Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-75/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Türkmənistan Respublikası, Türkmənbaşı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu Bayan küçəsi ev 11-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 3.413 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin pozulması ilə bağlı Gəncə şəhəri, Natəvan 2 qəsəbəsində yerləşən kafedə saxlanılıb Gəncə şəhər Kəpəz RPİ-nə gətirilib üzərinə baxış keçirilərkən sol əlində saxladığı qara rəngli əl çantasından 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 3.413 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur, təxminən bir ildən az müddətdir ki arabir narkotik vasitə olan tiryək qəbul edir. Təxminən 2020-ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yolun kənarında ağ sellofan bükümdə narkotik vasitə olan tiryək tapmış, o, narkotik vasitə istifadə etdiyi üçün həmin bükümdəki kütlənin narkotik vasitə tiryək olduğunu tanıyıb, istifadə etməsi üçün adətən üzərində daşıdığı qara rəngli əl çantasına qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Gəncə şəhərinə gəlmiş, həmin gün saat 18 radələrində Gəncə şəhərində yaşayan dostu Natiq Yadigarovla görüşmüş, Natiq Natəvan 2 qəsəbəsində yerləşən kafenin xüsusi karantin rejimində fəaliyyət göstərdiyini əvvəlcədən ona bildirmiş və onlar həmin kafeyə getmişlər. Onlar kafedə Natiqlə birlikdə yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər, həmçinin kafedə onlardan başqa təxminən 9-10 nəfər də tanımadığı müştərilər olmuşlar. Həmin gecə, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində mülki geyimdə olan şəxslər onların olduqları kafeyə daxil olaraq xidməti vəsiqələrini göstərib Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları olduqlarını bildirmişlər və ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə Polis İdarəsinə getməyi onlara təklif etmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən o, dostu Natiq və kafedə olan digər müştərilər Kəpəz RPİ-nə aparılmışlar. Onlar Kəpəz RPİ-nə çatdıqda polis əməkdaşları idarənin inzibati binasının qarşısında onları avtomobillərdən düşürüb Növbətçi hissəyə təhvil verən zaman o, əl çantasında narkotik vasitə olan tiryək olduğunu xatırlayıb təşvişə düşdüyü üçün çantanı açıb narkotik vasitə tiryəki kənara atmaq istəmiş, lakin polis əməkdaşları bunu görüb ona yaxınlaşaraq əlində olan bükülünü çantasına geri qoymağı ondan tələb etmişlər, o, isə buna əməl edib narkotik vasitə olan tiryək bükümünü qaytarıb çantasına geri qoymuş və onlar idarəyə daxil olmuşlar. Daha sonra isə İdarədə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. İdarədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaratmışlar və o, ona təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil X5 dəvət olunmasını xahiş etmiş, vəkil X11 təyin olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilinin iştirakı ilə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və bu barədə ona bildiriş təqdim olunmuşdur. Bundan sonra isə üzərinə baxış keçirələcəyi bildirilmiş və baxış zamanı sol əlində saxladığı qara rəngli əl çantasından bir ədəd şəffaf rəngli sellofan bükümdə spesifik kəskin iyli, tünd çəhrayı rəngli narkotik vasitə olan tıryək aşkar olunmuşdur. Polis əməkdaşları onun və vəkilinin iştirakı ilə həmin bükümü açaraq baxış keçirtmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan tiryəkə bənzər kütlə sellofanla birlikdə 3.66 qram gəlmiş, zərfdə qoyulub qablaşdırılaraq DİN-nin 120 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunub götürülmüş həmin narkotik vasitədən heç kimə verməmiş, satmamış, özü istifadə etmək üçün üzərində saxlamışdır. O, əvvəllər istifadə etdiyi narkotik vasitələri tanımadığı müxtəlif şəxslərdən almış, həmin şəxsləri xatırlamır və barələrində də hər hansı məlumatı yoxdur. Üzərində narkotik vasitə saxlamağı barədə özündən başqa heç kəsin xəbəri olmamışdır. Məhkəmədən əməlindən səmimi peşman olmasını nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 02 radələrində Gəncə şəhəri Natəvan 2 qəsəbəsində yerləşən X1 məxsus kafenin xüsusi karantin rejimində qanunsuz fəaliyyəti ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş həmin məlumatın yoxlanılması üçün o, Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə, saat 02:10-da həmin kafeyə getmişlər. Onlar həqiqətən də kafenin xüsusi karantin rejimində qanunsuz fəaliyyət göstərdiyini və orada bir neçə nəfər şəxslərin yeyib-içdiklərini görmüşlər. Təqsirləndirilən şəxs da həmin şəxslərin arasında olmuş, Təqsirləndirilən şəxsla yanaşı kafe sahibi Elmar Tanrıverdiyev və adlarını hazırda xatırlamadığı təxminən 8-9 nəfər şəxsləri xüsusi karantin rejimi qaydalarını pozduqları üçün ərazi aidiyyəti üzrə barələrində tədbir görülməsi üçün Kəpəz Rayon Polis İdarəsinə aparmışlar və həmin şəxsləri Növbətçi Hissəyə təhvil verən vaxt həmin şəxslərdən biri, yəni Gəncə şəhəri Bayan küçəsi ev 11-də qeydiyyatda olmaqla Bakı şəhəri Z.Xəlilov küçəsi ev 69/7-də yaşayan Təqsirləndirilən şəxs həyəcanlı şəkildə yanındakı şəxslərdən aralanıb əlindəki qara rəngli əl çantasını açıb içərisindən bir ədəd bükülünü çıxardıb atmaq istəyərkən onunla yanaşı digər polis əməkdaşları bunu görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq bükülünü qaytarıb əl çantasına qoymasını və çantanı bağlamasını tələb etmişlər. Təqsirləndirilən şəxs əlindəki qara rəngli əl çantasının içərisində olan bükülünün içərisində narkotik vasitə olması ehtimal olunduğundan sonuncunun üzərinə və əlindəki çantaya baxış keçirilməsi zərurəti yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə və əlindəki çantaya baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elçin Mansırova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə, əlindəki çantaya baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Cəfər Hacıyev adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncu Cəfər Hacıyev tərəfindən hüquqlarının müdafiə olunmasına razı qalmışdır. Bundan sonra müdafiəçinin, o və digər polis əməkdaşlarının iştirakları ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs məxsus əl çantasına baxış keçirilən zamanı çantanın içərisindən 1125 manat pul, 715 ABŞ dolları, bank kartları, 3 ədəd yaddaş kartları, kağız parçaları, ağ sellofanın içərisində tünd çəhrayı rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “tiryəkə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli gödəkçənin sol cibindən kağız parçaları, şəxsi sənədlər, əynindəki şalvarının sağ yan cibindən isə 951 manat pul aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs əl çantasından aşkar olunub götürülmüş ağ sellofanın içərisində olan tünd cəhrayı rəngli, kəskin spesifik iyli kütlənin narkotik vasitə olan “tiryək” olduğunu, həmin narkotk vasitənin özünə məxsus olduğunu, saxlanıldığı gündən 1 ay əvvəl Bakı şəhərində tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını və satmaq fikrində olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan “tiryək” müdafiəçi Cəfər Hacıyevin iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 3,66 (üç tam yüzdə altmış altı) qram gəlmiş, həmin kütlə zərf qoyulub qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 1125 manat pul, 715 ABŞ dolları, 951 manat pul isə sonuncunun özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin CAİ-nin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, dostluq münasibətləri vardır. Ələkbər uzun müddətdir Bakı şəhərində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə Ələkbər Gəncə şəhərinə gəlmiş və axşam saat 18 radələrində onlar Ələkbərlə görüşüb Natəvan 2 qəsəbəsində fəaliyyət göstərən kafeyə getmişlər. Həmin vaxt o, həmin kafenin xüsusi karantin rejimində fəaliyyət göstərdiyini əvvəlcədən bilmiş, onlar kafedə Ələkbərlə birlikdə yemək yeyib bir qədər spirtli içki qəbul etmiş, həmçinin kafedə onlardan başqa təxminən bir neçə nəfər də tanımadıqları müştərilər olmuşdur. Həmin gecə, yəni xx.xx.2020-ci il tarixdə saat 02 radələrində mülki geyimdə olan şəxslər onların olduğu kafeyə daxil olaraq xidməti vəsiqələrini göstərib Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları olduqlarını bildirmiş və onlara ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə birlikdə polis idarəsinə getməyi təklif etmişlər. Bundan sonra o, dostu Ələkbər və kafedə olan digər müştərilər polis əməkdaşları ilə birlikdə Kəpəz RPİ-nə aparılmışdır. Onlar Kəpəz RPİ-nə çatdıqda polis əməkdaşları onu və Ələkbəri idarənin inzibati binasının qarşısında avtomobildən düşürüb Növbətçi hissəyə təhvil verən zaman Ələkbər əl çantasını açıb sellofan bükümünü kənara atmaq istəmiş, lakin polis əməkdaşları bunu görüb Ələkbərə yaxınlaşaraq əlində olan bükümü çantasına geri qoymağı tələb etmiş, Ələkbər isə buna əməl edərək bükümü qaytarıb çantasına geri qoymuş və idarəyə daxil olmuşlar. Daha sonra isə ona idarədə karantin rejimi qaydalarını pozduğuna görə cərimə yazılmış, Ələkbər isə başqa otağa aparılmışdır. O, sonradan bilmişdir ki, Ələkbərin üzərindən narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından xəbəri olmamış, sonuncu ona bu barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadələr verərək X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmə” haqqında xx xxxxxx 2020-ci il tarixli, 835 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli, 416 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs kimi tutulmuş və bu barədə protokol tərtib olunmuşdur. “Baxış və götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli, 835 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasının içərisindən 1125 manat pul, 715 ABŞ dolları, bank kartları, 3 ədəd flash kart, kağız parçaları və ağ sellofanın içərisində tünd çəhrayı rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “tiryək”-ə oxşar kütlə aşkar olunaraq götürülmüş və onun əynində olan qara rəngli gödəkcənin sol cibindən kağız parçaları, şəxsi sənədlər, şalvarının sağ cibindən isə 951 manat pul aşkar olundu. Götürülmüş “tiryək”-ə oxşar kütlə tərəfimizdən elektron tərəzisində çəkildi, narkotik vasitəyə oxşar kütlənin çəkisi 3,66. qram (üç tam yüzdə altmış altı qram), olmaqla aşkar oluduğu sellofanla zərfdə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə arayış alınması üçün Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional bölməsinə göndərildi. Təqsirləndirilən şəxs üzərindən və əl çantasından aşkar olunmuş 1125 manat, 951 manat, 715 ABŞ dollar pul və digər sənəd əşyalar özünə qaytarıldmışdır. Məhkəmə Ekspertiza Mərkəzi X10 xx xxxxxx 2020-ci il tarixli, 16/835 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər maddə...” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 3,413 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx xxxxxx 2020-ci il tarixli, 427 nömrəli rəyindən görünür ki, toplanmış material Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxxxx 2020-ci il tarixli, 838 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx xxxxxx 2020-ci il tarixli, 839 nömrəli qərardan görünür ki, təqsirləndirilən şəxs- xx.xx.1992-ci il tarixdə Türkmənistan Respublikası, Türkmənbaşı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi ev 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Zahid Xəlilov küçəsi ev 69, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməsi və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Gəncə şəhəri Psixonevroloji Dispanserin xx xxxxxx 2021-ci il tarixli, 05 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx xxxxxx 2021-ci il tarixli, 26 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. xx xxxxxx 2021-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır. Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx xxxxxx 2021-ci il tarixli, 57 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. “Əməliyyat tapşırığı”-na xx xxxxxx 2021-ci il tarixli, 122-209-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs kiməsə narkotik vasitəni satması faktı müəyyən olunmamış, eyni zamanda üstündən aşkar olunub götürülmüş narkotik vasitə olan “tiryək”-i əldə etdiyi şəxs və ya mənbəni müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx xxxxxx 2021-ci il tarixli, 39 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ümumi təmiz çəkisi 3,413 qram narkotik vasitə olan tiryəkin əldə edilmə tarixi və mənbəyi istintaqa məlum olmayan tarix və mənbə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə olan “tiryək”-i əldə etməsi barədə tərəfindən araşdırma aparılması üçün cinayət işindən material ayrılması, Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar olunub götürülmüş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,413 qram narkotik vasitə olan tiryək iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, təqsirləndirilən şəxs və müafiəçisi cinayət işinin materialları ilə yanaşı maddi sübut hesab edilən narkotik vasitə tiryəkin ekspertizadan qaytarılmış qalığı, yəni 3,313 qram narkotik vasitə olan tiryəklə tanış olduqdan sonra həmin çəkidə narkotik vasitə olan tiryək Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilməsi, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 16/835 nömrəli və məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 57 nömrəli rəyləri, Kəpəz Rayon Polis İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli, 122-209-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubu, Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 (bir) ədəd DVD, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə əlavə edilmiş X6 Mərkəzinin icaze.egov.az saytından çap edilmiş icazə vərəqəsi iş üzrə sübut növləri kimi tanınması, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, şəxsi axtarış və götürmə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, həmçinin digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübut və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan “tiryək” əldə etməsi, saxlaması və daşıması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, bаrəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə proflatiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan –Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3.313 qram narkotik vasitə olan “tiryək” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3.313 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(043)-75/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-75/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver