Məhkəmə qərarları › İş №1(043)-77/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-77/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-77/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Zərərçəkmiş şəxs Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Samux rayonu, Aznixi qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Samux rayonu İnstitut qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Gəncə şəhəri Kəpəz rayonu Atabəylər prospektində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi köşkün qapısındakı qıfılı sındıraraq açıb qanunsuz daxil olmuş və orada bir ədədi 3.40 manat olmaqla 102 manat dəyərində 30 ədəd kent, bir ədədi 3.70 manat olmaqla 74 manat dəyərində 20 ədəd Sobrania, bir ədədi 3.20 manat olmaqla 96 manat dəyərində 30 ədəd Winston, bir ədədi 2 manat olmaqla 16 manat dəyərində 8 ədəd Senator, bir ədədi 2.80 manat olmaqla 70 manat dəyərində 25 ədəd LD, bir ədədi 2.30 manat olmaqla 80,50 manat dəyərində 35 ədəd Rothmans, bir ədədi 2 manat olmaqla 40 manat dəyərində 20 ədəd Want, bir ədədi 2 manat olmaqla 80 manat dəyərində 40 ədəd Classic, bir ədədi 2.30 manat olmaqla 46 manat dəyərində 20 ədəd Pall Mall, bir ədədi 1.80 manat olmaqla 21.60 manat dəyərində 12 ədəd Magna, bir ədədi 1.80 manat olmaqla 36 manat dəyərində 20 ədəd Viceroy, bir ədədi 1.60 manat olmaqla 24 manat dəyərində 15 ədəd Argo, bir ədədi 1.60 manat olmaqla 12,80 manat dəyərində 8 ədəd Vegas, bir ədədi 1.80 manat olmaqla 27 manat dəyərində 15 ədəd Prima siqareti, bir qutusu 10 manat 30 qəpik olmaqla 51,50 manat dəyərində 5 qutu saqqız, bir qutusu 12 manat olmaqla 36 manat dəyərində 3 qutu alışqanlar, 10 manat dəyəri olan 1 qutu şirinquş konfet, bir ədədi 20 qəpik olmaqla 10 manat dəyərində 50 ədəd pirojki, bir ədədi 50 qəpik olmaqla 4 manat dəyərində 8 ədəd günəbaxan tumları və bir ədədi 1 manat olmaqla 2 manat dəyərində 2 ədəd enerji içkilərini talamaqla vahid niyyətlə ümumilikdə İlkin Abdulayevə 839 manat 40 qəpik dəyərində maddi ziyan vurub, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə spirtli içki qəbul edib Samux rayonunda yaşadığı evinə getmişdir. Həmin vaxt siqareti qurtardığı üçün gedib siqaret almaq qərarına gəlmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində Gəncə şəhəri Kəpəz rayonu Atabəylər küçəsində yerləşən “Çıraq Palas” şadlıq sarayı ilə üzbəüz olan köşkə yaxınlaşmış və köşkün bağlı olduğunu görmüşdür. O, sərxoş olduğundan köşkün qapısındakı qıfılı sındırıb oradan oğurluq etmək fikrinə düşmüşdür. O, özü ilə gətirdiyi dəmir parçası ilə köşkün qapısı üzərində olan iki ədəd qıfılı sındırmış və qıfılları da köşkün arxa tərəfinə atmışdır. Bundan sonra o, köşkün içərisinə daxil olmuş və orada olan sayını xatırlamadığı müxtəlif növ siqaretlər, saqqızlar, alışqanlar, pirojkilər, günəbaxan tumları və enerji içkilərini oğurlamışdır. Həmin oğurladığı siqaretləri, alışqanları, saqqızları və enerji içkilərini özü istifadə etmişdir. O, köşkün sahibi Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi maddi ziyanla razılaşmışdır. Bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluq hadisəsini tək etmiş və bu barədə heç kimə bildirməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Kəpəz rayonu Atabəylər küçəsində yerləşən “Çıraq Palas” şadlıq sarayı ilə üzbəüz olan köşkü icarə əsasında işlədir. O, həmin köşkdə siqaretlər, saqqızlar, alışqanlar, peraşkilər, günəbaxan tumları və enerji içkiləri satır. Həmin köşkü saat 09:00-da açır və saat 21:00-da bağlayır. O, köşkü axşam iki ədəd dəmir qıfılla bağlayıb evinə gedir. Sonuncu dəfə o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:00-da köşkü iki ədəd dəmir qıfılla bağlayıb evinə getmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 09:00-da köşkə yaxınlaşanda köşkün qapısının açıq olduğunu, köşkün qapısındakı qıfılların isə köşkün arxa tərəfində yerdə olduğunu görmüşdür. O, köşkün içərisinə daxil olanda müxtəlif növ siqaretlər, saqqızlar, alışqanlar, peraşkilər, günəbaxan tumları və enerji içkilərinin oğurlandığını görmüşdür. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, haha sonra isə Kəpəz Rayon Polis İdarəsinə gedib ərizə ilə müraciət etmiş və hadisə nəticəsində təxmini olaraq 724 manat dəyərində siqaretlər, saqqızlar, alışqanlar, peraşkilər, günəbaxan tumları və enerji içkilərinin oğurlandığını bildirmişdir. Bundan sonra köşkə qayıdıb oğurlanan əşyaları saymış və müəyyən etmişdir ki, onun icarə əsasında işlətdiyi köşkdən 102 manat dəyərində bir ədədi 3.40 manat olmaqla 30 ədəd kent siqaretləri, 74 manat dəyərində bir ədədi 3.70 manat olan 20 ədəd Sobranie markalı siqaretlər, 96 manat dəyərində bir ədədi 3.20 manat olan 30 ədəd Winston markalı siqaretlər, 16 manat dəyərində bir ədədi 2 manat olan 8 ədəd senator markalı siqaret, 70 manat dəyərində bir ədədi 2.80 manat olan 25 ədəd LD markalı siqaret, 80 manat 50 qəpik dəyərində bir ədədi 2.30 manat olan 35 ədəd Rothmans siqaret, 40 manat dəyərində bir ədədi 2 mnat olan 20 ədəd Vant markalı siqaret, 80 manat dəyərində bir ədədi 2 manat olan 40 ədəd Classic markalı siqaret, 46 manat dəyərində bir ədədi 2.30 manat olan 20 ədəd Palma markalı siqaret, 21 manat 60 qəpik dəyərində bir ədədi 1.80 manat olan 12 ədəd Magna siqaret, 36 manat dəyərində bir ədədi 1.80 manat olan 20 ədəd Viceroy markalı siqaret, 24 manat dəyərində bir ədədi 1.60 manat olan 15 ədəd Argo markalı siqaret, 12 manat 80 qəpik dəyərində bir ədədi 1.60 manat olan 8 ədəd Vegas markalı siqaret, 27 manat dəyərində bir ədədi 1.80 manat olan 15 ədəd Prima markalı siqaret, 51 manat 50 qəpik dəyərində bir qutusu 10 manat 30 qəpik olan 5 qutu saqqız, 36 manat dəyərində bir qutsusu 12 manat olan 3 qutu alışqanlar, 10 manat dəyəri olan 1 qutu şirinquş konfetləri, 10 manat dəyərində bir ədədi 20 qəpik olan 50 ədəd peraşkilər, 4 manat dəyərində bir ədədi 50 qəpik olan 8 ədəd günəbaxan tumları və 2 manat dəyərində bir ədədi 1 manat olan 2 ədəd enerji içkiləri oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onu ümumilikdə 839 manat 40 qəpik dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam həcmdə ödədiyi üçün onunla barışmışdır, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Kəpəz RPİ-nin təhqiqatçısı X3 tərəfindən hal şahidlərinin və zərərçəkmiş şəxsin iştirakı ilə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi köşkə baxış keçirilmiş, baxış zamanı hadisə yerindən 9 ədəd əl-barmaq izləri götürülmüşdür. İş materiallarına əlavə olunmuş məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 21/101R nömrəli rəyinə əsasən xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu Atabəylər prospektində yerləşən, Samux rayonunda yaşayan Zərərçəkmiş şəxs icarəyə işlətdiyi köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd lent kəsikləri üzərində olan 02 ədəd əl-barmaq və 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izlərindən 01 ədəd əlbarmaq izi xx.xx.1980-ci ildə Samux rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı ilə eynilik müəyyən edilmişdir. Qalan 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izləri digər şəxs(şəxslər) tərəfindən qoyulmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4923 nömrəli rəyinə əsasən ekspertiza təyini haqda qərarda göstərilən 14 adda malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 725,90 manat müəyyən edilir, digər 6 adda mal haqqında kifayət qədər məlumat (markası, çəkisi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi müəyyən edilir: bir ədədi 3.40 manat olmaqla 102 manat dəyərində 30 ədəd kent bir ədədi 3.70 manat olmaqla 74 manat dəyərində 20 ədəd Sobrania bir ədədi 3.20 manat olmaqla 96 manat dəyərində 30 ədəd Winston bir ədədi 2 manat olmaqla 16 manat dəyərində 8 ədəd Senator bir ədədi 2.80 manat olmaqla 70 manat dəyərində 25 ədəd LD bir ədədi 2.30 manat olmaqla 80,50 manat dəyərində 35 ədəd Rothmans bir ədədi 2 manat olmaqla 40 manat dəyərində 20 ədəd Want bir ədədi 2 manat olmaqla 80 manat dəyərində 40 ədəd Classic bir ədədi 2.30 manat olmaqla 46 manat dəyərində 20 ədəd Pall Mall bir ədədi 1.80 manat olmaqla 21.60 manat dəyərində 12 ədəd Magna bir ədədi 1.80 manat olmaqla 36 manat dəyərində 20 ədəd Viceroy bir ədədi 1.60 manat olmaqla 24 manat dəyərində 15 ədəd Argo bir ədədi 1.60 manat olmaqla 12,80 manat dəyərində 8 ədəd Vegas bir ədədi 1.80 manat olmaqla 27 manat dəyərində 15 ədəd Prima bir qutusu 10 manat 30 qəpik olmaqla qiyməti və ümumi dəyəri məlum olmayan 5 qutu saqqız bir qutusu 12 manat olmaqla qiyməti və ümumi dəyəri məlum olmayan 3 qutu alışqanlar qiyməti və ümumi dəyəri məlum olmayan 10 manat dəyəri olan 1 qutu şirinquş konfet bir ədədi 20 qəpik olmaqla qiyməti və ümumi dəyəri məlum olmayan 50 ədəd peraşkilər bir ədədi 50 qəpik olmaqla qiyməti və ümumi dəyəri məlum olmayan 8 ədəd günəbaxan tumları qiyməti və ümumi dəyəri məlum olmayan bir ədədi 1 manat olmaqla 2 manat dəyərində 2 ədəd enerji içkiləri. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 1200 manat cərimə cəzası təyin edilmiş və xx.xx.2017-ci ildə cəriməni tam ödəmiş, cəzasını tam çəkib bitirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona dəymiş 839 manat 40 qəpik məbləğində maddi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayəti və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş AZ-İ 801865 saylı və AZ-İİİ 008332 doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 2006-cı il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-in 59.1.4-cü maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-in 59.1.12-ci maddəsi) və cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödəməsini (CM-in 59.1.13-cü maddəsi) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin iqtisadi xarakterli cinayət olmaqla onun ictimai təhlükəliliyinin əsasən zərərçəkmiş şəxsə maddi ziyan vurulmasında ifadə olunduğunu, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu zərəri tam həcmdə ödədiyini nəzərə alaraq qeyd edir ki, cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına artıq qismən nail olunmuşdur. Cəzanın digər məqsədlərinin təmin edilməsi üçün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının orta həddə təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan və “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Beləliklə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 gün tutulmaqla həbsdə saxılanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 04 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə maddi sübut – hadisə yerindən götürülmüş və daktokartalara köçürülmüş 09 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat puldan ibarətdir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə uyğun olaraq həmin xərc təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 gün müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Samux rayonunun ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut – hadisə yerindən götürülmüş və daktokartalara köçürülmüş 09 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar