Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-80/2022 24.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Gədəbəy rayonu, Sarıhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Sarıhəsənli kəndində qeydiyyatda olub Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsi 5-ci küçədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 17 dekabr 2020-ci il tarixdə saat 00 radələrində ailə qurmaq məqsədilə aşkar sürətdə ona məlum, on altı yaşına çatmamış yəni aralarında yaş fərqi iki ildən çox olan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə el adəti ilə toy edib qeyrirəsmi evləndikdən sonra atası Şahid2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində onlar üçün ayrılmış yataq otağında Zərərçəkmiş şəxs razılığı ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşamış və sonuncunun ailəsi ilə onun ailəsinin yaxın münasibətləri olmuşdur. 2019-cu ilin dekabr ayının sonralarında Zərərçəkmiş şəxs ilə yaxından münasibət quraraq onunla el adətənənəsi ilə evlənmək qərarına gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs olan fikrini bildirərək onunla evlənmək istədiyini demişdir. Zərərçəkmiş şəxs razılığı ilə bir-birilərini yaxından tanımaq qərarına gəlmişlər. Bundan sonra mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlayaraq bir-birilərini yaxından tanımışlar. Zərərçəkmiş şəxs ilə birbirilərini yaxından tanıdıqdan sonra ailəsi ilə məsləhətləşib ailəsini el adəti ilə Zərərçəkmiş şəxs elçi göndərmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində atası Məhərrəm, anası Yeganə və xalası Məlahət el adəti ilə Familənin yaşadığı evə elçi getmişlər. Elçilik zamanı Zərərçəkmiş şəxs anası Sahilə və atası Murad qızları Zərərçəkmiş şəxs yaşının evlilik həddinə hələ çatmadığını qızının evlilik yaşına çatdıqdan sonra evlənməklərinə etiraz etmədiklərini bildirmişlər. Familə və onun bir-birilərini sevdiklərini, evlənmək istədiklərini ailələrinə bildirdikdən sonra Familənin ailəsi onların evlənməklərinə etiraz etməyərək razılaşmışlar. Elçilik olduğu gündən bir həftə sonra Zərərçəkmiş şəxs yaşadığı evdə nişan mərasimi keçirilmişdir. Nişan mərasimində Familə və onun ailəsindən başqa yaxın qohumları iştirak etmişdir. Nişan mərasimindən 3 ay keçdikdən sonra toy etmək qərarına gəlmişlər. Lakin həmin vaxt “COVİD 19” pandemiyasının olmasına görə ölkədə toy mərasimlərinin keçiriləməsinə icazə verilmədiyinə görə 16 dekabr 2020-ci ildə yaşadıqları evdə yaxın qohumlarının iştirakı ilə yaşadıqları evin həyətində balaca bir toy etmişlər. Həmin gün saat 24 radələrində toy mərasimi qurtarmış və qonaqlar getmişlər. Bundan sonra o, Familə ilə birlikdə onlara ayrılmış otağa keçmişlər. 17 dekabr 2020-ci ildə saat 00:20 radələrində o, Familənin öz istəyi ilə onun tərəfindən heç bir təzyiq və zor tətbiq olunmadan ilk dəfə Gəncə şəhəri, Məhsəti qəsəbəsində, 5-ci küçədə hal-hazırda yaşadıqları evin yataq otağında təbii yolla cinsi əlaqədə olmuşdur. O, Familənin xx xxxxxx 2005-ci il təvəllüdlü olduğunu bilsə də mövcud şərait bu izdivacın olmasını tələb etmişdir. 2021-ci ilin yanvar ayının sonlarında Familənin hamilə olduğunu öyrənmişdir. 18 avqust 2021-ci il tarixdə onun Familədən oğlu dünyaya gəlmişdir. Bundan sonra öyrənmişdir ki, Gəncə şəhəri Perinatal Mərkəzdən bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə məlumat vermişlər. Hal-hazırda da o, Familə ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində 5-ci küçədə yerləşən fərdi yaşayış evində ailə kimi xoşbəxt yaşayırlar. Onların Uğur adında bir azyaşlı oğulları var. Onun anası və atası yaşlı olduqları və heç bir yerdə işləmədikləri üçün onun himayəsindədir. Əməlindən səmimi peşmandır. Odur ki, ifadəsində göstərdiklərini nəzərə alıb ailəsi dağılmasın deyə ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Onlar Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamışdır. Qonşu kimi Ceyhunun ailəsi ilə onun ailəsinin yaxın münasibətləri olmuşdur. 2019-cu ilin dekabr ayının sonralarında Təqsirləndirilən şəxs onunla münasibət quraraq onunla el adət-ənənəsi ilə evlənmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxslə bir-birilərini yaxından tanıdıqdan sonra ona fikrini bildirəcəyini demişdir. Bundan sonra mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlayaraq bir-birilərini yaxından tanımışlar. Təqsirləndirilən şəxs ilə bir-birilərini yaxından tanıdıqdan sonra o, Təqsirləndirilən şəxs ailəsi ilə məsləhətləşib el adəti ilə elçi göndərməsini demişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində Ceyhunun atası Məhərrəm, anası Yeganə və xalası Məlahət el adəti ilə yaşadıqları evə elçi gəlmişlər. Elçilik zamanı anası Sahilə və atası Murad onun yaşının evlilik həddinə hələ çatmadığını evlilik yaşına çatdıqdan sonra evlənməklərinə etiraz etmədiklərini bildirmişlər. Ceyhun və onun birbirilərini sevdiyini, evlənmək istədiklərini ailələrinə bildirdikdən sonra ailəsi onların evlənməyinə etiraz etməyərək razılaşmışlar. Elçilik olduğu gündən bir həftə sonra onların yaşadığı evdə nişan mərasimi keçirilmişdir. Nişan mərasimində Ceyhunun və onun ailəsindən başqa yaxın qohumlar iştirak etmişdir. Nişan mərasimindən 3 ay keçdikdən sonra toy etmək qərarına gəlmişlər. Lakin həmin vaxt “COVİD 19” pandemiyasının olmasına görə ölkədə toy mərasimlərinin keçiriləməsinə icazə verilməmişdir. Ceyhun toy mərasimlərinin keçirilməsinə icazə verilmədiyinə görə 16 dekabr 2020-ci il tarixdə yaşadıqları evdə yaxın qohumlarının iştirakı ilə yaşadıqları evin həyətində toy eləmişlər. Həmin gün saat 24 radələrində toy mərasimi qurtarmış və qonaqlar getmişlər. Bundan sonra o, Ceyhun ilə birlikdə onlara görə ayrılmış otağa keçmişlər. 17 dekabr 2020-ci il tarixdə saat 00:20 radələrində onun istəyi ilə, Ceyhun tərəfindən heç bir təzyiq və zor tətbiq olunmadan ilk dəfə Gəncə şəhəri, Məhsəti qəsəbəsində, 5-ci küçədə hal-hazırda yaşadıqları evin yataq otağında təbii yolla cinsi əlaqədə olmuşlar. Ceyhun onun az yaşlı olmağını bilsə də, mövcud şərait bu evliliyin olmasını tələb etmişdir. 2021-ci ilin yanvar ayının sonlarında o, hamilə olduğunu bilmişdir. 18 avqust 2021-ci il tarixdə dünyaya oğlan övladı gətirmişdir. Hal-hazırda Ceyhun ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində 5-ci küçədə yerləşən fərdi yaşayış evində ailə kimi xoşbəxt yaşayırlar. Onların Uğur adında bir azyaşlı oğulu vardır. Hal-hazırda artıq onun 17 yaşı tamam olmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Onlar hazırda Gəncə şəhəri, Məhsəti qəsəbəsi 7-ci küçədə, qızı Familə isə Ceyhun və ailəsi ilə birlikdə Məhsəti qəsəbəsi 5-ci küçədə yaşayır. Onların Ceyhun və ailəsi ilə münasibətləri yaxşı olmuşdur. Aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs Məhərrəm oğlu onun kürəkəni olmazdan əvvəl qonşusu olmuşdur. Ceyhunun ailəsi onlara qonaq gələrək Ceyhunun qızı Familəni sevdiyini və ailə qurmaq isdədiklərini bildirmişdir. Ceyhunu qonşuluqdan tanıdığı üçün buna narazılıq etməmişdir. 2020-ci ilin oktyabr ayında Ceyhunun xalası Mətanət, atası Məhərrəm və anası Yeganə elçilik üçün onların yaşadığı ünvana gəlmişlər. Ceyhunun anası Sahilə yenidən oğlu Ceyhunun qızı Familəni sevdiyini və ailə qurmaq istədiyini bildirmişdir. Onlar da razılaşmış, lakin toyun qızı Familənin yetkinlik yaşına çatmasından sonra olmasını bildirmişlər. Ceyhunun anası Sahilə oğlunun Familəni çox sevdiyini və tez evlənmək istədiyini dediyi üçün və qızı Familənin də Ceyhunu sevdiyi üçün onlarla razılaşıb Familə ilə Ceyhunun nişanlanmasına razı olmuşlar. Elçilikdən bir həftə sonra yaşadıqları ünvanda nişan mərasimi keçirmişlər. Nişan mərasimində ailələr və yaxın qohumlar iştirak etmişdir. Nişan mərasimindən təxminən 3 ay keçdikdən sonra onlar toy etməyi qərarlaşdırmışdır. Həmin vaxt ölkədə olan “COVİD 19” pandemiyası ilə bağlı toy mərasimlərinin keçirilməsi qadağan olunduğu üçün toyu Ceyhungilin həyətində keçirmək qərarına gəlmişlər. Toy mərasimi 16 dekabr 2020-ci il tarixdə Ceyhun və ailəsinin yaşadığı Məhsəti qəsəbəsində baş vermişdir. Həmin toy gecə saatlarına qədər davam etmişdir. Toydan bir neçə gün keçdikdən sonra qızı Familə söhbət əsnasında ona toy gecəsi Ceyhun ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Hazırda onların birgə nikahlarından Uğur adlı 1 azyaşlı uşaqları vardır və xoşbəxt bir ailə kimi bir yerdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Onlar hazırda yuxarıda göstərilən ünvanda oğlu Ceyhun və arvadı Familə ilə birlikdə həmin ünvanda yaşayırlar. Ailədaxili münasibətləri yaxşı olmuşdur. Aralarında hər hansı düşmənçilik ədavət olmamışdır. Zərərçəkmiş şəxs onun gəlini olmamışdan əvvəl qonşusu olmuşdur. Oğlu Ceyhun onu sevib ailə qurmaq istədiyi üçün onlar el adəti ilə Familənin yaşadığı ünvana elçiliyə getmişlər. O da, Familənin gəlini olmasını istəmişdir. 2020-ci ilin oktyabr ayında elçiliyə gedən zaman yanında bacısı Mətanət, əri Məhərrəm olmuşdur. Familənin ailə üzvləri onlarla razılaşıb toyun Familənin yetkinlik yaşına çatmasından sonra olmasını onlara bildirmişlər. X4 çox sevdiyini və tez evlənmək istədiyini dediyi üçün onlarla razılaşıb Familə və Ceyhunun nişanlanmasına razı olduqları üçün evlilikdən bir həftə sonra Familənin yaşadığı ünvanda nişan mərasimi olmuşdur. O, nişan üzükləri taxmışdır. Nişan mərasimində ailələr və yaxın qohumlar iştirak etmişdir. Nişan mərasimindən təxminən 3 ay keçdikdən sonra onlar toy etməyi qərarlaşdırmışdır. Çünki Familə ailə üzvləri ilə birlikdə yaşadıqları Gədəbəy rayonuna qayıtmağı qərarlaşdırmışdılar. Ceyhun isə Familənin getməsini istəməmişdir. Həmin vaxt ölkədə olan “COVİD 19” pandemiyası ilə bağlı toy mərasimlərinin keçirilməsi qadağan olunduğu üçün onlar toyu öz həyətlərində keçirmişlər. Toy məclisi 16 dekabr 2020-ci il tarixdə onların yaşadığı Məhsəti qəsəbəsində baş vermişdir. Həmin toy gecə saatlarına qədər davam etmişdir. Bundan sonra Familə və oğlu Ceyhun həmin ünvanda olan evlərində el adəti ilə onlar üçün ayrılmış otağa keçmişlər. Onlar ər arvad olduqları üçün cinsi əlaqədə olmuşlar. Familə və Ceyhun evlənən zaman Familənin azyaşlı olmasından məlumatı olmuşdur. Hazırda onların birgə nikahlarından Uğur adlı bir azyaşlı uşaqları vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş; Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2005-ci ildə anadan olmuşdur. “Baxış keçirilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerə, yəni Şahid2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi 5-ci küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş və evin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 1898 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinsiyyət orqanlarında cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb-patologiya, deformasiya, çapıq toxuması aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 1899 nömrəli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarətin obyektiv əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti iki həftədən artıqdır (köhnədir). Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində anal dəlik vasitəsilə qeyri-təbii yola cinsi əlaqəni təsdiq edən əlamətlər müəyyən edilməmişdir. Gəncə şəhər “Asan Xidmət” Qeydiyyat Şöbəsindən alınmış 06.04.2022-ci il tarixli 1274 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 15 avqust 2021-ci il tarixdə X3 adında oğlan uşaqları dünyaya gəlmişdir. 12 aprel 2022-ci il tarixli, 2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. 12 aprel 2022-ci il tarixli, 1236 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs o, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 17 dekabr 2020-ci il tarixdə saat 00 radələrində ailə qurmaq məqsədilə aşkar sürətdə ona məlum, on altı yaşına çatmamış yəni aralarında yaş fərqi iki ildən çox olan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə el adəti ilə toy edib qeyri-rəsmi evləndikdən sonra atası Şahid2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində onlar üçün ayrılmış yataq otağında Zərərçəkmiş şəxs razılığı ilə cinsi əlaqədə olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması tam sübuta yetirlir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət etməklə cinayətini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, himayəsində bir nəfər 13 avqust 2021-ci ildə anadan olmuş azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunu və hüquq pozucularını islah etmədiyini tədqiqatlar nəticəsində aşkar edir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruriliyidir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyədə aşağıdakılar bildirilir: Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyədə eləcə də diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrum etmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrum etmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X2 Şurası Nazirlər Komitəsinin tövsiyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyələrə məhkəmə xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına (həmin əmələ görə özünü vicdanı qarşısında daima mühakimə və tənqid etməsi, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meylli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-biri ilə əlaqəli halda qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayətkarlığa qarşı tətbiq edilən hüquqi təsir vasitələrinin səmərəliliyi hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətləri, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Qeyd edilən cinayət qanunu normasının mənasına görə şərti məhkum etmə institutu stimullaşdırıcı xarakter daşımaqla cəzaya qənaət prinsipinin realizə üsullarından biridir. Şərti məhkum etmə institutu cəza çəkmədən də məhkumun islah olunmasının ehtimal edildiyi şərtlər çərçivəsində (törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla) cəza təyin etmənin ümumi əsaslarına riayət etməklə, ədalətlilik prinsipini rəhbər tutmaqla tətbiq olunması məhkəmənin səlahiyyətinə buraxılan xüsusi normalar məcmusudur. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını və yuxarıda qeyd olunan cəzasını yüngülləşdirən halları, habelə tərəflərin gələcəkdə nikaha daxil olmaqla ər-arvad kimi bir ailədə yaşayıb, uşaqlarını birgə tərbiyə etmək niyyətlərinin olmasını nəzərə alaraq ona təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah və tərbiyə olunması inamına gəlir və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən üzərində sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasını qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun olmaqla ədalətli hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini tərk etməmək vəzifəsinin qoyulmasını zəruri hesab edir. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-357, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək barədə vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №1(043)-80/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-80/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver