Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-74/2022 19.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 09.04.2021-ci il tarixdə testin nəticəsinin pozitiv, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 10.04.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3ektinin kəsişməsi ünvanlarında, 11.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, X17 prospekti 62, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, Göygöl rayonu Hacıkənd qəsəbəsi ünvanlarında, 12.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 5, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 4 saylı yeməkxana, Gəncə şəhəri, “Qızılgül” şadlıq sarayı, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Göygöl rayonu Hacıkənd qəsəbəsi ünvanlarında, 13.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, ünvan 5, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi ünvanlarında, 14.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, ünvan 13, Gəncə şəhəri, R.Qasımov küçəsi 2-ci dalan ev 20 (Moskva market), Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi ünvanlarında, 15.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Yevlax şossesi, ünvan 14, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, X17 62 ünvanlarında, 16.04.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, Heydər Əliyev prospekti 95, Gəncə Dəyirmanı, Gəncə şəhəri, X16 62, ünvanlarında, 17.04.2021-ci il tarixdə saat 08 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 11 4 saylı yeməkxana, Gəncə şəhəri, X16 62, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.ünvan 12 ünvanlarında, 18.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 11 4 saylı yeməkxana, ünvan 5, X16 62, ünvan 13 ünvanlarında, 19.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, X16 62 ünvanlarında, 20.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, ünvan 11 4 saylı yeməkxana ünvanlarında, 21.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 5, Ə.Cəmil küçəsi 4 ünvanlarında, 22.04.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 5, Vaqif küçəsi 104-104A, Gəncə şəhəri, X17 62, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4 ünvanlarında,23.04.2021-ci il tarixdə saat 09 radələrindən 14 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 16əcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, yaşadığı evin yaxınlığında yerləşən atasına məxsus avtomobil təmiri sexində avtomobil kondisonerlərinin təmiri ilə məşğul olur. 06.04.2021-ci il tarixdə o, Gəncə şəhəri A.Səhhət adına xəstəxanada COVİD 19 virusundan test vermiş, 09 aprel 2021-ci il tarixdə istifadəsində olan +**********64 mobil telefon nömrəsinə həmin test nəticəsinin pozitiv çıxması və yaşayış yerimi tərk etməməsi barədə sms gəlmişdir. O, həmin SMS mətnini 09 aprel 2021-ci il tarixdə saat 22 radələrində oxuduqdan sonra mobil telefonunu söndürüb yatmışdır. Ertəsi günü yəni 10 aprel 2021-ci il tarixdə səhər saatlarından onda halsızlıqlar başlamışdır. O, ilkin olaraq COVİD 19 virusu ilə bağlı olaraq verdiyi analizin cavabının pozitiv çıxmasına baxmayaraq həmin virusa yoluxmağı ilə heç bir zaman barışmamış və buna görə də, “X10”na gedib təkrar olaraq COVİD 19 virusu şübhəsindən çıxmağından ötrü qanın ümumi analizini vermişdir. Bundan əlavə o, həmin klinikada kompüter tomoqrafiyasından da keçmişdir. Kompüter tomoqrafiyasından ağciyərlərində xəstəlik izləri aşkar edilməmiş və o, hesab etmişdir ki, 06 aprel 2021-ci il tarixədək COVİD 19 virusuna yoluxmuş, analiz verən zaman artıq bədənində xəstəliyin son günlərinin olduğunu düşünmüşdür. Sonra o, bədənində olan halsızlıqların və hərarətin olmasını soyuqdəymə ilə əlaqələndirmişdir. Həmçinin düşünmüşdür ki, əgər “COVİD 19” virusu bədənində vardırsa açıq havada hərəkətini çoxaltmalıdır. Buna görə də, o, 10 aprel 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək mobil telefonuna özünü təcrid müddətinin bitməsi ilə əlaqədar gələn sms-ə kimi Gəncə şəhərinin müxtəlif yerlərinə gedib-gəlmişdir. Lakin o, bədənində xəstəliyin olması ehtimalını nəzərə alaraq hər hansı bir şəxsə yaxınlaşmamışdır. 17 aprel 2021-ci il tarixdə təxminən saat 12 radələrində o, darıxdığı üçün yaşadığı evin yaxınlığında atasına məxsus sexə getmiş, həmin vaxt xüsusi geyimdə bir nəfər ona yaxınlaşıb Kəpəz rayon Polis İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. Sonra Şahid1 video görüntü ilə onun “Covid-19” virusuna yoluxmağı və evdə müalicə olunmalı olduğu halda karantin rejimi qaydalarını kobud surətdə pozaraq yaşadığı ünvanı tərk etməməsini bildirmişdir. O, polis əməkdaşı Şahid1 özünü təcrid müddəti bitənə qədər bir daha yaşadığı evi tərk etməyəcəyini bildirmişdir. Sonra Şahid1 onu yaşadığı evə yola salmışdır. Bir neçə saat keçdikdən sonra o, yaşadığı mənzildə darıxdığından mənzili tərk edib Gəncə şəhəri ərazisində gəzişməyə başlamışdır. O, özündə heç bir xəstəliyin əlamətlərini hiss etməmiş, özünü yaxşı hiss etmiş, bunun üçün də elə güman etmişdir ki, xəstə deyil və bu səbəbdən də yaşadığı evi tərk etmişdir. O, 09.04.2021-ci il tarixdə saat 22 radələrində istifadəsində olan mobil telefonun SMS bölümünə baxış keçirən zaman “Covid-19” virusuna yoluxmağı ilə bağlı “İTS.GOV .AZ”-dan gələn SMS-dən öyrənmişdir. O, həmin günü yaşadığı evdə ailə üzvlərindən özünü təcrid edib, mobil telefonunu söndürməklə digər otaqda yatmışdır. Həmçinin, 23 aprel 2021-ci il tarixədək o, özünü ailə üzvlərindən təcrid edərək mənzilin digər otağında yatmış, mütəmadi olaraq tibbi maskadan istifadə etmişdir. O, özünü təcrid müddətində günorta saatlarında Gəncə şəhəri ərazisində gəzintiyə çıxsa da hər gecə yaşadığı evə geri qayıtmışdır. O, hər gecə yaşadığı evdə mobil telefonunu söndürüb yatmışdır. Ailədə yalnız o, COVİD-19 virusuna yoluxmuşdur. COVİD-19 testi pozitiv çıxdığına görə özünü təcrid müddətində yaşadığı evi tərk etməməli olması barədə məlumatı olmuşdur. 10.04.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3ektinin kəsişməsi ünvanlarında, 11.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, X17 prospekti 62, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, Göygöl rayonu, Hacıkənd qəsəbəsi ünvanlarında, 12.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 5, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 4 saylı yeməkxana, Gəncə şəhəri, Qızılgül şadlıq sarayı, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Göygöl rayonu, Hacıkənd qəsəbəsi ünvanlarında, 13.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 18çəsi 46, ünvan 5, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi ünvanlarında, 14.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Vaqif küçəsi 104-104 A, Gəncə şəhəri, R.Qasımov küçəsi 2-ci dalan ev 20 (Moskva market), Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi ünvanlarında, 15.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Yevlax şossesi, ünvan 14, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, X17 62 ünvanlarında, 16.04.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, Heydər Əliyev prospekti 95, Gəncə Dəyirmanı, Gəncə şəhəri, X17 62, ünvanlarında, 17.04.2021-ci il tarixdə saat 08 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 11 4 saylı yeməkxana, Gəncə şəhəri, X16 62, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.ünvan 12 ünvanlarında, 18.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 11 4 saylı yeməkxana, ünvan 5, X17 62, ünvan 13 ünvanlarında, 19.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 20 ünvanını tərk edib, ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, X16 62 ünvanlarında, 20.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 20 ünvanını tərk edib, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, ünvan 11 4 saylı yeməkxana ünvanlarında, 21.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 5, Ə.Cəmil küçəsi 4 ünvanlarında, 22.04.2021ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 20 ünvanını tərk edib, ünvan 5, Vaqif küçəsi 104-104A, Gəncə şəhəri, X17 62, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4 ünvanlarında, 23.04.2021-ci il tarixdə saat 09 radələrindən 14 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 21 surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Yuxarıda qeyd edilən ünvanlarda o olmuşdur. O, uşaqlıq vaxtlarında Gəncə şəhəri ərazisində demək olar ki, hər gün gəzmişdir. COVİD 19 virusuna yoluxan bir andan o, demək olar ki, yuxarıda qeyd olunan ünvanlarda olmuş və hər gecə də, yaşadığı evə geri qayıtmışdır. O, yaşadığı evi tərk edərkən tibbi maskadan istifadə etmiş və maskanı çıxarmamışdır. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 6 saylı poliklinikanın sahə həkimi vəzifəsində çalışır, ixtisasca terapevtdir. Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə alırlar. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən onlara göndərilir və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət edir. Bundan əlavə TƏBİB tərəfindən ev şəraitində müalicə olunmalı olan koronavirus xəstələri üçün dərman paketi verilmişdir. Həmin dərman paketinin içərisində “Vitamin C”, “Maqnezium”, “Sink”, “L-selenometionin”, “Vitamin D3” və “Parasetamol” dərman preparatları yerləşir. Həmin xəstəliyin yayılma dövrü 14 gündür. Əldə etdikləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən poliklinikanın sakini, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. 10.04.2021-ci il tarixdə həmin şəxsin adına “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dispenser Müşahidə Vərəqi” açılmışdır. Təqsirləndirilən şəxs ilə sonuncunun istifadəsində olan “**********” saylı mobil nömrə ilə 10 aprel 2021-ci il, 12 aprel 2021-ci il, 13 aprel 2021-ci il, 16 aprel 2021-ci il tarixlərində əlaqə saxlayaraq xəstənin səhhəti ilə maraqlanmışdır. Bundan sonra 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və o, hər dəfə mobil telefonla Təqsirləndirilən şəxs zəng edən zaman bir həkim kimi xəstəliyə qarşı mübarizədə sonuncuya tibbi tövsiyələrini vermişdir. 23 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışlar. Təqsirləndirilən şəxs “Covid-19” virusu aşkar edilmiş və 09.04.2021-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən bu barədə sonuncunun özünə məlumat verilmiş həmin tarixdən də, koronavirus xəstəsi hesab edilərək karantin rejimi tətbiq edilir. 14 gün müddət, nəzərə almaqla 23.04.2021-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilir. İlk 14 gün xəstəliyin yayılma dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. Hal-hazırkı hadisə üzrə də, Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməməli və evə şəraitində müalicə almalı idi. Onun 09.04.2021-ci il tarixdən etibarən yaşadığı evi tərk etməsi koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri 2 saylı Polis şöbəsinin CAŞ-ın əməliyyat müvəkkilidir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə də, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarət həyata keçirilir. Bununla bağlı X9 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatları”nın siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq müəyyən edilmişdir ki, 09.04.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan ünvan 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq yaşadığı evi tərk edərək, Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə, o cümlədən atasına məxsus yaşadığı evin yaxınlığında yerləşən sexə gedib-gəlməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra 17.04.2021-ci il tarixdə “Covid-19” virusuna yoluxmuş və yaşayış evini tərk etmiş şəxslərin müəyyən edilməsi istiqamətində aparılan əməliyyat-profilaktiki tədbirlər nəticəsində saat 12 radələrində Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxmasına və evdə müalicə olunmalı olduğu halda karantin rejimi qaydalarını kobud surətdə pozaraq yaşadığı ünvanı tərk etmiş və yaşadığı evin yaxınlığında yerləşən atasına məxsus sexdə tərəfindən aşkarlanmışdır. Sonra Təqsirləndirilən şəxs ilə profilaktiki söhbətlər aparılaraq, sonuncunun yaşadığı evə getməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan profilaktiki-izahedici söhbətlər videogörüntüyə alınmışdır. İş materiallarına əlavə edilmiş 09 iyun 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, telefon qara rəngdə olmaqla üzərində Təqsirləndirilən şəxs məxsus 070 *** ** ** saylı mobil nömrə vardır, həmin nömrəyə isə 09 aprel 2021-ci il tarixdə '‘X7, sizin 06.04.2021-ci il tarixdə COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyətə bilərsiniz. 23 aprel 2021-ci il tarixdə isə “X7. Siz və sizinlə eyni evdə yaşayan şəxslərin COVİD-19 ilə bağlı evdə özünü təcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun.” məzmununda “İTS.GOV.AZ”-dan xəbərdarlıq mesajı gəlmişdir: İş materiallarında olan 06.09.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 1 ədəd “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dispenser Müşahidə Vərəqi”nin 1-ci vərəqindən görünür ki, 10.04.2021-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərindən görünür ki, bundan başqa Təqsirləndirilən şəxs ilə 10.04.2021-ci il mobil telefon əlaqəsi saxlanılmışdır. Xəstə Təqsirləndirilən şəxs dediyinə görə şikayətləri halsızlıqdan, 37,0 dərəcə temperaturdan, kürək nahiyələrində olan ağrılardandır. ALT 120/80-dir. Xəstəyə dərman göndərildi və 14 gün ərzində evdən çıxmaması tövsiyə olundu. Diaqnoz COVİD 19 infeksiyası, həkim Şahid2. 12.04.2021-ci il tarixdə xəstə Təqsirləndirilən şəxs ilə əlaqə saxlanıldı. Xəstənin halsızlığı davam edir, temperaturu 37,0 dərəcədir. Dediyinə görə kürək ağrıları davam edir. ALT 120/80-dir. Diaqnoz COVİD 19 infeksiyası. 13.04.2021-ci il tarixdə xəstə ilə əlaqə saxlanıldı: Şikayətləri davam edir. Bədən hərarəti 36,6 dərəcədir. Dediyinə görə xəstə ev şəraitində müalicəsini davam etdirir. Diaqnoz COVİD 19 infeksiyası. 16.04.2021-ci il tarixdə xəstə ilə əlaqə saxlanıldı. Şikayətləri davam edir. Dediyinə görə ALT 120/80-dir. Temperaturu 36,6 dərəcədir. Diaqnoz COVİD 19 infeksiyası- həkim Şahid2. İş materiallarına əlavə edilmiş 17 iyun 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan və kağız daşıyıcıya çıxarılmış telefon nömrəsinin anten dairələrinə dair məlumatlardan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairələrinə dair məlumatların olduğu DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10.04.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib Gənc şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi ünvanlarında, 11.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, X17 prospekti 62, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, Göygöl rayonu Hacıkənd qəsəbəsi ünvanlarında, 12.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 5, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 4 saylı yeməkxana, Gəncə şəhəri, Qızılgül şadlıq sarayı, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Göygöl rayonu Hacıkənd qəsəbəsi ünvanlarında, 13.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 18çəsi 46, ünvan 5, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi ünvanlarında, 14.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, ünvan 13, Gəncə şəhəri, R.Qasımov küçəsi 2-ci dalan ev 20 (Moskva market), Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi ünvanlarında, 15.04.2021-ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Yevlax şossesi, ünvan 14, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.Gəncəvi küçəsi, Gəncə şəhəri, X17 62 ünvanlarında, 16.04.2021-ci il tarixdə saat 10 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, Heydər Əliyev prospekti 95, Gəncə Dəyirmanı, Gəncə şəhəri, X17 62 ünvanlarında, 17.04.2021-ci il tarixdə saat 08 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 11 4 saylı yeməkxana, Gəncə şəhəri, X16 62, Gəncə şəhəri, Kəpəz rayonu, Avtovağzal yolu ilə Ə.Ü.ünvan 12 ünvanlarında, 18.04.2021ci il tarixdə saat 09 radələrindən 20 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 11 4 saylı yeməkxana, ünvan 5, X16 62, ünvan 13 ünvanlarında, 19.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 3ektinin kəsişməsi, Gəncə şəhəri, X16 62 ünvanlarında, 20.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, ünvan 11 4 saylı yeməkxana ünvanlarında, 21.04.2021-ci il tarixdə saat 08 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 5, Ə.Cəmil küçəsi 4 ünvanlarında, 22.04.2021-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 5, Vaqif küçəsi 104-104A, Gəncə şəhəri, X17 62, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4 ünvanlarında,23.04.2021-ci il tarixdə saat 09 radələrindən 14 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanını tərk edib, ünvan 23lan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 04.11.2018-ci il təvəllüdlü X2 və 23 aprel 2020-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs, anası X4r. İbtidai istintaq zamanı “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X6 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş, həmin təlimatdan müəyyən edilir ki, koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X15 Sindromu (X14 Syndrome Coronavirus - MERS-CoV) və X8 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası aşağı həddə təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” 03.08.2021-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçilməsi haqqında” 05.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə iki gün tutulmuşdur (həbsdə saxlanılmışdır). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qeyd edilən normanın tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası onun həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 2300 (iki min üç yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-74/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-74/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver