Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-67/2021 20.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi,dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, 20.08.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında, xx.xx.1976-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs qətimkan” tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci və 244.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşadığı ünvan 2 ünvanında olan tanışı Zərərçəkmiş şəxs5 müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2016-cı ilin əvvəllərindən iki ay müddətində Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrı-ayrı yerlərdə Zərərçəkmiş şəxs5 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 30 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs5 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 3 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin fevral ayı ərzində ünvan 2 ünvanında iki dəfə Zərərçəkmiş şəxs1 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir.Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 4 ünvanında yaşayan tanışı X3 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin yanvar ayı ərzində Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrı-ayrı yerlərdə Aynur Eşqinlinin kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Aynur Eşqinlini gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 5 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2018-ci ilin avqust ayının əvvəllərindən həmin ilin sentyabr ayının sonlarınadək Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrı-ayrı yerlərdə, eləcə də 2020-ci ilin mart ayının ortalarında ünvan 6 ünvanında Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir.Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 7 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs4 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 6 ünvanında və Gəncə şəhərində ünvanı i tam bəlli olmayan digər yerlərdə Zərərçəkmiş şəxs4 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayı ərzində qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra tanışı Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib onun həmin mənzilin kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş yataq otağında müştərilərə intim xidmətlər göstərməsinə iki dəfə ayrı-ayrı vaxtlarda şərait yaradıb bunun müqabilində sonuncudan hər dəfə 20 manat pul alıb əxlaqsız yuvalar təşkil etmə, saxlama, həmçinin bu məqsədlər üçün mənzil sahələri vermə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 6 ünvanında yerləşən mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib onların həmin mənzilin kişi müştəriləri ilə cinsi əlaqədə olmaları üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş yataq otağında müştərilərə intim xidmətlər göstərmələrinə şərait yaradıb bunun müqabilində hər qadından hər dəfə 20 manat pul alıb təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama, həmçinin bu məqsədlər üçün mənzil sahələri verməklə cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci və 244.2.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci və 244.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 müxtəlif vaxtlarda kişi müştəriləri ilə grüşmələrini təşkil etmiş, həmin qadınlar müştərilər ilə görüşdükdən sonra bunun müqabilində ona 10-20 manat hörmət etmişlər. O, ittihamda adları göstərilən qadınlardan hər hansı birini məcburi fahişəliyə cəlb etməmiş, əksinə olaraq qadınlar özləri onu axtarıb tapmış, xahiş etmişlər ki, cinsi əlaqədə olmaq üçün müştəri tapsın. O, mənzilində müştəri ilə görüşüb cinsi əlaqədə olan qadından, yaxud həmin müştəridən heç bir zaman mənzilindən bu məqsədlə istifadə etməsinə görə pul almamış, sadəcə olaraq hotellərdə yer olmadığı üçün Aytac, Günay və Mina bəzi vaxtlar ondan xahiş etmişlər ki, müştərilərlə görüşmək üçün şərait yaratsın. Aytac cəmisi iki dəfə qeydiyyatda olduğu ünvan 9 ünvanında müştəri ilə görüşüb cinsi əlaqədə olmuş, bundan başqa həmin mənzildə o, heç bir zaman belə hərəkətə yol verməmişdir. Çünki sonradan övladları ilə həmin ünvanda yaşamağa başlamış, 2019-cu ilin sentyabr ayında kirayə götürdüyü ünvan 10 ünvanında həmin ilin dekabr ayından başlayaraq iki dəfə Minanın, bir neçə dəfə isə Günayın kişilərlə cinsi əlaqədə olmasını təşkil etmişdir. Bunun müqabilində də həmin qadınlardan hər hansı birindən pul almamışdır. Aynur Eşqinli və Zərərçəkmiş şəxs5 heç bir zaman yaşadığı ünvanda fahişəliyə cəlb etməmiş, sonuncuları fahişəliklə məşğul olmaq üçün Gəncə şəhəri və ətraf rayonlarda yerləşən hotellərə göndərmişdir. Əməlindən olduqca peşman olduğunu bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəllərində Gəncə şəhərində “Avon” mağazasında satıcı işləyərkən həmin mağazaya satıcı kimi gələn Təqsirləndirilən şəxs ilə tanış olmuş, Cəmilə ona isti münasibət göstərmiş, işdən çıxarıldıqdan sonra maddi ehtiyacları olduğundan Cəmilə ilə əlaqə saxlayıb sonuncudan kişi müştərisi olduqda ona yönəltməsinə köməklik istəmişdir. Həmin vaxtdan sonra Cəmilə ilə tez-tez mobil telefon vasitəsilə əlaqə saxlamışdır. 2018-ci ilin avqust ayının əvvəllərində Cəmilə onunla mobil telefon əlaqəsi saxlamış, həmin ərəfələr ünvan 5 ünvanında kirayədə yaşamışdır. Bir qədər söhbət edəndən sonra bildirmişdir ki, onu cinsi əlaqədə olmaq üçün müştərilərinin yanına göndərəcək, cavan olduğu üçün müştərilər ona görə daha çox pul verəcəklər. Övladını saxlamaq üçün pula ehtiyacı olduğu üçün Cəmiləyə razılıq vermiş, bundan sonra Cəmilə onunla əlaqə saxlayacağını, dediyi vaxtda onu müxtəlif yerlərə göndərəcəyini qeyd etmişdir. Cəmilə onunla əlaqə saxlayıb hazırlaşmağı, onunla cinsi əlaqədə olmaq üçün müştəri tapdığını, müştərinin yanına gedəcəklərini bildirmiş, onu taksi avtomobili ilə yaşadığı evdən götürmüş, özü müştərinin yanına aparıb onu müştəriyə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Buna görə müştəridən 70 manat pul almış, həmin pulun 20 manatını müştəri təşkil etdiyinə görə özünə götürmüş, qalan 50 manatını isə ona vermişdir. Cəmilə onu Gəncə, Tovuz və Mingəçevir şəhərlərində yerləşən müxtəlif hotellərə müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün aparmış və göndərmişdir. Uzaq məsafə olduğu üçün Cəmilə belə görüşlərdə müştəridən 150 manat pul almış, 50 manatını özünə götürmüş, qalan 100 manatını isə ona vermişdir. Cəmilə tərəfindən bu qaydada 2018-ci ilin sentyabr ayının sonlarınadək fahişəliyə cəlb edilmiş, sonradan Bakı şəhərinə gəlmiş və özünə iş tapıb işləməyə başlamışdır. 2020-ci ilin mart ayının ortalarında ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar işdən çıxarılmış və Gəncə şəhərinə, yaşadığı həmin ünvana qayıtmışdır. Maddi ehtiyacları çoxaldığından yenidən Cəmilə ilə əlaqə saxlamış və bildirmişdir ki, pula ehtiyacı var, Cəmilə də öz növbəsində onu fahişəliyə cəlb edəcəyini qeyd etmişdir. Lakin bu dəfə hotellər karantinə görə işləmədiyi üçün Cəmilə bildirmişdir ki, kirayə yaşadığı ünvan 6 ünvanına gəlsin, həmin mənzildə onun müştərisi ilə cinsi əlaqədə olmağını təşkil edəcəkdir. İki-üç dəfə Cəmilə onun həmin mənzildə xatırlamadığı müştəriləri ilə görüşüb cinsi əlaqədə olmağını təşkil etmiş, bu dəfə də Cəmilə onunla cinsi əlaqədə olmağa görə müştəridən hər dəfə 70 manat pul almış, həmin pulun 50 manatını ona, qalan 20 manatını isə mənzil təşkil etdiyinə və onu müştəri ilə görüşdürdüyünə görə özünə götürmüşdür. Bundan sonra yaxın münasibətdə olmağa şəxs tapmış və buna görə də Cəmilə bir daha onu fahişəliyə cəlb etməmişdir. Cəmilə çox vaxt onu təkbaşına göndərmiş, lakin bilmişdir ki, Cəmilənin Gəncə şəhərində fahişəliyə cəlb etdiyi qadınlar çoxdur. Həmin qadınlardan sadəcə Aytacı tanıyır. Digər qadınlar barəsində dəqiq məlumatı yoxdur. Cəmilədən başqa hər hansı digər şəxs onu fahişəliyə cəlb etməmiş, Təqsirləndirilən şəxs tərəfindən zor tətbiq etməklə və ya hədə-qorxu məcburetmə vasitəsi ilə fahişəliklə məşğul olmağa məcbur edilməmişdir. Cəmilə onu fahişəliyə cəlb edərkən evdə tək olmuş və bütün işləri özü idarə etmişdir. Onu müştəri ilə görüşdürdükdən sonra yataq otağında cinsi əlaqədə olmaqlarına şərait yaratmış, özü isə mənzilin mətbəxində, eləcə də yan otaqda onları gözləmişdir. Müştəri onunla cinsi əlaqədə olduqdan sonra pulu alıb və onları yola salmışdır.Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uşaq yaşlarından tanışdır, Göygöl şəhərinə köçməzdən əvvəl sonuncu ilə qonşu olmuşlar. 2019-cu ilin fevral ayında kirayədə yaşadığı ünvan 3 ünvanında olarkən Cəmilə onunla telefon əlaqəsi saxlamış və təklif etmişdir ki, onu yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilində bir-iki nəfər tanış müştərisi ilə görüşdürsün, ona görə müştərilərdən pul alıb özünə versin. Cavan, gözəl qadın olduğu üçün ona görə daha yaxşı pul verəcəklər. Qərara gəlmişdir ki, Cəmiləyə razılıq versin. Həmin ərəfələr Cəmilə onu iki dəfə həmin mənzilinə çağırmış və mənzildə onun hər iki dəfəsində ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmağını təşkil etmişdir. Cəmilə müştəriləri ilə özü əlaqə saxlayıb mənzilinə çağırmış, həmin şəxslər barədə hər hansı məlumatı yoxdur. Hər dəfə cinsi əlaqədə olmağa görə Cəmilə müştəridən 70 manat pul almış və həmin pulun 50 manatını ona vermişdir. Qalan 20 manatını isə mənzil və müştəri təşkil etdiyinə görə özünə götürmüşdür. Bundan sonra Cəmilənin ona məlum olmayan problemləri çıxmış və onunla əlaqə saxlamamışdır. O da Bakı şəhərinə köçdüyü üçün Cəmilə ilə əlaqəsini kəsmişdir. Cəmilə Gəncə şəhərində bir çox qadınları kişi müştərilərinə çıxarmışdır, lakin həmin qadınlar barəsində dəqiq məlumatı yoxdur. Cəmilənin evinə gedərkən sonuncu tək olmuş, onu müştərisi ilə görüşdürdükdən sonra yola salmışdır. Rəfiqə münasibətində olduğu Günayı da Cəmilə kişi müştərilərə pulun əvəzində çıxarmışdır. Lakin kişi müştərilərinə pulun müqabilində çıxardığı digər qadınlar barəsində məlumatı yoxdur. Cəmilə sadəcə olaraq ona təklif etmişdir ki, onu müştəriləri ilə görüşdürsün, bu yolla həm sonuncu qazansın, həm də o. O da könüllü olaraq razılıq vermişdir. Cəmilə ona hər hansı hədə-qorxu gəlməmiş, yaxud zor tətbiq etməmişdir. Sonuncunun müştəriləri ilə pula görə öz razılığı ilə görüşüb cinsi əlaqədə olmuşdur. Cəmilə onu öz yaşadığı ünvanda təkbaşına kişi müştəriləri ilə görüşdürmüş, o evə gedərkən Cəmilənin yanında heç kim olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yay aylarından tanışdır, həmin ərəfələr eşitmişdir ki, Cəmilə ucuz paltar satır, buna görə də qərara gəlmişdir ki, sonuncuya bu barədə müraciət etsin. Cəmilənin Gəncə şəhərində, “Qala” dükanın üzərində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilində ilk dəfə tanış olmuş, həmin vaxt Cəmilə orada kirayədə qalmışdır. Cəmilənin öz evində heç bir zaman olmamış, yalnız kirayə qaldığı evdə bir neçə dəfə sonuncudan mal almışdır. 2019cu ilin sentyabr ayının əvvəllərində gözəllik salonunda işləmək üçün Bakı şəhərinə gəlmiş, Cəmilə ilə əlaqəsi qalmış, arabir sonuncu ilə telefonla əlaqə saxlamışdır. Salonda bir aya yaxın işlədikdən sonra anasının səhhəti pisləşmiş, məcbur qalıb yenidən Gəncə şəhərinə qayıtmışdır. Anasının əməliyyatına pul lazım olduğu üçün Cəmilə ilə bu barədə telefonda danışmış, həmin ərəfələr o, ünvan 4 ünvanında yaşamış, Cəmilə telefonda bildirmişdir ki, ona köməkliyi o ola bilər ki, onu tanış kişi müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün göndərə bilər, yəni onu pul qazanmaq məqsədi ilə müştərilərlə görüşdürə bilər. Təcili pula ehtiyacı olduğu üçün Cəmiləyə razılığını vermiş, 2020-ci ilin yanvar ayının əvvəllərindən sonlarına kimi Cəmilə onu pulun müqabilində kişi müştərilərə çıxarmışdır. Cəmilə istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə öz istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsindən həm “Whatsapp” zəngi ilə, həm də adi zənglə əlaqə saxlamış, onu Gəncə, Tovuz, Göygöl şəhərlərinə müxtəlif ünvanlara, hotellərə müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün göndərmiş, pulu o müştəridən aldıqdan sonra Cəmiləyə çatan hissəsini vermişdir. Adətən Cəmilə müştərinin onunla cinsi əlaqədə olmasına görə 70 manat pul istəmiş, həmin pulun 50 manatı onun, qalan 20 manatı isə Cəmilənin olmuşdur. İyirmi manatı da Cəmilə ona müştəri tapdığına görə götürmüşdür. Anasının vəziyyəti düzəldiyi üçün, həmçinin yaxın münasibət saxladığı şəxs olduğu üçün 2020-ci ilin yanvar ayının sonlarında Cəmilədən ayrılmış, bundan sonra da Cəmilə ilə əlaqə saxlamamışdır. Cəmilə Gəncə şəhərində Mina, Aytac, Günay adlı qadınları da pula görə kişi müştərilərinə çıxarmışdır, lakin həmin qadınlar barəsində dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs başqa hər hansı digər şəxs onu fkişi müştərilərinə çıxarmamışdır. Cəmilə ona kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş, o da könüllü razılıq vermişdir. O, Cəmilənin evində heç bir zaman müştəri ilə görüşməmiş, sonuncu onu həmişə müxtəlif hotellərə göndərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ilin noyabr ayından tanışdır, həmin ərəfələr Cəmilə ilə təsadüfən şəhərdə rastlaşmış, sonuncu ona yaxın münasibət göstərib onunla birlikdə yaşadığı evə getmiş və onunla yaxından tanış olmuşdur. Bundan sonra bir neçə dəfə Cəmilə onu kirayə yaşadığı ünvan 10 ünvanında yerləşən mənzilinə dəvət etmiş, söhbət zamanı təklif etmişdir ki, onu kişi müştəriləri ilə görüşdürsün. 2019cu ilin dekabr ayında yaşadığı ünvan 7 ünvanında olarkən Cəmilə ilə mobil telefon əlaqəsi saxlamış, danışıq zamanı sonuncuya razılığını vermişdir ki, onu kişi müştəriləri ilə görüşdürsün. Bundan sonra Cəmilə onunla istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsinin “Whatsapp” hesabından zəng edərək müştəri ilə görüşmək lazım olduğunu bildirmiş, onu Gəncə və Göygöl şəhərlərində yerləşən müxtəlif hotellərə müştərilərinin yanına cinsi əlaqədə olmaq üçün göndərmişdir. Arabir Cəmilə ondan başqa fahişəliyə cəlb etdiyi qadınlarla birlikdə onları müştərilərin yanına hotellərə aparmışdır. Bir qayda olaraq Cəmilə ona görə müştəridən 50 manat pul almış, hər dəfə də onu müştərinin yanına apardığına görə özünə 20 manat pul götürmüşdür. Bundan başqa bir neçə dəfə hotellərdə yer olmadığı üçün Cəmilə onun müştərisi ilə cinsi əlaqədə olmaqları üçün kirayə yaşadığı ünvan 10 ünvanında şərait yaratmışdır. Belə ki, Cəmilə onunla əlaqə saxlayıb bildirmişdir ki, müştərisi hoteldə yerləşə bilməmiş, əvəzində sonuncunun evində onunla cinsi əlaqədə olacaqdır. Bu dəfəsində də Cəmilə onu müştəriyə mənzilində cinsi əlaqədə olmaq üçün təqdim etdikdən sonra 70 manat pul almış, həmin pulun 20 manatını mənzildə cinsi əlaqədə olmaqlarına şərait yaratdığına və ona müştəri tapdığına görə özünə götürmüş, qalan 50 manatını isə ona vermişdir. Bu qaydada Cəmilə onu 2020-ci ilin mart ayına kimi fahişəliyə cəlb etmiş, sonradan Cəmilənin başına daha çox qadın toplandığı üçün sonuncu artıq onunla əlaqə saxlamamış, buna görə də Cəmilə ilə münasibətləri kəsilmişdir. Cəmilənin müştəriləri ilə əlaqə saxlamamış, çünki sonuncu buna imkan verməmiş, buna görə də müştərilər barəsində dəqiq məlumatı yoxdur. Cəmilə Gəncə şəhərində Aytac, Günay, Aynur adl qadınları da kişi müştəriləri ilə cinsi əlaqədə olmaları üçün görüşdürmüşdür.Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını göstərərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır, həmin ilin əvvəllərində Gəncə şəhərinə rəfiqəsi Lamiyə adlı qadının övladının ad günü şənliyinə getmiş, həmin vaxt Cəmilə ilə tanış olmuş, Cəmilə onunla yaxın ünsiyyət saxlamış, bir gecəlik qalmaq üçün onu öz yaşadığı mənzilə dəvət etmişdir. Cəmilə həmin məclisə ətrafında olan bir neçə nəfər qadınlarla gəlmiş, sonradan bilmişdir ki, Cəmilə həmin qadınları da kişi müştəriləri ilə görüşdürmüşdür. Bir gün Cəmilənin qaldığı ünvan 2 ünvanında qalmışdır. Həmin evdə olarkən Cəmilə ona bildirmişdir ki, qadınların kişi müştəriləri ilə cinsi əlaqədə olması ilə məşğul olur, istədiyi halda onun üçün də şərait yaradar. İşsiz olduğu üçün razılıq vermiş, bundan sonra Cəmilə onu Gəncə şəhəri və ətraf rayonlarda yerləşən müxtəlif hotellərə, kişi məclislərinə aparmağa başlamış, Cəmiləyə zənglər gəlmiş, sonuncu onu müştərilərin yanına aparmış və onunla müştərinin cinsi əlaqədə olmasını təşkil etmişdir. Bir qayda olaraq Cəmilə müştəridən onunla cinsi əlaqədə olmağa görə 50 manat pul almış, həmin pulun 20 manatını onu müştəri ilə görüşdürdüyünə görə özünə, qalan 30 manatını isə ona vermişdir. Cəmilənin onu aldadaraq fahişəliyə cəlb edib müştərilərdən aldığı 2500 manat pulu mənimsədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, qadınları fahişəliyə cəlb edən Təqsirləndirilən şəxs 2017-ci ilin sentyabr ayından Gəncə şəhərindən tanıyır, xatırlamadığı şəraitdə Gəncə şəhərində gəzərkən təsadüfən Cəmiləni görmüş və xarici görünüşü cazibədar olduğu üçün sonuncuya yaxınlaşmışdır. Cəmilə ilə tanışlığı yarandıqdan sonra sonuncunun özünün fahişəliklə məşğul olduğunu bilmiş və pul müqabilində görüşüb cinsi əlaqədə olmuşdur. Sonradan Cəmilə ilə danışarkən sonuncunun digər qadınları da fahişəliyə cəlb etdiyini bilmiş, bu barədə Cəmilə özü ona bildirmişdir. Cəmilə ilə bir neçə dəfə əlaqə saxlayıb onunla cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Cəmilə də bir neçə dəfə müxtəlif pul müqabilində onunla cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Həmin qadınlardan hər hansı birini xatırlamır, Cəmilə hər dəfə ayrı-ayrı qadınları onun yanına göndərmiş, həmçinin qadınlarla ünsiyyət saxlamamışdır. 2018-ci ilin iyul ayının ortalarında Şəmkir şəhərindən tanıdığı Şahid1lə olarkən qərara gəlmişlər ki, fahişəliklə məşğul olan qadınlarla görüşüb pul müqabilində cinsi əlaqədə olsunlar. Bu məqsədlə o, Orxanın telefonu ilə Cəmilənin istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş, tanışlıq verdikdən sonra hazırda adını və ünvanını unutduğu hotelə iki nəfər fahişəliklə məşğul olan qadın göndərməsini bildirmişdir. Cəmilə hər qadına görə 60 manat pul verməli olduqlarını bildirdikdən sonra razılıq vermiş və qeyd etmişdir ki, qadınları göndərsin. Bir neçə saat sonra iki nəfər Cəmilənin göndərdiyi qadınlar gəlmiş, həmin qadınların adlarını, xarici görünüşlərini xatırlamır, qadınlarla cinsi əlaqədə olduqdan sonra Orxandan qadına veriləsi 60 manat pulu almış və qalan 60 manatı da özü həmin qadınlara vermişdir. Bundan sonra da Cəmilə ilə bir neçə dəfə əlaqə saxlasa da fahişəliklə məşğul olan qadın təşkil etməsini istəməmişdir. Cəmilənin özü ilə, eləcə də göndərdiyi qadınlarla hotellərdə görüşüb cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid3 eyni eyni məzmunlu ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə 28.09.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, +994 77 *** ** ** rəqəmli mobil telefon nömrəsi daimi olaraq onun istifadəsində olmuş, Təqsirləndirilən şəxs Gəncə şəhərindən tanımış, işi ilə bağlı Gəncə şəhərinə ezam edilmiş, Cəmilə ilə Gəncə şəhərində yaşamağa kirayə ev axtararkən tanış olmuşdur, sonuncu ona kirayə ev tapmaqda köməklik edəcəkdi. Söhbət əsnasında Cəmilə təklif etmişdir ki, əlaqəsində yüngül həyat tərzi keçirən qadınlar var, həmin qadınlarla onu pul müqabilində görüşdürə bilər. O da həmin vaxt Cəmilənin istifadə etdiyi +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsini götürmüş, sonuncu ilə əlaqə saxlayıb 2- 3 dəfə onunla cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini bildirmişdir. Cəmilə adətən qadınları 60-70 manat pul müqabilində ona təşkil etmişdir. Gəncə şəhərində işləri yekunlaşdıqdan sonra Cəmilə ilə əlaqə saxlamamış, sonuncunun onunla cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınları xatırlamır. Çünki hər dəfə Cəmilə ayrı-ayrı qadınları təşkil etmişdir. Həmçinin qadınlar özlərinə ləqəb qoyduqları üçün adlarını da bilmir. Qadınların özü ilə heç bir zaman əlaqə saxlamamış, lazım olduqda Cəmiləyə zəng etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 1(043)-73/2018 nömrəli hökmünün surətindən görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 manat cərimə cəzasına məhkum edilmişdir. (cild İ, i.v. səh.22 -27) 10.06.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 1(043)-73/2018 nömrəli hökmü ilə təyin edilmiş 2500 (iki min beş yüz) manat cəriməni ödəmişdir.( cild İ, i.v. səh.20) Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli, 1(043)-107/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulman cinayət əməlini törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilmişdir. (cild İ, i.v. səh.28 -35) Gəncə şəhər Probasiya şöbəsinin 02.08.2021-ci il tarixli, 182304/20 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli, 1(043)-107/2019 nömrəli hökmü ilə təyin olunmuş 400 saat ictimai işlər cəzasını 23.06.2020-ci il tarixdə çəkib qurtarmışdır. Şübhəli şəxsin tutulması haqqında 10.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.06.2020-ci il tarixə saat 20:30-da tutulmuşur. (cild İ, i.v. səh.62 - 63) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 4(005)- 702/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində 10.09.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 10.06.2020-ci il tarixdən hesablanmışdır. (cild İ, i.v. səh. 114 -116) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 4(005)- 1052/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 10.11. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirli bilinmiş və barəsində həb qətimkan tədbirinin müddəti 10.11.2020-ci il tarixədək uzadılmışdır. (cild İİ, i.v. səh. 15 -19) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli, 4(005)- 1230/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 10.01.2021-ci il tarixədək uzadılmışdır. (cild İİ, i.v. səh. 70 - 74) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.01.2021-ci il tarixli, 4(005)- 109/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanmışdır. (cild İİ, i.v. səh. 188- 189) 06.07.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli, 1(044)-130/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il islah işləri cəzasına məhkum edilmiş, 19.09.2016-cı ildə 01.07.2016-cı il tarixli Amnistiya tətbiq olunmaqla təyin edilmiş cəzadan azad edilmişdir.Həmçinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 1(043)-73/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 manat cərimə cəzasına məhkum edilmişdir. 07.11.2019cu il tarixdə cəriməni tam ödəmişdir. Həmçinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli, 1(043)-107/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdən tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilmiş, dir. (cild İ, i.v. səh. 128 -130) Gəncə şəhər Probasiya şöbəsinin 02.08.2021-ci il tarixli, 182304/20 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, 400 saat ictimai işlər cəzasını 23.06.2020-ci il tarixdə çəkib qurtarmışdır. Məhkəmə istintaqı zamanı təqdim olunmuş Zərərçəkmiş şəxs4 25.07.2021-ci il tarixli 8İ-2345 reyestr nömrə ilə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı iddia və tələbi yoxdur. X2 25.07.2021-ci il tarixli 8İ-2344 reyestr nömrə ilə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 02.08.2021-ci il tarixli 8İ-5159 reyestr nömrə ilə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı iddia və tələbi yoxdur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci və 244.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri «az ağır» cinayətlər olmaqla ictimai mənəviyyat əleyhinə olan cinayətlərdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşadığı ünvan 2 ünvanında olan tanışı Zərərçəkmiş şəxs5 müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2016-cı ilin əvvəllərindən iki ay müddətində Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrı-ayrı yerlərdə Zərərçəkmiş şəxs5 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 30 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs5 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 3 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin fevral ayı ərzində ünvan 2 ünvanında iki dəfə Zərərçəkmiş şəxs1 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir.Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 4 ünvanında yaşayan tanışı X3 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2020-ci ilin yanvar ayı ərzində Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrı-ayrı yerlərdə Aynur Eşqinlinin kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Aynur Eşqinlini gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 5 ünvanında kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2018-ci ilin avqust ayının əvvəllərindən həmin ilin sentyabr ayının sonlarınadək Gəncə şəhərində ünvanı tam bəlli olmayan ayrıayrı yerlərdə, eləcə də 2020-ci ilin mart ayının ortalarında ünvan 6 ünvanında Zərərçəkmiş şəxs2 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir.Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə ünvan 7 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs4 ilə mobil telefon əlaqəsi saxlayaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə razılığını aldıqdan sonra 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 6 ünvanında və Gəncə şəhərində ünvanı i tam bəlli olmayan digər yerlərdə Zərərçəkmiş şəxs4 kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu fahişəliyə cəlb etdiyinə görə özünə, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim etməklə Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayı ərzində qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra tanışı Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib onun həmin mənzilin kişi müştəriləri ilə cinsi əlaqədə olması üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş yataq otağında müştərilərə intim xidmətlər göstərməsinə iki dəfə ayrı-ayrı vaxtlarda şərait yaradıb bunun müqabilində sonuncudan hər dəfə 20 manat pul alıb əxlaqsız yuvalar təşkil etmə, saxlama, həmçinin bu məqsədlər üçün mənzil sahələri vermə cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində ünvan 6 ünvanında yerləşən mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edib onların həmin mənzilin kişi müştəriləri ilə cinsi əlaqədə olmaları üçün çarpayı və yataq dəsti ilə təchiz edilmiş yataq otağında müştərilərə intim xidmətlər göstərmələrinə şərait yaradıb bunun müqabilində hər qadından hər dəfə 20 manat pul alıb təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama, həmçinin bu məqsədlər üçün mənzil sahələri verməklə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi və digər sənədlərlə təkzib olunduğundan təqsirləndirilən şəxsin ifadəsini məhkəmə işin hallarına uyğun olmayan hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1ci və 244.2.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxsnun zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 52-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, ( məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsnn barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətinin mənfi xarakterizə olunmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə cəzasının tətbiqini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs qızı təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10.06.2021-ci il tarixdən hesablanmaqla, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 180 ( bir yüz səksən) manat pul X6 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respubliasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 10 iyun 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına 180 ( bir yüz səksən) manat pul X6 ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs qızma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-67/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-67/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver