Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(043)-88/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, xxxx ASC-də fəhlə işləyən, ünvan 1 ünvanda qeydiyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13.11.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 16.11.2020-ci il tarixdə testin nəticəsinin pozitiv olmasına baxmayaraq, yəni yeni növ koronavirus infeksiyasını yaymaq təhlükəsinin olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 16.11.2020-ci il tarixdə saat 20 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 2ncə şəhəri, Şahsevənlər küçəsi 153, Gəncə şəhəri, Məhrəsə bağı ərazilərdə, bundan başqa 17.11.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 3 prospekti 155, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 7əri, H.Əliyev prospekti 121, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi ərazilərində, bundan başqa 18.11.2020-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62, ünvan 7əri, F.Əmirov küçəsi 20A, ünvan 8 prospekti 121 ərazilərində, bundan başqa 19.11.2020-ci il tarixdə saat 09 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A ərazilərində, bundan başqa 20.11.2020ci il tarixdə saat 08 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, ünvan 8 prospekti 121, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 8 prospekti ilə D.Qorqud küçələrinin kəsişməsində, Gəncə şəhəri, .Ş.İ.Xətai prospekti 62 ərazilərində, bundan başqa 21.11.2020-ci il tarixdə saat 12 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 7əri, H.Əliyev prospekti ilə D.Qorqud küçələrinin kəsişməsi, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, Gəncə şəhəri, Şahsevənlər küçəsi 153, Gəncə şəhəri, Məhrəsə bağı, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 51, mənzil 1, ünvan 8 prospekti 121 ərazilərində, bundan başqa 22.11.2020-ci il tarixdə saat 15 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 8 prospekti 121, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A ərazilərində, bundan başqa 23.11.2020-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, ünvan 8 prospekti 121, ünvan 8 prospekti ilə D.Qorqud küçələrinin kəsişməsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 7əri, Ş.İ.Xətai prospekti 62 ərazilərində, bundan başqa 24.11.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 8 prospekti 121, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, Gəncə küçəsi 1, Kəpəz Mehmanxanasının yaxınlığı ərazilərində, bundan başqa 25.11.2020-ci il tarixdə saat 07 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62, ünvan 8 prospekti 121, Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 64, Gəncə şəhəri, Atatürk prospekti 236, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 1 ərazilərində, bundan başqa 26.11.2020-ci il tarixdə saat 10 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 7əri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, ünvan 8 prospekti 121 ərazilərində, bundan başqa 27.11.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 7əri, H.Əliyev prospekti ilə D.Qorqud küçəsinin kəsişməsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62, ünvan 8 prospekti 121, Gəncə şəhəri, Məhrəsə bağı ərazilərində, bundan başqa 28.11.2020-ci il tarixdə saat 00 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 10ğı, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 1, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi ərazilərində, bundan başqa 29.11.2020-ci il tarixdə saat 11 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 8 prospekti 121 ərazilərində, bundan başqa 30.11.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 11ospektinin kəsişməsi, ünvan 8 prospekti 121, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62, ünvan 8 prospekti ilə D.Qorqud küçələrinin kəsişməsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A ərazilərində olmaqla, epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və tədqiq edilmiş istintaq hərəkətlərinin protokolları və sənədlərlə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailəsilə birlikdə yaşayır. Gəncə şəhər “xxxx” ASC-də fəhlə işləyir. 13 noyabr 2020-ci il tarixdə növbə rəisi Anar Məmmədovla işdə olarkən onun bədən temperaturu qalxdığından və səhhətində narahatlıq hiss etdiyindən onunla birlikdə Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanaya getmiş, həmin xəstəxanada onlar koronavirusla bağlı müvafiq test verərək yaşadığı evə qayıtmışlar. 16 noyabr 2020-ci il tarixdə “İTS.GOV.AZ”-dan onun istifadəsində olan ********** saylı mobil nömrəsinə gələn mesajdan onun “Covid-19” test nəticəsinin pozitiv çıxmasını öyrənmişdir. Həmçinin mesaj mətnində qeyd olunmuşdur ki, o və ailə üzvləri yaşayış yerini tərk etməməli, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət cəlb oluna biləcəyi barədə xəbərdarlıq da, yazılmışdır. Bundan sonra həmin gün bir nəfər xatırlamadığı nömrədən ona zəng edərək Səhiyyə Nazirliyindən olduğunu bildirərək Covid-19 test nəticəsinin pozitiv çıxdığını, ev şəraitində müalicə alacağını, yaşadığı evi tərk etməməli olduğunu bildirərək sağalmağı ilə bağlı mesaj gəldikdən sonra yaşayış yerini tərk edə biləcəyini bildirmişlər. Bundan sonda o, yaşadığı evdə qalaraq sağalmağını gözləmişdir. Daha sonra sahə həkimi ona zəng edərək su içməsini və meyvə yeməsini məsləhət görmüşdür. Lakin o, səhhətində hər hansı bir narahatlıq hiss etmədiyindən, özünü koronavirus xəstəsi hesab etməmiş və gündəlik fəaliyyətini davam etdirərək yaşadığı ünvan 13 ünvanını tərk edərək şəhərin müxtəlif ərazilərində olmuşdur. 26 noyabr 2020-ci il tarixdə o, öz səhhətində hər hansı bir nasazlıq hiss etmədiyindən saat 17 radlərində Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanaya gedərək yenidən test verməyə qərar vermişdir. O, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə piyada gedərkən yolda polis əməkdaşı ona zəng edərək harada olmasını soruşmuş, o, isə cavabında polis əməkdaşına aptekə getmək istədiyini, oradan isə xəstəxanaya test vermək üçün gedəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşı ilə telefon danışığı sonlanmışdır. Yolda o, iş yoldaşı, koronavirus xəstəsi olmuş Yusifə zəng edərək hansı dərmanı almalı olduğunu soruşmuş, Yusif isə ona, həmin dərmanların resept əsasında verildiyini, respetsiz ala bilməyəcəyini demiş, buna görə də, aptekə daxil olmadan piyada birbaşa Gəncə şəhər 1 nömrəli A.Səhhət adına xəstəxanaya getmiş, həmin xəstəxananın qarşısında iş yoldaşı Etibarla rastlaşmışdır. Həmin vaxt Etibar da, koronavirusla bağlı test vermək istədiyini demiş, bundan sonra o, Etibarla birlikdə həmin xəstəxanaya daxil olaraq orada yenidən test vermək istədikdə ona yenidən test götürülmədiyini, karantin müddətinin 14 gün olmasını və həmin 14 günün sonunda karantin müddətinin bitəcəyi bildirilmişdir. Bundan sonra o, yaşadığı evə qayıtmışdır. 30.11.2020-ci il tarixdə yenidən Gəncə şəhər 1 nömrəli A.Səhhət adına xəstəxanaya gedərək oradan əmək fəaliyyətinin bərpa olunması ilə əlaqədar olaraq müvafiq sənədi götürdükdən sonra 01.12.2020-ci il tarixdə həmin sənədi iş yerinə verərək öz işinə başlamışdır. 02 dekabr 2020-ci il tarixdə isə İTS.GOV.AZ”-dan onun istifadəsində olan ********** saylı mobil nömrəyə gələn mesajda onun evdən təcrid müddətinin bitdiyi bildirilmişdir. Bu dövr ərzində özündə xəstəliyin heç bir əlamətini hiss etməmiş, özünü xəstə hesab etməmiş, buna görə də sərbəst hərəkət etməyə davam etmişdir. Xəstəliyin heç bir əlaməti olmadığına görə düşünmüşdür ki, o xəstəliyi yaya da bilməz. Buna görə də, yaşadığı evi tərk edib şəhərin müxtəlif ünvanlarına gedərək öz şəxsi işlərini həll etmiş, yaşayış evini tərk edərkən hər zaman tibbi maskadan istifadə etmiş və adlarını xatırlamadığı şəxslərlə təmasda olmuşdur. Hazırda isə etdiyi hərəkətə görə peşmandır, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən X9, həmin vaxtdan da Gəncə şəhəri Kəpəz RPİ-nin İTB-də sahə rəisi vəzifəsində xidmət edir. Polis əməkdaşının funksional vəzifələrindən olan ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə hal-hazırda ölkədə də, yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə nəzarət həyata keçirlir. Bununla bağlı X10 əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və digər üsullardan istifadə edilir. Bundan əlavə Gəncə şəhər Gigiyena və X1 şəhəri ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin epidemiya və karantin rejiminə, yəni yaşadığı evdə özünütəcrid qaydalarına əməl etmələrinə nəzarət etmək məqsədilə həmin şəxslərin siyahısı Gəncə şəhər Baş Polis İdarəsinə, oradan da, ərazi aidiyyəti üzrə rayon polis idarələrinə göndərilir. Bundan əlavə qeyd olunan qaydaların təmini məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən “Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarının” siyahısı göndərilir. Həmin siyahıya uyğun olaraq 26.11.2020-ci il tarixdə müəyyən edilmişdir ki, 16.11.2020-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri. Şahsevənlər küçəsi 153, ünvan 8 prospekti 121, ünvan 8 prospekti ilə D.Qorqud küçəsinin kəsişməsi, ünvan 14 ünvanlarında olmuşdur. Bundan sonra həmin gün saat 17 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin İTB-nin rəisi, polis mayoru Şahid2la birlikdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşduqda, həmin şəxs 16.11.2020-ci il tarixdən “Covid 19” test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə dəfə yaşadığı ünvan 1 ünvanını tərk edərək Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Texnologiya Universitetinin yaxınlığına və Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 25 saylı tam orta məktəbin qarşısında yerləşən apteklərə gedərək dərman aldığını bildirmişdirdikdə Təqsirləndirilən şəxs yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilərək öz yaşadığı evə qayıtması bildirilmişdir. Bundan sonra həmin faktla bağlı raportla məruzə edilmişdir. Daha sonra növbəti gün, yəni 27.11.2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs karantin rejiminə uyğun olaraq evdə özünütəcrid qaydalarına əməl edib-etməməsini bir daha yoxlamaq məqsədilə onun istifadəsində olan ********** saylı mobil nömrəsinə zəng edərək harada olmasını soruşduqda Təqsirləndirilən şəxs yenidən yaşayış yerini tərk edərək koronavirus xəstəliyinin 14-cü günü olduğunu, yenidən test vermək üçün Gəncə şəhər, A.Səhhət adına xəstəxanaya getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs karantin müddətinin 30.11.2020-ci il tarixdə başa çatacağı, həmin müddətədək evdə özünütəcrid qaydalarına əməl etməli olması, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olması, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratması, buna görə Azərbaycan Respublikası CM-nin və ya İXM-nin müvafiq maddəsilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilərək öz yaşadığı evə qayıtması bildirilmiş, həmin şəxs isə evə qayıdacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 21 dekabr 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsinə olan “Xiaomi” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun mesajlar bölməsində 16.11.2020-ci il tarixdə “İTS.GOV.AZ” saytından gələn mesajda qeyd olunmuşdur ki, “Hörmətli ELDENİZ QURBANOV. Sizin 13.11.2020-ci il tarixində COVİD-19 ile bağlı verdiyiniz test neticesi POZİTİVDİR. Xahis olunur siz və ailə üzvləriniz yaşayış yerinizi tərk etməyəsiniz. Karantin rejimi pozduğunuz təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət cəlb olunacaqsınız...”. Bundan sonra 02.12.2020-ci il tarixdə “İTS.GOV.AZ” saytından gələn mesajda qeyd olunmuşdur ki, “Hörmətli ELDENİZ QURBANOV. Siz ve sizinlə eyni evdə yashayan shexslerin COVİD-19 ile bagli evde ozunutecrid muddeti bitmishdir. Saglamliginizi qoruyun...” məzmununda mesaj gəldiyi müəyyən edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş 08 yanvar 2021-ci il tarixli 82 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16.11.2020-ci il tarixdən 30.11.2020-ci il tarixədək olan müddət ərzində ünvan 1 ünvanında ev şəraitində karantində olmuşdur. İş materiallarına əlavə edilmiş 14 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan görünür ki, 1 ədəd “Ambulator tibbi kitabça”ya baxış keçirilmiş, müəyyən edilmişdir ki, tibbi kitabçanın 1-ci vərəqindən görünür ki, tibbi kitabça 17.11.2020ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış xx.xx.1979-cu il təvəllüdülü Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, Təqsirləndirilən şəxs ilə 17.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” test nəticəsi pozitiv olduğundan xəstə müşahidəyə götürülərək müalicə təyin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə 18.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, şikayətləri hərarətinin yüksəlməsi, öskürəyinin və baş ağrısının olmasıdır. Bundan başqa Təqsirləndirilən şəxs ilə 19.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, şikayətləri baş ağrısı və baş gicəllənməsidir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 20.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, şikayətləri ümumi zəiflikdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 21.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 22.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə ümumi vəziyyəti kafidir, şikayətləri ümumi zəiflikdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 23.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə heç bir narahatçılığının, şikayətinin olmadığını qeyd etmiş, vəziyyəti kafi qiymətləndirilir, müvafiq tövsiyyələr verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 24.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə heç bir narahatçılığının, şikayətinin olmadığını qeyd etmiş, xəstəyə bir daha karantin müddətində 14 gün ərzində ev şəraitində qalması xatırladılaraq müvafiq tövsiyyələr verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 25.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə heç bir narahatçılığının, şikayətinin olmadığını qeyd etmiş, xəstəyə bir daha karantin müddətində 14 gün ərzində ev şəraitində qalması bir daha xatırladılaraq müvafiq tövsiyyələr verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 26.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə heç bir narahatçılığı, şikayəti yoxdur, müvafiq tövsiyyələr verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 27.11.2020ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə heç bir narahatçılığının, şikayətinin olmadığını qeyd etmiş, xəstəyə bir daha karantin müddətində 14 gün ərzində ev şəraitində qalması bir daha xatırladılaraq müvafiq tövsiyyələr verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 28.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə heç bir narahatçılığı, şikayəti yoxdur, müvafiq tövsiyyələr verilmişdir, vəziyyəti kafidir. Bundan başqa Təqsirləndirilən şəxs ilə 29.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, xəstənin deməsinə görə heç bir narahatçılığı, şikayəti yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs ilə 30.11.2020-ci il tarixdə telefon əlaqəsi saxlanılmış, vəziyyəti kafi qiymətləndirilmiş, heç bir şikayətinin olmadığını qeyd etmiş, hərarəti 36,6 dərəcədir. Karantin müddətinin bitməsi ilə əlaqədar olaraq xəstəlik vərəqi bağlanır. İş materiallarına əlavə edilmiş 16 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan məlum olur ki, “Gəncə şəhər 6 nömrəli poliklinikada ambulator xəstələrin qeydiyyatı kitabı”na baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, kitab ümumilikdə 80 vərəqədən olmaqla tikilib nömrələnmişdir. Kitabın 1678-ci sıra nömrəsində Təqsirləndirilən şəxs “Covid-19” diaqnozu ilə 17.11.2020-ci il tarixdə qeydiyyata alınmış və 30.11.2020-ci il tarixdə isə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş 02 fevral 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqlarına dair əldə edilmiş məlumatların olduğu bir ədəd “DVD” disk istintaqa təqdim edilmiş, həmin “DVD” diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16.11.2020-ci il tarixdə saat 20 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 2ncə şəhəri, Şahsevənlər küçəsi 153, Gəncə şəhəri, Məhrəsə bağı ərazilərdə, bundan başqa 17.11.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 3 prospekti 155, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 7əri, H.Əliyev prospekti 121, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi ərazilərində, bundan başqa 18.11.2020-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62, ünvan 7əri, F.Əmirov küçəsi 20A, ünvan 8 prospekti 121 ərazilərində, bundan başqa 19.11.2020-ci il tarixdə saat 09 radələrindən 21 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A ərazilərində, bundan başqa 20.11.2020-ci il tarixdə saat 08 radələrindən 15 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, ünvan 8 prospekti 121, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 8 prospekti ilə D.Qorqud küçələrinin kəsişməsində, Gəncə şəhəri, .Ş.İ.Xətai prospekti 62 ərazilərində, bundan başqa 21.11.2020-ci il tarixdə saat 12 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 7əri, H.Əliyev prospekti ilə D.Qorqud küçələrinin kəsişməsi, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, Gəncə şəhəri, Şahsevənlər küçəsi 153, Gəncə şəhəri, Məhrəsə bağı, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 51, mənzil 1, ünvan 8 prospekti 121 ərazilərində, bundan başqa 22.11.2020-ci il tarixdə saat 15 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 8 prospekti 121, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A ərazilərində, bundan başqa 23.11.2020-ci il tarixdə saat 09 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, ünvan 8 prospekti 121, ünvan 8 prospekti ilə D.Qorqud küçələrinin kəsişməsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 7əri, Ş.İ.Xətai prospekti 62 ərazilərində, bundan başqa 24.11.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 8 prospekti 121, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, Gəncə küçəsi 1, Kəpəz Mehmanxanasının yaxınlığı ərazilərində, bundan başqa 25.11.2020-ci il tarixdə saat 07 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62, ünvan 8 prospekti 121, Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 64, Gəncə şəhəri, Atatürk prospekti 236, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 1 ərazilərində, bundan başqa 26.11.2020-ci il tarixdə saat 10 radələrindən 19 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 7əri, Ə.Cəmil küçəsi 4, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, ünvan 8 prospekti 121 ərazilərində, bundan başqa 27.11.2020-ci il tarixdə saat 08 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 7əri, H.Əliyev prospekti ilə D.Qorqud küçəsinin kəsişməsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62, ünvan 8 prospekti 121, Gəncə şəhəri, Məhrəsə bağı ərazilərində, bundan başqa 28.11.2020-ci il tarixdə saat 00 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 10ğı, Gəncə şəhəri, Ə.Cəmil küçəsi 1, Gəncə şəhəri, A.İsgəndərov küçəsi 46, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi ərazilərində, bundan başqa 29.11.2020-ci il tarixdə saat 11 radələrindən 22 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A, ünvan 8 prospekti 121 ərazilərində, bundan başqa 30.11.2020-ci il tarixdə saat 09 radələrindən 23 radələrinədək olan müddət ərzində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 11ospektinin kəsişməsi, ünvan 8 prospekti 121, Gəncə şəhəri, Azturqaz müəssisəsi binasının şərq hissəsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 62, ünvan 8 prospekti ilə D.Qorqud küçələrinin kəsişməsi, Gəncə şəhəri, F.Əmirov küçəsi 20A ərazilərində olmuşdur. İbtidai istintaq zamanı “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X6 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş, həmin təlimatdan müəyyən edilir ki, koronaviruslar (CoV), adi soyuqdəymə əlamətlərindən X14 Sindromu (X13 Syndrome Coronavirus - MERS-CoV) və X7 Sindrom (SARS-CoV) kimi daha ciddi patologiyalara qədər çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. MERS-CoV və SARS-CoV epidemioloji məlumatlarına görə inkubasiya dövrü 14 günə qədər ola bilər. Virusa yoluxmuş şəxslər başqa bir səbəblə xəstəxanada yatırılması tələb olunmursa, onların 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur, həmin şəxslərlə 14 gün ərzində ərazi üzrə tibb müəssisəsi və GEM tərəfindən telefon vasitəsilə nəzarətdə saxlanılır. “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürülür. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün qismən etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin özündə xəstəlik əlaməti hiss etməməsi buna görə də xəstə olmadığını düşünməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, pandemiyanın iki ilə yaxın davam etməsi fonunda bütün kütləvi informasiya vasitələrində COVİD-19 virusunun səbəb olduğu xəstəlik barədə ətraflı məlumat verilir, o cümlədən bəzi yoluxmuş xəstələrin bu xəstəliyi heç bir simptom olmadan keçirdiyi vurğulanır. Buna baxmayaraq həmin şəxslər virusun daşıyıcısı olduqlarından başqa şəxslərin də yoluxmasına səbəb ola bilərlər. Bu baxımdan koronovirus infeksiyasına yoluxmuş xəstələrin təcrid edilməsində məqsəd başqa şəxslərin yoluxmasının qarşısını almaqdır. Təqsirləndirilən şəxsin özünü yaxşı hiss etdiyinə görə sərbəst hərəkət edə biləcəyini düşünməsi isə cəmiyyətə qarşı laqeydlik və başqalarının səhhətinə biganəlik kimi xarakterizə olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22.02.2021-ci il tarixli arayışından görünür ki, Qurbanov X4 Qarnizonunun Hərbi Məhkəməsinin 03.06.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 242 “A” bəndi ilə (köhnə red.) təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.07.2003-cü il tarixdə amnistiya aktı ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 21.01.2017-ci il təvəllüdlü X2 və 18.03.2021-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi təqsirləndirilən şəxsin şəxsiyyətinə və işin hallarına uyğundur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 21:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №1(043)-88/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Hökm — İş №1(043)-88/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver