Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(043)-85/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Kəlbəcər rayonu, N.Gəncəvi prospekti ev 139-da qeydiyyatda olan, Abşeron rayonu, Cantəpə qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və adı tam dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmişlər, bu məqsədlə 05.08.2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda fəaliyyət göstərən "xxxx" MMC adlanan kredit təşkilatına gəlib həmin təşkilatın sahibi olan Şahid qardaşı və hüquqi şəxsin işçisi olan Zərərçəkmiş şəxs bir ədəd qızıl boyunbağını göstərib yoxlatdıqdan və sonuncu həmin boyunbağının qızıl olduğuna tam əmin olduqdan sonra inandırıb, etibardan sui-istifadə yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs 05 avqust 2020-ci il tarixli, A10060 saylı kredit müqaviləsinin rəsmiləşdirilməsi ilə məşğul olmasından istifadə edib boyunbağının şəklini çəkmək adı ilə alıb həmin qızıl boyunbağını oxşarı olan 49,96 qram çəkidə, 925 əyarlı gümüşdən kustar üsulla hazırlanmış, orta bazar qiyməti 150 manat olan boyunbağı ilə dəyişdirib saxtasını təqdim edərək aldadıb, qeyd olunan müqavilə əsasında veriləcək kredit məbləği olan 1500 manat pulunu ələ keçirməklə, zərərçəkmişə qeyd olunan məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və adı tam dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmişlər, bu məqsədlə 05.08.2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda fəaliyyət göstərən "xxxx" MMC adlanan kredit təşkilatına gəlib həmin təşkilatın sahibi olan Şahid qardaşı və hüquqi şəxsin işçisi olan Zərərçəkmiş şəxs bir ədəd qızıl boyunbağını göstərib yoxlatdıqdan və sonuncu həmin boyunbağının qızıl olduğuna tam əmin olduqdan sonra inandırıb, etibardan sui-istifadə etməklə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs 05 avqust 2020-ci il tarixli, A10060 saylı kredit müqaviləsinin rəsmiləşdirilməsi ilə məşğul olmasından istifadə edib boyunbağının şəklini çəkmək adı ilə alıb həmin qızıl boyunbağını oxşarı olan 49,96 qram çəkidə, 925 əyarlı gümüşdən kustar üsulla hazırlanmış, orta bazar qiyməti 150 manat olan boyunbağı ilə dəyişdirib saxtasını təqdim edərək aldadıb, qeyd olunan müqavilə əsasında veriləcək kredit məbləği olan 1500 manat pulunu ələ keçirməklə, zərərçəkmişə qeyd olunan məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 1 ilə yaxındır ki, tanıyır. Mövlanla işlətdiyi çayxanada, Gəncə şəhəri Sadıllı qəsəbəsində tanış olmuşdur. Mövlanla münasibəti yarandıqdan sonra tez-tez görüşüb söhbət etmişlər. Bundan başqa işlətdiyi çayxanaya gəlib gedən Şaiq adlı şəxsi tanımış, Şaiqin ata adını və soyadını bilmir. Onda olan məlumata əsasən Şaiq İmperial şadlıq sarayının yaxınlığında pasyolka adlanan ərazidə yaşayır. 2020-ci ilin avqust ayının əvvəllərində Şaiq ona 2 ədəd boyunbağı olduğunu, həmin boyunbağılardan birinin saxta digərinin isə qızıl olduğunu demişdir. Həmin 2 ədəd boyunbağı ilə lombarda gedib qızılı girov qoymağı, pulu götürərkən isə qızılı saxtası ilə dəyişməsini ona təklif etmişdir. O, da Şaiqlə razılaşmış və həm qızıl, həmdə həmin qızıl boyunbağının oxşarı olan saxta boyunbağını Şaiqdən almış və özündə saxlamışdır. Bundan sonra lombarda tək getməmək, həm də öz vəsiqəsini itirdiyi və sənədləşmə zamanı ona vəsiqə lazım olacağı üçün tanışı Mövlana bu barədə demiş, Mövlan onunla razılaşmışdır. 05 avqust 2020-ci il tarixdə saat təxminən 15-16 radələrində S Lombarda adlanan lombarda gedib orada lombard işlədənlə danışmışdır. Şaiqin ona verdiyi qızıl boyunbağını adının sonradan Sənan olduğunu bildiyi şəxsə vermişdir. Sənan boyunbağını yoxlayıb qızıl olduğunu görmüş və ona boyunbağını girov qoyacağı təqdirdə 1500 manat pul verə biləcəyini demişdir. O da bundan sonra Mövlana zəng edib həmin lombarda çağırmış, lombardda Mövlan öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, həmin Sənan adlı şəxs Mövlanın şəxsiyyət vəsiqəsini götürüb sənədləşmə aparmağa başlamışdır. Həmin vaxt o, Sənana qızıl boyunbağının şəklini çəkəcəyini demiş, Sənanda qızılı istəyib almış, qızılı aldıqdan sonra digər saxta boyubağını həmin qızıl boyunbağı ilə dəyişdirmişdir. Sənan saxta boyunbağını alıb qablaşdırmış, daha sonra Sənan 1500 manat pulu sayıb Mövlana vermişdir. Mövlan isə ona vermiş, onlar lombardı tərk etmişlər. O, həmin 1500 manat puldan 150 manatını Mövlana vermiş, 150 manat özünə götürmüş və qalanını isə Şaiqə aparıb vermişdir. Hadisədən sonra qızıl boyunbağını Şaiqə qaytarmışdır. Bundan təxminən bir ay sonra o, Sənanın polisə şikayət etdiyini öyrənmişdir. Hal-hazırda zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Həmçinin dövlət büdcəsinə vurulmuş ziyanın 25 faizinin ona düşən hissəsini ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 1 ilə yaxındır ki, tanıyır. Bəxtiyrala Sadıllı qəsəbəsində çayçıda tanış olmuş və həmin vaxtdan münasibəti yaranmışdır. Bəxtiyar Sadıllı qəsəbəsində çayxana işlətmişdir. O da tez-tez həmin çayxanaya gedibgəldiyi üçün Bəxtiyarla söhbət etmiş, Bəxtiyarla münasibət yarandıqdan sonra 2020-ci ilin avqust ayının əvvəllərində Bəxtiyar ona 1 ədəd saxta və 1 ədəd orijinal qızıl boyunbağı olduğunu, həmin boyunbağının orijinal olanını lombarda göstərib pul götürəcəyini, lakin yerinə saxta olanı qoyacağını demiş, onun şəxsiyyət vəsiqəsi ilə lombardda sənədləşmə etməyi xahiş etmişdir. O da Bəxtiyarla razılaşmış və Bəxtiyardan xəbər gözləmişdir. 2020ci ilin avqust ayının əvvəllərində danışdıqları gün Bəxtiyar, Gəncə şəhərində Xanımın dükanı adlanan yerin yaxınlığında yerləşən S Lombarda gedərək orada adının sonradan Sənan olduğunu bildiyi lombard sahibi ilə danışaraq razılamışdır. Həmin gün Bəxtiyar ona zəng edərək S Lombardın olduğu yerə çağırmış, o da şəxsiyyət vəsiqəsini götürüb lombarda getmişdir. Orada o, gedənədək Bəxtiyar 1 ədəd qızıl boyunbağını göstərib lombard sahibi ilə razılaşmış və həmin qızıla görə lombard 1500 manat pul verəcəyi deyilmişdir. O, lombarda getdikdən sonra Bəxtiyar lombardın işçisi Sənan adlı şəxsdən sənədləşmə aparanadək həmin qızıl boyunbağını götürüb şəklini çəkməsini xahiş etmişdir. Sənan isə ona qızılın şəklini çəkə biləcəyini demişdir. Bəxtiyar qızıl boyun boyunbağını götürüb yerinə saxta olanı qoymuşdur. Sənan onun adına sənədləşmə aparıb Bəxtiyar dəyişdirdiyi saxta boyunbağını qablaşdırmış və 1500 manat pulu sayıb ona vermişdir. O isə pulu Bəxtiyara vermişdir. Bəxtiyar pulu sayıb götürmüş və ona Bəxtiyarla razılaşdığı köməklik etdiyi üçün 150 manat həmin puldan vermişdir. Onlar lombardı tərk edib getmişdir. Bundan təxminən 1 ay sonra onu polis əməkdaşları saxlayaraq «S Lombar»dı aldatdığını demişlər. O, da polis əməkdaşlarına hadisəni olduğu kimi danışmışdır. O və Bəxtiyar 1 ədəd qızıl boyunbağını göstərib hər hansı lombarddan pul götürmək barədə razılaşmışdır. Lombard işçisinin başı sənədləşməyə qarışdıqda isə şəkil çəkmək adı ilə qızıl boyunbağını saxtası ilə əvəzləşdirməyi planlamışlar. Onlar pulu götürdükdən sonra Bəxtiyar ona həmin puldan pay verəcəyini demişdir. Lombardı tapıb danışmağı Bəxtiyar öz üzərinə götürmüşdür. Boyunbağıları Bəxtiyar özü ilə gətimişdir. Lakin həmin boyunbağıları haradan və kimdən əldə etdiyini dəqiq bilməmişdir. Hal-hazırda zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Həmçinin dövlət büdcəsinə vurulmuş ziyanın 25 faizinin ona düşən hissəsi həcmində ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, "xxxx" kredit təşkilatında zərgər işləsə də digər işlərdə ona həvalə edilmişdir. Həmin lombardın sahibi qardaşı Kənandır. 05.08.2020-ci il tarixdə saat 16 radələrində bir nəfər şəxs əlində 1 ədəd boyunbağı ilə işlədiyi lombarda gəlmişdir. Əlində olan 1 ədəd boyunbağını ona vermiş və həmin boyunbağını girov qoyub pul götürmək istədiyini demişdir. O da həmin boyunbağını alıb yoxlamış və çəkisinin təxminən 50 qram olduğunu, qızıl boyunbağı olduğunu müəyyən etmişdir. O, həmin şəxsə qızılı girov qoyarsa illik 48 faiz olmaqda 1500 manat pul verə biləcəyini demişdir. Həmin şəxs də onunla razılaşmışdır. O, həmin şəxsdən sənədləşmə üçün şəxsiyyət vəsiqəsini istəmişdir. Lakin həmin şəxs ona dostunun adına kredit götürmək istədiyini və həmin dostunu çağırdığını demiş, həmin şəxs adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsi zəng edib lombarda çağırmış, Təqsirləndirilən şəxs2 gəldikdən sonra o, sənədləşmə aparmışdır. Mövlanın adına sənədləşmə etmişdir. Bundan sonra həmin şəxs ondan qızıl boyunbağını şəklini çəkib xalasına atmaq üçün istəmiş, o da girov olaraq qəbul etdiyi qızıl boyunbağını Mövlana vermişdir. Həmin vaxt işə başı qarışdığı üçün həmin tanımadığı şəxsin nə etdiyinə fikir verməmişdir. Təxminən 1 dəqiqə keçmiş, həmin şəxs boyunbağını ona qaytarmışdır. O da əvvəldən yoxladığı üçün boyunbağını təkrarən yoxlamadan qablaşdırmışdır. Həm də onu aldadacaqlarını düşünməmiş, boyunbağını qablaşdırdıqdan sonra 1500 manat pulu sayıb Mövlana vermiş və sonra onlar çıxıb getmişlər. Sonradan zərfi açıb boyunbağını çıxartmış və yenidən yoxlamışdır. Həmin boyunbağının qızıl olmadığını müəyyən etmişdir. Görünüş olaraq əvvəlki boyunbağı ilə eyni olsa da, həmin boyunbağı olmamışdır. O, aldadıldığını bilib bu barədə polisə məlumat vermiş və boyunbağını təqdim etmişdir. O, Təqsirləndirilən şəxs2 ilk dəfə idi ki, görmüş, Mövlanın adını, soyadını və ata adını sənədləşmə apararkən surətini çıxardığı şəxsiyyət vəsiqəsindən öyrənmişdir. Digər şəxsin adının isə Bəxtiyar olduğunu sonradan bilmişdir. O, Mövlan tapıldıqdan sonra bu barədə soruşmuş, Mövlan ona həmin şəxsin adının Bəxtiyar olduğunu bilmiş, həmin 1500 manat pulun ələ keçirilməsi nəticəsində işlədiyi hüquqi şəxsə maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O hal-hazırda Gəncə şəhəri, D.Qorqud küçəsində 25 saylı tam orta məktəbin qarşısında "xxxx" kredit təşkilatının sahibidir. Sənan həmin kredit təşkilatında zərgər işləyir, həm də lombardı etibarnamə əsasında idarə edir. 05.08.2020-ci il tarixdə axşam saatlarında qardaşı Sənan ona zəng edib bildirmişdir ki, həmin gün saat 16 radələrində təxminən 25-30 yaşlarında tanımadığı kişi əlində 1 ədəd boyunbağı ilə lombarda gəlmişdir. Əlində olan 1 ədəd boyunbağını Sənana vermiş, həmin boyunbağını girov qoyub pul götürmək istədiyini demişdir. Sənan da ondan həmin boyunbağını alıb yoxlamış, çəkisinin təxminən 50 qram olduğunu, qızıl boyunbağı olduğunu müəyyən etmişdir. Sənan həmin şəxsə qızılı girov qoyarsa illik 48 faiz olmaqda 1500 manat pul verə biləcəyini demişdir. Həmin şəxs də onunla razılaşmış, Sənan ondan sənədləşmə üçün şəxsiyyət vəsiqəsini istəmişdir. Lakin həmin şəxs Sənana dostunun adına kredit götürmək istədiyini və həmin dostunu çağırdığını demişdir. Həmin şəxs adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxsi zəng edib lombarda çağırmışdır. Təqsirləndirilən şəxs2 gəldikdən sonra Sənan sənədləşmə aparmışdır. Mövlanın adına sənədləşmə etmiş, bundan sonra həmin tanımadığı şəxs Sənandan qızıl boyunbağını istəmişdir ki, şəklini çəkib xalasına atacaq. Sənan da girov olaraq qəbul etdiyi qızıl boyunbağını ona vermişdir. Həmin vaxt işə başı qarışdığı üçün həmin tanımadığı şəxsin nə etdiyinə fikir verməmiş, təxminən 1 dəqiqə keçmişdir ki, həmin şəxs boyunbağını Sənana qaytarmışdır. Sənan da əvvəldən yoxladığı üçün boyunbağını təkrarən yoxlamadan qablaşdırmışdır. Boyunbağını qablaşdırdıqdan sonra 1500 manat pulu sayıb Mövlana vermişdir. Sənədləşmə Mövlanın adına edildiyi üçün digər şəxsə pulu verməmişdir. Həmin digər şəxs lombardı tərk edərkən Sənandan halallıq istəmiş və lombardı tərk edib getmişdir. Onun Sənandan halallıq istəməsi Sənanda şübhə yaratmış, buna görə Sənan zərfi açıb boyunbağını çıxartmış və yenidən yoxlamışdır. Həmin boyunbağının qızıl olmadığını müəyyən etmişdir. Görünüş olaraq əvvəlki boyunbağı ilə eyni olsa da, həmin boyunbağı olmamışdır. Sənan aldadıldığını bilib bu barədə polisə məlumat verdim və boyunbağını təqdim etmişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.09.2020-ci 1/1619-9/3052 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş 49,96 qram kütləli boyunbağı təxminən 925 əyarlı gümüşdən kustar üsulla (sex üsulu) hazırlanmış, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilmiş boyunbağının pərakəndə orta bazar qiyməti təxminən 150 manat müəyyən edilir. 13.02.2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd boyunbağı iş üzrə maddi sübut qismində tanınmış və Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 11.01.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur, dəymiş zərər tam ödənilmişdır. Bu səbəbdən onların barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onlar, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmış, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmişlər. Həmçinin, onlar vurulmuş zərərin 25 % miqdarında birgə dövlət büdcəsinə ödəniş etmişlər. Bu səbəbdən onların barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. İş materiallarında olan 18.10.2021-ci il tarixli 8804 nömrəli və 220077 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında (hər biri 188 manat) pul vəsaitini dövlət büdcəsinə ödəmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspertiza rəyi, kredit və girov müqaviləsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73-1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqsirləndirilən şəxslərlə bаrışmış, sonuncular zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişlər. Eyni zamanda təqsirləndirilən şəxslər cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişlər. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 оğlu ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmələri nəzərə alınmalı və onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və onların Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Gəncə şəhəri Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 925 əyarlı gümüşdən hazırlanmış 49,96 qram çəkidə olan gümüş boyunbağı dövlət nəfinə müsadirə edilməli (CPM 132.1.1), cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 90 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və onlar cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclasında zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 925 əyarlı gümüşdən hazırlanmış 49,96 qram çəkidə olan gümüş boyunbağı dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 90 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(043)-85/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №1(043)-85/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver