Məhkəmə qərarları › İş №1(043)-79/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-79/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-79/2021 12.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay,fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, İ.Cəfərov küçəsi ev 1, mənzil 16-da qeydiyyatda olan, ünvan 1 mənzil 26 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 03 radələrində ünvan 2 mənzil 17 ünvanında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı sərxoş vəziyyətdə əl zərbələri ilə sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona - alt çənə nahiyəsinin qançırı, sol bud nahiyəsinin qançır-şişkinliklə müşahidə olunan əzilməsi kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki,Gəncə şəhərində yaşayır. 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə nikahdan kənar ailə qurmuş, birgə nikahdan övladı olmasa da Vüsalənin ondan, əvvəl nikahından 1 qız övladı vardır. O və Vüsalə birlikdə Vüsaləyə məxsus Gəncə şəhəri 38 nömrəli hərbi şəhərcik ev 1 mənzil 17-də yaşamışdır. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində yaşadığı evin yaxınlığında Gəncə şəhəri, Nizami küçəsində Vüsalə atası Arif ilə mübahisə edən zaman o Vüsaləni sakitləşdirmək istəsə, də Vüsalə sakitləşmədiyi üçün o, Vüsaləni danlamış evə getməsini bildirmişdir. Sonra evdə olan zaman Vüsalə ilə aralarında mübahisə olmuşdur. Həmin mübahisə zamanı sərxoş vəziyyətdə olduğu üçün əsəbiləşmiş və əl zərbələri ilə Vüsalənin sifətinə vurmuşdur. Sonra o, əşyalarını götürüb evdən çıxıb getmişdir. Həmin vaxt evdə o və Vüsalə olmuşdur. Etdiyi əməldən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməli üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,2019-cu il tarixdən Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamadan ailə qurmuş, həmin vaxtdan ona məxsus ünvan 3 mənzil 17 ünvanında azyaşlı qızı 2008-ci il təvəllüdlü X4 birlikdə yaşamışlar. Zaurla birlikdə olduğu dövrdə mütəmadi olaraq ailə daxili münaqişələri olmuşdur. xx.xx.2021-ci il tarixdə gecə saatlarında yaşadığı evdə Zaur sərxoş vəziyyətdə heç bir səbəb olmadan onunla mübahisə edərək sifət və bədəninin müxtəlif yerlərinə əli ilə vuraraq onu döymüşdür. Həmin vaxt onlardan başqa heç kim olmamışdır. Hazırda Zaurla barışmış və ona dəymiş ziyan tam olaraq ödənmişdir. Zaurdan heç bir şikayət və tələbi yoxdur. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını,ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib,Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli,165 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alt çənə nahiyəsinin qançırı, sol bud nahiyəsinin qançır-şişkinliklə müşahidə olunan əzilməsi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RİH başçısının MKT İB-nin 8 nömrəli xidmət sahəsinin xx.xx.2021-ci il tarixli, 32 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 V, mənzil 26 ünvanında kirayədə yaşayır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RİH başçısının MKT İB-nin 8 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iş materiallarında olan yazılı ərizələrindən görünür ki, onlar barışmışlar və hər iki şəxs cinayət işinin icraatına xitam verilməsinə razıdır. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli,1015nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1014 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsi Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 810 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 1-66/2006 nömrəli, xx.xx.2006-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla səkkiz ay müddətinə islah işləri cəzasına məhkum edilməsi hökm edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat gecə saat 03 radələrində qeyri-rəsmi ərarvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə yaşadığı evdə aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı, sərxoş vəziyyətdə əl zərbələri ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən və bədəninin müxtəlif yerlərinə vuraraq, ona alt çənə nahiyəsinin qançırı, sol bud nahiyəsinin qançır-şişkinliklə müşahidə olunan əzilməsi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar