Məhkəmə qərarları › İş №1(043)-71/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-71/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-71/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə İmişli rayonu, Şahverdili kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 03 radələrində, Gəncə şəhərinin S.Rəhimov küçəsində yerləşən qeyri-rəsmi mühafizəçisi olduğu tikintisi başa çatmış hazırda fəaliyyət göstərməyən “Alov otel” binasının yaxınlığında X1 əsassız olaraq “Alov otel” binasına oğurluöa cəhd etməkdə günahlandırıb aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəni üzərinə yumruğu ilə ardıcıl zərbələr vurmaqla ona burun sümüyünün sınığı, sol göz ətrafı və burun nahiyələrinin qançırları ilə müşaiyət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və həmin əməli törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman özünü qeyd olunan ittihamla təqsirli bilərək göstərdi ki, yaşadığı Gəncə şəhəri M.Y.Axundzadə küçəsi 44 saylı evin yaxınlığında yerləşən «Alov Otel» binasının sahibi ilə aralarında olan şifahi razılaşmaya görə həmin tikilinin gözətçiliyini həyata keçirir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 03 radələrində həmin tikilin yaxınlığında səs eşidib çıxdıqda bir nəfər şəxsin adını sonradan bildiyi Zərərçəkmiş şəxs hasardan aşaraq getməsini görmüş, onu səslədikdə o oradan qaçmışdır. O Məhərrəm Quluyevin arxasınca qaçıb tutarkən, o dartınıb qaçmaq istəyəndə yumruğu ilə Məhərrəm Quluyevin sifətinə bir dəfə zərbə vurmuşdur. Onun əlindəki sellofon torbaya baxanda, içərisində bir cüt fəhlə əlcəyi, başa taxılan fənər və qara rən açılıb bağlanan cib bıçağı görmüşdür. Həmin vaxt sellofon torbada pul və digər qiymətli əşyalar olmamışdır. Sonra o 102 xidmətinə zəng edib məlumat vermiş və polis oraya gəlib onu Kəpəz RPB-nə aparmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi. O, həmçinin məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsindəki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməsi zərər çəkmiş şəxsin ifadəsi və ekspert rəyi ilə də sübut olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayır. Yaşadığı yer tikintisi aparılan «Alov Otel» binası ilə eyni ərazidədir. Gəncə şəhəri Təmizlik İdarəsində fəhlə işləyir. İşi gecə saatlarında başlayıb səhər 08 radələrinədək qurtarır. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 03 radələrində evdən çıxaraq piyada iş yerindən ona ayrılmış Cavadxan qəsəbəsi ərazisində fəhlələr dayanan yerdən «Əllərin dairəsi» adlanan yer olan sahəyə doğru hərəkət edib yolun kənarında yerləşən və tikintisi aparılan «Alov Otel»-in yaxınlığında olarkən adını sonradan bildiyi X2 əlində fənər ilə ona yaxınlaşıb demişdir: «Sən oğurluğa girmək istəyirsən». O Təqsirləndirilən şəxs cavabında, 102 xidmətinə zəng etməyini və polisin məsələni araşdırmağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bunlara məhəl qoymayaraq yumruğu ilə sifətinə 2 dəfə zərbə vuraraq onu qəsdən döyərək xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs 102 xidmətinə məlumat vermiş və polis oraya gəlib onu Kəpəz RPB-yə aparmışdır. Zərərçəkmiş şəxs, həmçininhazırda təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim edərək cinayət təqibinə xitam verilməsini xahiş etdi. Sadələşdirilmiş icraat materiallarına 36-37 saylı vərəqlərdə əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 250 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün sınığı, sol göz ətrafı və burun nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Sadələşdirilmiş icraat materiallarına 51 saylı vərəqdə əlavə olunmuş arayışdan və 53 saylı vərəqdə əlavə olunmuş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxsin məhkumluğu yoxdur, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, qonşularla münasibəti yaxşı olmuş və onunla bağlı küçə üçlüyünə heç bir şikayət daxil olmamışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 73.2-cimaddəsi ilə cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışması, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 73.2-civə AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin43, 321, 356, 384-cümaddələrini rəhbər tutub QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar