Məhkəmə qərarları › İş №1(043)-76/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-76/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-76/2022 06.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi –Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs oğlu qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui istifadə etmə və aldatma yolu ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs6Miri oğluna «instagram» sosial şəbəkəsində yerləşdirdiyi mebel dəstini satasağı barədə yalan vədlər verərək 11.10.2020-ci il tarixdə əvvəlcə Abşeron Rayonu Xırdalan şəhərində»gözəl evim» mebel mağazasında 2000 manat daha sonra ünvan 2 ünvanda yerləşən «Bazarstore» mağazasında quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə 80000 manat pulunu kart hesabı vasitəsi ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui istifadə etmə və aldatma yolu ilə Bakı şəhəri, Xtai rayonu, Nöbel prompekti, M,Davud 110Q ünvanında aşayan Zərərçəkmiş şəxs5 Abşeron Rayonu Xırdalan şəhərində «gözəl evim» mebel mağazasında mebel dəstini satacağı barədə yalan vədlər verərək 2020-ci ilin noyabr ayından 01.02.2021-ci il tarixədək olan müddt ərzində kart hesabına hissə-hissə olmaqla ümumilikdə 2300 manat pulu Xırdalaş şəhərində yerləşən «milli ön» ödəmə terminalı vasitəsi ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa öz qulluq möveyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən «Hünkar» mebel mağazasında bəyəndiyi mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda 20.06.2021-ci il tarixdə əvvəlcə həmin ünvanda yerləşən mebel mağazasında 15000 manat pulunu beh adı ilə almış, daha sonra isə 22.07.2021-ci il tarixdə eyni məqsədlə anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 1000 manat pulu Siyəzən rayonu ərazisində yerləşən «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirmiş, bəyəndiyi mebelin pulunu isə hissə-hissə ödəməyi öz aralarında razılaşdığı üçün 03.09.2021-ci il tarixdə 9700 manatı pulu nəğd şəkildə almaqla ümumilikdə 1247 manat pulu ələ keçirdib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq möveyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Mingəçevir şəhəri, Təbriz küçəsi ev 21B-də yaşayan Zərərçəkmiş şəxs9 övladı X1 qonaq və yataq otağı üçün mebel dəstlərini satacağını yalandan vəd edib Zərərçəkmiş şəxs9 aldadaraq sonuncunun onun anası Şahid7 adına olan “BolkartAilkart” hesabına 07.07.2021-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Qədiroğlu-Uğur” marketdə qurlaşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi göndərdiyi 11500 (bir min yüz əlli) manat, 08.08.2021-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən “Araz” supermarketdə quraşdırılmış “milli ön” elektron ödəmə sistemi vasitəsi ilə göndərdiyi 1115 (bir yüz on beş) manat, ümumilikdə 12665 (bir min iki yüz altmış beş) manat məbləğdə pulu ələ keçirdib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq möveyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 08.05.2021-ci il tarixdən 06.06.2021-ci il tarixdək olan müddət ərzində “instagram” sosial şəbəkəsində “prenses_mebel_salon” adlı profildə şəklini yerləşdirdiyi mebeli satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına hissə-hissə olmaqla ümumilikdə 12000 manat pulu Gəncə şəhəri Cavadxan və S.Rəhimov küçələrində quraşdırılmış «milli ön» ödəmə terminalları vasitəsi ilə göndərtdirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq möveyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Samux rayonu, Əhmədbəyli kənd sakini Zərərçəkmiş şəxs7 18.05.2021-ci il tarixdə “insatgram” sosial şəbəkəsində “estella_mebel_salonu” adlı profildə şəklini yerləşdirdiyi yatq-qonaq mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 850 manat pulu Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sultan” marketdə quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq möveyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə ögənin əmlakını ələ keçirmək məqsədilə ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 08.05.2021-ci il tarixdə “instagram” sosial şəbəkəsində “prenses_mebel_salon” adlı profildə şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verməklə mebeli satmaq niyyəti olmadığı halda anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına 700 manat pulu Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Bollmart” marketdə quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə göndərtdirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq möveyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə ögənin əmlakını ələ keçirmək məqsədilə ünvan 9 ünvanında yaşayan X3 “instagram” sosial şəbkəsində “stil_mebel_baku” profilində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verərək 13.08.2021-ci il tarixdə özünü Orxan adlı şəxs kimi təqdim edərək əvvəlcə Bakı şəhər, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən adsız mebel mağazasında 100000 manat pulunu beh adı ilə almış, daha sonra isə həmin şəxsdən sonuncu dəfə 16.08.2021-ci il tarixdə ünvan 10 ünvanında quraşdırılmış «milli ön» ödəmə terminalı vasitəsi ilə 2000 manat pulunu anası Şahid7 adına olan «Bank of Baku»-dan alınmış kart hesabına göndərtdirməklə zərərçəkmiş şəxsə ümumilikdə 30000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq möveyindən istifadə etməklə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayonu, Firuzabad qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri, H.Əliyev prospekti ev 149, mənil 3-də yaşayan Zərərçəkmiş şəxs4 “instagram” sosial şəbkəsində “stil_mebel_baku” profilində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan vədlər verərək 14.08.2021-ci il tarixdə özünü Orxan adlı şəxs kimi təqdim edərək əvvəlcə Bakı şəhər, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən adsız mebel mağazasında 800 (səkkiz yüz) manat pulunu beh adı ilə alıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 67.4-cü maddəsinə əsasən, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yuridiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və ya digər materiallar aiddir. CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-in 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilməsi ehtimal olunan cinayət əməli müxtəlif rayonların məhkəmələrinin yuridiksiyasında törədilməklə sonuncu cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadığından cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar