Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-7/2022 06.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən ümumi çəkisi 1,793 qram narkotik vasitə olan heroini və ümumi çəkisi 465 qram narkotik vasitə olan marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 06.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək yaşadığı evin qarşısında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti, 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gətirilmiş və şöbədə onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,793 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd göy rəngli polietilen paketdə təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində o, Göygöl rayonu ərazisində yerləşən Azos adlanan yerə getmiş və orada yabanı halda bitən narkotik tərkibli bitkilərin yarpaqlarından qopardıb, kimsəsiz sahədə gələcəkdə şəxsi istifadə etmək üçün qurutmuşdur. 06 mart 2021-ci il tarixdə səhər saat 14 radələrində o Azos adlanan yerə gedib qurudaraq gizlətdiyi marixuananı götürüb Gəncə şəhərinə geri qayıtmışdır. Sonra o, Gəncə şəhəri Sevinc qəsəbəsinə gedib tanımadığı şəxsdən pul müqabilində narkotik vasitə heroin alıb yaşadığı evə geri dönmüşdür. Saat 16 radələrində o yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları kimi təqdim etmişlər və onu özləri ilə birlikdə həmin İdarəyə aparmışlar. İdarənin inzibati binasında onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı sağ əlində saxladığı sellofan torbanı polis əməkdaşlarına təqdim edərək həmin torbanın içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra kütlənin hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. O, narkotik vasitədən heç kimə verməmiş və satmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin operatoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06.03.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri D.Yediyarin küçəsi, ev 72-nin qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanı təqdim edərək həmin torbanın içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdr. Sonra kütlənin hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Baxış zamanı sellofan torbanın içərisində olan kütlənin kəskin iyli, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd şəffaf rəngli bükümün içərisində olan kütlənin isə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroin olması müəyyən edilmişdir. Sonra 2 ədəd paketin üzərlərinə müvafiq qeydlər aparılmışdır. Kütlələr paketlərin içərisinə qoyulduqdan sonra ağızları bağlanmış, möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmazdan əvvəl üzərində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanı təqdim edərək həmin torbanın içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra kütlələrin hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Həmin video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsində təhqiqatçı, polis kapitanı Yunis Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsində x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin operatoru Şahid2, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan hər hansı narkotik vasitə və dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub olmadığı və varsa təhvil verilməsi təklif edilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanı polis əməkdaşlarına təqdim edərək həmin torbanın içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirir. Sonra kütlənin hər birinə ayrı-ayrılıqda baxış keçirilir. Baxış zamanı sellofan torbanın içərisində olan kütlənin kəskin iyli, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 01 ədəd şəffaf rəngli bükümün içərisində olan kütlənin isə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroin olması müəyyən edilir. Sonra narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilir, ümumi çəkisinin 1,93 qram olması müəyyən edilir. 01 ədəd sellofan torba elektron tərəzidə çəkilir, ümumi çəkisinin 485 qram olması müəyyən edilir. Sonra polis əməkdaşı onun üzərində şəxsi axtarış keçirir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla gəzdirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilmir. Sonra 02 ədəd paketin üzərinə müvafiq qeydlər aparılır. Qeydlər uca səslə oxuduqdan sonra o və digər iştirakçılar imzalayır. Kütlələr paketlərin içərisinə qoyulduqdan sonra ağızları bağlanır, möhürlənərək götürülür. Şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilir və protokolun doğruluğunu imzalarla təsdiq edirlər. Məhkəmə-kimyəvi ekspertizasının 07 mart 2021-ci il tarixli 16/217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “....Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinə bənzər kütlə...” sözləri olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,793 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” sözləri olan kağız paketdəki, 1 (bir) ədəd mavi rəngli polietilen paketdə olan digər 1 (bir) ədəd gör rəngli polietilen paketdə təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 03 may 2021-cu il tarixli 491 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı Azos adlanan yerdən yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığıb toplayaraq öz şəxsi istifadəsi üçün saxlaması əməliyyat məlumatlarında öz əksini tapmış, lakin heroini aldığı naməlum şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 04 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 1,793 qram narkotik vasitə heroinin ekspertizadan sonra qalmış qalığı 1,593 qram heroin və 465 qram narkotik vasitə marixuananın qalığı 464,8 qram marixuana, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. 14 aprel 2021-ci il tarixli, 1572 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 31.03.2021-ci il tarixli cavabından və məhkəmə hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29.12.2011-ci il tarixli qərarına əsasən cəzasının 4 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən onun həmin məhkumluğu ödənilmişdir. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2007 və 2010-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. “Şübhəli şəxsi tutma haqqında” 06 mart 2021-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 08 mart 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxsin məhkumluğu ödənilmiş olsa da yenidən eyni cinayəti törətməsi onun kriminal meylliliyinin davam etməsini göstərir. Məhkəmə həmin halı təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Digər tərəfdən təqsirləndirilən şəxsin iki fərqli narkotik vasitəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsi və saxlaması onun əməlinin ictimai təhlükəliliyinin dərəcəsinin yüksək olduğunu göstərir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədləri baxımından qeyrimümkün hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzasını nisbətən aşağı həddə təyin etməyi məqbul sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Hökmün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, cəza çəkmə müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablanmalı, məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi barədə ekspert rəyi nəzərə alınmaqla cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 1,593 qram heroin və 464,8 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 35 saat hüquqi yardıma görə hər saatı üçün 6 manat olmaqla 210 (iki yüz on) manat pul Müdafiəçi ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz qalıq çəkisi 1,593 qram olan narkotik vasitə heroin və təmiz qalıq çəkisi 464,8 qram olan narkotik maddə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış tam yüzdə səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 35 saat hüquqi yardıma görə 210 (iki yüz on) manat pul Müdafiəçi ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-7/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-7/2022
06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver