Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-84/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə şəhəri 1 saylı Vəkillər bürosunun vəkili X1 iştirakları ilə 27 avqust 1989-cu il tarixdə Gürcüstan Respublikasının Tsalka rayonunun Sarvan kəndində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikasının Tsalka rayonunun Sarvan kəndində daimi, Samux rayonu, İnstitut qəsəbəsi, Z.Rəhimov küçəsi, ev 13-də müvəqqəti qeydiyyatda olmaqla orada yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə, saat 22 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan özünə məxsus “Nissan” markalı, “Teana” minik modelli, BM166BM Gürcüstan qeydiyyat nişanlı avtomobili idarə edərək velosiped, araba, asma mühərrikli velosiped, moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına və Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbinin yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmasına, lakin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməli olmasına dair həmin Qanunun 35-ci maddəsinin İİ hissəsinin tələbinə, eləcə də həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Dəyirmanın dairəsi” adlanan dairə istiqamətində hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmaqla yol şəraitini nəzərə almadan həmin avtomobili hərəkətin təhlükəsizliyini təmin edə bilməyəcəyi sürətlə idarə edib həmin vaxt öz hərəkət zolağı ilə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmadan idarə etdiyi və Zərərçəkmiş şəxs2 məxsus “Murovey” markalı, qeydiyyat nömrə nişanı olmayan motosikletlə lazımi ara məsafəsi saxlamayıb qeyd olunan tələblərə əməl etməyərək həmin motosikletə çırpılmış və ehtiyatsızlıq nəticəsində qeyd edilən motosikletin sürücüsü Zərərçəkmiş şəxs1 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən təpə və alın nahiyələrinin yaraları, bel nahiyəsinin, hər iki əlin sıyrıqları, sol körpücük sümüyünün sınığı xəsarətləri yetirməklə, həmçinin çırpıldığı “Murovey” markalı, qeydiyyat nömrə nişanı olmayan motosikletin sahibi Zərərçəkmiş şəxs2 600 manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol nəqliyyat hadisəsi baş verdikdən sonra qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, yaxud zərərçəkəni səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyib yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 1992-ci ildən Azərbaycan Respublikasının Gəncə şəhərində, 1998-ci ildən isə Samux rayonunun İnstitut qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əməklə - ev təmiri ilə məşğul olur. Gürcüstan Respublikasının vətəndaşı olsa da 1992-ci ildən Azərbaycan Respublikasında yaşadığına və milliyyətcə azərbaycanlı olduğuna görə Azərbaycan dilində sərbəst yaza, oxuya və danışa bilir. “Nissan Teana” markalı, göy rəngli, BM166BM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobili olmaqla öz adınadır. Həmin avtomobili 2019-cu ildən idarə edir. Avtomobili idarə etmək üçün Gürcüstan Respublikasına məxsus B kateqoriyalı, AH № ******* seriyalı sürücülük vəsiqəsi var. 13 dekabr 2021-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi avtomobillə Gəncə şəhəri, Gülüstan qəsəbəsindən gəlib yaşadığı Samux qəsəbəsinə getmək istəmişdir. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Dəyirmanın dairəsi” adlanan dairə istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olarkən yolun orta hissəsi ilə qarşısında ağ rəngli, dövlət qeydiyyat nişanına diqqət yetirmədiyi “Niva” markalı avtomobil onunla eyni istiqamətdə hərəkət etmişdir. Həmin vaxt “Niva” markalı avtomobillə ara məsafəsi təxminən 5-7 metr olmuşdur. Həmin avtomobildə demək olar ki, onunla eyni hərəkət sürəti ilə getmişdir. “Niva” markalı avtomobil sükanı sağa çəkib hərəkət zolağını dəyişmiş və onun qarşısında anidən “Murovey” markalı, işıqları yanılı olmayan motosiklet peyda olmuşdur. Həmin vaxt onların ara məsafəsi qısa olduğundan o, tormozlama edə bilməmiş və idarə etdiyi avtomobilin ön sağ hissəsi “Murovey” markalı həmin motosikletin arxa hissəsinə dəymişdir. Həmin vaxt “Murovey” markalı motosiklet sürüşüb yolun sağ kənarında olan səki daşlarına dəymiş və o həmin vaxt qorxduğu üçün avtomobili dayandırmadan oradan uzaqlaşıb yaşadığı Samux rayonu, İnstitut qəsəbəsinə getmişdir. Avtomobilini yaşadığı evin həyətyanı sahəsinə salıb dayandırmış və bir qədər özünə gəlməyə çalışmışdır. Təxminən 15-20 dəqiqə sonra isə qonşuluqda yaşayan Xəzər adlı şəxsin “VAZ 21110” markalı, qara rəngli, dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobili ilə Gəncə şəhərinə, yəni hadisə yerinə qayıtmış və hadisə yerində olan şəxslərdən motosiklet sürücüsünün harada olmasını soruşmuşdur. Həmin vaxt orada olan tanımadığı şəxslərdən biri ona sürücünün Gəncə şəhəri A.Səhhət adına 1 saylı xəstəxanaya aparıldığını bildirmişdir. O, dərhal həmin xəstəxanaya getmiş, lakin oraya çatanda oradan demişlər ki, xəstəni az əvvəl xəstəxanadan aparmışlar. Ona görə də yaşadığı evə qayıtmışdır. 16 dekabr 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evə dövlət yol polis idarəsinin əməkdaşları gəlmiş və onun yol-nəqliyyat hadisəsi törətməsini bildirib özləri ilə onu və avtomobilini Gəncə şəhər DYPŞ-yə aparmışlar. Orada özünü və avtomobilinə aid sənədləri təqdim edib yaşadığı evə qayıtmışdır. 17 dekabr 2021-ci il tarixdə isə polis əməkdaşlarının çağırışı ilə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Gürcüstan Respublikasına aid sürücülük vəsiqəsini Azərbaycan Respublikasına gəldikdən sonra qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının sürücülük vəsiqəsi ilə dəyişdirməmişdir. Sonuncu dəfə Gürcüstan Respublikasına pandemiya yaranmazdan təxminən 1-2 ay əvvəl getmiş, sonradan geri qayıtmışdır. Hadisə vaxtı avtomobildə başqa kimsə olmamışdır.Hadisə vaxtı qorxduğuna görə hadisə yerindən yayınmışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə vaxtı ayıq olmuşdur. Hadisə nəticəsində xəsarət almamışdır. Cinayət işi məhkəməyə göndərilən zaman“Nissan” markalı, “Teana” minik modelli, BM166BM Gürcüstan qeydiyyat nişanlı avtomobili Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasından götürmüşdür. Hazırda zərərçəkmişlə barışmış, ona dəyən maddi və mənəvi ziyanı tamamilə ödəmişdir. Eyni zamanda motosikletin sahibinə vurmuş olduğu ziyanı da tamamilə ödəmişdir. Əməlindən peşmandır. Odur ki, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, bina 4, mənzil 10-da anası ilə birlikdə yaşayır və Gəncə şəhər MKTİB-də fəhlə işləyir. Dövlət qeydiyyat nişanı olmayan “Murov” markalı motosiklet xalasıoğlu Aminə məxsusdur və həmin motosikletin heç bir sənədi yoxdur. O, həmin motosikletlə küçələri təmizləyib topladığı məişət tullantılarını daşıyır. Sürücülük vəsiqəsi isə yoxdur. 13.12.2021-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi həmin motosikletlə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Dəyirmanın dairəsi” adlanan dairə istiqamətində hərəkət edib evinə getmək istəmişdir. Həmin vaxt yolun sağ kənarı ilə saatda 30-40 km sürətlə hərəkətdə olarkən qəflətən arxadan markasını və dövlət qeydiyyat nişanını, eləcə də rəngini görə bilmədiyi avtomobil motosikletə çırpılmış və onun idarə etdiyi motosiklet aşmışdır. Hadisə nəticəsində o, motosikletdən yerə yıxılmış və bədən xəsarətləri almışdır. Həmin avtomobilin sürücüsü isə avtomobili dayandırmadan hadisə yerindən qaçıb getmişdir. O, yerə yıxılmağına görə həmin avtomobili görə bilməmişdir. Bu vaxt orada olan tanımadığı şəxslər onun başına toplaşıb yerdən qaldırmış və ona köməklik göstərib xəstəxanaya getməsini təmin etmişlər. Belə ki, o, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər A.Səhhət adına 2 saylı xəstəxanaya getmişdir. Oraya anası və bir neçə tanışları gəlmişlər. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra dövlət yol polis şöbəsinin əməkdaşları ilə sərxoşluğun müayinəsindən keçmək üçün müvafiq tibb məntəqəsinə getmişdir. Orada sərxoşluğun müayinəsindən keçmiş və ayıq vəziyyətdə olması rəsmi sənəd əsasında təsdiqlənmişdir. Bundan sonra dövlət yol polis şöbəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmış və hadisə yerinə baxışda iştirak etmişdir. Hadisə vaxtı idarə etdiyi motosikletdə hər hansı texniki nasazlıq və yük olmamış, motosikletdə tək olmuş, heç bir qoruyucu vasitədən, o cümlədən dəbilqədən istifadə etməmişdir. Motosikletin arxa işıqları yanmasa da, ön işığı yanılı olmuşdur. Hadisə nəticəsində təpə nahiyəsindən, bel nahiyəsindən, əllərindən, çiynindən xəsarətlər almış, çiyin sümüyü sınmışdır. Hadisədən sonra ona dəymiş maddi və mənəvi ziyan hadisəni törədən Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyindən onunla barışmışdır. Hazırda onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Kimyaçılar küçəsi, bina 2, mənzil 139-da yaşayır və Gəncə şəhər MKTİB-də fəhlə işləyir. Onun A kateqoriyalı sürücülük vəsiqəsi var. Dövlət qeydiyyat nişanı olmayan “Murovey” markalı motosiklet ona məxsusdur lakin həmin motosikletin heç bir sənədi yoxdur. Həmin motosikleti 2021-ci ildə Şəmkir rayonunda tanımadığı şəxsdən 800 manata almışdır. Xalasıoğlu Zərərçəkmiş şəxs1 da həmin motosikletlə küçələri təmizləyib topladığı məişət tullantılarını daşımışdır. Belə ki, o özü ara-sıra motosikleti Raminə sürməyi etibar etmişdir. 13.12.2021-ci il tarixdə, saat 22 radələrində xalasıoğlu Amin idarə etdiyi həmin motosikletlə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə “Dəyirmanın dairəsi” adlanan dairə istiqamətində hərəkət edib evinə gedərkən hansısa avtomobil motosikletə çırpılmış və motosiklet aşmışdır. Nəticədə Ramin xəsarət almış, motosikletə isə təxminən 600 manat maddi ziyan dəymişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Eyni zamanda ona məxsus “Murovey” markalı motosikleti polisdən təhvil almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru Şahid2 ifadəsində göstərdi ki, 13 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində ekipaj yoldaşı Şahid1 ilə birlikdə təyin edilmiş marşrut xətti üzrə xidmət apararkən Gəncə şəhər BPİ-nin X6 şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Güllər” marketin yaxınlığında “Murovey” markalı motosikletin iştirakı ilə yol nəqliyyat hadisəsi olması barədə məlumat alıb qeyd edilən yerə getmişlər. Oraya çatanda Ramin adlı bir nəfər şəxsin bədənində xəsarətlər alıb yolun kənarında “Murovey” markalı motosikletin yanında dayandığını və ətrafda olan şəxslərin də oraya toplaşdığını aşkar etmişlər. Hadisə yerinə yaxınlaşdıqda motosikletin başqa bir şəxsə məxsus olduğunu, Ramin adlı sürücünün sürücülük vəsiqəsi olmadan qeydiyyat nişansız həmin motosikleti idarə etdiyini, hadisə vaxtı naməlum avtomobilin həmin motosikletə çırpılıb hadisə yerindən yayındığını müəyyən etmişlər. Daha sonra onlar hadisə yerinin baxışında iştirak etmiş və sonra həmin motosiklet sürücüsünün sərxoşluğun müayinəsindən keçirilməsini təmin etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru Şahid1 Şahid2 göstərdiklərinə uyğun ifadə verdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş; “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqında 13 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Güllər” marketin yaxınlığında, “Dəyirmanın dairəsi” adlanan dairə istiqamətində yolun sağ hərəkət hissəsidir. Hadisə yeri sürücü Zərərçəkmiş şəxs1 tərəfindən göstərilmişdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt beton, örtüyün vəziyyəti isə qurudur. Yol örtüyünün eni ümumilikdə 20 metrdir. Yolun hadisə yerinə düşən hərəkət hissəsinin eni isə 12.4 metrdir və həmin hissədə 03 hərəkət zolağı var. Yolun hərəkət hissəsində qoşa xətt nişanlama xətti var. Yolda hərəkət ikitərəfli təşkil edilmişdir. Hərəkət hissədə piyada zolağı və ya keçidi yoxdur. Hərəkət hissəyə sağ və sol tərəfdən köbə daşları və səki birləşir. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Sürücünün göstərdiyi çırpılma yerindən yolun sağ tərəfindəki köbə daşınadək 4 metr, qoşa xətt nişanlama xəttinədək 8.4 metr məsafə izlənilir. Hadisə yerində təkər izləri aşkar edilməmişdir. Hadisə yerinə gecə vaxtı süni işıqlandırma şəraitində aparılmışdır. Hadisə yerinə baxış protokolundan görünür ki, “Murovey” markalı motosikletə çırpılan, sonradan araşdırmaya məlum olan “Nissan” markalı, “Teana” modelli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində olmadığından hadisə yerinin baxışında iştirak etməmişdir. Zərərçəkmiş şəxs1 barəsində alınmış sərxoşluğun müayinəsinə dair 13.12.2021-ci il tarixli, 1856/2021 nömrəli aktdan görünür ki, o, hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən alınmış 17 mart 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının sürücülük vəsiqəsi verilməmişdir. 05 aprel 2022-ci il tarixli ziyan aktından görünür ki, “Murovey” markalı, qeydiyyat nişanı olmayan motosikletə yol-nəqliyyat hadisəsi vaxtı 600 manat maddi ziyan dəymişdir. “Baxış keçirilməsi haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə məxsus videomüşahidə kamerasından çıxarılmış 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək baxış keçirilmişdir. Belə ki, müvafiq videogörüntüyə baxış keçirilməsinə dair protokoldan görünür ki, diskin içərisində iki ayrı-ayrı videogörüntü mövcuddur. Birinci videogörüntü 28 saniyədən ibarətdir. Həmin görüntüdə avtomobillərin ikitərəfli hərəkətinin təşkil edildiyi avtomobil yolu müşahidə olunur. Həmin vaxt hava qaranlıq, yol şəhər elektrik işığı ilə işıqlandırılır. Görüntünün 12-ci saniyəsində avtomobillərin gəldiyi istiqamətin yolun görüntüyə düşmüş ən yuxarı hissəsində motosikletin aşması, sürücüsünün yerə yıxılması müşahidə olunur. Həmin an motosikletin arxa tərəfindən göy rəngli avtomobil yüksək sürətlə hərəkətini davam etdirir və 18-ci saniyədə görüntüdə daha aydın müşahidə olunur. İkinci videogörüntü isə 39 saniyədən ibarətdir. Həmin görüntüdə avtomobillərin ikitərəfli hərəkətinin təşkil edildiyi avtomobil yolu müşahidə olunur. Həmin vaxt hava qaranlıq, yol şəhər elektrik işığı ilə işıqlandırılır. Görüntünün ilk saniyələrindən yolun sağ hərəkət zolağı ilə arxa işıqları sönülü “Murovey” markalı motosikletin hərəkət etdiyi müşahidə olunur. Görüntünün 14-cü saniyəsindən isə qoşa xətt zolağını kəsib yüksək sürətlə markası bilinməyən avtomobilin həmin motosiklet hərəkət edən istiqamətdə hərəkət etməsi, görüntünün 23-cü saniyəsində isə motosikleti arxa tərəfdən vurub aşırması müşahidə olunur.Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə yolun sağ tərəfi ilə hərəkət edən, bir qədər sonra isə aşan motosikletin hadisə vaxtı özünün idarə etdiyi “NissanTeana” markalı avtomobillə vurduğu motosiklet olmasını, qoşa xətt nişanlama xəttini kəsib keçən göy rəngli avtomobilin isə onun idarə etdiyi “NissanTeana” markalı avtomobil olmasını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 14.01.2022-ci il tarixli, 2047 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər-təpə və alın nahiyələrinin yaraları, bel nahiyəsinin, hər iki əlin sıyrıqları, sol körpücük sümüyünün sınığıdır. Həmin xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, 13.12.2021-ci il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilirlər. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 08.02.2022-ci il tarixli, 8/163 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “NissanTeana” markalı, BM166BM Gürcüstan qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Murovey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Sürücü Zərərçəkmiş şəxs1 motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin, sürücülük vəsiqəsi olmadan idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən “Nissan” markalı, “Teana” minik modelli, BM166BM Gürcüstan qeydiyyat nişanlı avtomobil və “Murovey” markalı, qeydiyyat nişanı olmayan motosiklet hazırkı cinayət işi üzrə maddi sübut, eləcə də cinayət işinin istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona vurulan ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli, 2 nömrəli qərarının 2-ci bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPMin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə,Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, ona vurulan ziyanı tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, əməldə cəzasını ağırlaşdıran halların olmamasını isə nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi CM-nın 263-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza kimi cərimə cəzasının ən aşağı həddində cəza təyin edilməsini qanuni, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların isə olmaması nəzərə alınaraq ona təqsirli bilindiyi CM-nın 264-cü maddəsinin sanksiyasında olan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi zərurətini aradan qaldırır. Lakin digər tərəfdən həmin maddədə nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təqsirləndirilən şəxsə təyin edilməsi CM-nın 52-1.6-cı maddəsinə əsasən yolverilməzdir. Belə ki, təqsirləndirilən şəxs əcnəbi, yəni Gürcüstan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulan ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, cinayət əməlindən səmimi peşman olmasını müstəsna hallar kimi qiymətləndirərək hesab edir ki, onun barəsində təqsirli bilindiyi CM-nın 264-cü maddəsində nəzərdə tutulan əsas cəzaya həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan nisbətən daha yüngül olan islah işləri cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir və bu zaman CM-nın 49-cu maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 49.4-cü maddəsinə əsasən islah işləri birinci dərəcə əlilliyi olan şəxslərə və hərbi qulluqçulara təyin edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Beləki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi CM-in müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş və həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə CM-in 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki cinayəti törətməsi CM-in 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təyin ediləcək əsas və əlavə cəzalar həmin Məcəllənin 66.2-ci və 66.4-cü maddələrinə əsasən tamamilə toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrumetmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Bundan başqa məhkəmə iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Uzunalov X3 Respublikasının vətəndaşı olsa da 20 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasında yaşayır və hazırda burada da işləyir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, habelə onun iyirmi ildən artıq müddətdə Azərbaycan Respublikasında yaşamaqla Azərbaycan Respublikasına bağlılığını, etnik mənsubiyyətini-azərbaycanlı olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının təyin olunmasını məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının başlanğıcı müddəti hazırkı hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Nissan” markalı, “Teana” minik modelli, BM166BM Gürcüstan qeydiyyat nişanlı avtomobilin və “Murovey” markalı, qeydiyyat nişanı olmayan motosikletin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Hökmün icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq edilə biləcək alət və vasitə yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzası, həmin Məcəllənin 264-cü maddəsi ilə barəsində əsas cəzaya CM-ın 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar tam toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzası və qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının başlanğıcı müddəti hazırkı hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan “Nissan” markalı, “Teana” minik modelli, BM166BM Gürcüstan qeydiyyat nişanlı avtomobilin və “Murovey” markalı, qeydiyyat nişanı olmayan motosikletin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmün icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №1(043)-84/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-84/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver