Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-80/2020 24.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1969-su ildə Gəncə şəhərində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 24, mənzil 24-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı dəqiq məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirərkən, xx xxxxxx 2020-ci il tarixdə saat 16:40 radələrində Gəncə stansiyasında Xətt Polis Şöbəsinin İTB-nin PPX tağımının əməkdaşı tərəfindən Gəncə dəmir yolu vağzalının perronunda ucadan nalayiq söyüşlər söydüyü üçün Gəncə stansiyasında Xətt Polis Şöbəsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman həmin soyuq silah hesab edilən kustar üsulla hazırlanmış kastet (beşbarmaq) əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən aşkar edilib götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Gəncə dəmir yolu vağzalının yaxınlığında yerləşən taxta sexində olduğu vaxt sexdə işləyən fəhlə ona iki nəfər tanımadığı, adları sonradan məlum olan Natiq və Fərhad adlı şəxsləri göstərib, onlara fəhlə lazım olmasını demiş, o da fəhlə lazımdırsa özü gedəcəyini demişdir. Həmin şəxslərdən Natiq adlı şəxs ona demişdir ki, yaşadığı evin həyətini səliqəyə salmaq və həyətdə olan mişar daşlarını kənara yığmaq lazımdır. O, Natiqə bu işin müqabilində 10 (on) manat alacağını demiş, Natiq razılaşmışdır. Sonra o, Natiqə nahar etmədiyini, əvvəlcə yemək yeyib sonra gedəcəyini demişdir. Natiq etiraz etməmiş və onlar üçü birlikdə dəmir yolu vağzalında yerləşən kafeyə gedib, əyləşib yemək yeyib, araq içmişlər. Bu vaxt Fərhadın mobil telefonuna zəng gəlmiş və Fərhad zəng edən şəxsə nalayiq söz demişdir. Sonra saat 16:30 radələrində kafedən çıxıb dəmir yolu vağzalının perronundan keçib Natiqin yaşadığı evə tərəf gedəndə yenə Fərhadın telefonuna zəng gəlmiş və Fərhad telefonla danışıb mübahisə etməyə başlamışdır. Bu vaxt o vağzalın perronundakı səkinin yanında qızılı rəngli əşya görmüş, əyilib həmin əşyanı yerdən götürmüş, əşyanı suvenirə bənzətmişdir. Həmin vaxt Fərhad telefonla danışmağa davam edib mübahisə edərək ucadan nalayiq söyüşlər söydüyündən Gəncə dəmir yolu vağzalının perronunda xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək ictimai yerdə söyüş söyməyin qadağan olduğunu bildirib onları Gəncə stansiyasında Xətt polis şöbəsinə dəvət etmiş və onlar polis əməkdaşları ilə birlikdə Gəncə stansiyasında Xətt polis şöbəsinin növbətçi hissəsinə gəlmişlər. Polis əməkdaşları onlara yaxınlaşdıqda əlindəki əşyanı görməmələri üçün cibinə qoymuşdur. Növbətçi hissədə onun və onunla bərabər saxlanılmış digər şəxslərin üzərinə şəxsi baxış aparılmış, baxış zamanı əynində olan qara rəngli gödəkcənin cibində gizlətdiyi qızılı rəngdə olan kasteti özü çıxarıb təqdim etmişdir. O, kasteti üzərində gəzdirməyin cinayət əməli olmasını bilməmişdir və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Gəncə stansiyasında Xətt Polis Şöbəsinin məsul növbətçisi vəzifəsini icra edən, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16.40 radələrində nəzərdə tutulmuş cədvəl əsasında Gəncə stansiyasında Xətt Polis Şöbəsinin növbətçi hissəsində xidmətdə olan zaman Gəncə stansiyasında XPŞ-nin İTB-nin PPX tağımının polis nəfəri, polis serjantı Şahid2 raportla müraciət edərək Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs, Şahid5 və X2 Gəncə dəmir yolu Vağzalının perronunun qarşısından keçən zaman ucadan səs-küy salıb nalayiq söyüşlər söymələri ilə əlaqədar olaraq şöbəyə dəvət olunduqlarını və barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra o, qanunvericiliyin tələbinə uyğun olaraq növbətçi hissəyə dəvət olunmuş hal şahidlərinin iştirakları ilə, hal şahidlərinə və polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs, Şahid5, Fərhad Əsgərova hüquq və vəzifələrini izah edib onların üzərində şəxsi axtarış aparmışdır. Təqsirləndirilən şəxs üzərində axtarış aparan zaman onun əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd “beşbarmaq” adlanan əşya aşkar etmişdir. Aşkar edilmiş qızılı rəngli “beşbarmaq” adlanan əşya sübut əhəmiyyəti kəsb etdiyindən zərfdə qablaşdırıb zərfin üzəri möhürlənməklə götürülmüşdür. Bu barədə protokol tərtib etmiş və protokol ucadan oxunmuşdur. Protokola əlavə edilməsi üçün əşyanın fotoşəkili çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilib götürülmüş qızılı rəngli “beşbarmaq” adlanan əşya onun özünə məxsusdur və həmin əşyanı dəmir yolu vağzalının perronundakı səkinin yanından tapmışdır. Sonra həmin şəxslərin sərxoşluq dərəcələrini müəyyən etmək üçün hər üçünü həkim müayinəsinə göndərmiş və onların yüngül dərəcəli alkoqol sərxoşluğu təsiri altında olması müəyyən edilmişdir. Toplanmış material və İqor Musyevin üzərindən aşkar edilmiş qızılı rəngli “beşbarmaq” adlanan əşya araşdırmanın aparılması və ekspertizaya göndərilməsi üçün Gəncə stansiyasında XPŞ-nin təhqiqat qrupuna verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə stansiyasında Xətt Polis Şöbəsinin İTB-nin PPX tağımının polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirmişdir ki, o, 2015-ci ildən DİO-da və elə həmin vaxtdan da Gəncə stansiyasında XPŞ-nin İTB-nin Post Patrul xidmətində polis nəfəri vəzifəsində işləyir. Xidməti vəzifəsinə ictimai qaydanın qorunması və bərpa edilməsi, cinayət törədilməsində şübhəli olan yerləri daim nəzarətdə saxlamaq, hüquq pozuntusu törətmiş vətəndaşa törətmiş pozuntunu izah etmək və s. vəzifələr aiddir. xx xxxxxx 2020-ci il tarixdə əvvəlcədən tərtib edilən post cədvəli əsasında s saylı postda yəni, Gəncə dəmir yolu vağzalının perronunun qarşısında xidmətdə olmuşdur. Xidmətdə olarkən saat təxminən 16.40 radələrində Gəncə dəmir yolu Vağzalının perronundan gözləmə zalına tərəf gedən sonradan adları ona məlum olan Təqsirləndirilən şəxs, Şahid5 və X1 vəziyyətdə ucadan səs-küy salıb ünvansız nalayiq söyüşlər söydüyünü görmüş, onlara yaxınlaşıb özünü təqdim edib, öz iradını bildirmişdir. Sonra isə həmin şəxsləri Dəmir yolu vağzalının perronunda 1-ci postda xidmət aparan polis serjantı Şahid3 ilə birlikdə Gəncə stansiyasında Xətt polis şöbəsinin növbətçi hissəsinə dəvət etmişlər. Həmin şəxslər etiraz etməmiş və razılaşıb onlarla birlikdə polis şöbəsinin növbətçi hissəsinə gəlmişlər. Polis şöbəsində şöbə rəisinin adına raportla müraciət edərək polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs, Şahid5 və X3 barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra polis şöbəsinin növbətçi hissəsində, növbətçi vəzifəsini icra edən polis kapitanı Şahid1 tərəfindən həmin şəxslərin üzərində dəvət olunmuş hal şahidlərinin iştirakları ilə şəxsi axtarış aparılmış və axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin cibindən bir ədəd qızılı rəngli “beşbarmaq” adlanan əşya aşkar edilmişdir. Aşkar edilmiş qızılı rəngli “beşbarmaq” adlanan əşya sübut əhəmiyyəti kəsb etdiyindən zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və protokol ucadan oxunmuşdur. Protokola əlavə edilməsi üçün əşyanın fotoşəkili çəkilmişdir. O ifadəsində eyni zamanda göstərmişdir ki, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qızılı rəngli “beşbarmaq” adlanan əşyanı dəmir yolu vağzalının perronundakı səkinin yanından tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə stansiyasında Xətt polis şöbəsinin İTBnin PPXT-nın polis nəfəri, polis serjantı Şahid3 Şahid2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə şəxsi işi ilə əlaqədar Gəncə stansiyasına gəlmişdir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs bu cinayət hadisəsi ilə əlaqədar olaraq üzdən tanıyır. Onunla heç bir qohumluğu və ziddiyyətli münasibəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində o Gəncə stansiyasında olduğu vaxt Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşı ona yaxınlaşıb özünü təqdim edib polis şöbəsinə dəvət olunmuş 3 nəfər şəxslərin üzərində şəxsi baxış aparılmasında hal şahidi qismində iştirak etməyini təklif etmişdir. O, razılaşıb polis əməkdaşı ilə birlikdə polis şöbəsinə getmiş və polis şöbəsinin növbətçi hissəsinə daxil olanda orada əvvəllər tanımadığı üç nəfər şəxsin saxlanıldığını görmüşdür. Ondan başqa bir nəfər də şəxsi axtarış aparılması prosesində iştirak etməsi üçün hal şahidi qismində polis şöbəsinə dəvət edilmişdir. Ona və digər hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra onların iştirakı ilə növbətçi hissədə saxlanılmış şəxslərin üzərində şəxsi baxış aparılmışdır. Baxış zamanı onlardan Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin cibindən qızılı rəngli, beşbarmağa oxşar əşyanı çıxarıb təqdim etmiş və həmin əşyanı bir az əvvəl Gəncə dəmir yolu vağzalının perronundakı səkinin yanından tapdığını bildirmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbitidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15.00 radələrində dostu Fərhadla birlikdə dəmir yolu vağzalının yaxınlığında yaşadığı evin həyətindəki kubiklərin kənara yığılması və həyətin səliqəyə salınması üçün Gəncə dəmir yolu vağzalının yaxınlığına gəlib taxta sexinə yaxınlaşaraq oradakı 50- 55 yaşlı bir nəfər şəxsə fəhlə axtardığını demişdir, həmin şəxs adı sonradan ona məlum olan İqor adlı bir nəfər şəxsi çağırıb onları göstərib demişdir ki, bu şəxlərə həyətlərində işləmək üçün fəhlə lazımdır. İqor adlı şəxs “elə mən özüm gedib işləyərəm” demişdir. O, İqora həyətdə dağınıq vəziyyətdə daşların olduğunu, həmin daşları səliqəli şəkildə həyətin kənarına yığmaq lazım olduğunu demiş, İqor isə, ondan 10 (on) manat alacağını demişdir. O, razılaşmış və onlar birlikdə vağzal istiqamətində getməyə başlamışlar. Yolda İqor işləyib yorulacağını, mümkünsə yemək yeyib sonra gedəcəyini demişdir. Onlar etiraz etməmiş və üçü birlikdə dəmir yolu vağzalının yaxınlığındakı kafeyə daxil olub çörək yeyib, 05 litr spirtli içki araq içmişlər. Onlar yemək yedikləri vaxt dostu Fərhad ona borclu olan şəxslə telefonla danışıb mübahisə etmişdir. Onlar yemək yeyib kafedən çıxaraq dəmir yolu vağzalının perronu ilə getməyə başlamışlar. Fərhad yenə telefonla danışıb mübahisə etmiş, bu vaxt İqor ona səkinin yanında parıltılı əşya var deyib səkiyə yaxınlaşıb yerdə olan əşyanı götürərək ona göstərmişdir. Onlar həmin əşyanın beşbarmaq olduğunu görmüşlər. İqor beşbarmağı gödəkcəsinin cibinə qoymuş və onlar yollarına davam etmişlər. Fərhad yenə də telefonla danışıb mübahisə edərək ucadan nalayiq söyüş söymüş, bu vaxt vağzalın perronunda xidmət aparan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib ictimai yerdə söyüş söyməyin qadağan olduğunu bildirib onları Gəncə stansiyasında Xətt polis şöbəsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə Gəncə stansiyasında Xətt polis şöbəsinin növbətçi hissəsinə gəlmişlər. Növbətçi hissədə dəvət olunmuş hal şahidlərinin iştirakları ilə üzərlərində şəxsi baxış aparılmışdır. Baxış zamanı onun üstündən bir ədəd “Nokia” markalı mobil telefon, Fərhadın da üzərindən şəxsiyyət vəsiqəsi və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. İqorun isə əynində olan qara rəngli gödəkcəsinin cibindən dəmir yolu vağzalının perronundan tapdığı və cibində gizlətdiyi qızılı rəngdə olan “beşbarmaq” aşkar edilib ekspertiza tədqiqatına göndərilməsi üçün hal şahidlərinin iştirakları ilə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol yan cibində bir ədəd sarı rəngli “beşbarmaq” aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 59 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin soyuq silah hesab edilən, kustar üsulla hazırlanmış kasteti (beşbarmaq) qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, o, xx.xx.1995-ci ildə Gəncə şəhəri, Kəpəz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin (xx.xx.2000-ci ilədək olan redaksiyada) 149-cu maddəsinin 1-ci hissəsi, 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib həmin Məcəllənin 38-ci maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmançılığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzasını aşağı həddə təyin etməyi mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Gəncə stansiyasında Xətt Polis Şöbəsinin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş soyuq silah olan kastet (beşbarmaq) xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat pul Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən dövlət nəfinə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 10 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 60 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Gəncə stansiyasında Xətt Polis Şöbəsinin maddi sübutlar saxlanılan anbarına təhvil verilmiş soyuq silah olan kastet (beşbarmaq) xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının haqqı olan 31,50 (otuz bir tam yüzdə əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun aşağıdakı hesabına köçürülsün: Kapitalbank Gəncə icmal filialı, kod 200275, VÖEN **********, M/h AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, hesab № AZ04AİİB********************, VÖEN **********. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-80/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-80/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver