilərinə, 09.04.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi) ərazisinə, 10.04.2021-ci il tarixdə saat 09 radələrindən 19 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi), Gəncə şəhəri, H.Əliyev prospekti ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən “Paşaoğlu” çay evi, Gəncə şəhəri, Dəmiryolu vağzalı ərazilərinə, 11.04.2021-ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi), Gəncə şəhəri, H.Əliyev prospekti 121 ərazilərinə, 12.04.2021-ci il tarixdə saat 10 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi), Gəncə şəhəri, A.Səhhət küçəsi, Gəncə şəhəri, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi ərazilərinə, 13.04.2021-ci il tarixdə saat 12 radələrindən 14 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi), ünvan 6 ünvanında yerləşən “Aptek Dokta”ya, 14.04.2021-ci il tarixdə saat 13 radələrindən 22 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Əliyev prospekti 121 ərazilərinə, 17.04.2021-ci il tarixdə saat 13 radələrindən yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Əliyev prospekti 121 ərazilərinə getməklə, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməl üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 10nda X1 və övladları 2006-cı il təvəllüdlü Nəzrin Əhmədova və 2010-cu il təvəllüdlü Uğur Əhmədovla birlikdə yaşayır. İİ qrup Qarabağ əlilidir. Gəncə şəhər MKTİB-də bağban vəzifəsində işləyir. Təxminən mart ayının sonlarından etibarən o, özündə halsızlıq hiss etmiş, sümüklərində ağrılar yaranmağa başlamışdır. O, ilkin olaraq qrip olduğunu zənn edərək ev şəraitində təbii üsullarla müalicə olunmuş, lakin günlər keçməsinə baxmayaraq onun səhhəti yaxşılaşmamışdır. Buna görə də, o, koronavirusa yoluxduğundan şübhələnmiş, xəstəliyini dəqiqləşdirmək məqsədilə 02 aprel 2021-ci il tarixdə Gəncə şəhər 1 saylı A.Səhhət adına xəstəxanaya getmiş və orada Covid-19 testi ilə bağlı burnundan yaxma götürülmüşdür. 04 aprel 2021-ci il tarixdə “İTS.GOV.AZ”-dan onun istifadəsində olan ********** saylı mobil nömrəsinə “İTS.GOV.AZ”-dan gələn mesajda onun Covid-19 test nəticəsi pozitiv çıxdığı qeyd olunmuşdur. Həmçinin mesaj mətnində o və ailə üzvləri yaşayış yerini tərk etməməli, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət cəlb oluna biləcəyi barədə xəbərdarlıq da, qeyd olunmuşdur. Bundan sonra həmin gün dəqiq xatırlamadığı nömrələrdən ona Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən, Gəncə şəhər Səhiyyə İdarəsindən, Gəncə şəhəri 6 saylı poliklinikadan ona zəng edilərək Covid-19 test nəticəsinin pozitiv çıxdığını, ev şəraitində müalicə alacağını, yaşadığı evi tərk etməməli olduğunu bildirərək sağalmağı ilə bağlı mesaj gəldikdən sonra yaşayış yerini tərk edə biləcəyini bildirmişlər. Gəncə şəhəri 6 saylı poliklinikadan sahə həkimi ona zəng edib səhhəti ilə maraqlandıqdan sonra yaşadığı evə dərman paketi göndərmiş və həmin dərmanları həkimin qeyd etdiyi formada qəbul etmişdir. Həmçinin karantin dövründə həkimi onunla əlaqə saxlayaraq səhhətini maraqlanmış o isə səhhətini izah etmişdir. O, vərəm xəstəsi olduğu üçün ciyərində olan problemlə əlaqədar onda allergiya yaranır. Bununla bağlı isə allergiya əleyhinə “deksametazon” dərman preparatını qəbul edir. 13.04.2021-ci il tarixdə saat təxminən 12-13 radələrində həmin allergiya əleyhinə dərmanın bitdiyinə görə həmin dərmanı almaq qərarına gəlmiş, bu məqsədlə yaşadığı evdən çıxaraq piyada F.Əmiov küçəsinə, oradan da, sağa dönüb düzünə hərəkət edərək D.Qorqud küçəsi 97A ünvanında yerləşən “Aptek dokta”ya gedərək oradan dərman preparatını alıb evə qayıtmışdır. O, evə qayıdarkən polis əməkdaşları onu saxlayaraq video çəkilişlə koronavirus xəstəsi olduğunu, yaşayış yerini tərk etməməli olduğunu, buna görə qanunla məsuliyyətə cəlb olunacağını bildirərək onu karantin qaydalarına əməl etməli olduğunu və yaşadığı evdən çıxmamalı olduğunu demişlər. Bundan sonra o, yaşadığı evə gedərək karantin qaydalarına əməl etməyə başlamışdır. 17.04.2021-ci il tarixdə o, sahə həkimilə danışmış və ona karantin dövrümün bitdiyini, yaşayış yerini tərk edə biləcəyini demişdir. Bundan sonra o, yaşadığı evdən çıxaraq gündəlik fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinn 17.04.2021-ci il tarixdə isə “İTS.GOV.AZ”-dan onun istifadəsində olan ********** saylı mobil nömrəyə gələn mesajda evdən təcrid müddətinin bitdiyini öyrənmişdir. Həmçinin o, 04.04.2021-ci il tarixdən “Covid-19” virusuna yoluxduğunu öyrənmişdir. 04.04.2021-ci il tarixdə “Covid-19” test nəticəsi pozitiv çıxmışdır. Həmin gündən o, yaşadığı ünvan 9 ünvanda keçirmiş, karantin olduğu zaman yaşayış yerini bir dəfə yəni, 13.04.2021-ci il tarixdə tərk edərək aptekə getmişdir. Aptekdə isə adını bilmədiyi xanım satıcı ilə ünsiyyətdə olub dərman preparatı alaraq evinə qayıtmışdır. O, yaşadığı evi tərk edərkən tibbi maskadan istifadə etmiş və maskanı çıxarmamışdır. X1 isə korona xəstəsi olduğuna görə o, özü aptekə getməli olmuşdur. Həmin mesaj silindiyinə görə təqdim edə bilməmişdir. O, sadəcə yuxarıda qeyd etdiyi tarixdə yaşadığı evi tərk etmiş, digər tarixlərdə isə yaşadığı ünvanı tərk etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə onlar tərəfindən nəzarət həyata keçirilir. Bununla bağlı X9 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X3 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 13.04.2021-ci il tarixdə 04.04.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, ev 8, mənzil 35-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən “Aptek Dokta”ya getdiyi onlar tərəfindən müəyyən olunmuşdur. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşduqda, həmin şəxs dərman almaq üçün Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən “Aptek Dokta”ya getdiyini və hazırda yaşadığı ünvan 10na qayıtdığını bildirmişdir. Bundan sonra dərhal həmin şəxsin izolyasının təmin edilməsi, digər şəxslərlə təmasda olmasının qarşısını almaq məqsədilə yaşadığı ünvana yollanmışlar. Onlar ünvan 10nın qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmış, həmin yerdə videoçəkilişlə X8 özünü təqdim edərək Ramin Quliyevdən aktiv korona xəstəsi olub-olmamasını soruşmuş, X15 şəhəri, N.Nərimanov prospekti, 1-ci döngə, ev 8, mənzil 35 ünvanında yaşadığını, aktiv korona xəstəsi olduğunu, bu barədə istifadəsində olan mobil nömrəyə də, mesaj gəldiyini demişdir. O, Ramin Quliyevdən yaşadığı evi tərk-edib etməməsini soruşmuş, Ramin Quliyev cavabında həmin gün, yəni 13.04.2021-ci il tarixdə yaşadığı evi dərk edərək aptekdən dərman aldığını, başqa vaxtlarda yaşadığı evi tərk etmədiyini demiş, sonra Ramin Quliyevə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə izah edilərək yaşadığı evi bir daha tərk etməməsi bildirmiş, Ramin Quliyev isə bir daha yaşadığı evi tərk etməyəcəyini deyərək öz evinə keçmişdir. Onlar həmin şəxsin izolyasiya olunduğunu görüb idarəyə qayıtmışlar. Bundan sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. O və ailə üzvlərinin Təqsirləndirilən şəxs və ya ailə üzvləri ilə heç bir düşmənçilikləri yaxud ədavəti olmamışdır. Məhkəmə istintaqında ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmiş və onun Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirmə haqqında” 11.05.2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Gəncə şəhəri, N .Nərimanov prospekti, 1-ci döngə, ev 8, mənzil 35 ünvanının qarşısında X8 özünü təqdim edərək Ramin Quliyevdən aktiv korona xəstəsi olub-olmamasını soruşur. X15 şəhəri, N.Nərimanov prospekti, 1-ci döngə, ev 8. mənzil 35 ünvanında yaşadığını, aktiv korona xəstəsi olduğunu, bu barədə onun istifadəsində olan mobil nömrəyə də mesaj gəldiyini deyir. Şahid1 Ramin Quliyevdən yaşadığı evi tərk-edib etməməsini soruşur, Ramin Quliyev cavabında həmin gün, yəni 13.04.2021-ci il tarixdə yaşadığı evi dərk edərək aptekdən dərman aldığını, başqa vaxtlarda yaşadığı evi tərk etmədiyini deyir. Bundan sonra Ramin Quliyevə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsidə nəzərdə tutulan məsuliyyəti barədə izah edilərək yaşadığı evi bir daha tərk etməməsi bildirilir, Ramin Quliyev isə bir daha yaşadığı evi tərk etməyəcəyini deyərək öz evinə keçir və bununla da video görüntü başa çatır. Gəncə şəhər 6 saylı poliklinikanın terapiya şöbəsinin müdiri X2 təqdim etdiyi “Ambulator tibbi kitabça”nın 1-ci vərəqində qeyd edilmişdir ki, tibbi karta “Covid-19” testi pozitiv çıxmış xx.xx.1978-ci il təvəllüdlü Gəncə şəhəri, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, ev 8, mənzil 35-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kartanın növbəti vərəqlərində görünür ki, Təqsirləndirilən şəxs ilə 05.04.2021-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, şikayətləri - öskürək, boğulma, ürəkbulanması, halsızlıq, ümumi zəiflikdir. Temperaturu 38.9 dərəcədir. 05.04.2021-dən 07.04.2021-ci il tarixlərinə həkim nəzarəti davam etdirilir. 08.04.2021-ci il tarixdə yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, vəziyyəti kafidir, müalicəsi davam etdirilir. 08.04.2021-dən 10.04.2021-ci il tarixlərinə həkim nəzarəti davam etdirilir. 11.04.2021-ci il tarixdə yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, şikayəti halsızlıq, ümumi zəiflikdir. Temperaturu 37.2 dərəcədir. Ağ ciyərlərində sərt tənəffüs eşidilir. 11.042021-ci ildən 10.04.2021-ci il tarixlərinə həkim nəzarəti davam etdirilir. 18.04.2021-ci il tarixdə yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, şikayətləri azalmış, vəziyyəti kafidir, işə yazılır. Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən alınmış 18.06.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 04.04.2021-ci il tarixdə “COVİD-19” virusuna yoluxmasına görə Gigiyena və Epidemioloji Mərkəzində qeydiyyata götürülmüşdür. “Diskə baxış keçirilməsi haqqında” 15.06.2021-ci il tarixli protokoldan görünür ki, ***-***- **-** saylı mobil nömrənin antenn dairələrinə dair məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə saat 09 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 14 ünvanını tərk edib, Gəncə şəhəri, Dəmiryolu vağzalı, Gəncə şəhəri, H.Əliyev prospekti 121 ərazilərinə, bundan başqa 07.04.2021-ci il tarixdə saat 10 radələrindən 18 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri. H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahasi) ərazisinə, bundan başqa 8.04.2021-ci il tarixdə saat 11 radələrindən 13 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahasi), Gəncə şəhəri, 4-cü mikrorayon, ev 15 ərazilərinə, bundan başqa 09.04.2021-ei il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri. H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahasi) ərazisinə, bundan başqa 10.04.2021-ci il tarixdə saat 09 radələrindən 19 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahasi), Gəncə şəhəri. H.Əliyev prospekti ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən “Paşaoğlu" çay evi. Gəncə şəhəri, Dəmiryolu vağzalı ərazilərinə, bundan başqa 1İ .04.2021 -ci il tarixdə saat 11 radələrindən 20 radələrindək olan müddət ərzində yaşadığı ünvan 18 ünvanını tərk edib Gəncə şəhəri. H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi), Gəncə şəhəri, H.Əliyev prospekti 121 ərazilərinə, bundan başqa 12.04.2021-ci il tarixdə saat 10 radələrindən 21 radələrindək olan müddət ərzində yaşadığı ünvan 20 ünvanını tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi), Gəncə şəhəri, A.Səhhət küçəsi. Gəncə şəhəri, T.Arani küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsi ərazilərinə, bundan başqa 13.04.2021-ci il tarixdə saat 12 radələrindən 14 radələrindək olan müddət ərzində yaşadığı ünvan 21 ünvanını tərk edib Gəncə şəhəri, H.Sultanov 41 (ARTA BM-a maxsus torpaq sahəsi), Gəncə şəhəri, H.Əliyev prospekti 121 ərazilərinə, bundan başqa 14.04.2021-ci il tarixdə saat 13 radələrindən 22 radələrindək olan müddət ərzində yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri. H.Əliyev prospekti 121 ərazilərinə, bundan başqa 17.04.2021-ci il tarixdə saat 13 radələrindən yaşadığı ünvan 10nı tərk edib Gəncə şəhəri, H.Əliyev prospekti 121 ərazilərinə getmişdir. Həmçinin Gəncə şəhəri F.Əmirov küçəsi 20A anten dairəsi Ramin Quliyevin yaşadığı ünvan 24 ünvanını əhatə edən anten dairəsidir. “İfadənin yerində yoxlanılması haqqında” 25.03.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 26.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş anten məlumatlarının olduğu bir ədəd DVD disk və Kəpəz RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərindən sonra Təqsirləndirilən şəxs karantin rejim qaydalarını pozduğuna görə fərdi yaşayış evinin qarşısında onunla həyata keçirilən profilaktiki söhbət zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. “Koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X7 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çap edilərək cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xəstəliyin yoluxma yolu hava-damcı yoludur. Xəstəliyin inkubasiya dövrü 14 günə qədər ola bilər. 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 13.04.2021-ci il tarixdə yalnız bir dəfə yaşadığı evi tərk etməsini, bir daha yaşadığı evi tərk etməməsini, digər yerlərə getməməsini bildirsə də, onun bu ifadəsi iş materiallarında olan mötəbər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan Bakcell MMC-dən alınmış Təqsirləndirilən şəxs məxsus mobil nömrənin antenn məlumatlarına əsasən o, 06.04.2021-ci il tarixdən 17.04.2021-ci il tarixədək olan müddət ərzində yaşayış yerini bir neçə dəfə tərk etmiş və bu müddətdə Gəncə şəhərinin müxtəlif ərazilərində olmuşdur. Təqsirləndirilən şəxs həmin müddətdə ona məxsus telefonun başqa bir şəxsin istifadəsində olmamasını bildirdiyindən, belə çıxır ki, o, həqiqətən qeyd edilən tarixlərdə müxtəlif vaxtlarda olmaqla bir neçə dəfə yaşadığı evi tərk etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün qismən etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı, iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar