Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-74/2021 17.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon, ev 15, mənzil 67-də pasport qeydiyyatında olan, Tovuz şəhəri, 20 Yanvar küçəsi, ev 8-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 15 avqust 2020-ci il tarixdə saat 07 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 evinin pəncərəsinin qarşısına quraşdırılmış dəmir barmaqlığı və pəncərənin şüşəsini dəmir parçası ilə sındırıb, həmin pəncərədən yaşayış evinə qanunsuz olaraq daxil olub, evin yataq otağının pəncərə hissəsinin qarşısına qoyulmuş iynə-sap qabının içərisində olan 500 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 15 avqust 2020-ci il tarixdə saat 17 radələrində Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisində yaşayan Zərərçəkmiş şəxs3 aldadıb öz bacısının yas mərasimində istifadə etmək üçün qazan lazım olduğunu bildirib inandırmaqla, eyni zamanda Zərərçəkmiş şəxs3 ona olan etibarından sui-istifadə edərək ümumi dəyəri 1200 manat məbləğində iki ədəd mis materialdan olan qazanlarını ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 25 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 3cü mikrorayon, Təzə Məhəllələr yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs2 yaşayış evinə, evin arxa tərəf hasarından aşaraq əvvəl evin həyətinə, sonra isə evin hamam hissəsinin həyət tərəfdə olan pəncərəsinin dəmir barmaqlığını əlində olan dəmir açarla çıxarıb pəncərədən qanunsuz olaraq yaşayış evinə daxil olub, oradan Zərərçəkmiş şəxs2na məxsus 400 manat dəyərində bir ədəd lepkalı xalçanı, 200 manat dəyərində bir ədəd tüklü xalçanı, üç ədəd 500 manat dəyərində müxtəlif ölçülü xalçaları və bir ədədi 130 manata olmaqla on ədəd 1300 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan «Özdilek» markalı yataq dəstinin üzlüklərini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2na ümumilikdə 2400 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 26 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 3cü mikrorayon, Təzə Məhəllələr yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs2 yaşayış evinə, evin arxa tərəf hasarından aşaraq ilk olaraq evin həyətinə, sonra isə evin hamam hissəsinin həyət tərəfdə olan pəncərəsindən yaşayış evinə qanunsuz olaraq daxil olub, oradan Zərərçəkmiş şəxs2na məxsus hər biri 750 manat dəyərində iki ədəd iri ölçülü xalçaları, dəyəri 200 manat olan «Diana» markalı xalçanı, üç ədəd ümumi dəyəri 300 manat dəyərində kavrolet tipli yay xalçalarını, bir ədədi 20 manata olmaqla səkkiz ədəd Türkiyə Respublikasının istehsalı olan «Özdilek» markalı iri ölçülü bədən dəsmallarını və bir ədədi 10 manata olmaqla doqquz ədəd Türkiyə Respublikasının istehsalı olan «Özdilek» markalı əl-üz dəsmallarını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2na ümumilikdə 2250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 ilə Tovuz rayonunda eyni küçədə yaşayırlar. Zərərçəkmiş şəxs1 və arvadının mütəmadi olaraq, hər gün səhər saat 06:00 radələrində yaşadıqları evdən çıxıb bazara qab-qacaq satmaq üçün getdiklərini bilirdi. Həmin şəxslər evdə tək yaşadıqları üçün evdən çıxdıqdan sonra evdə heç kim olmurdu. 15 avqust 2020-ci il tarixdə, saat 07:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında olarkən həmin evdən nə isə oğurlamaq üçün evə daxil olmaq qərarına gəlmişdir. Evin pəncərəsinin qarşısına quraşdırılmış dəmir barmaqlığı və pəncərənin şüşəsini dəmir parçası ilə sındırıb, həmin pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra isə evin otaqlarında axtarış aparmağa başlamışdır. Evdən pəncərənin qarşısında olan qabın altında qoyulmuş 500 manat pulu götürüb daxil olduğu pəncərədən də çölə çıxmışdır. Oğurladığı 500 manat pulu müxtəlif kafe və restoranlarda yeyib-içməyə xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 məxsus 2 ədəd mis qazanları da ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 onun nənəsinin və dayısının qonşusu olmuşdur. Həmin şəxslərin evində mis qazanlar olduğunu bilirdi. 19 avqust 2020-ci il tarixdə, saat 16 radələrində o, tanışı Tovuz rayon ərazisində taksi kimi fəaliyyət göstərən Kamrana zəng edib onunla görüşmüş, Kamrandan borca pul istədiyi üçün ona 40 manat pul vermişdir. Bundan sonra isə o, Gəncə şəhərinə getməli olduğunu və Gəncə şəhərinə çatdıqda borcunu qaytaracağını Kamrana bildirmişdir. Sonra o, Kamranın idarə etdiyi avtomobilə əyləşmiş, Tovuz rayon ərazisindəki “Target” adlı marketin yanında olarkən isə Kamrandan Bozalqanlı kəndinə tərəf dönməsini tələb etmiş və onlar Bozalqanlı kəndində yaşayan Rahiləgilin evinə tərəf getmişlər. Kamran çöl tərəfdə gözləmiş, o isə Rahiləgilin evinin qapısından evin həyətinə daxil olmuşdur. O, həyətə daxil olduqda Rahilə ilə qarşılaşıb “Mişka”nın bacısı oğlu, o cümlədən Havanın isə nəvəsi olduğunu bildirib Rahiləyə tanışlıq verdikdən sonra bacısının yas mərasimində istifadə etmək üçün 3 günlük qazan lazım olduğunu bildirmişdir. Söhbət əsnasında Rahilə öz aralarında 2 ədəd qazan üçün 15 manat icarə haqqı müqabilində razılaşmışlar və söhbətin davamında o, bacısının yas mərasimini yola verdikdən sonra qazanları gətirib qaytaracağını Rahiləyə bildirmişdir. Bundan sonra o, qazanları Rahilədən götürüb evin həyətindən çıxmış və 2 ədəd qazanı Kamrana məxsus avtomobilin baqajına qoymuşdur. Kamrana məxsus avtomobilə əyləşib Gəncə şəhərinə getmək üçün yola çıxmışlar. Kamran həmin qazanların nə üçün götürüldüyünü ondan soruşanda o, həmin qazanları bacısının yas mərasimi üçün götürüb özü ilə Gəncə şəhərinə apardığını bildirərək ona yalan danışmışdır. Gəncə şəhərinə çatmamış o, yolda olarkən söhbət əsnasında Kamrana həqiqəti deməli olmuşdur. Bundan sonra Kamran əsəbiləşərək onu Gəncə şəhəri Sevinc qəsəbəsində avtomobildən endirmiş və özü isə ondan uzaqlaşaraq getmişdir. Bundan sonra o, qazanları da götürüb taksi kimi fəaliyyət göstərən avtomobillərdən birinə əyləşmiş, dəmir alqı-satqısı ilə məşğul olan Xaliq adlı şəxslə Gəncə şəhəri Sevinc qəsəbəsində görüşmüş, həmin mis qazanları Xaliqə 210 manat pulun müqabilində satmışdır. O, əldə etdiyi pulu müxtəlif kafe, restoran və s. yerlərdə yemək-içməyə xərcləmişdir. Bundan başqa o, 2020-ci ilin oktyabr ayında xalası X2 yaşadığı Gəncə şəhəri, 3-cü mikrorayon təzə məhəllələrdə yerləşən fərdi yaşayış evindən də müxtəlif vaxtlarda iki dəfə oğurluq cinayəti törətmişdir. Belə ki, 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinə raket atılması ilə əlaqədar olaraq xalası Pərvanə ailəsi ilə birlikdə Tovuz şəhərinə gedib onların yaşadığı evdə qalmışlar. O, da xalasının evdə olmadığını görüb özünün ehtiyacı üçün fikirləşmişdir ki, xalasının evinə girib oğurluq etsin, müəyyən əşyaları satıb pul əldə etsin. Bu səbəbdən də 25 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində o, xalasının yaşadığı, Gəncə şəhəri, 3-cü mikrorayon təzə məhəllələrə gəlmiş, evin arxa tərəf hasarından aşaraq əvvəl evin həyətinə, sonra isə evin hamam hissəsinin həyət tərəfdə olan pəncərəsinin dəmir barmaqlığını əlində olan dəmir açarla çıxarıb pəncərədən evə daxil olmuşdur. O, ilk dəfə 5 ədəd müxtəlif ölçülərdə xalça, eyni zamanda 10 ədəd yataq dəstinin üzlüklərini götürmüşdür. Xalasının evindən oğurladığı xalçalar bir ədəd lepkalı, bir ədəd tüklü, üç ədəd müxtəlif ölçülü xalçalar olmuşdur. O, xalçaları və üzlükləri pəncərədən həyətə atmış, özü də evə daxil olduğu qaydada həyətə düşmüş, əvvəl evin giriş qapısını açmaq istəmiş, seyf qapını aça bilmədiyinə görə hamamın pəncərəsindən geri qayıdıb həyətə düşmüşdür. Sonra o, evin giriş qapısını həyət tərəfdən ümumi qaydada açıb çölə çıxaraq küçədən VAZ-2106 markalı taksi avtomobili çağırmışdır. O, evin giriş qapısını taybatay açmış və taksi avtomobili içəri daxil olmuşdur. O, oğurladığı 5 ədəd xalçanı, can və əl dəsmallarını taksi avtomobilinə yığıb sürücüyə «Təndir-Kürə çörəyi» deyilən yerə sürməsini tapşırmışdır. O «Təndir-Kürə çörəyi» sexinin arxa tərəfində əşyaları avtomobildən boşaltmış, taksi sürücüsünə pul verib yola salmışdır. Bundan sonra o, «Təndir-Kürə çörəyi» sexinə girmiş, orada işləyən şəxslərə bildirmişdir ki, türk tanışı müflis olduğu üçün Türkiyə Respublikasına gedir və ev əşyalarını bir az ucuz qiymətə satır. Orada olan şəxslər gəlib xalçalara və digər əşyalara baxmışlar. O, həmin şəxslərlə müəyyən məbləğə razılaşıb xalası Pərvanənin evindən oğurladığı əşyaları satmışdır. Bundan başqa, o, 26 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində yenidən xalasının evində olan başqa xalçaları, yataq dəstlərini və qalan dəsmalları da oğurlamaq üçün yenə də eyni qaydada xalası Pərvanənin evinə hamamın pəncərəsindən daxil olmuş, yenə də yay və iri ölçülü xalçaları, can və əl dəsmallarını sellofan torbada oğurlayıb həyətə yığmış, sonra yenə də çölə çıxıb taksi şirkətinə zəng vurub taksi çağırmışdır. VAZ-21150 markalı avtomobil oraya gəlmişdir. O, yenə də evin giriş qapısını taybatay açmış və taksi avtomobili içəri daxil olmuşdur. O, oğurladığı əşyaları taksiyə yığmaq istəyəndə qonşuluqda yaşayan Laçın adlı qadın onu görmüşdür. Pərvanənin evdə olubolmadığını soruşanda o, yalandan demişdir ki, guya dayısı evdədir və əşyaları aparmağı xalası bilir. Taksi sürücüsü avtomobilin yük üçün deyil, sərnişin üçün olduğunu deyəndə o, yük pulunu əlavə verəcəyini bildirmişdir. O, xalçaları və digər əşyaları avtomobilə yığıb yenə də «Təndir-Kürə çörəyi»nin yanına sürməyi sürücüyə bildirmişdir. Oğurladığı əşyaları sexin arxasında avtomobildən boşaltmışdır. O, oğurladığı əşyaları yenə də türkün əşyaları olmasını deyib çörək bişirmə sexində işləyən 3 nəfər şəxsə satmışdır. O, satdığı əşyalardan əldə etdiyi pulların hamısını xərcləmişdir. Həmin cinayətləri özü tək törətmiş, nə taksi sürücüləri, nə də oğurladığı əşyaları satdığı şəxslər əşyaların oğurluq olduğunu bilməmişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, arvadı Şahid11 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Həmin evdə onlardan başqa heç kim yaşamır. 15 avqust 2020-ci il tarixdə, saat 06:30 radələrində o, yaşadığı evdən arvadı ilə birlikdə çıxıb Tovuz rayon Mərkəzi Bazarına getmişdir. Onlar həmin bazarda özlərinə məxsus mağazada qab-qacaq satmaqla məşğuldurlar. Onlar bazarda işlərini yekunlaşdırdıqdan sonra saat 12:00 radələrində bazardan çıxıb evə qayıtmışlar. Onlar bazardan evə gəldikdən sonra çöl qapını açarla açıb evin həyətinə daxil olmaq istəsələr də, qapının açılmadığını görmüşlər. Bu səbəbdən də o, qonşudan pilləkən alıb pilləkəndən istifadə edərək evin hasarından aşıb evin həyətinə düşmüşdür. Evin həyətinə düşdükdə isə qapının arxa tərəfindən qapını bağlamaq üçün istifadə edilən siyirməli qıfılın çəkildiyini, yəni qapının bağlandığını görmüşdür. O, qıfılı çəkib qapını açdıqdan sonra arvadı ilə birlikdə həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra qapını açıb evin binasına girdikdə isə girişdəki ilk otaqda, sağ tərəfdəki divarda yerləşən pəncərənin açıq vəziyyətdə olduğunu, pəncərənin şüşəsinin isə sındırıldığını, qırılmış şüşələrin evin daxilinə töküldüyünü görmüşdür. O, pəncərəyə yaxınlaşdıqda isə pəncərənin çöl tərəfində olan dəmir barmaqlığın güc tətbiq edilərək yerindən qoparıldığını görmüşdür. O, evindən oğurluq etmiş şəxsin evinə pəncərədən daxil olduğunu başa düşmüşdür. Çünki həmin pəncərənin alt tərəfində, yəni evin bağı tərəfdə biri uzun, digəri isə qısa olmaqla iki ədəd dəmir boru olmuş, həmin borulardan uzun olan qaz borusu kimi də istifadə edilir. O, isə həmin boruları istifadə etmədiyindən artıq uzun müddətdir ki bağda yerləşən “əl damı” adlandırdığı balaca binanın yaxınlığına qoymuş, hazırda isə həmin dəmir borular, yəni qaz borusu pəncərənin alt tərəfində olmuşdur. O, başa düşmüşdür ki, oğurluq etmiş şəxs həmin boruları qoyulduğu yerdən götürüb dəmir barmaqlığı qopararkən istifadə etmişdir. Evin daxilinə tökülmüş şüşə qırıqları ilə yanaşı pəncərənin ağzında olan iynə-sap qabı da yerə düşmüşdür. Onun evində yalnız 500 manat məbləğində pulları olmuş, həmin pulu arvadı şüşəsi sındırılmış pəncərənin ağzındakı iynəsap qabının altına qoymuşdu. O, arvadı ilə birlikdə iynə-sap qabının qoyulduğu pəncərə ağzına baxanda isə 5 ədəd 100 manatlıq əsginas şəklində olan 500 manat pulun yerində olmadığını görmüşlər. O, arvadı ilə birlikdə evin digər otaqlarına da baxış keçirtmişlər. Hər iki mərtəbədəki otaqlara baxış keçirdikdə isə otaqların hamısının dağıldığını görmüşlər. Oğurluq hadisəsi nəticəsində onun evindən yalnız 500 manat pul oğurlanmış, digər hər hansı bir əşya və ya sənəd oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs hadisə olan günədək tanımamışdır. 19 avqust 2020-ci il tarixdə, saat 16 radələrində Ruslan onun yaşadığı evə gəlmiş və qapını döydükdən sonra evin həyətinə daxil olmuşdur. Onunla salamlaşdıqdan sonra qonşuluqda yaşayan “Mişka”nın bacısı oğlu, Havanın isə nəvəsi olduğunu bildirmişdir. Ruslan söhbət əsnasında adlarını çəkdiyi şəxsləri qeyd edərək onunla tanışlıq yaratdıqdan sonra bacısının yas mərasimi olduğunu bildirmiş və ondan dayısı “Mişkanın” bu səbəbdən 2 ədəd mis qazan istədiyini bildirmişdir. Mişka ləqəbli qonşusunun, o cümlədən Havanın adlarını çəkdiyi üçün o, Ruslana etibar etmiş və 2 ədəd mis qazanları ona vermişdir. Ruslan isə evin həyətində, çardağın alt hissəsinə qoyulmuş qazanları götürüb darvazadan küçəyə çıxmışdır. Həmin vaxt evin həyətində Ruslanla etdiyi söhbətlərə şahidlik etmiş gəlini Şahid6 Ruslanın ardı ilə küçəyə çıxmış, geri qayıdıb ona bildirmişdir ki, Ruslan qara rəngli, bir nəfər cavan oğlanın idarə etdiyi taksi avtomobilinə əyləşərək evin qabağından uzaqlaşmışdır. Səhərisi gün, saat 16 radələrində onunla qonşuluqda yaşayan “Mişka”nın yaşadığı evə gedib bir gün əvvəl Ruslana verdiyi 2 ədəd qazanını istəyəndə Mişka həmin qazanlardan heç bir xəbəri olmadığını bildirmişdir. Söhbət əsnasında Mişka ona bildirmişdir ki, son vaxtlar qohumları içərisində heç kim üçün yas mərasimi təşkil edilməmiş, heç bir qohumu rəhmətə getməmişdir. Ruslan hər birinin dəyəri 600 manat olmaqla 2 ədəd mis qazanları ondan yasda istifadə edəcəyi adı ilə aldadıb götürmüşdür. Həmin qazanların hər ikisi də təxminən 35 il bundan əvvəl kustar üsulla hazırlanmış, istismara tam yararlı, saz vəziyyətdə olan, 40 litr həcmindəki, təzə qalaylanmış mis qazanlar olmuşdur. Ona məxsus olan hər iki qazanların ağız hissəsində kiril əlifbası ilə “Musa” sözü və “F” hərfi yazılmış, həmin “F” hərfi “Musa” yazısındakı Musa adı mərhum qonşusunun atası Fərhad mənasını bildirir, Musa adlı qonşusu öldükdən sonra isə həmin qazanlar ona məxsus olmuşdur ki, o, da həmin qazanlardan qonşuların toy və yas mərasimlərində istifadə etmələri üçün vermişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısının oğludur. 12 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə atılan raket bombaları ilə bağlı o, azyaşlı qızı Məryəm və qardaşı Aslanla birlikdə Tovuz şəhərində yaşayan anası Gülarənin evinə getmişdir. Ruslan da öz ailəsi ilə birlikdə orada qalmışdır. Onlar getdikdən bir-iki gün sonra Ruslan harasa getmiş, lakin onun getməsini bilməmişdir. 19 oktyabr 2020-ci il tarixdə səhər saatlarında o, taksi ilə yaşadığı evə gəlib uşağa pal-paltar götürüb yenidən axşam saatlarında qayıdıb Tovuz şəhərində yaşayan anasıgilə getmiş və orada qalmışdır. 26 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində qonşusu Laçın ona zəng vurub bildirmişdir ki, bacısı oğlu Ruslan onun evinə gəlib taksi ilə xalça və digər əşyalar aparmışdır. Həmçinin Laçın bildirmişdir ki, 2 gün əvvəl də Ruslan onun evindən əlində iri çantalar çıxıb gedəndə Laçın Ruslandan onun evindən nə aparmasını soruşanda Ruslan, Laçına onun qardaşı Aslanın onun evində olmasını, palpaltar aparmasını, guya bu barədə onun xəbərinin olmasını demişdir. Laçın ona zəng edən günü artıq Ruslanın əşyaları taksi avtomobili ilə aparmasını görüb onun hərəkətindən şübhələnərək ona zəng vurub bu barədə bildirmişdir. Laçın bu barədə ona zəng edib deyəndən sonra o, artıq bilmişdir ki, Ruslan onun evindən oğurluq etmişdir. O, bunu eşidib dərhal DİN-nin 102 Xidmətinə məlumat vermiş, özü də taksi ilə Tovuz şəhərindən öz evinə Gəncə şəhərinə gəlmişdir. O, evə daxil olanda evin küçə tərəf giriş qapısının açıq olmasını görmüş, daha doğrusu balaca gediş-gəliş qapısı yenə də kilidlə bağladığı üçün bağlı olmuş, sadəcə olaraq yekə qapılar arxadan açılmışdır. O, evinə daxil olanda görmüşdür ki, hamamın pəncərəsinin dəmir barmaqlığı və pəncərənin çərçivə hissəsi sındırmaqla evə daxil olunmuşdur. O, əvvəlcə evdən oğurlanmış əşyalarını tam dəqiqləşdirə bilmədiyi üçün təxmini olaraq bir ədədi 130 manat olmaqla 13 ədəd 1690 manat dəyərində «Özdilek» markalı yataq dəstlərinin, bir ədədi 30 manat olmaqla 20 ədəd 600 manat dəyərində «Özdilek» markalı dəsmalların, ümumi dəyəri 2900 manat olmaqla 07 ədəd xalçaların, ümumi dəyəri 1500 ABŞ dolları olmaqla 02 ədəd xalçaların, dəyəri 300 manat olan pərdələrin və 500 manat dəyərində «Diana» markalı yataq örtüyünün oğulanmasını bildirmiş, bu barədə ərizə və izahat vermişdir. O, şikayət etdikdən sonra evini axtarmağa başlamış, oğurlanmış əşyalarını dəqiqləşdirib bilmişdir ki, onun evindən 01 ədədi 130 manat olmaqla 10 ədəd 1300 manat dəyərində «Özdilek» markalı yataq dəstləri, 01 ədədi 30 manat olmaqla 08 ədəd 240 manat dəyərində «Özdilek» markalı can dəsmalları, 01 ədədi 10 manat olmaqla 09 ədəd ümumi dəyəri 90 manat dəyərində «Özdilek» markalı əl dəsmalları, 02 ədəd işlənməmiş, açılmamış vəziyyətdə olan, qiyməti dollarla deyilsə də manatla hesablayıb 1500 manat verib aldığı 02 ədəd xalçalar, uzunluğu 5 metr, eni 3 metr ölçüdə lepkalı dəyəri 400 manat dəyərində 01 ədəd xalça, eni 2 metr, uzunluğu 3 metr olan tüklü 300 manat dəyərində 01 ədəd xalça, eni 1,5 metr, uzunluğu 2 metr ölçüdə 200 manat dəyərində 01 ədəd xalça, eni 2 metr, uzunluğu 3 metr ölçüdə eyni formalı, eyni qiymətə, hər birinin qiyməti 200 manat olmaqla 02 ədəd xalçalar, 01 ədəd işlənməmiş vəziyyətdə «Diana» markalı dəyəri 300 manat olan yay xalçası, 02 ədəd qara-ağ rəng qarışığı olan tüklü hər birinin qiyməti 150 manat olan «Kovralet» adlandırılan yay xalçaları, 01 ədəd 2-ci mərtəbənin dəhlizindən 150 manat dəyərində yay xalçası oğurlanmışdır. Ona məlum olmuşdur ki, əvvəl yazdığı pərdələr, yataq örtüyü onun evindən oğurlanmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5180 manat məbləğində maddi ziyan dəymişdir. O, oğurluq hadisəsindən sonra Ruslanın onun əşyalarını Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Kürə-Təndir» adlanan yerin arxa tərəfinə aparmasını bilib oraya getmiş, orada ona məlum olmuşdur ki, Ruslan onun evindən oğurlanmış əşyalarını həmin Kürə-təndirdə işləyən Azər, Günel və Rəzmiyyə adlı işçilərə ucuz qiymətə satmışdır. O, həmin şəxslərlə görüşüb Ruslanın şəklini göstərmişdir. Ona bildirmişlər ki, Ruslan özü tək aparıb satmış, həmin şəxslərə yalandan demişdir ki, guya həmin əşyalar bir türk vətəndaşınındır, türk çıxıb Türkiyəyə getdiyi üçün ucuz qiymətə satır. Ruslan satdığı əşyaların oğurluq olduğunu həmin şəxslərə bildirməmişdir. Ekspertiza rəyi ilə bağlı bildirir ki, o, «Özdilek» markalı iri ölçülü bədən dəsmallarını birini 20 manata almış, rəydə o qiymət düzgün yazılmışdır. Amma 02 ədəd iri ölçülü, eni 4 metr olan, uzunluğu 5 metr olan xalçaların hər birini 750 manata almış, rəydə isə o qiymət 300 manat göstərilib, o, rəydəki qiymətlə razılaşmır. O xalçaları heç işlətməmiş, ondan sonra eni 3 metr, uzunluğu 5 metr olan lepkalı xalçanı da 400 manata almış, lepkalı xalçanın da qiyməti tam yadındadır, rəydə o xalçanın da qiyməti az göstərilmişdir, 150 manat göstərilmişdir, o qiymətlə də razılaşmır. Ondan sonra olan bir xalçanı, eni 2 metr, uzunluğu 3 metr olan tüklü xalçanın qiyməti yazılmayıb, o xalçanın qiymətini 300 manat yazdırmış, o, xalça 200 manat dəyərindədir. O, həmin xalçanı 200 manata almış, ondan sonrakı müxtəlif ölçülü 03 ədəd xalçaların qiymətini də 600 manat yazdırmışdır. Ən azı o xalçalara da 500 manat pul vermiş, 100 manat artıq yazdırmış, yay xalçaların qiymətini təxmini yazdırmışdır, 04 ədəd xalçalara 750 manat yazdırmış, rəydə biri 30 manat göstərilmişdir. O qiymətlə razı deyil. O xalçalardan «Diana» markalı olan xalçaya 200 manat vermiş, o birilərinə isə hər birinə də təxminən 100 manat pul vermişdir. Yəni, 4 ədəd yay xalçalarına da 500 manat pul vermişdir. Rəydə yazılmayan yataq dəstinin də bir dəstini 130 manata almışdır. «Özdilek» markalı idi, o dəstlərə də 1300 manat pul vermiş, 10 dəst olmuşdur. Beləliklə, oğurluq nəticəsində ümumilikdə ona 4650 manat dəyərində ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, 19 avqust 2020-ci il tarixində, saat 16 radələrində o, qaynanası Rahilə ilə birlikdə evin həyətində olan vaxt adının sonradan bildiyi Ruslan adlı şəxs onların yaşadıqları evə gəlmiş, qapını döydükdən sonra evin həyətinə daxil olmuşdur. Ruslan evin həyətinə daxil olduqdan sonra qonşuluqda yaşayan “Mişka”nın bacısı oğlu, Havanın isə nəvəsi olduğunu bildirib onunla və qaynanası ilə tanışlıq yaratmışdır. Bunda sonra isə bacısının yas mərasimi olduğunu bildirib dayısı “Mişkanın” bu səbəbdən 2 ədəd mis qazan istədiyini qaynanasına bildirmişdir. Ruslan “Mişka” ləqəbli qonşusunun, o cümlədən Havanın adlarını çəkdiyi üçün onlar Ruslana etibar etmişlər və 2 ədəd mis qazanları ona vermişlər. Ruslan qazanları götürüb evdən çıxdıqdan sonra o, da Ruslanın ardı ilə küçəyə çıxanda görmüşdür ki, Ruslan qara rəngli, bir nəfər cavan oğlanın idarə etdiyi taksi avtomobilinə əyləşərək evin qabağından uzaqlaşıb getmişdir. Növbəti gün isə qaynanası Rahilə Mişkanın evinə qazanları geri almaq üçün gedəndə Mişka onun qaynanasına bildirmişdir ki, qazanlardan heç bir xəbəri yoxdur. Bundan sonra onun avtomobil barədə dediyi əlamətlər əsasında əri Etibar Tovuz şəhər, Mərkəzi Avtovağzalına gedib həmin taksi sürücüsü barədə maraqlananda məlum olmuşdur ki, həmin şəxs Tovuz şəhər sakini Kamran adlı şəxsdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin taksiyə əyləşib qazanları Gəncə şəhərinə aparmışdır. Bundan sonra onlar hadisə barədə Tovuz RPŞ-yə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o da Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri Atatürk prospektində yerləşən Təndir-Kürə sexində təndirçi işləyir. 26 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində o, iş yoldaşları satıcı Rəzmiyyə və Günellə birlikdə işdə olan vaxt əvvəllər tanımadığı, sonradan adını Ruslan kimi bildiyi bir oğlan onların iş yerinə gəlib bildirmişdir ki, bir türk tanışı, iş adamı bazarda müflis olduğu üçün Ruslandan xahiş edibdir ki, ev əşyalarını satsın və türk də çıxıb Türkiyə Respublikasına gedir. Onlar Ruslandan əşyaların qiyməti ilə maraqlanmışlar. Ruslan da bildirmişdir ki, «əşyalar çoxdur», hətta bildirmişdir ki, «çox alana güzəşt də olunacaqdır». O, ümumilikdə 105 manat pulun məbləğində Ruslandan bir ədəd kiçik ölçülü ayaqaltı xalça, 2 dəst yataq örtüyü-üzlükləri almışdır. Ruslan əlavə olaraq yay və digər ayaqaltı xalçalar olduğunu bildirsə də o, maddi imkanı olmadığını söyləmişdir. Ondan başqa iş yoldaşları Günel və Rəzmiyyə də xalçalardan, yataq örtüyü-üzlüklərdən, dəsmallardan almışlar. Bundan sonra Ruslan yenə də bir neçə dəfə gəlib əlavə əşyalardan, yəni, üzlüklərdən, dəsmallardan, xalçalardan satmasını bildirmiş, amma onlar artıq aldıqları üçün Ruslandan daha heç nə almamışlar. Ruslan onların yanına tək gəlmiş, həmişə də ayrı-ayrı taksi avtomobilləri ilə gəlmişdir. Ruslan əşyaları gətirib tək satmış, onun yanında heç kim olmamışdır. Ruslanın gətirdiyi əşyalar xalçalar, ayaqaltı xalçalar, əl-can dəsmalları, yataq örtüyü-üzlükləri olmuşdur. Ruslan bir neçə dəfə gəlibgetdiyi üçün, hər dəfə də gündüz saatlarında gəldiyi üçün onlar Ruslanın hərəkətlərindən şübhələnməmişlər. Bundan sonra Pərvanə adlı şəxs onların işlədiyi çörək bişirmə sexinə gəlib əşyaları barədə deyəndə onlar Ruslandan əşyalar aldıqlarını etiraf etmişlər və o, Ruslandan aldığı əşyaların hamısını təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri Atatürk prospektində yerləşən Təndir-Kürə sexində satıcı işləyir. 26 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində o, iş yoldaşları təndirçi Azər və Günellə birlikdə işdə olan vaxt əvvəllər tanımadığı, sonradan adını Ruslan kimi bildiyi bir oğlan onların iş yerinə gəlib bildirmişdir ki, bir türk tanışı, iş adamı bazarda müflis olduğu üçün Ruslandan xahiş edibdir ki, ev əşyalarını satsın, türk də çıxıb Türkiyə Respublikasına gedir. Onlar Ruslandan əşyaların qiyməti ilə maraqlananda bildirmişdir ki, «əşyalar çoxdur», hətta bildirmişdir ki, «çox alana güzəşt də olunacaqdır». O, Ruslanın gətirdiyi xalçalara baxıb 100 manat dəyərində eni 3 metr, uzunluğu 4 metr ölçüdə lepkalı bir ədəd xalça, ümumilikdə 145 manat pulun müqabilində iki dəst yataq örtüyü, iki ədəd əl dəsmalı, bir ədəd kiçik ölçülü qara ayaqaltı xalça, iki ədəd kiçik ölçülü ağ ayaqaltı xalça, bir ədəd eni 2 metr, uzunluğu 3 metr ölçüdə xalça almışdır. Ruslan həmin əşyalara ümumilikdə 200 manat desə də o, 145 manat pulun müqabilində həmin əşyaları almışdır. Ondan başqa iş yoldaşları Günel, Azər də xalçalardan, yataq örtüyü-üzlüklərdən, dəsmallardan almışlar. Ruslan onların yanına tək gəlmiş, həmişə də ayrı-ayrı taksi avtomobilləri ilə gəlmişdir. Ruslanın gətirdiyi əşyalar xalçalar, ayaqaltı xalçalar, əl-can dəsmalları, yataq örtüyü-üzlükləri olmuşdur. Onlar Ruslanın hərəkətlərindən şübhələnməmişlər, Ruslan satdığı əşyaların az işlənmiş əşyalar olduğunu bildirdiyi üçün onlar da fikirləşmişlər ki, türk iş adamı müflis olub gedibsə yəqin ona görə əşyaları bir az dəyərindən ucuz qiymətə satır. Bundan sonra Pərvanə adlı şəxs onların işlədiyi çörək bişirmə sexinə gəlib əşyaları barədə deyəndə onlar Ruslandan əşyalar aldıqlarını etiraf etmişlər və o, Ruslandan aldığı əşyaların hamısını geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri Atatürk prospektində yerləşən Təndir-Kürə sexində təndirçi işləyir. 25-26 oktyabr 2020-ci il tarixlərdə o, iş yoldaşları təndirçi Azər və Günellə birlikdə işdə olan vaxt əvvəllər tanımadığı, sonradan adını Ruslan kimi bildiyi bir oğlan onların iş yerinə gəlib bildirmişdir ki, bir türk tanışı, iş adamı bazarda müflis olduğu üçün xahiş etmişdir ki, həmin türkün ev əşyalarını satsın, türk də çıxıb Türkiyə Respublikasına gedir. Onlar Ruslandan əşyaların qiyməti ilə maraqlanmışlar, Ruslan da bildirmişdir ki, «çox alana güzəşt də olunacaqdır». O, Ruslanın gətirdiyi xalçalara baxmış, o, ümumilikdə 125 manat pulun müqabilində Ruslandan eni 3 metr, uzunluğu 4 metr ölçüdə bir ədəd xalça, kiçik ölçülü bir ədəd yay ayaqaltı xalça və iki ədəd yataq dəstlərinin üzlüklərini almışdır. Ondan başqa iş yoldaşları Rəzmiyyə, Azər də xalçalardan, yataq örtüyü-üzlüklərdən, dəsmallardan götürmışlər. Ruslan özünün şəxsiyyət vəsiqəsini onlara əminliklə göstərdiyi və gündüz saatlarında gəldiyi üçün onlar Ruslanın hərəkətlərindən şübhələnməmişlər. Bundan sonra Pərvanə adlı şəxs onların işlədiyi çörək bişirmə sexinə gəlib əşyaları barədə deyəndə onlar Ruslanın satdığı əşyaların oğurluq olduğunu bilmiş və Ruslandan aldığı əşyaların hamısını təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, o, özünə məxsus olan VAZ-21150 markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə arabir taksi fəaliyyəti ilə məşğul olur. 26 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində o, Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın qarşısında dayanıb sifariş gözləyən vaxt ona sifariş gəlmişdir ki, 3-cü mikrorayona, təzə məhəlllər tərəfə getsin, sifarişin qiyməti təxminən 2 manata yaxın olmuşdur. O, sifariş edilən şəxsin mobil nömrəsi ilə əlaqə saxlamış, həmin şəxs olduğu yeri ona bildirmişdir. O, oraya gələndə görmüşdür ki, məhəllə evidir, evin çöl tərəf giriş qapısı taybatay açıqdır. Bir nəfər cavan oğlan onu qarşılayıb bildirmişdir ki, o, avtomobili həyətə salsın və bir az yığılası əşya var. O, yük avtomobili olmadığını, sərnişin üçün olduğunu deyəndə həmin şəxs ona yükə görə əlavə pul verəcəyini dediyi üçün o, başqa heç nə bildirməmiş, avtomobili həyətə salmışdır. Həmin oğlan əşyaları maşına yığmışdır. Həmin vaxt qonşudan bir gəlin onlar çıxanda sonradan adını Ruslan kimi bildiyi şəxslə görüşüb hal-əhval tutmuş və sonra çıxıb getmişdir. Onlar Atatürk prospektində Kürətəndirin arxa tərəfinə gemişlər. Ruslan əşyaları özü tək təndirin arxa tərəfinə boşaltmış, sonra ona 5 manat vermişdir. Həmin günün ertəsi onu Kəpəz polisinə çağırmışlar və o, gedib izahat vermişdir. O, əşyaların oğurluq olmasını bilməmiş, Ruslan bu barədə ona heç nə deməmişdir. Ruslanın günün günorta vaxtı sərbəst evə gəlməsi, əyşaları yığması, hətta qonşu qadınla da salamlaşmasına görə o, Ruslandan şübhələnməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 oğlunun ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin avqust ayından etibarən tanıyır. O, Gəncə şəhərində yaşasa da ailəsini dolandırmaq üçün nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi QAZ 2410 minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Qazax, Ağstafa, Tovuz və digər qərb rayonlarına gedib, orada dəmir və digər əlvan metalların alışı ilə məşğuldur. Həmin dəmir və digər metalları müxtəlif rayonlardan alıb (toplayıb) yaşadığı Gəncə şəhərində satır. Təqsirləndirilən şəxsla da tanışlığı məhz dəmir alqı-satqısı zamanı yaranmışdır. Ruslan ona qazan satdığı gündən təxminən 1 ay əvvəl o, Tovuz rayonunun ‘Taksımotornu’ adlanan ərazisindəki çayxanaların birində oturub çay içən vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşıb maddi vəziyyətinin yaxşı olmadığını və əlində 10 kq dəmir olduğunu, həmin dəmiri ona satmaq istədiyini bildirmişdir. O, dəmirləri Ruslandan aldıqdan sonra sonuncu onun mobil telefonunun nömrəsini istəmişdir ki, əlində dəmir və ya digər metallar olduqda onunla əlaqə saxlaya bilsin. Ruslanın maddi vəziyyəti yaxşı olmadığı üçün, o cümlədən dəmir alqı-satqısı işi ilə məşğul olduğu üçün o, etiraz etməyib telefon nömrəsini Ruslana vermişdir. Şahid daha sonra ifadəsində göstərmişdir ki, 19 avqust 2020-ci il tarixdə, saat 17 radələrində ona tanımadığı telefon nömrəsindən zəng gəlmiş, o, zəngə cavab verəndə bilmişdir ki, telefonda danışan şəxs Ruslandır, sonuncu telefonla danışarkən ona bildirmişdir ki, “taksi ilə Gəncə şəhərinə gəlirəm, satılası bir neçə malım var, haraya gəlim?”. O, da yaşadığı evin ünvanını Ruslana bildirdiyi üçün təxminən 30 dəqiqədən sonra Ruslan qara rəngli VAZ 2107 markalı, dövlət nömrə nişanını xatırlamadığı taksi ilə onun evinin qarşısına gəlmişdir. Ruslan taksidən endikdən sonra avtomobilin yük yerindən 2 ədəd qazanlar düşürtmüş, taksi sürücüsü isə avtomobili hərəkətə gətirib onun evin qarşısından çıxıb getmiş, taksi sürücüsü Ruslanla onun arasında olmuş söhbətlərin heç birinə şahidlik etməmişdir. Ruslan ona satmaq üçün həmin qazanları gətirdiyini bildirmişdir. O, Ruslandan həmin qazanların oğurluq olub-olmadığını soruşanda isə sonuncu and içib onu inandırmışdır ki, qazanlar özünə məxsusdur və xəstə olub müalicəyə ehtiyacı olduğu üçün pula ehtiyacı var. Təqsirləndirilən şəxs hətta yanında öskürərkən ağzından xəstəliyi ilə əlaqədar olaraq qan gəldiyi üçün də o, sonuncuya inanmışdır. O, qazanlara baxanda müəyyən etmişdir ki, həmin qazanların hər ikisi də kustar üsulla hazırlanmış, istismara tam yararlı, saz vəziyyətdə olan, 40 litr həcmindəki, təzə qalaylanmış mis qazanlardır. O, qazanların oğurluq olmadığına inanıb qazanların hər ikisi üçün ümumilikdə 230 manat pul verib Ruslandan almışdır. Bundan sonra Təqsirləndirilən şəxs piyada küçə ilə addımlayıb onun yanından çıxıb getmişdir. O, arxadan Ruslanı seyr etmiş və sonuncunun gedən zaman kiməsə zəng etdiyini görməmişdir. Həmin gündən sonra da o, bir daha Ruslanı heç bir yerdə görə bilməmişdir. Bir neçə gün sonra Tovuz RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayanda ona məlum olmuşdur ki, Ruslandan aldığı 2 ədəd mis qazanlar sonuncuya məxsus olmamış, Ruslan həmin qazanları cinayət yolu ilə əldə edib ona satmışdır. Bundan sonra o, həmin 2 ədəd mis qazanları polis təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs artıq uzun müddətdir ki Tovuz şəhərində bir-birinə yaxın küçələrdə yaşadıqları səbəbindən tanıyır, sonuncu ilə münasibətləri hər zaman normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamış, o cümlədən hər hansı bir qohumluq əlaqəsi olmamışdır. Şahid7 Tovuz şəhər sakini kimi tanıyır, sonuncunun şəhərarası avtobusların birində “konduktor” kimi işlədiyini bilmiş, sonuncunun anası Zərərçəkmiş şəxs3 isə əvvəllər tanımamış, adları çəkilən şəxslərlə heç bir düşmənçiliyi və ya ədavəti olmamış, o cümlədən hər hansı bir qohumluq əlaqəsi də yoxdur. O, atasına məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi VAZ 21124 minik markalı, 10-US- 057 dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhər ərazisində taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. 19 avqust 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs öz mobil telefonu ilə ona zəng etmiş və telefon danışığından sonra onlar Tovuz rayon Mərkəzi Stadionunun qarşısında görüşmüşlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs pula ehtiyacı olduğu üçün ondan pul istəmiş və Gəncə şəhərinə getməli olduğunu ona bildirmişdir. O, Ruslana 40 manat borc pul vermiş və sonuncunu tanıdığı üçün Gəncə şəhərinə aparmaq barədə narazılıq etməmişdir. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar X7rşısından Gəncə şəhərinə doğru hərəkət etməyə başlamışlar. Tovuz şəhər H.Əliyev prospekti ilə hərəkətdə olarkən Ruslan qəflətən ona Tovuz rayon, Bozalqanlı kəndi istiqamətinə tərəf dönməyi bildirdiyi üçün o, Tovuz rayon ərazisindəki “Target” adlı marketin yaxınlığından Ruslanın dediyi istiqamətə dönmüş, Ruslanın göstərdiyi yerə tərəf avtomobilini sürmüş və bir nəfər tanımadığı şəxsə məxsus evin qarşısında Ruslan avtomobili saxlamağı söyləmiş və Ruslan avtomobildən düşüb həmin evə daxil olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin ev Zərərçəkmiş şəxs3 məxsusdur. Ruslan ona gözlə dediyi üçün o, avtomobilin salonunda oturub Ruslanı gözləmişdir. Təxminən 5 dəqiqədən sonra isə Ruslan həmin evdən iki ədəd qazanla çölə çıxmış, Ruslan qazanları avtomobilimin baqajına qoyub avtomobilin salonuna əyləşəndə o, qazanları nə məqsədlə götürdüyünü soruşmuş və Təqsirləndirilən şəxs da həmin qazanları icarə əsasında götürdüyünü bildirmişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs həmin qazanları ya nişan, ya da yas mərasimi üçün götürdüyünü ona bildirmişdir. Bundan sonra isə onlar oradan uzaqlaşıb Gəncə şəhərinə doğru hərəkət etməyə başlamışlar. Gəncə şəhərinə çatana qədər avtomobildə Təqsirləndirilən şəxs ilə ondan başqa üçünücü bir şəxs olmamış, Şəmkir rayonunu çıxmağa az qalmış isə Təqsirləndirilən şəxs öz mobil telefonu vasitəsi ilə bir nəfər şəxsə zəng etmiş və Ruslanın telefon danışığından o, başa düşmüşdür ki, Ruslan qazanları Gəncə şəhərinə satmaq üçün aparır. Ruslan telefonla danışığını yekunlaşdırdıqdan sonra o, sonuncu ilə şifahi olaraq mübahisə etməyə başlamış, nə üçün ona icarə üçün götürdüyü qazanları Gəncəyə satmaq fikrində olduğunu əvvəlcədən bildirmədiyini demiş və Ruslanı avtomobildən düşürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs kiminlə danışmağı ona məlum olmamış, Təqsirləndirilən şəxs özü bu barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs başqa şəxsə məxsus olan qazanları satacağını öyrəndikdən sonra isə Gəncə şəhərinin girəcəyində, daha doğrusu Sevinc qəsəbəsində Ruslanı avtomobildən düşürtmüş və özü isə geri qayıdıb Tovuz şəhərinə getmişdir. Bu barədə onun yalnız Gəncə şəhərinə çata-çatda xəbəri olmuş, Ruslana həmin məsələdə köməklik edəcəyi barədə hər hansı bir söz və ya vəd də verməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs bir daha görməmişdir. Onun Təqsirləndirilən şəxsla nə həmin qazanların götürülməsi barədə, nə də ki bundan başqa digər hər hansı bir cinayət əməlinə dair sövdələşməsi və ya əlbirliyi olmamışdır. Onun Ruslana nə köməkliyi, nə də sonuncu ilə hər hansı bir əlbirliyi olmamışdır. Bununla yanaşı həmin qazanlar barədə də sonradan o, heç kimə nə isə deməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid9 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 4-5 ildir ki tanıyır, sonuncu ilə qonşuluqda yaşayır, münasibətləri həmişə normal olmuş, bir-birlərinin evinə gediş-gəlişləri olmuşdur. Pərvanənin qardaşı Aslanı da tanıyır, sonuncu bir neçə vaxtdır ki Pərvanəgildə qalır, həmçinin Pərvanənin bacısı oğlu Ruslanı da Pərvanəgildə görüb tanımışdır. 12 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərinə atılan raket bombaları ilə bağlı Pərvanəgil çıxıb anasıgilə Tovuz rayonuna getmiş, qapıları da bağlı olmuşdur. 26 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində o, evdən çıxanda görmüşdür ki, qoşusu Pərvanənin evinin çöl tərəf giriş qapısı taybatay açıqdır, Pərvanənin bacısı oğlu Ruslan həyətə bir neçə əşya yığmışdır. O, Ruslandan Pərvanənin gəlib-gəlmədiyini soruşanda Ruslan Pərvanənin gəlmədiyini, amma dayısı Aslanın evdə olmasını, əşyaları aparacaqlarını, Pərvanənin bundan xəbəri olmasını ona demişdir. O, Ruslanın həyətə taksi avtomobili saldığını görmüşdür. O, Pərvanəyə zəng vurub bildirmişdir ki, «Ruslan əşyaları yığır, buradasanmı, məlumatın varmı?» Pərvanə də Ruslanın oğru olduğunu, məlumatı olmadığını, həmin əşyaları Ruslan oğurladığını ona demişdir. Həmin vaxt o, Pərvanəyə bildirmişdir ki, 2-3 gün bundan əvvəl də Ruslan eyni qaydada evdən əşya aparmışdır. Bundan sonra o, çıxıb getmiş, axşamı günü ona məlum olmuşdur ki, Pərvanə evindən oğurluq barədə şikayət etmişdir. O, əşyaların Ruslan tərəfindən aparıldığını Pərvanəyə bildirəndə sonuncu Ruslanın oğurluq etdiyini ona demişdir. O, Ruslanı tək görmüş, sonuncuya kimsə köməklik etməmiş və kiminsə də Ruslana köməklik etməsini görməmişdir. Sonradan ona məlum olmuşdur ki, Ruslan xalası Pərvanənin evindən oğurladığı əşyaların çox qismini çörək bişirmə sexində işləyən şəxslərə satmışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid10 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, zərər çəkmiş Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. . Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid11 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid12 İsrayıl qızının ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, onun əsl adı Bəsti olsa da hamı onu Mehriban kimi çağırır, ləqəbini də “Qarğa” kimi deyirlər. Təqsirləndirilən şəxs uşaqlıq dövründən tanıyır, sonuncunun analığı Südabə ilə münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin oktyabr ayının axırlarında Ruslan əlində yorğandöşək dəsti, dəsmallar onun yaşadığı evə gəlmişdir. Ruslan həmin əşyaları Bakı şəhərində Sədərək bazarında münasib qiymətə aldığını və nəğd qiymətə satdığını bildirmişdir. O, yaşadığı yerin kasıb bir yer olduğunu, yalnız həmin əşyaları nisyə satmaq mümkün olduğunu deyəndə Ruslan razılaşmayıb pul lazım olduğu üçün nəğd satdığını və Sədərək bazarına getməli olduğunu bildirmişdir. Bundan sonra Ruslan çıxıb getmiş, daha onlara gəlməmiş və o, Ruslanı bir daha görməmişdir. Bundan sonra Ruslanın xalası və analığı Südabə onun evinə gəlmişlər, onun evində özlərinə məxsus əşya olmadığını görmüşlər və o, Ruslandan hər hansı bir əşya almadığını söyləmişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır, sonuncu ona heç nə satmayıb, ümumiyyətlə onun heç çörək almağa pulu yoxdur və ona çörəyi qonşular alırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanına 15 avqust 2020-ci il tarixdə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, evin fotoşəkilləri çəkilmiş və hadisə yerindən iş üzrə mühüm əhəmiyyət kəsb edən 2 ədəd dəmir parçası götürülmüşdür. “Götürmə və baxış keçirmə haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 təqdim etdiyi 2 ədəd mis qazanlar götürülmüş, həmin qazanlara götürmə və baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. “Əşyaya baxış keçirilməsi haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 iştirakı ilə Şahid4 təqdim etdiyi 2 ədəd mis qazanlara baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və həmin 2 (iki) ədəd mis qazanlar qəbzlə sahibi Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 sentyabr 2020-ci il tarixli, 9/3281 nömrəli rəyinə əsasən 35 il bundan əvvəl kustar üsulla hazırlanmış, istismara tam yararlı, saz vəziyyətdə olan, heç bir sınığı və qırığı olmayan, 40 litr həcmli təzə qalaylanmış 2 ədəd mis qazanların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 800,00 (2x400) manat müəyyən edilir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu 3-cü mikrorayon, təzə məhəllələr yaşayış massivində yerləşən evinə 26 oktyabr 2020-ci il tarixdə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və evin fotoşəkilləri çəkilmişdir. “Baxış keçirilməsi və götürmə haqqında” 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd ayaqaltı xalça və 2 dəst yataq üzlükləri Şahid1 işlədiyi Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Təndir-Kürə” çörək sexindən götürülmüş, sahibi Zərərçəkmiş şəxs2 iştirakı ilə həmin əşyalara baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və həmin əşyalar qəbzlə sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. “Baxış keçirilməsi və götürmə haqqında” 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi 2 (iki) dəst yataq örtüyünün üzlüyü, 1 (bir) ədəd lepkalı xalça, 2 (iki) ədəd ağ rəngli ayaqaltı xalça, 1 (bir) ədəd qara rəngli ayaqaltı xalça, 2 (iki) ədəd əl dəsmalı və 1 (bir) ədəd eni 2 metr, uzunluğu 3 metr ölçüdə olan xalça Şahid2 işlədiyi Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Təndir-Kürə” çörək sexindən götürülmüş, sahibi Zərərçəkmiş şəxs2 iştirakı ilə həmin əşyalara baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və həmin əşyalar qəbzlə sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. “Baxış keçirilməsi və götürmə haqqında” 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 2 (iki) dəst yataq örtüyünün üzlüyü, 1 (bir) ədəd xalça, 1 (bir) ədəd yay ayaqaltı xalça Şahid3 işlədiyi Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Təndir- Kürə” çörək sexindən götürülmüş, sahibi Zərərçəkmiş şəxs2 iştirakı ilə həmin əşyalara baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və həmin əşyalar qəbzlə sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 21 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 25 oktyabr 2020-ci il və 26 oktyabr 2020-ci il tarixlərdə xalası Zərərçəkmiş şəxs2 yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu 3-cü mikrorayon, təzə məhəllələr yaşayış massivində yerləşən evinə daxil olduğu yeri, həmin evdən oğurluq cinayəti törətməsi ilə bağlı ifadəsində qeyd etdiklərini bir daha göstərmiş, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının, 30 dekabr 2020-ci il tarixli, 9/5343 nömrəli rəyinə əsasən ekspertiza təyin haqqında qərarda göstərilən müxtəlif adda malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada aşağıdakı kimi müəyyən edilərək ümumilikdə 1040,00 manat təşkil etmişdir. 1 adda Türkiyə istehsalı olan “Özdilek” markalı yataq dəstləri haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Belə ki, 10 ədəd Türkiyə istehsalı olan “Özdilek” markalı yataq dəstləri, qiyməti aydın deyil, bir ədədi 20 manat olmaqla səkkiz ədəd 160 manat dəyərində «Özdilek» markalı iri ölçülü bədən dəsmalları, bir ədədi 10 manat olmaqla doqquz ədəd 90 manat dəyərində «Özdilek» markalı əl-üz dəsmalları, bir ədəd 300 manat dəyərində eni 4 metr, uzunluğu 5 metr ölçüdə xalça, bir ədəd 220 manat dəyərində eni 3 metr, uzunluğu 5 metr ölçüdə xalça, bir ədəd 150 manat dəyərində eni 3 metr, uzunluğu 4 metr ölçüdə lepkalı xalça, bir ədədi 30 manat olmaqla dörd ədəd 120 manat dəyərində eni 1 metr, uzunluğu 2 metr ölçüdə kavrolet tipli yay xalçası olması müəyyən edilir. 21.11.2020-ci il tarixli, 3332 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda olmamışdır. 29.12.2020-ci il tarixli, 4153 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 02.12.2020-ci il tarixli arayışdan, məhkəmə hökmünün surətindən və Tovuz rayon İcra və Probasiya şöbəsinin 14.12.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tovuz Rayon Məhkəməsinin 08.04.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək, 1800 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını 02.05.2014-cü il tarixdə tam şəkildə ödədiyinə görə şəxsi işi Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatından çıxarılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 21 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən götürülmüş 2 ədəd dəmir parçası, Şahid4 təqdim etdiyi 2 ədəd mis qazanlar, Şahid1 təqdim etdiyi 1 ədəd ayaqaltı xalça, 2 dəst yataq üzlükləri, şahid X1 təqdim etdiyi 2 dəst yataq örtüyünün üzlüyü, 1 ədəd lepkalı xalça, 2 ədəd ağ rəngli ayaqaltı xalça, 1 ədəd qara rəngli ayaqaltı xalça, 2 ədəd əl dəsmalı və 1 ədəd eni 2 metr, uzunluğu 3 metr ölçüdə olan xalça, Şahid3 təqdim etdiyi 2 dəst yataq örtüyünün üzlüyü, 1 ədəd xalça, 1 ədəd yay ayaqaltı xalça iş üzrə maddi sübut kimi tanınmışdır. Zərər çəkmiş şəxslər tərəfindən ayrı-ayrılıqda məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, təqsirləndirilən şəxs onlara dəymiş zərəri tam ödəmişdir, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Məhkəmə, oğurlanmış əşyaların dəyəri barədə ekspert rəyləri ilə zərərçəkmiş şəxslərin onlara vurulmuş ziyanın miqdarı ilə bağlı ifadəsini müqayisə edərək hesab edir ki, zərərçəkmiş şəxslərin ifadəsində olan qiymətlər əsas götürülməlidir. Belə ki, məhkəmə qeyd edir ki, həmin əşyaların metal tullantı kimi satış qiyməti belə ekspert rəyində göstərilən qiymətdən artıqdır. Əşyaların istifadəyə yararlı olduqları halda oğurlanması nəzərə alınmaqla məhkəmə onların qiymətinin zərər çəkmiş şəxslərin ifadəsində göstərilən qiymətlərlə nəzərə alınmasını əsaslı hesab edir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddələrinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin islah olunması üçün onun mütləq azadlıqdan məhrum etmə növündə cəza çəkməsini iddia etmək olmaz, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdən 29.11.2020-ci il tarixədək Tovuz rayon polis şöbəsində, 30.11.2020-ci il tarixdən 02.12.2020ci il tarixədək isə Gəncə şəhər BPİ-də şübhəli şəxs kimi saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutulduğu 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınan əşyalar – 2 ədəd mis qazanlar, 1 ədəd ayaqaltı xalça, 2 dəst yataq üzlükləri, 2 dəst yataq örtüyünün üzlüyü, 1 ədəd lepkalı xalça, 2 ədəd ağ rəngli ayaqaltı xalça, 1 ədəd qara rəngli ayaqaltı xalça, 2 ədəd əl dəsmalı, 1 ədəd eni 2 metr, uzunluğu 3 metr ölçüdə olan xalça, 2 dəst yataq örtüyünün üzlüyü, 1 ədəd xalça və 1 ədəd yay ayaqaltı xalçanın zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, Gəncə şəhər BPİ-də saxlanılan 2 ədəd dəmir parçası məhv edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdən 29.11.2020-ci il tarixədək və 30.11.2020ci il tarixdən 02.12.2020-ci il tarixədək tutulduğu 3 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar – 2 ədəd mis qazanlar, 1 ədəd ayaqaltı xalça, 2 dəst yataq üzlükləri, 2 dəst yataq örtüyünün üzlüyü, 1 ədəd lepkalı xalça, 2 ədəd ağ rəngli ayaqaltı xalça, 1 ədəd qara rəngli ayaqaltı xalça, 2 ədəd əl dəsmalı, 1 ədəd eni 2 metr, uzunluğu 3 metr ölçüdə olan xalça, 2 dəst yataq örtüyünün üzlüyü, 1 ədəd xalça və 1 ədəd yay ayaqaltı xalçanın zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınsın, Gəncə şəhər BPİdə saxlanılan 2 ədəd dəmir parçası məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-74/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-74/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver