Məhkəmə qərarları › İş №1(043)-77/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-77/2020

17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-77/2020 17.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x3 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət x4 İdarəsinin Gəncə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas x2, Təqsirləndirilən şəxsvə Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Xanlar rayonu, Lək kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum, ünvan 1 mənzil 52 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28.02.2020-ci il tarixdə saat 10 radələrində birgə yaşadıqları ünvan 2 mənzil 103 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncunun baş və kürək nahiyələrinə qəsdən zərbələr vuraraq ona - ənsə və sol kürək üstü nahiyələrinin yaraları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Kəpəz RPİ-nə etmiş olduğu müraciətlə tanış olmuşdur. 2006-ci ildən heç bir yerdə rəsmi olaraq işləmir. 1980-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan 3 övladı vardır. Mətanət ilə birlikdə ona məxsus ünvan 2 mənzil 103 ünvanında yaşayırlar. 28.02.2020-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı mənzildə olan zaman arvadı Mətanətdən ona yemək verməsini bildirmiş, Mətanət həmin vaxt ona yemək vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı o, əsəbləşərək mətbəxdə olan bıçaqla onun baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona heç bir şikayət və tələbi yoxdur. Bundan əlavəTəqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını və bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini, bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığınınona aydın olduğunu bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,1980-ci ildən Təqsirləndirilən şəxs ilə rəsmi evlənmiş və birgə nikahlarından 3 övladı dünyaya gəlmişdir. 1 ilə yaxındır ki, əri Firuddin yaşadığı mənzildə onunla yola getmir bir neçə dəfə aralarında mübahisələri olmuşdur. 28.02.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı mənzildə olan zaman yorğun olduğu üçün yatmaq istəmişdir. Lakin əri Firuddin televizorun səsini uca səslə qoyduğu üçün o, Firuddinə televizorun səsini aşağı salmasını bildirmişdir. Həmin vaxt Firuddinlə aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Firuddin ona nalayiq sözlər deyərək təhqir etmiş, saçından tutaraq əlində olan bıçaqla onun baş və çiyin nahiyəsindən 1 dəfə vuraraq ona xəsarət yetirmişdir. Firuddin ona xəsarət yetirdikdən sonra o, yaşadığı mənzildən çıxıb getmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib,Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekpertiza və x5” x11 canlı şəxsin ekspertizasının 28 fevral 2020-ci il tarixli 327 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- ənsə və sol kürək üstü nahiyələrinin yaraları - kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 28.02.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası x7 Bölməsinin 11.03.2020-ci il tarixli 171 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 28.02.2020-ci il tarixdə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs qızma yetirdiyi bıçaq zavod üsulu ilə hazırlanmış, kəsici-deşici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxscinayət işinin icraatına xitam verilməsinə razıdır. Azərbaycan Respublikası DİN tərəfindən 28.02.2020-ci il tarixli, H-48715 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri MKTB-nin rəisi İlham Quliyev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 04.03.2020-ci il tarixli 1238 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs x1 Dispansenerində qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər x8 Dispanseri tərfindən verilmiş 02.03.2020-ci il tarixli 1068 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs x10 Dispansenerində qeydiyyatda durmur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs 28.02.2020-ci il tarixdə saat 10 radələrində birgə yaşadıqları ünvan 2 mənzil 103 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncunun baş və kürək nahiyələrinə qəsdən zərbələr vuraraq ona - ənsə və sol kürək üstü nahiyələrinin yaraları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməyi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar