Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-7/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X27 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X20 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X20 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi İnqilab oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, bilə-bilə hüquq verən rəsmi sənədlərdən istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Lənkəran şəhər sakini Şahid6 oğlu, Zərərçəkmiş şəxs6 imtahandan kənar ortaixtisas təhsil müəssisəsinə qəbul olunmasına köməklik göstərməsi ilə bağlı etdiyi müraciətinə cavab olaraq özlərini təhsil sahəsində geniş əlaqələrə malik olan şəxslər kimi təqdim edərək X48 “X56” fakultəsinə tələbə kimi qəbul etdirəcəklərinə və dərsə getmədən üç il altı ay müddətində təhsil alıb qurtardıqdan sonra alacağı diplom ilə asanlıqla X80 işləyə biləcəyinə inandıraraq etibarından sui-istifadə etməklə aldadaraq hissə-hissə olmaqla 2008-ci ilin yanvar ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə ünvan 2 ünvanında ümumi tanışları olan Heybətovlar ailəsinin yaşadığı evdə 3000 manat məbləğində pulunu alaraq əvəzində 2008-ci ilin mart ayında istintaqa məlum olmayan vaxtda möhür əksləri, blankları hər hansı bir texniki qurğu (skayner, fotoapparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilməklə qanunsuz olaraq istifadə etmək məqsədi ilə hazırladıqları hüquq verən rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs6 X48 “X56” fakultəsinin tələbəsi olmasını təsdiq edən möhürlü T-151 saylı saxta tələbə biletini Bakı-Lənkəran marşurtu üzrə sərnişin daşımaqla məşğul olan avtobuslardan birnin naməlum sürücüsü vasitəsi ilə Lənkəran şəhərinə Zərərçəkmiş şəxs6 göndərməklə verdikləri yalan vədə inandıraraq guya X48 “X56” fakultəsinə qəbul etdirdiyi Zərərçəkmiş şəxs6 2008-ci ilin yay imtahanlarının qiymətlərinin yazılması adı ilə aldadaraq 2008-ci ilin iyun ayında günü istintaqa məlum olmayan tarixdə Şahid6 Lənkəran-Bakı marşurtu üzrə sərnişin daşımaqla məşğul olan avtobuslardan birinin naməlum sürücüsü vasitəsi ilə göndərdyi 700 manat pulu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında almaqla, Zərərçəkmiş şəxs6 ikinci təhsil kursunun qış imtahanlarının qiymətlərinin yazılması adı ilə 2009-cu ilin yanvar ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə Şahid6 Lənkəran-Bakı marşurtu üzrə sərnişin daşımaqla məşğul olan avtobuslardan birnin naməlum sürücüsü vasitəsi ilə göndərdiyi 700 manat pulu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında almaları, Zərərçəkmiş şəxs6 ikinci təhsil kursunun qış imtahanlarının qiymətərinin yazılması adı ilə 2009-cu ilin iyun ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə onun tapşırığı əsasında Şahid6 Lənkəran Gəncə marşurtu üzrə sərnişin daşımaqla məşğul olan avtobuslardan birinin naməlum sürücüsü vasitəsi ilə göndərdiyi 700 manat pulu Bakı şəhəri Binəqədi rayonu Biəcəri qəsbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında almaqla, Zərərçəkmiş şəxs6 ikinci təhsil kursunun təhsil haqqını keçirmək adı ilə 2009-cu ilin oktyabr ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə onun tapşırığı əsasında Şahid6 Lənkəran-Gəncə marşurtu üzrə sərnişin daşımaqla məşğul olan avtobuslardan birinin naməlum sürücüsü vasitəsi ilə Gəncə şəhərinə şəxsiyyəti istintaqla müəyyən olunmayan Yaşar Vəliyev adlı şəxsə göndərdiyi 500 manat pulu ünvan 3 ünvanda yerləşən Gəncə şəhər Avtovağzalında almaqla, Zərərçəkmiş şəxs6 üçüncü təhsil kursunun qış imtahanlarının qiymətlərinin yazılması adı ilə 2010-cu ilin yanvar ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə Şahid6 Lənkəran-Bakı marşurtu üzrə sərnişin daşımaqla məşğul olan avtobuslardan birinin naməlum sürücüsü vasitəsi ilə göndərdiyi 700 manat pulu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında almaqla, Zərərçəkmiş şəxs6 üçüncü təhsil kursunun qış imtahanlarının qiymətlərinin yazılması adı ilə 2010-cu ilin iyun ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə Şahid6 Lənkəran-Bakı marşurtu üzrə sərnişin daşımaqla məşğul olan avtobuslardan birinin naməlum sürücüsü vasitəsilə göndərdiyi 700 manat pulu Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Beynəlxalq Avtovağzalında almaqla, Zərərçəkmiş şəxs6 üçüncü təhsil kursunun təhsil haqqını keçirmək adı ilə 2010-cu ilin oktyabr ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə onun tapşırığı əsasında Şahid6 Lənkəran-Gəncə marşurtu üzrə sərnişin daşımaqla məşğul olan avtobuslardan birinin naməlum sürücüsü vasitəsilə göndərdiyi 500 manat pulu ünvan 5 ünvanda yerləşən Gəncə şəhər Avtovağzalında almaqla, vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs6 7500 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmiş, aldıqları pulun müqabilində üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirdiklərinə inandırmaq üçün 2015-ci ilin iyul ayında günü istintaqa məlum olmayan tarixdə ünvan 7 ünvanda yerləşən Hərbi Xidmətə Çağırış Məntəqəsinin qarşısında istintaqa məlum olmayan vaxtda və şəraitdə möhür əksləri, blankları hər hansı bir texniki qurğu (skayner, fotoapparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqramının təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilməklə qanunsuz olaraq istifadə etmək məqsədi ilə hazırladıqları hüquq verən rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs6 X48 “X56” fakultəsini bitirməyini təsdiq edən möhürlü AA №009463 saylı saxta diplomu Ağamusa Salahov təqdim etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X21 vasitəsilə Zərərçəkmiş şəxs8 oğlu, Turan Musayevi 1200 manat pul müqabilində X62 qiyabi şöbəsinə qəbul etdirəcəyini vəd edərək inandırıb 2009-cu ilin avqust ayında günü istintaqa məlum olmayan tarixdə 1200 manat, oğlu dərslərdə iştirak etməsə də, qiymətlərini yazdıracağını və hər il təhsil haqqı üçün 600 manat pul olmaqla 2009-2012-ci illər ərzində günü istintaqa məlum olmayan tarixlərdə 2400 manat, ümumilikdə vahid niyyətlə 3600 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Bakı şəhər sakini Zərərçəkmiş şəxs7 qızı, Şahid5 Şöhlət qızını 4000 manat məbləğində pul müqabilində imtahandan kənar X33 “Məktəbəqədər təhsilin metodiki pedaqoqikası” fakültəsinə qəbul olunmasına köməklik göstərməsi ilə bağlı vəd verib inandırmaqla 2011-ci ilin avqust ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 8 ünvanda fəaliyyət göstərən “Aksaray” şadlıq evinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 3932 manat 50 qəpik təşkil edən 5000 ABŞ dolları məbləğində pulunu alaraq öz aralarında bölməklə, 2011-ci ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə Səltənət İbadaovanın X33 “Məktəbəqədər təhsilin metodiki pedaqoqikası” fakültəsinin tələbəsi olmasını təsdiq edən istintaqa məlum olmayan tarixdə möhür əksləri hər hansı bir eyni növ sənəddən texniki qurğu (skayner, fotoapparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilməklə hazırladığı hüquq verən rəsmi sənəd hesab olunan möhürlü 15.09.2011-ci il tarixli 263 saylı saxta tələbə biletini Şahid5 təqdim etmiş, daha sonra X33 “Məktəbəqədər təhsilin metodiki pedaqoqikası” fakultəsinə qəbul etdirdiyi Şahid5 2013-cü il üçün təhsil haqqını keçirmək adı ilə aldadaraq 2012-ci ilin sonlarında günü istintaqa məlum olmayan tarixdə yaşadığı ünvan 9 ünvanda Zərərçəkmiş şəxs7 qardaşı X15 vasitəsilə göndərdiyi 400 manat məbləğində pulunu almaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs7 4332 manat 50 qəpik məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2011-ci ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs4 özünü X48 qiyabi şöbəsinin müdiri kimi təqdim edərək sonuncunu tələbə kimi həmin Kollecə qəbul etdirəcəyini vəd verib inandırmaqla X48 inzibati binasında 500 manat pulunu, həmin ilin sonunda günü istintaqa məlum olmayan tarixdə X48 inzibati binasında təhsil haqqı kimi 500 manat, ümumilikdə vahid niyyətlə 1000 manat pulunu alaraq ələ keçirib 2013-cü ilin iyun ayında günü istintaqa məlum olmayan tarixdə X48 inzibati binasına çağırıb istintaqa məlum olmayan vaxtda və üsul ilə qanunsuz olaraq hazırladığı hüquq verən rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs4 X48 “Mühasibat uçotu və audit” fakultəsini bitirməsi barədə AA saylı 009284 saylı saxta diplomu ona təqdim etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 oğlu, Şahid9 Azərbaycan Texnologiya Universitetinə tələbə kimi qəbul etdirəcəyi adı ilə inandırıb tanışı Şahid2 vasitəsi ilə, 2013cü ilin avqust ayında günü istintaqa məlum olmayan tairxdə Bakı şəhəri Yasamal rayonunda “Olimp” adlı mağazanın yaxınlığında 3000 manat pulunu, 2013-cü ilin avqust ayında günü istintaqa məlum olmayan tarixdə həmin yerdə Şahid2 vasitəsilə 10000 manat pulunu, 2013-cü ilin dekabr ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri X94 prospekti 103 ünvanda yerləşən Azərbaycan Texnologiya Universitetinin inzibati binasında təhsil haqqı adı ilə 500 manat pulunu ələ keçirməklə, daha sonra istintaqa məlum olmayan tarixdə elektrofotoqrafik çoxaldıcı qurğu vasitəsilə qanunsuz hazırladığı hüquq verən rəsmi sənəd hesab olunan 06/3313 B nömrəli 25.09.2013-cü il tarixli saxta tələbə biletini 2014-cü ilin fevral ayında günü istintaqa məlum olmayan tarixdə Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim edib həmin saxta sənəddən istifadə etməklə 2014-cü ilin aprel ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri X94 prospekti 103 ünvanda yerləşən Azərbaycan Texnologiya Universitetinin inzibati binasında təhsil haqqı adı ilə 500 manat pulunu, ümumilikdə vahid niyyətlə 14000 manat məbləğində xeyli miqdarda pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 oğlu, X28 15000 manat pul müqabilində Dağıstan Dövlət Universitetinə tələbə kimi qəbul etdirib, bir ildən sonra isə Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinə köçürəcəyini vəd verib inandırmaqla şəxsiyyəti istintaqa məlum olmayan Bakı-Gəncə şəhərləri arasında taksi fəaliyyəti ilə məşğul olan Zaur adlı şəxsin vasitəsilə 2014-cü ilin iyun ayında günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri Binəqədi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında 15000 manat məbləğində xeyli miqdarda pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 oğlu, Yolçu Bağırovu 3000 manat pul müqabilində X57 tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verərək inandırıb 2014-cü ilin avqust ayında günü istintaqa məlum olmayan tarixdə X48 inzibati binasında 1000 manat, 02 sentyabr 2014-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün vasitəsilə Gəncə şəhərində 2000 manat, ümumilikdə vahid niyyətlə 3000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs5 qızı, Gülnar Əzizovanı 7000 manat pul verəcəyi halda Bakı şəhərindəki 2 nömrəli Tibb Kollecinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verib inandırmaqla 28 iyun 2015-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu N.Nərimanov prospektində yerləşən Gəncə şəhərinin girişində köhnə qala qapıları adlan yerin yaxınlığında 7000 manat məbləğində xeyli miqdarda pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-7/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 7500 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə; Təqsirləndirilən şəxs X11 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 4332.50 manat məbləğində pulunu ələ keçirməklə təkrar dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hissədə; Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 3600 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə; Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 1000 manat pulunu ələ keçirərək təkrar dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hissələrdə həmin əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələri ilə müəyyən edilmiş müddətlər keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildən təsərrüfat işləri ilə məşğul olur, adətən qoyun və inək saxlayıb sonra kəsərək ətlərini satır. Gəncə şəhərində yerləşən X49 işləyən müəllimlərə ət məhsulları satmışdır. Ona görə də tez-tez X62 həyətində olmuşdur. İmişli rayonundan olan Zərərçəkmiş şəxs5 hal-hazırda xatırlamadığı və istifadəsində olmuş telefon nömrəsinə zəng edib qızı X13 qəbul etdirmək istəməsini demişdir. Onun qızını 7000 manat pul qarşılığında Bakı 2 nömrəli Tibb kollecinə tələbə kimi qəbul etdirmək üçün köməklik edəcəyini demişdir. Həmçinin Vahidə yalandan onu inandırmaq üçün Tələbə Qəbulu üzrə Dövlət komissiyasının üzvlərinə buna görə pul verəcəyini də bildirmişdir. Vahid razılaşmış və Gəncə şəhərində onunla görüşüb bu barədə söhbət etməyi planlaşdırmışlar. 28 iyun 2015-ci il tarixdə Vahid zəng edib Gəncə şəhəri Kəpəz rayonu N.Nərimanov küçəsində yerləşən “X63” yaxınlığında olmasını demişdir. Markasını və qeydiyyat nömrə nişanı xatırlamadığı idarə etdiyi avtomobili ilə həmin yerə gəlmişdir. Həmin yerdə Vahidin markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinin qabaq sərnişin oturacağında əyləşib söhbət etməyə başlamışlar. Söhbət zamanı Vahidi inandırmaq üçün ona yalandan “qızın Gülnarı Bakı 2 nömrəli Tibb kollecinə tələbə kimi qəbul etdirmək üçün Tələbə Qəbulu üzrə Dövlət komissiyasın üzvlərinə pul verməliyəm” demişdir. Həmçinin 7000 manat pul qarşılığında 02 iyul 2015-ci il tarixdə keçiriləcək qəbul imtahanında Gülnarın adına keçid balını yazdırıb onu təhsil müəssisəsinə qəbul etdirəcəyəni də bildirmişdir. Vahid razılaşmış və həmin günü saat 15 radələrində 7000 manat pulu vermişdir. Həmin pulu almış və öz ehtiyaclarına xərcləmişdir. Artıq Zərərçəkmiş şəxs5 7000 manat pulunun hamısını ona geri qaytarmışdır. O, bundan başqa X11 ilə razılaşaraq Lənkəran şəhər sakini Şahid6 oğlu, Zərərçəkmiş şəxs6 imtahandan kənar orta-ixtisas təhsil müəssisəsinə qəbul olunmasına köməklik göstərməsi adı ilə onalardan 7500 manat pulunu almışlar və saxta diplomu hazırlayaraq təqdim etmişlər. Bundan başqa o, X11 ilə razılaşaraq Zərərçəkmiş şəxs7 övladı Şahid5 X33 “Məktəbəqədər təhsilin metodiki pedaqoqikası» fakültəsinə tələbə kimi qəbul etdirmək adı ilə 4332.50 manat pulunu alaraq ona saxta tələbə biliteni hazırlayaraq vermişlər. Həmçinin o, Zərərçəkmiş şəxs4 özünü X48 qiyabi şöbəsinin müdiri kimi təqdim edərək sonuncunu tələbə kimi həmin Kollecə qəbul etdirəcəyi adı ilə 1000 manat pulunu almış və “Mühasibat uçotu və audit” fakultəsini bitirməsi barədə diplomu ona təqdim etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 oğlu, Şahid9 Azərbaycan Texnologiya Universitetinə tələbə kimi qəbul etdirəcəyi adı ilə inandırıb tanışı Şahid2 vasitəsi ilə 14000 manat pulunu almışdır. Həmçinin o, Zərərçəkmiş şəxs3 2014-cü ildə oğlu Yolçunu X57 tələbə kimi qəbul etdirmək adı ilə ondan 3000 manat pulunu almışdır. Bundan başqa o, tanışı X21 vasitəsilə Zərərçəkmiş şəxs8 oğlu, Turan Musayevi 1200 manat pul müqabilində X62 qiyabi şöbəsinə qəbul etdirəcəyi adı ilə 2009-cu ildə 1200 manat və dərslərdə iştirak etməsə də, qiymətlərini yazdıracağını və hər il təhsil haqqı üçün 600 manat pul olmaqla 2009-2012-ci illər ərzində 2400 manat, ümumilikdə 3600 manat pulunu almışdır. Həmçinin o, Zərərçəkmiş şəxs1 oğlu X28 15000 manat pul müqabilində Dağıstan Dövlət Universitetinə tələbə kimi qəbul etdirib, bir ildən sonra isə Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinə köçürəcəyi adı ilə Bakı-Gəncə şəhərləri arasında taksi fəaliyyəti ilə məşğul olan Zaur adlı şəxsin vasitəsilə 2014-cü ilin iyun ayında 15000 manat pulunu almışdır. Aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Saxta diplom və tələbə vəsiqələrini Pirəli adlı şəxs və mərhum X44 ilə birlikdə hazırlamışlar. Törətdiyi əməllərə görə çox peşmandır. Hazırda onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən səmimi peşiman olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, X45 onun oğludur. Oğlu orta məktəbi qurtardıqdan sonra universitetə daxil olmaq istəmişdir. Bu barədə tanışı Elzaya bildirmişdir. Elza söhbət edən zaman onun Ceyhun adlı tanışının olmasını, oğlunun universitetə daxil olmasında köməklik edə biləcəyini bilirmişdir. Elzanın iştirakı ilə Bakı şəhərində Ceyhunla görüşmüşdür. Ceyhun da oğlunu universitetə Gəncə şəhəri Texnologiya Universitetində işləyən Toğrul adlı müəllimin düzəldə biləcəyini demiş və onun telefon nömrəsini vermişdir. Əsl adı Təqsirləndirilən şəxs olan, lakin özünü Toğrul kimi təqdim edən Raminin xatırlamadığı telefon nömrəsinə istifadəsində olan 055- ***-**-** saylı nömrəsindən zəng edib danışmışdır. Telefonla danışan zaman telefon nömrəsini Ceyhun müəllimdən almasını bildirmiş və o, da Ceyhun müəllimlə dost olmasını, öz adının Toğrul olmasını, 15000 manat pul qarşılığında oğlunu Dağıstan Dövlət Universitetinə qəbul etdirib, 1 ildən sonra isə Gəncə şəhərində yerləşən Texnologiya Universitetinə köçürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs fikri ilə razılaşmışdır. Ramin 15000 manat pul, oğlunun orta məktəbi qurtarması ilə bağlı şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətini Gəncə şəhərinə göndərməsini istəmişdir. Həmçinin Ramin öz tanışı Zaur adlı şəxsin Bakı şəhərində 3-cü mikrorayonun dairəsinin yaxınlığında yerləşən avtovağzalda olmasını, 15000 manat pulu və sənədləri ona verməsini demişdir. 2014-cü ilin iyun ayının ortalarında Bakı şəhərində 3-cü mikrorayonun dairəsinin yaxınlığında yerləşən avtovağzalda saat 15 radələrində 15000 manat pulu və sənədləri Zaur adlı şəxsə vermişdir. Zaur da Gəncə-Bakı şəhərlərarası taksi sürücüsü işləmişdir. Zaur bir müştəri götürdükdən sonra Gəncə şəhərinə yola düşəcəyini demişdir. Həmin günü axşam Ramin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edib pulu və sənədləri götürdüyünü və sentyabr ayından oğlunun artıq dərslərə gedəcəyini bildirmişdir. Lakin, sentyabr ayı qurtarsa da, Ramin oğlunu universitetə qəbul etdirə bilməmişdir. Dəfələrlə Raminin istifadəsində olan telefon nömrələrinə zəng etsə də, o, telefon zənglərinə cavab verməmişdir. Sonra bu barədə Ceyhun müəllimə demişdir. Ceyhun da soraqlaşdıqdan sonra Toğrul kimi tanıdığı şəxsin adının Ramin olmasını öyrənmişdir. Sonradan isə Ceyhun müəllimin özünün də dələduzluqla həbs edilməsini eşitmişdir. 2015-ci ilin may ayında oğlunun orta təhsil haqqında şəhadətnaməsini və 15000 manat pulu Ramindən almaq üçün onun yaşadığı ünvan 11 ünvana getmişdir. Həmin evin qapısını bir nəfər cavan qadın açmışdır. Ondan Ramini çağırmasını istəmişdir. Lakin, adını xatırlamadığı və yanında iki azyaşlı uşaq olan qadın Raminin həyat yoldaşı ilə birlikdə Gəncə şəhərinə köçməklərini demişdir. Həmçinin həmin qadın oğlunun orta təhsil haqqında şəhadətnaməsini verərək bu sənədi Raminin verməsini bildirmişdir. Sonra soraqlaşaraq Gəncə şəhərində Texnologiya Universitetində işləyən Raminin qayınatası olan Çümşüd müəllimi tapmaq üçün Texnologiya Universitetinə getmişdir. Orada prorektorun otağına keçmiş və Cümşüd müəllimi axtarmadığını demişdir. Prorektorun dəvəti ilə Cümüşd məlim yanına gəlmişdir. Cümşüd müəllimə başına gələnləri danışmışdır. Cümşüd müəllim də Raminə zəng etmiş və onu prorektorun otağına dəvət etmişdir. Ramin yanında adını bilmədiyi bir nəfər şəxslə həmin yerə gəlmişdir. Həmin vaxt Ramin onu polisə şikayət etməsə, tezliklə hissə-hissə pulunu geri qataracağına söz vermiş və onunla razılaşmışdır. Lakin, Ramin pulun geri qaytarmamışdır. Ona görə də bu barədə gedib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Rəfiqəsi Şəfa və taksi sürücüsü Nazim adlı şəxslə Raminin Şəmkir şəhərində yaşadığı evinə getmişdir. Yəqin ki, fikrini həmin vaxt müstəntiqə düzgün ifadə edə bilməmiş və müstəntiq onu düzgün başa düşməmişdir. Əslində isə hər şeyi olduğu kimi qeyd etmişdir. Ümumilikdə ona 15000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, uzun illərdir Bakı şəhərində «Təzə Bazarda» meyvə-tərəvəz ticarəti ilə məşğul olur. 2 oğlan övladı var. Böyük oğlu Şəhriyar 2013-cü ildə 11-ci sinifi bitirib ali məktəbə qəbul üçün test imtahanı vermiş, lakin imtahandan kəsilmişdir. Şəhriyarın ali məktəbə qəbulu üçün köməklik məqsəilə qayını Səxavət Mikayılova müraciət etmişdir. Səxavət övladı Camalı Mehriban adlı qadın vasitəsi ilə ali məktəbə qəbul etdirdiyini və oğlunun da qəbulu üçün ona müraciət edəcəyini demişdir. 2013-cü ilin avqust ayının sonunuda Səxavət Bakı şəhrində «Olimp» mağazasının yaxınlığında Mehriban adlı qadınla görüşdürmüşdür. Bundan əvvəl Səxavət onun oğlu Camalı da həmin Mehriban xanımın universitetə qəbul etdirməsi barədə məlumat vermişdir. Bu səbəbdən də Mehribana güvəni yaranmışdır. Mehriban Azərbaycan Texniki Universitetində müəllim işlədiyini və oğlu Şəhriyarı göndəriş vasitəsi ilə Azərbaycan Texnoiogiya Universitetinin maliyyə kredit fakültəsinə tələbə kimi qəbul etdirə biləcəyini və bunun üçün 13000 manat pul lazım olduğunu bildirmişdir. Bundan əlavə oğlunun illik təhil haqqının 1000 manat olacağını və həmin pulu oğlu qəbul olunandan sonra ildə bir dəfə özünün ödəyəcəyini demişdir. Mehribana inanaraq pulu verməyə razı olmuş və həmin vaxt üzərində olan 3.000 (üç min) manatı Səxavətin yanında əlbə-əl beh kimi Mehribana vermişdir. Mehriban pulu sayaraq götürmüşdür. Həmin vaxt Mehriban oğlu Şəhriyarın ali məktəbə qəbulu ilə bağlı sənədləri, onun şəxsiyyət vəsiqəsini, attestatını və 4 ədəd fotoşəklini istəmişdir. Bundan təxminən 1 həftə sonra həmin sənədləri və 10.000 manat pulu “Olimp” mağazasının yaxınlığında «Avis» aptekinin içərisində Səxavətin və Mehribanın adını bilmədyi oğlunun yanında Mehribana vermişdir. Mehriban pulları sayıb götürmüşdür. Mehriban həmin ilin sentyabr ayında oğlunun dərsə gedəcəyini söz vermişdir. Sentyabr ayında Səxavətdən Mehribanın telefon nömrəsini alaraq öz telefonu ilə ona zəng etmişdir. Həmin vaxtlar Mehriban ***-***-**-** nömrəsini istifadə etmişdir. Özünə məxsus ***-***-**-** nömrəsindən Mehriban ***-***-**-** nömrəsinə zəng etmişdir. Mehriban ona narahat olmamağı, oğlunun oktyabr ayında dərsə gedəcəyini bilidirmişdir. Gedib Gəncə şəhərində oğlunun yaşaması üçün kirayə ev tutmuşdur. Oktyabr ayında oğlu dərsə çağırılmadığı üçün narahat olaraq Mehribana zəng edib onunla görüşmüşdür. Mehriban narahat olmamağı və oğlunun universitetə qəbul olunduğunu və 2-ci semestrdən dərsə gedəcəyini bildirmişdir. Dekabr ayında Mehribandan oğlunun dekanı və müəllimi ilə tanış etməsini tələb etmişdir. Dekabr ayının əvvəlində Mehribanla Gəncə şəhərinə Texnologiya Universitetinə getmişlər. Universitetin həyətində Mehriban Ramin adlı şəxslə onu tanış etmiş və onun oğlu Şəhriyarın müəilimi olduğunu bildirmişdir. Ramin onları universitetin 2-ci mərtəbəsinə otaqların birinə aparmışdır. Həmin otaqda bir neçə müəllim də olmuşdur. Onların hamısı çölə çıxmış və otaqda bir nəfər yaşlı müəllim qalmışdır. Aradan xeyli müddət keçdiyindən həmin müəllimi görsə tanıya bilməz. Ramin həmin müəllimin adının Fərman olduğunu və orada dekan işlədiyini bilidirmişdir. Ramin Fərmanı şəxsən təqdim etməmişdir. Fərman həmin vaxtı otaqda bir neçə dəqiqə olmuş və çıxıb getmişdir. Fərman otaqda olduğu müddətdə heç nə danışmamışdır. Həmin vaxt Ramin özü ilə bir neçə sənəd gətirmişdir. Ramindən oğlunun Universitətə qəbul olub-olmamasını, dərsələrə çağırılıbçağırılmayacağını soruşmuşdur. Ramin də təhsil haqqının yarısını ödənməsini tələb etmiş, yarısını isə ikinci semestrin sonunda ödəməyin lazım olduğunu bildirmişdir. Həmin vaxt üzərində pul olmağıdı üçün gedib yaxınlıqakı bankomatdan "xxxx" ASC-də olan kredit xəttindən 500 manat pul çıxartmış və həminki otaqda Mehribanın yanında əlbəəl Raminə vermişdir. Ramin pulu kassaya köçürdükdən sonra bir neçə gün ərzində qəbzi verəcəyini demişdir. Ramin oğlunun 2014-cü ilin yanvar ayında imtahanlara gəlməsini istəmişdir. Yanvar ayında oğlunu Azərbaycan Texnologiya Universitetinə göndərmiş və ona Raminin telefon nömrəsini vermişdir. Oğlu oradan zəng edərək Raminlə görüşdüyünü, Raminin onu Universitetə apardığını və imtahanda iştirak etdiyini xəbər vermiş və sonra Bakı şəhərinə qayıtmışdır. Oğluna tələbə bileti verilmədiyi üçün Mehribanın mobil telefonuna zəng edərək ondan tələbə bileti tələb etməyə başlamışdır. Mehriban 2014-cü ilin fevral ayında yaşadığı evin yaxınlığında oğlu Şəhriyarın adına bir ədəd tələbə bileti vermişdir. 2014-cü ilin aprel ayında Raminə bir neçə dəfə zəng etsə də, ona zəng çatmamışdır. Oğlunun təhsil haqqını tam ödəmək üçün Mehriban və onun oğlu ilə birlikdə Texnologiya Universitetinə getmişlər. Universitetin həyətində Raminlə görüşmüşlər. Ramin Universitetin 2-ci mərtəbəsində otaqların birinə aparmışdır. Orada Raminə əlbə-əl Mehribanın yanında oğlunun təhsil haqqından qalan 500 manat pulu vermişdir. Ramin əvvəl verdiyi 500 manat pulu da qəbzə yazdırıb 1000 manatlıq bir qəbz göndərəcəyini demişdir. Ramin oğlunun may ayında imtahana gəlməsini tələb etmişdir. 2014-cü ilin may ayında oğlu Şəhriyar Universitetə getmişdir. Orada Ramin oğluna onun Universitetdə təhsil alması ilə bağlı bir müqavilə vermiş və oğlu imtahanda iştirak etmişdir. 2014-cü ilin sentyabr-oktyabr aylarında Ramin təhsil haqqı kimi 1000 (bir min) manat pul öldəməyi barədə 1 ədəd qəbz vermişdir. Həmin qəbz möhürlü və imzalı olmuş və əsl sənədə oxşamışdır. 2014-cü ilin dekabr ayında oğlunun illik təhsil haqqını ödəmək üçün yenə də Texnologiya Universitetinə getmişdir. Orada Raminin mobil telefonuna bir neçə dəfə zəng etsə də, onun telefonuna zəng çatmamışdır. Tələsdiyi üçün pulu özü ödəmək qərarına gələrək Universitetə daxil olmuş və oğlunun təhsil aldığı «Ümumi iqtisadiyyat» fakültəsini axtarıb tapmışdır. Həmin fakültənin adını bilmədiyi dekanı ilə görüşərək oğlunun tələbə biletini göstərib illik təhsil haqqını ödəmək istədiyini bildirmişdir. Dekan tələbə biletinə baxaraq onun saxta olduğunu, burada Şəhriyar adlı tələbənin təhsil almadığını bildirmişdir. Universitetin rəhbərliyi və bir neçə müəllim yanına gəlmişdir. Raminin hərəkətləri barədə onlara şifahi məlumat vermişdir. Orada Universitet rəhbərliyindən tanımadığı şəxslər Ramin adlı müəllimin orada çalışmadığını bildirmişlər. X3 görüşdüyünü, həmçinin Fərman adlı dekanla da tanış etdiyini bildirmişdir. Onlar orada Fərman adlı müəllimin və dekanın çalışmadığı cavabını vermişlər. O zaman Raminin onu aldatmasını başa düşmüşdür. Həmin gün təsadüfən Raminin telefonuna zəng edə bilmiş və onunla danışaraq görüşə çağırmışdır. Görüş zamanı Raminə aldatğını bildirib pullarını qaytarmasını tələb etmişdir. Ramin aldatmadığını və müxtəlif bəhanələr gətirərək özünü müdafiə etməyə başlamışdır. Lakin, bir neçə saatdan sonra Ramin gətirib Gəncə şəhərində oğlunun təhsil haqqı adı ilə aldığı 1000 (bir min) manat pulu qaytarmışdır. Həmin vaxt Raminin Samux şəhərində yaşadığını və onun Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bakı şəhərinə qayıdandan sonra Mehribandan pulunu qaytarmasını tələb etməyə başlamışdır. Mehriban Raminin onu da aldatdığını aldığı pulun hamısını Raminə verməsini və tezliklə Ramindən pulunu alıb qaytaracağına söz vermişdir. Bir neçə aydan sonra Mehriban özü evinin yaxınlığında 4900 manat pul qaytarmışdır. Qalan pulları isə Səxavətin vasitəsilə 2015-ci ilin aprel aylarında qaytarmışdır. Həmçinin Səxavətin vasitəsilə Raminin və Mehribanın verdiyi bütün sənədlərin əsillərini geri qaytarmışdır. Mehribana verdiyi 13000 manat, Raminə verdiyi 1000 manat pul tam olaraq qaytarılmışdır. Bu səbəbdən də baş verənlər barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Şahid2 yanında nə Raminə, nə də başqa şəxsə heç bir məbləğdə pul verməmişdir. Lakin, ondan pulunu tələb edəndə, pulun hamısını Raminə verməsini demişdir. Oğlunun ali məktəbə qəbul olunmadığını biləndən sonra Raminlə görüş zamanı o, həmin saxta sənədləri təşkil etmək üçün Mehribanın ona cəmi 3000 manat pul verdiyini bildirmişdir. Qanunları bilmədiyindən tələbə qəbulu ilə bağlı tam məlumatsız olmuşdur. Ramini tanıdığı müddətdə o, 2-3 ədəd telefon nömrəsi dəyişmiş, ona görə də onun telefon nömrələrini xatırlamır. Raminlə özünə məxsus ***-***-**-** nömrəsi ilə zəng edib əlaqə saxlamışdır. Ümumilikdə ona 13000 manat maddi ziyan dəymiş və dəymiş ziyan tamamilə ödnilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, 2014-cü ildə oğlu Yolçu Bağırov universitetə qəbul üçün imtahan versə də, topladığı bal yetərsiz olduğu üçün imtahandan kəsilmişdir. Həmin ərəfələrdə uzaq qohumu Həsənov X32 Texniki Kollecində şöbə müdiri işləyən Tahir adlı şəxsin tanışı olmasını, həmin şəxsin köməkliyi ilə oğlu Yolçunu pul müqabilində texniki kollecə tələbə kimi qəbul etdirə biləcəyini demişdir. 2014-cü ilin təxminən avqust ayının sonlarında Vəli ilə birlikdə Gəncə şəhərində görüşmüş və birlikdə Gəncə Texniki kollecə getmişlər. Kollecdə Vəli ilə birlikdə bir otağa getmiş və həmin otaq müəllimlər otağı ilə yanaşı otaq olmuşdur. Həmin otaqda bir nəfər masa arxasında əyləşmişdir. Elə başa düşmüş ki, həmin şəxs Vəlinin dediyi şöbə müdiri Tahir müəllim olmuşdur. Lakin, həmin şəxs adını bildirməmiş, bundan başqa Vəli də həmin şəxsin adını Tahir kimi təqdim etmişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Tahir isə şöbə müdiridir. Həmin yerə gedəndə Tahir dərsdə olduğu üçün Ramin onun yerində oturub onları qəbul etmişdir. Orada olanda Vəli həmin otaqda oturan adını sonradan bildiyi Raminə onu nəzərdə tutub “zəng edib dediyim bu adamdır, oğlunu texnikuma düzəltdirmək istəyir” demişdir. Ramin təhsil haqqının illik ödənişinin 800 ABŞ dolları olmasını hesablamış və “3000 manat verərsən, təhsil haqqını da özüm ödəyəcəm, oğlun gəlsin təhsil alsın texnikumu bitirəndən sonra da diplomunu alacaqdır” demişdir. Onun dediklərinə inanmış, həmin vaxt əvvəlcə Vəlinin yanında qeyd etdiyi otaqda Raminə 1000 manat nağd pul və oğluna aid 9 illik təhsil haqqında şəhadətnaməni və yaşayış yerindən arayışı təqdim etmişdir. Ramin həmçinin oğlunun dərsə gəlib gedən zaman kim soruşsa “Tahir müəllimin tələbəsiyəm” deməsini, dərsə başlayanda da tələbə biletini verəcəyini bildirmişdir. Vəli ilə Raminin yanında otaqda olan zaman iki nəfər qadın olduqları otağın qapısını açıb Raminə hansısa bir dərsi keçib-keçməməyi soruşmuşlar. Ramin də “gedin keçin” demişdir. Həmin qadınlar texnikumda müəllimə işləməklərini başa süşmüşdür. Həmin vaxt tam inamı yaranmış ki, Tahir müəllim kimi bildiyi Ramin oğlunu texnikuma qəbul etdirəcəkdir. Ramin ondan qalan pulu da istəmişdir. Bundan bir həftə sonra dəqiq tarixi yadında qalmayan vaxtda özünə məxsus ***-***-**-** nömrəli telefonla Raminin telefonuna zəng edib qalan 2000 manatı da hazır etməsini, pulu necə verməsini soruşmuşdur. Ramin “sabah pulu Gəncə şəhərinə göndər, mən özüm qarşılayıb götürərəm” demişdir. Səhəri gün yəni ki, 02 sentyabr 2014-cü il tarixdə Gədəbəy rayonundan xatırlamadığı taksi ilə 2000 manat pulu taksi sürücüsünə verib “bu pulu Gəncə şəhərinə apar, orada Tahir qarşılayıb səndən götürəcəkdir” demişdir. Həmçinin taksi sürücüsünə Raminin nömrəsini də vermişdir. Taksi sürücüsünə Gəncə şəhərinə çatanda onunla əlaqə saxlayıb bir yerdə görüşməyi, pulu çatdırmasını, pulu verməmişdən öncə Raminlə danışdırmasını sonra pulu verməsini demişdir. Həmin gün saat təxminən 16 radələrində Ramin özü zəng edib pulu taksi sürücüsündən götürməsini bildirmişdir. 12 sentybar 2014-cü il tarixdə Gəncə şəhərində olan zaman, Vəli müəllimlə görümüş və o, texniki kollecin oğlunun adına olan tələbə biletini təqdim etmişdir. Bundan bir neçə gün sonra oğlu X49 dərsə gedəndə ona adının tələbələrin qeydiyyatı jurnalında olmamasını bildirmişlər. Yolçu da Tahir müəllimin tələbəsi olmasını demişdir. Lakin, ona hansısa müəllim demiş ki, “getsin adı qeydiyyata düşəndən sonra gələr”. Bundan sonra Ramin və Vəlinin onu aldatmaqlarını, buna görə də Ramin və Vəliyə zəng edib bu barədə deyib pulunu geri qaytarmağı demişdir. Onlar “narahat olma, Təhsil Nazirliyində oğlunun adını tələbə kimi qeydiyyata saldıracağıq və oğlun texniki kollecdə təhsil alacaqdır” demişlər. Lakin, onların verdikləri vədlər özünü doğrulatmamışdır. Ona görə də Raminlə Vəlidən pulunu tələb etməyə başlamışdır. Vəli ona “pulu Raminə vermisən, pulu Ramin yeyib” demiş və özünün isə sadəcə bir qohum kimi vasitəçi olduğunu, buna görə də Ramindən pulu alıb qaytaracağını demişdir. Lakin nə Vəli, nədə ki, Ramin pulunu qaytarmamışlar. Vəli və Raminlə əlaqə saxlasa da, Raminin telefonu sönülü olduğu üçün onunla əlaqə saxlaya bilməmişdir. Vəli ilə əlaqə saxlayan zaman isə ona narahat olmamasını, pulu Ramindən alıb qayataracağını bildirmişdir. X41 şöbə müdiri olan Tahir müəllimin otağında Tahir müəllim, Vəli və özü birlikdə görüşmüşlər. Tahir müəllimə xidməti otağında oturan adını sonradan bildiyi Təqsirləndirilən şəxs ondan oğlunu Texniki kollecə tələbə kimi qəbul etdirmək üçün 3000 manat pul almasını, lakin pul alsa da, heç bir iş görməməsini və onu aldatmasını bildirmişdir. Həmçinin Tahirə “sənin xidməti otağında kimsə gəlib oturub məni aldadıb məndən pul alıbdırsa həmin puldan səndə yemisən” sözlərini demişdir. Tahir müəllim də Raminin tanışı olmasını, yanına kollecə gəlib getməsini, dərsdə olduğu üçün onun yerində oturmasını bildirmişdir. Lakin, Tahir müəllim puldan xəbərinin olamdığını, Raminə verilən pulu alıb qaytaracağını söz versə də, onun bu vədləri də yalan olmuşdur. Tahir müəllim kimi bildiyi Ramin adlı şəxsə Texniki kollecin şöbə müdirinin otağında Vəlinin yanında 1000 manat, sonradan isə taksi ilə Gəncə şəhərinə Raminə 2000 manat pul yollamış, Ramin pulu alandan sonra zəng edib pulu götürdüyünü bildirmişdir. Ümuilikdə 3000 manat maddi ziyan dəymişdir. Dəymiş ziyandan 850 manat pulu müstəntiq Samir Rüstəmov ona geri qaytarmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, İmişli şəhəri Meliorator qəsəbəsi bina 2, mənzil 7-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. X89 təxminən 3 il bundan öncə İmişli rayonunda orta məktəbin 11-ci sinfini bitirmiş, həmin vaxtlar universitetə qəbul olması üçün dövlət imtahanı versə də, topladığı balın az olması səbəbindən universitetə qəbul ola bilməmişdir. Sonradan isə qızı Gülnarı Bakı şəhər tibb kollecinə tələbə kimi qəbul etdirməyi fikirləşmişlər. Buna görə də qızı 2015-ci ilin may ayında imtahan üçün tələbə qəbulu dövlət komissiyasına sənədlərini vermişdir. Bununla bağlı dostu İmişli rayonu Təhsil Şöbəsində metodik vəzifəsində işləyən Şahid3 da bildirmişdir. Nazim Şəmkir rayonunda Toğrul adlı, lakin əsl adı sonradan məlum olan Ramin adlı şəxsin olmasını, onu da İmişli rayon Xubyarlı kənd orta nəktəbdə müəllim işləyən tanışı Sənan müəllim ona deməsini bildirmişdir. Həmçinin Sənan müəllimin Ramin adlı şəxsin X66 müəllim işləməsini, onun sözünün hər yerdə keçməsini, pul müqabilində tibb texnikumlarına tələbə qəbul etdirməsini bildirmişdir. Nazim Raminlə münasibət qurub onunla danışaraq qızını tibb texnikumuna qəbul edilməsində köməklik etməsi təklifini bildirmişdir. Sonra Nazim müəllim Sənana bu barədə demişdir. Sənan müəllim də Nazim müəllimə onun telefon nömrəsini Raminə verəcəyini və əlaqə saxlayacağını demişdir. 27 iyun 2015-ci il tarixdə Nazim müəllim Ramin ona zəng edib 7000 manat müqabilində qızını tibb texnikomuna Tələbə Qəbulu üzrə dövlət komissiyasında işləyən tanışının vasitəsilə qəbul etdirməkdə köməklik edəcəyini, qızı Gülnarın imtahanına daxil olub imtahan verən zaman ona orada suallara cavab yazılmasında köməklik edəcəyini və beləcə qızının tibb texnikomuna daxil olmaq üçün müvafiq bal toplayacağın bildirmişdir. Bununla bağlı evdə öz ailəsi arasında Raminə 7000 manat pul verərək qızının tibb kollecinə qəbul etdirmək qərarına gəlmişlər. Nazim müəllimdən Raminin 050 *** ** ** nömrəsini alıb özünə məxsus 050 *** ** ** nömrəli mobil telefonu ilə zəng etmiş və ona “Nazim müəllimin dostuyam, sən onunla qızımın tibb kollecinə düzəlməsi barədə danışmısan, pulu yəni 7000 manatı hazırlamışam, haradasansa görüşək” demişdir. Ramin ona “sabah Gəncə şəhərinə gəl, çatanda mənə zəng et görüşək” demişdir. 28 iyun 2015-ci il tarixdə idarə etdiyi VAZ- 2104 markalı avtomobillə qaynı X53 və X89 ilə birlikdə Gəncə şəhərinə gəlmişlər. Həmin günü saat təxminən 17 radələrində Raminə zəng edib Gəncə şəhərində olmasını bildirmişdir. Ramin ona köhnə Gəncə qapılarının olduğu dairənin yanında, yəni şəhərə girəcəkdə gözləməsini bildirmişdir. Çox keçməmiş Ramin zəng edərək həmin yerdə olmasını demişdir. Ramin qara rəngli markasını və dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobillə gəlmiş və özünü Toğrul kimi təqdim etmişdir. Sonra qızı Gülnarla və Rafaellə birlikdə Raminin avtomobilində əyləşmişlər. Özü avtomobildə qabaq oturacaqda oturub Raminlə danışmışdır. Ramin qızının sadəcə imtahana daxil olacağını, onun imtahanda nə yazacağından asılı olmayaraq qızını Bakı şəhər 2 nömrəli tibb kollecinə Tələbə qəbulu üzrə dövlət komissiyasında işləyən tanışlarının vasitəsi ilə qəbul etdirəcəyini bildirmiş və onunla razılaşaraq Rafayılın yanında 7000 manat pulu özünü Toğrul kimi tanıdan əsl adı Ramin olan şəxsə vermişdir. Ramin 02 iyul 2015-ci il tarixdə imtahanın olacağını, narahat olmamağı, iki gün ərzində tələbə qəbulu üzrə dövlət komissiyasında işləyən tanışı ilə danışıb qızını tapşıracağını, verdiyi imtahandan asılı olmayaraq avtomatik olaraq qızının Bakı şəhər 2 nömrəli tibb kollecinə tələbə kimi qəbul olacağını vəd etmişdir. Sonra isə Rafayılla birlikdə İmişli şəhərinə qayıdıb getmişlər. 02 iyul 2015-ci il tarixdə qızı Gülnar Şirvan şəhərində keçirilən dövlət imtahanında iştirak etmiş və hər fənnə görə 3-4 suala cavab yazmışdır. 05 iyul 2015-ci il tarixdə TQDK-nın tələbələrin ali məktəblərə və kolleclərə qəbul olan abituriyentlərin siyahısı çıxmış, lakin qızının adı siyahıda çıxmamışdır. Yəni qızı Gülnarın adı qəbul olunanların siyahısında olmamışdır. Bundan sonra Raminə zəng etmiş və ona “sən söz vermişdin ki, qızım kollecə qəbul olacaqdır, lakin adı qəbul olunanlar siyahısında yoxdur” demişdir. Ramin ona “bununla bağlı sən narahat olma, sənin qızını Bakı şəhər 2 nömrəli tibb kollecinin daxili əmri ilə həmin kollecə qəbul etdirəcəm” demişdir. Hətta 2015-ci ilin iyul ayı ərzində dəqiq tarixini xatırlamadığı vaxtda Ramin Bakı şəhər Tibb Kollecinin qarşısına gəlməyini və orada onunla görüşüb məsələni birlikdə yerində həll edəcəyini bildirdiyi üçün iki dəfə qızı ilə birlikdə Bakı şəhərinə 2 nömrəli tibb kollecinin qarşısına getmiş və onu gözləmişlər. Lakin Ramin onu aldadıb gəlməmişdir. Bundan sonra Raminin istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəsinə zəng etsə də onun telefonu sönülü olmuşdur. Artıq Raminin onu aldatmasını başa düşmüşdür. Hətta Ramini tapa bilmədiyi üçün onun yaşadığı Şəmkir rayonuna gedib maraqlanmış və evinə getmişdir. Lakin, həmin vaxt evdə heç kim olmamışdır. Buna görə də Raminin barəsində Şəmkir rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs qızını Bakı şəhər 2 nömrəli tibb kollecinə tələbə qəbul etdirmək adı ilə 7000 manat pulu Gəncə şəhərinin girəcəyində, yəni köhnə qala qapısının yerləşdiyi ətrafda özünə məxsus markasını bilmədiyi avtomobilin içərisində almışdır. Həmin vaxt yanında qaynı Rafayıl və qızı Gülnar şahid olmuşlar. Təqsirləndirilən şəxs 7000 manat pulu avtomobildə qızı Gülnarın və qaynı Rafayılın yanında alan zaman qızı özünə məxsus “Samsung” markalı telefonunun videokamerası ilə pul alma anını video ilə qeydə almışdır. Həmin video qeydi telefondan “CD” diskə yazdırmış və təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhərində yaşayır. 1981-ci ildən Azərbaycan Texniki Universitetində “Avtomatika” fakültəsində aspirant, laborant, assisent, baş müəllim, dosent işləmiş hazırda pensiyadadır. Masallı rayon sakini X12 2010-cu ilin qış aylarından tanıyır. Səxavəti müəllim yoldaşı Arifə Hacıyevə tanış etmişdir. Belə ki, Arifə ilə işlədiyi universitetdə tanış olmuşdur. Arifə həm Azərbaycan İnşaat Mühəndisləri Universitetində müəllimə işləyir, həm də saat hesabı işlədiyi universitetdə dərs keçmişdir. Arifə ilə bir müddət yoldaşlıq etdikdən sonra onunla rəfiqə olmuşdur. Arifə şəxsi ehtiyacı olduğunu bildirərək xatırlamadığı vaxtda 2-3 ay müddətinə qaytarmaq şərti ilə borca 20000 (iyirmi min) mant pul almışdır. Həmin 2- 3 aylıq müddət keçəndən sonra Arifə borcunu qaytara bilməmişdir. Ondan pulu qaytarmasını tələb edəndə Arifə «Binə» ticarət mərkəzində 40.000 manat dəyərində mağazasının olmasını və həmin matğazanı borcunun əvəzində verəcəyini demişdir. X64 adlı tanışının oğlunun Dövlət İqtisad Universitetinə qəbul etdirmək üçün ondan pul almasını, lakin universitetə qəbul etdirə bilməməsini bildirmişdir. Arifə Səxavətdən hansı məbləğdə pul aldığını və onun oğlunu hansı səbəbdən qəbul etdirə bilmədiyini deməmişdir. Arifə Səxavətin oğlunu Universitetlərin birinə qəbul etdirməyə köməklik etməyi ondan xahiş etmişdir. Bundan bir müddət əvvəl Gəncə şəhərində tanışı Səlimənin qızı Aygünün toyunda Ramin adlı şəxslə tanış olmuşdur. Ramin Azərbaycan Texnologiya Universitetində ingilis dili müəllimi işlədiyini, qaynatası Fərmanın isə həmin Universitetin iqtisadiyyat fakültəsində dekan işlədiyini bildirmişdir. Arifə Səxavət adlı şəxsin oğlunun ali məktəbə qəbulu üçün kökməklik etməyini istəyəndən sonra gedib Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində Raminlə görüşmüş və ondan həmin universitetə testdən kənar tələbə qəbulu etməyin mümkün olub-olmaması ilə maraqlanmışdır. Ramin Səxavətin oğlunu Rusiya Federasiyasındakı Universitetlərindən birinə qəbul etdirəcəyini və tələbəni həmin universitetdən köçürmə yolu ilə Azərbaycan Texnologiya Universitetinin iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul etdirə biləcəyini bildirmişdir. Ramin bunun müqabilində 5000 manat pul və tələbənin sənədlərini istəmişdir. Ramin tələbənin valideynindən qəbul üçün 5000 manat pul almasını bildirmişdir. Bakıya qayıdıb Arifəyə Səxavətin oğlunu həmin Ramin vasitəsi ilə Rusiya və ya Gürcüstandakı Universitetlərdən birinə qəbul etdirib oradan köçürmə yolu ilə Azərbaycan Texnologiya Universitetinə 5000 manata qəbul etdirə biləcəyini danışmışdır. Arifə həmin 5000 manatı özünün verməyini istəmiş və 20000 manat borcu ilə birlikdə həmin 5000 manatı da qaytaracağını vəd etmişdir. Arifə 2010-2011-ci illərdə dəqiq xatırlamadığı vaxtlarda yaşadığı evin yaxınlığında, «Olimp» mağazasının ətrafındakı «Avis» aptekində Səxavət adlı şəxslə tanış etmişdir. Arifə Səxavətə onun oğlunun universitetə qəbul işi ilə məşğul olacağını bildirmişdir. Səxavət oğlu Camalın test imtahanından kəsildiyini və bunun üçün narahat olduqlarını və oğlunu testdən kənar ali məktəbə qəbul etdirməkdə köməklik etməyini xahiş etmişdir. Ona bacardığı qədər kömək edəcəyini bildirmiş və oğlunun sənədlərinin surətini istəmişdir. Səxavətdən ayrıldıqdan sonra Arifə adına olan mağazanın müqaviləsinin əslini girov kimi saxlamağı üçün ona vermişdir. Ertəsi gün Səxavət mobil telefonu ilə istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək görüş təyin etmişdir. Yenə də «Avis» aptekinin yanında görüşmüşlər. Səxavət həmin vaxt oğlu Camalla bir yerdə görüşə gəlmişdir. Səxavət oğlunun şəxsyyət vəsiqəsinin və attestatının surətini vermişdir. Raminin istədiyi pul olmadığı üçün borca pul axtarıb 3500 manat tapmışdır. Səxavətgildən sənədi alandan 3 ay sonra, təxminən 2011-ci ilin dekabr ayında həmin 3500 manat pulu telefonla zəngləşərək Bakı şəhərində 20 Yanvar metrostansiyası ilə Beynəlxalq Avtovağzalın arasında «Dobromed» klinikasının yaxınlığında oğlu Aqil Niftəliyevin yanında Raminə vermişdir. Ramin 40 gündən sonra Camalın adına tələbə bileti verəcəyini və həmin ərəfədə tələbənin sessiyaya gəlmə vaxtı barədə məlumat verəcəyni bildirmişdir. 2012-ci ilin mart ayının əvvəlində həminki yerdə yenidən Raminlə görüşmüş və qalan 1500 (bir min beş yüz) manat pulu da vermişdir. Beləliklə də Raminə 5000 manat pul vermişdir. Həmin vaxt Ramin Camalın adına olan bir ədəd tələbə bileti vermiş və Camalı bir il əvvələ, yəni 2-ci kursa qəbul etdirdiyini demişdir. Həmin tələbə biletini bir neçə gündən sonra şəxsən Camalın özünə vermişdir. Aprel ayında Camalın dərslərə çağırılmadığını görmüş və Raminə zəng edib bu barədə maraqlanmışdır. Ramin tələbənin gəlməyə ehtiyac olmadığını, sessiyanı yola verdiyini bildirmişdir. Ramin həmçinin əvvəl Camala görə təhsil haqqı vermək lazım olduğunu bildirsə də, sonralar təhsil haqqını istəməmiş və həmin məsələni özünün yoluna qoyduğunu demişdir. 2011-2012-ci illərdə Səxavət hərbi komissarlığa təqdim etmək üçün oğlunun adına arayış verilməsini istəmişdir. Bu barədə Raminə məlumat vermiş və bir neçə gündən sonra Ramin gətirib Camalın adına olan «Forma 26» arayışını vermişdir. Sonra həmin arayışı Səxavətə çatdırmışdır. Xatırlamadığı vaxtda Səxavət oğlu X65 Universitetinə qəbul üçün Arifəyə 20.000 manat pul verdiyini bildirmişdir. Səxavətə Universitetə qəbul üçün verdiyi məbləğin çox olduğunu demişdir. Pullarını qaytarmaq üçün Arifəni axtarsa da, onu tapa bilməmişdir. «Binə» ticarət mərkəzinə gedərək girov kimi verdiyi mağazanın sənədlərini öz adına rəsmiləşdirmək istəmişdir. Arifə özü və şəxsiyyət vəsiqəsi olmadığı üçün rəsmiləşmə baş tutmamışdır. Sonrakı vaxtlarda Arifəni təsadüfən gördükdə o, müxtəlif bəhanələrlə uzaqlaşaraq mağazanı adına rəsmiləşdirməkdən yayınmışdır. 2013-cü ilin təxminən iyul-avqust ayında Səxavt bacısı oğlu Şəhriyarın test imtahanından kəsildiyini və onu da oğlu Camal kimi ali məktəbə qəbul etdirmək istədiklərini bildirmişdir. Səxavət bacısının əri Bəxtiyarı da onunla tanış etmişdir. Bəxtiyar da oğlu Şəhriyarı Texnologiya Universitetinə qəbul etdirməkdən onlara köməklik etməyini xahiş etmişdir. Öz mobil telefonu ilə Raminin mobil telefonuna zəng edərək tələbə qəbul etdirmək istədiyini bildirmişdir. Şəhriyarın keçid balından 1 balı çatmamışdır. Ramin, Şəhriyarı abituriyent jurnalında tələbələrin siyahısında adı qeyd olunmaqla, tələbə kimi qəbul etirməyin müqabilində 20.000 manat pul istəmişdir. Bu barədə Səxavətə məlumat vermişdir. Səxavət və Bəxtiyar həmin məbləğlə razılaşmamışlar. Yenidən Raminə zəng edərək həmin məbləğə razılaşmadıqlarını bildirmişdir. Ramin Şəhriyarı sonradan boş qalan yerə yerləşdirmə kimi qəbul etdirəcəyini bildirərək 13.000 manat pul istəmişdir. Şəhriyarı sonradan yerləşdirmə kimi universitetə qəbul edilməsi müqabilində Raminin 13.000 manat pul istəməsini Səxavətə və Bəxtiyara demişdir. Onlar razılaşmış və avqust ayının sonlarında «Olimp» mağazasının yanında Səxavətin iştirakı ilə Bəxtiyar 3000 manat pul vermiş, qalan 10.000 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. Təxminən 8-9 gündən sonra Bəxtiyar «Avis» aptekin içərisində 10.000 manat pul və Şəhriyarın ali məktəbə qəbulla bağlı sənədlərini yəni, onun şəxsiyyət vəsiqəsinin surətini, attestatının əslini və 4 ədəd fotoşəklini vermişdir. Çünki, bundan əvvəl Ramin həmin sənədləri istəmişdir. Bəxtiyardan pulları tam alandan 2-3 gün sonra 2013-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə 10000 manat pulu aparıb Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin binası ilə üzbəüz olan parkda ikilikdə Raminə əlbəəl vermişdir. Həmin vaxt Bəxtiyardan aldığı oğlunun sənədlərini, o cümlədən də attestatının əslini Raminə vermiş, qalan 3.000 manatı isə Şəhriyar qəbul olunandan sonra verəcəyini demişdir. Bəxtiyarın istəyi ilə 2013-cü ilin dekabr ayında Bəxtiyarın avtomaşını ilə özü və oğlu Aqil ilə birlikdə Gəncə şəhərinə gəlmişlər. Bir gecə Gəncə şəhərində xatırlamadığı oteldə qalmışlar. Ertəsi gün, həftənin birinci günü, yəni 2013-cü ilin dekabr ayının sonunda dəqiq xatırlamadığı gündə Bəxtiyarla birlikdə gedib Azərbaycan Texnologiya Universitetinin həyətində Raminlə görüşmüşlər. Ramin onları Universitetin İqtisadiyyat fakültəsinin dekanatlığına aparmışdır. Orada dekan yerində bir nəfər kişi oturmuşdur. Ramin onlara həmin şəxsin Fərman adında dekan olduğunu bildirmişdir. Ramin otaqda ayrı-ayrı şəxslərə aid sənədlər göstərərək az bal toplayan şəxslərin tələbə kimi universitetə qəbul olunduqlarını bildirmiş və həmin sənədləri göstərmişdir. Fərmanla Şəhriyarın universitetə qəbulu ilə bağlı heç bir danışıq olmamışdır. Bundan sonra Raminin istəyi həmin otaqda Raminə Bəxtiyarın oğulunun işinə görə borclu qaldığı 3000 manat pulu da əlbəəl zərfin içərisində ikilikdə Raminə vermişdir. Ramin pulu saymadan götürmüşdür. Həmin vaxt Bəxtiyar və Fərman otaqda olmamışlar. X37 oğlu Şəhriyarın Texnologiya Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsinin qiyabi şöbəsinin 1ci kursuna qəbulu barədə rektor adından tərtib olunmuş və möhürlə təsdiqlənmiş 27.09.2013-cü il tarixli əmrin əslini vermiş və onun oğlunu sonradan əyani şöbəyə dəyişdirəcəyinə söz vermişdir. Ramin Bəxtiyara illik təhsil haqqının 1000 manat təşkil etdiyini, həmin pulu yarıbayarı verməyin də mümkün olduğunu demişdir. Raminlə Bəxtiyar otaqdan çıxıb qayıdandan sonra, Bəxtiyar, Raminə illik təhsil haqının pulu kimi ilkin olaraq 500 manat verdiyini, qalan pulu isə sonradan verəcəyini bildirmişdir. Ramin tələbə bileti hazır olan kimi verəcəyini və yanvar ayında sessiya dərslərinə çağırılacağını demişdir. 2014-cü ilin fevral ayında Ramin Bakı şəhərində xatırlamadığı yerdə Şəhriyarın adına bir ədəd tələbə bileti vermişdir. Həmin tələbə biletini Bəxtiyara çatdırmışdır. Şəhriyarın dərsə çağırılmadığını görərək, Raminə zəng edib bu barədə ondan soruşmuşdur. Ramin qəbulun az olduğu üçün qrupun tam yığılmadığından dərslərin başlamadığını və Şəhriyarı çağıracaqlarını bildirmişdir. 2014-cü ilin aprel ayında Raminə zəng edərək 2-ci sessiyanın vaxtını öyrənmək istəmişdir. X9 təhsil alması üçün müqavilə bağlamaq lazım olduğunu demişdir. Bəxtiyarla birlikdə 2014-cü ilin aprel ayında xatırlamadığı gündə Azərbaycan Texnologiya Universitetinə gedib orada dekanlıqda Raminlə görüşmüşdür. Ramin orada Bəxtiyara müqavilə göstərmiş və təhsil haqqından qalan 500 manatı istəmişdir. Bəxtiyar ona həmin 500 manatı vermişdir. Ramin ödəniş qəbzini sonra ona verəcəyini bildirmişdir. May ayında Bəxtiyardan eşitmişdir ki, Ramin onun oğlu Şəhriyara müqavilə və 1000 manatın ödənməsinə dair qəbz vermişdir. 2014-cü ilin təxminən may ayında X19 oğlunun Universiteti bitirməsi barədə bir ədəd diplom gətirib Bakı şəhərində dəqiq xatırlamadığı yerdə vermiş və sonra həmin diplomu Camala təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, Səxavət Avrasiya Universitetinə qəbul edilmiş, lakin adı hələ tələbələr siyahısına salınmamış olan İradə adlı qızının ərə getməsi ilə əlaqədar tələbələr siyahısına adının yazılıb yazılmadığını öyrənməyi xahiş etmişdir. “Avirasiya Unuversiteti”ndə tədris hissə müdiri işləyən X5 fərq imtahan kəsirlərinin çox olmasını, həm də təhsil haqqının ödənilməməsini öyrənmişdir. Təhsil haqqı və imtahanlar üçün təxminən 5000 manat pul lazım olduğunu Səxavətə bildirmiş, Səxavət hissə-hissə Bakı şəhərində xatırlamadığı evdə 5000 manat pul vermişdir. Xatırlamadığı məbləğdə pulu İradənin təhsil haqlarına ödəmək istədikdə xatırlamadığı şəxslərdən dərslərdə iştirak etmədiyinə görə İradənin Universitetdən qovulduğunu öyrənmişdir. Bu səbəbdən də İradənin imtahanlarını da həll edə bilməmişdir. Ona görə də Səxavətin verdiyi pul Səxavətin icazəsi ilə müvəqqəti olaraq özündə qalmışdır. Həmin ərəfələrdə xəstə olduğu üçün müalicəsilə əlaqədar pula ehitiyacı yaranmışdır. Səxavədən həmin 5000 manatı borc verməsini xahiş etmişdir. Səxavət də 5000 manatı borc kimi vermişdir. Bir müddətdən sonra həmin borcunu hissə-hissə ona qaytarmağa başlamış və bir müddətdən sonra həmin borcunu tam ödəyib qurtarmışdır. 2014-cü ilin təxminən sentyabr-oktyabr ayında Bəxtiyar oğlu Şəhriyarın universitetə qəbulu barədə verilən sənədlərin saxta olduğunu, oğlunun həmin Universitetə qəbul olunmadığını öyrəndiyini bildirərək pullarının geri qaytarılmasını tələb etmişdir. Həmin vaxtadək sənədlərin saxta olduğunu bilməmişdir. Bundan bir müddət sonra Səxavət də onun oğlunun adına verilmiş diplomun saxta olduğunu, buna görə Arifəyə verdiyi pulları tələb edəcəyini bildirmişdir. Raminin mobil telefonuna zəng edərək sənədlərin saxta olduğunu bildirmişdir. Ramin sənədlərin saxta olduğunu etiraf etmişdir. Ramin pulları adını qeyd etmədiyi şəxslərə verdiyini demişdir. Ramin sənədlərin əsllərini ona qaytarmağı istəmiş və sənədlər qaytarılandan sonra pulları verəcəyini bildirmişdir. Tələbi ilə Səxavət oğlu Camalın adına olan diplomu, diploma əlavələri, Şəhriyarın adına olan tələbə biletini, ödəniş qəbzini, arayışı və müqaviləni gətirib vermişdir. Həmin sənədləri götürüb Gəncə şəhərində Raminə vermişdir. Ramin həmin vaxt cəmi 950 manat pul qaytarmışdır. Öz şəxsi əşyalarını da sataraq həmin pulun üstünə əlavə pullar qoyub Bəxtiyarın 13.000 manat pulunu hissə-hissə qaytarmışdır. Sonrakı müddətlərdə Ramini axtarsa da, onu tapa bilməmişdir. Bu səbəbdən pulları öz hesabına qaytarmaq məcburiyyətində qalmış, Raminin harada olduğunu bilməmişdir. Sonradan maraqlandıqda Raminin qaynatası və dekan kimi təqdim etdiyi Fərman adlı şəxsin adının əsl həqiqətdə adının Cümşüd və həmin şəxsin adi müəllim işləməsini öyrənmişdir. Sonra Raminin başqa şəxsə qarşı cinayət törətdiyinə görə Azərbaycan Respublikasından qaçmasını eşitmişdir. Səxavət Mikayılov və ya Zərərçəkmiş şəxs2 övladlarını ali məktəbə qəbul etdirmək üçün hansısa fondun hesabına pul köçürüləcəyini bildirməmişdir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Səxavət Mikayılovun övladlarının işi ilə bağlı ona heç bir məbləğdə pul verməmiş və xeyrxahlıq etmək məqsədi ilə köməklik etmək istəmişdir. Raminin saxta sənədlər verəcəyini bildirmişdir. Səxavət və Bəxtiyarın övladlarının ali məktəbə qəbul etdirməkdə heç bir maddi marağı olmamışdır. İlk dəfə ifadə verən zaman həyəcanlı olduğu üçün səhv ifadə vermişdir. Arifə ilə üzləşərkən baş vermiş hadisələr yadına düşmüşdür. Təqsirləndirilən şəxs, Səxavət Mikayılovun övladı Camalın tələbə kimi qəbulu üçün 8000 (səkkiz min) manat pul istəmiş və Arifə həmin pulu hissə-hissə vermiş, həmin pulu alan kimi hamısını Raminə vermişdir. Belə ki, 3500 manat pulu 2011-ci ilin dekabr ayında Bakı şəhərində 20 Yanvar metrostansiyası ilə Beynəlxalq Avtovağzalın arasında «Dobromed» klinikasının yaxınlığında, oğlu Aqil Niftəliyevin yanında Raminə vermişdir. 2012-ci ilin mart ayının əvvəlində həminki yerdə Raminə 1000 (bir min) manat da pul vermişdir. Bundan başqa qalan 3500 manatı da 2012-ci ilin aprel-may aylarında Bakı şəhəri Yasamal rayonunda, yaşadığı evin yaxınlığındakı «AVİS» aptekin yanında şəxsən Raminin özünə vermişdir. Ramin əvvəl ***-***-**-** və ***-***-**-** nömərlərini istifadə etmiş və öz istifadəsində olan ***-***-**-** nömrə ilə Raminin qeyd etdiyi nömrələri ilə əlaqə saxlamışdır. Bundan başqa Ramin əvvəlini xatırlamadığı sonuncu rəqəmi «36» ilə bitən "xxxx" telefeon nömrəsi istifadə etmişdir. Raminin arvadının adını xatırlamır, ancaq onun telefon nömrəsi ***-***-**-** olmuşdur. Ramini axtaranda 1-2 dəfə həmin nömrəyə zəng edib danışmışdır. Şahid1 Ədalət adında qadın tanışı olduğunu bilmir. Ümumiyyətlə Ədalət adında qadın tanımır. Həmişə Ədalət adının kişiyə məxsus olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X29 tanıyır və onunla münasibəti çox yaxşıdır. Ona məlum idi ki, Vahidin qızı əvvəllər universitetə imtahan versə də ali məktəbə qəbul ola bilməmişdir. 2015-ci ilin may ayında Vahid ona bildirdi ki, qızı tibb kollecinə qəbul olması üçün TQDK-na imtahanla bağlı sənədlərini təqdim edibdir, bir adam olsa idi onu tapşırardı imtahandan keçərdi. Həmin ərəfələrdə ona İmişli rayon Xubyarlı kənd orta məktəbdə müəllim işləyən tanışı Sənan müəllim ona bildirmişdir ki, əslən Şəmkir rayonundan olan Gəncə şəhər Texniki kollecdə müəllim işləyən Toğrul adlı, yəni əsl adı sonradan ona məlum olan Ramin adlı şəxs pul müqabilində kolleclərə tələbə qəbul etdirir. O da bu barədə Vahidə bildirmişdir. Sonra O, Sənan müəllimə demişdir ki, tanışı Vahid adında şəxs qızını tibb kollecinə tələbə kimi qəbul etdirmək istəyir Raminlə necə əlaqə saxlayaq. Sənan da ona dedi ki, razısansa sənin mobil telefon nömrəni Raminə verim özü sizə zəng edər. O da razılaşmışdır. 27 iyun 2015-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna ***-***-**-** nömrəsindən zəng gəlmiş, zəng edən özünü Toğrul kimi təqdim edən Ramin olmuşdur. O Raminlə danışmış, yəni dostu Vahidin qızını tibb kollecinə tələbə kimi düzəltmək istədiyini bildirmiş, Ramin ona dedimişdir ki, Vahidin qızını tibb texnikumuna Tələbə Qəbulu üzrə dövlət komissiyasında işləyən tanışının vasitəsi ilə qəbul etdirməkdə köməklik edəcəkdir, belə ki, qəbul imtahanına daxil olub imtahan verən zaman ona orada suallara cavab yazılmasında köməklik edəcəkdir və beləcə tibb texnikumuna daxil olmaq üçün müvafiq bal toplayacaqdır, bunun müqabilində ona 7000 manat pul verilməlidir. Bundan sonra o, Vahidlə görüşmüş və ona Raminin ona dediklərini çatdırmışdır. 28 iyun 2015-ci il tarixdə Vahid ona bildirdi ki, qaynı X53 ilə və X89 ilə birlikdə Gəncə şəhərinə gediblər və orada Gəncə şəhərinin girəcəyində köhnə Gəncə qapılarının yerləşdiyi ətrafda Raminlə görüşüb Raminə 7000 manat pulu onun avtomobilində veribdir və Ramin 3 gün içərisində, yəni 03 iyul 2015-ci il tarixdə baş tutacaq qəbul imtahanına kimi TQDK-ı ilə danışıb qızını tapşıracaqdır. 03 iyul 2015-ci il tarixdə Vahidin qızı dövlət imtahanı vermiş, lakin sonradan onun TQDK-nm qəbul siyahısında adı çıxmadı. Sonradan isə məlum oldu ki, Ramin Vahidi aldadıbdır onun 7000 manat pulunu mənimsəyibdir. Buna görə də Vahid Ramin barəsində Şəmkir rayon prokurorluğuna ərizə ilə müraciət etdi. O, Ramin adlı şəxsi əvvəllər tanımamış, nədə ki, onunla bir başa təmasda olmamış, sadəcə onun adını Sənan müəllimdən eşitmişdir ki, Ramin pulla tibb kollecinə tələbə qəbul etdirə bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X60 ifadəsində göstərdi ki, o, 2005-ci ilin mart ayından atası ilə birlikdə özlərinə məxsus metalik rəngdə “Mersedes Benz” avtomobil ilə taksi kimi Bakı-Gəncə istiqamətində sərnişin daşıyaraq qazanc əldə edir. Bakıda və Gəncədə də köhnə avtovağzalda benzin doldurma məntəqəsinin yanında dayanır, sərnişinləri ordan taparaq yola çıxır. O, olanları dəqiq xatırlamıram, amma Ramini xatırlayır və onun qırmızı rəng VAZ 2107 markalı avtomobili əvvəllər olub. O daha çox kostyum geyindiyi üçün ona “müəllim” deyərək müraciət etmişdir. Ramin avtovağzala gəlirdiyi vaxt kimin Bakıdan-Gəncəyə tez çıxma şansı var idisə, sənədləri aparması üçün ona verirdi. Sənədləri aparması üçün yol pulu da verirdi. O, Vəfa xanımı tanımır, üzü yadında deyil. Vəfa xanımın qeyd etdiyi, (055) ***-**-** nömrə uzun müddətdir ki ondadır. Sərnişinlərə yol avtomobili ehtiyac olduğunda zəng edərək həmin nömrə ilə əlaqə saxlayırlar. Vəfa xanımın paket içərisində pul verməsini xatırlamır, o, təxminən 5-6 dəfə tanımadığı ayrı-ayrı şəxslərdən Raminə çatacaq sənədləri götürmüş və Gəncə şəhərinə gətirmişdir. Amma Vəfa xanımın dediyi məsələdə pulun olmasını o xatırlamır, ola bilər ki həmin paketi götürmüş, amma içərisində pul olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, tanışı Pərvanə vasitəsi ilə tanış olduğu Masallı rayon sakini Səxavət Mikayılov universitetdə müəllim işlədiyini bilərək, təxminən 2004-2007-ci illərdə adını xatırlamadığı 2 qızını Azərbaycan X14 filialına tələbə kimi qəbul etdirməkdə köməklik etməyini xahiş etmişdir. Həmin vaxt ona köməklik etmək üçün X14 filialına gedib orada Sevda adlı müəllimə ilə görüşmüşdür. Sevda Səxavətin qızlarını təxminən 15000-20000 manata tələbə kimi qəbul etdirməyin mümkün olduğunu bildirmişdir. Bu barədə gedib Səxavətə məlumat vermişdir. Səxavət qızlarını ali məktəbə qəbul etdirməkdən imtina edərək pul verməmişdir. Səxavətin qızlarına görə Sevdaya pul verməmişdir. 2010-cu ilin təxminən iyul-avqust aylarında Səxavət telefonla zəng edərək oğlu X65 Universitetinə test üsulu ilə imtahan verdiyini, lakin kifayət qədər bal toplamadığından imtahandan kəsildiyini bildirib oğlunu Dövlət İqtisad Universitetinin Dərbənd şəhərində yerləşən filialına qəbul etdirib sonradan Bakı şəhərinə köçürtdürməsinə köməklik etməyini xahiş etmişdir. Həmin vaxtlar İqtisad Universitetinin Dərbənd şəhərində filialı fəaliyyət göstərmiş və xarici ölkədə yerləşdiyi üçün ora tələbələr testsiz, imtahansız qəbul olunmuş və bir il orada təhsil aldıqdan sonra Bakı şəhərində yerləşən İqtisad Universitetinin özünə köçürülmüşlər. Səxavətə köməklik etmək məqsədi ilə Dərbənd şəhərində yerləşən universitetələrə tələbə qəbul etdirmək bacarığı olan, Bakı şəhərində kirayə yaşayan, heç yerdə işləməyən Ədalət adlı qadınla görüşüb Səxavətin oğlunu İqtisad Universitetinin Dərbənddəki filialına qəbul etdirməyin yolunu öyrənmişdir. Ədalətlə Bakı şəhərində xatırlamadığı mikrorayonların birində, küçədə görüşmüşdür. Ədalət Səxavətin oğlunun İqtisad Universitetinin Dərbənd filialına qəbul etdirib bir il orada təhsil almasını təşkil edəcəyi müqabilində, illik təhsil haqqı ilə birlikdə 20.000 manat pul və Səxavətin oğlunun attestatını, 4 ədəd fotoşəklini və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Bu barədə Səxavətə telefonda məlumat vermiş və Səxavət pul verməyə razılaşmışdır. Səxavət təxminən 2010-cu ilin iyul ayında Texniki Universitetin binasının qarşısında, küçədə ikilikdə bir dəfəyə 10.000 manat pul və oğlu Camalın attestatının və şəxsiyyət vəsiqəsinin surətini, fotoşəklini vermişdir. Pulu və qeyd olunan sənədləri ertəsi gün Bakı şəhərində xatırlamadığı mikrorayonların birində Ədalətlə görüşüb ikilkdə ona vermişdir. Ədalət tələb etdiyi pullar tam olaraq ona verildikdən sonra Səxavətin oğulunu qəbul etdirib tələbə bileti verdirəcəyini bildirmişdir. Bundan sonra Səxavət bir neçə ay müddətində hissə-hissə qalan 10.000 manat pulu da vermişdir. Həmin pulları üst-üstə toplayaraq bir neçə dəfəyə hamısını Ədalətə vermişdir. Səxavət pulları çox vaxt ikilikdə Bakı şəhərində, müxtəlif yerlərdə vermiş, sonuncu dəfə o pulu Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetin yaxınlığında vermişdir. Səxavət bir dəfə 450 manatı oğlu Camalla göndərmişdir. Ədalət xanıma sonuncu dəfə pulu hansı miqdarda, məbləğdə və harada verdiyini xatırlamır. Ədalətə ilk dəfə 10.000 manatı verəndən bir müddət sonra xatırlamadığı vaxtda o, Səxavətin oğlunun dinləyici kimi dərslərdə iştirak etməsinin təşkili üçün Dövlət İqtisad Universitetinə kiminsə yanına göndərmişdir. Camalla birlikdə İqtisad Universitetinin əsas korpusuna gedərək orada Ədalətin istinad verdiyi, hazırda Azərbaycan Texnologiya Universitetinə getmişdir. Orada Camalın həqiqətən də tələbə kimi qeydiyyata alınıb-alınmadığını tam dəqiqləşdirə bilməmişdir. Mehriban narahat olmamağını, Camalın universitetə qəbul olunduğunu, araşdırmalarını davam etdirib dərinə getsə Camalın universitetdən qovula biləcəyinə səbəbkar olcağımı bildirmişdir. Ona görə də araşdırmaları saxlayıb Bakıya qayıtmışdır. Sonra da Mehribandan Camalın təhsil alıbalmaması ilə maraqlanmağını davam etmiş və Mehriban hər dəfə heç problem olmadığını, hətta 2015-ci ildə Səxavətin oğlunun universiteti bitirərək həmin diplomla işlədiyini bildrmişdir. İlk dəfə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrılıb izahat verəndən sonra Səxavətdən Mehribanın onun oğluna saxta diplom verib və onun bacısı oğlunu da həmin universitetə qəbul etdirmək üçün pul alıb, lakin bacısı oğlu universitetə qəbul olunmamasını eşitmişdir. Həmin vaxtadək Mehribanla Səxavət arasında nələrin baş verdiyini bilməmişdir. Səxavət pullarını tələb etdiyi üçün özü Səxavətdən aldığı 20.000 manatdan qalan pulların hamısını, eləcə də Mehribana verdiyi 8000 manatı onun əvəzində Səxavətə qaytarmışdır. Şəxsi işlərinə sərf etməyi üçün Mehribandan təxminən 2008-2010cu illərdə 20.000 manat borca pul almış, lakin həmin pulu ona qaytara bilməmişdir. Həmin pulun əvəzində ona «Binə» ticarət mərkəzində olan 40.000 manat dəyərindəki mağazasını vermişdir. Şəxsiyyət vəsiqəsini itirdiyi üçün mağazasının sənədlərini onun adına keçirə bilməmişdir. Səxavət şikayət edəndən sonra Mehriban mağazanı qaytararaq ondan imtina etmiş və Səxavətin oğlunun işi üçün ona verdiyi 8.000 manat borcunun əvəzinə özünün qaytarmağını istəmişdir. Bu səbəbdən də Mehribana verdiyi 8000 manatı öz hesabına Səxavətə qaytarmışdır. Bu hesaba görədə Mehribana 12.000 manat pul borclu qalmışdır. Ədalət adlı qadının soyadını, atasının adını və digər anket məlumatlarını bilmir. Onu Bakı şəhərində Yasamal rayonunda xatırlamadığı qadın geyimləri satışı mağazasında müştəri kimi görüb tanımış, özünün deməsinə görə o, təkbaşına Bakı şəhərində mikrorayonların birində kirayədə yaşamış, adını bildirmədiyi əri isə Dərbənddə yaşayır. Onunla “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı yol ötrücüyünün yanında görüşmüşdür. Ədalət arıq bədən quruluşlu, 2009-2011-ci illərdə 52-55 yaşları olmuş, onun haradasa işlədiyini bilməmişdir. Ədalətin telefon nömrəsi qalmamış, telefon nömrəsini bilmir. Ona həmişə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə zənglər etmişdir. Pulu qaytarmaq üçün dəfələrlə onu axtarsa da, tapa bilməmiş və telefon nömrələrinə zəng çatmamışdır. Ədaləti tapmağın mümkünsüz olduğunu bildiyi üçün ondan heç yerə şikayət etməmişdir. Ədalətlə həmişə təklikdə görüşmüşdür. Tanıdığı şəxslərdən Ədaləti tanıyan olduğunu bilmir. Ədalət başqabaşqa işləri də Rusiyadakı universitetlərə tələbə qəbul etdirdiyini danışmışdır. Ədaləti sonuncu dəfə nə vaxt gördüyünü xatırlamır. Ədalət İqtisad Universitetinin Dərbənd filialının yerini dəqiqliyi ilə bildirdiyi tələbə qəbulu proseslərini ətraflı danışmışdır. Ədalətin danışıqlarından ona inanmışdır. Bu səbəbdən də ona inanıb Səxavətdən aldığı 20.000 manatı ona vermişdir. Ədalət Səxavətin övladını kimin vasitəsi ilə və necə ali məktəbə qəbul etdirəcəyini, pulları nəyə sərf edəcəyini dəqiq bilməmişdir. Ədalət həmin puldan bir illik təhsil haqqı ödəyəcəyini, tələbənin müvəqqəti qeydiyyata aldırmaqda dövlət rüsumlarına, sessiya imtahanlarına, tələbənin qalması üçün kirayə haqqına xərcləyəcəyini bildirmişdir. Ədalətin dəqiq kimi universitetə qəbul etdirdiyini bilmir. O, Azərbaycandan bir neçə nəfəri Rusyiadakı Universitetlərə qəbul etdirdiyini bildirmişdir. Səxavət düz demir, heç vaxt ona övladı X65 Universitetinə tələbə kimi qəbulu üçün fondun hesabına 20.000 (iyirmi min) manat pul ödəmək lazım olduğunu, ümumiyyətlə hər hansı fond barədə heç nə bildirməmişdir. Səxavət yaxşı insan olduğu və ona köməklik etməsini xahiş etdiyindən, xeyirxahlıq məqsədi ilə övladını ali məktəbə qəbul etdirmək istəmişdir. Bununla bağlı başqa heç bir marağı olmamışdır. Mehribana 8.000 manat verəndən sonra 750 manat pul qalmışdır. Həmin 750 manat pulun qalması barədə Səxavətə məlumat verməmiş, o, da həmin pulu istəməmişdir. Səxavətin oğlunu Mehriban universitetə qəbul etdirdiyi üçün Səxavət həmin pulu tələb etməmişdir. Həm də ifadəsinin əvvəlində göstərdiyi kimi Səxavətdən aldığı pulların hamısını Ədalətə vermiş, o, da cəmi 4450 manat pul qaytarmışdır. Ədalət pulun hamısını qaytarsaydı, onu Səxavətə qaytaracaqdır. Mehriban doğru demir, Səxavətin oğlunun ali məktəbə qəbulu üçün ona əlbəəl hissə-hissə 8000 manat pul vermişdir. Pulu verərkən Mehriban özü bu barədə kağız vərəqdə qeydiyyat aparmışdır. Həmin yazılı sənəd Mehribanın özündə olmalıdır. Şahid2 Camal Eyvazlının ali məktəbə qəbulu üçün aldığı 8000 manat pulu kiməsə verəcəyini bildirməmişdir. Mehriban həmin pulları Camalın xarici ölkədəki universitetə qəbul olunduqdan sonra həmin universitetdə təhsil alması ilə bağlı illik təhsil haqqına və Texnologiya Universitetinə köçürüldükdən sonra həmin universitetdə təhsil alması ilə bağlı illik təhhsil haqqına sərf edəcəyini bildirmişdir. X8 Rusiya və ya Gürcüstandakı Universitetlərdən birinə qəbul etdirib, oradan köçürmə yolu ilə Azərbaycan Texnologiya Universitetinəin 3-cü və ya 4-cü kursuna tələbə kimi qəbul etdirəcəyi haqda məlumat vermişdir. Mehriban Camalı əri tərəfdən qohumu olan, Gəncə şəhərində hansısa vəzifədə işləyən, adını bildirmədiyi şəxsin köməkliyi ilə Azərbaycan Texnologiya Universitetinə 3-cü kursa qəbul etdirdiyini bildirmişdir. Səxavət şikayət edənədək onun oğlunun və qohumlarının adına sənədlər saxtalaşdırıldığını bilməmiş və həmin sənədlərdən ümumiyyətlə məlumatsız olmuşdur. Həmin sənədləri kimin və hansı şəraitdə saxtalaşdırdığını bilmir. Səxavət Mehribana hansı məbləğdə pul verəcəyi ilə maraqlanmadığı üçün ona pul barədə heç bir məlumat verməmişdir. Həm də Səxavətə özü Mehribana 8000 manat pul verdiyini bildirsə də, o, qalan digər pullarını da tələb etməli olacaqmış. İzahat verəndə həyacanlı olduğu üçün düzgün ifadə verməmişdir. Yalnız Səxavətin qızlarının Qazax filialına hansı qaydada qəbul etdirməyin mümükün olması ilə maraqlanmış, Səxavətin qızlarına görə ondan pul almamış və Sevda adlı müəlliməyə və başqa şəxsə heç bir məbləğdə pul və Səxavətin qızlarının səndlərini verməmişdir. Pərvanə adlı qadınla 2000-ci ildə təsadüfən küçədə tanış olmuşdur. Təxminən 2005-2007-ci illərdən sonra bu günkü günədək onunla heç bir əlaqəsi olmamış, onun harada işlədiyini, yaşadığını, telefon nömrələrini və başqa heç bir anket məlumatlarını bilmir. İfadəsinin əvvəlində göstərdiyi kimi Ədalətin göndərişi ilə İqtisad Universitetində adını və əlamətlərini xatırlamadığı bir nəfər şəxslə görüşmüşdür. Həmin şəxsin adını, soyadını, əlamətlərini xatırlamır. Dövlət iqtisad Universitetində işləyən X30 tanımır, Səxavətin oğlunun ali məktəbə qəbulu ilə bağlı həmin adda və soyadda şəxslə heç bir əlaqəsi olmmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun oğludur. Tural 2008-ci ilin yanvar ayının əvvəllərində Lənkəran şəhərində 1 saylı orta məktəbdə təhsil almış, ali məktəbə hazırlaşdığı üçün məktəbdən kənar müəllim yanına getmişdir. Həmin ərəfədə hazırda adını və ünvanını xatırlamadığı və Tural ilə birlikdə müəllim hazırlığına gedən bir nəfər oğlan təsadüfü söhbət zamanı Turala bildirmişdir ki, onun valideynlərinin bir nəfər Salahov Ağamusa adlı tanışları var, Bakı şəhərində işləyir, təhsil sahəsində geniş əlaqələrə malikdir, özünə münasib adamları istənilən ali və orta məktəbə düzəldə bilir, bildirmişdir ki, onun valideynləri ilə danışıb razılaşıblar ki, onu da X48 «X56» fakultəsinə düzəldəcək və o, həmin kolleci bitirdikdən sonra X80 işləyə biləcək, Turala təklif etmişdir ki, evdə məsləhətləşsin, lazım gəlsə Turalı da Ağamusa müəllim vasitəsi ilə kollecə düzəltsinlər. Tural bu söhbət barədə ona danışdıqda o, Ağamusa Salahovun istifadəsində olan ***-***-**-** saylı telefonuna zəng vurub tanışlıq vermiş və oğlunun kollecə qəbul olunmağı barədə onunla söhbət etmişdir. Söhbət zamanı Ağamusa ona oğlunu asanlıqla istənilən kollecin istənilən fakultəsinə düzəldə biləcəyini bildirmiş, razılaşmışlar ki, Turalı X48 «X56» fakultəsinə düzəldəcək, bunun üçün onlardan 3500 manat pul, oğluna məxsus doğum haqqında və 9-cu sinifi bitirməyi barədə şəhadətnamələri, altı ədəd fotoşəklini istəmişdir. Onlar razılaşmışlar ki, Bakı şəhərinə gələrək Ağamusa ilə görüşsünlər. 2008-ci ilin yanvar ayının təxminən ortalarında onlar Bakı şəhərinə Binəqədi rayonu Biləcəri qəsəbəsinə tanışları Gülbala adlı şəxsin evinə gəlmişlər və Ağamusa ilə görüşmüşlər, orada o, hamının gözü qarşısında Ağamusaya 3000 (üç min) manat pul və tələb etdiyi sənədləri vermişdir. Ağamusa onları əmin etmişdir ki, Turalı X48 «X56» fakultəsinə düzəldəcək, üç il altı ay müddətində təhsil alıb qurtardıqdan sonra alacağı diplom ilə asanlıqla DYP-də işləyə biləcək, bildirmişdir ki, birinci ilin təhsil haqqı da ilkin olaraq verdikləri pula daxildir, oğlunun adı həmin kollecdə getsə də gündəlik olaraq dərsə getməyi tələb olunmayacaq, ancaq imtahanlara gedəcək. Bu görüşdən təxminən iki ay sonra Ağamusa Bakıdan Lənkərana gələn avtobuslardan biri ilə onlara bir ədəd üzərində «Tələbə Bileti» yazısı həkk olunmuş açıq qırmızı rəngli üzlüyü olan Turalın X48 «X56» fakultəsinin tələbəsi olmağını təsdiq edən möhürlü T-151 saylı bileti göndərmişdir. 2008-ci ilin iyun ayında Ağamusa onlara zəng vuraraq imtahanların pulu kimi 700(yeddi yüz) manat pul istəmiş, o da həmin pulu Bakı şəhərinə gələn avtobus sürücülərindən biri ilə Ağamusa müllimə göndərmişdir. 2009-cu ilin yanvar ayında Ağamusa zəng vuraraq onlardan ikinci kursun imtahanlarının pulu kimi 700(yeddi yüz) manat pul istəmiş, o da həmin pulu Bakı şəhərinə gələn avtobus sürücülərindən biri ilə Ağamusa müllimə göndərmişdir. 2009-cu ilin iyun ayında Ağamusa zəng vuraraq onlardan ikinci kursun yay imtahanlarının pulu kimi 700 (yeddi yüz) manat pul istəmiş, o da həmin pulu Bakı şəhərinə gələn avtobus sürücülərindən biri ilə Ağamusa müllimə göndərmişdir. 2010-cu ilin yanvar ayında Ağamusa zəng vuraraq üçüncü kursun imtahanlarının pulu kimi 700(yeddi yüz) manat pul istəmiş, o da həmin pulu Bakı şəhərinə gələn avtobus sürücülərindən biri ilə Ağamusa müllimə göndərmişdir. 2010-cu ilin iyun ayında Ağamusa zəng vuraraq üçüncü kursun yay imtahanlarının pulu kimi 700 (yeddi yüz) manat pul istəmiş, o da həmin pulu Bakı şəhərinə gələn avtobus sürücülərindən biri ilə Ağamusa müllimə göndərmişdir. Bu müddət ərzində qeyd etdiyi imtahan pullarından əlavə Ağamusa iki il ərzində onlardan Turalın təhsil haqqı kimi əlavə olaraq iki dəfə 2009 və 2010-cu illər ərzində oktyabr aylarında hər dəfə 500 (beş yüz) manat pul almışdır, həmin pulları o, Ağamusanın tapşırığı ilə avtobusla Gəncə şəhərinə X44 adlı şəxsə göndərmişdir. Hətta 2008-ci ilin iyun ayında o, bir dəfə Turalı guya təhsil aldığı kollec ilə tanış olmağı və imtahanlarda iştirak etməyi üçün Gəncə şəhərinə göndərmiş, orada Turalı Ağamusanın tapşırığı ilə Ramin adlı şəxs qarşılamış, lakin həmin şəxs kollecdə yoxlama olmasını bəhanə gətirərək Turalın imtahanlarda iştirak etməsinə imkan verməmişdir. Bu müddət ərzində Tural hərbi xidmətə də gedib qayıtmış, amma Ağamusa onun diplomumun verilməsini bu müddət ərzində müxtəlif səbəblər gətirməklə uzatmışdır. Həmin ərəfədə o, Ağamusa ilə əlaqə saxlaya bilməyərək onun onlara caladığı Ramin adlı şəxslə əlaqə saxlladıqda və Turalın diplomunun verilməsinin nə üçün ləngiməsi ilə maraqlandıqda Ramin Ağamusadan gileylənərək onlardan aldığı pullardan ona heç nə vermədiyini, xeyirsiz yerə onu işə saldığını bildirmişdir. Onların təziqlərindən sonra yalnız 2015-ci ilin iyul ayında Ağamusa onlarla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində görüşərək bir ədəd üzərində «Diplom» yazısı həkk olunmuş tünd göy rəngli üzlüyü olan oğlu Turalın X48 «X56» fakultəsini bitirməsini təsdiq edən möhürlü AA №009463 saylı diplomu təqdim etmişdir. Lakin bildirmişdir ki, əgər Tural yol polisinə işə düzəlmək istəsə bu barədə onu əvvəlcədən xəbərdarlıq etsinlər ki, o, Turalın diplomu təsdiqlədsin. 2016-cı ilin yay aylarında Tural Ukraynadakı ali məktəblərdən birinə qəbul olunmaq üçün sənədlərini toplayarkən o, Ağamusa müllimə zəng vurub bu barədə məlumat vermiş, Ağamusa isə qətiyyətlə bunu etməyə tələsməməklərini bildirmişdir. Bundan sonra onlarda artıq şübhə yaranmışdır, onun barəsində maraqlanmağa başlamışlar, müəyyən etmişlər ki, Ağamusanın barəsində saxta diplom və tələbə biletləri düzəltməsinə görə polisdə araşdırma aparılır. Ona görə də ərizə ilə polisə müraciət etmişlər. Ağamusa tərəfindən aldanılmaqları nəticəsində ailələrinə ümumilikdə 7500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qohumudur. Təqsirləndirilən şəxs isə tanışdır. Xatırlamadığı tarixdə Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman qatarda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Qatarda söhbət edən zaman X66 yaxın adamlarının olmasını demişdir. Həmçinin Təqsirləndirilən şəxs heyvandarlıqla məşğul olmasını və bu məqsədlə Ceyrançöl adlanan ərazidə yataq axtarmasını da bildirmişdir. Həmin ərazidə yatağı olduğu üçün öz yatağını Raminə kirayə verə biləcəyini demişdir. Bu söhbətdən sonra Ramin yaxın qohumularına lazım olduğu zaman köməklik edib onları X57 tələbə kimi qəbul etdirə biləcəyini bildirmişdir. Bu məqsədə bir-birilərinin telefon nömrələrini əlaqə saxlamaq üçün götürmüşlər. Bir neçə ay sonra qohumu Məhərrəm oğlunu tələbə kimi X57 qəbul etdirmək üçün ondan köməklik etməsini xahiş etmişdir. Məhərrəmə Ramin adlı tanışının olmasını və yaxın qohumu olduğu halda həmin Kollecə tələbə qəbul etdirmək imkanına malik olmasını bildirmişdir. Xatırlamadığı tarixdə Məhərrəmi Raminin yanına aparmış və oları tanış etmişdir. Raminlə X48 binasının içərisində görüşmüşlər. Söhbət zamanı Ramin yanında Məhərrəmə onun oğlunu 1000 manat pul qarşılığında X57 tələbə kimi qəbul etdirə biləcəyini demişdir. Məhərrəm də razılaşaraq yanında 1000 manat pulu Raminə vermişdir. Təxminən 4-5 aydan sonra Məhərrəm zəng edərək Raminin yalan danışaraq aldatmasını və pulu ələ keçirməsini demişdir. Sonra Raminlə əlaqə saxlamaq istəsə də, onun istifadəsində olan telefon nömrəsinə zəng çatmamışdır. Məhərrəm təxminən 2 il bundan əvvəl Bakı şəhərində yaşadığı ünvana gəlmiş və 700 manat borca pul almışdır. Həmin pulunu Məhərrəmdən istədikdə isə Raminə verdiyi pulu aldıqdan sonra qaytaracağını demişdir. Məhərrəmin Raminə verdiyi puldan dəqiq sayını bilmədiyi qədər pulunu almasını eşitmişdir. Lakin, Məhərrəm aldığı 700 manat borcunu qaytarmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 aldığı puldan ona pul verməmiş, həmçinin özü də pul istəməmişdir. Zərərçəkmiş şəxs3 yanında Təqsirləndirilən şəxs 1000 manat pul vermişdir. Məhərrəmin Raminə 3000 manat pul verməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1984-1997-ci illər ərzində X59 Texnikomunda, 1997-2015-ci illər ərzində X49, 2015-ci il tarixdən hal-hazırki tarixədək də X71 Kollecində ixtisas müəllimi işləyir. Təqsirləndirilən şəxs 2012-ci ildən tanıyır. Təqsirləndirilən şəxs onunla mərhum Vaqif müəllim tanış etmişdir. Təqsirləndirilən şəxs fermer təsərrüfatı ilə məşğul olan şəxs kimi tanımışdır. Yəni ki, Təqsirləndirilən şəxs özünün ferması olduğundan işlədiyi Kollecin müəllimlərinin hamısı ondan ət məhsulları almışdır. Həmçinin özü də Təqsirləndirilən şəxs ət məhsulları almışdır. Zərərçəkmiş şəxs3 görüşmüşdür. Məhərrəm, Təqsirləndirilən şəxs onun oğlunu X57 tələbə kimi qəbul etdirəcəyinə ved verməsini, ondan ümumilikdə 3000 manat pul almasını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs fermer təsərrüfatı ilə məşğul olan bir şəxs kimi tanımasını, lakin, onun xidməti otağında əyləşərək pulunu ələ keçirməsi barədə heç bir məlumatının olmamasını demişdir. Həmin xidməti otaqda tək oturmur. Həmin otaqda Kollecin bütün müəllimləri əyləşirlər. Təqsirləndirilən şəxs qeyd olunan otaqda vətəndaşı qəbul edərkən Kollecin şöbə müdiri olduğundan, ola bilsin ki, adından istifadə edərək bu hərəkəti etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Masalı rayonu Ərkivan qəsəbəsində 4 saylı orta məktəbinin 11-ci sinifini bitirərərək İİ qrup üzrə test üsulu ilə imtahan vermiş, lakin kifayət qədər bal toplamadığından imtahandan kəsilmişdir. 2013-cü ilin sonlarında atası Bəxtiyardan topladığı az balla 2-ci tur kimi Gəncə şəhərində yerləşən Azərbaycan Texniki Universitetinə qəbul edilməsini eşitmişdir. Ancaq atasının dəqiq necə və hansı qaydada kimin vasitəsi ilə universitetə qəbul etdirdiyini bilməmişdir. Həmin vaxtlar attestatı, şəxsiyyət vəsiqəsi atasında olmuşdur. Atası xatırlamadığı vaxtda həmin Azərbaycan Texnologiya Universitetin əyani şöbəsinin 1-ci kurs tələbəsi olmağı barədə tələbə bileti verərək universitetdən aldığını bildirmişdir. Həmin universitetdən atasına azad təhsil sisteminin olmasını və istədyi vaxt dərslərdə iştirak edə biləcəyini bildirmişlər. Yalnız ildə iki dəfə imtahanda iştirakı vacib olmuşdur. Bu səbəbdən də dərsə getməmişdir. 2014cü ilin təxminən yanvar ayında atası imtahanlarda iştirak etməsi üçün Gəncə şəhərinə Texnologiya Universitetinə göndərmiş və orada Ramin adlı müəllimlə əlaqə saxlaması üçün onun telefon nömrəsini vermişdir. Azərbaycan Texnologiya Universitetinin yanında özünün xatırlamadığı mobil telefon nömrəsi ilə Raminin xatırlamadığı telefon nömrəsinə zəng edərək gəlməyi barədə məlumat vermişdir. Ramin Universitetin həyətində onu qarşılayıb Universitetin 2 və ya 3-cü mərətəbəsinə apararaq orada xatırlamadığı otaqların birinə aparmış və test üsülü ilə semestr imtahanı götürəcəyini bildirmişdir. Həmin otaqda ikisindən başqa heç kim olmamışdır. Ramin adı yazılmış bir vərəqdən test üsuli ilə hazırlanmış bilet vermişdir. Həmin biletdə xatırlamadığı fənn sualları və onların cavab variantları olmuşdur. Raminə həmin biletə oxşar, başqa şəxsin adına olan cavabları yazılmış bilet də verərək cavabları eyni qaydada köçürməyini tapşırmışdır. Onun yanında həmin otaqda biletdəki sualların düzgün variantını işarələmiş və tamalayandan sonra Raminə vermişdir. Həmin proses təxminən 10 dəqiqə davam etmişdir. Raminin deməsinə görə cəmi bir imtahandan keçmək üçün çağırılmış və imtahandan artıq keçmişdir. Həmin gün Bakı şəhərinə evinə qayıtmışdır. Həmin ilin təxminən may-iyun ayında yenə də atasının deməsi ilə Gəncə şəhərinə gedərək orada zəngləşib Texnologiya Universitetinin həyətində Raminlə görüşmüşdür. Ramin yenə əvvəlki qaydada bir otağa aparmış və yenə də həmin ki qaydada imtahan götürmüşdür. Həmin vaxt Ramin universitetdə təhsil almağı barədə əvvəlcədən tərtib olunmuş möhür və imza ilə təsdiqlənmiş bir vərəqdən ibarət müqaviləyə imza etdirmiş və onu atasına çatdırması üçün vermişdir. Müqavilə cəmi bir nüsxədən ibarət olmuş, Ramin onu da özündə saxlamamışdır. Həmin gün Bakı şəhərinə qayıtmış və Raminin verdyi sənədi atasına vermişdir. Bundan sonara atası Universitetə göndərməmiş və atasından həmin Universitetə qəbul ilə bağlı sənədlərdə problemlərin yaranmasını, bu səbəbdən də tələbə biletini alıb onu verən şəxsə qaytarmaq üçün aparacağını bildirmişdir. 2015-ci ildə 2-ci dəfə test imtahanı versə də, yenə də imtahandan keçə bilməmişdir. Azərbaycan Texnologiya Universitetinə qəbulu ilə bağlı problemlər yaranandan sonra atasından ali məktəbə qəbulu üçün tanımadığı, adlarını bilmədiyi şəxslərə bilmədiyi məbləğdə pul verməsini, lakin həmin şəxslərin atasını aldadaraq Universitetə qəbulunu həyata keçirməməklərini eşitmişdir. Raminin telefon nömrəsini xatırlamır, onun soyadını, atasının adı və digər anketlərini bilmir. Ramin özünü Azərbaycan Texnologiya Universitetinin müəllimi kimi təqdim etmişdir. Raminin boyu təxminən 175-178 olmuş, arıq bətən quruluşlu, qara saçları, qarayanız və bığsız, burnu düz, əlləri və ayarqları uzun olmuşdur. Onu görsə qeyd etdiyi əlamətlərinə görə tanıya bilər. Ramini cəmi 2 dəfə Gəncə şəhərində görmüş, onun hazırda harada olduğunu bilmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş və həmin cinayət işindən ayrımış ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 1992-ci ildən məcburi köçkün düşdükdən sonra Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində ailəsi ilə birlikdə məskunlaşmış, elə həmin vaxtdan da Biləcəri qəsəbəsində yerləşən Laçın rayonu 13 saylı orta məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur. Uzun illərdir ki, təhsil sahəsində çalışdığı bilən dost-tanışları təhsil problemləri ilə bağlı ona çox müraciətlər etmişlər, o da öz məsləhətləri və müdaxilələri ilə bacardığı köməkliyi onlara göstərmişdir. 2002-ci ildə dincəlmək üçün Tovuz rayonuna gedərkən yolda təsadüfən Təqsirləndirilən şəxs adlı bir şəxslə tanış olmuşdur, tanışlıq zamanı təhsil işçisi olduğunu bilən Ramin özünü ona X48 müəllimi kimi təqdim etmişdir, aralarında isti münasibətlər yaranmışdır, dostluq edirmişlər, hərdən görüşüb bir-birlərinə qonaq olurmuşlar. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, keçid balları toplaya bilməyən münasib yaxın adamları olarsa onun imkanı var ki, işlədiyi kollecin qəbul imtahanlarından sonra boş qalmış qruplarına tələbə qəbul etdirsin. O, da Raminin özünü və onun bu təklifini ciddi qəbul edərək belə bir xahişlə ona müraciət edən yaxın şəxsləri Ramin ilə calaşdırırmış. Bu minvalla o, Şəmkir rayonunda yaşayan Təqsirləndirilən şəxs hazırda ondan şikayət edən Zərərçəkmiş şəxs7 və Şahid6 da Təqsirləndirilən şəxsla calaşdırmışdır. Belə ki, Zərərçəkmiş şəxs7 2011-ci ilin yay aylarında sonuncunun qardaşı Rahid Hüseynov vasitəsi ilə tanımış, böyük qızı xx.xx.1996-cı il təvəllüdlü Şahid5 Şöhlət qızını kollecə düzəltmək xahişi ilə ona müraciət etmişlər, o isə öz növbəsində onları Təqsirləndirilən şəxs adlı şəxslə tanış etmişdir, onun iştirakı ilə onlar özləri görüşüb söhbət edərək razılaşmışlar, Ramin onları əmin etmişdir ki, Səltənəti X33 «Məktəbəqədər təhsil metodiki pedaqoqika» fakultəsinə düzəldəcək, üç il altı ay müddətində təhsil alıb qurtardıqdan sonra alacağı diplom ilə asanlıqla uşaq baxçasında müəllimə işləyə biləcək, əvəzində isə Ramin onlardan 4000 (dörd min) manat pul istəmişdir, bildirmişdir ki, birinci ilin təhsil haqqı da həmin pula daxildir, qızın adı həmin kollecdə getsə də gündəlik olaraq dərsə getməsi tələb olunmayacaq, ancaq imtahanlara gedəcək. Ümumi razılaşma əldə olunduqdan sonra Rahid həmin pulu düzəldərək 4000 (dörd min) manat pulu 2011-ci ilin avqust ayının təxminən sonlarında gətirib yaşadığı evdə ona vermiş, o isə öz növbəsində zəng vurub pulu almağı barədə Raminə məlumat vermişdir, bir neçə gündən sonra Ramin özü pulun arxasıyca Bakı şəhərinə gəlmiş, yaşadığı evin yaxınlığında «Vüsal» kafesində oturub söhbət etmişlər, həmin söhbətdə Filyar, qızı Səltənət və qardaşı Rahid də iştirak etmişlər, Ramin cibindən bir ədəd üzərində «Tələbə Bileti» yazısı həkk olunmuş tünd yaşıl rəngli üzlüyü olan Səltənətin X33 «Məktəbəqədər təhsil metodiki pedaqoqika» fakultəsinin tələbəsi olmasını təsdiq edən möhürlü 263 saylı bileti Səltənətə uzadaraq təbrik etmiş, bildirmişdir ki, Səltənətin səhətində problem olması barədə eşidib, ona görə də qərara gəlib ki, Səltənətin tələbə biletini şəxsən özü təqdim etsin, bildirmişdir ki, Səltənət artıq 15.09.2011-ci il tarixdən kollecin tələbəsidir, müvafiq əmr də verilib, səhətini nəzərə alaraq dərslərdə iştirak etməsində güzəşt olunacaq, yalnız imtahandan imtahana Gəncə şəhərinə gedibgədəcək. Daha sonra onlar bir birinin telefonunu götürüb çıxıb getmişlər, o isə Ramin ilə kafedə oturub yeyib-içmişlər. Sonradan eşitmiş ki, 2012-ci ilin sonlarında Ramin bacısı qızı Səltənətin növbəti təhsil haqqını, 400(dörd yüz) manatını istəmiş, Rahid də həmin pulu bir neçə gün ərzində toplayıb Raminə yollamışdır. 2015-ci ilin yaz aylarında Raminin dediyi müddət başa çatdığından Filyargil qızının diplomunu almaq üçün Ramini axtarıb tapa bilmədikdə onun üzərinə gəlməyə, özünü və ailəsini narahat etməyə başlamışlar, şərləmişdirlər ki, guya o, onların ikinci qızlarını da kollecə düzəltmək vədi ilə onlardan əlavə 4000(dörd min) manat pul almışdır. Halbuki belə bir hal baş verməyib, onların yalnız bir qızlarının məsələsində vasitəçilik etmiş, ikinci qızlarının söhbətindən onun xəbəri olmayıb. O ki, qaldı Şahid6 ərizəsində göstərilənlərə, Mehriban həqiqətən də oğlunun kollecə düzəlməsi ilə bağlı 2008-ci ilin sonlarında, təxminən dekabr ayında ona müraciət etmişdir, o, Mehribanla Biləcəri qəsəbəsində yaşadığı və uşağının direktoru olduğu məktəbin şagirdi olduğundan tanıdığı Gülbala adlı şəxsin vasitəsi ilə tanış olmuşdur, həmin ərəfədə sonuncunun dəvəti ilə onlarda qonaq olarkən Şahid6 oğlu Turalı kollecə düzəltmək istədiyini bildirmişdir, o da bu barədə elə onların özlərinin yanında tanışı Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmış, telefon danışığı zamanı Ramin söz vermişdir ki, Turalı asanlıqla X48 «X56» fakultəsinə düzəldəcək, əvəzində isə Ramin onlardan 3000 manat pul istəmişdir, bildirmişdir ki, birinci ilin təhsil haqqı da həmin pula daxildir, Turalın adı həmin Kollecdə getsə də gündəlik olaraq dərsə getməsi tələb olunmayacaq, imtahanları da özü yazdıracaq, yalız müstəsna hallarda, yoxlama və yaxud başqa bir ciddi hadisə baş verərsə onu Kollecə çağıtdıracaq. Mehribangil Raminin təklifi ilə razılaşmışlar və təxminən bir həftədən sonra onunla elə həmin yerdə, yəni Gülbalagilin evində görüşərək ona 3000 manat pul, oğlu Turalın 9-cu sinifi bitirməsi haqqında şəhadətnaməsini, yaşayış yerindən arayışı və bir-neçə ədəd fotoşəklini Raminə çatdırmağı üçün vermişdirlər. O da onlara həmin ərəfədə Təqsirləndirilən şəxs istifadəsində olan, hazırda xatırlamadığı mobil telefonunu vermişdir ki, sonradan onlar artıq özləri bir-biri ilə əlaqə saxlasınlar. Bundan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlmiş və onunla Biləcəri qəsəbəsində fəaliyyət göstərən «Vüsal» kafesində görüşüb Şahid6 oğlu üçün verdiyi 3000 manat pulu və sənədləri təhvil almışdır. Təxminən bir aydan sonra Təqsirləndirilən şəxs hazırda xatırlamadığı taksi sürücüsü vasitəsi ilə ona Mehribanın oğlu Zərərçəkmiş şəxs6 adına verilmiş X50 «X56» fakultəsinin tələbəsi olmasını təsdiq edən 21.09.2008-ci il tarixli T- 151 saylı tələbə biletini göndərmişdir, o da həmin tələbə biletini Mehriban Quluyeva ilə Bakı Şəhərlərarası Avtovağzalında görüşüb özünə təqdim etmişdir. Bundan sonra Mehribangil Təqsirləndirilən şəxsla artıq özləri əlaqə saxlamağa, danışmağa başlamışlar, hətta Raminin özünün deməsinə görə Mehriban onun üçün Lənkərandan bir neçə dəfə pay da göndərimişdir. Sonradan Şahid6 Təqsirləndirilən şəxs oğlunun illik təhsil haqqlarının və imtahan pullarının göndərilməsi məsələlərində onun heç bir iştirakı olmayıb, onlar özləri öz aralarında bu məsələləri həll ediblər. 2012-ci ilin payız aylarında Ramin hazırda xatırlamadığı taksi sürücüsü vasitəsi ilə ona Zərərçəkmiş şəxs6 X50 «X56» fakultəsini bitirməsini təsdiq edən 10.07.2012-ci il tarixli 009463 saylı diplomu göndərmişdir. O da həmin diplomu həmin ərəfədə Biləcəri qəsəbəsində hərbi xidmətdə olan oğluna baş çəkmək üçün gəlmiş Şahid6 ilə Biləcəri parkında görüşərək özünə təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 qiymət cədvəlini Mehribangilə özü avtobus sürücüsü vasitəsi ilə göndərib. 2015-ci ilin yay aylarında Mehriban Quluyeva zəng vuraraq iradını bildirmişdir ki, oğlu Tural üçün verilmiş diplomu yoxlatdırıb, diplom saxta çıxıb. O bu barədə Təqsirləndirilən şəxs dedikdə, Ramin bildirmişdir ki, belə bir hal ola bilməz, ola bilsin ki, təzə nazirin əmri ilə test imtahanlarından kənar qəbul olunmuş tələbələrin diplomu Təhsil Nazirliyində təsdiq olunmalıdır, ona görə də Turalın diplomunun əlavə təsdiq olunmasına zərurət yaranıb, söz vermişdir ki, özü məsələ ilə maraqlanıb yoluna qoyacaq. Lakin sonradan Təqsirləndirilən şəxsla əlaqəsi kəsilmiş, Ramin ondan qaçmağa, telefon zənglərinə cavab verməməyə başlamış, müəyyən olmuşdur ki, Ramin saxta sənədlər düzəltməklə məşğul olduğuna görə hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Mehribangil də Təqsirləndirilən şəxs tapa bilməyərək onun yaxasından tutmuşlar, baş verən hadisədə onu günahlandırmağa, Raminə verdikləri pulları ondan tələb etməyə başlamışlar, o da onların pullarını qaytara bilmədiyi üçün ondan şikayət etməyə başlamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 12 dekabr 2015-ci tarixli, 12.12.15 nömrəli qərardan görünür ki, toplanmış materialda aldatma yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirmə əlamətləri olduğundan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. “Materialın ərazi aidiyyatı üzrə göndərilməsi” barədə 16 oktyabr 2015-ci il tarixli qərardan göünür ki, HK-1/1579 nömrəli material ərazi aidiyyəti üzrə Gəncə şəhər BPİ-nə göndərilməsi üçün Şəmkir rayon prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs kimi tanıma” haqqında 12 dekabr 2015-ci il tarixli, 1210 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanıması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması” haqqında 16 dekabr 2015-ci il tarixli, 1222 nömrəli qərardan görünür ki, xx.xx.1983-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 13 ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində kifayət qədər şübhələr olduğundan və sonuncu cinayət prosesini həyata keçirən istintaq orqanına gəlməkdən qəsdən boyun qaçırdığından o, iş üzrə göstərilən maddə ilə şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” barədə 16 dekabr 2015-ci il tarixli, 1223 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 12 yanvar 2016-cı il tarixli qərarından görünür ki, 16 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən icraatı dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnməsi qərara alınmışdır. “Götürülmənin aparılması” haqqında 12 yanvar 2016-cı il tarixli, 04004 nömrəli qərarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 təqdim etdiyi video görüntünün yazıldığı 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən sonuncudan götürülməsi qərara alınmışdır. “Baxış keçirilməsi və götürmə” haqqında 12 yanvar 2016-cı il tarixli, 19 nömrəli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, disk üzəri ağ rəngdədir, diskin üzərində "imation" CD- R/lx-52x 700 MB/80Min sözləri yazılmışdır. Disk HP markalı komputerin disk oxuducusuna daxil edilib elektron yaddaşı açılmış və yaddaşda "Vido" adlı video qovluqdur. Video qovluq avi formatmdadır, 78581 kb. həcmdədir. Baxışda iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 bildirdir ki, həmin diskdə olan video Təqsirləndirilən şəxs onun qızı X31 Bakı 2 nömrəli Tibb kollecinə təhsil almaq üçün tələbə qəbul etdirmək adı ilə aldadıb yalan vədlər verərək 28 iyun 2015-ci il tarixdə Gəncə şəhərində ondan 7.000 (yeddi min) manat məbləğində nəğd pul alan zaman həmin səhnəni gizli olaraq “Samsung” markalı telefonla video görüntüsünü çəkdiyi videogörüntüdür. 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək, protokola əlavə edilmişdir “Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ittiham elan edilməsi” haqqında 12 yanvar 2016-cı il tarixli, 10 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edillməsi qərara qəbul edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında 12 yanvar 2016cı il tarixli, 12 nömrəli qərardan görünür ki, xx.xx.1983-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəmkir şəhəri, O.Mirzəyev küçəsi ev 177-də qeydiyyatda olamaqla yaşayan - Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” barədə 12 yanvar 2016-cı il tarixli, 13 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaxalanaraq istintaqa təqdim edilənə kimi Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 16 mart 2016-cı il tarixli, 49 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırılmaı üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilmiş və 12 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən icraatı dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnməsi qərara alınmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 4(043)-49/2016 saylı, 17 mart 2016-cı il tarixli qərarının surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Şəmkir şəhəri, O.Mirzəyev küçəsi ev 177-də qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” barədə 17 mart 2016-cı il tarixli, 51 nömrəli qərardan görünür ki, cinayət işinin istintaq müddətinin lüzumsuz yerə axımının dayandırılması məqsədi ilə iş üzrə təqsirləndirilən şəxs və ölkə hüdudlarından kənarda qaçıb gizlənən barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs yaxalanaraq istintaqa təqdim edilənə kimi Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 16 mart 2016-cı il tarixli, 49 nömrəli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi sonuncunun barəsində Gəncə şəhəri BPİ-si İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilməsi üçün icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı təzələnərək icaraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” barədə 17 mart 2016-cı il tarixli, 51 nömrəli qərardan görünür ki, cinayət işinin istintaq müddətinin lüzumsuz yerə axımının dayandırılması məqsədi ilə iş üzrə təqsirləndirilən şəxs və ölkə hüdudlarından kənarda qaçıb gizlənən barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs yaxalanaraq istintaqa təqdim edilənə kimi Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 20 noyabr 2016-cı il tarixli, 1044 nömrəli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Lətit oğlunun barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi sonuncunun barəsində Gəncə şəhəri BPİ-si İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilməsi üçün icraatı Azəıbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 20 noyabr 2016-cı il tarixli, 1045 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəii cinayət işi sonuncunun barəsində Gəncə şəhəri BPİ-si İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi itə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işi ********* nömrəsi ilə istintaq aparılması qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 20 noyabr 2016-cı il tarixli, 1046 saylı qərarından görünür ki, Azərbaycan Respubiikası CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və cinayət işinin icraata qəbul edilməsi” haqqında 10 sentyabr 2016-cı il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarından X2 Səxavət Mikayılovun övladı Camal Eyvazlını Azərbaycan Texnologiya Universitetinə tələbə kimi qəbulu üçün 8.000 manat, Zərərçəkmiş şəxs2 övladı Şahid9 həmin Universitetə tələbə kimi qəbulu üçün 13.000 manat alması, Təqsirləndirilən şəxs C.Eyvazlının adına saxta diplom, ona əlavə, Şahid9 adına saxta əmr, tələbə bileti, müqavilə, kassa mədaxil orderi verməsi faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə başqa cinayət işi ayrılması və həmin cinayət işi icraatına qəbul edilərək ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır. “İbtidai istintaqın aparalmasının həvalə edilməsi və birgə istintaq qrupu yaradılması” haqqında 10 sentyabr 2016-cı il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.3.2 və 320.1-ci maddələri istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 5(001)-168/2016 saylı, 15 aprel 2016-cı il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə ***-***-**-** və ***-***- **-** mobil telefon nömrələrindən 01 iyun 2009-cu ildən 01 noyabr 2009-cu ilədək, 01 iyun 2010-cu ildən 01 noyabr 2010-cu ilədək, 01 iyun 2013-cü ildən 01 dekabr 2013-cü ilədək, 01 mart 2014-cü ildən 01 avqust 2014-cü ilədək, 01 iyun 2015-ci ildən 01 noyabr 2015-ci ilədək, 01 yanvar 2016-cı ildən 14 aprel 2016-cı ildəək olan dövrlərə aparılan giriş və çıxış danışıq cədvəlləri "xxxx"xxxx"xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Təhsil Nazirliyi Azərbaycan Texnologiya Üniversitetinin 20 aprel 2016-ci il tarixlİ, 43- 01-187/05 saylı məktubundan görünür ki, 24.10.1992-ci ildə Masallı rayonunda doğulmuş X54 və xx.xx.1996-cı ildə doğulmuş Şahid9 Azərbaycan Texnologiya Universitetinin tələbə və məzunları deyil. Universitet tərəfindən B№002789 nömrəli, 2013 tarixti, 327 qeydiyyat nömrəli diplom və 25.09.2013-cu il tarixli, 06/3138 nömrəli tələbə bileti verilməmişdir. “Nümunələrin götürülməsi” haqqında 02 may 2016-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 müqayisəli tədqiqat üçün eksperimental əlyazma, rəqəm və imza nümunələri götürülməsi qərara alınmışdır. Göstərilən nümunələr götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi” haqqında 04 may 2016-cı il tarixli, 231 nömrəli protokoldan və fotoşəkildən görünür ki, Şahid2 tanınmaya təqdim edilən fotoşəkillərdən Təqsirləndirilən şəxs tanıyıb göstərmişdir. “Nümunələrin götürülməsi” haqqında 06 may 2016-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid9 müqayisəli tədqiqat üçün eksperimental əlyazma, rəqəm və imza nümunələri götürülməsi qərara alınmışdır. Göstərilən nümunələr götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi” haqqında 06 may 2016-cı il tarixli, 238 nömrəli protokoldan və fotoşəkildən görünür ki, Şahid9 4-cü yerdə olan foto şəkil 2014-cü ildə Gəncə şəhərində Texnologiyan Universitetində görüşdüyü və orada ona imtahan keçirən “Ramin” adlı şəxsin foto şəkili olduğunu bildirmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 5(001)-254/2016 saylı, 16 iyun 2016-cı il tarixli qərarın surətindən görünür ki, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrindən 01 iyun 2009-cu ildən 30 dekabr 2011-ci ilədək, 01 yanvar 2013-cü ildən 31 dekabr 2013cu ilədək,01 iyun 2015 ildən 01 noyabr 20!5-ci ilədək. 01 iyun 2016-cı ildən 14 iyun 2016cı ilədək, ***-***-**-**, 055- ***-**-** və ***-***-**-** mobil telelbn nömrələrindən 01 iyun 2009-cu ildən 30 iyun 2011- ci ildək, 01 levral 2012-ci ildən 0! noyabr 2012-ci ilədək, 01 yanvar 2013-cü ildən 31 dekabr 2014-cu ilədək, 01 iyun 2015-ci ildən 01 noyabr 2015-ci ilədək. 01 aprel 2016-cı ildən 10 may 2016-cı ilədək olan dövrlərdə aparılan giriş və çıxış danışıq cədvəllərinin həmin nömrələrin sahibləri və yaşayış ünvanları və danışıqların hansı ərazidən aparılması (aten məlumatları) barədə məlumatların, o cümlədən qeyd olunun nömrələrdən göndərilən və qəbul edilən mesajların mətinin "xxxx" MMC və «Bakcell) MMC-dən götürülsün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi İ dərəcəli hüquqşünas Ceyhun Quliyev vəsatəti təmin edilməsi qərara alınmışdır. “Üzləşdirmədə dindirmə” haqqında 18 avqust 2016-cı il tarixli, 371 nömrəli protokoldan görünür ki, X22 üzləşdirmədə dindirmə zamanı Şahid1 Hazı qızının üzünə qarşı da ondan şikayət etdiyini və bundan sonra Arifə Hacıyevin ondan aldığı pulları geri qaytardığını bildirmişdir. “Üzləşdirmədə dindirmə” haqqında 18 avqust 2016-cı il tarixli, 371 nömrəli protokoldan görünür ki, üzləşdirmədə dindirmə zmanı X1 Mehriban Müslüm qızının üzünə qarşı Camalın Azərbaycan Tesxnolohiya Universitetinə düzəlməyi üçün 8000 manat ona pul verdiyini demişdir. Şahid2 isə cavabında ona həqiqətən Təqsirləndirilən şəxs Camalın qəbulu üçün 8000 manat pul istəmiş, Şahid1 də həmin pulu ona hissə-hissə vermişdir. “Cinayət işinin icraatının dayandırılması” barədə 17 mart 2016-cı il tarixli, 51 nömrəli qərardan görünür ki, cinayət işinin istintaq müddətinin lüzumsuz yerə axımının dayandırılması məqsədi ilə iş üzrə təqsirləndirilən şəxs və ölkə hüdudlarından kənarda qaçıb gizlənən axtarışı elan edilmiş Təqsirləndirilən şəxs yaxalanaraq istintaqa təqdim edilənə kimi Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında 12 yanvar 2016cı il tarixli, 12 nömrəli qərardan görünür ki, xx.xx.1983-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şəmkir şəhəri, O.Mirzəyev küçəsi ev 177-də qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ittihamın elan edilməsi” haqqında 12 yanvar 2016-cı il tarixli, 10 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə sənədlərin texniki ekspertizasının 03 avqust 2016-cı il tarixli, 15467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ********* saylı cinayət işinin materiallarında olan Azərbaycan Texnologiya Universitetinin X16 adına diplomunun və həmin diploma əlavəsinin, Şahid9 adına 06/313B1 nömrəli tələbə biletiniin, 25.09.2014-cü il tarixli Mİ81006001 seriyalı kassa mədaxil orderinin qəbzinin, 27.09.2013-cü il tarixli 127/1 nömrəli əmrinin, 07.04.2014-cü il tarixli 137 nömrəli müqavilənin kserosurətlərində olan möhür əksləri elektrofotoqrafik çoxaldıcı qurğu vasitəsilə hazırlanmış kserosurətlərində olan möhür əksləri elektrofotoqrafik çoxaldıcı qurğu vasitəsilə hazırlanmış kserosurətləridir. Azərbaycan Texnologiya Universitetinin X23 adına diplomunun və həmin diploma əlavəsinin, X4 adına 06/313B1 nömrəli tələbə biletinin, 25.09.2014-cü il tarixli Mİ81006001 seriya!) kassa mədaxil orderinin qəbzinin, 27.09.2013-cü il tarixli 127/1 nömrəli əmrinin, 07.04.2014-cü il tarixli 137 nömrəli müqavilənin kserosurətlərində olan möhür əksləri ekspertizaya təqdim edilmiş Azərbaycan Texnologiya Universitetinə məxsus möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. “Üzləşdirmədə dindirmə” haqqında 18 avqust 2016-cı il tarixli, 371 nömrəli protokoldan görünür ki, üzləşdirmədə dindirmə zamanı zərəçəkmiş Zərərçəkmiş şəxs2 Şahid2 üzünə qarşı ona 3000 manat beh kimi, bir həftə sonra “Olimp” mağazasının yanında 10.000 manat, daha sonra illik təhsil haqqı kimi 500 manat pulu otaqda Mehribanın yanında Təqsirləndirilən şəxs verdiyini, sənədlərin saxta olduğunu bildikdən sonra isə Mehribandan 4900 manat pulu geri aldığını bildirmiş, Mehriba Niftəliyeva isə cavabında Təqsirləndirilən şəxs həqiqətən onun oğlunu Universitetə qəbul etdirmədiyini və sənədlərin saxta olduğundan özünün xəbərinin olmadığını, aldığı puldan 4900 manatı Bəxtiyara qaytardığı bildirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə sənədlərin texniki ekspertizasının 05 avqust 2016-cı il tarixli, 15466 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Azərbaycan Texnologiya Universiteti tərəfindən verildiyi qeyd olunan 002789 nömrəli 18.06.2013-cü il tarixli diplomun kserosurətində əks olunan yazılar, “Dövlət Attestasiya komissiyasının sədri” və “Rektor” qrafalarındakı imzalar, həmin diploma əlavənin kserosurətində əks olanan yazılar və “Rektor”, “Dekan” və “Katib” qrafalarındakı imzalar, Şahid9 adına olan 06/313B nömrəli 25.09.2013-cü il tarixli tələbə biletinin kserosurətində əks olunan yazılar və “Rektor” qrafasında əks olunan imza, 25.09.2104-cü il tarixli 81006001 nömrəli kassa mədaxil orderinin kserosurətində əks olanan yazılar və həmin yazılardan aşağıdakı imzalar, Şahid9 Azərbaycan Texnologiya Universitetinə qəbulu barədə 27.09.2013-cü il tarixli əmrin kserosurətində əks olunan yazılar və “Rektor” qrafasındakı imza, 07.04.2014-cü il tarixli 137 nömrəli müqavilənin kserosurətində əks olunan yazılar və həmin yazılardan aşağıdakı imzalar X38 tərəfindən yox, Şahid1 tərəfindən yox, Şahid2 tərəfindən yox, Zərərçəkmiş şəxs2 tərəfindən yox, Şahid9 tərəfindən yox, X46 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(043)-1282/2016 saylı, 11 oktyabr 2016cı il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə ***-***-**-** və ***- ***-**-** mobil telefon nömrələrindən 01 sentyabr 2010-cu ildən 30 dekabr 2010-cu ilədək, 01 avqust 2011-ci ildən 30 noyabr 2011-ci ilədək, 01 yanvar 2012-ci ildən 01 aprel 2012-ci ilədək, 01 avqust 2012-ci ildən 30 dekabr 2012-ci ilədək, 01 fevral 2013-ci ildən 30 dekabr 2013-cü ilədək, 01 yanvar 2014-cü ildən 30 mart 2014-cü, 01 iyun 2014-cü ildən 30 dekabr 2014-cü ilədək, 01 yanvar 2015-ci ildən 30 iyul 2015-ci ilədək olan dövrlərdə göstərilən nömrələrə daxil olmuş və çıxan zənglər siyahısı, o cümlədən qeyd nömrələrdən göndərilən və qəbul edilən SMS-lərin məzmunu göstərilmiş məlumatlar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə sənədlərin texniki ekspertizasının 14 oktyabr 2016-cı il tarixli, 22085 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Azərbaycan Texnologiya Universiteti tərəfindən verildiyi qeyd olunan 002789 nömrəli 18.06.2013-cü il tarixli diplomun kserosurətində əks olunan yazılar, həmçinin “Dövlət Attestasiya komissiyasının sədri” və “Rektor” qrafalarındakı imzalar; Həmin diploma əlavənin kserosurətində əks olunan yazılar və “Rektor”, “Dekan” və “Katib” qrafalarındakı imzalar; Şahid9 adına olan 06/3313 B nömrəli 25.09.2013-cü il tarixli tələbə biletinin kserosurətində əks olunan yazılar və “Rektor” qrafasındakı imza: 25.09.2014-cü il tarixli 81006001 nömrəli kassa mədaxil orderinin kserosurətində əks olunan yazılar, həmçinin “Rəhbər”, “Baş mühasib” və “Kassir” qrafalarındakı imzalar; Şahid9 Azərbaycan Texnologiya Universitetinə qəbulu barədə 27.09.2013-cü il tarixli 127/1 saylı əmrin kserosurətində əks olunan yazılar və “Rektor” qrafasındakı imzalar; 07.04.2014-cü il tarixli 137 nömrəli müqavilənin kserosurətində əks olunan yazılar, həmçinin “Rektor” qrafasındakı və “Qasımov İ” soyadı qarşısındakı imzalar-X17 tərəfindən yox, X18 tərəfindən yox, X39 tərəfindən yox, X47 tərəfindən yox, Həsənova Hicran Məhərrəm qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 18 oktyabr 2016-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. 18 oktyabr 2016-cı il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* №-li cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və haqqında həbs qətimakan tədbiri seçilməsi hazırkı ********* №-li cinayət işi üzrə nəzərə alınması qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırması” haqqında 20 oktyabr 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 07 noyabr 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi itə təqsirləndirilməsinə dair ********* №-li cinayət işinin 20 oktyabr 2016-cı il tarixdə icraatının təzələnməsi qərara alınmışdır. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi” haqqında 07 noyabr 2016-cı il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi itə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqın davam etdirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 05 dekabr 2016-cı il tarixli, 1101 nömrəli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 2014-cü ilin iyun ayında Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 aldadaraq sonuncunun oğlu Fuad İsmayılovu Azərbaycan Texnalogiya Universitetinə tələbə qəbəul etdirmək adı ilə aldadıb 15.000 manat pulunu ələ keçirməsi faktı ilə bağlı Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsindən Gəncə şəhər Kəpəz rayon polis idarəsi vasitəsi ilə 28.11.2016-cı il tarixdə və 05.12.2016-cı il tarixdə daxil olmuş eyni məzmunlu materiallar sonuncunun barəsində Gəncə şəhəri BPİ-si İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilməsi üçün icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməsi qərara alınmışdır. “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi” haqqında 05 dekabr 2016-cı il tarixli, 1102 nömrəli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 2014-cü ilin iyun ayında Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 aldadaraq sonuncunun oğlu Fuad İsmayılovu Azərbaycan Texnalogiya Universitetinə tələbə qəbəul etdirmək adı ilə aldadıb 15.000 manat pulunu ələ keçirməsi faktı ilə bağlı Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsindən Gəncə şəhər Kəpəz rayon polis idarəsi vasitəsi ilə 28.11.2016-cı il tarixdə və 05.12.2016-cı il tarixdə daxil olmuş eyni məzmunlu materiallar sonuncunun barəsində Gəncə şəhəri BPİ-si İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək iş üzrə qeyd edilən xüsusatla bağlı zəruri istintaq hərəkətləri aparılması qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” haqqında 05 dekabr 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatı yenidən dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 05 yanvar 2017-ci il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis mayoru Amil Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi sonuncunun barəsində Gəncə şəhəri BPİ-si İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı davam etdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 05 yanvar 2017-ci il tarixli, qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən , Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis mayoru Amil Əliyev tərəfindən Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi sonuncunun barəsində Gəncə şəhəri BPİ-si İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işi ********* nömrəsi ilə istintaq aparılması qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 05 yanvar 2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 15 noyabr 2016-cı il tarixli, 04010 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə cinayəti işi başlanması qərara alınmışdır. “Şübhəli şəxsin barəsində axtarış elan etmək” haqqında 05 yanvar 2017-ci il tarixli, 04019 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs kimi tanınması və onun olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” haqqında 05 yanvar 2017-ci il tarixli, 04020 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs tapılıb istintaqa təqdim edilənə kimi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” haqqında 05 yanvar 2017-ci il tarixli, 05 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatı yenidən dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 31 may 2017-ci il tarixli, 544 nömrəli qərardan görünür ki, 05 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 31 may 2017-ci il tarixli, 545 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə ayrılmış ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri BPİ-si İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək cinayət işi ********* nömrəsi ilə istintaq aparılması qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 31 may 2017-ci il tarixli, 04021 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün icraata qəbul edilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-29/2015 saylı, 10 aprel 2015-ci il tarixli hökmün surətindən görünür ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi hökm edilmişdir. “Cinayət işinin icraatının dayandırılması” barədə 31 may 2017-ci il tarixli, 511 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı yenidən dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 31 yanvar 2018-ci il tarixli, 30 nömrəli qərardan görünür ki, 31 may 2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış cinayət içinin icraatı təzələnərək icraata qəbul edilməsi qərara alınmışdır. “Materialın cinayət işinə əlavə edilməsi” haqqında 31 yanvar 2018-ci il tarixli, 31 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən, təqsirləndirlən səxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 2014-cü ildə həncə Texniki kollecinə təhsil almaq üçün qəbul etdirmək adı ilə 3000 manat alıb-aldatması faktı əsasında Gəncə şəhər Nizami rayon Polis bölməsində toplanmış HK-1/39 nömrəli material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” barədə 31 yanvar 2018-ci il tarixli, 32 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı yenidən dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 23 may 2018-ci il tarixli, 096 nömrəli qərardan görünür ki, Tovuz RPŞ-dən daxil olmuş material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı davam etdirilməsi üçün iş üzrə icraat təzələnərək icraata qəbul edilməsi qərara alınmışdır. “Materialın cinayət işi ilə bir icraatda birləşdirilməsi” haqqında 23 may 2018-ci il tarixli, 097 qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 2009-cu il tarixdə Gədəbəy rayonu Düzrəsullu kənd sakini Zərərçəkmiş şəxs8 aldadaraq sonuncunun oğlu Turan Musayevi X57 tələbə qəbul etdirmək adı ilə aldadıb 4000 manat pulunu ələ keçirməsi faktı ilə bağlı Zərərçəkmiş şəxs8 şikayət ərizəsi əsasında Tovuz RPŞ-dən 23.05.2018-ci il tarixdə daxil olmuş material sonuncunun barəsində Gəncə şəhəri BPİ-nin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci zmddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək iş üzrə qeyd edilən xüsusatla bağlı zəruri istintaq hərəkətləri aparılması qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” barədə 31 yanvar 2018-ci il tarixli, 098 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı yenidən dayandırılması qərara alınmışdır. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 13 iyun 2018-ci il tarixli, 601 nömrəli qərardan görünür ki, 31 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməsi qərara alınmışdır. “Cinayət işi üzrə əməlinin tövsif edilməsi” haqqında 13 iyun 2019-cu il tarixli, 602 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etməklə yenidən ittiham elan edilməsi” haqqında 13 iyun 2019-cu il tarixli, 603 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. “Üzləşdirmədə dindirmə” haqqında 18 avqust 2016-cı il tarixli, 04028 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. “Axtarışda olan şəxsin tutulması” haqqında 12 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2019-cu il tarixdə saat 19:50-də tutulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-49/2016 saylı, 09 avqust 2019-cu il tarixli qərarın surətindən görünür ki, xx.xx.1983-cü ildə Göygöl rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 14 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarı ilə seçilmiş 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və onun dərhal məhkəmə iclas zalında həbsdən azad olunması qərara alınmışdır. “İbtiadi istintaq müddətinin uzadılması” barədə 29 avqust 2019-cu il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq müddəti 2 (iki) ay, yəni 07 noyabr 2019-cu il tarixədək uzadılması qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 19 sentyabr 2019-cu il tarixli, 04029 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri istintaq edilən ********* nömrəli cinayəti işi icraata qəbul edilməsi qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi” barədə 12 oktyabr 2019-cu il tarixli, 0105 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 23 noyabr 2019-cu il tarixli, 04046 nömrəli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Üzləşdirmədə dindirmə” haqqında 23 noyabr 2019-cu il tarixli, 04050 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 26 noyabr 2019-cu il tarixli, 04052 nömrəli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında 04 dekabr 2019cu il tarixli, 02155 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Cinayət təqibi üzrə icraatın dayandırılması” haqqında 04 dekabr 2019-cu il tarixli, 04057 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs tapılıb istintaqa təqdim edilənə kimi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri istintaq edilən ********* nömrəli cinayəti işinin icraatının dayandırılması qərara alınmışdır. “Şəxsin istintaqa könüllü gəlməsi” barədə 24 fevral 2020-ci il tarixli, 04058 nömrəli protokolundan görünür ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs 24 fevral 2020-ci il tarixdə saat 16:30-da istintaqa könüllü gəlmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi” haqqında 24 fevral 2020-ci il tarixli, 04059 nömrəli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 24 fevral 2020-ci il tarixli, 04061 nömrəli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. “Üzləşdirmədə dindirmə” haqqında 25 fevral 2020-ci il tarixli, 04066 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. “Sübutların qiymətləndirilməsi” barədə 25 fevral 2020-ci il tarixli, 04067 nömrəli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələr ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlinin CM-in 310, 32,4,312 və 29,312-ci maddələrində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 320.1, 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilmədiyindən və CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi əsasına görə barəsində cinayət təqibinə xitam verməsi bəraətverici əsas olmadığından ona verilmiş ittiham üzrə barəsində cinayət təqibinə xitam verilməməsi və istintaqdan qaçıb gizləndiyi üçün CPM-nin 53.1.3-cü maddəsinə əsasən axtarışda olması və ona görə də müddətin axımının dayandırılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində, X7 oğlu, X24 Azərbaycan Texnologiya universitetinə tələbə kimi qəbul etdirəcəyi adı ilə ümumilikdə 8000 manat pulunu ələ keçirməsi ilə bağlı verilmiş ittiham üzrə cinayət təqibinə həmin hissədə xitam verilməsi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs7 qızı Şahid4 Gəncə Humanitar Kollecinə tələbə kimi qəbul etdirəcəyi adı ilə 4.400 manat məbləğində pulunu ələ keçirməsi ilə bağlı ittihamın verilməməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 əməlinin CM-nin 29,312-ci maddəsində nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilməməsi, Şahid2 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə material ayrılması, Şahid8 Tanrıverdi oğlunun barəsində cinayət təqibinin başlanması rədd edilməsi və bu barədə material ayrılması, X21 barəsində cinayət təqibi başlanması rədd edilməsi və bu barədə material ayrılması, Zərərçəkmiş şəxs8 Yaşar Vəliyevə hədiyyə kimi verdiyi iki baş qoyunun və 300 manat pul verilməsinin ittihama daxil edilməməsi, həmin tələb ilə bağlı Zərərçəkmiş şəxs8 mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, Zərərçəkmiş şəxs8 təqdim edilmiş və oğlu Turan Musayevin X62i oxumasına dair tələbə biletini və həmin kolleci bitirməsinə dair diplomu əldə etmək mümkün olmadığından Təqsirləndirilən şəxs həmin xüsusat üzrə CM-nin 320.1, 320.2-ci maddəsi ilə ittiham elan edilməməsi, Zərərçəkmiş şəxs3 təqdim edilmiş, oğlu Yolçu Bağırovu X62i oxumasına dair tələbə biletini əldə etmək mümkün olmadığından Təqsirləndirilən şəxs həmin xüsusat üzrə CM-nin 320.1, 320.2-ci maddəsi ilə ittiham elan edilməməsi, Təqsirləndirilən şəxs əməlinin cinayətin residivi kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 pul alarkən çəkilmiş video görüntü olan 1 ədəd DVD iş üçün əhəməyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. “Təqsirləndirilən şəxs qsimində cəlb olunmaqla ittiham elan etmək” haqqında 25 fevral 2020-ci il tarixli, 04068 qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş **********958 nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş **********320 nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş **********899 nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.04.2016-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 03 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-141/2015 saylı, 16 iyul 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsi və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 03 (üç) ay müddətinə islah işləri növündə cəzasına məhkum edilməsi qərara alınmışdır. “Amnistiya aktının tətbiq edilməsi” barədə 14 iyul 2016-cı il tarixli qərarın surətindən görünür ki, “28 May-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-141/2015 sayit 16.07.2015-ci il tarixli hökmü də təyin olunmuş və çəkilməmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 03 ay müddətə islah işləri cəzasını çəkməkdən azad edilmişdir. Şəmkir rayon icra Şöbəsinin 03 oktyabr 2016-cı il tarixli, C-99/2015 saylı məktubundan görünür ki, “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs İslah işləri cəzasını çəkməkdən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı imtahandan kənar orta və ali ixtisas təhsil müəssisəsinə qəbul olunmasına köməklik göstərəcəyi barədə yalan vədlər verib onları inandıraraq, etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə onların xeyli miqdarda pullarını təkrar ələ keçirərək dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5na qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli həmin epizodlar üzrə düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarına əlavə edilmiş elektron məlumat portalı arayışından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı oğlan uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12 və 59.1.13), himayəsində azyaşlı uşağın olmasını (CM 59.1.4.) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla belə məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün də əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan daha ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-in cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-in ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı işdə təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-in Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 15 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması” haqqında 12 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2019-cu il tarixdə saat 19:50-də tutulmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-49/2016 saylı, 09 avqust 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarı ilə seçilmiş 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunması qərara alınmış, bundan sonra “Qətimkan tədbiri seçilməsi” barədə 12 oktyabr 2019-cu il tarixli, 0105 nömrəli qərarla Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 4 (dörd) ay bu iş üzrə həbs qətimkan tədbiri qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla Təqsirləndirilən şəxs təyin ediləcək cəzadan çıxılmalı, hökm qanuni qüvvəsinə minənədək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 493 (dörd yüz doğsan üç) manat Təqsirləndirilən şəxs tutulub X10, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli, cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 pul alarkən video görüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 4 (dörd) ay bu iş üzrə həbs qətimkan tədbiri qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 8 (səkkiz) ay çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Şəmkir şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 493 (dörd yüz doğsan üç) manat Təqsirləndirilən şəxs tutulub X10, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 pul alarkən video görüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-7/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-7/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver