Məhkəmə qərarları › İş №1(043)-70/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-70/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-70/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Ağsu rayonu Hacıqədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 236/N19 saylı 11 oktyabr N19-cu il tarixli hökmü ilə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 1 ay müddətinə islah işləri cəzasına və 6000 manat cərimə cəzasına məhkum olunmuş, cərimə cəzasını çəkib qurtarmamış, Abşeron rayonu, Pirəkəşkül-1, N saylı hərbi hissədə qeydiyyatda olmaqla Ağsu rayonu, Hacıqədirli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhərində NN-ci ilin mart-aprel aylarında günü məlum olmayan tarixlərdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edib ona Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə işə düzəldəcəyi barədə yalan vədlər verməkə aldadaraq ümumilikdə N00 (iki min) manat pul alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhərində NN-ci ilin may ayında günü istintaqa məlum olmayan tarixlərdə vahid niyyətlə hissə-hissə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib ona Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə işə düzəldəcəyi barədə yalan vədlər verməkə aldadaraq ümumilikdə 3000 (üç min) manat pul alıb ələ keçirərək dələduzluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək bildirdi ki, o, Abşeron rayonu Pirəkəşkül-1, N saylı hərbi hissədə qeydiyyatda olsa da NN-ci ildən Ağsu rayonu, Hacıqədirli kəndində yaşayır. O, N12-ci ildən NN-ci ilədək olan müddət ərzində Müdafiə Nazilriyinin müxtəlif hərbi hissələrində müddətdən artıq hərbi xidmət edən əsgər kimi xidmət etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şəxsən tanımasa da həmin şəxslərlə telefon vasitəsi ilə Nicat Mustafayevin vasitəsi ilə tanış olmuşdur. NN-ci ilin mart ayının əvvəllərində Nicat ona zəng edib tanışı Zərərçəkmiş şəxs1 hərbi müddətdən artıq hərbi xidmət edən əsgər kimi işə düzəlmək istədiyini demiş və ondan Zərərçəkmiş şəxs1 düzəldə biləcəyini soruşanda o, Nicata bu işi düzəldə biləcəyini demişdir. Bundan sonra Nicat onun mobil nömrəsini Afiqə vermiş, Afiq də ona zəng etmişdir. Bundan sonra o, Afiqə N00 (iki min) manat pulun qarşılığında müddətdən artıq xidmət edən əsgər kimi Müdafiə Nazirliyinin istənilən hərbi hissəsinə işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 ad və soyadını deyib pulu poçt vasitəsi ilə göndərməsini demişdir. Afiq həmin vaxt ona maddi imkanının yaxşı olmadığını deyib pulları hissə-hissə göndərəcəyini demiş, o, da Afiqin dedikləri ilə razılaşmışdır. Zərərçəkmiş şəxs1 ilk dəfə 04 mart NN-ci il tarixdə poçt vasitəsi ilə onun adına 287,8 (iki yüz səksən yeddi manat, səksən qəpik) manat pulu, 06 mart NNci il tarixdə 710,40 (yeddi yüz on manat, qırx qəpik) manat pulu ona göndərmişdir. Həmin pulları o, Ağsu rayonu mərkəzi poçtundan pul göndərilən tarixlərdə nəğdləşdirmiş, 30 mart NN-ci il tarixdə Afiq yenə də ona pul göndərmək istədiyini demiş, həmin gün poçt işləmədiyindən o, həmkəndlisi Hikmət Əliyevin bank kartının şəkilini çəkib Afiqə ataraq pulu həmnin karta vurmasını demişdir. Həmin gün də Afiq 150 manat pulu göndərdiyi bank kartına göndərmiş, o, həmin karta Afiqin göndərdiyi 150 manat pulu Ağsu rayonun mərkəzində yerləşən "xxxx" ASC-nin filialından nəğdləşdirmişdir. Bundan sonra Afiq aprel ayının əvvəllərində poçt vasitəsi ilə ona yenidən 650 manat da pul göndərmiş, o, həmin pulu Bakı şəhəri Sabunçu rayonunda yerləşən poçtdan nəğdləşdirmişdir. Bununla da ümumilikdə Zərərçəkmiş şəxs1 sonuncunu işə düzəltmək adı ilə N00 (iki min) manat pulu almış və aldığı həmin pulları şəxsi məqsədləri üçün xərcləmişdir. NN-ci ilin may ayında Afiq özündən başqa dostu Arzunun da Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi hissələrindən birinə işə düzəlmək istədiyini demişdir. O, da razılaşıb Arzunu da hərbi hissəyə işə düzəldəcəyi barədə yalandan vəd vermişdir. Bundan sonra Afiq onun mobil nömrəsini Zərərçəkmiş şəxs2 vermiş, o, Arzu ilə telefon əlaqəsi saxlayıb sonuncunun işini 3000 manata düzəldəcəyini demişdir. Bundan sonra Afiq ona zəng edib pulunun olmadığını və hissə-hissə göndərmək istədiyini demişdir. O, da sonuncu ilə razılaşmış, bundan sonra o, Hikmətdən almış olduğu kart hesabını Zərərçəkmiş şəxs2 göndərmişdir. Zərərçəkmiş şəxs2 N may NN-ci il tarixdən başlayaraq N iyun NN-ci il tarixədək olan müddət ərzində həmin kart hesabına hissə-hissə ümumilikdə 3000 manat pul ödəmişdir. O, həmin pulları da xərcləmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 verdiyi vədinə əməl etməmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pulları özü xərcləmək məqsədi ilə aldadıb almış, həmin şəxsləri yalandan işə düzəldəcəyi barədə vədlər vermişdir. O, həmin şəxslərdən pulları özü xərcləmək məqsədi ilə aldadıb almış, heç bir vəzifəli şəxsə rüşvət təklif etməmişdir. O, almış olduğu pullardan heç kəsə verməmiş, həmin pulları o, şəxsi məqsədləri üçün xərcləmişdir. Törətdiyi əməldən peşmanlıq çəkir və bir daha belə əmələ yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam həcmdə ödəmiş və onlarla barışıq əldə etmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs iki ildir ki tanıyır, Vasifi əvvəllər onunla birlikdə fəhlə işləyən Nicat adlı şəxsin vasitəsilə tanımış, hal-hazırda Nicat adlı şəxslə heç bir əlaqəsi yoxdur. Nicat ona Vasifin köməkliyi ilə hərbi hissədə gizir kimi işə düzəltdiyini bildirmişdir. Nicat hərbi hissədə işləyən vaxt 1500-1800 manat arası pul almış, sonradan Nicat işdən çıxdığını, 2-ci dəfə isə Vasifin köməkliyi ilə işə bərpa olunacağını bildirmişdir. Buna görə də o, Nicata əgər mümkün olarsa Vasifin ona köməklik etməsini, onun da hərbiyə işə düzəlməsini xahiş etmişdir. Nicat ona Vasifin istifadəsində olan ***-***-**-** nömrəsini vermişdir. Bundan sonra NN-ci ilin mart ayında Vasiflə telefonla danışan zaman işsizlikdən və pulsuzluqdan şikayətlənmiş, telefonla danışarkən Vasif onu hərbiyə düzəldə bilcəyini demiş, hərbidə mühafizəçi işləyəcəyini, ayda 970 manat pul alacağını bildirmişdir. Bunun üçün Vasif ondan N00 manat pul istəmiş, bir ay ərzində işə düzəldəcəyinə söz vermişdir. O, da Vasifə N00 manat pulu bir dəfəyə göndərməyə imkanı olmadığını, hissə-hissə göndərəcəyini demişdir. 04 mart NN-ci il tarixdə "xxxx" MMC-nin Şəmkir MXŞ-dən 287,80 (iki yüz səksən yeddi manat səksən) manat pulu Təqsirləndirilən şəxs adına göndərmişdir. Bundan başqa 06 mart NN-ci il tarixdə "xxxx" MMC-nin Gəncə MXŞ-dən 710,40 (yeddi yüz on manat qırx qəpik) Təqsirləndirilən şəxs Səfa oğlunun adına göndərmişdir. Vasif ona "xxxx" ASC-yə məxsus Şahid adına olan 6768 6755 8030 9746 nömrəli bank kartının şəklini çəkib onun mobil telefonuna göndərmişdir. 30 mart NN-ci il tarixdə Poçt qəsəbəsi Məmmədyarov küçəsində yerləşən «Rövşən» marketdə olan «mill ön» terminalından 150 manat pulu Şahid adına olan 6768 6755 8030 9746 nömrəli bank kartına göndərmişdir. Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən «Əminə» marketdə olan «e-manat» terminalından Şahid adına olan 6768 6755 8030 9746 nömrəli bank kartına təxminən 500-600 manat civarında pul göndərmişdir. Sonucu dəfə göndərdiyi pulun çekini itirmişdir. O, işə düzəlmək üçün Vasifə ümumilikdə təxminən N00 manat pul göndərmiş, pulu göndərdikdən sonra Vasif bir ay ərzində işə çıxacağına ona söz vermişdir. O, bir ay keçdikdən sonra Vasiflə telefonla danışıb iş barəsində maraqlanmış, Vasif hər dəfə onu aldadaraq müxtəlif bəhanələr gətirmişdir. Sonda ona məlum olmuşdur ki, Vasif onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmiş və N00 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsinin şəklini, hərbi bileti, doğum haqqında şəhadətnaməsini, tərcumeyi-hal yazıb şəklini telefon vasitəsilə çəkib Vasifin telefonuna göndərmiş, başqa heç kimə sənəd göndərməmişdir. Təqsirləndirilən şəxs ondan işə düzəlmək üçün N00 manat pul istəməsini və Vasifə N00 manat pul göndərməyini Zərərçəkmiş şəxs2 təsdiq edə bilər. O, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam şəkildə ödədiyini və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs NN-ci may ayından tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. NN-ci ilin may ayında Afiqlə bir yerdə olarkən Afiq bir nəfər şəxslə işə düzəlməsi barədə danışmışdır. Həmin vaxt o, da işsiz olduğu üçün işə düzəlmək istəmişdir. Afiq ona Vasifin mobil telefon nömrəsini vermiş, o, Vasifin mobil telefonuna zəng edib danışarkən pulsuzluqdan şikayətlənmiş, telefonla danışarkən Vasif onu hərbi hissəyə işə düzəldə bilcəyini demiş, bunun üçün Vasif ondan 3000 manat pul istəmiş və bir ay ərzində işə düzəldəcəyinə söz vermişdir. O, da Vasiflə razılaşmış, pulun göndərilməsi üçün Vasif ona "xxxx" ASC-yə məxsus Şahid adına olan 6768 6755 8030 9746 nömrəli bank kartının şəklini çəkib onun mobil telefonuna göndərmişdir. O, da Vasifə 3000 manat pulu bir dəfəyə göndərməyə imkanı olmadığını, hissə-hissə göndərəcəyini demişdir. N may NN-ci ildən başlayaraq Vasifin ona göndərdiyi "xxxx" ASC-yə məxsus plastik karta hissə-hissə pul göndərmişdir. N may NN-ci il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən «Rövşən» marketdə olan «mill ön» terminalından 90 manat pulu Vasifin ona göndərdiyi "xxxx" ASC-yə məxsus plastik karta göndərmiş, 01 iyun NN-ci il tarixdə isə Gəncə şəhəri Atatürk prospekti 147 ünvanında yerləşən «Kamal» marketdən «mill ön» aparatından Vasifin göndərdiyi plastik karta 350 manat, 11 iyun NN-ci il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən «Rövşən» marketdə olan «mill ön» aparatından 750 manat, N iyun NN-ci il tarixdə Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən «Rövşən» marketdə olan «mill ön» aparatından 1800 manat pulu Vasifin göndərdiyi karta göndərmiş, 10 manat pulu isə Vasifə kontur pulu kimi hissi-hissə göndərmişdir. O, işə düzəlmək üçün Vasifə ümumilikdə 3000 manat pul göndərmiş, pulu gödərdikdən sonra Vasif bir ay ərzində işə çıxacağına söz vermişdir. O, bir ay keçdikdən sonra Vasiflə telefonla danışıb iş barəsində maraqlanmış, Vasif hər dəfə onu aldadaraq müxtəlif bahanələr gətirmiş, sonda ona məlum olmuşdur ki, Vasif onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmiş və 3000 manat pulunu ələ keçirtmişdir. O, Təqsirləndirilən şəxs istəyi ilə şəxsiyyət vəsiqəsinin şəklini, Gəncə şəhər 37 saylı tam orta məktəbin 9-cu sinifini bitirməyi haqqında attestatın şəklini, Gəncə şəhər 1 saylı peşə litseyini bitirməyi barədə attestatin şəklini, bərbi biletin şəklini telefon vasitəsilə çəkib Vasifin telefonuna göndərmiş, başqa heç kimə sənəd çəkib göndərməmişdir. Təqsirləndirilən şəxs ondan işə düzəlmək üçün 3000 manat pul istəməsini və Vasifə 3000 manat pul göndərməyini Zərərçəkmiş şəxs1 da təsdiq edə bilər. O, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam şəkildə ödədiyini və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısının qaynı oğludur, qohumudur, həmçinin, həmkəndlisidir. Vasif Həsənov əvvəllər Bakı şəhərində neft şirkətində işləmiş, sonra isə Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində işə düzəlib MAXE kimi cəbhə zonasında işləmiş, axırıncı dəfə isə Vasif Abşeron rayonu Pirəkəşküldə nömrəsini bilmədiyi hərbi hissədə işləmiş, sonradan isə işdən çıxmışdır. Təqsirləndirilən şəxs xeyir və şər işləri ilə əlaqədar olaraq tez-tez kəndə gəlib-getmişdir. NN-ci ilin mart ayında kəndə olarkən Vasif ona bildirmişdir ki, dostunun pul borcu var, poçt vasitəsilə pul göndərəndə əlavə faizlər tuturlar və pul poçt vasitəsilə gec gəlir. Buna görə də Vasif ondan özünə məxsus olan kartı istəmişdir ki, dostu göndərdiyi pulu həmin karta köçürtsün. O, da "xxxx" ASC-dən verilmiş 6768 6755 8030 9746 nömrəli plastik kartını X1 vermiş, təxminən 10 gün keçdikdən sonra Vasif həmin plastik kartı gətirib onun özünə vermişdir. Vasif plastik kartı ona verərkən demişdir ki, dostu həmin karta pul göndərmiş, həmin pulu Vasif kartdan özü çıxartmışdır. N22-ci ilin əvvəllərində Ağsu rayon Polis Şöbəsindən onun mobil telefonuna zəng edib Polis Şöbəsinə çağırmışlar, orada ona izah etmişlər ki, X3 etibardan sui-istifadə edib başqa şəxsi aldadaraq onun adına olan "xxxx" ASC-yə məxsus plastik kartına pul köçürülmüşdür. O, öz adına olan "xxxx" ASC-yə məxsus 6768 6755 8030 9746 nömrəli plastik kartı Təqsirləndirilən şəxs başqa digər şəxsə verməmişdir. O, özünə məxsus olan "xxxx" ASC tərəfindən verilmiş 6768 6755 8030 9746 nömrəli kartdan özünə məxsus təqaüd pulunu çıxartmış, başqa pul çıxartmamış, kartı həmin vaxt Vasif ondan alıb 150 manat pulu Vasif çıxartmışdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Ağsu rayon Mərkəzi Xəstəxanası» X2 alınmış xx.xx.N22-ci il tarixli, 235 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə «Ağsu RMX» PHŞyə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsindən verilmiş xx.xx.N22-ci il tarixli xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 11 oktyabr N19-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1 və 312.1-ci maddələri ilə təqsirli bilinərək c qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 il 1ay müddətinə islah işləri cəzasına və 6000 manat miqdarında cərimə cəzası təyin edilsə də xx.xx.N22ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N21-cı il tarixli “amnistiya aktının tətbiq edilməsi barədə” qərarının 2.8-ci bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1-1(093)-236/N19 nömrəli, 11 oktyabr N19-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1.500 (min beş yüz) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6.000 (altı min) manat miqdarında cərimə təyin edilməsi, Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.N19-cu il tarixli hökmü ilə təyin edilmiş qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 il 1 ay müddətinə islah işləri cəzası bu hökmlə ona təyin edilmiş 6.000 (altı min) manat cərimə cəzasına tam toplanılaraq ona cinayətlərin məcmusu üzrə qəti olaraq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 il 1 ay müddətinə islah işləri və 6.000 (altı min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunması, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yerində çəkməsi və cəzasının əvvəli aylıq qazancından tutulmaların başlandığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya Şöbəsinin 24 iyun N22-ci il tarixli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-236/N19 saylı 11 oktyabr N19-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 32.4, 312.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 01 ay müddətinə hər ay qazancından 15% dövlət nəfinə tutulmaqla islah işləri və 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr N21 -ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs islah işləri cəzasından azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 6000 (altı min) manat miqdarında cəriməni ödəmədiyindən onun barəsində tədbirlər davam etdirilir. İş materiallarına əlavə edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” 25 yanvar N22-ci il tarixli Qərardan görünür ki, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Respublikası Milli Məclisinin 05 noyabr N21-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs islah işləri cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ilə tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadıb onların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus pul vəsaitini keçirməklə onlara müxtəlif məbləğlərdə maddi ziyan vurmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun N15-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun N03-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam həcmdə ödəmişdir, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxslərə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının nisbətən yuxarı həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması” barədə 14 mart N22-ci il tarixli protokoldan və 14 mart N22-ci il tarixi qərardan görünür ki, xx.xx.N22-ci il tarixdən axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.N22-ci il tarixdə saat 17 radələrində Ağsu rayon ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilmiş, 14 mart N22-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 gün həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)-236/N19 saylı 11 oktyabr N19-cu il tarixli hökmü ilə məhkum olunduğu cərimə cəzasını çəkib qurtarmadan hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 11 oktyabr N19-cu il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası, hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi N saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma sərf edilmiş hər saata görə 6 manat olmaqla 1N manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxladığı (tutulduğu) bir gün müddət bir gün həbs müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)-236/N19 nömrəli, 11 oktyabr N19-cu il tarixli hökmü ilə təyin edilmiş 6000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 6000 (altı min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. Cəzanın icrası Ağsu Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin əvvəli həmin şöbədə qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat N:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi N saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma sərf edilmiş hər saata görə 6 manat olmaqla 1N (yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar