Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-84/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, zərərçəkmiş şəxs ƏlZərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2014-cü ilin may ayının əvvəlində, günü istintaqa məlum olmayan tarixdə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən sonuncuya da qazanc verəcəyi adı ilə yalan vədlər verməklə inandıraraq Zərərçəkmiş şəxs 2000 manat pulunu sonuncunun yaşadığı ünvan 2 ünvanında Şahid1 vasitəsi ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2014-cü ilin may ayının 27-də tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən sonuncuya da qazanc verəcəyini, lakin satmaq üçün gətirdiyi avtomobilin üzərinə ağac düşdüyünü bildirib, həmin avtomobili təmir etdirməkdən ötrü 2000 manat pul lazım olması adı ilə yalan vədlər verməklə inandıraraq Zərərçəkmiş şəxs adına olan xx.xx.2014-cü il tarixli ƏN-İ 416346 saylı mülki etibarnaməni ona təqdim edib Zərərçəkmiş şəxs 2000 manat pulunu yaşadığı ünvan 2 ünvanında Şahid1 vasitəsi ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2014-cü ilin iyun ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən sonuncuya da qazanc verəcəyi, ucuz qiymətə “Lada Priora” markalı avtomobil satılması, həmin avtomobili alıb-satmaq üçün 2000 manat pul lazım olması adı ilə yalan vədlər verməklə inandıraraq hüquq verən sənəd hesab olunan hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilməklə Şahid1 adına hazıladığı xx.xx.2014-cü il tarixli ƏN-İİ 490024 saylı saxta etibarnaməni Zərərçəkmiş şəxs təqdim edib, həmin hüquq verən saxta sənəddən istifadə etməklə sonuncunun yaşadığı ünvan 2 ünvanında Şahid1 vasitəsi ilə 2000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2014-cü ilin iyun ayının sonlarında, günü istintaqa məlum olmayan tarixdə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən sonuncuya da qazanc verəcəyi, alıb gətirdiyi avtomobilləri satmaq üçün təmir edilməsindən ötrü 1000 manat pul lazım olması adı ilə yalan vədlər verməklə inandıraraq hüquq verən sənəd hesab olunan hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilməklə hazıladığı xx.xx.2013-cü il tarixli ABN 474245 saylı ** CX *** dövlət qeydiyyat nişanlı Vaz priora markalı avtomobilin saxta nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini Zərərçəkmiş şəxs təqdim edib, həmin hüquq verən saxta sənəddən istifadə etməklə sonuncunun yaşadığı ünvan 2 ünvanında Şahid1 vasitəsi ilə 1000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2014-cü ilin iyun ayının sonlarında, günü istintaqa məlum olmayan tarixdə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən sonuncuya da qazanc verəcəyi, alıb gətirdiyi avtomobilləri satmaq üçün təmir edilməsindən ötrü 1600 manat pul lazım olması adı ilə yalan vədlər verməklə inandıraraq hüquq verən sənəd hesab olunan hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilməklə hazıladığı xx.xx.2013-cü il tarixli ABN 968843 saylı ** FC *** dövlət qeydiyyat nişanlı Geely Emqrand markalı avtomobilin saxta nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini Zərərçəkmiş şəxs təqdim edib, həmin hüquq verən saxta sənəddən istifadə etməklə sonuncunun yaşadığı ünvan 2 ünvanında Şahid1 vasitəsi ilə 1600 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2014-cü ilin iyul ayının sonlarında, günü istintaqa məlum olmayan tarixdə tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs avtomobil alqı-satqısı ilə məşğul olub əldə edəcəyi gəlirdən sonuncuya da qazanc verəcəyi, bunun üçün 5000 manat pul lazım olması adı ilə yalan vədlər verməklə inandıraraq onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 X4 İmtahan Şöbəsinin inzibati binasına aparıb hüquq verən sənəd hesab olunan, hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilməklə Zərərçəkmiş şəxs adına hazırladığı xx.xx.2014-cü il tarixli ABN 574227 saylı ** CX *** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobilin saxta nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini Zərərçəkmiş şəxs təqdim edib, həmin hüquq verən saxta sənəddən istifadə etməklə sonuncunun yaşadığı ünvan 2 ünvanında Şahid1 vasitəsi ilə 5000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2014-cü ilin oktyabr ayının 21-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentiensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Şahid1 ilə təxminən 2010-cu ildən tanışdır. 2014-cü ilin may ayının əvvəllərində o, Gəncə şəhərində avtomobil alqı-satqısı ilə məşğul olmuş, lakin pulu az olduğu üçün avtomobil alıb-satmaqda çətinlik çəkmişdir. Bunun üçün tanşlarından pul alıb yenə avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Lakin həmin ərəfədə aldığı avtomobilləri sata bilmədiyindən, eyni zamanda sonuncu aldığı avtomobilin üzərinə ağac qırılıb düşdüyündən o, həmin avtomobili təmir edib sata bilməmişdir. Beləliklə də ziyan edərək pulları batırmış, həmin avtomobilləri almaq üçün tanışlarından aldığı pulları da məhz bu səbəbdən qaytara bilməmişdir. Ona görə də məcbur olub pul axtarmağa başlamışdır. Lakin pul tapa bilmədiyi üçün tanışı Təranəyə demişdir ki, maşın alveri üçün ona təcili pul lazımdır. Təranə ondan nə qədər pul lazım olduğunu, nəyə lazım olduğunu soruşanda demişdir ki, rayonlarda, əsasən də Lənkəran rayonunda qəzalı maşınlar olur, onları alıb gətirib təmir etdirib satacaq və yaxşı pul qazanacaqdır. Ona görə Təranə onun üçün 2014-cü ilin təxminən may ayının əvvəlində tanışı Afətin evinə getmiş və onun maşın alveri etməsi üçün Afətdən 2000 manat pul alıb gətirmişdir. O, həmin 2000 manat pulu borclu olduğu tanışlarına vermişdir. Lakin bir müddətdən sonra borc sahiblərinin bir qismi də onda olan pullarını istəməyə başlamışlar. O, tanışlarının borcunu qaytarmaq üçün yenə Təranəyə Afətdən pul götürməsini xahiş etmişdir. Təranə həmin pulun nəyə lazım olduğunu soruşanda bildirmişdir ki, rayondan alıb satmaq üçün gətirdiyi avtomobilin üzərinə ağac qırılıb düşmüş, həmin maşını təmir etdirib satmaq üçün ona 2000 manat pul lazımdır. Təranə yenə onun üçün 2014-cü ilin may ayının 27-də Afətgilə getmiş və Afətdən sələmə pul istəyən zaman Afət nə üçün götürdüyünü, əvəzində nə isə verə biləcəklərini soruşanda Təranə Afətə bildirmişdir ki, Seymur satmaq üçün gətirdiyi maşnın üzərinə ağac düşdüyü üçün sata bilmir. Həmin maşının təmirinə 2000 manat pul lazımdır. Afət Təranəyə etibar edib 2000 manat pulu verən zaman bildirmişdir ki, pulun verilməsi müqabilndə Afətə maşın sənədi versin. O, da həmin pulun girovu qismində Afətin adına notarius vasitəsi ilə 416346 saylı etibarnamə vermişdir. Aldığı pulu isə tələbatlarına xərcləmişdir. Bundan sonra onun yenə pula ehtiyacı olduğu üçün Təranəyə bildirmişdir ki, ona Afətdən 2000 manat pul götürüb versin. Təranə həmin pulun nəyə lazım olduğunu soruşanda bildirmişdir ki, “Lada Priora” markalı maşın var, ucuz satırlar, onu almaq istəyir. Təranə ona inanmadığı üçün sonuncuya demişdir ki, şəxsiyyət vəsiqəsini versin gedib həmin avtomobili onun adına sənədləşdirsin. Təranə razılaşıb şəxsiyyət vəsiqəsini ona vermişdir. O, yaşadığı evə gəlib öz kompüterində Təranənin adına saxta etibarnamə düzəldib rəngli printerdə çap etmiş və Təranəyə zəng edib bildirmişdir ki, etibarnamə hazırdır, lakin pul verilməlidir ki, imzalansın. Təranə ona inandığı üçün 2014-cü ilin iyun ayının 13-də gedib Afətdən onun üçün 2000 manat pul alıb gətirmişdir. O, həmin pulu Abbas Səhhət xəstəxanasının yaxınlığında Təranədən götürmüş və bildirmişdir ki, notariusda maşının etibarnaməsini imzaladıb gəlir. O, Təranədən uzaqlaşıb getmiş və təxminən 15 dəqiqədən sonra evdə öz kompüterində düzəltdiyi saxta etibarnaməni gətirib Təranəyə vermişdir. Təranə isə həmin sənədi aparıb Afətə vermişdir. Həmin vaxtdan təxminən bir qədər müddət keçəndən sonra onun yenə pula ehtiyacı yaranmışdır. O, pul əldə etmək üçün Təranədən xahiş etmişdir ki, ona Afətdən 5000 manat pul götürsün. Təranə yenə ona pulun nəyə lazım olduğunu soruşanda bildirmişdir ki, bir nəfərə vacib pul lazımdır, həmin adama veriləcək puldan qazancları olacaqdır. O, Təranəni inandırıb Afətin evinə yola salanda Təranəyə demişdir ki, həmin pulun girovu qismində qızıl qoya bilər. Əslində isə onun planı belə olmuşdur ki, 2000 manata qızıl alıb, həmin qızılı Afətə girov qismində verib 5000 manat pul götürsün. Lakin Təranə ona zəng edib bildirmiş ki, Afət qızıl istəmir, deyir varsa Afətin adına avtomobil sənədləşdirsin. O, isə Təranəyə bildirmişdir ki, problem deyil, iki günə maşın sənədini həll edər. Bunun üçün 2014-cü ilin iyun ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə yaşadığı evdə özünə məxsus kompüterdə Afət Zeynalovanın adına saxta avtomobil etibarnaməsi düzəldib öz printerində çap etmiş və səhəri gün Təranəyə demişdir ki, gedib Afəti evdən götürüb X5 Şöbəsinin yerləşdiyi yerə gəlsin. Orada Afətə gətirib saxta sənədə imza etdirmiş və həmin saxta avtomobil texniki pasportunu Afətə vermişdir. Afət artıq ona inandığı üçün səhəri gün 5000 manat pulu yaşadığı ünvan 3 ünvanında Təranə vasitəsi ilə ona vermişdir. O, həmin pulu götürüb yenə şəxsi tələbatlarına xərcləmişdir. Lakin Afət ona verdiyi pulların qaytarılmasını istəyəndə o, həmin pulları qaytara bilməmiş və Afətlə aralarında narazılıqlar yaranmışdır. 2014-cü ilin oktyabr ayında onun borclu olduğu şəxslər ondan şikayət etdikləri üçün onun barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və o, həbs olunmuşdur. Həbs olunduqdan sonra isə onun Afətə borclu olduğu pulları ödəməyi anası Sitarə öz üzərinə götürmüşdür. Belə ki, anası Sitarə Afət ilə razılaşmış və Afət öz adına 2000 manat bankdan kredit götürmüşdür. Həmin kreditin aylıq pulunu yəni 1600 manat olana qədər olan ödənişi anası Sitarə hər ay ödəmişdir. Həmin müddətdə isə onun məhkəməsi olmuş və 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bundan sonra anası Sitarə də onun Afətə olan borcunu ödəyə bilməmişdir. Ona görə də Afət onun barəsində şikayət ərizə ilə polisə müraciət etmişdir. O, Zərərçəkmiş şəxs ümumilikdə 13600 manat pul almışdır. O Afət Zeynalovadan pulları Afəti və Təranəni aldadaraq götürmüşdür. Onun Zərərçəkmiş şəxs pul götürmək üçün girov qismində təqdim etdiyi avtomobil sənədlərinin saxta olmasını Şahid1 bilməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs götürülmüş pulların avtomobil alqısatqısına yox, digər tələbatlarına xərclədiyini də Şahid1 bilməmişdir. O, bu haqda Təranəyə heç nə deməmişdir. O, həmin sənədləri öz yaşadığı evdə özünə məxsus otağında olan kompüterdə düzəldib rəngli printerdə çap etmişdir. Lakin həmin vaxtlar pula ehtiyacı olduğu üçün həmin kompüter və rəngli printeri də satmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 ilə təxminən 2014-cü ildə tanış olmuşdur. Rəfiqə kimi yaxın münasibətləri olmuş, mütəmadi olaraq bir-birilərinin evinə gediş-gəlişləri olmuşdur. 2014-cü ilin təxminən may ayının əvvəlində Təranə onun yaşadığı ünvan 2 ünvanına gəlib söhbət edərkən qeyri-rəsmi ər-arvad kimi yaşadığı bir nəfərin avtomobillərin alqı-satqısı ilə məşğul olub pul qazandığını bildirmiş və demişdir ki, həmin şəxsə pul lazım olur. Əgər pul verə bilərsə həmin şəxs maşın alıb-sataraq əldə etdiyi qazancdan ona da verəcəkdir. O, isə pul tapıb düzəldəndən sonra xəbər edəcəyini demişdir. Bundan sonra Təranə çıxıb getmişdir. Həmin vaxtdan təxminən 3 gün sonra Təranə təkcə yenə onun yaşadığı evə gəlmiş və bildirmişdir ki, tanışı olan Seymur adlı oğlan üçün 2000 manat pul lazımdır. O, həmin pulun nəyə lazım olduğunu soruşanda bildirmişdir ki, Seymur Lənkəran rayonundan gedib təmirə ehtiyacı olan avtomobillər alıb gətirərək Gəncə şəhərində təmir etdirib satacaqdır və əldə etdiyi qazancdan ona da verəcəkdir. Buna görə o, inanıb Seymur üçün həmin 2000 manat pulu Təranəyə vermiş və Təranə pulu götürüb bildirmişdir ki, “Seymur gətirib təmir etdirdiyi avtomobili təxminən 10-15 günə satıb qazancınızı götürəcəcəksiz”. Sonra isə çıxıb getmişdir. Təxminən 10 gündən sonra, yəni may ayının 27-də Təranə yenə onun yaşadığı evə gəlmiş və bildirmişdir ki, Seymur rayondan alıb gətirdiyi maşının üstünə ağac düşübdür, ona görə həmin maşını sata bilmir. Həmin maşını da satmaq üçün təmir olunmalıdır. Təmir üçün isə Seymura təxminən 2000 manat pul lazımdır. O, yenə inanıb həmin 2000 manat pulu Təranəyə vermiş və bildirmişdir ki, həmin gətirdiyi maşınlardan ona da sənəd versin. Təranə onun razılaşıb çıxıb getmişdir. Həmin vaxtdan təxminən 15 gün sonra yəni 2014-cü ilin iyun ayının ortalarında Təranə onun yaşadığı evə gəlib demişdir ki, maşın gətirmək üçün Seymura yenə 2000 manat pul lazımdır və sonra onun adına tərtib edilmiş etibarnaməni və Təranənin öz adına tərtib edilmiş etibarnaməni ona vermişdir. O, sənədlərə baxan zaman Təranə bildirmişdir ki, həmin sənədlər Seymurda olan maşınların sənədləridir. Seymur maşının birinin etibarnaməsini onun, birini də Təranənin adına veribdir. O, həmin sənədlərə baxıb inanmış və 2000 manat pulu Təranəyə vermiş və Təranə çıxıb getmişdir. Bundan sonra təxminən 2014-cü ilin iyun ayının sonlarında Təranə yenə onun yaşadığı evə gəlmiş və ondan gətirilmiş maşınların təmiri üçün əlavə olaraq 1000 manat pul istəmiş və Seymurun yeni gətirdiyi maşının təmirinə 1000 manat lazım olduğunu demişdir. O, 1000 manat pulu verməmişdən öncə Təranədən soruşmuşdur ki, bəs Seymur alıb gətirdiyi maşınları niyə satıb qazanclarını vermir. Təranə isə bildirmişdir ki, maşınlar bahalı maşınlardı, satılan kimi qazancını götürəcəkdir. O, Təranəyə inanıb Seymur üçün 1000 manat pulu verəndə Təranə ona vermək üçün Seymurun Təranəyə verdiyi avtomobilin sənədini ona təqdim etmişdir. O, həmin sənədə baxanda görmüşdür ki, sənəddə **-CX-*** dövlət nömrə nişanlı avtomobilin nömrəsi var. Onun maşından anlayışı olmadığı üçün həmin sənəddə olan digər yazılara baxmamış və Təranəyə inanmışdır. Təranə isə çıxıb getmişdir. Həmin vaxtdan təxminən 3 gün sonra yəni, 2014-cü ilin sonlarında Təranə yenə onun yaşadığı evə gəlmiş və ondan gətirilən avtomobillərin əlavə təmiri üçün 700 manat və 900 manat, yəni 1600 manat yenə əlavə pul istəmiş və ona **-FC-*** dövlət nömrə nişanlı avtomobilin sənədini vermişdir. O, da inanıb Təranəyə həmin məbləğdə pulu vermişdir. Həmin vaxtdan təxminən bir ay sonra yəni, 2014-cü ilin iyul ayının sonlarında Təranə Seymurla birgə onun yaşadığı evə gəlmişlər və yenə Seymur maşın alıb gətirib satmaq üçün 5000 manat pul lazım olduğunu demişdir. Əvəzində qızıl verə biləcəyini bildirəndə o, razı olmamış və təklif etmişdir ki, avtomobil sənədi versin. Seymur isə fikirləşib 2 günə xəbər edəcəyini demiş və çıxıb getmişdir. 2 gündən sonra Təranə gəlib onu evdən götürmüş və taksi ilə X4-İmtahan şöbəsinə getmişdir. Orada Təranə ilə çöldə gözləmişdir. Seymur isə gətirib ona hansısa bir sənədə imza etdirmiş və onlar çıxıb yaşadıqları evə gəlmişdilər. Sonra isə onun evində Seymur ona **-CX-*** dövlət nömrə nişanlı avtomobilin sənədini vermiş və arxasını çevirib onun adına olduğunu göstərmişdir. O, da Seymura inanmış və 5000 manat pulu yaşadığı ünvan 3 ünvanında Təranəyə vermişdir ki, Seymura versin. O, ümumilikdə Təranə vasitəsi ilə Seymura cəmi 13600 manat pul vermişdir. Təranə hər dəfə ondan pulu aldıqda ona yaxın günlərdə satılması üçün gətirilmiş avtomobillərin yüngül təmir işləri edildikdən sonra satılıb əldə edilən qazancdan ona da veriləcəyini, bu işlə Təqsirləndirilən şəxs məşğul olduğunu və Seymur nə vaxt Təranəyə pul verdikdə onun pulunu, yəni qazancdan ona Seymura verdiyi puldan artıq pul verəcəyini demişdir. Hər dəfə pulları alanda isə maşınlarda bir problem olduğunu deyib əlavə pul allmışdır. Lakin sonralar isə 2014-cü ilin sentyabr ayından o, Təranədən sonuncuya verdiyi cəmi 13 600 manatın müqabilində əldə olunmuş qazancdan pul istədikdə Təranə müəyyən bəhanələr gətirərək, satılması üçün Seymurun gətirdiyi avtomobillərin yaxşı satılmadığını, gətirilmiş avtomobillərə çoxlu pul xərcləndiyini deyib ona pul verməkdən imtina etməyə başlamışdır. Buna görə də o, bir neçə ay əvvəl artıq Seymurun onu aldatdığını başa düşmüşdür. Ona verilən maşın sənədlərini yoxlatmaq üçün yenidən X4 İmtahan şöbəsinə getmişdir. Orada ona məlum olmuşdur ki, Seymurun ona verdiyi bütün sənədlər saxtadır. O, da bu barədə zəng edib Təranəyə demişdir. Təranə isə bildirmişdir ki, elə sey ola bilməz, dəqiqləşdirib deyər. Sonradan isə Təranə ilə danışan zaman Təranə bildirmişdir ki, Seymur Təranəni də aldadaraq saxta sənəd verməklə onun pullarını ələ keçirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Tolstoy küçəsi 9 saylı evdə yaşayan Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. 2014-cü ilin may ayında tanışı Təqsirləndirilən şəxs avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, bunun üçün də təcili pul lazım olduğunu demişdir. O, Seymurdan nə qədər pul lazım olduğunu, nəyə lazım olduğunu soruşanda Seymur bildirmişdir ki, rayonlarda, əsasən də Lənkəran rayonunda qəzalı maşınlar olur, onları alıb gətirib təmir etdirib satacaq və yaxşı pul qazanacaqdır. Ona görə o, Seymur üçün 2014-cü ilin təxminən may ayının əvvəlində tanışı Afətin yaşadığı ünvan 2 ünvanına getmiş və tanışı olan bir nəfərin maşın alveri etməyi üçün Afətdən 2000 manat borc pul istəmişdir. Afət isə ona inandığı üçün 2000 manat pulu ona vermişdir. O, da həmin pulu gətirib Gəncə şəhərində Seymura vermişdir. Həmin vaxtdan bir neçə gün keçəndən sonra Seymur yenə ona Afətdən pul götürməsini xahiş etmişdir. O, Seymurdan həmin pulu nəyə lazım olduğunu soruşanda Seymur bildirmişdir ki, rayondan alıb satmaq üçün gətirdiyi avtomobilin üzərinə ağac düşübdür. Həmin maşını təmir etdirib satmaq üçün 2000 manat pul lazımdır. O, yenə Seymur üçün 2014-cü ilin may ayının 27-də Afətin yaşadığı evə getmiş və Afətə demişdir ki, Seymur rayondan alıb gətirdiyi maşının üstünə ağac düşübdür, ona görə həmin maşını sata bilmir. Həmin maşını satmaq üçün təmir olunmalıdır. Təmir üçün isə Seymura təxminən 2000 manat pul lazımdır. Afət yenə ona etibar edib 2000 manat pulu ona vermiş və demişdir ki, həmin satmaq üçün gətirdiyi maşınların sənədindən Afətə də versin. O, Afətlə razılaşıb çıxıb getmişdir. Həmin vaxtdan təxminən 15 gün sonra yəni 2014-cü ilin iyun ayının ortalarında Seymur yenə ona maşın alveri üçün pul lazım olduğunu demişdir. O, Seymura həmin pulu nəyə lazım olduğunu soruşanda bildirmişdir ki, “Lada Priora” markalı maşın var, ucuz satırlar, onu almaq istiyir. O, ilk öncə Seymura inanmadığı üçün Seymur bildirmişdir ki, inanmırsa şəxsiyyət vəsiqəni versin gedib həmin avtomobili onun adına sənədləşdirsin. O, da razılaşıb şəxsiyyət vəsiqəsini Seymura vermişdir. Bir qədərdən sonra Seymur zəng edib bildirmişdir ki, etibarnamə hazırdır, lakin pul verilməlidir ki, etibarnamə imzalansın. Ona görə o, yenə Seymur üçün Afətin yaşadığı evinə getmiş və demişdir ki, maşın üçün Seymura yenə 2000 manat pul lazımdır. Afət ona etibar edib 2000 manat pulu vermişdir. O, da həmin pulu yenə gətirib Seymura vermişdir. Seymur da pulu götürüb ona adına tərtib edilmiş etibarnaməni vermişdir. O, da həmin sənədi Afətə vermişdir ki, arxayın olsun. Daha sonra Seymur yenə ona gətirdiyi maşınların təmiri üçün pul lazım olduğunu demişdir. O, yenə də Seymura inanıb təxminən 2014-cü ilin iyun ayının sonlarında Afətin yaşadığı evə getmiş və Seymurun alıb gətirdiyi maşınların təmiri üçün 1000 manat sələmə pul istəmişdir. Afət 1000 manat pulu ona verəndə o, da girov qismində Seymurun ona verdiyi maşın sənədini Afətə təqdim etmişdir. Həmin vaxtdan 3 gün sonra, yəni 2014-cü ilin sonlarında Seymur yenə ondan alıb gətirdiyi avtomobillərin təmiri üçün 700 manat və 900 manat, yəni 1600 manat pul istəmiş və ona pul götürəndə girov qoymaq üçün **- FC-*** dövlət nömrə nişanlı avtomobilin sənədini vermişdir. O, da Seymura inanıb həmin vaxt Afətin yaşadığı evə getmişdir. Afətdən 1600 manat pulu sələm qismində alıb həmin maşın sənədini Afətə vermiş və çıxıb gəlmişdir. Həmin puluda yenə şəhərdə görüşüb Seymura vermişdir. Həmin vaxtdan təxminən bir ay sonra yəni, 2014-cü ilin iyul ayının sonlarında Seymur yenə ona təcili pula ehtiyacı olduğunu demiş və Afətdən 5000 manat pul götürməsini xahiş etmiş və onu Afətin evinə yola salanda demişdir ki, həmin pulun girovu qismində qızıl qoya bilərlər və ona iki qızıl boyunbağı vermişdir. O, da qızılı götürüb Afətin yaşadığı evə getmiş və 5000 manat pul lazım olduğunu deyib qızılları girov qismində verəndə Afət bildirmişdir ki, qızıl əvəzinə Afətin adına maşın sənədi versin. O, da zəng edib Seymura bu barədə deyəndə Seymur bildirmişdir ki, problem deyil. 2014-cü ilin iyul ayının sonlarında Seymur ona zəng edərək demişdir ki, Afəti də götürüb X4 İmtahan Şöbəsinə gəlsin. O, da taksi ilə gedib Afəti yaşadığı evindən götürüb həmin yerə getmişdir. Orada o, Afət ilə çöldə gözləmişdir. Seymur isə gətirib Afətə hansısa bir sənədə imza etdirmiş və onlar çıxıb gəlmişdirlər. Sonra isə Seymur **-CX-*** dövlət nömrə nişanlı avtomobilin sənədini gətirib Afətə vermiş və arxasını çevirib Afətin adına olduğunu göstərmişdir. Afət də evlərində 5000 manat pulu ona vermişdir. O, da həmin pulu Seymura vermişdir. O, ümumilikdə Afətdən 13600 manat pulu hissə-hissə alıb Seymura vermişdir. 2014-cü ilin sentyabr ayında Seymur Afətə borcu qaytarmalı olduğu vaxtda Afətə vermək üçün pulu ona vermədikdə Seymur gətirdiyi avtomobillərin satılmadığı üçün belə vəziyyətə düşdüyünü demişdir. O, da Afətə demişdir ki, maşın sənədlərini özündə saxlasın, əgər Seymur pulu verə bilməsə həmin avtomobilləri satıb pulunu götürər. 2014-cü ilin sentyabr ayında Afət ona zəng edib X4 İmtahan Şöbəsində Seymurun verdiyi avtomobillərin sənədlərini yoxlatdığını və həmin sənədlərin saxta olduğunu bildirmişdir. O, da Seymurla görüşüb sonuncuya bu barədə demişdir. Seymur ona həqiqətən də Afətin adına verdiyi sənədlərin və onun adına verdiyi etibamamənin saxta olduğunu bildirmişdir. Sonrada isə ona məlum olmuşdur ki, Seymur Gəncə şəhəri Baş Polis İdarəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə təqsirli bilinib həbs edilmişdir. Yalnız sonra ona məlum olmuşdur ki, Seymur onu da aldatmışdır və heç vaxt avtomobil alveri ilə məşğul olmamışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 320.1-ci və 320.2-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 3162 saylı sənədlərin məhkəmə-texniki ekspertizasının rəyinə əsasən: 1.Tədqiqata təqdim edilmiş “AB№ 968843 saylı, AB№ 474245 saylı, AB№ 574227 saylı nəqliyyat vastəsinin qeydiyyat şəhadətnamələrin, xx.xx.2014-cü il tarixli ƏN-İİ NQ 490024 saylı “Etibarnamə”nin blankları və üzərlərində olan çap mətləri hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdirlər. 2.Tədqiqata təqdim edilmiş AB№ 968843 saylı, AB№ 474245 saylı, AB№ 574227 saylı nəqliyyat vastəsinin qeydiyyat şəhadətnamələrin, xx.xx.2014-cü il tarixli ƏN-İİ NQ 490024 saylı “Etibarnamə”nin blankları «Requla firmasının istehsalı olan “FDS Forensic” xüsusi kompüter proqramındakı həqiqi nəqliyyat vastəsinin qeydiyyat şəhadətnaməsinin və şöbədə olan etibarnamənin blank nümunələri ilə uyğun deyillər. 3.Tədqiqata təqdim edilmiş xx.xx.2014-cü il tarixli ƏN-İ №416346 saylı “Etibarnamə”nin və reyestr nömrəsi 7E-20175 nömrəli xx.xx.2014-cü il tarixli “Notariat hərəkətləri” adlı sənədin blankı, üzərində olan çap mətnləri, imzalar və möhür əksi termoqrafik çap üsulu ilə çap edilmişdirlər. Ekspertiza tədqiqatının dəyəri 76 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Seymur Aydın oğlu barəsində alınmış tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib Gəncə şəhəri Kəpəz rayon məhkəməsi tərəfindən 3000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəriməni tam ödəmişdir. Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib X7 Məhkəməsi tərəfindən 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il də Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsnin qərarı Təqsirləndirilən şəxs cəzası 7 ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016 cı il tarixli qərarı ilə cəzası 05 il 06 aya endirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin olunmuş 05 il 06 ay məhrum etmə cəzası 5 ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəmsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azəraycan Respublikası CM-in 178.3.2-ci maddəsindən Azəraycan Respublikası CM-in 178.2.4-cü maddəsinə tövsif edilərək cəzası 03 il 08 aya endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda avtomobil alqı-satqısı ilə qazanc əldə edəcəyi və həmin qazancdan ona hissə verəcəyi adı ilə ƏlZərərçəkmiş şəxs məxsus pulları aldatma yolu ilə ələ keçirməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü olaraq ödəyib, onunla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxsin məhkumluqları hazırda ittiham olunduğu cinayət əməlinin törədilməsindən sonra yarandığından bu məhkumluqlar ona cəza təyin edilərkən cinayətlərin residivi kimi nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla cəzanın məqsədlərinə nail olmağa imkan verir. Cəzanın məqsədlərindən biri də sosial ədalətin bərpası olduğundan, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyi və onunla barışıq əldə etdiyi üçün cəzanın bu məqsədinə nail olunmuşdur. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 76 manat pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri olan 76 (yetmiş altı) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına keçirilsin: KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-84/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-84/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver