Məhkəmə qərarları › İş №1(043)-75/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-75/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-75/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və iştirakları ilə, xx.xx.1959-cu ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Goranboy rayonunun Şıxlar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09 radələrində birgə yaşadıqları Gəncə şəhər Natəvan 2 qəsəbəsində yerləşən fərdi yaşayış evində qızı Zərərçəkmiş şəxs evə gec gəlməsi və ona cavab qaytarması səbəbindən ailə münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı o, Aycac İbrahimovanın saçından tutub yerə yıxaraq əl zərbələri ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona- sol bazu və sol kürək nayihələrinin yumşaq toxumalarının əzniyi, hematoması, döş qəfəsinin ön səthinin, sağ said və sağ təpə nahiyələrinin qançırları, sol əlin İ barmağının sıyrığı kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1980-ci ildə Zülfüqar İbrahimov ilə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı var. Aytac onun kiçik qızıdır. 2016-cı ildə Aytac Rövşən adlı şəxslə ailə qurmuş və həmin nikahdan bir övladı olmuşdur. Sonra Rövşənlə Aytac boşanmışlar. Aytac və qızı onun yaşadığı evdə yaşayırlar. Qızı Aytac yaşadıqları evə gec gəldiyi üçün onu danlamış və Aytacın azyaşlı uşağına baxmasını tələb etmişdir. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Aytac evə gec gəldiyinə görə Aytacı danlamışdır. Həmin gün saat 09 radələrində o, Aytacı siqaret çəkdiyi üçün və evə gec gəldiyi üçün yenə danlamışdır. Həmin vaxt Aytac ona cavab qaytardığı üçün o, əsəbləşərək Aytacın saçından tutaraq yerə yıxmış və əl zərbələri ilə Aytacı döymüşdür. Sonra Aytac evdən çıxıb getmişdir. Hazırda törətdiyi əməldən peşiman olmaqla zərərçəkmiş şəxslə barışdığından və ona vurulmuş zərəri ödədiyi üçün işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. 2016-cı il tarixdə ailə həyatı qurmuş və həmin evlilikdən 1 övladır var. xx.xx.2018-ci il tarixdə boşanmış və anası Zərifə ilə eyni ünvanda yaşamışdır. Anası Zərifə ilə birlikdə yaşadığı müddət ərzində anası Zərifə ondan pul istəmiş və bu səbəbdən aralarında mübahisələri yaranmışdır. O, fərdi əməklə məşğul olaraq aylıq 200 manat əmək haqqı alır. xx.xx.2020-ci il tarixdə anası Zərifə ondan evə bazarlıq etməsini istəmiş, lakin o, anası Zərifəyə pulunun olmadığını bildirmişdir. Həmin vaxt Zərifə onun ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində anası Zərifə onun yaşadıqları evə heçnə almamasını bəhanə gətirərək onu söyüb təhqir etmişdir. Həmin vaxt anası Zərifə ilə aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı Zərifə onun saçından tutaraq yerə yıxmış və yumruq zərbələri ilə onu döymüşdür. Hazırda anası ilə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan "MTE və PA" ETT Birliyinin Gəncə şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 297 nömrəli "canlı şəxsin ekspertizası" haqqında rəyindən görünür ki, Zərərçəkmiş şəxsmın bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol bazu və sol kürək naihələrinin yumşaq toxumalarının əzniyi, hematoması, döş qəfəsinin ön səthinin, sağ said və sağ təpə nahiyələrinin qançırları, sol əlin İ barmağının sıyrığı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarxə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. (İ.v.s 21-23) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsnun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi olmiadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72,73.1,73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-cimaddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri ərizədən görünür ki, barışdıqları üçün cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344-347, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan şikayət verilmədikdə 20 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar