Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-80/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxx 2021-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində "BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında sürücülük hüququ olmaqla adına qeydiyyatda olan "X11 “ markalı, **-EG-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə "Dəmiryol Vağzalı" istiqamətində hərəkətdə olan zaman Gəncə şəhəri, Heydər Əliyev prospektində "Buta" mağazasının bərabərliyində hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı və mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yol hərəkətinin istismarı qaydalarını pozmaqla idarə etdiyi avtomobilin hərəkətini davam etdirərək yolu soldan sağa keçən piyada X6 vurub ehtiyatsızlıqdan sonuncuya kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə və uzunsov beyinə qansızma, başın yumşaq toxumalarına, təpə ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sağda 4,5,6,7, solda isə 5,6,7,8,9.10-cu qabırğaların məmə xətti üzərində sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızması, hər iki ağ ciyərdə kontuziya ocaqları,alın,burun və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sol qılça nahiyəsinin qançırı xəsarətləri yetirilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini, şahid ifadəsini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə istintaqında zərərçəkmiş şəxsin, şahid qismində dindirilmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün subut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, onun 2017-cı ilin noyabr ayında ona "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Özünə məxsus “Renault Megane minik” markalı, **-EG-*** qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Dəmiryol vağzalı istiqamətində hərəkətdə olan zaman Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yerləşən işıqfordan keçən zaman işıqforda 2 avtomobil sola dönmə işarəsi verərək işıqforun yaşıl işığını gözləmişlər. O, həmin işıqforu keçən zaman işıqforun yaşıl işığı yandığı üçün həmin maşınlar sola dönmə manevri etmişlər. Həmin avtomobillərə siqnal verib yol ayrıcını keçmiş, təxminən 15-20 metr sonra avtomobilinin nəyə isə dəydiyini hiss etmişdir. Dərhal avtomobili saxlamış və bir nəfər şəxsin yolun ortasında uzandığını görmüşdür. Dərhal həmin şəxsi ətrafda olan şəxslərin köməyi ilə avtomobilə qoyub «Gəncə Beynəlxalq» xəstəxanasına aparmışdır. O, həmin vaxt orada piyadanı görməmişdir. Gəncə şəhər Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən işıqforu keçən zaman işıqforda olan avtomobillər onun fikrini yayındırmışdır. Hdisə piyadanın onun Dəmiryol Vağzalı istiqamətində hərəkətdə olan zaman yolun sol tərəfindən sağ istiqamətə doğru keçməsi zamanı baş vermişdir. Həmin avtomobili saatda təxminən 60 km saat sürətlə idarə etmişdir. Hazırda hərəkətindən peşman olduğunu, zərərçəkmişin hüquqi varisinə zərəri ödəyərək onunla barışıq əldə etdiyini göstərərk barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X7 onun əridir, X13 fərdi əməklə məşğul olmudur. xx.xx.2020-ci il tarixdə əri Elşən səhər tezdən evdən çıxaraq işə getmiş, həmin günü saat 21 radələrində o, yaşadığı evdə olan zaman qaynı ona zəng edərək Elşən Qənbərovu avtomobilin vurduğunu və xəsarət alığını demişdir. Onlar dərhal Elşənin «Gəncə Beynnəlxalq» xəstəxanada olduğunu bilib oraya getmişlər. Onlar xəstəxanaya çatan zaman Elşənin vəziyyətinin yaxşı olmadığı barədə məlumat vermişlər. Onlar dərhal Elşəni Gəncə şəhər Mərkəzi Xəstəxanasına apamışlar.Mərkəzi xəstəxanada Elşənin vəziyyətinin ağır olduğunu və onun Bakı şəhərinə aparılmasını onlara bildirdikdən sonra həmin gecə onlar Elşəni TTY avtomobili ilə Bakı şəhərinə aparmışlər. Elşənə Bakı şəhər 3 saylı xəstəxanada xx.xx.2020-ci il tarixə səhər saatlarına qədər təsili yrdım göstərilməsinə baxmayaraq həmin gün dünyasını dəyişmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını göstərərək təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin DYPŞ-də yol patrul xidməti inspektoru işləyir. xx.xx.2020-ci il tarixdə o, ekipaj yoldaşı polis serjantı Şahid1la birlikdə xidmətdə olmuş, həmin gün təxminən saat 20:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən onlara xidməti ərazidə, yəni Gəncə şəhəri, H.Əliyev prospektində, “Buta” mağazasının bərabərliyində yolnəqliyyat hadisəsi baş verdiyi barədə məlumat daxil olmuşdur. Onlar dərhal hadisə yerinə getmişlər və məlum olmuşdur ki, Renalut Megane markalı **-EG-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü yol nəqliyyat hadisəsi törədərək piyada, adını soradan bildikləri X6 vurmuşdur. Avtomobilin sürücüsü piyadanı avtomobili ilə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən «Gəncə Beynəlxalq» xəstəxanasına aparmışdır. Onlar da dərhal həmin xəstəxanaya getmişlər. Məlum olmuşdur ki, piyadanın vəziyəti ağır olduğu üçün onu Mərkəzi Xəstəxanaya ararmışlar. Onlar sürücü Təqsirləndirilən şəxsla birlikdə yenidən hadisə yerinə qayıtmışlar və hadisə yeri Təqsirləndirilən şəxs iştirakı ilə müayinə edilmiş, protokol tərtib olunmuş, həmin protokol tərəflərindən imzalanmış, hadisə yerində olan Təqsirləndirilən şəxs məxsus avtomobil DYPŞ-nin cərimə meydançasına aparılmışdır. Sürücü Təqsirləndirilən şəxs sərxoş olub-olmamasının müəyyənləşdirilməsi üçün müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin-Rusiyaya qarşı» işi üzrə xx.xx.2006-cı il tarixli, həmçinin, «Saidinin-Fransaya qarşı» işi üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 Əmirxan oğlunun ifadəsini ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunmuş, Şahid1 Əmirxan oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Mən yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. DİO-da 2012-cı ildən, tutduğum vəzifədə isə 2016-cı ildən xidmət edirəm. Hazırda Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru vəzifəsində, polis baş serjantı | rütbəsində xidmət aparıram. xx.xx.2020-ci il tarixdə mən, ekipaj yoldaşım polis baş serjantı Şahid2 ilə birlikdə xidmətdə olmuşam. Həmin gün təxminən saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən bizə məlumat daxil oldu ki, xidməti ərazidə, yəni Gəncə şəhəri, H.Əliyev prospektində, "Buta" mağazasının bərabərliyində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu səbəbdən də biz dərhal hadisə yerinə getdik. Hadisə yerinə çatan zaman bizə məlum oldu ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Renalut Megane markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ilə geriyə hərəkətdə olan zaman yolu keçən piyada X6 vurmuş və onu avtomobilinə qoyaraq Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən Beynəlxalq xəstəxanasına aparmışdır. Bizdə dərhal «Gəncə Beynəlxalq» xəstəxanaya getdik. Orada olan sürücü Təqsirləndirilən şəxs ilə birlikdə yenidən hadisə yerinə qayıtdıq. Hadisə yeri Təqsirləndirilən şəxs iştirakı ilə müayinə edildi və protokol tərtib olundu. Həmin protokol tərəfimizdən imzalandı və hadisə yerində olan Təqsirləndirilən şəxs məxsus avtomobil DYPŞ-nin cərimə meydançasına aparıldı. Sonra sürücü Təqsirləndirilən şəxs narkoloji dispanserə apardıq. Orada Təqsirləndirilən şəxs sərxoş olub-olmamasının müəyyənləşdirilməsi üçün müayinədən keçirildi və sərxoş olmadığı müəyyən edildi. Məhkəməyədək icraat zamanı hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən "Buta" mağazasının qarşı tərəfidir. iş.v.səh. 6-14) Məhkəməyədək icraat zamanı keçirilmiş:- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» Publik hüquqi şəxsin məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 100 nömrəli rəyindən görünür ki, X2 bədənində müəyyən edilmiş xəsarətlər-kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə və uzunsov beyinə qansızma, başın yumşaq toxumalarına təpə-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sağda TV-V-Vİ-VİE solda isə V-Vİ- V1İ-V111-1X-X qabırğaların üzərində müəyyən edilmiş xəsarətlər məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərdə kontuziya ocaqları, alın, burun və hər iki diz oynağının sıyrıqları, sol qalça nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər həyatidir- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzarə alaraq belə hesab edilmişdir ki, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzərən 10- 14 saatdır (meyitin müayinəsi 22.11,2020-ci il tarixdə saat 18:00-da aparılmşdır). X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Eləcə də X2 meyitindən götürülmüş qanın məhkəmə- kimyəvi tədqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. (iş.v.səh. 51-56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertizası mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 8/347 nömrəli yol nəqliyyat hadissələrinin məhkəməekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Renault Megane" markalı, **-EG-*** qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v səh. 69-72) Sərxoşluq hallarının müəyyən edilmsi barədə xx.xx.2020-ci il tarixli 1960/2020 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v.səh.15) Cinayət işinə əlavə edilmiş AE-122962 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğluna xx.xx.2027-ci il tarixədək BC dərəcəli sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququndan məhrum edilməmişdir. (i.v.səh 19,68) AD 863136 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, “Renault Megane” minik markalı, **-EG-*** qeydiyyat nişanlı avtobil Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. (i.v.səh 18) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. (i.v. səh. 29) İbtidai istintaq zamanı təqdim olunmuş, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi zərərin ödənildiyini göstərərək heç bir şikayəti və tələbi olmadığını və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (i.v. səh. 33) Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində "BC” kateqoriyalı, sürücülük vəsiqəsi əsasında sürücülük hüququ olmaqla adına qeydiyyatda olan "X11 “ markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhər Heydər Əliyev prospekti ilə "Dəmiryol Vağzalı" istiqamətində hərəkətdə olan zaman Gəncə şəhər Heydər Əliyev prospektində "Buta" mağazasının qarşısında hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı, mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yol hərəkətinin istismarı qaydalarını pozmaqla idarə etdiyi avtomobilin hərəkətini davam etdirərək yolu soldan sağa keçən piyada X6 vurub ehtiyatsızlıqdan sonuncuya kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə və uzunsov beyinə qansızma, başın yumşaq toxumalarına, təpə ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, sağda 4,5,6,7, solda isə 5,6,7,8,9.10-cu qabırğaların məmə xətti üzərində sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızması. hər iki ağ ciyərdə kontuziya ocaqları,alın,burun və hər iki diz oynağı nahiyələrinin sıyrıqları,sol qalça nahiyəsinin qançırı xəsarətləri yetirilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli «az ağır» cinayət olmaqla hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Məhkəmə yekun qərar çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» x xxxxxxx 2004-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 10-cu bəndində izah edilir ki, «yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir». Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətinin və tələbinin olmamasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-cu maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailəüzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsi üzrə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğu üçün, ona həmin cəza növü də təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi tətbiq edilməlidir. Məhkəmə cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə Təqsirləndirilən şəxs cəza növü kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, hökmün icrasından yayınmaq ehtimalının olmamasını, nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında»qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri 100 (yüz) manat təşkil etmişdir. Həmin xərclərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlundan 100 (yüz) manat məhkəmə xərci (ekspertiza xərci) tutulub ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlinə görə iş üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə hadisənin təhlüksizlik kamerisından görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutuaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəlli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu 142319,büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS), Dövlət xəzinədarlığı agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə hadisənin təhlükəsizlik kamerasından görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №1(043)-80/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-80/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver